Dünya: iradə və təsəvvür kimi


§ 33  Beləliklə,  fərdlər  olaraq  biz  əsas  qanuna  tabe  olandan



Yüklə 6,14 Mb.
Pdf görüntüsü
səhifə14/57
tarix01.01.2017
ölçüsü6,14 Mb.
#4243
1   ...   10   11   12   13   14   15   16   17   ...   57
§ 33 

Beləliklə,  fərdlər  olaraq  biz  əsas  qanuna  tabe  olandan 

savayı  başqa  idraka  malik  deyilik,  belə  ki,  bu  forma  ideyaların 

dərk  olunmasını  istisna  edir,  onda  şübhəsizdir  ki,  əgər  ayrıca 

şeylərin  idrakından  ideyaların  idrakına  yüksəlmək  bizim  üçün 

                                                           

*

 II cildin 29-cu fəsli buraya aiddir. 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

 

272 



mümkün  olursa,  onda  bu,  yalnız  ona  görə  baş  verir  ki, 

subyektdə  obyektin  bütün  xarakterindəki  böyük  dəyişikliyə 

uyğun  gələn  və  analoji  dəyişiklik  baş  verir,  –  subyekt  bu 

dəyişiklik  sayəsində  ideyanı  dərk  etdiyi  dərəcədə  artıq  daha  

fərd deyildir. 

Əvvəlki  kitabdan  biz  xatırlayırıq  ki,  idrakın  özü, 

ümumiyyətlə, 

iradənin 

yüksək 

pillələrdə 



təcəssümünə 

məxsusdur  və  üzvi  varlığın  başqa  hissələri  kimi,  hissiyyat, 

sinirlər, beyin yalnız iradənin obyektliyinin bu dərəcəsində onun 

ifadəçisidir;  buna  görə  də  onların  sayəsində  yaranan  təsəvvür 

də,  həmçinin  iradəyə  onun  məqsədlərinə,  indi  artıq  daha 

mürəkkəb  (πολυτελεοτερα)  məqsədlərə  nail  olmaq,  bir  çox 

müxtəlif  tələbatlar  bəxş  edilmiş  varlığın  saxlanılması  üçün  bir 

vasitə  (μηχανη)  olaraq  xidmət  etməyə  təyinatlıdır.  Beləliklə, 

idrak  ilkin  olaraq  və  öz  mahiyyətinə  görə,  bütövlükdə  iradənin 

xidmətindədir  və  səbəbiyyət  qanunu  vasitəsi  ilə  idrakın  çıxış 

nöqtəsini 

təşkil 


edən 

bilavasitə 

obyektin 

yalnız 


obyektivləşdirilmiş  iradə  olduğu  kimi,  eləcə  də  əsas  qanununa 

tabe  olan  hər  hansı  bir  idrak  iradəyə  qarşı  yaxın  və  ya  uzaq 

münasibətdə  olaraq  qalır.  Zira  fərd  öz  bədənini  obyektlər 

içərisində  obyekt  kimi  görür,  o,  əsas  qanununa  görə  bu 

obyektlərlə  müxtəlif  münasibətlərdə  və  əlaqələrdədir,  buna 

görə də  onların seyri  yaxın  və  ya uzaq  yolla  fərdi  həmişə  onun 

öz  məxsusi  bədəninə,  yəni  onun  iradəsinə  qaytarır.  Belə  ki, 

məhz əsas qanunu obyektləri bədənə və onun vasitəsilə iradəyə 

qarşı bu münasibətə qoyur, onda iradəyə xidmət edən idrak da 

yeganə  olaraq  obyektlərdə  məhz  o  münasibətlərin  dərk 

olunması  meyli  ilə,  yəni  onların  məkan,  zaman  və  səbəbiyyət 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

 

273 



daxilində  müxtəlif  birləşmələrinin  ardınca  getmək  meyli  ilə 

dolub 


daşacaqdır 

ki, 


onlar 

da 


əsas 

qanunu 


ilə 

müəyyənləşmişlər.  Zira  obyekt  fərd  üçün  yalnız  onlarla 

maraqlıdır, yəni iradəyə münasibətə malikdir. Elə buna görə də, 

iradəyə  xidmət  edən  idrak  əslində  obyektlərdə  onların 

münasibətlərindən  savayı,  başqa  heç  nəyi  qavramır,  o, 

obyektləri yalnız onların bu zamanda, bu yerdə, bu şəraitdə, bu 

səbəblərə  görə,  bu  təsirlərlə  mövcudluğu  ölçüsündə  öyrənir,  – 

bir  sözlə,  onları  ayrıca  şeylər  kimi  dərk  edir  və  əgər  bütün  bu 

münasibətləri  aradan  qaldırsaq,  onda  idrak  üçün  obyektlərin 

özləri  də  yox  olacaqdır, ona  görə  ki,  o,  onlarda başqa  heç  nəyi 

qavramamışdır.  

Biz  aşağıdakıları  da  gizlətməməliyik:  elmlərin  şeylərdə 

nəzərdən  keçirdikləri  mahiyyəti  etibarı  ilə  bütün  yuxarıda 

xatırlananlardan,  yəni  şeylərin  münasibətlərindən,  zaman  və 

məkanın  şəraitindən,  təbii  dəyişikliklərin  səbəblərindən, 

formaların  müqayisəsindən,  hadisələrin  motivlərindən,  –  bir 

sözlə,  yalnız  münasibətlərdən  başqa  bir  şey  deyildir.  Elmlərin 

adi biliklərdən fərqi yalnız onların formasından, sistemliliyindən 

və  ondan  ibarətdir  ki,  onlar anlayışların birgə  tabeçiliyi  yolu  ilə 

bütün  xüsusi  olanı  ümumiyə  birləşdirərək  idrakı  asanlaşdırırlar 

və  bununla  da  biliyin  tamlığına  nail  olurlar.  Hər  hansı  bir 

münasibətin özü yalnız nisbi mövcudluğa malikdir: məsələn, hər 

hansı  bir  varlıq  zaman  daxilində,  digər  tərəfdən,  həm  də 

yoxluqdur,  zira  zaman  –  yalnız  odur  ki,  onun  sayəsində  eyni 

şeyə əks təriflər, təyinlər xas ola bilər. Elə buna görə də, hər bir 

hadisə  zaman  daxilində  həm  mövcuddur,  həm  də  mövcud 

deyildir,  belə  ki,  onun  başlanğıcını  onun  sonundan  ayıran  - 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

 

274 



yalnız  zamandır,  mahiyyəti  etibarı  ilə,  nəsə  yox  olan,  dayanıqlı 

olmayan  və  nisbi  olan  zaman  burada  sürəklilik  adlandırılır  

(seçdirmə  redaktorundur).  Zaman  isə  –  iradənin  xidmətində 

olan  idrakın  bütün  obyektlərinin  ən  ümumi  forması,  və  onun 

digər formalarının prototipidir.  

Beləliklə,  idrak  adətən,  bir  qayda  olaraq  iradənin 

xidmətində  olaraq  qalır,  o,  elə  bu  xidmət  üçün  də  yaranmışdır 

və  hətta  baş  gövdədən  boy  atdığı  kimi,  idrak  da  iradədən 

yaranmışdır.  Heyvanlarda  iradənin  idrak  üzərindəki  bu 

hakimiyyətini heç bir vaxt aradan qaldırmaq olmaz. İnsanda bu 

cür  aradan qaldırma istisna şəklində  mümkündür, elə bunu da 

biz  indi  təfsilatı  ilə  nəzərdən  keçirəcəyik.  İnsan  və  heyvan 

arasındakı  bu  fərq  zahirən  başın  bədənə  olan  müxtəlif 

münasibəti  ilə  ifadə  olunur.  Aşağı  heyvanlarda  onlar  hələ  ki, 

tamamilə  bitişikdir:  baş  onların  hamısında  yerə  doğru 

yönəlmişdir,  iradənin obyektləri oradadır; hətta ali heyvanlarda 

baş  və  gövdə  insanda  olduğundan  xeyli  daha  çox  dərəcədə  bir 

bütövü  təşkil  edirlər,  insanın  başı  sərbəst  bir  surətdə  bədənə 

oturdulmuşdur  və  yalnız  onun  tərəfindən  daşınır,  ona  xidmət 

isə etmir. Bu insani üstünlüyün ali dərəcəsini  Belvederli Apollon 

ifadə  edir:  muzalar  tanrısının başı  uzaqları  seyr edir, o,  çiyinlər 

üzərində  elə  azad  bir  surətdə  yüksəlir  ki,  sanki  bədəndən 

tamam  ayrı  düşmüş    və  artıq  o  sarıdan  qayğıya  tabe  olmayan 

kimi görünür.  

 

§ 34 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

 

275 



Ayrıca şeylərin adi idrakından ideyanın idrakına yönələn 

keçidin  yalnız  istisna  olaraq  mümkün  olduğuna  baxmayaraq, 

deyildiyi kimi,  o, o zaman qəfil baş verir ki, idrak iradəyə xidmət 

etməkdən azad olur və  bunun nəticəsində subyekt təkcə fərdi 

olmaqdan  qalır,  indi  artıq    idrakın  xalis,  iradəsiz  subyektinə 

çevrilir. İdrakın iradəsiz subyekti isə daha əsas qanununa uyğun 

olaraq  münasibətlərin  ardınca  getmir,  amma  qarşıda  duran 

obyekti onun hansısa başqaları ilə əlaqəsində deyil, bu əlaqənin 

xaricində sakit bir tərzdə seyr edir və onun daxilində əriyib itir.  

Bu  fikrin  özünün  geniş  inkişafda  aydınlaşdırılmasına 

ehtiyac vardır və hələ ki, onun daxilində qəribə görünənə məhəl 

qoymaq  lazım  deyil:  bu  əsərdə  şərh  olunan  bütün  fikir 

anlaşıldığı zaman o, öz-özünə yox olacaqdır.  

  Ruhun  qüvvəsi  ilə  yüksələn  bizlər  şeylərin  əsas 

qanununun  formalarına  uyğun  olaraq  adi  müşahidə  üsulunu 

kənara qoyanda və yalnız onların son məqsədi həmişə bizim öz 

məxsusi  iradəmizə  münasibətdən  ibarət  olan  qarşılıqlı 

münasibətləri  ilə  maraqlanmaqdan  qalanda;  deməli,  artıq  biz, 

şeylərdə  haradanı,  nə  zamanı,  niyəni  və  nədən  ötrünü  yox, 

əslində  yalnız,  yeganə  olaraq  onların  nə  olduğunu  nəzərdən 

keçiririk,  biz  hətta  abstrakt  təfəkkürə,  zəkanın  anlayışlarına  

şüurumuza sahib olmağa imkan vermirik; o zaman ki, biz bunun 

əvəzinə  öz  ruhumuzun  bütün  qüdrəti  ilə  bütövlükdə  ona  qərq 

olaraq  seyrə  dalırıq,  biz  özümüzün  bütün  şüurunu  təbiətin 

qarşımızda duran obyektinin sakit görüntüsü ilə doldururuq, bu, 

landşaft,  ağac,  qaya,  qurğu  və  ya  nəsə  digər  bir  şey  olsun,  və 

bizim  dərin  mənalı  ifadəmizə  görə,  bu  predmetdə  tamamilə 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

 

276 



itib-batmış  oluruq,  yəni  öz  fərdiliyimizi,  öz  iradəmizi  itiririk  və 

yalnız  xalis  subyekt  olaraq,  obyektin  aydın  güzgüsü  olaraq 

qalırıq,  belə  halda  bizə  elə  gəlir  ki,  guya  yalnız  predmet 

mövcuddur və heç kəs yoxdur ki, onu qavrasın və biz daha seyr 

edəni seyrdən ayıra bilmirik, onların ikisi də bir bütövə qovuşur, 

zira  bütün  şüur  tamamilə  vahid  seyr  edilən  obrazla  dolmuş  və 

əhatə edilmişdir; beləliklə, o zaman ki, obyekt özünün xaricində 

olan nəyəsə qarşı olan hər hansı bir münasibətdən, subyekt isə 

– iradəyə qarşı olan hər hansı bir münasibətdən kənara çıxır,– o 

halda  dərk  olunan  artıq  özlüyündə  ayrıca  şey  deyil,  ideyadır, 

əbədi formadır, iradənin verilmiş pillədə bilavasitə obyektliyidir. 

Və məhz ona görə də, belə bir seyrə dalmış şəxsiyyət artıq fərd 

deyildir,  zira  fərd  məhz  bu  seyrdə  əriyib  itmişdir,  amma  bu, 

idrakın  xalis,  iradəsiz,  ağrısız,  zamandan  kənar  subyektidir.  Bu 

hələ  ki,  qeyri-adi  olan  fikir  (o,  mən  bilirəm  ki,  Tomas  Penə 

məxsus  olan  kəlamı  təsdiq  edir:  du  sublime  au  ridicule  il  n'y  a 



qu'un  pas  [ülvi  olanla  gülməli  olan  arasında  yalnız  bir  addım 

vardır+


6

)  sonrakı  izahda  daha  çox  aydınlaşacaq  və  daha  az 

qəribə  olacaqdır.  Spinozaya  da  bu,  belə  görünürdü,  o,  yazırdı: 

"Ruh  əbədidir,  çünki  o,  şeyləri  əbədiyyət  formasında  təsəvvür 

edir"  (sub  specie  aeternitatis)  ("Etika",  V,  pr.  31,  schol.)

*

.  Belə 



seyrdə  ayrıca  şey  dərhal  özünəməxsus  ideyaya, seyr  edən  fərd 

isə  –  idrakın  xalis  subyektinə  çevrilir.  Fərd  özlüyündə  yalnız 

                                                           

*

  Burada  nəzərdən  keçirilən  idrak  üsulunu  aydınlaşdırmaq  üçün  mən 



Spinozanın elə oradaca cognitione tertii generis, sive intuitiva [üçüncü 

növ  idrak,  və  ya  intuitiv  idrak]  barədə  yazdığını  oxumağı  tövsiyə 

edirəm  (L.  II,  prop.  40,  schol.  2,  həmçinin  də  L.  V,  prop.  25  28), 

xüsusən isə – prop. 29, schol., prop. 36, schol. və prop. 38 demonstr. 

et schol. 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

 

277 



ayrıca  şeyləri  dərk  edir,  idrakın  xalis  subyekti  isə  –  yalnız 

ideyaları.  Zira  fərd  –  iradənin  müəyyən  ayrıca  təzahürünə 

münasibətdə iradəyə xidmət edən idrakın subyektidir. İradənin 

bu  ayrıca  təzahürü  özlüyündə    onun  bütün  növlərində  əsas 

qanununa  tabedir;  buna  görə  də,  ona  aid  olan  hər  hansı  bir 

idrak  eyni  qaydada  əsas  qanununa  tabe  olur  və  iradə  üçün  bu 

yeganə  idrakdan  savayı  bir  başqa  idrak  yararlı  deyildir,  bu,  tək 

idrak  isə  öz  obyekti  olaraq  həmişə  yalnız  münasibətlərə 

malikdir.  Dərk  edən  fərd  özlüyündə  və  onun  tərəfindən  dərk 

edilən  ayrıca şey haradasa və haçansa mövcuddur, bu, səbəblər 

və  təsirlər  zəncirinin  həlqələridir.  Xalis  subyekt  və  onun 

korrelyatı  olan  ideya  əsas  qanununun  bütün  bu  formalarından 

azaddırlar: zaman, yer, dərk edən fərd və dərk olunan fərd onlar 

üçün  əhəmiyyətə  malik  deyillər.  Yalnız  o  zaman  ki  dərk  edən 

fərd,  yuxarıda  təsvir  olunduğu  kimi,  idrakın  xalis  subyektinə 

qədər  yüksəlir  və  bununla  da,  nəzərdən  keçirilən  obyekti 

ideyaya  qədər  yüksəlir,  yalnız  o  zaman  təsəvvür  kimi  dünya 

özünün bütün xalisliyində çıxış edir və iradənin tam təcəssümü 

baş  verir,  zira  yalnız  ideya  -  iradənin  adekvat  obyektliyidir. 

Sonuncuda  özünə    həm  obyekti,  həm  də  subyekti  birləşdirir, 

ona  görə  ki,  onlar  onun  yeganə  formasıdır;  amma  onun 

daxilində  onların  hər  ikisi  müvazinətini  tam  saxlayırlar,  burada 

da  obyektin  və  subyektin  yalnız  təsəvvürü  olmasına  

baxmayaraq,  subyekt  də  seyr  olunan  predmetdə  tamamilə 

əriyərək,  özü  bu  predmetə  çevrilir,  zira  artıq  bütün  şüur  onun 

tamamilə  aydın  obrazından  başqa  bir  deyildir.  Məhz  bu  şüur 

(əgər təsəvvür etsək ki, bütün ideyalar, və ya iradənin obyektlik 

pillələri    növbə  ilə  ondan  gəlib  keçirlər)  da  əslində,  təsəvvür 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

 

278 



kimi bütün dünyanı təşkil edir. Bütün zamanların və məkanların 

ayrıca şeyləri əsas qanunu ilə (özlüyündə fərdlərin idrak forması 

ilə)  çoxaldılmış  və  buna  görə  də,  öz  xalis,  təmiz  obyektliliyində 

bulanmış ideyalar olmaqdan başqa bir şey deyildir. 

İdeya,  iradənin  adekvat  obyektliyi,  əsl  təsəvvür  kimi 

dünya  yalnız  qarşılıqlı  tamamlanmanın  və  nüfuz  etmənin  təsiri 

ilə yaranır, ona görə də, ideya irəli çıxdığı zaman onun daxilində    

subyekti obyektdən fərqləndirmək artıq mümkün olmadığı kimi, 

–  eləcə  də  dərk  edən  və  özündə  şey  kimi  dərk  edilə  bilən  fərd 

də, həmçinin o zaman bir-birindən fərqləndirilə bilmir. Zira əgər 

bu  təsəvvür  kimi  əsl  dünyadan  tamamilə  olunsaq,  onda  iradə 

kimi  dünyadan  savayı  heç  nə  qalmır.  İradə  –  onu  tamamilə 

obyektivləşdirən  ideyanın  "özlündəkisidir";  iradə  də,  həmçinin 

ayrıca  şeyin  və  onu  dərk  edən  fərdin  "özlündəkisidir",  onlar 

iradəni  tam  obyektivləşdirmirlər.  Təsəvvürün  və  onun  bütün 

formalarının xaricində qalan iradə seyr olunan obyektdə və belə 

bir seyrdə yüksələn, özünü xalis subyekt kimi dərk edən fərddə 

eynidir;  buna  görə  də,  obyekt  və  özlüyündə  subyekt  bir-

birindən  fərqlənmirlər,  belə  ki,  özlüyündə  onlar  burada  özünü 

dərk  edən  iradədirlər  və  çoxluq  və  fərq  yalnız  bu  idrakın  baş 

verdiyi üsul olaraq, yəni yalnız təzahürdə və onun formasının – 

əsas  qanununun  sayəsində  mövcuddur.  Obyekt  olmadan, 

təsəvvür  olmadan  mən  nə  qədər  dərk  edən  subyekt  olmuram, 

yalnız  kor  iradə  oluram,  bir  o  qədər  də  dərk  edilə  bilən  şey 

idrakın  subyekti  olaraq  mən  olmadan  obyekt  deyildir,  yalnız 

iradədir,  kor  coşqudur.  Bu,  özlüyündə,  yəni  təsəvvür  xaricində 

iradədir, mənim öz iradəm ilə eyniyyət təşkil edir:   dərk edilən  

və dərk edən fərdlər kimi biz bir-birimizdən yalnız forması ən azı 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

 

279 



subyekt  və  obyekt olan təsəvvür  kimi   dünyada fərqlənirik.  Elə 

ki  idrak,  təsəvvür  kimi  dünya  aradan  qalxır,  sadəcə  olaraq 

iradədən,  kor  coşqudan  savayı,  ümumiyyətlə,  heç  nə  qalmır. 

İradənin  obyektlik  əldə  etməsi,  təsəvvür  olması  üçün  dərhal 

həm  subyekt,  həm  də  obyekt  zəruridir;  amma  bu  obyektliyin 

iradənin xalis, mükəmməl, adekvat obyektliyi olması üçün  əsas 

qanununun formalarından azad ideya kimi, obyekt  və subyekt 

isə  –  idrakın  fərdilikdən  və  iradəyə  xidmətdən  azad  xalis 

subyekti kimi zəruridir. 

Təbiətin  seyrinə  yuxarıda  təsvir  olunan  qaydada  qərq 

olan  kəs  özünü  bu  seyrdə  nə  qədər  çox  unudursa,  bir  o  qədər 

də xalis dərk edən subyekt olur, o kəs bilavasitə olaraq dərk edir 

ki,  bu  statusda  o,  dünyanın  və  bütün  obyektiv  varlığın  şərtidir, 

yəni daşıyıcısıdır, belə ki, sonuncu onun üçün onun öz məxsusi 

mövcudluğundan  asılı  olan  kimi  təzahür  olunur.  Deməli,  o  

təbiəti  öz  içərisinə  alır,  odur  ki,  onu  yalnız  öz  varlığının 

aksidensiyası kimi hiss edir. Bu, mənada Bayron belə deyir:  

             Dağlar, dalğalar, səma mənim qəlbimin hissələri  



             Yoxsa, mən onların bir hissəsiyəm?

7

 

Amma bunu hiss edən kəs keçici, ötəri olmayan təbiətin 

əksinə olaraq, özünü necə mütləq olaraq keçici, fani hesab edə 

bilər?  Yox,  onu  daha  çox  o  şüur  öz  qoynuna  alır  ki,  onun 

barəsində  Vedaların  upanişadası  deyir:  "Mən  bütün  bu 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

 

280 



yaradıqların  məcmusuyam  və  məndən  savayı  heç  nə  yoxdur  " 

(Oup-nek'hat, I, 122)

*

.  


 

§ 35 


Dünyanın mahiyyətinə daha dərindən nüfuz etmək üçün 

özündə  şey  kimi  iradəni  onun  adekvat  obyektliyindən 

fərqləndirməyi,  sonra  isə  onun  daha  aşkar  və  tam  şəkildə  çıxış 

etdiyi  ayrıca  pillələri,  yəni  ideyaların  özlərini  ideyaların  əsas 

qanunu  formalarında  sadə  təzahüründən,  fərdlərə  xas  olan  bu 

məhdud  idrak  üsulundan  fərqləndirməyi–    hökmən  öyrənmək 

lazımdır.  O  zaman  biz  əsl  varlığı  yalnız  ideyalara  aid  edən, 

məkan  və  zaman  daxilindəki  şeyləri,  fərd  üçün  real  olan  bu 

dünyanı  isə  yalnız  yuxuya  bənzər  şəffaf  bir  mövcudluq  kimi 

tanıyan  Platonla  razılaşarıq.  O  zaman  biz  eyni  ideyanın 

təzahürlərin  bu  cür  çoxluğunda  necə  aşkara  çıxdığını  və  dərk 

edən fərdlərə öz varlığını yalnız hissələr üzrə, bir tərəfin ardınca 

başqa  tərəfi  necə  göstərdiyini  görəcəyik.  Onda  biz  ideyanın 

özünü onun təzahürünü fərdin müşahidəsi üçün mümkün edən 

üsuldan fərqləndirəcəyik və bu zaman biz ideyanı mühüm olan 

kimi,  üsulu  isə  mühüm  olmayan  kimi  qəbul  edəcəyik.  Bunu 

nümunələrdə  nəzərdən  keçirək,  öncə  kiçik,  sonra  isə  –  böyük 

nümunələrdə.  

Buludlar  dolaşdığı  zaman  əmələ  gətirdikləri  fiqurlar 

onlar üçün  mühüm deyil,  təfavütsüzdür;  amma onların təbiəti, 

                                                           

*

 II cildin 30-cu fəsli buraya aiddir. 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

 

281 



onlarda  obyektivləşən  qüvvələrin  mahiyyəti,  onların  ideyası  – 

onların  küləyin  əsməsi  ilə  qatılaşan,  küləyin  bir  yerdən  başqa 

yerə  alıb  apardığı,  çəkib  uzatdığı,  parça-parça  etdiyi  elastik 

buxarlar  olmasındadır;  hər  bir  fiqur  isə  yalnız  fərdi  müşahidəçi 

üçün  mövcuddur.  –  Daşların  üzəri  ilə  axan  su  üçün  onun 

yaratdığı şəlalələr, dalğalar, köpük fərqsizdir və mühüm deyildir; 

amma onun ideyası, əgər əyani olaraq dərk etsək – onun cazibə 

qüvvəsinə tabe olmasında və elastiki olmamasında, bütövlükdə 

hərəkətli,  formasız,  şəffaf  maye  olmasındadır;  su  axınının 

yuxarıda  xatırlanan  yaratdıqları  isə  yalnız  bizim  üçün 

mövcuddur, nə qədər ki, biz fərdlər olaraq dərk edirik.  Pəncərə 

şüşəsində  olan  buz  kristallaşmanın  qanunlarına  uyğun  olaraq 

yaranır,  bu  qanunlar  burada  təzahür  olunan  təbiət  qüvvəsinin 

mahiyyətini  aşkara  çıxarır,  ideyanı  ifadə  edir;  amma  onun  bu 

zaman  yaratdığı  ağaclar  və  çiçəklərsə  mühüm  deyil  və  yalnız 

bizim  üçün  mövcuddur.  Buludlarda,  su  axınında  və  kristalda 

təzahür  olunan  –  iradənin  ən  zəif  sədasıdır,  bu  iradə  daha 

dolğun  şəkildə  bitkidə,  bundan  daha  dolğun  şəkildə  heyvanda 

və  ən  dolğun  bir  şəkildə  isə  insanda  çıxış  edir.  Amma  onun 

təcəssümünün bütün bu pillələrinin yalnız mühüm olanı ideyanı 

təşkil  edir;  ideyanın  inkişafı  isə,  bunun  təsiri  ilə  o  əsas 

qanununun  formalarında  müxtəlif  və  çoxtərəfli  təzahürlərdə 

açılır, – bu, ideya üçün mühüm deyil, yalnız fərdin idrak üsulu ilə 

şərtlənmişdir  və  yalnız  onun  üçün  reallığa  malikdir.  Eyni  şey 

zəruri  olaraq  o  ideyanın  da  inkişafına  aiddir  ki,  o,  iradənin  ən 

tam  obyektliyidir;  deməli,  bəşər  tarixi,  hadisələrin  axını, 

dövrlərin  bir-birini  əvəz  etməsi,  müxtəlif  əsrlərdə  və  müxtəlif 

ölkələrdə  insan  həyatının  müxtəlif  formaları  –  bütün  bunlar 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

 

282 



ideyanın təzahürünün yalnız təsadüfi formalarıdır və  müstəsna 

olaraq  iradənin  adekvat  obyektliyini  özündə  ehtiva  edən 

ideyanın  özünə  məxsus  deyildir,  yalnız  fərdin  idrak  sferasına 

düşən  təzahürə  məxsusdur,  bütün  bunlar  ideyanın  özü  üçün, 

buludlar üçün – onların fiqurlarının, su üçün – onun axınının və 

köpüyünün  formasının,  buz  üçün  –  onun  ağaclarının  və 

güllərinin olduğu qədər yad, qeyri-mühüm və fərqsizdir    

Bunu  yaxşı  başa  düşən  və  iradəni  ideyadan,  ideyanı  isə 

onun  təzahüründən  fərqləndirməyi  bacaran  kəs  üçün  dünya 

hadisələri  özlüyündə  əhəmiyyətə  malik  olmayacaqdır,  yalnız  o 

ölçüdə  əhəmiyyətə  malik  olacaqdır  ki,  bu  ölçüdə  onlar  – 

hərflərdir  və  bu  hərflərə  görə  insan  ideyası  oxuna  bilər.  O, 

insanlarla  birgə  düşünməyəcəkdir  ki,  zaman  həqiqətən də  yeni 

və  əhəmiyyətli olan nəyisə  gətirir  və  ya zamanın  köməyi  ilə  və 

ya onun daxilində nəsə şərtsiz olaraq real olan şey həyata keçir 

və ya zamanın özü bir bütöv olaraq başlanğıca və sona, plana və 

inkişafa  malikdir  və  otuz  il  yaşayan  sonuncu  nəslinin  tam 

təkmilləşdirilməsini  (öz anlayışlarına uyğun  olaraq)  özünün  son 

məqsədi  olaraq  qarşıya  qoyur.  Və  buna  görə  də,  o,  Homerlə 

birgə  zaman  hadisələrinin  istiqamətləndirilməsi  üçün  tanrıların 

bütöv  bir  Olimpini  çağırmır

8

 və  bulud  fiqurlarını  Ossianla  birgə 



fərdi varlıqlar kimi saymır; zira, mənim dediyim kimi, həm onlar, 

həm  də  bunlar  onlarda  təzahür  olunan  ideyaya  münasibətdə 

eyni mənaya malikdirlər. İnsan həyatının müxtəlif formalarında 

və hadisələrin bir-birini fasiləsiz olaraq əvəz etməsində o, daimi 

və mühüm olanı yalnız o  ideyada görür ki, həyata iradəsi onun 

daxilində özünün ən mükəmməl obyektliyini tapır və o, özünün 

müxtəlif  tərəflərini  xassələrdə,  ehtiraslarda,  yanılmalarda  və 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 


Yüklə 6,14 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin