2.Alıcılar və sifarişçilərlə hesablaşmaların auditi
Alıcılarla və sifarişçilərlə hesablaşmaların auditi zamanı aşağıdakı məsələlər yoxlanılmalıdır:
məhsulların göndərilməsi üzrə müqavilələrin mövcudluğu. Bu məqsədlə müqavilələrin və təminat məktublarının qeydiyyatı jurnalıyoxlanılır;
alıcıların borclarının reallığı (hesablaşmaların inventariza- siyası aktı ilə təsdiqolunmalıdır);
171 saylı "Alıcılar və sifarişçilərin uzunmüddətli debitor borcları", 175 saylı "Tikinti müqavilələri üzrə uzunmüddətli debitor borcları", 176 saylı "Faizlər üzrə uzunmüddətli debitor borcları", 211 saylı "Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları", 215 saylı "Tikinti müqavilələri üzrə qısamüddətli debitor borcları", 216 saylı "Faizlər üzrə qısamüddətli debitor borcları" (62"Alıcı və sifarişçilərlə hesablaşmalar") hesabları üzrə analitik uçotun aparılmasının düzgünlüyü. Bu zaman analitik uçot elə qurulmalıdır ki, alıcılarla və sifarişçilərlə hesablaşmalar üzrə pul vəsaitlərinin daxil olması müddəti başlamamış veksellərlə, diskont- laşdırılmış veksellərlə (bankda uçota alınan, onlar üzrə pul vəsaitləri vaxtında daxil olmamışdır)təmin olunmuş borclar haqqında məlumatların əldə olunmasını təminetsin;
171, 175, 176, 211, 215, 216 (62) saylı hesab üzrə mühasibat yazılışlarının tərtib edilməsinindüzgünlüyü;
171, 175, 176, 211, 215, 216 (62) saylı hesab üzrə analitik uçot yazılışlarının dövriyyə cədvəllərində, baş kitabda, balansda əks etdirilmiş məlumatlarauyğunluğu.
Avanslar material qiymətlilərinin göndərilməsi və ya işlərin (xidmətlərin göstərilməsi) yerinə yetirilməsi, eləcə də məhsulların ödənilməsi sifarişçi üçün yerinə yetirilmiş hazır işlər müqabilində alma bilər. Alınmış və verilmiş avanslar üzrə hesablaşmaların auditi zamanı aşağıdakı məsələlər yoxlanılmalıdır:
avansların alınmasının əsaslıolması;
192 saylı "Verilmiş uzunmüddətli avanslar", 243 saylı "Verilmiş qısamüddətli avanslar" (61) və 443 saylı "Alınmış uzunmüddətli avanslar", 543 saylı "Alınmış qısamüddətli avanslar" (64) saylı hesablar üzrə analitik uçotun aparılmasının düzgünlüyü;
Daxil olmuş avans ödəmələri məbləğindən ƏDV və xüsusi vergilərinödənilməsi;
192, 243 (61) və 443, 543 (64)saylı hesablar üzrə mühasibat yazılışlarının tərtib edilməsinindüzgünlüyü;
Analitik uçot yazılışlarının dövriyyə cədvəllərində, baş kitabda və balansda əks etdirilmiş məlumatlarauyğunluğu;
Xarici valyutada alınmış avansların uçotunundüzgünlüyü.
Alıcılar tərəfindən alınmış məhsulların dəyərinin tam və vaxtında ödənilməsinin yoxlanması mühüm məsələlərdən biridir. Bu məqsədlə hesablaşmaların inventarizasiyası aparılır. Ayrı-ayrı alıcılar üzrə aparılan yoxlama borcların sabitliyini aşkar edildikdə, onun əsaslı olması həmin borcların yaranmasını şərtləndirən ilkin sənədlərin (hesablar, hesab-fakturalar, əmtəə-nəqliyyat qaimələri) məlumatları üzrə, alıcılar tərəfindən malların dəyərinin vaxtında ödənilməməsi-nin səbəbləri isə hesablaşmaların qarşılıqlı üzləşdirilməsi ilə müəyyən olunur. Alıcılarla və sifarişçilərlə hesablaşmaların inventarizasiyası aktı üzrə borclar bütövlükdə balans və ayrı-ayrı borclular üzrə tədqiq olunur. Müəssisənin mühasibatlığı tərəfindən tərtib olunan həmin inventarizasiya aktı əsasında bu borcların yaranma vaxtı və səbəbləri,eləcə də onların reallığı müəyyən olunur.
Məlumdur ki, Azərbaycan Respublikasından kənardan mal almış təsərrüfat subyekti daxili bazarda satış qiymətini Mərkəzi Bankın kursu üzrə hesablanmış idxal zamanı tətbiq olunan gömrük rüsumları, yüklərin gömrük rəsmiləşdirilməsi zamanı göstərilən xidmət haqqı xərcləri, aksiz və sadalanan gömrük ödənişlərinə hesablanan ƏDV və digər xərclər nəzərə alınmaqla müqavilə qiymətini formalaşdırır.Əgər alıcıda yükün sığortası və öz anbarına qədər daşınması xərclərini sübut edən təsdiqləyici sənədlər olarsa, onda o, həmin xərcləri də malın buraxılış qiymətinə əlavə etmək hüququna malikdir.
Azərbayacan Respublikası ərazisində məhsulların və malların satışı və təkrar satışı zamanı satıcı müşayətedici sənədlərdə (əmtəə- nəqliyyat qaimələri) istehsalçı-müəssisənin buraxılış qiyməti və ya topdansatış-idxalçının qiymətini, qiymət əlavəsini və sair məlumatları əks etdirməlidir. Alıcılar və sifarişçilərlə hesablaşmaların yoxlanılmasının son mərhələsində mühasibat uçotu hesablarının qüvvədə olan müxabirləşmə qaydalarına əməl edilməsi yoxlanılır ki, bu da yalnız hesablaşma əməliyyatlarının uçotda əks etdirilməsi zamanı səhvlərin, eyni zamanda mənimsəmələrin örtbasdır edilməsi(gizlədilməsi) məqsədi ilə uçot məlumatlarının bilərəkdən təhrif edilməsi faktlarını aşkaretməyə imkan verir.