Mühazirə 1 Hidrogeologiya elminin yaranma və inkişaf tarixi haqqında qısa anlayış



Yüklə 420,67 Kb.
səhifə48/72
tarix02.01.2022
ölçüsü420,67 Kb.
#38980
növüMühazirə
1   ...   44   45   46   47   48   49   50   51   ...   72
Hidrogeologiya II tur magistratura mühazirələr

ARTEZİAN SULARI

Artezian suları dedikdə iri geoloji strukturlarda iki sukeçirməyən lay arasında sukeçirən süxurlarda yerləşən və yüksək təzyiqə malik yeraltı sular başa düşülür. Bu sular buruq quyuları ilə acıldıqda onlar sulu layın tavanından yüksəyə qalxırlar, təzyiq yüksək olduqda özü axar və ya fəvvarə (fontan) şəklində yer səthinə çıxırlar. Bu yeraltı suların iki sukeçirməyən lay arasında sıxılması və onların qidalanma mənbələrinin yüksək hipsometrik səviyyədə yerləşməsi nəticəsində əmələgələn hidrostatik təzyiqlə əlaqədardır və ən yüksək təzyiq hövzənin mərkəzi hissəsində olur.

Artezian termini Fransanın Artua (qədim adı latın sözü olan Arteziya) qəsəbəsinin adından götürülmüşdür. Avropada ilk artezian quyusu 1126-cı ildə Fransada qazılmışdır. Bu sular əsasən Dördüncü dövrə qədər yaşlı çöküntülərdə, bəzən isə Dördüncü dövr yaşlı çöküntülərin qalın qatlarında da əmələ gəlirlər. Əvvəllər artezian sularını yalnız mulda (çökəklik) formalı – Paris artezian su hövzəsinə oxşar strukturlarla əlaqələndirirdilər. Həqiqətdə isə bu suların əmələ- gəlmə şəraiti çox müxtəlifdir. Bir çox hallarda artezian suları monoklinal strukturlarda yaranırlar. Eyni zamanda, bir sıra rayonlarda bu suların mürəkkəb çat və qırılma sistemləri ilə əlaqədar formalaşmasına da təsadüf edilir.

Hər bir artezian hövzəsində aşağıdakı sahələri (elementləri) ayırmaq olar:



  1. Qidalanma sahəsi;

  2. Təzyiq sahəsi;

  3. Boşalma sahəsi.

Bütün bu üç element sulu kompleksin yayıldığı hüdudlarda yerləşir,yəni bu üç sahə birlikdə artezian hövzəsini təşkil edir, lakin müxtəlif hidrogeoloji şəraitlə xarakterizə olunurlar.

Qidalanma sahəsində sulu horizont adətən bir qədər yüksəkdə yerləşir və sular sərbəst səthə malik olaraq prinsip etibarı ilə qrunt sularından fərqlənmirlər. Qidalanma sahəsinin böyük olması artezian hövzəsində şirin suların həcminin çox olması deməkdir,çünki sulu horizontun böyük sahəsi intensiv su mübadiləsi zonasında yerləşir.

Artezian suları təzyiqli sahə hüdudlarında quyularla açıldıqda suyun səviyyəsi sulu horizontun tavanından müəyyən yüksəklikdə yerləşir. Sulu horizontun tavanı ilə təzyiqli suların qərarlaşmış (tarazlaşmış) səviyyəsi arasındaki şaquli məsafə onların təzyiqi, eyni zamanda, suların pyezometrik səviyyəsi adlanır.

Artezian hövzəsində qidalanma sahəsi təzyiq sahəsi ilə yanaşı yerləşir, daha sonra yeraltı su axını istiqaməti boyunca təzyiqli horizontun boşalma sahəsi yerləşir. Qidalanma və boşalma sahəsində artezian və qrunt suları arasında bilavasitə əlaqə müşahidə olunur. Boşalma sahəsində əlverişli geomorfoloji və hidrogeoloji şəraitdə təzyiqli yeraltı sular qalxan bulaq şəklində üzə çıxır. Artezian suları tektonik catlar vasitəsilə də üzə çıxıb bulaqlar əmələ gətirə bilər. Adətən bir artezian hövzəsində bir birilə qarşılıqlı hidravliki əlaqədə olan bir neçə su layı (təzyiqli sulu horizont) olur. Bu layların qidalanma mənbələri müxtəlif hipsometrik yüksəkliklərdə yerləşdiyindən hər bir laydakı yeraltı suların pyezometrik səviyyəsi də müxtəlif olacaqdır. Qidalanma sahəsi geniş, həmçinin qidalanma mənbələrinin və boşalma sahələrinin mütləq yüksəklikləri fərqi böyük olduqca artezian hövzəsi yüksək sululuğa malik olur. Böyük çökəkliklərdə qidalanma sahəsi sulu horizontun ümumi sahəsinə nisbətən kiçik olduğundan belə hövzələrdə yüksək minerallaşma dərəcəsinə malik (passiv su mübadiləsi nəticəsində) qədim sular toplanır.

Beləliklə artezian suları üçün aşağıdakı xüsusiyyətlər xarakterikdir:


  1. Onlar sulu horizontları və kompleksləri üstdən və altdan sukeçirməyən təbəqə ilə təcrid olunmuş layarası təzyiqli sulardır;

  2. Artezian sularının qidalanma sahəsi və yayıldığı ərazi bir-birinə uyğun gəlmir və onlar çox vaxt bir-birindən böyük məsafədə yerləşirlər;

  3. Artezian sulu horizontu açıldıqda quyuda suyun yatma dərinliyi onun qərarlaşmış səviyyəsinə nisbətən həmişə dərində qeyd olunur, əksər hallarda səviyyə Yer səthindən yuxarıda qərarlaşır, bu vaxt quyu fontan vurur və suyun pyezometrik səviyyəsinin Yer səthinə nisbətən vəziyyəti belə qeyd edilir: (+5m);

  4. Artezian sularının rejimi qrunt sularının rejimilə müqayisədə daha çox sabitdir: ona yerüstü amillər daha az təsir göstərir;

  5. Kəsilişin üst hissəsində artezian suları şirin olaraq, dərinliyə doğru getdikcə onların minerallaşması artır, duzlu və hətta şoraba sular formalaşır.


Yüklə 420,67 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin