1. Asan İmza (Mobil imza) xidmətini mümkün edən SIM-kartın əldə olunması Asan İmza-ya müraciət etmək üçün sizə Asan İmza (Mobil imza) xidmətini mümkün edən SIM-kart lazımdır. Abunəçi olmaq üçün şəxsiyyət vəsiqəniz ilə (şəxsiyyət vəsiqəsi Asan İmza (Mobil imza) xidmətini aktivləşdirmək üçün lazımdır) “ASAN Xidmət” mərkəzlərində fəaliyyət göstərən Azercell, Bakcell, Nar Müştəri Xidmətləri Mərkəzlərinə müraciət edə bilərsiniz. Abunəçi olandan sonra siz mobil telefona daxil edilməli olan yeni Asan İmza (Mobil imza) SIM kartını alacaqsınız.
Asan İmza (Mobil imza) PIN kodları Asan İmza (Mobil imza) SIM kartının üzərində çap olunaraq, pozulan qat altında gizlədilir. Yeni Asan İmza (Mobil imza) SIM kartının pozulan sahəsi zədələnməməlidir. Yadda saxlayın ki, şəxsiyyətin təsdiqlənməsi üçün PIN1 və imza üçün yalnız PIN2 tələb olunur.
2. SIM kartda elektron imza sertifikatlarının aktivləşdirilməsi Növbəti mərhələdə əldə etdiyiniz SIM kartda elektron imza sertifikatlarınızı aktivləşdirmək üçün Vergilər Nazirliyinin Asan Sertifikat Xidmətləri Mərkəzinə (ASXM) müraciət etməlisiniz. Nəzərə alın ki, siz özünüzlə şəxsiyyətinizi təsdiqləyən sənədi gətirməlisiniz (FIN nömrəsini daxil edən). Sonra siz sertifikatın alınması üçün müvafiq ərizəni doldurmalı və imzalamalısınız. Ərizə və digər sənədlərin formaları ilə ASXM-in saytının Sənədlər bölməsindən tanış ola bilərsiniz. Vergilər Nazirliyinin Asan Sertifikat Xidmətləri Mərkəzi (ASXM) qeydiyyat ərizənizi təsdiqləyəcək və sizə aid məlumatı sistemə daxil edəcək.
Daha sonra Vergilər Nazirliyinin Asan Sertifikat Xidmətləri Mərkəzinin (ASXM) qeydiyyat operatoru sizə Asan İmza-nın (Mobil imza) şərtlərini izah edəcək və Müqavilə formasını çap edəcək. Bu Müqavilə formasını imzalamaqla, siz Asan İmza (Mobil imza) xidmətinin şərtlərini qəbul edir və müraciət etdiyiniz sertifikatları aldığınızı təsdiqləyirsiniz. Bununla sertifikatlar aktivləşdirilir və siz Asan İmza (Mobil imza) xidmətlərindən istifadə etməyə hazırsınız.
Asan İmza (Mobil imza) elektron imza sertifikatlarının üç növü vardır: fiziki şəxslər (vətəndaşlar) üçün elektron imza sertifikatları, hüquqi və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üçün elektron imza sertifikatları və dövlət qulluqçuları üçün elektron imza sertifikatları. Fiziki şəxslər (vətəndaşlar) üçün elektron imza sertifikatları şəxsi istifadə üçün nəzərdə tutulmuşdur. Siz bu sertifikatdan yalnız şəxsi identifikasiyanız üçün istifadə edə bilərsiniz. Hüquqi şəxslər və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər, həmçinin dövlət qulluqçuları üçün nəzərdə tutulan elektron imza sertifikatları isə kommersiya və ya dövlət təşkilatını təmsil etmək və onun adından çıxış etmək səlahiyyətləri verir.
Asan İmza (Mobil imza) sertifikatları 3 il ərzində etibarlıdır.