www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Artur Şopenhauer "Dünya: iradə və təsəvvür kimi"
1
www.kitabxana.net
Milli Virtual Elektron Kitabxana
"Gənclərin Virtual Multikulturalizm Mərkəzi"
N 11 (67 -
2016)
Artur Şopenhauer
Dünya: iradə və təsəvvür kimi
YYSQ - Milli Virtual-Elektron Kitabxananın e-nəşri
YYSQ – 2016
Yeni Yazarlar və Sənətçilər Qurumu
www.yysq.org
www.kitabxana.net
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Artur Şopenhauer "Dünya: iradə və təsəvvür kimi"
2
Milli Virtual-Elektron Kitabxana
"Gənclərin Virtual Multikulturalizm Mərkəzi"
Elektron kitab N 11 (67- 2016)
Bu elektron nəşr Azərbaycan Respublikası Prezidenti yanında
Gənclər Fondunun (
#AzGF
) maliyyələşdirdiyi, Yeni Yazarlar və
Sənətçilər
Qurumunun
həyata
keçirdiyi "Gənclərin
Virtual
Multikulturalizm
Mərkəzi" kulturoloji-intellektual
layihəsi
çərçivəsində
www.kitabxana.net
- Milli Virtual-Elektron Kitabxana
tərəfindən nəşrə hazırlanıb və yayılır.
Kulturoloji layihənin bu hissəsini qismən maliyyələşdirirlər:
Azərbaycan Respublikası Prezidenti yanında Gənclər
Fondu:
http://youthfoundation.az
Yeni Yazarlar və Sənətçilər Qurumu: h
ttp://www.yysq.org
Artur Şopenhauer
Dünya: iradə və təsəvvür kimi
Klassik Alman filosofunun multikultural düşüncələrin fəlsəfi
traktat formasında işləndiyi şah əsəri ilk dəfə Azərbaycan
dilində...
YYSQ tərəfindən e-nəşrə hazırlanıb. Milli Virtual-Elektron
Kitabxananın e-nəşri. Bakı - 2016
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Artur Şopenhauer "Dünya: iradə və təsəvvür kimi"
3
Virtual redaktoru və e-nəşrə hazırlayanı: Aydın Xan (Əbilov),
yazar-kulturoloq
"Gənclərin Virtual Multikulturalizm Mərkəzi" silsiləsindəki
e-kitablarla buradan tanış olun:
http://kitabxana.net/?oper=e_kitabxana&cat=174
Feysbuk səhifəmiz:
Sosial şəbəkələrdə Azərbaycan multikulturalizminin və
tolerantlığının təbliği ilə bağlı fəaliyyətlərin genişləndirmək, bu
sahələr üzrə İnternet resurslarımızı - elmi-intellektual
sərvətlərimizi, araşdırma, tədqiqat işlərini təbliğ etmə üçün
ayrıca virtual resurs
burada:
https://www.facebook.com/YeniYazarlar
DİQQƏT!
Müəlliflik hüququ Azərbaycan Respublikasının
qanunvericiliyinə və əlaqədar beynəlxalq sənədlərə uyğun
qorunur. Müəllifin və resurs yaradıcılarının razılığı olmadan
kitabın bütöv halda, yaxud hər hansı bir hissəsinin nəşri, eləcə
də elektron informasiya daşıyıcılarında, İnternetdə yayımı
yasaqdır. Bu qadağa kitabın elmi mənbə kimi istifadəsinə,
araşdırma və tədqiqatlar üçün ədəbiyyat kimi göstərilməsinə
şamil olunmur.
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Artur Şopenhauer "Dünya: iradə və təsəvvür kimi"
4
“FİKİR” antologiyası
ON ÜÇÜNCÜ KİTAB
Bakı, YYSQ - 2016
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Artur Şopenhauer "Dünya: iradə və təsəvvür kimi"
5
100 cildlik “Fikir antologiyası”seriyasından dünya
fəlsəfəsi korifeylərinin nəşri
Layihənin baş redaktoru
Qardaşxan Əzizxanlı
ARTHUR SCHOPENHAUER
DIE WELT ALS WILLE
UND
VORSTELLUNG
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Artur Şopenhauer "Dünya: iradə və təsəvvür kimi"
6
ARTUR ŞOPENHAUER
DÜNYA: İRADƏ
VƏ TƏSƏVVÜR KİMİ
Bakı - Zəkioğlu - 2009
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Artur Şopenhauer "Dünya: iradə və təsəvvür kimi"
7
Əsərin tərcüməsi “Zəkioğlu” nəşriyyatı
tərəfindən sifariş edilmişdir: (Rus dilindən tərcümə)
Y.İ.Ayxenvaldın orijinaldan ruscaya tərcüməsindən çevrilmişdir
(Moskva, “Moskovskiy klub” nəşriyyatı, 1992.
A.Şopenhauer, “Sobrannie soçineniya, v 5 tomax, tom 1.”)
Minsk, Xarvest, 2007-ci il nəşri ilə müqayisəli şəkildə çap edilir
Dahi alman filosofu Artur Şopenhauerin (1788-1860) Dünya
iradə və təsəvvür kimi (1919-44) əsəri dünya fəlsəfi irsinin ən
möhtəşəm nümunələrindən biridir.
Dünyanın, demək olar ki, bütün böyük dillərində dəfələrlə çap
olunan bu əsər Azərbaycan dilində ilk dəfədir ki, nəşr olunur.
«Zəkioğlu» nəşriyyatının «Fikir antologiyası» seriyasından
çap etdiyi bu kitab Dünya iradə və təsəvvür kimi (1919) əsərinin
birinci cildidir. Əsərin ikinci cildi də nəşriyyatda çapa hazırlanır.
Tərcümə üzərində mülkiyyət hüququ «Zəkioğlu» nəşriyyatına
məxsusdur və müəlliflik hüququ haqqında qanunla qorunur
ISBN 978-9952-8137-0-8
©«Zəkioğlu» nəşriyyatı
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Artur Şopenhauer "Dünya: iradə və təsəvvür kimi"
8
ARTUR ŞOPENHAUER
DÜNYA
İRADƏ VƏ TƏSƏVVÜR KİMİ
Ob nicht Natur zulezt sich doch ergründe?
(Təbiət, nəhayət, öz sirrini açmayacaqmı?)
Höte
*
*
Hötenin K.G.Foqta həsr etdiyi şeirdən (1916).
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Artur Şopenhauer "Dünya: iradə və təsəvvür kimi"
9
BİRİNCİ KİTAB
BİR TƏSƏVVÜR OLAN
DÜNYA HAQQINDA
BİRİNCİ DÜŞÜNCƏ:
ƏSAS QANUNUNA TABE OLAN TƏSƏVVÜR:
TƏCRÜBƏNİN VƏ ELMİN OBYEKTİ
Sors de l`enfance, ami, réveille toi!
(Uşaqlıqdan ayrıl, dostum, ayıl!)
Jan-Jak Russo
1
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Artur Şopenhauer "Dünya: iradə və təsəvvür kimi"
10
§ 1
“Dünya mənim təsəvvürümdür,-” yalnız insanın onu
reffektiv–mücərrəd şüuradək yüksəldə bilməsinə baxmayaraq,
hər bir canlı və dərk edən varlıq üçün qüvvəyə malik həqiqət
budur və o bunu həqiqətən edirsə, onda şeylərə fəlsəfi baxış
yaranır. O zaman onunçün aydın və şəksiz olur ki, o nə günəşi,
nə torpağı tanıyır, yalnız günəşi görən gözü, torpağı sezən əli
tanıyır; onu əhatə edən aləm yalnız bir təsəvvür kimi, yəni bir
başqasına, müstəsna olaraq elə insanın özü olan təsəvvür
edənə münasibətdə mövcuddur. Hansısa bir həqiqət a priori
deyilə bilərsə, o elə məhz budur, zira o–təcrübənin bütün
başqalarından, zamandan, məkan və səbəbiyyətdən daha
ümumi xarakterə malik olan hər cür mümkün və düşünülə bilən
formasının ifadəsidir, axı onların hamısı onu artıq nəzərdə
tuturlar və onlarda əsas qanununun ayrı-ayrı növlərini qəbul
etdiyimiz bu formalardan hər biri yalnız təsəvvürlərin ayrıca bir
sinfi üçün əhəmiyyət kəsb edirsə, əksinə, obyektə və subyektə
parçalanma bütün siniflər üçün ümumi forma olur, elə bir
forma ki, ümumiyyətlə hansı qəbildən–mücərrəd və ya intuitiv,
xalis və ya empirik olmasından asılı olmayaraq, yalnız onda hər
cür təsəvvür mümkün olan və düşünülə biləndir. Beləliklə, idrak
üçün mövcud olan hər şeyin, yəni bütün bu dünyanın yalnız
subyektə münasibətdə obyekt, seyr edən üçün seyr, qısa
desək, təsəvvür olduğu barədə həqiqətdən daha şəksiz,
digərlərindən daha müstəqil, sübuta daha az ehtiyac duyan
həqiqət yoxdur. Təbiidir, bu həm indiyə, həm hər cür keçmişə
və hər cür gələcəyə, həm də ən uzağa və ən yaxına aiddir: çünki
bu, bütün bu fərqlərin elə məhz olduğu zamana və məkana
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Artur Şopenhauer "Dünya: iradə və təsəvvür kimi"
11
şamil edilir. Dünyaya məxsus olan və ola bilən hər şeyə labüd
şəkildə subyekt tərəfindən bu şərtləndirilmişliyin möhürü
vurulmuşdur və yalnız subyekt üçün mövcuddur. Dünya–
təsəvvürdür.
Bu həqiqət yeni bir şey deyil. O, artıq Dekartın istinad
etdiyi skeptik düşüncələrdə var idi. Amma ilk olaraq qəti şəkildə
onu Berkli söylədi: onun təlimlərindəki qalan şeylər əsassız olsa
da, bununla o, fəlsəfə qarşısında ölməz xidmət qazandı. Kantın
ilk səhvi, əlavədə göstərdiyim kimi, bu tezisin üstündən keçməsi
oldu. Əksinə, bu əsas həqiqət Vedaların Vyasaya aid edilən
fəlsəfəsinin təməl müddəasına çevrilərək, Hindistan müdrikləri
tərəfindən necə də erkən dərk edilmişdir,–bu barədə V.Cons
özünün sonuncu “Asiyalıların fəlsəfəsi haqqında traktatında
şahidlik edir: “Vedanta məktəbinin əsas ehkamı materiyanın,
yəni sıxlığın, keçilməzliyin və məkanda yer tutmanın
mövcudluğunun inkarından yox (onları inkar etmək ağılsızlıq
olardı), onun barəsindəki əsas anlayışın təshihindən və onun
əqli qavrayışdan asılı olmayaraq mövcud olduğunun,
mövcudluq və qavranıla bilmənin –dönə bilən anlayışlar
olduğunun təsdiqindən ibarət idi”. Bu sözlər empirik reallığın
transsendental ideallıqla bir araya sığmasını yetərincə ifadə
edirlər.
Beləliklə, bu birinci kitabda biz dünyanı yalnız göstərilən
tərəfdən, yalnız bir təsəvvür olaraq nəzərdən keçiririk. Amma
düzgünlüyünə xələl gətirmədən bu cür baxışın birtərəfli olması
və deməli, hansısa ixtiyari bir abstraksiyadan irəli gəlməsi,– bu
hər kəsə elə bir daxili əks–təsir təlqin edir ki, bununla da o
dünyanı yalnız öz təsəvvürü kimi qəbul edir; amma digər
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Artur Şopenhauer "Dünya: iradə və təsəvvür kimi"
12
tərəfdən, o heç vaxt bu cür zənndən qurtula bilmir. Amma bu
baxışın birtərəfliliyini,- burada bizim başlanğıc nöqtəmiz olan və
ona yalnız dərin tədqiqat, daha mükəmməl abstraksiya, eyni
olmayanın ayırd edilməsi və eyni olanın birləşdirilməsi gətirib
çıxara bilən həqiqət dərəcəsində bilavasitə doğru olmayan bir
həqiqətin–çox ciddi olan və hər kəsdə qorxu olmasa da,
düşüncə doğuran həqiqətin,–onun da “dünya–iradəmdir” deyə
bilməsi və deməli olduğu həqiqətinin köməyilə növbəti kitab
tamamlayır.
Amma o vaxtacan, deməli, bu birinci kitabda dünyanın
istinad etdiyimiz tərəfini- dərkolunanlıq tərəfini diqqətlə
nəzərdən keçirmək gərəkdir; buna uyğun olaraq, biz əks-təsir
olmadan bütün mövcud obyektləri, hətta öz bədənimizi də
(bunu tezliklə izah edəcəyəm), onları elə yalnız təsəvvür
adlandıraraq, təsəvvür kimi nəzərdən keçirməliyik. Burada
abstraksiya
olunduğumuz şey,- sonradan bu yəqin ki, hamı üçün
şəksiz olacaqdır,– həmişə yalnız dünyanın o biri üzünü təkcə özü
təşkil edən iradədir. Nə o, nə də o birisi yox, özündə obyekt
olası olan reallıqsa (əfsus ki, Kantın sayəsində onun
özündəşeyinin cılızlaşıb çevrildiyi şey) uydurma cəfəngiyyatdır
və onu zənn etmə fəlsəfənin bataqlıq işartılarıdır.
§ 2
Hər şeyi dərk edən və heç kəs tərəfindən dərk
olunmayan şey subyektdir. Deməli, o dünyanı daşıyandır, bütün
hadisələrin, hər cür obyektin ümumi və həmişə güman edilən
şərtidir: çünki mövcud olan hər şey elə məhz subyekt üçün
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Artur Şopenhauer "Dünya: iradə və təsəvvür kimi"
13
mövcuddur. Yalnız dərk etdiyi, amma dərketmə obyekti
olmadığı dərəcədə hər kəs özünü belə subyekt bilir. Amma
obyekt artıq onun cismidir və bu səbəbdən, onun özünü, bu
nöqteyi-nəzərdən, biz təsəvvür adlandırırıq. Çünki o özü
bilavasitə subyekt olsa da, bədən obyektlər içərisində bir
obyektdir və onların qanununa tabedir. Bütün seyr obyektləri
kimi o, sayələrində çoxluğun mövcud olduğu hər cür idrak
formalarında, zaman və məkandadır. Dərk edən, heç vaxt dərk
olunmayan subyektsə bu formalarda deyil: əksinə, o özü həmişə
onlar tərəfindən nəzərdə tutulur və, beləliklə, ona nə çoxluq, nə
də onun əksi– təklik gərəkdir. Biz onu heç vaxt dərk etmirik,
halbuki harada olursa olsun, idrak baş verən yerdə məhz o dərk
edir.
Beləliklə, bir təsəvvür olaraq dünya– burada biz onu
yalnız bu cəhətdən nəzərdən keçiririk– iki mühüm və bölünməz
yarıya malikdir. Onlardan birincisi– obyektdir; onun forması
məkan və zaman, onlar vasitəsiləsə çoxluqdur. O biri yarı olan
subyektsə zaman və məkandan kənardadır: çünki o büsbütün və
bölünməz olaraq, təsəvvür edən hər bir varlıqdadır. Ona görə
onlardan tək bircəsi bir təsəvvür olan dünyanı mövcud olan
milyonlarla bu cür varlıq kimi obyektlə doldurur; ancaq əgər
onun da yeganə varlığı yox olsaydı, onda bir təsəvvür olan
dünya da olmazdı. Beləliklə, bu yarılar hətta fikir üçün də
bölünməzdirlər, çünki onlardan hər biri yalnız o biri vasitəsilə və
o biri üçün varlığa və önəmə malikdir, onunla birgə mövcud və
yox olur. Onlar bilavasitə bir-birini məhdudlaşdırırlar: obyekt
başlanan yerdə subyekt qurtarır. Bu sərhədin ümumiliyi məhz
onda aşkara çıxır ki, hər cür obyektin mühüm və buna görə
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Artur Şopenhauer "Dünya: iradə və təsəvvür kimi"
14
ümumi olan formalarını,- bunlar da ki, zaman, məkan və
səbəbiyyətdir,- biz tapa və tam dərk edə bilərik və obyektin
özünü dərk etmədən, təkcə subyektə istinad edərək,–yəni
Kantın dili ilə desək, onlar a priori bizim şüurumuzda yatırlar.
Bunun kəşfi Kantın başlıca, özü də ən böyük xidmətini təşkil
edir. Mənsə üstəlik iddia edirəm ki, əsas özül qanunu–bütün bu
bizə məlum obyekt formaları üçün ümumi ifadədir və buna görə
xalis a priori dərk etdiyimiz hər şey bu qanunun məzmunundan
və ondan çıxan nəticələrdən başqa bir şey deyil; beləliklə, onda
dürüst idrakın bütün bizim a priorimiz ifadə olunmuşdur. Əsas
(özül) qanunu barədə traktatında hər cür obyektin bu qanuna
necə tabe olduğunu, yəni başqa obyektlərə, bir tərəfdən, təyin
olunan kimi digər tərəfdən təyinedici kimi labüd münasibətdə
olduğumu göstərmişəm; bu elə uzağa gedir ki, onlar obyektlər,
təsəvvürlər və başqa heç nə olmadıqlarından, bütün obyektlərin
mövcudluğu onların adı çəkilən bir-birinə münasibətindən
ibarət olur, məhz onun tərkibindədir və buna görə tam nisbidir;
bu barədə tezliklə müfəssəl danışılacaq. Mən sonra orada
göstərmişəm ki, obyektlərin öz imkanlarına görə bölündüyü
siniflərə uyğun olaraq, ümumi şəkildə əsas (özül) qanununun
ifadə etdiyi bu zəruri münasibət başqa formalarda təzahür edir
ki, bununla da, bu siniflərin bölünməsinin düzgünlüyü yenə
təsdiqlənir. Mən burada daim güman edirəm ki, orada deyilmiş
hər
şey
oxucuya
məlumdur
və
onun
tərəfindən
mənimsənilmişdir; əks təqdirdə, əgər bütün bunlar orada
deyilməmişsə, o hökmən burada öz yerini tapardı.
§ 3
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Artur Şopenhauer "Dünya: iradə və təsəvvür kimi"
15
Bütün təsəvvürlərimiz arasında əsas fərq intuitiv və
mücərrəd olan arasındakı fərqdən ibarətdir. Sonuncu,
təsəvvürlərin yalnız bir sinfini– anlayışları əmələ gətirir: –
anlayışlarsa yer üzündə təkcə insanın varidatını təşkil edirlər və
insanın
anlayışlara
olan qabilliyi ta əzəldən onu bütün
heyvanlardan fərqləndirən zəka adlandırılır*
1
.
Bu mücərrəd təsəvvürləri biz sonra xüsusi olaraq
araşdıracağıq; əvvəlcə isə yalnız intuitiv təsəvvürdən bəhs
edəcəyik. O, bütün dünyanı və ya mümkünlük şərtləri ilə birgə
təcrübənin məcmusunu əhatə edir. Deyildiyi kimi, Kantın çox
vacib kəşfi odur ki, məhz bu şərtlər, bu təcrübə formaları, yəni
onun qavrayışında onun bütün təzahürlərinə eyni dərəcədə xas
olan ən ümumi olan şey,– zaman və məkan– öz- özlüyündə,
məzmunundan asılı olmayaraq, təkcə mücərrəd təfəkkürün yox,
həm də bilavasitə seyrin predmeti ola bilər. Və bu cür seyr
təkrar yolu ilə təcrübədən alınmış fantaziya obrazı deyil, amma
o təcrübədən o qədər müstəqildir ki, əksinə, sonuncunu ondan
asılı saymaq lazımdır, çünki seyrin onları a priori dərk etdiyi kimi
məkan və zamanın xassələri hər cür mümkün təcrübə üçün elə
qanunların qüvvəsinə malikdirlər ki, o onlara uyğun olaraq hər
yerdə baş verməlidir. Bax buna görə özümün əsas qanunu
barədə traktatımda, onlar xalis şəkildə və məzmundan kənar
seyr edildiyindən, zaman və məkanı təsəvvürlərin xüsusi və
müstəqil bir sinfi kimi nəzərdən keçirirdim. Və adı çəkilən
ümumi seyr formalarının Kant tərəfindən kəşf edilmiş xassəsi–
* Kant ağlın bu anlayışını səhv salır; əlavəyə və özümün “Etikanın əsas
problemləri” (§ 6) əsərimə baxın.
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Artur Şopenhauer "Dünya: iradə və təsəvvür kimi"
16
onların öz-özlüyündə və təcrübədən asılı olmayaraq aşkar
olması və bütün qanunauyğunluqlarında dərk edilən olmaları,–
qüsursuzluğu ilə riyaziyyat da buna əsaslanır,– nə qədər mühüm
olsa da, hər halda onların o xassəsi də heç də daha az mühüm
deyil ki, səbəbiyyət və motivləşmə, təcrübəni təyin edən
təcrübə və mühakimələrin əsaslandırılması qanunu olaraq
təfəkkür burada varlığın əsası adlandırdığım və zamanda– onun
anlarının ardıcıllığı, məkandasa– onun bir-birini sonsuzluğadək
qarşılıqlı təyin edən hissələrinin vəziyyəti olan tamamilə xüsusi
bir formada çıxış edirlər.
Kimə mənim giriş traktatımdan növlərinin bütün
müxtəlifliyində əsas qanununun məzmununun tam eyniyyəti
aydın oldusa, o əmin olacaqdır ki, bu qanunun daxili
mahiyyətinin dərk edilməsi üçün onun formalarının özlüyündə
məhz ən sadəsinin dərk edilməsi necə vacibdir və bu forma kimi
biz zamanı qəbul etdik. Onda hər bir anın elə bu qədər də tez
məhv olmaq üçün özündən əvvəlkini, öz atasını məhv edərək
mövcud olduğu kimi; keçmiş və gələcəyin (məzmunlarının
nəticələrindən savayı) istənilən yuxugörmə kimi puç,
əhəmiyyətsiz olduğu kimi, indi isə bu və digəri arasında yalnız
qısa və dayanıqsız sərhəddir,–elə bu puçluğu əsas qanununun
bütün başqa formalarında da görərik və anlayarıq ki, həm
məkan, həm də zaman və o da və onda və zamanda olan hər
şey, yəni səbəblər və motivlərdən irəli gələn hər şey yalnız nisbi
varlığa malikdir, yalnız onunla eynicinsli olan, yəni o da məhz
buşəkildə mövcud olan başqası vasitəsilə və onun üçün
mövcuddur.
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Artur Şopenhauer "Dünya: iradə və təsəvvür kimi"
17
Bu baxışın məğzi köhnədir: onda Heraklit şeylərin əbədi
axınından şikayətini ifadə edirdi; Platon onun predmetini
həmişə oluşan, amma heç vaxt vücuda gəlməyən bir şeyə qədər
endirirdi: Spinoza onu yeganə mövcud olan və qərarlaşmış
ümumvahid substansiyanın aksidensiyaları adlandırırdı; Bu cür
dərk edilmişi Kant özündəşeyin sadə təzahürü olaraq, qarşı
qoyurdu, nəhayət hindlilərin qədim bir hikməti deyir: bu yalan
örtüyü, Mayya fani adamların gözlərini örtür və barəsində nə
onun mövcud olduğunu, nə də mövcud olmadığını söyləməyin
mümkün olmadığı dünyanı görməyə vadar edir; çünki o yuxuya,
yolçunun qum üzərində uzaqdan su saydığı günəş parıltısına və
ya ona ilan kimi görünən isladılmış kəndirə bənzəyir. (Bu
müqayisələr Vedaların və Puranaların saysız yerlərində
təkrarlanırlar). Bu mütəfəkkirlərin nəzərdə tutduqları və bəhs
etdikləri şey indi bizim tərəfimizdən əsas qanununa tabe olan
bir təsəvvür kimi dünyadan başqa bir şey deyil.
Dostları ilə paylaş: |