Mübariz yusifov linqviSTİk tipologiYA



Yüklə 1,16 Mb.
Pdf görüntüsü
səhifə49/149
tarix28.09.2022
ölçüsü1,16 Mb.
#64269
növüDərs
1   ...   45   46   47   48   49   50   51   52   ...   149
Linqvistik tipologiya

Linqvistik tipologiya
67
Əsas dilçilik məktəbləri 
Qədim hind dilçiliyk məktəbi
Qədim hind dilçiliyinin tarixi eramızdan 1500 il əəvvələ 
gedib çıxır. Hind dilçiliyinin yaranmasının səbəbi müqəddəs 
himnlərin dili olan sanskrit ilə xalq dili sayılan prakrit arasın-
da fərqlənmələrin baş verməsindən ibarətdir. Prakritdən xalq 
dili kimi daha çox istifadə olunurdu. Sanskrit isə dini ayinlərin, 
mərasimlərin icrasında daha çox istifadə edilirdi. Beləliklə də, 
sanskrit getdikcə öz informasiya vəzifəsindən uzaqlaşmağa baş-
layırdı. Yəni əhali arasında sanskritin işlənməsinə bir məhdudiy-
yət yaranırdı. Belə bir fərqin baş verməsi sanskrit istifadəçilə-
rini təlaşa salırdı. Çünki sanskrit unudulsa idi, dini mərasimlər 
və ayinlər yaddan çıxmaq təhlükəsi ilə üzləşə bilərdi. Odur ki, 
sanskriti itib getməkdən və prakritin assimliyasiya təsirlərindən 
qorumaq lazım gəlirdi. Qədim hind dilçiliyi məhz belə bir prob-
lemin həlli məqsədi ilə yaranmışdır. Qədim hind dilində qoru-
nub saxlanmalı olan sanskrit mənbələri bunlar idi:
1.Riq – veda (himnlər kitabı)
2.Sama – veda (müqəddəs şeirlər kitabı)
3.Yacur – veda (Qurban mərasimi kitabı)
4.Atharva - veda (Ovsunlar (cadugərlik) kitabı)
Qədim hindlilərin sanskrit dilinin qorunması üçün ilə veda-
ların dil quruluşu məsələləri də təhlil edilirdi. Bunlar aşağıdakı-
lardan ibarət idi:
1.Şiqşa – fonetika və tələffüz məsələləri
2.Nirukta – leksikologiya və etimologiya
3.Viyakaranda – qrammatika 
4.Üslubiyyat və poeziya (çxanda) məsələləri


Mübariz Yusifov
68
Qədim Hindistanın görkəmli dilçisi eramızdan əvvəl IV əs-
rin ikinci yarısında yaşamış Panini olmuşdur. Qədim sanskrit 
dilinin quruluşunu təsvir edən Panini dili sistem kimi başa dü-
şürdü, nitq hadisələrini (6 nitq hissəsini) fərqləndirirdi. Onun 
təhlilində söz əsası, kök, şəkilçi, daxili fleksiya, intonasiya, vur-
ğu barədə fikirlər mühüm yer tuturdu. Panini, həmçinin, dialekt 
fərqlənmələrini də diqqətdən yayındırmırdı. 
Qədim hind dilçiliyi nümayəndələri sırasına eradan üç əsr əv-
vəl yaşamış Vararuçi, Katyayana, iki əsr əvvəl yaşamış Patancali, 
eramızın I əsrində yaşamış Amara kimi dilçilər də daxildir. 
Qədim hind dilçiliyində fonetik vahidlər xüsusi təsvir olunur. 
Onların fizioloji akustik xarakteri barədə aydın məlumatlar verilir. 
Qarammatika sahəsində maraqlı araşdırmalar aparılırdı. Adlar və 
fellər barədə, sözlərin əlaqə formaları və cümlələr barədə indiyə 
qədər də öz əhəmiyyətini itirməyən fikirlər irəli sürülürdü. 

Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin