Mühazirə : İngiltərə burjua inqilabına qədərki dövrdə


Cüzeppe Madziş və “Gənc İtaliya”



Yüklə 0,52 Mb.
səhifə57/138
tarix02.01.2022
ölçüsü0,52 Mb.
#37196
növüMühazirə
1   ...   53   54   55   56   57   58   59   60   ...   138
Yeni tarix müh

Cüzeppe Madziş və “Gənc İtaliya”. 1831-ci ilin hadisələrindən sonra karbonarilərin tənəzzülü başladı. Eyni zamanda restabrasiyanın meydana gəlməsinə qarşı da hərəkat başladı. Bu vaxt inqilabi ideologöyanın və fəaliyyət proqramının hazırlanmasında gənc hüquqşünas, istedadlı publisist və təşkilatçı Cüzeppe Madzeşinin (1805-1872) xüsusi xidmətləri olmuşdur. Gəncliliyini karbonarizmə bağışlamış Cüzeppe həyatının bir hissəsini sürgündə keçirməyə məcbur olmuş və Avropa demokratiyası və milli azadlıq hərəkatının görkəmli nümayəndələri ilə sıx əlaqədə olmuşdur. Avropada və İtaliyada madzinizmin inqilabi-demokratik düşüncəsinin sistem kimi yaranmasında C. Madzini və onun tərəfdarlarının nəşr etdirdiyi “Gənc İtaliya” jurnalının və eyni adlı təşkilatın əvəzsiz xidmətləri olmuşdur.

Madzini İtaliya cəmiyyətindəki mövcud problemlərin həllini İtaliyanın azadlığı və müstəqilliyi uğrunda mübarizədə vahid İtaliya dövlətinin təşkilində, ölkədə respublika quruluşunun qurulmasında və geniş dairədə demokratik dəyişikliklərin reallaşdırılmasında görürdü. Azadlıq, birlik və müstəqillik əldə etmək üçün Madziniyə görə xalq inqilabı mübarizəni mövcud monarxiyaya, Avstriya imperiyasına və Papaya qarşı yönəltməli , milli şüuru və özünə məxsus azadlığ dinini formalaşdırılmalı, geniş xalq kütləsinin vətən və millət uğrunda böyük qurbanlar verməyə hazır olması vacib şərtlərdən idi. “Allah və İtaliya” “Gənc İtaliya” təşkilatçılığın əsas devizlərindən idi.

Madzianinin sosial baxışları qeyri-müəyyənliyi ilə fərqlənirdi. Lakin o Fransız utopistlərinin sosialist baxışlarını, xüsusəndə assosasiyaların köməyi ilə sahibkarların, fəhlələrin, torpaq sahiblərinin və kəndlilərin sosial harmoniyasına nail olmasına cəhd etmələrini qəbul edən ilk İtaliya demokratlarından biri idi. Madzini monarxistlərlə ehtiyatlı şəkildə polemikaya girir, onları millətə və milli məsələyə düzgün qiymət verməyə dəvət edir, monarxistlər isə onu utopizmə yuvarlanmaqda günahlandırıb tənqid edirdilər.

“Gənc İtaliya” və ona yaxın təşkilatların, dərnəklərin, cərəyanların gizli fəaliyyətlərinin təşkil edilməsində İtaliyada vətənpərvərlik ruhu və demokratik baxışlar, xüsusilədə orta və kiçik Burjuaziya dairələrində, həmçinin tələbə-gənclər, şəhər əhalisinin aşağı təbəqələri içərisində yayılmağa başladı. Xaricdəki hərbi ekspedisiyalar (1834-cü ildə Savoy ekspedisiyası, 1837-ci ildə İtaliya üsyanı, Bandyera qardaşlarının üsyanı, 1844-cü ildə Kalobiya və s. )üsyan etməyə cəhd etmişdilər. Və onların hamısı represiyaya məruz qalmışdır.

İtaliyada liberalizmin yaranması 30-40-cı illərdə texniki inkişaf və sənaye çevrilişinə xüsusilə köməklik etmişdir. Sənayeləşmə prosesi Lombardiyada və Şimali İtaliyanın bir sıra regionlarında daha böyük surətlə gedirdi. Onun ilk nəticəsi burjualaşmış zadəganları, sahibkarları, ziyalıları ölkənin iqtisadi geriləməsini aradan qaldırılmasına, sosial problemlərin həll olunmasına, təhsil sisteminin səhiyyəsinin və rabitə vasitələrinin inkişaf etdirilməsinin vacibliyinə inandırması olmuşdur.

Vergi, gömrük layihələri inzibati islahatın, məhkəmə sisteminin əsaslı şəkildə yeniləşdirilməsi məsələləri də liberalizm müdafiəçiləri tərəfindən irəli sürülür. Onlar inqilabçı demokratlardan fərqli olarağ leqal formada fəaliyyət göstərir və elmi-texniki bilikləri təbliğ edirdilər. Məhz onların təşəbbüsü ilə qocalar və kimsəsiz uşağlar üçün sığınacağlar, tədris müəssisələri və digər xeyriyə cəmiyyətləri yaradırdı.

Liberalların bir çoxu İtaliya dövlətlərində intellektual dairələrin cəmlənməsinə kömək edirdilər. Güclü senzuranın olmasına baxmayarağ dövrü mətbuat inkişaf edirdi. Eyni zamanda İtaliyada “Katolik” liberalizminin müxtəlif variantları geniş şəkildə yayılmağa başlamışdır. Onun tərəfdarları, o cümlədən V. Çeberti İtaliyanın birliyi və müstəqilliyi uğrunda mübarizəni kilsə islahatına uyğunlaşdırmağla Roma Papasının zəifləmiş nüfuzunu qaldırılmasına çalışarağ Papaya İtaliyanın dirçəlməsi prosesinə başçılığ etməyə təklif etdi. Məhz Risordjmento (dirçəliş)termini də Çovertiyə məxsus idi. Bu da son nəticədə İtaliya tarixi və mədəniyyətinin, xalqın birliyinin müsbət ənələrinin dirçəlməsinə layiq olan nailiyyət kimi ba. şa düşülürdü. Hətta 1847-ci ildə Pyemontun paytaxtəı Turində K. Kavurun iştirakı ilə eyni adlı “Risordjimento” qəzetei nəşr olunmağa başlandı.

Madzini tərəfindən irəli sürülən İtaliyanın birləşdirilməsi proqramı, inqilabi birlik proqramı olmaqla ölkəni aşağıdan birləşdirməyi irəli sürürdü. Və karbonarilərin bu sahədə irəli sürdüyü proqramdan daha mütərrəqi idi. Xalqın milli- azadlığa mübarizəyəyönəltməyə çalışan Madzini bu mübarizənin burjuaziyaya qayrşı yönələcəyindən qorxurdu. Və bu mübarizədə sinfindən asılı olmayaraq xalqın bütün nümayəndəsinin iştirakını istəyirdi.

Gənc İtaliya təşkilatının tanınmış nümayəndələrindən biri də Cuzeppe Haribandi idi. O 30 cu illərin əvvələrindən bu təşkilata üzv olmuşdur. Madzininin təşkil etdiyi nümayişdə iştirak etdiyinə görə hakimiyyət tərəfindən 1834 cü ilə ölüm hökmünə çatdırılan Haribandi Cənubi Amerikaya qaçmış yalnız 1848-ci ildə ana vətənə qayıda bilmişdir.


Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin