Mühazirə 1 Hidrogeologiya elminin yaranma və inkişaf tarixi haqqında qısa anlayış



Yüklə 420,67 Kb.
səhifə49/72
tarix02.01.2022
ölçüsü420,67 Kb.
#38980
növüMühazirə
1   ...   45   46   47   48   49   50   51   52   ...   72
Hidrogeologiya II tur magistratura mühazirələr

Suların pyezometrik səviyyəsi artezian sulu horizontunu açan quyularda ölçülməklə təyin olunur. Bu və ya digər təzyiqli sulu horizontun pyezometrik səthinin xarakteri xəritədə hidroizopyez xətləri sistemi ilə əks olunur. Hidroizopyez-eyni mütləq qiymətə malik pyezometrik səviyyəni göstərən nöqtələri birləşdirən xətlərdir.

Yerləşdiyi geostrukturlara görə artezian sularının aşağıdakı təbii su tutarları (A.M.Ovcinnikova görə, 1955) ayırd edilir:

1.Artezian hövzəsi;

2.Artezian yamacı;

  1. Artezian hövzəsi dedikdə sinklinal strukturda yatan təzyiqli sulu horizont və komplekslərin çəmi (məcmusu) başa düşülür və burada yeraltı suların hərəkəti hidrostatik təzyiqin təsiri ilə baş verir.

  2. Artezian yamacı–artezian sularının özünəməxsus asimmetrik hövzəsidir. Belə hövzələr monoklinal strukturda yaranır. Burada qidalanma və boşalma sahələri adətən bir–birinə yaxın yerləşir, təzyiq sahəsi isə kənarda–daha aşağı mütləq yüksəklikdə yerləşir.

Təbiətdə artezian yamacı da artezian hövzəsi kimi geniş yayılıb.

Artezian yamacına misal olaraq Azərbaycanda Samur-Vəlvələçay (Samur– Dəvəçi), Qanıx–Əyriçay və Gəncə–Qazax yeraltı su hövzələrini, artezian hövzəsinə isə Qarabağ və Şirvan düzənliyində yaranmış artezian hövzələrini göstərmək olar.

Yeraltı su ehtiyatının həcminə görə Azərbaycanda ən sulu hövzə SamurVəlvələçay, Qanıx–Əyriçay və Gəncə–Qazax yeraltı su hövzələridir.

İri artezian hövzəsində müxtəlif tərkibli şirin, mineral, termal və sənaye sularının böyük ehtiyatları toplanır.

Artezian suları çox böyük təsərrüfat əhəmiyyətinə malikdir, yaşayış məntəqələrinin içməli su təçhizatında və əkin sahələrinin suvarılmasında geniş istifadə olunur.
Çat suları

Buruq quyuları və dağ qazmalarında aparılmış müşahidələr süxurların (xüsusilə kristallik və metamorfik) çatlara məruz qaldığını göstərir. Bu çatlı süxurlarda yaranıb hərəkət edən yeraltı sular çat suları adlanır. Çat suları özünəməxsus yayılma, hərəkət və toplanma şəraiti ilə xarakterizə olunur. Bu onunla əlaqədardır ki, burada suyun hərəkət etdiyi elementar kollektorlar qeyri-bərabər keçiriciliyə malik mühit əmələ gətirən (formalaşdıran) müxtəlif genezisli və xarakterli müxtəlif ölçülərə malik boşluqlardan (çat, boşluq, damar) ibarətdir. Maqmatik, metamorfik və bərk çökmə süxurların sukeçiriciliyi və sululuğu əsasən çat və qırılmalarla əlaqədardır.

Süxurlarda yaranmış çatlar mənşəyinə görə 3 qrupa bölünür:


Yüklə 420,67 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin