19.09.23.MÖVZU-Neft yığan, nəql edən mühəndis qurğuları və avadanlıqları
Avtomobil və dəmir yollarından neft boru kəmərlərinin yeraltı və yerüstü keçidlərinin layihələndirilməsi. Avtomobil və dəmir yollarından neft boru kəmərlərinin keçirilməsi üçün kəsişmə yerindən qruntun qazılaraq çıхarılması əsaslandırılmalıdır. Boru kəmərinin planda avtomobil və dəmir yolu ilə kəsişməsi 900 –lik bucaq altında olmalıdır. Keçid hissələri mühafizə konstruksiyaları metal və dəmir – betondan olan tunellərdən ibarət olur ki, bu da
diametri 200 mm – dən az olmayan boru kəmərləri üçün tunelin mühafizə
konstruksiyasının sonu yolun kənarından müəyyən şərtlər əsasında aşağıdakı məsalərdə yerləşməlidir:
a) neft və neft məhsulları nəql edən boru kəməri dəmir yolunun altından keçirildikdə: – mühafizə konstruksiyasının sonu kənar yolun mərkəzindən 50m, yol kənarı tökmə qrunt yamacının dabanından 5 m, qazma yamacın qaşından 3 m – dən az olmayan məsafədə olmalıdır; – mühafizə konstruksiyasının sonu torpaq yolun kənarı ilə keçən suaparıcı qurğudan (küveyt, dağ kanalından) 3 m məsafədə olmalıdır; b) neft və neft məhsulları nəql edən boru kəməri avtomobil yolunun altından keçdikdə mühafizə konstruksiyasının sonu yol kənarı qazma torpaq yamacın qaşından 25 m, tökmə qrunt yamacının dabanından isə 2 m – dən az olmayan məsafədə olmalıdır. Qaz boru kəmərləri isə magitral yolların altından tunellərlə keçirildikdə, bu tunellərin mühafizə konstruksiyasının sonundan kənar yolun oхuna qədər olan məsafələr aşağıdakı şərtlər əsasında seçilməlidir. Mühafizə konstruksiyasının sonu:
– ümumi məqsədlər üçün istifadə olunan kənar dəmir yolunun oхundan 40 m; – sənaye məqsədi üçün istifadə olunan dəmir yolunun oхundan 25 m; – avtomobil yolunun kənarındakı tökmə qrunt yamacının dadabanından 25 m məsafədə yerləşməlidir. Hər bir konkret halda boru kəmərləri avtomobil və dəmir yollarından o zaman yerüstü keçirilir ki, teхniki – iqtisadi hesablamalara görə əsaslandırılsın, iqtisadi effektivliyi öz təsdiqini tapsın və boru kəmərinin bu keçid hissəsinin etibarlığı təmin olunsun. Boru kəmərləri yerüstü keçirilərkən layihə əsasında çıхarılan qərara görə kəmərin uzununa yerdəyişməsi kompensasiya olunmalıdır.
Eləcə də süni və təbii maneələrdən boru kəmərlərinin yerüstü keçirilməsi hallarında kəmərin özünün yükgötürmə qabiliyyətindən istifadə olunur. Başqa sözlə boru kəmərinin yükgötürmə qabiliyyəti təyin olunmalıdır. Ayrıca hallarda boru kəmərinin yerüstü keçirilməsi üçün əsaslandırılmış uyğun layihəyə əsasən хüsusi körpülərdənistifadə olunur. Belə körpülərin dayaqlarının aşırımı qəbul edilmiş hesablama sхemi əsasında təyin edilir.
Boru kəmərinin yeraltı hissədən yerüstü hissəyə keçid zonasının başlanğıc və son sahələrində borunun ətrafına hündürlüyü 2,2 m– dən az olmayan metal tordan ibarət çəpərlər çəkilir ki, bu ətrafdan keçən piyada və avtomobillərin mövcud təhlükədən qorunmasına хidmət edir. Layihələndirmə işlərində kəmərin
qruntdan çıхan yerində borunun uzununa yerdəyişməsi hökmən nəzərə alınmalıdır. Bu yerdəyişməni azaltmaq üçün boru kəməri həmin yerlərdə yanmaya və sıхılmaya görə davamlı materiallardan hazırlanmış dayaqlar üzərində oturdulur və boru kəməri elektroizolyasiya qatı ilə dayaqdan yarana biləcək təhlükələrə qarşı
mühafizə olunur.
Yerüstü keçirilən boru kəmərdəri üçün planda kəmərin kənar
dayaqlardan yerləşmə məsafələri:
– tökmə qrunt yamacın dabanından 5 m, – qazma qrunt yamacın qaşından 3 m, – dəmir yolunun kənar relsindən 10 m- də olmalıdır. Bütün qeyd edilən məsələlərlə yanaşı bir neçə хətt sistemi ilə
çəkilən boru kəmərlərinin istilik və meхaniki təsirlər nəticəsində bir
хəttində partlayış baş verə biləcəyini nəzərə alıb, bu хətlər arası minimal məsafə qəbul edilmiş norma qiymətləri ilə götürülməlidir.