Mövzu «Fİrmanin iQTİsadiyyati» kursunun təDQİqat obyekti, predmeti VƏ MƏzmunu


Mövzu 12. FİRMANIN İSTEHSAL XƏRCLƏRİ VƏ MƏHSULUN



Yüklə 0,77 Mb.
səhifə62/79
tarix11.12.2022
ölçüsü0,77 Mb.
#73755
1   ...   58   59   60   61   62   63   64   65   ...   79
Firmanın İqtisadiyyatı mühazirə

Mövzu 12. FİRMANIN İSTEHSAL XƏRCLƏRİ VƏ MƏHSULUN
MAYA DƏYƏRİ



    1. İstehsal məsrəflərinin mahiyyəti

    2. İstehsal məsrəflərinin təsnifatı

    3. Firmada məhsulun maya dəyərinin idarə edilməsi

    4. Firmada məhsulun maya dəyərinin aşağı salınması

mənbələri və yolları

    1. İstehsal xərclərinin mahiyyəti

Bazar iqtisadiyyatı şəraitində fəaliyyət göstərən firmanın əsas atributu onun gəlirli olması, rentabelli işləməsidir. Bu isə əsasən iki amildən: xərclərin səviyyəsindən və məhsulun qiymətindən asılıdır. Hər bir firmanın fəaliyyətinin əsas motivi – qiymətlə xərcin fərqi kimi – mənfəətin maksimallaşdırılmasıdır. Bütün hallarda bu strateji məqsədin reallaşdırılması imkanları istehsal xərcləri və buraxılan məhsula həm tələblə, həm də onun qiyməti ilə məhdudlaşır. Çünki xərclərin səviyyəsi mənfəətin kütləsini məhdudlaşdıran və təklifin həcminə təsir göstərən əsas amildir.


Firma öz fəaliyyətində əsas fondlar və dövriyyə vəsaitlərinin sadə və geniş təkrar istehsalı, məhsul istehsalı və satışı, kollektivin sosial inkişafı və i.a. üzrə maddi və pul məsrəfləri həyata keçirir. Ümumi halda istehsal və realizə məsrəfləri məhsul istehsalı və satışı prosesində istifadə olunan təbii resurslar, xammal, materiallar, yanacaq, enerji əsas fondlar, əmək resurslarının dəyər ifadəsində qiymətləndirilməsidir. Ona görə də hər bir firma məsrəflərin dinamikada təhlili, onun məhsulun qiyməti ilə nisbətlərinin öyrənilməsində çox maraqlıdırlar. Məsrəflərin qiymətləndirilməsində mühasibat və iqtisadi yanaşmalar mövcuddur. İqtisadiyyat baxımından bütün məsrəfləri aşkar (faktiki) və qeyri-aşkar qruplara bölmək olar.
Aşkar (mühasibat) məsrəflər istehsal amilləri tədarükçüləri və aralıq məmulatlara pul formasında ödəmələrdir. Onlar tamamilə mühasibat balansında uçota alınır. Ona görə də mühasibat məsrəfləri adlanır.
Qeyri-aşkar məsrəflər firmanın özünə məxsus olan, yəni dəyəri ödənilməyən məsrəflərdir.
Aşkar və qeyri-aşkar məsrəflər birlikdə iqtisadi məsrəfləri təşkil edir. Bütün iqtisadi məsrəfləri (TC), daimi (FC) və dəyişən (VC) məsrəflərə bölmək olar.


TC = FC + VC

Dəyişən məsrəflər – dəyişən istehsal amillərinin istifadəsi ilə bağlı olan məsrəflərdir. Daimi məsrəflər isə istehsal həcminin dəyişməsi ilə artıb-azalmır, sabit qalır. Məsrəflərin daimi və dəyişənə bölünməsi onların nəzərdən keçirildiyi vaxt intervalından asılıdır. Ani dövrdə bütün məsrəflər daimidir: məhsul bazara buraxılmışdır. Ona görə də məhsul istehsalı həcmi və məsrəflərini dəyişmək mümkün deyildir. Qısamüddətli dövrdə məsrəfləri daimi və dəyişən məsrəflərə bölmək olar. Qısamüddətli dövrdə bütün məsrəflər dəyişəndir.


Orta və son məsrəfləri fərqləndirmək lazımdır. Orta məsrəflər (AC) istehsal olunmuş məhsul vahidinə məsrəflərdir.


AC = TC / Q və ya AC = AFC + AVC

Orta daimi məsrəflər: AFC = FC / Q


Orta dəyişən məsrəflər: AVC = VC / Q


Son məsrəflər (MC) əmtəə istehsalı bir vahid artdıqda məsrəflərinartımıdır.




MC = TC / Q

burada TC – ümumi məsrəflərin artımı; Q – istehsal olunmuş əmtəələrin miqdarının artımıdır.


Son məsrəflərin köməyi ilə istehsalın genişləndirilməsi və ya ixtisarı qərarları qəbul olunur.
Bazar münasibətləri şəraitində məhsulun qiyməti bazarda formalaşır, yəni firmanın fəaliyyətindən, əsasən asılı deyil. Bu baxımdan məhsulun maya dəyərinin kəmiyyəti əldə ediləcək mənfəətin səviyyəsinə təsir göstərir.
Məhsulun maya dəyəri onun qiymətinin yaranmasında əsas ölçü kimi çıxış edir. Daha dəqiq deyilərsə, məhsulun maya dəyəri onun qiymətinin bir hissəsidir. Məhsulun qiyməti isə onun maya dəyəri və firmanın mənfəətinin cəmindən ibarət olur.
Qiymətin ən aşağı həddi məhsulun maya dəyəri ola bilər – bu halda firma ziyanla işləməsə də mənfəətsiz işləyir.
Bütün qeyd olunanlardan aydın olur ki, məhsul ilə qiymət arasında sıx kəmiyyət asılılığı mövcuddur. Maya dəyəri firmanın məhsuluna qiymətin qoyulması üçün baza rolunu oynayır.



Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin