5. Problemlər və təkliflər Azərbaycanda e-hökumət sistemi qurulsa da hələdə bütün işlər qaydasında deyil. Bu problemlər meydana çıxdıqca həlli yolları axtarılır və sistem get-gedə inkişaf edir. Elektron hökümətin inkişafına mane olan amillərə baxaq:
1. İnternetə kütləvi çıxışın təmin edilməməsi. Avropa Birliyi və ABŞ sakinləri əsasən ev komputerləri vasitəsilə internetə çıxışı varsa, Qrafik 1-dən göründüyü kimi Azərbaycanda yalnız 40,9% ev komputerleri vasitəsilə daxil olurlar, digər hissəsi məktəblər, internet kafe, iş internet istifadə edir. Buna görə də, vətəndaşların e-hökumət portallarına rahat çıxışının təmin edilməsində bu fakt nəzərə alınmalıdır.
2. Məhdud maliyyələşmə. Bir çox ölkələrdə bu layihənin maliyyələşməsi bütün infrastrukturun yeniləşməsini tələb etdiyindən çox maliyyələşmə tələb olunur, buna görə də uyğun və sərfəli yol tapılmalıdır. Hesab edirəm ki, Ruminiya təcrübəsi ən yaxşısıdır. Burada hökumət orqanları kiçik və orta bizneslə internet vasitəsilə əlaqə qurur və ən yaxşı variant elektron satınalma və tenderlər sayılırlar. Bu sistemdəm istifadə nəticəsində 50%-ə qədər vəsaitə qənaət edilmişdir.
3. Siyasi iradə və bürokratik əngəllər.Elektron hökümətin qurulması üçün əsas şərt kompüterlərin alınması və veb-saytın qurulması deyil. Bu yalnız əməliyyatları avtomatlaşdırmağa və “kağız dünyasından” çıxmağa kömək edəcək. Elektron idarəetmədə daha çox höküumətin transformasiya olunmasıdır: o planlaşdırma, siyasi iradə və lazımlı resursların formalaşmasını tələb edir. Öz-özlüyündə nə yeni texnologiyaların alınması, nə çətin proseslərin avtomatlaşdırılması dövlət idarəçiliyini inkişaf etdirə və ya dövlət idarəçiliyində iştirak səviyyəsini artıra bilməz. E-hökümət layihəsi yalnız dövlət məmurlarının iştirakı ilə həyata keçirilə bilər. Yalnız bu halda maliyyə resursları, müvafiq qanunvericiliyin qəbul edilməsi təmin edilir. Texnoloji inqilab köhnə fikirli idarəedicilərin sonu olmalıdır. Hər bir məmur bu sistemin özü və dövləti üçün nə dərəcə də əhəmiyyətli olduğunu anlamalı və gələcək inkişaf namimə bir çox köhnəyönlü fikirlərinlərindən əl çəkərək elektronlaşmaya kömək etməlidirlər.
4. İnzibati informasiya sistemlərinin keyfiyyəti. Dövlət orqanları ilə cəmiyyətin qarşılıqlı virtual əlaqəsi əlbəttə müxtəlif icra hakimiyyəti orqanlarının informasiya sistemlərinin keyfiyyəti, tamlığı və bütövlüyündən asılıdır. Sistemlərin əlaqəsi, informasiya resurslarının üçün ümumi standartların qəbulu, üfüqi səviyyədə informasiya mübadiləsi üçün imkanlar təmin edilməsi, dövlət informasiya ehtiyatlarında sadə axtarış e-hökumətin inkişafında mühüm məsələlərdəndir.
5. İnternetdən istifadə üçün əlavə motivasiya. Estoniyada Dünya Bankı tərəfindən aparılan tədqiqatlar göstərir ki, hətta inkişaf etmiş internetə çıxış sisteminin olması belə vətəndaşların hökümət orqanlarına geniş müraciətinə zəmanət vermir. Buna görə bu sistemdən istifadə üçün hər hansı motivasiya tədbirləri yaratmaq olar. Məsələn vergiləri daima online ödəyən ödəyicilərə müəyyən faiz güzəşt edilə bilər.
6. Bələdiyyə problemi. “E-hökumət” portalı idarəetmə orqanları ilə vətəndaşlar və hüquqi şəxslər arasında qarşılıqlı əlaqəni təmin edir. Dövlət orqanlarının çoxu artıq “E-hökümət portalına” inteqrasiya olunsada bələdiyyələrdən hələ təəssüflər olsun ki, heç bir yenilik yoxdur. Bələdiyyələr xüsusi hallar nəzərdə tutulmayıbsa, bələdiyyələrin fəaliyyəti haqqında tam məlumatları, bələdiyyə üzvləri tərəfindən 6 ayda bir dəfədən az olmayaraq seçicilərinə hesabatlar verilməsini, bütün iclasların protokollarının saytda yerləşdirilməsini təmin etməlidirlər. Ancaq bütün bunlara baxmayaraq hələ də bələdiyyələrin elektronlaşması gecikir. Bələdiyyələrin elektronlaşması ilə bələdiyyələr yerli özünüidarəetmə fəaliyyətlərində müasir informasiya və kommunikasiya texnologiyalarının tətbiqini, vətəndaşa və digər qurumlara internet vasitəsilə böyük miqyasda xidmət göstərilməsini, qurum daxilində işçilərin kompüter şəbəkələri ilə öz aralarında fəaliyyətlərinin qurulmasını, həmçinin qurumdan kənar lazımi qurumlarla informasiya mübadiləsi fəaliyyətinin təşkilini etməlidirlər. Bələdiyyələrin portala keçidin üstünlüyü ondan ibarətdir ki, ərazidə yaşayan vətəndaşı maraqlandıran informasiya, yaxud müraciətinə cavab bələdiyyə tərəfindən bələdiyyənin saytında yerləşdirilmiş olsun. Bu zaman bələdiyyəyə müraciət etməyə ehtiyac qalmır, lazım olan informasiya portaldan götürələcək. Burada həm vətəndaş, həm də bələdiyyə tərəfindən zaman itkisinə yol verilmir, növbələrdə durmağa ehtiyac qalmır, vətəndaş bürokratiya ilə qarşılaşmır, operativlik təmin olunur. Çünki bələdiyyədə vətəndaşlar bürokratiya ilə qarşılaşmamalıdırlar, bütün görülən işlər şəffaf olmalıdır. Bələliyyələrin portala inteqrasiyasından əvvəl bələdiyyələrin özünün elektronlaşması təmin edilməli sonra isə bu sistemin inteqrasiyası təmin edilməlidir. Bələdiyyələrin elektronlaşması proqramı 3 mərhələdə gerçəkləşdirilməlidir:1) bələdiyyələrin tam kompuüterləşməsi, internet saytlarının yaradılması, yerli özünüidarəetmədə maliyyə-büdcə kompüter proqramlarınının tətbiqi işlənməli; 2) bələdiyyələrdə sənəd dövriyyəsinin elektronlaşması, ön ofisin elektronlaşması prosesi aparılmalı; 3) kommunal xidmətlərin elektronlaşması başa çatdırılmalıdır.
7. E-hökumətin təhlükəsizliyi. “E-hökumət” portalında vətəndaş qeydiyyatdan keçərkən vətəndaşın sənədlərlə identifikasiya olunması tədqirə layiq hərəkət olsa iş bununla bitmir. İnformasiya təhlükəsizliyi ilə vətəndaşın məlumatları portalda qeydiyyatdan sonra da təmin olunmalıdır. Çünki gələcəkdə e-hökümət portalında vətəndaşları məlumatları və əməlyyatları daha geniş təsvir olunacaq və bu tip məlumatlara digər bir şəxsin kiber hücum nəticəsində malik olması həmin vətəndaşı və ya müəssisəni təmamilə müflis edə bilər. E-problemlər təhlükəsizliyin 2 istiqamətdə pozulmasından yarana bilər: - Daxildən sistemin dağıdılması (bu sistemə sistemə daxildən girişi olan insanlar tərəfindən edilə bilər);
- Xarici təhlükə (bu sistemə xaricdən müdaxilə edilməsidir ki, əsasən kibercinayətkarlar tərəfindən həyata keçirilir); Həmçinin təbii amillər nəticəsində sistemə girişin dayandırılmasına (buna misal olaraq maqnit dalğası nəticəsində informasiyanın silinməsi, təbii fəlakətlər və s.) səb əb ola bilər.
“E-hökumət” təhlükəsizliyin daha güclü qorunması baxımından vətəndaşın istəyi ilə “sahibin səs dalğası” texnologiyasından istifadə edilməsi mümkündür. Səs dalğası insanın əl izləri və göz qişası strukturu kimi idendifikdir. Əl izini kompüter vasitəsilə göndərmək çətin, göz qişası strukturunun skaner aparatının çox bahalı olmasını nəzərə alaraq “sahibin səs dalğası” texnologiyası digərləri ilə müqayisədə daha səmərəlidir və demək olar ki, hər bir kompüter insanın səs dalğa nümunəsini götürə bilər.
Digər təhlükəsizlik tədbiri kimi viruslardan müdafiədir. Hal-hazırda gündə 10-15 virus yaradılır və bu say artımı həndəsi silsilə ilə artır. Bu cəhətdən təklif edərdim ki, “E-hökumətin” təhlükəsizliyi üçün hər hansı bir dünyaşöhrətli antivirus şirkəti müqavilə imzalansın və bu saytda işıqlandırılsın. Məsələn www.mail.ru elektron poçt saytı “Kaspersky Lab” antivirus şirkəti tərəfindən müdafiə olunur və bu istifadəçilərdə güvənlik hissi yaradır.
8. Elektron hökumətlə bağlı digər problem bu sistemə cavabdeh olan şəxslərin hələ də elektron sistemi və ya İKT sistemini tam öyrənməməsidir. Bu üzdən portalın istifadə edilməsinin və keyfiyyətlə idarə olunmasının artırılması üçün tədris mərkəzlərinin açılmalıdır. Tədris mərkəzləri həm Bakı, həm də rayonları əhatə etməli və bunlar vahid mərkəzdən idarə olunmaldır. Burada həm elektron hökumət sektoru üzrə çalışan həm də arzu edilən fiziki və hüquqi şəxslər təhsil almalıdır. Buralarda həm əyani, həm də distant təhsil sistemi qurula bilər. Bu qurulacaq layihə kimi nümunəni Vergilər Nazirliyindən götürmək olar, belə ki, Vergilər Nazirliyi öz əməkdaşlarının daima təkmilləşdirilməsi üçün Şamaxı rayonunda yüksək keyfiyyətli Tədris Mərkəzi inşa edib və vergi əməkdaşları daima orada təmkilləşdirmə kurslarında iştirak edirlər.
9. Qərb dövlətlərində olduğu kimi Azərbaycanda da vətəndaşların informasiyadan yararlanmaq kimi konstitusion hüququnu reallaşmasına nəzarət edən xüsusi dövlət vəzifəsi yaratmaq. Məsələn ABŞ-da bu vəzifə “İnformasiya üzrə əsas nəzarətçi” (Chief information officer), Böyük Britaniyada “Elektron elçi” (e-envoy) adlanır, Azərbaycan isə bunu “Elektron nəzarətçi” adlandırmaq olar.