Mövzu: Mülki müdafiənin yaranma tarixi, rolu və vəzifələri


Mülki müdafiə kəşfiyyatının növləri Mülki müdafiə kəşfiyyatının: ümumi və xüsusi kəşfiyyat



Yüklə 0,67 Mb.
səhifə66/70
tarix15.12.2022
ölçüsü0,67 Mb.
#74954
növüMühazirə
1   ...   62   63   64   65   66   67   68   69   70
2. Mülki müdafiə kəşfiyyatının növləri Mülki müdafiə kəşfiyyatının: ümumi və xüsusi kəşfiyyat
Kəşfiyyat – MM qüvvələrinin fəaliyyətini təmin etmək üçün görülən əsas tədbirlərdən biridir. MM sistemində aparılan kəşfiyyatda məqsəd – güclü istehsalat qəzasından, təbii fəlakətdən və ya düşmən hücumundan sonra yaranmış vəziyyət barədə dəqiq məlumatlar toplamaqdır. Kəşfiyyatın konkret məqsədini, ilk növbədə hansı məlumatların topplanmasını və müddətini, bunun üçün istifadə ediləcək qüvvələri MM rəhbəri müəyyənləşdirir.
Kəşfiyyatın dəqiq təşkil edilməsi üçün MM qərargahının rəisi tam məsuliyyət daşıyır, bu işin bilavasitə təşkilatçısı isə MM qərargahı rəisinin müavinidir. O, MM rəhbərinin qərarına və qərargah rəisinin konkret göstərişlərinə uyğun olaraq kəşfiyyat tədbirlərini planlaşdırır, qrupları və manqaları fəaliyyətə hazırlayır, kəşfiyyata göndərir, onlardan alınan kəşfiyyat məlumatlarını toplayır, təhlil edir və ümumiləşdirir.
MM kəşfiyyatının əsas vəzifələri sülh dövründə :
- ətraf mühitdə havanın, suyun, torpağın, maldarlıq və bitkiçilik məhsullarının radioaktiv, kimyəvi, bakterial maddələrlə çirklənməsinə vaxtaşırı müşahidə və laboratoriya nəzarəti aparmaq;
- yoluxucu xəstəlik ehtimallı rayonlarda epidemik və epizotik vəziyyətə müntəzəm nəzarət etmək;
- güclü istehsalat qəzası və ya təbii fəlakət baş vermiş rayonlarda yaranan vəziyyətləri aşkar etməkdir.
Muharibə dövründə düşmən basqınından sonra isə kəşfiyyatın vəzifələri aşağıdakı məlumatları əldə etməkdir:
- işlədilmiş silahın növü, zərbənin nə vaxt və haraya endirildiyi, nüvə partlayışının güclü və koordinatları;
- radiasiyanın səviyyələri, ZM konsentrasiyası, zəhərli hava buludunun yayılma istiqaməti;
- zədələnmə ocağının hüdudları ;
- xilasetmə və digər işlər aparılan rayonlarda zədələnmə şəraitinin necə dəyişdiyi;
- mühafizə qurğularının, oradakı adamların vəziyyəti, onlara yardim göstərmənin yolları;
- kommunal enerji şəbəkələrinin, rabitə xətlərinin, habelə MM dəstələri, köçürülən əhali hərəkət edəcək marşrutların vəziyyəti;
- yanğın yerləri, onların yayılma istiqaməti;
- hidrotexniki qurğuların nə dərəcədə zədələndiyi, fəlakətli subasma və daşqın zonalarının yaranıb-yaranmadığı və s.
Kəşfiyyat fəal, fasiləsiz, vaxtında və məqsədyönlü aparılmalı, başlıcası isə topladığı məlumatlar dəqiq olmalıdır.
Hansı qüvvə və vasitələrlə aparılmasından asılı olaraq yerüstü kəşfiyyat, havadan kəşfiyyat və dənizdən (çaydan) kəşfiyyat növləri müəyyən edilmişdir.

Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin