Mühazirə İnformasiya təhlükəsizliyinin əsas konseptual məsələləri


Azərbaycanın e-hökuməti BMT-nin hesabatında



Yüklə 2,49 Mb.
səhifə75/102
tarix06.10.2023
ölçüsü2,49 Mb.
#152585
növüMühazirə
1   ...   71   72   73   74   75   76   77   78   ...   102
Muhazirə(informasiya tehlukesizliyi) (1)

3. Azərbaycanın e-hökuməti BMT-nin hesabatında.
“2013-2015-ci illərdə elektron hökumətin inkişafı” adlı dövlət proqramı Azərbaycan Respublikasında e-hökumətin əsas istiqamətini müəyyən edir. Bu proqramda nəzər salınmalı amillərdən biri Azərbaycanda e-hökumətin inkişaf indeksidir. Dünyanın 191 ölkəsinin e-hökümət layihəsinə başlama səviyyəsi BMT-nin (Benchmarking E-government: A Global Perspective) İqtisadi və sosial inkişaf demartamenti göstərilir və hər il bu barədə hesabatlar (E-Government Readiness Report) dərc olunur, indeksləşdirmə aparılır.
Qiymətləndirmənin əsasını dövlət orqanlarının saytlarının veb-monitorinqi təşkil edir. Hər il dərc olunan hesabatlarda indekslər ölkələrin elektron inkişafı (E-Government Readiness ) və elektron iştirakı (eParticipation) qiymətləndirilir. Elektron hökümətin inkişafına təsir edən 2 aspeks fərqləndirilir:
- Potensial (Capacity). Bu əhali, biznes və İKT-nin e-hökumətə keçidinin inkişaf potensialının səviyyəsini müəyyən edir.
- Hazırlıq (Willingness). Dövlət tərəfindən əhalinin bu barədə informasiya və biliklərlə təmin olunmasını göstərir.
Elektron hökumətin inkişaf reytinqi özündə 3 komponentin inkişaf göstəricilərini təcəssüm etdirir: e-xidmətlərin inkişafı, İKT infrasturunun inkişafı və insan inkişaf potensialı.
E-xidmətlərin araşdırılması 4 qiymətləndirmə istiqaməti əsasında aparılır:
- Şəbəkədə ilkin informasiya iştirakı (emerging online presence);
- Şəbəkədə genişlənmiş informasiya iştirakı və e-xidmətlər (enhanced presence);
- Elektron qarşılıqlı əlaqə nəticəsində xidmət göstərilməsi (transactional presence);
- Dövlət orqanlarının öz aralarında və dövlətlə vətəndaş əlaqələrini göstərən e-xidmətlər (connected presence).
Qiymətləndirmə suallara cavab əsasında tərtib edilir, hər “hə” cavabına görə 1, “yox” cavabına görə “o” xal verilir. İstisnaya yalnız e-xidmətlərin formalarının istifadəsinə əhatə edən suallar daxildir ki, bunlarda 10 ballıq sistem üzrə aparılır.
2012-ci lin nəticələrinə görə BMT-nin hesabatlarında (E-Government Readiness Report) “Elektron hökümət”in inkişaf indeksi liderləri sırasında ilk 5-likdə Cənubi Koreya, Hollandiya, Böyük Britaniya, Danimarka və ABŞ yer alıb (Cədvəl 5).








Yüklə 2,49 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin