Mühazirə mətni plan sosial sfera və sosial struktur anlayışları


Deyilənlər sübut edir ki, tarixilik prinsipinin anlaşılması uzun təkamül yolu keçmişdir. Bu prinsip real tarixi prosesin dialektikasını açır



Yüklə 331,42 Kb.
səhifə25/49
tarix02.01.2022
ölçüsü331,42 Kb.
#39770
növüMühazirə
1   ...   21   22   23   24   25   26   27   28   ...   49
felsefe az

Deyilənlər sübut edir ki, tarixilik prinsipinin anlaşılması uzun təkamül yolu keçmişdir. Bu prinsip real tarixi prosesin dialektikasını açır. O, ictimai hadisələri dəyişməz və əbədi hesab etmir. Onlara konkret tarixi əlaqələrdə yanaşır, keçmiş mənşəyini öyrənir və gələcək inkişaf meylinə diqqət yetirir.

Yuxarıda deyilənləri ümumiləşdirərək göstərə bilərik ki, tarixilik metodoloji prinsipi öz inkişafında dörd mərhələdən keçir. Birinci mərhələ mexaniki və ya naturalist adlanır. Onun kökləri Dekartırı rasionalizmınə gedib çıxır. O, təbiətdə inkişafı qəbul edir, cə­miyyətin inkişafda olduğunu inkar edirdi. Dekartdan sonra gələn rasionalistlər onun metodologiyasından bu nöqsanı aradan qaldırdılar. Onlar cəmiyyətin inkişafını qəbul edirdilər, lakin bu prosesə təbiətin inkişafının xüsusi bir variantı kimi cə­miyyətin tarixinə naturalist mövqedən yanaşırdılar. Onların fikrincə cəmiyyət xüsusi bir mexanizm və ya aqreqatdır. Buna görə də onu təbiətşünaslığın metodları ilə öyrənmək lazımdır. Sadəcə olaraq bu metodlara cəmiyyətin spesifikliyini nəzərə alan bəzi dəyişikliklər et­mək kifayətdir. Təbiətdə və cəmiyyətdə inkişafın eyniliyi, ümumiliyi və oxşarlığı haqqında ideyalar məhz bu mərhəlinin məhsuludur. İkinci mərhələ klassik alman fəlsəfəsinin adı ilə bağlıdır. Burada tarixilik prinsipini ən dolğun şəkildə işləyib hazırlayan Hegel olmuş­dur. Onun anlamında tarixilik aşağıdakıları əhatə edir: a) Hər şeydən əvvəl cəmiyyət inkişaf edən tarixi fenomen kimi təbiət sisteminə qarşı qoyulur. Göstərilir ki, təbiətdən fərqli olaraq cəmiyyət sadəcə dəyişilmir, o inkişaf edir; b) tarixilik ruhun inkişafının xüsusi forması və ya mərhələsi kimi müəyyən edilir. Tarixilik öz-özünü dərk edən cəmiyyətlərin və ona müvafiq mədəniyyətlərin ar­dıcıl surətdə bir-birini əvəz etməsi şəklində reallaşan xalqların ruhu kimi təsəvvür olunur, v) tarixin qanunauyğun və geri dönməz xarakterı qəbul olunur, göstərilir ki, burada təkrarlar yalnız qismən, özü də spiral dövrələri formasında baş verir; q) tarixin əvvəli və sonu olduğu təsdiq edilir və deməli, tarix bəşəriyyətin inkişafında belə mərhələrdən biri kimi anlaşılır. Qeyd olunur ki, həmin mərhələdən əvvəl tarixə qədərki mərhələ olmuşdur və ondan sonra tarixdən sonrakı mərhələ gələcəkdir. Burada azadlıq, ruhun kamilliyi və onun özü-özü ilə tam qovuşması baş verəcəkdir; s) şəxsiyyətlər də bütün digər tarixi təfərrüatlar kimi, yalnız tarixin ruhunun, onun qanuna­uyğunluğunun daşıyıcısı və təzahürləri olduğu dərəcədə maraq doğurmalı və öyrənilməlidir.




Yüklə 331,42 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin