Mövzu: Mülki müdafiənin yaranma tarixi, rolu və vəzifələri


Təbii fəlakət rayonunda və texnogen qəzalar zamanı kəşfiyyatın ümumi vəzifələri. Mühəndis kəşfiyyatı



Yüklə 0,67 Mb.
səhifə68/70
tarix15.12.2022
ölçüsü0,67 Mb.
#74954
növüMühazirə
1   ...   62   63   64   65   66   67   68   69   70
3. Təbii fəlakət rayonunda və texnogen qəzalar zamanı kəşfiyyatın ümumi vəzifələri. Mühəndis kəşfiyyatı.
FH-ın qarşısının alınması və nəticələrinin aradan qaldırılması məqsədi ilə aparılan kəşfiyyat işləri - qəza, fəlakət, təbii fəlakət rayonlarında, zədələnmə ocaqlarında həmçinin qəza-xilasetmə işləri aparılan sahələrdə, obyektlərdə ətraf mühitin vəziyyəti və ümumi şərait haqqında məlumatların toplanması, işlənməsi və öyrənilməsi üçün həyata keçirilən tədbirlər kompleksindən ibarətdir.
Kəşfiyyatın vəzifələri aşağıdakılardır:
- Ətraf mühitin vəziyyətinə müşahidənin və laboratoriya nəzarətinin aparılma-sı və fövqəladə vəziyyət faktının vaxtında aşkar edilməsi;
- Qəzaların, fəlakətlərin, təbii fəlakətlərin miqyasının və nəticələrinin aşkar edilməsi;
- Fövqəladə vəziyyət rayonlarda şəraitə nəzarət etmək, qəza – xilasetmə və digər təxirəsalınmaz işlərin kəşfiyyat ehtiyaclarını təmin etmək.
Kəşfiyyat məlumatları, FH zamanı əhalinin mühafizəsi üzrə qərarların düzgün və vaxtında qəbul edilməsi üçün, həmçinin, FH lokallaşdırılması və nəticələrinin ləğv edilməsi, bunun üçün tələb olunan qüvvə və vasitələrin hesablanması, onların zədələnmə ocağına daxil edilmə istiqamətlərinin təyin edilməsi üçün istifadə edilir.
Fəlakət zonasında ətraf mühitin vəziyyəti və şəraitin inkişafı müntəzəm surətdə müşahidə olunmalıdır. İşlərin həcmini və xilasedənlərin iş üsullarını müəyyən etmək məqsədilə ilə ərazinin konkret sahələri, bina və qurğular, kommunal şəbəkələr və digər obyektlər dəqiqliklə öyrənilir. Kəşfiyyat fəaliyyəti adamların axtarılması və ehtiyacı olanlara kömək göstərilməsi işləri ilə birlikdə aparılır. Axtarış aparan dəstələr xüsusi akustik, teploviziya, optiktel və başqa cihazlarla təchiz edilirlər.
Fövqəladə vəziyyətin aradan qaldırılması üçün əsaslı qərarın qəbul edilməsi, onun xarakteri haqqında dəqiq məlumatlar, yaranması nəticəsində əmələ gələn şərait haqqında hərtərəfli və dolğun məlumatlar olmadan mümkün deyil. Bu məlumatları əldə etmək FH-ın aradan qaldırılmasında iştirak edən bütün Rayon Fövqəladə Hallar Dövlət Sisteminin (RFHDS) idarəetmə orqanları tərəfindən kəşfiyyat işləri təşkil edilir.
Mühəndis kəşfiyyatı xüsusi kəşfiyyatın bir növüdür və fövqaladə vəziyyət zonasında, eləcədə FHN qüvvələrinin yerləşdiyi və fəaliyyət göstərdiyi rayonlardakı ərazi haqqında həqiqi mühəndis kəşfiyyatı məlumatlarının əldə edilməsi məqsədilə FHN qüvvələrinin bütün fəaliyyəti ərzində həyata keçirilir. Mühəndis kəşfiyyatı bütövlükdə ümumi kəşfiyyata qoyulan tələblərə uyğun olaraq təşkil olunur və aparılır ki, bunlardan da əsasları aşağıdakılardır: məqsədyönlük, fasiləsizlik, fəallıq, vaxtında olma və operativlik, doğruluq və dəqiqlik.
Mühəndis kəşfiyyatının nailiyyəti aşağıdakılarla əldə olunur:

  • Kəşfiyyat bölmələrinin və dəstələrinin yüksək təlimatlılığı və hazırlığı ilə;

  • Kəşfiyyat vəzifələrinin istiqamətinin, rayonlarının və obyektlərinin düzgün müəyyən edilməsi ilə;

  • Kəşfiyyat məlumatlarının əldə olunmasına, toplanmasına, təhlilinə və maraqlı instansiyalara çatdırılmasına sərf olunan vaxtın əsaslı ixtisarı ilə;

  • Mühəndis kəşfiyyatının daha mükəmməl texniki vasitələrinin və yeni aparılma üsullarının tədbiqi ilə;

  • Ehtiyatların mövcudluğu ilə;

  • Mərkəzləşdirlmiş, fasiləsiz və dayanıqlı idarəetmə ilə.

Mühəndis kəşfiyyatını qüvvələrin və köçürülmüş əhalinin yerləşdirildiyi rayonlarda, QXDTİ-nin aparılması rayonlarına qüvvələrin yeridilməsi yollarında, FH zonasında və xilasetmə işləri sahələrində aparırlar.
Həll olunan vəzifələrin həcmindən ,miqyasından və mühəndis kəşfiyyatı obyektlərindən asılı olaraq qüvvələr yaradılır ki, hal-hazırda bunlar aşağı-dakılardır: MM birləşmələrinin və hissələrinin mühəndis kəşfiyyat bölmələri; MM xidmətlərinin ərazi və obyekt mühəndis –kəşfiyyat dəstələri.
Mühəndis kəşfiyyatını aparmaq üçün mühəndis kəşfiyyat bölmələrinin və dəstələrinin tərkibindən mühəndis müşahidəsi postları (MMP), fotoşəkilləri çəkən mühəndis postları (FMP), mühəndis kəşfiyyatı qrupları (MKQ) və mühəndis kəşfiyyatı dozorları (MKD) yaradılır.
Mühəndis kəşfiyyatının aparılmasının əsas üsulları bunlardır: müşahidə (qulaq asmaq), yerüstü və havadan şəkil çəkməklə uyğunlaşdıraraq müşahidə aparmaqla və s. Adətən müşahidəni leysan yağışların yağması və qarın əriməsi nəticəsində daşqın təhlükəsi olduqda və ya buz yığınlarının əmələ gəlməsinə səbəb olan yerlərdə, eləcə də sel axını və ya qar uçqunları üçün şəraitin formalaşdığı rayonlarda və digər fövqəladə vəziyyətlərin yaranması təhlükələri olduqda təşkil edirlər. Axtarış zərər çəkənlərin uçqunlarda su altında qalmış və yaxud qarla basılmış ərazilərdə olduqları yerləri aşkar etmək, avia fəlakətlərini müəyyən etmək məqsədilə aparılır.
Mühəndis kəşfiyyatının müvəffəqiyyəti ilk növbədə onun dərin düşünülmüş, vaxtında və məqsədyönlü təşkil edilməsi ilə təmin olunur.
Mühəndis kəşfiyyatı vəzifələrinin yerinə yetirilməsinin bilavasitə təşkilatçı-ları, bu məqsədlər üçün qüvvə və vasitələrə malik olan MM mühəndis texniki xidmətlərinin və birləşmələrinin qərargahlarıdırlar.
Mühəndis kəşfiyyatını aparmaq üçün müxtəlif vasitələr, cihaz və avadanlıqlar istifadə olunur ki, onlar MKD nəqliyyat avtomobillərində daşınır və ya xüsusi kəşfiyyat maşınlarında quraşdırılır.

Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin