Mövzu Maliyyə nəzarəti sistemində auditin rolu. Auditin mahiyyəti, məqsəd, vəzifə və prinsipləri. Plan


İddialar üzrə hesablaşmaların auditi



Yüklə 465,1 Kb.
səhifə51/82
tarix18.04.2023
ölçüsü465,1 Kb.
#100182
1   ...   47   48   49   50   51   52   53   54   ...   82
Audit yeni

3.İddialar üzrə hesablaşmaların auditi


Hesablaşmalar üzrə nəzarətin əsas istiqamətlərindən biri müqavilə öhdəliklərinin yerinə yetirilməməsinə görə iddialar üzrə hesablaşmaların yoxlanılmasıdır.
İddialarmüxtəlifsəbəblərdənyaranabilərki,onlarınənçoxyayılan növləriaşağıdakılardır:

  • malsatanlarm, podratçıların və nəqliyyat təşkilatlarına onların hesabları yoxlanarkən qiymət və tariflərin müqavilədə göstərilən preyskuranta uyğun gəlmədiyi, hesablama səhvləri aşkaredildikdə;

  • material, malgöndərənlərə materialların, malların keyfiyyət standartlarına, texniki şərtlərə, sifarişə uyğun olmaması aşkaredildikdə;

  • malsatanlarm və ya podratçıların günahı üzündən çıxdaş və boşdayanmalara görə tanınmış və ya məhkəmə tərəfindən müəyyən edilmiş məbləğdə malsatanlara və podratçılara;

  • müəssisənin hesabından səhvən silinən məbləğə görə bank müəssisəsinə;

  • müqavilə öhdəliklərini yerinə yetirmədiklərinə görə cərimə, faiz, dəbbələmə məbləğində malsatanlara, podratçılara, alıcılara, sifarişçilərə, nəqliyyattəşkilatlarına.

Müəssisə öz əmlak hüquqlarının və digər müəssisələrin qanuni maraqlarının pozulmasını bildikdən sonra iddia təqdim edir.
İddia yazılı formada tərtib edilir və müəssisə rəhbəri və ya onun müavini tərəfindən imzalanır. İddiada iddia məbləği və onun əsaslandırılmış qaydada hesablanması, iddianın əsaslandığı faktlar və onu təsdiq edən sübutlar, iddia ərizəsinə əlavə edilən sənədlərin və digər sübutların siyahısı və mübahisənin tənzimlənməsi üçün zəruri olan digər məlumatlar, sübutlar əks etdirilir.
Yoxlama zamanı iddianın əsaslandırılması, vaxtında və düzgün tərtib edilməsi, yoxlanılan müəssisəyə təqdim olunan iddianın əsaslı olmasımüəyyənedilir,538-4saylı"İddialarüzrəalıcılaravəsifarişçilərə qısamüddətli kreditor borcları" 538-9 saylı "Malsatan və alıcılarla hesablaşmalar üzrə ödəniləcək cərimə və müamilələr", 217-8 saylı "Malsatan və alıcılarla hesablaşmalar üzrə alınacaq cərimə və müamilələr" (63 "İddialar üzrə hesablaşmalar") subhesab- ları üzrə mühasibatyazılışlarınıntərtibolunmasının,analitikuçotunaparılmasının düzgünlüyü (analitik uçot yazılışlarının dövriyyə cədvəllərində, baş kitabda və balansda əks etdirilmiş məlumatlara uyğunluğu) müəyyən edilir.
Göndərilməyən məhsulların (malların) dəyərinin ödənilməsi haqqında iddia bir ay ərzində, digər səbəblərə görə iddia iki ay ərzində təqdimedilir.İddiaməktubununformasıaşağıdakıkimitərtibediləbilər:
Salyan sement zavodunun direktoru A. M.Nəzərov
Poçt ünvanı: Salyan şəhəri, Qələbə küçəsi 31 h/h 14102007 Texnika Bankın Salyan şöbəsi İddia məbləği: 660 manat manat
"Amal" şirkəti bildirir ki, 15.10.201..ci ildə ...№ li əmtəə-material qaiməsi üzrə Sizin müəssisədən bizim ünvana 100000 AZN dəyərində 500 ton sement göndərilmişdir. Lakin yük qəbul edilər

kən 660 manat dəyərində 3300 kq sementin çatışmazlığı müəyyən edilmişdir.


Sementin qəbulu zamanı tərtib olunmuş kommersiya aktı məktuba əlavə edilir. Yükün kəsirlə göndərilməsi sizinlə bağlanmış

  • " 201..ciil № li müqavilənin şərtlərini pozur. Xahiş edirik 396 manat məbləğində iddianı təmin edəsiniz və həmin məbləği bizim Amalbank KB-də olan 16101954 saylı hesablaşma hesabına köçürəsiniz, tddia təmin olunmasa, "Amal" ASC iddia ilə məhkəməyə müraciət etmək hüququnu özündə saxlayır.

"Amal"ASC-ninsədri HəsənliR.M.
Poçt ünvanı: Bakı şəh., C. Cabbarlı küçəsi, 44b
Hər bir iddianın əsaslı olması, sənədləşmənin vaxtında və düzgün tərtib olunması yoxlanılmalıdır. İddianın təqdim olunması müddətinə riayət edilməməsi çox vaxt material qiymətlilərinin mənimsənilməsi faktını gizlətmək üçün istifadə edilir, çünki hesablanmış məbləğ istehsal xərclərinə və ya digər hesablara silinir. Buna görə də malgöndərənlər və podratçılar tərəfindən iddianın səbəbləri, iddia məsələlərininməhkəmədə baxılması üzrə protokollaröyrənilməlidir.

Yüklə 465,1 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin