MÖvzu informatikanin bəZİ anlayiş VƏ elementləRİ


Redo (Повторить/Təkrar) düymələri yerləşir.    6.3. Elektron təqdimat və slaydlar. Təqdimatın hazırlanması



Yüklə 2,14 Mb.
Pdf görüntüsü
səhifə13/16
tarix08.01.2020
ölçüsü2,14 Mb.
#30078
1   ...   8   9   10   11   12   13   14   15   16
YourFileName


Redo (Повторить/Təkrar) düymələri yerləşir. 
 
6.3. Elektron təqdimat və slaydlar. Təqdimatın hazırlanması 

 
 
93 
 
      Microsoft  Power  Point  2010  -da  təqdimatın  hazırlanması    aşağıdakı  addımlar 
formasında təsvir etmək olar: 
1. Auditoriya və qarşıya qoyulan məqsədin təyini. 
2. Təqdimat üsulunun seçilməsi. 
3. Təqdimatın dinləyiciyə çatdırılma üsulunun seçilməsi. 
4. Tərtibat və şablonun seçilməsi. 
5. Slaydların məzmununun hazırlanması. 
6. Vizual təəssüratın yaradılması. 
7. Multimediya effeklərinin yaradılması. 
8. Paylanma materiallarının hazırlanması. 
9.  Hazırlıq  mərhələlərinin  yoxlanması  və  praktik  sınaqdan  keçirilməsi  (Təqdimat  məşq 
edilməsi). 
10. Təqdimatın keçirilməsi. 
11. Nəticələrin təhlili. 
       Təqdimat auditoriyaya aşağıdakı üsullardan birini seçməklə çatdirmaq olar: 
-Məruzəçinin iştirakı ilə keçirilən təqdimat; 
-Məruzəçinin iştirakı olmadan keçirilən təqdimat; 
-İnteraktiv təqdimat. 
      İştirakçı  Power  Point  2010  proqramını  və  ya  Power  Point  Viewer  utilitini  işə 
salmaqla  təqdimata  baxa  bilər.  Əgər  HTML  (Hypertext  Mark-up  language)  formatına 
çevirsək, bu təqdimatdan İnternet şəbəkəsinə qoşulanlar da istifadə edə bilərlər. 
  PowerPoint da təqdimatların tərtibinin bir neçə üsulları var: 
• boş səhifədən yeni təqdimatın hazırlanması; 
• mövcud sənədə əsasən təqdimatın hazırlanması; 
•  PowerPoint- dakı hazır tərtibat şablonlardan istifadə etməklə təqdimatın hazırlanması; 
• prezentasiyanın tərtibində və ya üzərində işləyərkən hazır slaydlardan istifadə etməklə.  
 
Yeni təqdimatın yaradılması:  
1. Fayl

 Создать (New); 
2. Новая презентация (Blank presentation) 

 Создать (Yaratmaq)
 
Pəncərənin mərkəzində  

 
 
94 
• slaydın başlığı (заголовок слайда)
• slaydın altbaşlığı (подзаголовок слайда) 
sözləri yazılmış iki işçi elementi özündə saxlayan yeni slayd açılır.    
 
Bu slayd yeni təqdimatın titul slaydı hesab olunur. 
 
Təqdimatın hazırlanması 
Cari  təqdimatda  seçilmiş  slayddan  sonraya  yeni  slaydın  əlavə  edilməsi  üçün  lentin 
Home(Ev)  tabındakı  Slides  (Slaydlar)  qrupunun  aşağı  açılan  New  Slides  düyməsindən 
istifadə  edilir.  Belə  ki,  düymənin  adı  üzərində  mausu  klik  etdikdə  açılan  Tema  Office 
(Office Mövzusu) sahəsində verilmiş Title Slide (Slayd Başlığı), Title and Content (Slayd 
Başlığl), Title and Content(Başlıq və Kontent), Section Header(Yuxarı Sərlövhə Bölməsi), 
TwoContent(İki  Kontent),  Comparison(Müqayisə),  Title  Only(Yalnız  Başlıq),  Blank 
(Boş), Content with Caption (Kontent Başlıq ilə), Picture with Caption (Başlıq şəkil ilə) 
formaları əlavə ediləcək yeni slaydın maketini bildirir. 
New  Slide  (Yeni  Slayd)  düyməsinin  yuxarısındakı  eyni  adlı  piktoqram  birbaşa  yeni  boş 
slayd yaradılır.  Açılmış siyahının aşağısındaverilmiş Dublicate Selected Slides (Seçilmiş 
Slaydlara  Dublikat  Yarat)  əmri  seçilmiş  slaydın  dublikatını  yaradır.  Seçilmiş  slaydın 
dublikatının  yaradılmasını  klaviaturanın  Ctrl+D    düymələr  kombinasiyalarından  istifadə 
etməklə də həyata keçirmək olar.  
      Power  Point  2010  proqramında  təqdimatın  bir  neçə  formada  nümayiş  imkanları 
nəzərdə tutulmuşdur. Bunlar aşağıdakıkardır: 
1.  Power  Point  2010  slaydlarının  kompüterdə  nümayiş  etdirilməsi.  Bu  halda  kompüter 
ekranı kifayət qədər büyk olmalıdır. 
2.  Slaydların  Veb  şəbəkədə  nümayiş  etdirilməsi.  Nümayişi  bu  üsulla  nəzərdə  tutulmuş 
təqdimat faylı Veb formatda saxlanılmalı və Veb şəbəkədə yerləşdirilməlidir. 
3.  Slaydların  CD-dən  göstərilməsi.  Təqdimat  Power  Point  Viewer  utilitili  iə  CD-yə 
yazılmışsa, onu avtomatik olaraq kompüterdə nümayiş etdirmək olur. 
4. Təqdimatın 35 mm-lik slaydlara yazılaraq nümayiş etdirilməsi. 
5. Slaydların maqnit lentlərində çap edilərərk diaproyektorlarda göstərilməsi üsulu. 
6. Çap olunmuş slaydlardan istifadə edərək təqdimatın keçirilməsi üsulu. 

 
 
95 
      Power  Point  2010  proqramında  müxtəlif  məzmunlu  təqdimatların  hazırlanması 
üçün kifayət qədər şablon və dizaynlar nəzərdə tutulmuşdur. 
      Power Point 2010 proqramında bütün şablonlar iki növə bölünür: təqdimat şablonları 
  tərtibat  şablonları.  Təqdimat  şablonları  özündə  müxtəlif  kateqoriyaya  uyğun 
təqdimatların mövzusuna yaxın mətnlər əks etdirir. 
 
Təqdimat  şablonundan  fərqli  olaraq,  tərtibat  şablonu  şriftlərin,  rənglərin,  qrafik 
obyektlərin  dizayn  kombinasiyalarının  tərtibatından  ibarət  olan  bir  prosesdir.  Tərtibat 
şablonunda həmçinin istənilən vaxt təqdimatın tərtibatında dəyişiklik etmək olar. 
      Tərtibat  dizaynı  seçilərkən  auditoriya  və  təqdimatın  məzmunu  nəzəzrə  alinmalıdır. 
Bununla bağlı aşağıdakı tövsiyələrə nəzərə almaq yerinə düşərdi: 
  Təqdimat slaydları ekran proyektorlarında, kompüterlərdə göstərilsə, ekran fonunun 
qara, hərflərin isə rəngli olması daha yaxşı effekti verir; 
  Ekran üçün asan, oxunaqlı şrift seçilməlidir, Məsələn: Arial; 
  Auditoriya ekrandan uzaqdırsa, şriftlərin ölçüsü buna müvafiq seçilməlidir; 
  Çalışmaq  lazımdır  ki,  bütün  slaydlar  eyni  stildə  və  eyni  rəng  çalarlarında 
hazırlansın. 
       Ənənəvi  olaraq  mətnin  slaydlara  Normal  (Обычный/Normal)  rejimdə  daxil 
edilməsinə üstünlük verilir. Təqdimatın məzmunu üzərində iş təkcə slaydlara mətnin daxil 
edilməsi ilə bitmir, bura diaqramlar, şəkillər və digər proqram obyektləri daxil ola bilər. 
      Power  Point  2010  -da  səmərəli  təqdimatın  hazırlanmasının  növbəti  mərhələsi 
multimediya  effektlərinin  slaydlara  əlavə  edilməsidir.  Sərbəst  (avtomatik)  aparılan 
təqdimatın  canlı  və  diqqət  çəkən  olması  üçün  səs  effektlərinin  verilməsi  çox  vacibdir. 
Animasiya effektləri də  auditoriyanın diqqətini cəlb edən amillərdəndir. 
 
 
6.4. Slayda mətnlərin daxil edilməsi, redaktəi və 
formatlaşdırılması. 
 
         Mətnləri  slayda  mətn  obyektlərini  əks  etdirən  qırıq  xətlərlə  çərçivələnmiş  sahələrə 
yazmaqla  daxil  edillər.  Microsoft  Power  Point  2010  elektron  təqdimat  proqramında  da 

 
 
96 
seçilmiş  mətn  obyektləri  üzərində  redaktə,  formatlaşdırma  kimi  ümumi  xarakterli 
əməliyyatların  aparılması  lentin  Home  (Главная/Ev)  tabının  qruplarındakı  düymələrlə 
həyata keçirilir. 
        Lentin Home (Главная/Ev) tabı Power Point 2010 elektron təqdimat proqramındda 
Slides  (Слайды/Slaydlar)  qrupunda  başqa  Clipboard  (Буфер  обмена/Mübadilə  buferi), 
Font  (Шрифт/Şrift),  Paragraph  (Абзац/Abzas),  Drawing  (Рисование/Şəkilçəkmə), 
Editing (Редактированиу/Redaktə) kimi Ribbon (Лента/Lent) qruplarına təşkil olunur. 
        Daxil  edilmiş  mətnin  şrift  parametrləri    dedikdə  onun  forması,  ölçüs  və  atributları 
nəzərdə tutulur. Bu xüsusiyyətlər Font (Şrift) qrupunun elementləri ilə tənzimlənir. 
1. Font Face (Шрифт/Şrift) (Ctrl+Shift+F)- cari şriftin dəyişilməsini təmin edir. 
2.  Font  Size  (Размер  шрифта/Şriftin  ölçüsü)  (Ctrl+Shift+P)-  cari  şriftin  ölçüsünün 
dəyişməyini təmin edir. 
3.  Grow  Font  (Увеличить  размер/Şriftin  ölçüsü  artır)  (Ctrl+>)-  Şriftin  ölçüsünü 
böyüdür. 
4.  Shrink  Font  (Уменьшить  шрифт/Şriftin  ölçüsünü  azalt)  (Ctrl+<)-  Şriftin  ölçüsünü 
kiçildir. 
5. Clear Formatting (Очистить форматирование/Bütün formatlamaları ləğv et). 
6. Bold (Жирный/Qalın) (Ctrl+B). 
7. İtalic (Курсив/Kursiv) (Ctrl+İ)
8. Underline (Подчеркнутый/Altından xətli) (Ctrl+U)
9. Shadow (Тень текста/Mətn kölgəsi). 
10. Strikethrough (Зачеркнутый/Üstü xətli). 
11. Charachter Spacing (Межзнаковый нтервал/Simvollaraarası Aralıq). 
12. Change Case (Регистр/Reqistri dəyiş)- (Shift+F3) 
13. Font Color (Цвет шрифта/Şrift rəngi). 
14. Font (Шрифт/Şrift) (Ctrl+D)- Font (Шрифт/Şrift) dialoq pəncərəsini açır. 
 
Hər  şeydən  əvvəl  qeyd  edək  ki,  istənilən  formatlaşdırma  əməliyyatı  yalnız  mətnin 
nəzərdə tutulan  hissəsi seçildikdən sonra aparıla  bilər.  Mətn  fraqmentini  seçib 14 dialoq 
pəncərəsini  açan  düyməni  kliklədikdə  Font  (Şrift)  adlı  dialoq pəncərəsi  ekrana  çıxır.  Bu 

 
 
97 
dialoq pəncərəsi formatlaşdırılma əməliyyatı üçün nəzərdə tutulan bütün parametrlərin 
dəyişdirilməsinə imkan verir. 
 
 Təqdimatın  mövzusuna  uyğun  seçilmiş  qrafik  obyektlər,  şəkillər,  sözsüz  ki,  onu 
daha əffektli və cəlbedici edir. Belə ki, Power Point- imkan verir ki, asanliqla və tez bir 
zamanda  şəkilləri  formatlaşdırmaq  mümkündür,    onların  rəngini,  xüsusiyyətlərini, 
effektlərini dəyişmək olar. 
 Təqdimat  zamanı  obyektlərin  nəzərə  çatması,  hərəkət  etməsi,  rənginin  dəyişməsi  və  s. 
olması üçün slaydlara xüsusi  annimasiyalar tətbiq etmək lazımdır  
  
Obyektlərə annimasiyanın tətbiq edilməsi üçün atılan addımlar: 
1. Annimasiya tətbiq olunacaq obyekt seçilir; 
2.  Annimasiya 

  Стили  анимации  (Animations  Styles)  effektlər  kolleksiyasının 
görünüşü; 
3. Вход (Entrance) 

 Выцветание (Fade); 
4. Seçilmiş effekti mausun düyməsini klikləməklə obyektə tətbiq edin . 
Microsoft  Power  Point  2010  elektron  təqdimat  proqramında  təqdimatın 
slaydlarındakı  mətnin  redaktəsi  üçün  vacib  hesab  edilən  axtarış,  əvəzetmə  və  seçmə 
əməliyyatları  Lentin  Home  (Ev)  tabının  sonuncu    Editing(Redaktə)  lent  qrupunda 
yerləşir.  Editing  (Redaktə)  lent  qrupundakı  Find  (Tap)  düyməsi  slaydda  olan  mətn 
obyektlərindəki söz vəya fraqmentin tapılmasını həyata keçirir.  
Find  (Tap)  düyməsinin  kliklənməs  və  ya  klaviaturanın  CTRL+F  düymələri 
kombinasiyasının basılması ilə açılan eyni adlı pəncərənin parametrləri ilə slaydlar üərində 
yerləşdirilmiş mətn obyektlərində fraqmentlərin axtarışı təmin edilir.  
Dialoq pəncərəsindəki Find What (Tap) sətrinə axtarılan söz və ya mətn fraqmenti 
daxil  edilir.  Sözün  və  ya  mətn  fraqmenti  reqistrini  axtarış  zamanı  nəzərə  almaq  üçün 
pəncərədəki  Match  case  (Registri  nəzərə  al)  parametri,  sözün  və  ya  mətn  fraqmentinin 
bütöv  axtarılmsı  üçün  Find  wole  words  only  (Yalnız  bütöv  sözləri  tap)  parametri  qeyd 
olunur.  Təyin  edilmiş  parametrlərə  uyğun  axtarış  prosesi  Find  Next  (Növbətini  Tap) 
düyməsinin kliklənməsi ilə başlayr. Close (Bağla) düyməsi pəncərəni bağlayır.  
Tapılmış  mətn  fraqmentinin  slaydda  və  ya  təqdimatda  əvəz  olunmasını  ya      Find 
(Tap) dialoq pəncərəsindəki Replace (Əvəz et) düyməsini klikləməklə, yaxud da Editing 
(Redaktə)  lent  qrupundakı  Replace  (Əvəz  et)  düyməsini  klikləməklə  və  ya  aşağı  açılan 

 
 
98 
siyahıdakı  eyni  adlı  əmrin  icrası  zamanı  əks  olunan  Replace  (Əvəz  et)  dialoq 
pəncərəsindən həyata keçirmək olar.  
 
6.5. Slayda müxtəlif obyektlərin əlavə edilməsi. Təqdimatın 
görünüş rejimləri. 
 
Microsoft  Power  Point  2010    təqdimat  proqramı  ilə  işləyərkən  slaydların  redaktəsi 
prosesində tez-tez müxtəlif obyektlərin redaktə olunan təqdimata yerləşdirilməsinə ehtiyac 
yaranır.  O,  cümlədən,  slayda  cədvəllər,  şəkillər,  əlaqələr,  slayd  nömrələri,  cürbəcür 
simvollar, sərlövhələr, tarix və zaman, fayl və obyektlər, film və səs və. s. Kimi müxtəlif 
obyektləri  terləşdirmək  lazım  gəlir.  Bir-birindən  fərqli  bu  cür  obyektlərin  slayda  əlavə 
edilməsi üçün lentin İnsert (Əlavə et) tabının elementlərindən istifadə edilir. 
Lentin  İnsert  (Əlavə  et)  tabı  Microsoft  Power  Point  2010  elektron  təqdimat 
proqramında  Tables  (Cədvəllər),  İmages  (Təsvirlər),  İllustrations  (Şəkillər),  Links 
(Əlaqələr),  Text  (Mətn),  Symbols  (Simvollar)  və  Media(Media)  lent  qrupundan  təşkil 
olunur.  
Slayda  cədvəllərin  yerləşdirilməsi  Tables  (Cədvəllər)  qrupundakı  aşağı  açılan  Table 
(Cədvıl)  siyahı  düyməsinin  kliklənməsilə  açılan  siyahıdakı  əmrlərin  və  cədvəl 
kolleksiyasının hesabına icra olunur. 
Nəzərə almaq lazımdər ki, Microsoft Power Point 2010  elektron təqdimat proqramında 
yerləşdiriləcək cədvəlin sətir və sütunlarının sayı maksimum 75 sayda verilə bilər. 
Slayda  yerləşdiriləcək  cədvəlin  sərhədlərinin  əl  ilə  qələmlə  çəkilməsini  Draw  Table 
(Cədvəl Çək) əmri ilə həyata keçirilə bilər.     
 
 
Показ  слайдов  (Slide  Show)  rejiminə  keçid  vəziyyətlər  sətrindəki 

ymələrin köməyi ilə keçmək olur. Verilən rejimdən çıxmaq üçün mausun sağ 
düyməsini  basın  və  kontekst  menyudan  Завершить  показ  слайдов  (End 
Show) 
komandasını seçin və klaviaturanın üzərindəki Esc düyməsini basın.  
 
PowerPoint  proqramında  slaydlara  baxmaq  üçün  müxtəlif  rejimlər  mövcuddur:  
PowerPoint-da  yaradılmış  slaydlara  müxtəlif  rejimlərdə  baxmaq  mümkündür. 

 
 
99 
Bir  rejimdən  başqa  rejimə  keçmək,  eləcədə  təqdimatın  nümayişinə  başlamaq  üçün 
təqdimat pəncərəsinin aşağısında yerləşən 5 düymədən birini sıxmaq lazımdır.  
 
Görünüş  (Baxış)  rejimlərini  əks  etdirə  Presentation  Views  (Təqdimata  Baxış 
Rejimləri)  lent  qrupunun  əmrləri  bunlardır:  Normal  (Normal),  Slide  Sorter  (Slayd 
Çeşidləyicisi),  Notes  Page  (Qeydlər  səhifəsi)  və  Reading  View  (Oxu  görnüşü). 
Təqdimatın  yaradılmasından  tutmuş  onun  nümayişinədək  bu  rejimlərin  hər  birinin  öz 
funksiyası  vardır.  Məsələn:  bütün  təqdimatı  bir  baxışla  nəzərdən  keçirmək  lazımdırsa, 
Slide  Sorter  (Slayd  Çeşidləyicisi)  rejiminə  keçmək  lazım  gəlir,  Slaydlarda  müəyyən 
redaktə etmək lazım olarsa, onda Normal (Normal) rejiminə keçmək lazım gəlir.    
Susmaya görə  Microsoft Power Point 2010 proqram pəncərəsi həmişə Normal görünüş 
rejimində  ekrana  çıxır.  Bu  rejim  slayd  obyektlərinin  redaktəsi  üçün  əsas  rejim  olmaqla 
yanaşı, həm də təqdimatın yaradılması üçün ən çox istifadə olunan rejimdir.  
Bu  rejimdə  açılan  slaydın  üç  sahəsi  var:  sol  sahə  başlığındakı  Slides(Slaydlar)  tabı  və 
Outline  (Struktur)  tabı  olan  panel  yerləşir.  İşçi  sahə  adlanan  sağ  sahədə  cari  slayd  iri 
miqyasda  görünür;  Aşağı  sahə  isə  slayda  əlavə  şərhləri  daxil  etmək  üçün  Notes  Page 
(Qeydlər Səhifəsi) adlanır.  
Normal rejimdə əks olunan bütün oblastlar öz bölğü zolaqlarına malikdirlər, buna görə də 
struktur,  qeydlər  və  slaydlar  boyunca  asanlıqla  hərəkət  etmək  olur.  Lazım  olarsa, 
oblastlararası bölgü xəttini sürüşdürməklə hər bir oblastın ölçüsünü dəyişdirmək olar.  
Normal  görünüş  rejimi  eyni  zamanda  slaydların  strukturuna  və  slaydlara  aid  qeydlərə 
baxmağa imkan verir.  
     
 

 
 
100 
Slide  Sorter  (Slayd  Çeşidləyicisi).  Bu  rejimdə  ekranda  bütün  slaydlar  cədvəl 
formasında nizamlı şəkildə görünür.  
Slide  Sorter  (Slayd  Çeşidləyicisi)  rejimində  Power  Point  2010  proqram  pəncərəsində 
bütün  slaydlar  kiçildilmiş  ölçüdə  görünür.  Bu  rejim  slaydların  hamısına  bir  pəncərədə 
baxmağa imkan verir. Bu görünüşdə slaydların sırasını rahat dəyişmək olur.  
 
 
 
 
Notes  Page  (Qeydlər  Səhifəsi).  Təqdimatın  keçirilməsi  prosesində  məruzəçi  bir  çox 
hallarda  slaydlardakı  məlumatlardan  başqa,  həm  də  slaydlarda  görünməyən  digər 
məlumatlara  da  müraciət  etməli  olur.  Hər  bir  slayd  üçün  əlavə  materiallar  və  müəyyən 
qeydlər hazırlanır. Hal-hazırda  Power Point 2010 proqramı imkan verir ki, sadaladığımız 
material  və  qeydlərin  hamısını  bilavasitə  slaydlara  daxil  edək.  Məlumdur  ki,  Normal 
rejimdə  əlavə  məlumatlar  slaydın  aşağı  hissəsindəki  Qeydlər  sahəsinə  daxil  edilir.  Əgər 
məlumatların  həcmi  böyük  olarsa,  o  zaman  Notes  Page  rejimində  işləmək  daha 
əlverişlidir.  

 
 
101 
 
  
Təqdimat auditoriyaya aşağıdakı üsullardan birini seçməklə çatdirmaq olar: 
-Məruzəçinin iştirakı ilə keçirilən təqdimat; 
-Məruzəçinin iştirakı olmadan keçirilən təqdimat; 
-İnteraktiv təqdimat. 
 
 

 
 
102 
MÖVZU 7 
MS EXCEL 2010 - ELEKTRON CƏDVƏL 
PLAN: 
7.1. Microsoft Excel 2010 cədvəl  prosessorunun təyinatı və əsas komponentləri. 
7.2. Excel 2010-da Ribbon (lent) istifadəçi interfeysi. Cəld müraciət paneli. Düstur  sətri. 
7.3. Verilənlərin daxil edilməsi və redaktəsi. Funksiyalar. Funksiya kateqoriyaları.  
7.4. Fayl əməliyyatları. İş vərəqinin görünüş rejimləri, miqyası və formatlaşdı- 
       rılması.  
7.5. İş kitablarının pəncərələri ilə iş. Səhifə parametrləri. Səhifə fonu. Diaqramlar və onlarla iş. 
 
7.1. Microsoft Excel 2010 cədvəl  prosessorunun təyinatı və əsas komponentləri. 
Elektron cədvəllər kompüter istifadəçiləri tərəfindən müxtəlif hesabatların aparılmasında 
çox geniş istifadə olunan proqramlardandır. Elektron cədvəllərin yaradılmasına və verilənlərinin 
manipulyasiyasına imkan verən proqram paketləri cədvəl prosessorları adlanır. Cədvəl 
prosessoru ən mürəkkəb strukturlu istənilən cədvəli hazırlamağa imkan verir. Bu paketlərdən ən 
geniş yayılanı və istifadə olunanı Lotus 1-2-3, Quatro-Pro, SuperCalc və Microsoft Office 
paketinə daxil edilmiş Microsoft Excel proqramıdır. 
İlk elektron cədvəl "Visicalc" adı ilə 17 Oktyabr 1979-cu ildə yaradılması  
Daniel 
Briklinin
 adı ilə bağlıdır. Qeyd  etmək lazımdır ki, Visicalc-ın yaradılmasında çoxlu əmək sərf 
edən Robert Frenkstona tərəfindən olsa da, proyektin ideyası Daniel Briklinə məxsus idi.  
O zaman yaddaşın həcmi 16 kb idi.  
80-ci illərdə elektron cədvəl proqramları faktiki olaraq proqram təminatı kateqoriyasının 
liderinə çevrilmişdi. Artıq 1986-cı ilin payızında elektron cədvəlin 7 milyondan çoxu 
istifadəçilərin əlində idi. Visicalc-ın əvəzinə yeni elektron prosessor olan "Lotus 1-2-3” Mitçe 
Keypor tərəfindən işlənildi. 
1987-ci ildə Briklin Trellix adlanan birinci kompaniyasını təşkil etdi və növbəti il özünün 
birinci məhsulu olan Trellix 1.0 –nı buraxdı. Bu məhsul interaktiv sənədlərin tərtibini təşkil 
etmək üçün nəzərdə tutulmuşdu. 
1987-ci ilin sonunda Windows üçün original versiya "Excel 2” meydana gəldi. Macintosh 
üçün birinci versiyanın hazırlanmasına qədər bu versiya "Excel 2” adını daşıdı. O vaxtlar 
Windows hələ geniş yayılmamışdı. Ona görə də excel operativ Windows əməliyyat sistemi 
versiyasını müşayiət etdi.  

 
 
103 
1990-cı ildə Mirosoft kompaniyası Windows üçün "Excel 3”ü yaratdılar. Bu versiya 
daha mükəmməl alətləri və görüntüsü ilə diqqəti cəlb edirdi. "Excel 3”-də alətlər paneli, rəsm 
çəkmək imkanları, işçi kitabın strukturu, sazlamalar, üçölçülü diaqramlar, sənədlərin birgə 
redaktə edilməsi funksiyaları və digər çoxlu funksiyaları özündə cəmləşdirirdi. 
1992-nin yazında "Excel 4” işıq üzü gördü. Bu versiyanın meydana çıxması "Windows”un 
məşhurluğunun artmasına əhəmiyyətli dərəcədə təsir göstərdi. Bu versiya istifadə imkanları və 
rahatlıq baxımından daha sadə və əlverişli idi. 
1994-də "Excel 5" bazara çıxarıldı. Bu versiya kəmiyyətcə daha çox geniş imkanlara malik 
idi. Çoxsəhifəli işçi kitab və yeni makrodil Visual Basic for Application (VBA) artıq bu versiyada 
mövcud idi. Digər əvvəlki versiyalar kimi bu versiya da geniş kütlənin rəğbətini qazanmışdı. 
Microsoft Excel və Microsoft Word proqramları çoxsaylı oxşar cəhətlərə malikdirlər. Bir 
çox əsas əməliyyatların yerinə yetirilməsi (sənədləri yaradılması, açılması, bağlanması, qrafik 
obyektlərlə iş və s.) oxşar, bəzi hallarda eyni qaydalarla həyata keçirilir. Bu, hər iki proqramın 
MS Office paketinə daxil olması ilə izah oluna bilər. 
  Microsoft Excel 2010 elektron cədvəl prosessoru müxtəlif funksiyalardan (mətni, 
məntiqi, riyazi, maliyyə, statisik və s.) istifadə edərək hesabatların hazırlanmasını, məlumatlara 
uyğun müxtəlif formalı diaqramların qurulmasını, verilənlərin nizamlanmasını, verilənlərə 
süzgəcləri (filtirlərin) tətbiq edilməsini, forma və hesabat cədvəllərinin tərtibini, verilənlərin 
siyahılar şəklində (verilənlər bazası) tərtibatını, verilənlərin konsolidasiyasını (bir neçə cədvəlin 
verilənlərinin bir cədvəldə birləşməsini), düsturlar üzrə hesablamalardakı səhvlərin axtarışını, 
verilənlərin digər şəxslər tərəfindən dəyişdirilməsinin mühafizəsini, bir və ya bir neçə xananın 
(cell/ячейка), cədvəlin özünün və ya iş kitabının mühafizəsini həyata keçirən prosesləri həyata 
keçirir. 
  Excel 2010 cədvəl prosessoru göstərilənlərdən başqa, mətn prosessorunun ümumi 
funksional imkanlarına da malikdir. Bunlar makroslardan istifadə. diaqramların quraşdırılması, 
avtomatik əvəzetmə və orfoqrafiyanın yoxlanılması, üslub və şablonlardan istifadə, verilənlərin 
avtomatik formatlaşdırılması, digər tətbiqi proqramlarla verilənlərin mübadiləsi və s. xidmət 
imkanlarından ibarətdir. 
Excel  2010 proqramının sənədi Book (Книга/Kitab) və ya Workbook (Рабочая книга/İş 
dəftəri) adlanır.  
EXCEL riyazi, iqtisadi, ictimai, fiziki və s. məsələlərin həlli üçün istifadə olunan Microsoft 
proqramlar paketinə daxil olan proqramlar toplusudur. Elmi –texniki hesablamalarda Excel-in 
əhəmiyyətli rolu vardır. Bu istiqamətdə Excel-in əsas təyinatı aşağıdakılardır

 
 
104 
1.Böyük verilənlər kütləsi üzərində eyni tipli informasiyaların aparılması. 
2.Yekun hesablamaların avtomatlaşdırılması. 
3.Parametrlərin qiymətlərinin seçilməsi yolu ilə məsələlərin həlli,düsturların tabulyasiyası. 
4.Eksperiment nəticələrinin emalı. 
5.Parametrlərin optimal qiymətlərinin aparılması. 
6.Cədvəl tipli sənədlərin hazırlanması. 
Excel-in əsas anlayışları bunlardır: 
Elektron cədvəl adi cədvəllərin və qrafiklərin kompüter ekvivalentidir. Cədvəlin 
xanalarında mətn, tarix, düstur və rəqəmlər yazılır. Xana sütun və sətirlərin kəsişdiyi sahədir. 
Buna yuva da deyirlər. 
Xananın ünvanı sütunun adını və sətrin nömrəsini təyin edir. 
İsnad-xanaların ünvanlarını göstərmək üsuludur.(formasıdır) 
Xana bloku-ardıcıl xanalar qrupudur. 
EXCEL proqram pəncərəsinin elementləri : 
Microsoft Excel proqramı ilə işə başlamaq üçün Пуск (Start) menyusunun Программы 
(Programs) hissəsindən Microsoft Excel sətrini seçin. 
Açılmış proqram pəncərəsi aşağıdakı elementlərdən ibarətdir: 
1. 
Pəncərənin başlığı (sərlövhə sətri) 
2. 
Menyu sətri (Menu bar, Строка меню) 
3. 
Alətlər paneli (Standard, Стандартные) 
4. 
Formatlaşdırma paneli (Formatting, Форматирование) 
5. 
Düstur sətri (Formula bar, Строка формул) 
6. 
İşçi sahə – sənəd pəncərəsi 
7. 
İşçi vərəqlərin yarlıkları (Sheet tabs, Ярлычки листов) 
8. 
Cari vəziyyət sətri (Status bar, Строка состояния) 
 nişanı (piktoqramı) üzərində mausun sol düyməsini vurduqda proqramın sistem 
menyusu açılır.  
1) 
Proqram pəncərəsinin ölçüsünü bərpa etmək 
2) 
Proqram pəncərəsinin yerini dəyişmək 
3) 
Proqram pəncərəsinin ölçüsünü dəyişmək 
4) 
Proqram pəncərəsini bükmək 
5) 
Proqram pəncərəsinin ölçüsünü maksimuma çatdırmaq 
6) 
 Proqram pəncərəsini bağlamaq 

 
 
105 
  Excel 2010 proqramının özü və aktiv kitabı (sənədi) displey ekranında iki ada malik 
olan başlıqla verilmiş pəncərələrlə açılır (Microsoft Excel və Book1). Odur ki, Excel 2010 cədvəl 
prosessorunda bir neçə kitab pəncərəsi açılmış olduqda onların bağlanması, yaxud prosessorun öz 
pəncərəsinin bağlanılması üçün pəncərə başlıqlarının sağında yuxarı küncündə yerləşən 

Close 
(Закрыть/Bağla) düyməsi kliklənir. 
  Excel 2010 proqramı icra olunan kimi proqram pəncərəsi ekranda əks olunur. Bu halda  
hər hansı fayl açılmış olarsa, onda bu fayl Excel proqramı pəncərəsinin işçi sahəsində əks olunur.  
Yüklə 2,14 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin