seçilmiş açıq mətnlə adaptiv hücum - əwəlki hücumun bir növüdür. Bu halda kriptoanalitik nəinki açıq mətnləri seçir, həm də öz seçimini alınmış verilənlərin analizindən sonra dəyişdirə bilər.
Açıq mətnin sadə seçimi ilə kriptoanaliz zamanı kriptoanalitik adətən açıq mətnin bir neçə iri blokunu şifrləmə üçün seçə bilər; açıq mətnin adaptiv seçimi ilə kriptoanaliz zamanı kriptoanalitikin əvvəlcə açıq mətnin daha kiçik sınaq blokunu seçmək, sonra birinci seçimin nəticəsindən asılı olaraq növbəti bloku seçmək və s. imkanı var.
seçilmiş şifrmətnlə hücum (chosen-ciphertext attack) - bu hücum zamanı kritoanalitik şifrmətni seçir və ona uyğun açıq mətni əldə edə bilir. Hücumun bu variantı məsələn, kriptoanalitik avtomatik deşifrləməni yerinə yetirən. icazəsiz açılmaqdan mühafizəli bloka giriş əldə etdikdə mümkündür. Kriptoanalitikin işi açarı tapmaqdan ibarətdir. Kriptoanalizin bu növü açıq açarlı alqoritmlərin açılması üçün xüsusi maraq kəsb edir.
şifrmətni seçməklə adaptiv hücum –– əvvəlki hücumdan fərqi ondadır ki, növbəti şifrmətni seçərkən düşmən artıq bütün əvvəlki şifrmətnlərə uyğun açıq mətnləri bilir.
mətni seçməklə hücum (chosen-text attack). Düşmənin kriptosistemə “hər iki ucdan” hücum etmək imkanı var, yəni həm şifrmətnləri seçə (və onları deşifrləyə), həm də açıq mətnləri seçə (və onları şifrləyə) bilər. Mətni seçməklə hücum sadə, adaptiv, “bir ucdan” sadə və “digər ucdan” adaptiv ola bilər.
Müasir kriptoqrafıyada bu hücumlardan savayı yuxarıda sadalanan məlum verilənlərdən istifadə etməklə mühəndisi (texniki) kriptoanalizin aşağıdakı metodlarına da baxılır:
qəsdən törədilən aparat səhvləri əsasında hücum;
sərf edilən elektrik gücünün ölçülməsi əsasında hücum;
hesablamaların vaxtının ölçülməsi əsasında hücum.
Kriptoanalitik hücumun çətinliyi üç kəmiyyət ilə xarakterizə edilə bilər:
Verilənlər üzrə çətinlik. Şifrləmə alqoritminə uğurlu kriptoanalitik hücum zəruri olan giriş verilənlərinin miqdarı.
Hesablama çətinliyi. Şifrləmə alqoritminə uğurlu kriptoanalitik hücum üçün tələb edilən vaxt.
Yaddaş üzrə çətinlik. Şifrləmə alqoritminə uğurlu kriptoanalitik hücum üçün tələb edilən yaddaşın həcmi.
Çox vaxt kriptoanalitik hücumun çətinliyi dedikdə bu kəmiyyətlərdən ən böyüyü başa düşülür. Bəzi hücumlar üçün verilənlər üzrə çətinlik, hesablama çətinliyi və yaddaş üzrə çətinlik arasında uzlaşma (kompromis) axtarmaq lazım gəlir. Məsələn, daha sürətli hücumun realizəsi üçün əlavə yaddaş tələb edilə bilər.
Hazırda seçilmiş və ya adaptiv mətnlər əsasında kriptoanalitik hücumların ən güclü növləri diferensial kriptoanaliz və xətti kriptoanaliz, həmçinin onlardan törəmə metodlar hesab edilir.
Təhlükələrin növləri hücumun növləri kimi dəqiq təsnifata maiik deyil. Ədəbiyyatda çox vaxt belə hal müşahidə edilir: hücumların növlərinin kifayət qədər dəqiq tərifi verilir, onlara nəzərən kriptosistemin dözümünə baxılır, ancaq kriptosistemin açılması dedikdə nəyin nəzərdə tutulduğu, yəni düşmənin məsələsinin nədən ibarət olduğu haqqında heç bir şey deyilmir. Hər halda təhlükələrin aşağıdakı növlərini fərqləndirmək olar (zəifləmə ardıcıllığında sadalanır).
Tam açılma. Düşmən həyata keçirilmiş hücumun nəticəsində kriptosistemin məxfi açarını hesablayır və ya funksional cəhətdən deşifrləmə alqoritminə ekvivalent olan və məxfi açar tələb etməyən alqoritm tapır.
Mətnin açılması. Düşmən ələ keçirilmiş kriptoqrama uyğun olan açıq mətni həyata keçirilmiş hücumun nəticəsində tam bərpa edir. Adətən fərz olunur ki, açıq mətn açıq mətnlərin müəyyən çoxluğundan təsadüfi seçilir, kriptoqrama əsasən açıq mətnin bərpası isə o zaman təhlükə hesab olunur ki, belə bərpa ehtimalı müəyyən mənada “nəzərə alınmayacaq qədər kiçik” olmur.
Qismən açılma. Hücumun nəticəsində düşmən məxfi açar və ya açıq mətn barəsində qismən informasiya alır. Yəqin ki, qismən informasiya anlayışının özünün yayğın olması və bir çox üsulla dəqiqləşdirilə bilməsi səbəbindən qismən açılma anlayışı hələlik elmi ədəbiyyatda yalnız mükəmməl şifrlər (Şennon mənada) və ehtimali şifrləmə kriptosistemləri üçün formalizə edilib.
Kriptoanaliz metodlarının tarixən üç böyük sinfi formalaşmışdır:
Universal metodlar – şifrin ümumi tərifınə əsaslanan, tətbiq edilə bilməsi şifrin növündən və onun konkret realizəsindən asılı olmayan açılma metodları.
Xüsusi metodlar – şifrlərin müəyyən sinfinə tətbiq edilən, bu sinfin bütün şifrlərinə xas olan xüsusiyyətlərə əsaslanan açılma metodları.
Əlahiddə metodlar – bir şifrə (konkret realizə və ya istismarda bir şifrə) tətbiq edilən, yalnız bu şifrə (yalnız onun konkret realizəsinə, yalnız konkret istismar şərtlərinə) xas olan xüsusiyyətlərə əsaslanan açılma metodları.
Dostları ilə paylaş: |