Cut (Вырезать-Kəs) – Ctrl+X;
Copy (Капировать-Köçür) - Ctrl+C;
Paste (Всавить- Əlavə et) - Ctrl+V.
Windows sistemində, MS Word 2010 mətn prosessorunda da qeyd olunmuş
fraqmentin sənədin bir yerindən digər yerinə və ya başqa sənədə köçürülməsi və
yerdəyişməsini həyata keçirmək üçün mövcud Lent qruplarından biri Clipboard
(Mübadilə buferi)-dur. Bu əməliyyatları Cut(Kəs), Copy(Köçür), Paste(Əlavə et) və
Paste Special(Xüsusi əlavəetmə) əmrləri yerinə yetirir. Bir qayda olaraq köçürmə, kəsmə
və əlavəetmə əməliyyatlarının yerinə yetirilməsi prosesində Word 2010 proqramı
mübadilə buferi adlanan xüsusi yaddaş sahəsindən istifadə edir. Adətən, Paste (əlavə et)
əmri Cut(Kəs) və ya Copy(Köçür) əmrindən sonra işlədilir və bu əmrin funksiyası Cut və
ya Copy əmri ilə buferə yerləşdirilmiş mətn fraqmentini ekrandakı cari sənədin kursorla
təyin edilən istənilən yerinə əlavə edilməsindən ibarətdir.
Font(Şrift) lent qrupu.
Qeyd olunmuş mətn sahəsi üçün Home tabının Font (Şrift) qrupunun düymələrindən
istifadə etməklə aşağıdakı əməliyyatları icra etmək olar.
1.
Font face –Cari şriftin dəyişilməsini təmin edir.
2.
Font size – Cari şriftin ölçüsünü dəyişməyi təmin edir. Nəzərə almaq lazımdır ki,
şriftin ölçüsü pointlə ölçülür. Point qısa olaraq (pt) kimi əks olunur (1pt=0.35mm).
Susmaya görə Word 2010 prosessorunda şriftin ölçüsü 11pt olur. Standart halda şriftin
ölçüsü 8pt-72pt arasında əks olunsa da, Word 2010 mətn prosessorunda şriftin ölçüsü 1pt-
1638pt arasında ola bilir.
3.
Bold (Qalın) – qeyd olunmuş mətni qalın şriftlə verir.
4.
İtalic(Kursiv)-qeyd olunmuş mətni kursiv şriftlə verir.
5.
Underline – (Altından xətt) – qeyd olunmuş mətnin altından xətt çəkir.
79
6.
Font Color(Şrift Rəngi) – Seçilmiş və ya daxil ediləcək mətnin rəngini dəyişir.
7.
Font (Şrift) – dialoq pəncərəsini açır.Hər çeydən əvvəl qeyd edək ki, istənilən
formatlaşdırma əməliyyatı yalnız mətnin nəzərdə tutulan hissəsi seçildikdən sonra aparıla
bilər.
Paragraph (Abzas) lent qrupu.
Microsoft Word proqramında abzas dedikdə sonu ¶ (abzasın sonu) işarəsi ilə
qurtaran, məntiqi olaraq tamamlanış mətn fraqmenti başa düşülür. Siyahı elementi başlıq,
boş sətir kimi obyektlər də abzasdır. Abzasın sonu işarəsi ( ¶) klaviaturanın Enter
düyməsinin kliklənməsi ilə daxil edilir. Bu işarə çap edilməyən işarələrdəndir.
Styles (Üslublar) lent qrupu.
Üslublar Word sənəddə simvolların, mətn fraqmentlərinin, abzasların, cədvəl
üslublarının və ya sənədin struktur səviyyələrinin formatlaşdırılmasını təyin edir.
Üslubların dörd növü var.
1.
Simvol üslubu. Bu üslub simvolların ülçüləri, forması, qalınlığı, intervalları da
daxil olmaqla simvolların formatlaşdırılması üçün nəzərdə tututltr və qeyd olunmuş mətn
hisssəsinə tətbiq edilir.
2.
Abzas üslubu. Bu üslubda isə abzasların formatlaşdırılması üçün istifadə edilən
parametrlər saxlanılır: yazı intervalları, abzas boşluqları, düzləndirmə, tabulasiya
nüqtələri.
3.
Siyahı üslubu. Bu üslub abzas üslubunun xüsusi halıdır və siyahıların
formatlaşdırılma parametrlərini təyin edir.
Editing
(Redaktə) lent qrupundakı Find(Tap) düyməsini və ya eyni adlı menyudakı
həmin əmr icra olunarsa, proqram pəncərəsinin sol kənarənda Microsoft Word 2010
mətn prosessoru üçün xarakterik olan Navigation paneli əks olunacaqdır.
Ekrandakı cari sənəddə müəyyən mətn hissəsini tapmaq üçün açılmış Find and
Replace dialoq pəncərəsində kursor Find What sətrinə gətirilir və axtarılacaq mətn daxil
edilir. Axtarış üçün daxil edilən simvolların sayı 255-ə qədər ola bilir. Axtarılan fraqmenti
daxil edildikdən sonra Find Next düyməsi kliklənir. Bu zaman tapılan axatarış fraqmenti
seçilmiş olur və Find Next düyməsini klikləməklə sənəddə həmin elementin axtarışı
davam etdirilir.
Find and Replace (Tap və Əvəz et) dialoq pəncərəsində tapılmış mətn hissəsini yenisi
ilə əvəz etmək üçün həmin pəncərənin Replace pəncərə əlavəsindən istifadə edilir. Mətndə
müəyyən fraqmentin (simvol, söz birləşməsi və.s.) axtarılıb tapılması və onun başqa
fraqmentlə əvəz edilməsi üçün Replace əmrindən istifadə edilir.
Mətndəki hər hansı obyektə tez keçid almaq.
Mətndəki hər hansı obyektə tez keçid almaq Edit panelində Find alt menyusunda
Go to əmrini vermək lazımdır. Açılan pəncərədə Go to what (Keçid obyekti) sahəsində
obyekti qeyd edək. Enter page number (Səhifə nömrəsini daxil et) sahəsində obyektin
sıra nömrəsini daxil edib Go to düyməsini sıxsaq, kursor həmin obyektə yerləşəcəkdir.
Sənədin xarici görünüşünün dəyişdirilməsi üsullarından biri də abzasların
düzləndirilməsi əməliyyatıdır. Düzləndirmə dedikdə səhifənin sahələrinə
nisbətdə abzasın mövqeyi başa düşülür. Dörd düzləndirmə üsulları mövcuddur.
Sol "Align Left", sağ "Align Right", mərkəzdən " Center" və enə görə
"Justify". Məsələn sərlövhəni qeyd edin və Home panelində Paragraph
düymələr qrupunda " Center" düyməsini basın. Çox asanlıqla görmək olar ki,
mətn səhifənin ortasında yerləşib.2-ci abzası qeyd edin və Home panelində
80
Paragraph düymələr qrupunda sağ "Align Right" düyməsini basın.
Beləlikləbiz mətni səhifənin sağ sahəsinə görə düzləndirdik.Bir neçə abzası
qeyd edin və enə görə "Justify" düyməsini basın. Bu halda mətn eyni vaxtda
həm sol, həm də sağ sahələr üzrə düzlənir. Qeyd etmək lazımdır ki, adi mətn bu
üsulla yığılır.
Abzasda sağ və ya da sol sərhəddin quraşdırılması üçün Home panelində
Abzas "Paragraph" düymələr qrupundan istifadə edilir. Gəlin sol sərhəddi
dəyişək. Sərhədd "Indentation" sahəsində solu "Left" seçin və sol sərhəddin
ölçüsünü göstərin. Məsələn 1.5 sm və OK-i basın. Gördüyünüz kimi sol
sərhədd dəyişdi. Həmin əməliyyatı sağ sərhəddin seçilməsi üçün də yerinə
yetirmək olar. Xüsusi "Special" sahədə 1-ci sətrin sərhəddinin ölçüsü müəyyən
edilir. Baş vermiş dəyişikliklər Nümunə "Preview" pəncərəsində göstərilir.OK -i
basın. Qeyd etmək lazımdır ki, sərhəddin quraşdırılması əməliyyatını xətkeşdən
istifadə etməklə də yerinə yetirmək olar. Sətirlər arası intervalın dəyişdirilməsi
üçün bu məqsəd üçün nəzərdə tutulan abzaslar qeyd edilir. Məsələn ilk 3 abzası
qeyd edək. "Paragraph" düymələr qrupunda ox işarəsinə daxil olduqda dialoq
pəncərəsi acılır. Açılmış dialoq pəncərəsində sətirlər arası sahəsində "Line
Spacing" sahəsində oxu basın. Açılmış siyahıdan lazımi variantı seçin. OK-i
basın. Beləliklə Abzas "Paragraph" dialoq pəncərəsi bağlanacaq, sətirlər arası
interval isə dəyişəcək.
5.3. Word pəncərədə lentin İnsert (Əlavə et) paneli üzərindəki düymələr qrupları.
Microsoft Word prosessoru ilə işləyərkən sənədlərin redaktəsi prosesində çox tez-tez
müxtəlif mətn elementlərinin və ya obyektlərin redaktə olunan mətnə yerləşdirilməsinə
ehtiyac yaranır. O cümlədən, bəzi idarəetmə elementləri, sənədə səhifələr, cədvəllər,
şəkillər, səhifə nömrələri, cürbəcür simvollar, sərlövhələr, tarix və zamanı, fayl və
obyektlər, əlfəcin və hiperəlaqələr və s. elementlər yerləşdirmək lazım gəlir. Bir-birindən
fərqli bu cür mətn elementlərinin və ya obyektlərin sənədə əlavə edilməsi üçün Insert
(Вставка/Əlavə et) tabının əmrlərindən istifadə edilir.
Lentin Insert (Вставка/Əlavə et) tabı açılarkən onun tərkıbi aşağıdakı kimi görünür.
Adlarından da göründüyü kimi taba daxil olan əmrlər mətnə müxtəlif elementlərin yerləş-
dirilməsi üçün nəzərdə tutulur. Odur ki, mətnə hər hansı elementin daxil edilməsi üçün uy-
ğun əmrin icrasından əvvəl kursor mətndə müvafiq mövqedə dayanmalıdır.
Insert (Вставка/Əlavə et) tabının daxilində Pages (Страницы/Səhifələr), Tables
(Таблицы/Cədvəllər), Illustrations (Иллюстрации/Şəkillər), Links (Ссылки/Əlaqələr),
Header & Footer (Колонтитул/Sərlövhə), Text (Текст/Mətn) və Symbols
(Символы/Simvol) lent qrupları vardır.
Microsoft Word 2010 mətn prosessorunun geniş şəkildə istifadə olunmasının
səbəblərindən biri də qrafik obyektlərin və sxemlərin mətnlərləbirlikdə istifadə
imkanlarıdır. Müxtəlif şəkillərdən, qrafiklərdən, diaqram və sxemlərdən istifadə sənədin
şərhini və asan başa düşülməsini təmin edir.
Şəkillərin, ClipArt obyektlərinin, fiqurların, SmartArt sxemlərin, diaqramların və
ekranın ani görünüşünün şəklini mətn sənədinə əlavə etmək üçün lentin İnsert (Вставка/
Əlavə et) tabının İllustrations (Иллюстрации/Şəkil) lent qrupundan istifadə edilir.
81
İllustrations (Иллюстрации/Şəkil) lent qrupundakı Picture (Рисунок/Şəkil)
düyməsinin kliklənməsi ilə kompyuter disklərindəki fayllarda saxlanılan şəkilləri mətnə
yerləşdirmə əmrlərini həyata keçirmək olar.
Microsoft Word mətn prosessorunun geniş şəkildə istifadə olunmasının səbəblərindən biri
də qrafik obyektlərin və sxemlərin mətnlərlə birlikdə istifadə imkanlarıdır. Müxtəlif
şəkillərdən, qrafiklərdən, diaqram və sxemlərdən istifadə sənədin şərhini və asan başa
düşülməsini təmin edir.
Məsələn, sərt diskdəki fayldan müəyyən şəkili sənədə əlavə etmək üçün Picture
(Рисунок/Şəkil) əmri icra olunur. Bu halda İnsert Picture (Вставка Рисунка/Şəkil Əlavə
et) adlı dialoq pəncərəsi ekrana çıxır. Açılmış pəncərədən istifadə edərək axtarılan şəkil
faylı tapılır və onun üzərində mausun sol düyməsi ikiqat kliklənir, ya da həmin fayl seçilir
və İnsert (Вставка/ Əlavə et) düyməsi kliklənir. Nəticədə tələb olunan qrafik təsvir
sənədə əlavə edilmiş olur.
Sənədə lentin İnsert (Вставка/ Əlavə et) tabının İllustrator (Иллюстрации/Şəkil)
və Text (Текст/Mətn) lent qruplarından hər hansı obyekt əlavə edilən kimi ya avtomatik
olaraq, ya da həmin obyekt qeyd olunan kimi əlavə olaraq Format (Формат/Format)
kontekst tabı meydana gəlir və aktivləşir. Bu isə həmin obyektin formatının
dəyişdirilməsinə xidmət edir. Seçilmiş obyektin növündən asılı olaraq lent üzərində
Drawing Tools/Format (Средства Рисования/Формат, Rəsmçəkmə Alətləri/Format) və
ya Picture Tools/Format (Работа с рисунками/Формат, Şəkil Alətləri/Format) kontekst
tabları gəlir. Bunlar bir-birindən qismən fərqlənir.
Belə ki, Drawing Tools/Format (Средства Рисования/Формат, Rəsmçəkmə
Alətləri/Format) kontekst tabı fiqurların əlavə edilməsi üçün-İnsert Shapes (Вставка
фигур/Fiqurlar Əlavə et), seçilmiş fiqurun daxilinin, konturunun, effektinin üslublarını
dəyişmək üçün- Shape Styles (Стили фигур/Fiqur üslubları), seçilmiş WordArt
obyektinin üslublarını dəyişmək üçün WordArt Styles (Стили фигур WordArt/ WordArt
üslubları), mətn qutusundakı və ya fiqur daxilindəki mətnin istiqamətini təyin edən- Text
(Текст/Mətn), seçilmiş obyektlərin mətnə nəzarən və ya bir-birinə nəzərən
nizamlanmasını, onların qruplaşmasını və dönmə formalarının nizamlanmasını Arrange
(Упорядочить/Nizamla) və obyektin uzunluq və en ölçülərini təyin edəт-Size
(Размер/Ölçü) lent qrupuna Picture Tools/Format (Работа с рисунками/Формат/Şəkil
Alətləri/Format) kontekst tabı isə seçilmiş şəklin fon rəngini nizamlayan-Adjust
(Изменение/Nizamla), seçilmiş şəklin sərhədlərinin, effetinin, düzən formasının
üslublarını tənzimləyən- Picture Styles (Стили рисунков/Şəkil üslubları), seçilmiş şəklin
mətnə nəzərən və ya bir-birinə nəzərən nizamlanması, onların qruplaşmasını və dönmə
formalarının nizamlanmasını-Arrange (Упорядочить/Nizamla), seçilmiş şəklin uzunluq
və en ölçülərini, onun kənarlarından kəsilmələrini təyin edən-Size (Размер/Ölçü) lent
qrupuna malikdir.
Links (Ссылки/Əlaqələr) lent qrupu.
Microsoft Word 2010 mətn prosessorunda sənədin müxtəlif sahələri arasında və ya başqa
sənədlərlə əalaqələrini yaratmaq üçün lentin İnsert (Вставка/ Əlavə et) tabının Links
(Ссылки/Əlaqələr) lent qrupunun əmrlərindən istifadə edilir.
Links (Ссылки/Əlaqələr) lent qrupunun əlaqələri Hyperlimk (Гиперссылка
/Hiperəlaqə), Bookmark (Закладка/Əlfəcin) və Cross-reference (Перекрестная
82
ссылка/Çarpaz-istinad). Belə ki, Web-səhifə, şəkil, e-poçt ünvanı və ya proqrama
yönəlmiş əlaqələr Hyperlin (Гиперссылка/Hiperəlaqə) vasitəsilə yaradılır.
Word-sənədlərlə işləyərkən mətnin bir yerindən digərinə, həmin sənəddən başqa bir
Word-sənədə, eləcə də, Office proqramlarının istinilən birində yaradılmiş sənədə, yaxud
istənilən Web-sənədə bir andaca keçidlər etmək kompüter istifadıçiləri üçün çox vacib
əməliyyatlarıdır. Belə ki, hiperəlaqə müxtəlif sənədlərlə əlaqəli şəkildə əməliyyatlarım
aparılmasını təmin edən bir vasitədir.
Yuxarıda göstərildiyi kimi Hiperəlaqələr Word, Excel, Access və Power Point
sənədləri arasında keçidlərdə istifadə edilə bilər. Bundan başqa standart Wor-sənədlər
daxilində yerdəyişmə əməliyyatları üçün də hiperəlaqələr işlədilə bilər. Əgər hiperəlaqə
başqa tip sənəd göstərirsə, onda o sənəd yaradıldığı proqramın pəncərəsində açılır.
Beləliklə, Word-sənədə hiperəlaqə yerləşdirmək üçün aşağıdakı əməliyyatlar ardıcıllığı
icra olunur:
1. Kursor sənəddə hiperəlaqə yerləşdiriləcək mövqedə saxlanılır və ya mətn fraqmenti,
yaxud obyekt seçilir;
2. İnsert (Вставка/ Əlavə et) tabının Links (Ссылки/Əlaqələr) lent qrupunun Hyperlink
(Гиперссылка/Hiperəlaqə) əmri və ya konkret menyunun eyni adlı əmri icra olunur. Bu
halda İnsert Hyperlink (Вставка Гиперссылки/Hiperəlaqə Əlavə et) adlı dialoq pəncərəsi
ekrana çıxır;
3. Bu pəncərənin yuxarısındakı Text to Display (Текст/Mətni göstər) sətrindən hiperəlaqə
əka olunacaq mətnin daxil edilməsi;
4. açılmış siyahıdan əlaqə yaradılan faylın adı seçilir və ya Adress(Адрес/Ünvan)
sətrindən faylın adı yazılır;
5. OK düyməsi kliklənir. Nəticədə, Word-sənəddə nəzərdə tutulan hiperəlaqə yaradılmış
olur.
WordArt sənədə dekorativ mətnin əlavə edilməsi üçün nəzərdə tutlmuşdur. Bu
mənada o, Word 2010 prosessorunda bir sıta qrafik əməliyyatların aparılması üçün geniş
imkanlar yaradan çox mühüm vasitədir. WordArt obyektləri ölçülərinin dəyişdirilməsi
mümkün olan, müxtəlif istiqamətlərdə fırladıla (döndərilə) bilən, Word-sənəd
səhifələrində sürüşdürülərək yerləşdirilən, səhifələrdə qrafik obyektlər kimi yerləşdirilən
stilləşdirilmiş və xüsusi effektlər verilməklə formalaşdırılmış mətn elementləridir.
Beləliklə, mətnə WordArt obyekti yerləşdirmək üçün aşağıdakı əməliyyatlar
ardıcıllığı icra edilməlidir:
-Lentin İnsert (Вставка/ Əlavə et) tabının Text (Текст/Mətn) lent qrupundan
WordArt əmri icra olunur. Bu halda WordArt qalereyasından seçim imkanları əyani
şəkildə ekrana çıxır;
-Bu qrupda yazı formalarının mümkün variantları əks olunur;
-Nəzərdə tutulan WordArt mətni daxil edilir;
-WordArt qalereyasından təqdim olunan yazı üslublarından biri seçilir və onun üzərində
mausun sol düyməsi kliklənir.
Word 2010 proqramında sənədlərə müxtəlif düsturların əlavə edilməsi üçün əlavə
modul-Microsoft Equations 3.0 quraşdırılmışdır. Elm, iqtisadi mətnlərin tərtibatı
zamanı düsturları daxil edilməsinə mütəmadi olaraq tələbat yaranır. Word 2010 mətn
prosessorunda düsturların yaradılması və işlənməsi üçün yeni vasitələr təklif olunmuşdur.
83
Word 2010 mətn prosessorunda sənədə düsturların daxil edilməsini 2 üsulla həyata
keçirmək olar: Microsoft Equations 3.0 proqram modulu vasitəsilə və Microsoft
Equations modulundan istifadə etmədən.
Birinci üsulda Microsoft Equations obyektini ənədə əlavə etmək üçün aşağıdakı addımlar
icra olunur:
1. Lentin İnsert (Вставка/ Əlavə et) tabının Text (Текст/Mətn) lent qrupundakı Object
(Объект/Obyekt) düyməsinin kliklənməsi zamanı açılan siyahıdakı eyni adlı əmr icra
olunur;
2. Açılan Object (Объект/Obyekt) pəncərəsinin Create New (Создать/Yenisini yarat)
pəncərə əlavəsinin Object Type (Тип объекта/Obyekt tipi) siyahısından Microsoft
Equations 3.0 elementinin seçilməsi və OK düyməsinin kliklənməsi yerinə yetirilir;
3. Düsturları daxil etmək üçün alətləri saxlayan Equations pəncərəsi açılacaqdır;
4. OK düyməsinin kliklənməsi ilə ekranda equations alətlər paneli əks olunur.
Bu alətlər panelinin düymələrindən istifadə edərək düstur üçün açılmış sahəyə
düstur əlavə edilir.
İkinci üsulda isə Word 2010 proqramının öz vasitələrilə düsturu sənədə daxil etmək
olar: bunun üçün İnsert (Вставка/ Əlavə et) tabının Symbols (Символы/Simvollar) lent
qrupundakı Equations (Формула/Düstur) əmr düyməsindən istifadə olunur.
Microsoft Word 2010 proqramında Cədvəl qurmaq üçün bir neçə üsuldan istifadə etmək
olar. İnsert menyusunda yerləşən Table düyməsi məhz cədvəl yaratmaq üçün istifadə
olunan alətləri özündə cəmləşdirir. Burada gördüyünüz kimi boş xanələr göstərilir. Şaquli
və üfiqi vəziyyətdə Sütun və sətirlərin sayını təyin edərək siz cədvəl yarada bilərsiniz.
Və yaxud da başqa bir üsul, Həmin pəncərədə yerləşən Draw Table düyməsini
sıxaraq. Bu düyməni basdıqdan sonra mausun göstəricisi ox deyil, qələm şəkilinə düşür.
Bu qələm ilə əvvəlcə cədvəlin konturu çəkilir (yəni sadəcə olaraq bir düzbucaqlı), sonra
isə sütun və sətirlərə bölünür. Məsələn: 2 sütun və 3 sətirdən ibarət cədvəl belə düzəlir:
1. Draw Table (Нарисовать таблицу) düyməsi basılır və bir düzbucaqlı çəkilir
2. Alınan düzbucaqlının mərkəzində vertikal xətt çəkilir.
3. Sətirləri yaradan iki horizontal xətt çəkilir
4. Cədvəl hazır olduqdan sonra Menyular panelinə Tables Tools adlı yeni menyu əlavə
olunacaq. Burada yerləşən Draw Table (Нарисовать таблицу) düyməsini sıxaraq mausun
göstəricisini öz vəziyyətinə qaytara bilərik.
5.4. Word pəncərədə lentin Page Layout (Səhifə maketi) və References
(İstinadlar) paneli üzərindəki düymələr qrupları.
Səhifə düzəni ilə iş sənədlə işin vacib məqamıdır. Page Layout (Разметка
страницы/Səhifə düzəni) tabının lent qruplarından istifadə etməklə səhifənin
parametrlərinin, fonunun dəyişdirilməsi, həmçinin mövzular və abzaslar üzərində
əməliyyatların yerinə yetirilməsi, qrafik obyektlərin mətnlərə nəzərən vəziyyətinin idarə
olunması və digər əməliyyatların icrası mümkündür. Adətən səhifə düzəni ilə bağlı
məsələlər sənədlə ilkin işə başlayarkən müəyyənləşdirilir. Ancaq bunu sonra da etmək
olar, lakin bu zaman sənədin tərtibatında bəzi dəyişikliklər baş verə bilər.
Page Layout (Разметка страницы/Səhifə düzəni) tabı aşağıdakı lent qrupuna
84
malikdir: Themas (Темы/Mövzular), Page Setup (Параметры страницы/Səhifə
Parametrləri), Page Background (Фон страницы/Səhifənin Arxa Planı), Paragraph
(Абзац/Abzas), Arrange (Упорядочить/Nizamla).
Themas (Mövzular)-rənglər, şriftlər və effektlər də daxil olmaqla sənədin bütün
dizaynının dəyişdirilməsini təmin edir.
Thema Colors (Mövzu Rəngləri) – cari mövzu üçün rənglərin dəyişdirilməsini
təmin edir.
Thema Fonts (Mövzu Şriftləri) – cari mövzu üçün şriftlərin dəyişdirilməsini təmin
edir.
Thema Effects (Mövzu Effektləri) – cari mövzu üçün effektlərin dəyişdirilməsini
təmin edir.
Page Setup
(Səhifə Parametrləri) lent qrupu.
Page Setup (Səhifə Parametrləri) dialoq pəncərəsinin yuxarı hissəsində yerləşmiş
Margins (Kənar boşluqlar), Paper (Kağız), Layout (Düzən) adlı düymələrdən istifadə
edərək səhifə və onun printerə verilməsi ilə əlaqədar olan cürbəcür parametrlərin
qiymətlərinin təyin edilməsi üçün eyni adlı müvafiq pəncərə əlavələri açılır.
Page Background
(Səhifənin Arxa Planı) lent qrupu.
Adətən sənədlərin daha diqqətçəkən, daha cəlbedici olması üçün səhifələrdə fondan
istifadə edilir. Belə ki, mətnin arxasına (fonuna) müəyyən naxışlar və ya rəsmlər
yerləşdirilir, ya da mətnin fonu sadəcə olaraq konkret bir rənglə, ya da müxtəlif rənglərin
qarışığı ilə doldurulur. Mətnin fonundakı müxtəlif rəng çalarlarının, eləcə də eyni bir
rəngin müxtəlif çalarlarının birindən digərinə tədricən keçməsi sənədi daha cəlbedici edir.
Əgər əsas mətnə sənədin üzü kimi baxsaq, onda bu mətnin arxasında nisbətən zəif görüntü
ilə əks olunan ikinci mətnə əsas mətnin arxa qatı – mətn altlığı kimi baxmaq olar. Eyni
zamanda əsas mətnin fonu üzərində yarımşəfaf altlıq-şəkil altlığı da yerləşdirmək olar.
Beləliklə, mətnin fon qatı sadəcə müəyyən rənglə doldurulmuş ola bilər və ya müəyyən
rəsm, ya da naxışlardan ibarət ola bilər.
Dostları ilə paylaş: |