Mövzu: Mülki müdafiənin yaranma tarixi, rolu və vəzifələri


MM xidmət dəstələri (xüsusi məqsədli dəstələr)



Yüklə 0,67 Mb.
səhifə65/70
tarix15.12.2022
ölçüsü0,67 Mb.
#74954
növüMühazirə
1   ...   62   63   64   65   66   67   68   69   70
MM xidmət dəstələri (xüsusi məqsədli dəstələr) – xüsusi təyinatlı dəstələr kəşfiyyat, tibbi yardım, yanğınsöndürmə, rabitə, dozimetrik və kimyəvi nəzarət və s. məhz xidmət dəstələri sayılır.
Yüksək təhlükəli obyektlərdə (AES, kimyəvi maddələrdən istifadə edən və s.) ixtisaslaşdırılmış dəstələr yaradılır. Hazırlıq dərəcəsinə görə hərbiləşməmiş dəstələrin bir hissəsi yüksək hazırlıqla saxlanılır (6-8 saat), qalan dəstələr isə gündəlik hazırlıqda olurlar (24 saat) .
Dəstələrin təşkilatı strukturu və texniki təchizatı onların təyinatından, habela bazası əsasında yaradıldıqları obyektdə istehsal prosesinin xüsusiyyətlərindən asılı olur. Bu zaman obyektin istehsalat xüsusiyyətləri ilə yanaşı, burada qəza nəticələrinin aradan qaldırılması işləri aparmaq üçün hansı müvafiq texnika və mexanizmlərin olması da nəzərə alınır.
İstehsalat prinsipi hərbiləşməmiş dəstələrin şəxsi heyətlə komplektləşdiril-məsinin əsasını təşkil edir. Bu prinsip kollektivi tam halda saxlamağa, dəstələri qətiyyətlə və fasiləsiz idarə etməyə imkan yaradır.
MM-nin hərbiləşməmiş dəstələri elə hesablanıb şəxsi heyətlə komplektləşdirilir və texnika ilə təchiz edilir ki, onların XvəDTİ-rə cəlb olunması obyektlərin istehsalat fəaliyyətini pozmasın.
MM hərbiləşməmiş dəstələri tabeliyindən asılı olaraq müvafiq obyektin rəhbərinin sərəncamı əsasında hazır vəziyyətə gətirilir. Bunun üçün: dəstələrə xəbər verilməsi; şəxsi heyətin toplanış yeri və müddəti; nəqliyyatın, texnikanın və digər vasitələrin alınması qaydası, yeri və müddətləri; dəstələrin toplanması rayonu, onların hərəkət marşrutları və bu rayona gəlməsi müddətləri; dəstələrin hazırlığının yoxlanması qaydası və müddəti əvvəlcədən müəyyən edilir. Dəstələrin hazırlıq dərəcəsini onların təlimlərdə əməli vəzifələrin yerinə yetirilməsinin yekunlarına görə təyin edirlər. Dəstələrin hazırlığı üçün obyektlərin rəhbərləri məsuliyyət daşıyırlar. Bu iş üzrə əsas tələblər bunlardır: onların MM vəzifələrini yerinə yetirməyə həmişə hazır saxlanması, şəxsi heyətin dəstənin təchizatındakı texnika və cihazların, kimyəvi təhlükəli qəzaların aradan qaldırılmasının üsul və qaydalarını bilməsi.
MM dəstələrinin qarşısında duran vəzifələrin müvəffəqiyyətlə və vaxtında yerinə yetirilməsi xeyli dərəcədə onların komandir-rəis və bütün şəxsi heyətinin hazırlıq dərəcəsindən asılı olur.
Komandir-rəis heyətinin hazırlanmasının əsas metodları əməli məşğələlərdən, nümunəvi və təminatlı metodik məşğələlərdən, qruplar üzrə təlimlərdən və seminarlardan ibarətdir. Şəxsi heyətin əldə etdiyi nəzəri biliklər və əməli vərdişlər obyektlərdə keçirilən komandir qərargah təlimlərində və məşqlərində, eləcə də dəstələrlə keçirilən taktiki-ixtisas təlimlərində və məşğələlərində möhkəmləndirilir, təkmilləşdirilir. Hərbiləşməmiş dəstələrin komandirləri dəstənin, şəxsi heyətinin hazırlanması üçün məsuliyyət daşıyırlar.

Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin