MÖvzu informasiyanin təHLÜKƏSİZLİYİ problemləRİ



Yüklə 18,48 Mb.
səhifə16/39
tarix18.05.2020
ölçüsü18,48 Mb.
#31216
1   ...   12   13   14   15   16   17   18   19   ...   39
4. İnformasiyanın qorunması və kriptologiyası

Yurgen Kraus
1987-ci ildə amerikalı proqramçı Ralf Berger viruslarla mübarizə metodları haqqında kitab yazır. Bu kompüter virusları tarixində mühüm mərhələ oldu. 1990-cı illərin ortalarından başlayaraq kompüter virusları əleyhinə mübarizə getdikcə güclənir. ABŞ və İngiltərə kimi ölkələrdə kompüter virusları yazan və onları yayanlara qarşı bir sıra səs-küylü məhkəmə prosesləri aparılır. Təqsirləndirilənlər cərimələnir və cərimələrin məbləği getdikcə artırılır. Antivirus proqram təminatı daim təkmilləşdirilir, virusların yayılmasının və dağıdıcı fəaliyyətinin qarşısının alımasında onların rolu xeyli gücləndirilmiş olur.

Antivirusdan söhbət gedirsə bu sahədə ən görkəmli simalardan birinin Yevgeniy Kasperski olduğu şübhəsizdir.

1989-cu ildə məxfi dövlət Elmi Tədqiqat İnstitutunun əməkdaşı olan Y.Kasperskinin kompüterinə Cascade virusu düşür. Kasperski virusu aradan qaldırmaq üçün həyatında birinci dəfə antivirus proqramı yazır. Bu iş ona çox maraqlı gəlir və o, bu problemlə ciddi məşğul olmağa başlayır. Y.Kasperski bir sıra iri kontraktlardan xeyli vəsait qazanır və gəlirinin çox hissəsini biznesin inkişafına xərcləyir.

Y.Kaspersknin kompaniyası 1997-ci ilin iyun ayından fəaliyyət göstərir. Antivirus sahəsində Y.Kasperski dünyanın aparıcı ekspertlərindən biridir. Onun yaratmış olduğu “Kasperskinin Laboratoriyası” mərkəzi ofisi Mockvada yerləşən beynəlxalq kompaniyalar qrupudur. Kompaniyanın İngiltərə, Çin, Fransa, ABŞ, Almaniya, Rumıniya, Yaponiya, Cənubi Koreya, Niderland, Polşa, Birləşmiş Ərəb Əmirlikləri və Kanadada nümayəndəlikləri var. Kampaniya özünün partnyorlar (tərəfdaşlar) şəbəkəsində dünyanın 60-dan çox ölkəsində yerləşən 500-dən çox kompaniyanı birləşdirir.

“Kasperskinin Laboratoriyası” kompüter viruslarından, spamlardan və xaker hücumlarından müdafiə sistemlərinin yaradılması üzrə ixtisaslaşmışdır. Bu kompaniya İnternetlə yayılan təhlükələrdən informasiyanın müdafiə edilməsi üçün tətbiq edilən proqram təminatının satışından əldə edilən gəlirin həcminə görə dünya üzrə beş aparıcı kompaniyadan biridir. Kompaniya genişlənir və inkişaf edir. Bu laboratoriyanın təkcə Moskva ofisində çalışan əməkdaşlarının sayı 1500-dən, əməkdaşlarının ümumi sayı isə 2500-dən çoxdur.

Kasperskinin laboratoriyası həm adi, həm də ixtiyari miqyasa malik olan korporativ şəbəkələrdə informasiyanın təhlükəsizliyini təmin edən proqram təminatı hazırlayır. Kompaniyanın məhsullarından Windows, Linux, Mac və s. kimi populyar əməliyyat sistemlərində də istifadə edilir. Kasperskinin antivirus proqramının nüvəsindən Microsoft (ABŞ), Cheek Point Softwre Texnologies (İsrail, ABŞ), Juniper (ABŞ), Nokia İCG (ABŞ), F-Secure (Finlandiya), Aladdin (İsrail), Subari (ABŞ), Deerfield (ABŞ), Alt-N (ABŞ), Microworld (Hindistan), BorderWare (Kanada) və s. kompaniyalar öz məhsullarının hazırlanmasında istifadə edirlər. “Kasperskinin Laboratoriyası” kompaniyasının məhsulları Microsoft, IBM, Intel, Cisco Systems, Red Hat, Citrix Systems, Novell və s. kimi dünyanın aparıcı aparat və proqram təminatı istehsalçılarının sertifikatlarını almışdır.

1990-ci illərin əvvəllərinə kimi antivirus proqramları virus kodunun nümunələrindən (onlarla siqnaturadan) ibarət olurdu. 1992-ci ildə polimorf kod generatoru MtE meydana gələndən sonra istənilən proqramçı daim dəyişən kodla polimorf virus yarada bilirdi. Belə vəziyyətdə kod emulyatorundan istifadə etmək zərurəti yaranmışdı. Sistem polimorf virusun şifrələnən hissəsini açıb virusun daimi hissəsini müəyyən etməli idi. Emulyatora malik ilk antivirus proqramını da (AVP) Yevgeniy Kasperski yaradır. Həmin dövrdə kod emulyatorlarından başqa kriptotəhlil, statistik təhlil, evristik təhlil və davranış blokiratorları kimi virusdan müdafiə sistemləri yaradılır.

Bu sahədə araşdırmalar XX əsrin ikinci yarısından sonra daha da vüsət alır. Araşdırmaçılar evristik üsullardan tutarlı nəticələr əldə edə bilirlər.

Bu baxımdan Pentaqon, onun ardınca isə bütün iri korporasiyalar keyfiyyətli və etibarlı antivirus proqram təminatına sifarişləri artırırlar. Bu da daha keyfiyyətli antivirus proqram təminatı vasitələrinin yaradılmasını stimullaşdırırdı.

Bu cür vəziyyət dolayı yolla müxtəlif sahələrdə, o cümlədən şəbəkələrdə informasiya təhlükəsizliyi sisteminin inkişafında müsbət rol oynadı. Yəni, insanlar anlamağa başladılar ki, təhlükə təkcə viruslardan yaranmır.

Windows əməliyyat sistemi yaranandan və İnternetdən istifadə genişlənəndən sonra kompüter virusları ilə mübarizə daha da kəskin şəkil alır. Hazırda dünyada antivirus proqram təminatının işlənib hazırlanması ilə 60-a qədər kompaniya məşğul olur.

Microsoft Security Essentials pulsuz antivirusdur. Bu antivirus öz imkanlarına görə pullu antiviruslardan geri qalmır. Hal-hazırda demək olar ki, kompüter istifadəçilərinin hamısı daim virus bazaları ilə yenilənən antivirus vasitələrindən istifadə etmək məcburiyyətindədir.

Dr.Web antiviruslar ailəsi poçt və şəbəkə soxulcanlarından, putkitlərdən (aşkar və ləğv edilməsi daha mürəkkəb olan viruslardan), fayl viruslarından, troya proqramlarından, stels-viruslardan, polimorf viruslardan, cansız (cisimsiz) viruslardan, makroviruslardan, MS Office sənədləri yoluxduran viruslardan, casus proqram təminatından, parol oğurlayan proqramlardan, klaviatura casuslarından, pullu zəng proqramlarından, reklam proqram təminatından, potensial təhlükəli proqram təminatından, xaker utilitlərindən və s. mudafiə üçün nəzərdə tutulmuşdur.

Antivirus ESETNOD32. 1988-ci ildə Çexoslovakiya televiziyası ilə “Şəhər kənarında xəstəxana” adlı maraqlı serial göstərirdilər. İlk kompüter virusları da diskin kənarında yerləşən boot-sektora hücum edirdi. Antivirusun adındakı NOD abbreviaturası da bundan götürülmüşdür. NOD (Nemocnica na Okraji Disku və ya Disk kənarında xəstəxana). Antivirus NOD32 32 və 64 mərtəbəli Windows əməliyyat sistemlərini himayə edir. Bu antivirus sistemi asinxron yoxlaya bilir. Antivirus makrovirusu tapmaq üçün MS Word və Excel faylların daxili quruluşunu təhlil edir. NTFS fayl sistemini himayə edir.

1989-cu ildə Con MakAfi ABŞ-da öz antivirus kompaniyasını yaradır. Bir neçə aylıq gərgin işdən sonra McAfee VirusScan antivirus proqramı yaradılır. Kompaniya antivirusu istifadəçilərə pulsuz verirdi. Ona görə də bu kompaniya əvvəlcə Kaliforniya ştatında, sonra da bütün ölkədə istifadəçilərin çox böyük məhəbbətini qazandı.

Panda kompaniyasının əsası 1990-cı ildə Mikel Urizarbarren tərəfindən İspaniyanın Bilbao şəhərində qoyulmuşdur. Panda Security antivirus proqramı minimal resurslardan istifadə etməklə virusdan səmərəli mudafiənin həyata keçirilməsini təmin edə bilir. Panda firmasının məhsulları məişət və korporativ kompüter istifadəçilərinin informasiya təhlükəsizliyini təmin edir. Bu kompaniyanın dünyanın 200-dən çox olkəsində müştəriləri, 50-dən çox olkəsində isə ofisləri var.

Antivirus Panda faktiki iki moduldan ibarətdir – Panda Ultrafast və Panda SmartClean2. Birinci modul - süni intellektin bəzi texnologiyalarından və mexanizmlərindən istifadə etməklə virusları tapır və zərərsizləşdirir. İkinci modul isə virusun törətdiyi nəticələri aradan qaldırır.



AVAST kompaniyasının əsası 1991-ci ildə Çexoslovakiyada qoyulmuşdur. Kompaniyanın baş ofisi Praqada yerləşir.


Yüklə 18,48 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin