Müh. GİRİŞ. Tədqiqat üsulunun mahiyyəti və xarakteri. Elm və elmi tədqiqat


Texniki və intellektual yaradıcılığın hüquqi qorunması



Yüklə 0,79 Mb.
səhifə13/60
tarix12.05.2023
ölçüsü0,79 Mb.
#112010
növüMühazirə
1   ...   9   10   11   12   13   14   15   16   ...   60
C fakepathTU mühazir l r toplusu.docx (1)

Texniki və intellektual yaradıcılığın hüquqi qorunması

Elmi yeniliklərin patentləşdirilməsi


Müasir cəmiyyətin inkişafında elmi texniki tərəqqi müstəsna rol oynayır. Elmi–tədqiqat işlərinin uğurla yerinə yetirilməsi zamanı əldə edilən "ixtiralar", "dəyərli modellər", "sənaye nümunələri" texniki tərəq- qinin tətbiqində mühüm rol oynayır. Yeni məmulların yaradılması və isteh- salı ilə məşğul olan sənaye sahələri üçün əldə edilmiş nailiyyətlərin patentlərlə qorunması böyük əhəmiyyət kəsb edir. Bununla müəssisələr bazarda əldə etdikləri üstünlüklərini davamlı olaraq qoruya bilir və rəqabətə qarşı dayanıqlı olurlar. Bu baxımdan, yeniliklərin yaranması və praktiki cəhətdən işləməsi üçün onların hüquqi cəhətdən qorunması çox vacibdir.
Azərbaycan Respublikası qanunvericiliyinə əsasən ixtiralar, onların verilməsi və qorunması “Patent haqqında Azərbaycan Respublikasının Qanunu” [17-19] tərəfindən tənzimlənir. Aşağıda patentlə bağlı, qanunla
müəyyən olunan bir neçə anlayış izah edilir [17].
Patent dedikdə uyğun dövlət icra orqanı tərəfindən müəllifə müstəsna olaraq etdiyi ixtiraya müəyyən zaman müddəti üçün verilən mühafizə sənədi nəzərdə tutulur. Patent öz sahibini verildiyi dövlətdə daxili və xarici rəqiblərdən qoruyur. Adətən patent sənaye nümunəsi və ya müəyyən əmtəə nişanı ilə əlaqələndirilir. Onu da qeyd etmək lazımdır ki, heç də ixtiraçı həmişə patent sahibi olmur. Bu, ixtiranın edildiyi şəraitdən asılıdır. Məsələn, böyük sənaye müəssisələrində adətən elmi–tədqiqat işi ilə məşğul olanlarla müəssisə arasında qabaqcadan ixtira hüquqlarını ikinciyə verən qarşılıqlı razılaşma olur. İxtira meydana gəldikdə o müəssisənin mülkiyyəti hesab olunur. Patent 20 illiyə verilir. Sənaye nümunəsi isə yalnız 10 il qüvvədə qala bilir.
Patentolunmaya yararlılıq texniki həllin ölkənin qanunvericiliyinə uyğun olaraq təyin olunan meyarlara cavab verə bilməsidir. Azərbaycan patent qanununa uyğun olaraq ixtira kimi istənilən sahədə məmula (qurğu, əşya, mikrorqanizm nəsli, bitki və ya heyvanların hüceyrə kulturası) və ya üsula (material obyekti üzərində material vasitələrində istifadə etməklə hərəkətlər prosesinin icrası) aid olan texniki həll qorunur. İxtira o vaxt yeni sayılır ki, o mövcud texniki elmin durumuna məlum olmasın. Texniki elmin vəziyyəti dünya üzrə həmin sahədə ixtiranın verilmə gününə qədər məlum olan bütün məlumatları özündə daşıyır. İxtira həm praktiki əhəmiyyəti olan sahələrdə, həmçinin nəzəri elmlərdə də meydana gələ bilir. Ancaq burada müəyyən aspektləri nəzərə almaq lazımdır. Elmi nəzəriyyələr və riyazi metodlar, kəşflər ixtira sayılmır. Məmulun yalnız estetik tələbatlarını ödəməyə yönəlmiş həllər də, həmçinin hüquqi cəhətdən qoruna bilmir. Oyun, intelektual və təsərrüfat qaydaları və metodları, elektrik hesablama maşınları üçün proqramlar; məlumatların təsvirinə aid həllərə patent verilə bilməz.
Faydalı modellər qurğulara aid olan texniki həlləri əhatə edir. Faydalı model o vaxt patentə yararlı sayılır ki, o yenidir və onun sənayedə tətbiqi mümkündür. Sənayedə tətbiq olunabilən faydalı model yalnız bu sahə üçün nəzərdə tutulur və sənayenin müxtəlif sahələrində, kənd təsərrüfatında, səhiyyədə və digər fəaliyyət sahələrində öz tətbiqini tapır.
Sənaye nümunəsi vasitəsilə sənaye və sənətkarlıq istehsalında məmulun
xarici görünüşünü müəyyən edən bədii-konstruktiv həllər qorunur. Sənaye nümunəsi yenilik və orijinallıq göstəricilərinə malik olmalıdır. Yenilik onunla müəyyən edilir ki, əldə olunan məmulun mövcud göstəricilər toplumu əlçatan məlumat mənbələrindən məlum deyil. Nümunə o vaxt orijinal sayılır ki, onun göstəriciləri məmulun özünəməxsusluğu ilə fərqlənir.
İxtiraçı fiziki şəxs olub, yaradıcılıq fəaliyyəti sayəsində sənayedə tətbiqini tapan, əvvəllər məlum olmayan texniki həllərlə məşğul olur. İxtiraçının əsas keyfiyyətləri ondan ibarətdir ki, o problemi aşkar edir və bu problemi yeni bir kreativ yolla həll etməyə çalışır. Əgər ixtira prosesində bir neçə şəxs iştirak edibsə, onda onların hamısı ixtiranın müəllifi sayılırlar. Müəllif hüququndan istifadə edilmə ardıcıllığı şəxslər arasında qarşılıqlı razılaşmaya əsaslanır. Müəlliflik hüququ pozulabilməyən şəxsi hüquq sayılır və sonsuz müddətə qorunur.
Patentin sahibi müstəsna olaraq ixtira, faydalı model və ya sənaye nümunəsinin hüquqi sahibkarı sayılır. Patent sahibinin icazəsi olmadan heç kimə patentləşdirilmiş ixtiradan istifadə etməyə icazə verilmir.
Patentləşdirilmiş ixtira (və ya faydalı model) hər hansı bir məmul və ya üsulda o vaxt istifadə olunmuş sayılır ki, onlar ixtiranın bütün əlamətlərini özündə əks etdirsinlər. Bu tələbat sənaye nümunələrinə də aid edilir.
Patent sahibi ixtira, faydalı model və ya sənaye nümunəsindən istifadə hüquqlarını istənilən fiziki və hüquqi şəxsə verə bilər. Patent hüquqlarının bir nəfərdən başqasına ötürülməsi Azərbaycan Respublikası Standart- laşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində qeydiyyatdan keçirilməlidir. Əks halda bu razılaşma hüquqi baxımdan etibarsız sayılır. İxtiralara sahibkarlıq varislik prinsipi ilə ötürülür.
Patentləşdiriləcək yenilik Respublika Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə rəsmi iddia ərizəsi verilməklə qeydiyyatdan keçirilir. Ərizəyə aşağıdakı sənədlər əlavə olunur:

      • Müəlliflər haqqında məlumat;

      • İxtiranın tətbiqini tam izah etməklə təsviri;

      • İxtianın məzmununu tam ifadə edən düsturu;

      • İxtiranın anlanılması üçün lazım olan cizgilər və digər materiallar;

      • Referat.

Sənaye modelini qeydiyyatdan keçirmək üçün verilən ərizəyə aşağıdakı məlumatlar daxildir:



      • Müəlliflər haqqında məlumatlar da daxil olmaqla patent üçün ərizə;

      • Məmulun xarici görünüşü haqqında tam və dolğun məlumat verən təsvirlər;

      • Məmulun ümumi görünüşü haqqında cizgi, erqonomik sxem;

      • Sənaye nümunəsinin təsviri;

      • Sənaye obrazının vacib əlamətlərinin siyahısı.

Ərizə patent idarəsinə daxil olduqdan sonra orada onun formal ekspertizası başlayır. Bu prosesdə patent qanununda nəzərdə tutulan sənəd- lərə əsasən verilən yeniliyin patentə yararlılıq qabiliyyəti yoxlanılır. Yoxlamanın nəticəsi müsbət olduqda, yəni verilən ixtiranın, mövcud elmi- texniki durumun səviyyəsində yenilik olması sübut edildikə, müəllifə patent hüququ verilir.

Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin