Mühazirə İnformasiya təhlükəsizliyinin əsas konseptual məsələləri



Yüklə 2,49 Mb.
səhifə80/102
tarix06.10.2023
ölçüsü2,49 Mb.
#152585
növüMühazirə
1   ...   76   77   78   79   80   81   82   83   ...   102
Muhazirə(informasiya tehlukesizliyi) (1)

Mühazirə 13. Steqanoqrafiya


Steqanoqrafiya və onun istiqamətləri
Qeyd olunduğu kimi, steqanoqrafiya elmi də informasiya təhlükəsizliyinin təmin edilməsi problemi ilə məşğul olur. Steqanoqrafıyanın vəzifəsi informasiyanın varlığını, saxlanılması, emal olunması və ötürülməsi faktını gizlətməkdən ibarətdir. Başqa sözlə, steqanoqrafik üsulların əsas məqsədi qorunan (o cümlədən məxfi) məlumatın varlığının rəqibdən gizli saxlanmasıdır. 
Steqanoqrafıya kriptoqrafiyaya nisbətən daha qədim tarixə malikdir və daha erkən dövrlərdən istifadə edilməyə başlamışdır. “Steqanoqrafıya” sözünün yunan dilindən tərcüməsi “məxfi yazı” (steganos – sirr, məxfi görülən iş, graphy yazı) mənasını verir. 
Steqanoqrafiyaya məxfi rabitə kanalları, işarələrin şərti yerləşdirilməsi, mikrofotoçəkilişlər, görünməz mürəkkəb kimi məxfi rabitə üsulları aiddir. Steqanoqrafiyada ötürülən informasiya axınında məxfi məlumatın olması faktı gizlədilir. Tarixən steqanoqrafiya birinci yaranıb, lakin çox yerdə kriptoqrafiya tərəfindən sıxışdırılmışdır.
Steqanoqrafiya olduqca müxtəlif üsullarla həyata keçirilir. Ümumi cəhət ondan ibarətdir ki, gizlədilən məlumat hər hansı zərərsiz, diqqəti çəkməyən obyektdə yerləşdirilir. Sonra obyekt adresata göndərilir. Kriptoqrafiyada şifrlənmiş məlumatın varlığı öz-özünə düşmənin diqqətini cəlb edir, steqanoqrafiyada isə gizli rabitənin olması hiss olunmamış qalır.
Kompüterə qədərki steqanoqrafiyada iki istiqamət seçilir: linqvistik və texniki steqanoqrafiya. Birinci məsələn, hərflərin yazılışının qeyri-müəyyənliyindən, sözlər arasındakı aralıqlardan məlumatı gizlətmək üçün istifadə edilir. Texniki steqanoqrafiyaya klassik misal gizli məlumatın “südlə ağ kağızda” yazılmasıdır.
Müasir dövrdə hesablama texnikasının və yeni informasiya kanallarının sürətli inkişafı ilə əlaqədar olaraq əsasında informasiyanın kompüter fayllarında, hesablama şəbəkələrində təsviri xüsusiyyətləri duran yeni steqanoqrafiya metodları meydana gəlmişdir. Bu bizə imkan verir ki, yeni istiqamət – kompüter steqanoqrafiyası haqqında danışaq.
Kompüter steqanoqrafiyası aşağıdakı istiqamətləri əhatə edir:
1. Gizli ötürmə məqsədi ilə informasiyanın yerləşdirilməsi;
2. Rəqəm su işarəsinin (RSI) yerləşdirilməsi (watermarking);
3. İdentifikasiya nömrələrinin yerləşdirilməsi (fingerprinting);
4. Başlıqların yerləşdirilməsi (captioning).
Məlum olduğu kimi, əksər ölkələrdə kriptoqrafık üsul və vasitələrin reallaşdırılmasına, istifadəsinə və tətbiqinə qanunvericiliklə müəyyən ciddi məhdudiyyətlər, qadağalar qoyulur. Adətən, istifadə olunan şifrləmə sistemlərinin açarlarının dövlətə verilib–verilməməsi, aparat və ya proqram vasitələri şəklində reallaşdırılmasından asılı olmayaraq kriptoqrafik sistemlərin məcburi qeydiyyatı və lisenziyalaşdırılması kimi tələb qoyulur. 
Kriptoqrafıyadan fərqli olaraq, müasir dövrdə steqanoqrafiyanın istifadəsinə belə məhdudiyyətlər, qadağalar qoyulmur və praktikada informasiyanın gizlədilməsi üçün effektiv vasitə kimi istifadə olunmaqda davam edir. 
Qeyd edilməlidir ki, steqanoqrafiya kriptoqrafiyanı əvəz etmir, onu tamamlayır və məxfı informasiyanın bədniyyətli şəxslərdən daha ciddi qorunmasını təmin edir. Belə ki, məlumatın steqanoqrafik üsullar vasitəsilə gizlədilməsi onun ötürülməsi faktının aşkarlanması ehtimalını əhəmiyyətli dərəcədə kiçildir. Əgər bu zaman məlumat həm də şifrlənərsə, onda o, əlavə olaraq daha bir qoruma səviyyəsi ilə təmin edilmiş olar. 
Aydındır ki, hər hansı məlumatın varlığını daha böyük həcmli informasiya massivində gizlətmək (iynəni samanda gizlətmək kimi) daha asandır. Müasir dövrdə steqanoqrafiya əsasən məxfi məlumatın tamamilə başqa məzmunlu daha böyük həcmli informasiyanın içində gizlədilməsi (əridilməsi) prinsipinə əsaslamr. 
Xüsusilə vurğulanmalıdır ki, steqanoqrafiya sadəcə məxfi məlumatın ötürülməsi zamanı deyil, məxfi məlumatın məxfi ötüıülməsi zamanı daha faydalı olur. Əlbəttə, belə gizli məlumat mübadiləsi bir sıra çatışmazlıqlarla müşayiət olunur. 
Əvvəla, istifadə olunan steqanoqrafık üsulun davamlılığını qiymətləndirmək və əsaslandırmaq olduqca çətindir. Belə ki, əgər məxfi məlumatın açıq məlumatlar massivinə qarışdırılması üsulu bədniyyətli şəxsə məlum olarsa, onda davamlılıq haqqında fıkir söyləmək çox çətindir. 
İkincisi, steqanoqrafik üsulların istifadəsi zamanı məxfi məlumatların qarışdırıldığı saxlanılan və ötürülən ümumi məlumatların həcmi çox zaman xeyli böyüyür. Bu da məlumatların emalı sistemlərinin məhsuldarlığma ciddi, mənfi təsir göstərir. 
Ümumiyyətlə, steqanoqrafik üsullar müasir dövrdə əsasən aşağıda qeyd olunan məsələlərin həlli üçün istifadə edilir:

  • məxfi informasiyanın icazəsiz girişdən qorunması;

  • şəbəkə resurslarının monitorinqi və idarə olunması sistemlərini adlamaq (dəf etmək);

  • informasiyanın və onu emal edən proqram təminatının kamuflyaj edilməsi (gizlədilməsi);

  • müəyyən növ intellektual mülkiyyət üzərində müəlliflik hüququnun qorunması. 

Aparılmış tədqiqatlar göstərir ki, steqanoqrafıyanı üç əsas kateqoriyaya ayırmaq olar: 

  • klassik steqanoqrafiya;

  • kompüter steqanoqrafıyası;

  • rəqəmli steqanoqrafiya. 



Yüklə 2,49 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin