3.Asiya modeli. Sinqapur hökumətinin rəsmi veb-portalı (www.gov.sg) həyat fəaliyyəti ilə bağlı bütün sahələri birləşdirir, bura dövlət idarəetməsi, biznes, təhsil, elm, səhiyyə və hətta əyləncə sektoru da daxildir. Proqramın icrasına hökumət təxminən ilə 500 mln. dollar sərf edir. Bu yaxınlarda elekron sənəd dövriyyəsin 100%lik həddə çatdı, kağız üzərinə yalnız ən vacib sənədlər yazılır. Portal bir-biri ilə əlaqəli 4 bölməni birləşdirir: “Hökümət”, “Rezident əhali”(daimi sakinlər), “Biznes” və “Qeyri-rezidentlər”. Bütün sektorlar üzrə real vaxt rejimində böyük miqdarda informasiya xidməti və interaktiv əlaqə təklif olunur. Bütün bu xidmətlərdən yararlanmaq üçün ilk öncə qeydiyyatdan keçmək lazımdır (login, parol, istifadəçi şifrəsi).
Sinqapur elektron hökumətin inkişafının 5 əsas strategiyası tərtib olunmuşdu:
1. Dövləti rəqəmsal iqtisadiyyat üzrə yenidən qurmaq;
2. İnteqrasiya edilmiş e-xidmətlər göstərmək;
3. Vətəndaşların e-hüquqları üçün cavabdeh olmaq;
4. İKT-ni yeni imkanların inkişafı üçün istifadə etmək;
5. İKT vasitəsilə innovator ( yenilikçi) olmaq.
Cənubi Koreyanın “Elektron hökumət” portalı (www.korea.go.kr) 2012-ci il üçün Elektron Hökümət sektoru üzrə lider ölkə seçilmişdir. O bu yerə iPhone və Android sistemləri üçün çoxlu sayda mobil proqramların və bütün ölkəni 3G interneti ilə əhatə etdiyinə görə qazanmışdır. Dünya rekordu olaraq bütün xidmətlərin 87%-ni bir portalda toplanılıb. Hər bir vətəndaş portalı öz istəyinə uyğun olaraq düzəldə və mobil proqramlar vasitəsilə çıxışı təmin edə bilər. Maraqlıdır ki, bütünlüklə sistemi online elektron öyrənmək və online-əmək birja əməliyyatı da portala daxil edilib.
Hesab olunur ki, bir çox ölkələr hələ də elektron dövlət xidmətlərindən lazımınca geniş istifadə etmirlər. Kiosklardan, pulsuz Wi-Fi və mobil şəbəkə vasitəsilə e-hökumətdən istifadə ölkələri EGDİ indeksi üzrə liderlər kimi göstərir (EGDİ indeksi – bu əsas elektron hökumət üçün vacib aşağıdakı göstəricilərin birləşməsidir: elektron formada təklif olunan xidmət, telekomunikasiya infrastrukturun inkişafı və insan resursu).
Vətəndaşlara dövlət ödənişlərini öz mobil hesablarından imkan verən Mobil hökümət (m-hökumət) hələki 33 ölkədə uğurla realizə olunur. 27 ölkədə məmulardan SMS bildirişləri alınır. Analitiklərin fikrincə m-xidmət sektoru bu yaxınlarda daha da inkişaf edəcək. Mobil əlaqə həmçinin yaşlı, əlilliyi olan və kəndlərdə yaşayan əhalinin imkanlarını da artırır. Nəzərə alsaq ki, mobil telefon əsasən şəxsi predmetdir onda dövlət konkret şəxsə hər hansı məsələ ilə bağlı da kömək edə bilər.
Sosial şəbəkələrin sürətli inkişafı da 78 dövləti Facebook və Twitter-də rəsmi səhifə açmağa vadar edib. Sözsüz ki , 66% bütün dövlət bildirişlərinin SMS vasitəsilə aparılmasında ABŞ liderdir. Latın Amerikasında ən çox istifadə olunan xidmətlərdən biri dövlət orqanları ilə online-danışıqlardır.