Artur Şopenhauer "Dünya: iradə və təsəvvür kimi"
322
Qəzəb və bütlərə görə yenə də taleyə minnətdarsan...
(Akt III, hadisə 2)
16
Zira öz həyatı və onun məşəqqətləri boyu o, öz fərdi
aqibətini deyil, daha çox, ümumiyyətlə, bəşəriyyətin aqibətini
görəcəkdir və ona görə o, buna əzabından daha çox, idrakı ilə
cavab verəcəkdir.
§ 40
Əksliklər bir-birini izah etdiyinə görə burada qeyd etmək
yerinə düşəcəkdir ki, ülviliyin əsl əksliyi nəsə elə bir şeydir ki, ilk
baxışda o əsla belə görünmür, yəni, – cazibəlilik kimi. Amma
mən bu sözün altında onu başa düşürəm ki, o, ona bilavasitə
olaraq ödənilmə, həyata keçmə təklif edərək, iradəni oyadır.
Əgər ülvilik hissi belə bir haldan meydana çıxırsa ki, iradə üçün
birbaşa əlverişsiz olan hansısa predmet yalnız iradədən daimi
uzaqlaşma ilə dəstəklənən və onun maraqları üzərində yüksələn
(əhval-ruhiyyənin ülvüliyi bundan ibarətdir) xalis seyrin
obyektinə çevrilir, onda cazibəlilik, əksinə olaraq, tamaşaçının
iradəsini ona bilavasitə xoş olan şeylərlə zəruri olaraq
şirnikləndirərək, onu gözəlliyin hər hansı bir qavrayışı üçün
tələb olunan xalis seyrdən aşağı çəkir, bunun da nəticəsində o,
artıq idrakın xalis subyekti olmaqdan qalır, arzunun ehtiyac və
asılılıq içərisində olan subyektinə çevrilir. Gözəl olan bütün hər
bir şeyi, adətən, bir qayda olaraq şən bir tərzdə cazibəli
adlandırırlar, amma bu, düzgün fərqləndirmənin çatışmamazlığı
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Artur Şopenhauer "Dünya: iradə və təsəvvür kimi"
323
ilə şərtlənən həddindən artıq geniş anlayışdır və mən onu
bəyənə bilmərəm və onu tamamilə aradan qaldırmalıyam.
Göstərdiyim və izah etdiyim mənada isə mən incəsənət
sahəsində cazibəliliyin yalnız iki növünü görürəm və onların hər
ikisi - layiq deyillər. Onlardan biri – Niderland natürmortları –
tam bir rəzillikdir ki, onun təhrif edilmiş, mənası dəyişilmiş
süjeti olaraq yeməli şeylər çıxış edir: belə aldadıcı təsvirlər
həmin anda iştaha, yəni iradə canatması yaradır, bu isə,
obyektin hər hansı bir estetik seyrinə son qoymuş olur. Təsvir
olunmuş meyvələr hələ yolveriləndir, belə ki, onlar çiçəyin
sonrakı inkişafı və özlərinin forma və rəngi ilə onların yeməli
olması barədə hökmən hər hansı bir fikir oyatmadan təbiətin
gözəl yaradıqlarıdırlar; amma, təəssüf ki, bir çox hallarda
hazırlanmış və süfrəyə düzülmüş yeməklərin, – istridyənin
(yeyilən dəniz ilbizi), siyənək balığının, omarların (iri dəniz
xərçəngi), buterbrodların, pivənin, şərabın və s. - illüzor
təbiiliklə təqdim olunmuş təsvirlərinə rast gəlinir ki, bu da,
qətiyyən yararlı deyildir. Tarixi rəngkarlıq və heykəltəraşlıqda da
cazibəlilik çılpaq fiqurlardan ibarətdir: onların pozası, tam
olmayan geyimi və təsvir tərzinin özü tamaşaçıda həvəs,şəhvət
doğurmağa hesablanmışdır, bununla da xalis estetik seyr dərhal
məhv olur ki, bu da, incəsənətin məqsədinə ziddir. Bu
çatışmamazlıq tamamilə o hala uyğun gəlir ki, onu biz elə indicə
niderlandlılarda pisləmişik. Antik əsərlər fiqurların bütün
gözəlliyinə və tam çılpaqlığına baxmayaraq, ondan demək olar
ki, həmişə azaddır, ona görə ki, sənətkarın özü onları, mənfur
şəhvətin subyektiv ruhunda deyil, ideal gözəlliklə dolu xalis
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Artur Şopenhauer "Dünya: iradə və təsəvvür kimi"
324
obyektiv ruhda yaratmışdır. Beləliklə, incəsənətdə cazibəlilikdən
hər yerdə yaxa qurtarmaq lazımdır.
Mənfi cazibəlilik də mövcuddur ki, bu, indicə yuxarıda
nəzərdən keçirilən müsbət cazibəliliyə nisbətən daha az
dərəcədə yolveriləndir: bu – iyrənclikdir. Özlüyündə cazibəlilik
kimi əslində, o da, tamaşaçıda iradəni oyadır və bununla da xalis
estetik seyri pozur. Amma o, güclü istəməzlik meydana çıxarır;
o, iradəni onunla oyadır ki, iyrəndiyi predmetləri onun qarşısına
çıxarır. Elə buna görə də, lap qədimlərdən belə qəbul
olunmuşdur ki, incəsənətdə o tamamilə yolverilməzdir, amma
buna baxmayaraq, eybəcərlik iyrənc olmadığı dərəcədə öz
yerində dözülə bilən ola bilər, bunu da biz aşağıda görəcəyik.
§ 41
Şərhimizin gedişi bizi buraya ülviliyin nəzərdən
keçirilməsini daxil etməyə məcbur etdi, baxmayaraq ki, biz
gözəlliyi yalnız yarımçıq, onun yalnız subyektiv tərəfindən çıxış
edərək tədqiq etməyə imkan tapmışıq. Amma məsələ ondadır
ki, bu subyektiv tərəfin yalnız xüsusi modifikasiyası ülviliyi
gözəllikdən fərqləndirir. Yəni: hər hansı bir estetik seyrin
nəzərdə tutduğu və tələb etdiyi xalis iradəsiz idrak vəziyyəti öz-
özlüyündəmi, bu obyekt tərəfindən təhrik edilərək, müqavimət
olmadan, iradənin şüurdan sadəcə olaraq yox olması
sayəsindəmi, meydana çıxır– yoxsa ona həm də iradə üzərində
azad, şüurlu yüksəlişləmi nail olmaq lazımdır, o iradə üzərində
ki, seyr olunan predmetin özü ona qarşı əlverişsiz,
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Artur Şopenhauer "Dünya: iradə və təsəvvür kimi"
325
düşmənsayağı münasibətdədir, belə ki, onun dərinliklərinə
nüfuz etmək seyrə riayət etməmək demək olardı, – gözəllik və
ülvilik arasındakı fərq bundan ibarətdir. Onlar öz aralarında
obyektə görə o qədər də çox fərqlənmirlər; zira hər bir halda
estetik seyrin obyekti ayrıca şey deyildir, onun daxilindən
aşkara, çıxmağa can atan ideyadır, yəni iradənin müəyyən
pillədə adekvat obyektliyidir; onun zəruri və onun özü kimi əsas
qanununun hakimiyyətindən azad korrelyatı idrakın xalis
subyektidir, ona oxşar olaraq ki, ayrıca şeyin korrelyatı dərk
edən fərddir, özü də həm şey, həm də fərd əsas qanununun
sahəsindədirlər.
Hansısa bir predmeti gözəl adlandıraraq, biz bununla
onu ifadə edirik ki, o, bizim estetik seyrimizin obyektidir. Bu, ikili
mənaya malikdir: əvvəla, verilmiş predmetin mənzərəsi bizi
obyektiv edir, başqa sözlə, onu seyr edərək, biz özümüzü artıq
fərd deyil, idrakın xalis iradəsiz subyekti kimi dərk edirik;
ikincisi, biz predmetdə ayrıca şeyi deyil, ideyanı dərk edirik, bu,
yalnız o ölçüdə mümkündür ki, bu ölçüdə bizim predmeti seyr
etməyimiz əsas qanununa tabe deyildir, predmetin öz xaricində
nəyəsə münasibətinin ardınca gəlmir (belə bir münasibət son
nəticədə həmişə iradəmizə olan münasibətlərlə bağlıdır),
obyektin özündə qərarlaşır. Zira ideya və idrakın xalis subyekti
zəruri korrelyatlar olaraq şüura həmişə eyni zamanda daxil
olurlar və bu daxil olma zamanı hər hansı bir vaxt fərqi dərhal
yox olur, belə ki, həm bu ideya, həm də bu subyekt əsas
qanununa onun bütün növlərində tamamilə yaddırlar və əbədi
hərəkətə və düşən damcıların əvəzlənməsinə aiddiyyəti
olmayan göy qurşağına və günəşə oxşar olaraq onun tərəfindən
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Artur Şopenhauer "Dünya: iradə və təsəvvür kimi"
326
müəyyənləşən münasibətlərin xaricindədirlər. Buna görə də,
əgər mən ağaca estetik olaraq, yəni sənətkarın gözləri ilə
baxıramsa, və deməli, onu deyil, onun ideyasını dərk edirəmsə,
onda fərqi yoxdur, mənim qarşımda məhz bu ağacmı dayanır,
yoxsa onun min il bundan öncə çiçək açan əcdadımı; və onun da
elə bir fərqi yoxdur ki, tamaşaçı məhz bu şəxsdirmi, yoxsa
hansısa başqasıdır, haçansa və haradasa yaşamış bir fərddir:
əsas qanunu ilə birgə ayrıca şey və dərk edən fərd də yox
olurlar, ideyadan və idrakın xalis subyektindən savayı heç nə
qalmır, onlar birlikdə iradənin verilmiş pillədə adekvat
obyektivliyini təşkil edirlər. İdeya yalnız zamandan deyil,
məkandan da uzaqlaşır: zira qarşımdan keçən məkan obrazı
deyil, onun ifadəsi, xalis mənası, onun qarşımda aşkara çıxan və
məni məftun edən gizli mahiyyəti, – əslində ideya bunlardır və
obrazın məkan münasibətləri fərqinin nə qədər böyük
olmasından asılı olmayaraq onunla tamamilə eyni olaraq qala
biləndir.
Və budur, bir tərəfdən, hər hansı bir mövcud şey xalis
obyektiv olaraq və hər hansı bir münasibətin xaricində
nəzərdən keçirilə bilər; və bundan sonra onu da qeyd edək ki,
digər tərəfdən, iradə öz obyektivliyinin məlum pilləsində hər bir
şeydə təzahür olunduğundan və şey buna görə də, ideyanın
ifadəçisi kimi çıxış etdiyindən, hər hansı bir şey gözəldir.
Ən əhəmiyyətsiz bir şeyin xalis obyektiv və iradəsiz
seyrin predmeti ola və bununla da öz gözəlliyi barədə xəbər
verə bilməsini artıq xatırlanan Niderland natürmortları (§ 38) bu
baxımdan sübut edir. Bir şey başqasından onunla daha gözəl
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Artur Şopenhauer "Dünya: iradə və təsəvvür kimi"
327
olur ki, o xalis obyektiv seyri asanlaşdırır, ona tərəf gedir, hətta
onu sanki məcbur edir və o zaman biz belə bir şeyi çox gözəl
adlandırırıq. Predmetin bu xüsusi gözəlliyi qismən ondan
ibarətdir ki, ayrıca şey olaraq o, öz hissələrinin olduqca aydın və
aşkar bir şəkildə müəyyən, şərtsiz olaraq əhəmiyyətli olan
tənasübü, nisbəti ilə öz növünün onda, predmetdə birləşən
ideyasını aydın və səlis bir şəkildə ifadə edir, bu növ üçün
mümkün olan təzahürlərin ən yüksək tamlığı ilə sonuncunun
ideyasını üzə çıxarır, belə ki, tamaşaçıda ayrıca şeylərdən
ideyaya keçidi son dərəcə asanlaşdırır və bununla da, asanlıqla
xalis seyrçilik vəziyyətini doğurur; obyektin xüsusi gözəlliyinin
üstünlüyü qismən isə ondan ibarətdir ki, bizi məftun edən
ideyanın özü iradənin yüksək pillədə obyektliyi kimi çıxış edir və
buna görə də, son dərəcə ifadəli və məzmunludur. Elə buna
görə də, insan əsasən başqa bütün hər şey qarşısında gözəldir
və onun mahiyyətinin aşkara çıxarılması sənətin ali məqsədini
təşkil edir. İnsani əməlləri poeziyanın ən əhəmiyyətli obyekti
olduğu kimi, insani sima və insani ifadə – təsviri sənətin ən
əhəmiyyətli obyektidir.
Amma hər bir şey də özünün xüsusi gözəlliyinə malikdir,
– yalnız üzvi olan və vəhdətdə təzahür olunan hansısa fərdilik
deyil, həm də bütün qeyri-üzvi, formasız olan, hətta hər hansı
bir xırda məmulat belə. Zira bütün bunlar o ideyaları aşkara
çıxarır ki, iradə aşağı pillələrdə onlarla obyektivləşir; onlar
təbiətin sanki ən aşağı, ən ölgün bas tonlarını səsləndirirlər.
Ağırlıq, ətalət, axıcılıq, işıq və s. – qayalarda, qurğularda, sularda
ifadə olunan ideyalar, bax, bunlardır. Park sənəti və arxitektura
yalnız bu xassələrin aydın, hərtərəfli və tam inkişafına yardım
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Artur Şopenhauer "Dünya: iradə və təsəvvür kimi"
328
göstərə , onlara onların tam xalisliyində ifadə olunmaq üçün
səbəb verə bilər, bununla da onlar estetik seyrə meyl oyadır və
onu asanlaşdırırlar. Əksinə, təbiətin sayğısızlıq göstərdiyi və ya
sənəti korlayan pis qurğular və yerlər belə bir təəssürat
yaratmağa qabil deyildir və ya az qabildir; amma təbiətin bu
ümumi əsas ideyaları onlardan da tamamilə yox ola bilməz.
Onlar onları axtaran tamaşaçını burada da məftun edirlər və
hətta pis binalar və s. hələ də estetik seyrin obyekti ola bilər:
onların materialının ən ümumi xassələrinin ideyaları bunlarda
tanınır, amma onlara süni olaraq verilən forma burada yardımçı
vasitə kimi deyil, daha çox estetik seyri çətinləşdirən maneə
kimi çıxış edir. Deməli, həmçinin kiçik işlər də ideyaların ifadəsi
olaraq çıxış edir, amma onlarda ifadə olunan ideya xırda
məmulatın yox, süni forma verilmiş materialın ideyasıdır. Bunu
sxolastiklərin dili ilə çox əlverişli bir tərzdə iki sözlə ifadə etmək
mümkündür, yəni, xırda şeydəki ideya onun forma substantialis
olaraq formasında *mühüm formasında+ deyil, forma
accidentalis olaraq formasında *kənardan qatılan formasında+
17
təzahür olunur, – birincisi əsla ideyanı deyil, yalnız içindən
törəmiş olduğu insani anlayışı göstərir. Aydındır ki, kiçik iş sözü
altında burada təsviri sənət əsəri nəzərdə tutulmur. Özü də,
sxolastiklər forma substantialis dedikdə əslində mənim iradənin
hansısa şeydə təcəssümünün dərəcəsi adlandırdığımı başa
düşürdülər. Tezliklə, memarlıq sənətinin nəzərdən keçirilməsi
zamanı, biz material ideyası ifadəsinə qayıdacağıq.
Öz baxışımızı əlimizdə dəstavuz edərək, biz Platonun
belə bir müddəasını qəbul edə bilmərik ki, stol və stul stol və
stul ideyalarını ifadə edir (De Rep. X, r. 284-285; Parmen., p.79,
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Artur Şopenhauer "Dünya: iradə və təsəvvür kimi"
329
ed. Bip.): yox, biz deyək ki, onlar o ideyaları ifadə edirlər ki,
onlar artıq materialın özündə təzahür olunurlar. Aristotelə görə
(Metafizika, XI, fəsil 3)Platonun özü də yalnız təbiətin özü
tərəfindən yaradılmış olanların ideyalarını qəbul edirdi"Platon
deyirdi ki, təbiətdən olanın ideyası mövcuddur"; 5-ci fəsildə isə
deyilir ki, platoniklərə görə, evin və üzüyün ideyası yoxdur. Hər
hansı bir halda, artıq Platonun yaxın tələbələri, Alkinoyun bizə
xəbər verdiyi kimi (Introductio in Platonicam philosophiam, cap.
9), xırda şey ideyalarının mövcudluğunu inkar edirdilər. Budur,
sonuncu belə deyir: "Onlar ideyanı onun əbədi nümunəsi
(παραδειγμα) kimi müəyyənləşdirirlər ki, o, təbiətə uyğun
olaraq mövcuddur. Zira Platonun tərəfdarlarının əksəriyyətinə
xırda şeylərin, məsələn, qalxanın və liranın və ya təbiətə əks
olanların, məsələn, qızdırmanın və vəbanın, və ya təfsilatların,
məsələn, Sokratın və Platonun, və ya nəsə əhəmiyyətsiz olan bir
şeyin, məsələn, palçığın və samanın, və ya münasibətlərin,
məsələn, böyüyün və üstün olanın ideyaları olması fikri xoş
gəlmirdi, ona görə ki, ideyalar – tanrının əbədi, özlüyündə
mükəmməl olan niyyətləridir.» Bununla əlaqədar olaraq daha
bir məqamı da xatırlayım, bu məqamda bizim ideyalar haqqında
təlimimiz Platonun təlimindən güclü surətdə fərqlənir. O,
öyrədir (De Rep. X, p. 288) ki, təsviri sənət üçün məqsəd olan
predmet, rəngkarlığın və poeziyanın proobrazı ideya deyildir,
ayrıca şeydir. Bütün əvvəlki təsvirlərimiz birbaşa olaraq bunun
əksini sübut edir və Platonun nəzəriyyəsi bizi həm də onunla
yanılmaya aparıb çıxarır ki, o, bu böyük insanın ən böyük və
ümumən qəbul olunmuş səhvlərindən birinin – onun
incəsənətə, xüsusən poeziyaya qarşı hörmətsiz və mənfi
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Artur Şopenhauer "Dünya: iradə və təsəvvür kimi"
330
münasibətinin - mənbəyi kimi çıxış edir: özünün onlara qarşı
yanlış baxışını o, misal gətirilmiş yerlə əlaqələndirir.
§ 42
Estetik təəssüratın həyata keçirdiyimiz araşdırılmasına
qayıdıram. Gözəlliyin dərk olunması həmişə xalis dərk edən
subyekti və obyekt olaraq dərk edilə bilən birlikdə və ayrılmaz
ideyanı nəzərdə tutur. Bununla belə, estetik həzzin mənbəyi
gah daha çox dərk edilmiş ideyanın qavranılmasından, gah da
hər cür arzudan və buna görə də, hər hansı bir fərdilikdən və
buradan çıxan əzablardan azad edilmiş xalis idrakın səadətindən
və ruhi rahatlıqdan ibarət olur; estetik həzzin tərkib
elementlərinin birinin və ya başqasının bu üstünlüyü ondan
asılıdır ki, intuitiv olaraq qavranılmış ideya iradənin
obyektliyinin yüksək, yoxsa aşağı pilləsidir. Belə ki, təbiətin
onun qeyri-üzvi və bitki aləmində estetik seyri zamanı
(gerçəklikdə və ya incəsənət vasitəsilə) və memarlıq sənəti
əsərlərinin seyr olunması zamanı xalis iradəsiz idrakdan alınan
həzz üstünlük təşkil edir, ona görə ki, burada qavranılan
ideyalar iradənin obyektliyinin yalnız aşağı pillələri olaraq çıxış
edir və ona görə də dərin mənaya və çoxcəhətli məzmuna malik
fenomenlər deyildir. Əksinə, o zaman ki, estetik seyrin və ya
təsvirin predmeti heyvanlar və insanlar olur, bu zaman həzz
daha çox iradənin son dərəcə aşkar açıqlamalarını təşkil edən
bu ideyaların obyektiv qavrayışından ibarət olur, ona görə ki,
onlar formaların böyük çoxcəhətliliyini, təzahürlərin zənginliyini
və dərin mənasını ifadə edirlər və iradənin ehtirasmı, dəhşətmi,
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Artur Şopenhauer "Dünya: iradə və təsəvvür kimi"
331
ödənilməmi və ya onun sarsılmasını, kədərmi (sonuncu - faciəvi
obrazlarda) olmasından asılı olmayaraq, bizə mükəmməlliklə bu
iradənin mahiyyətini açıb göstərirlər, nəhayət, hətta onun
dönüşündə və ya xristian rəngkarlığının üstünlük təşkil edən
mövzusu kimi çıxış edən özünüinkarında (eləcə də ümumiyyətlə
tarixi rəngkarlıq və dram öz obyekti olaraq mükəmməl idrakla
işıqlanan iradə ideyasına malikdirlər). İndi isə incəsənətin hər
bir növünü ayrıca nəzərdən keçirək: bu, bizim tərəfimizdən şərh
olunan gözəllik nəzəriyyəsinə aydınlıq və tamlıq verəcəkdir.
§ 43
Materiya özlüyündə ideyanın ifadəçisi ola bilməz. Zira,
birinci kitabda gördüyümüz kimi, o, bütövlükdə səbəbiyyətdir:
onun varlığı – arası kəsilməyən aktivlikdir; səbəbiyyət – əsas
qanununun bir növüdür, ideyanın dərk olunması isə mahiyyəti
etibarı ilə bu qanunun məzmununu istisna edir. İkinci kitabda
da eynilə bu cür biz gördük ki, materiya ideyaların bütün ayrıca
təzahürlərinin ümumi substratıdır; deməli, o, ideya və təzahür,
və ya tək şey arasında birləşdirici həlqədir. Beləliklə, materiya
həm birinci, həm də ikinci səbəbin təsiri ilə özlüyündə ideyanı
ifadə edə bilməz. A posteriori
18
olaraq isə bu, onunla təsdiq
olunur ki, materiya haqqında özlüyündə əyani təsəvvür ola
bilməz, onun barəsində yalnız anlayış olması mümkündür, zira
təsəvvürdə yalnız o formalar və xassələr ifadə olunur ki,
materiya onların daşıyıcısı kimi çıxış edir və onların hamısında
ideyalar aşkara çıxır. Bu, həm ona uyğun gəlir ki, səbəbiyyət
(materiyanın bütün mahiyyəti) özü-özlüyündə əyani olaraq
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Artur Şopenhauer "Dünya: iradə və təsəvvür kimi"
332
ifadə oluna bilməz: yalnız müəyyən səbəbiyyət bağlantısı
təsəvvür oluna bilər.
Lakin, digər tərəfdən, ideyanın hər bir təzahürü
özlüyündə əsas qanununun formasını və ya principium
individuationis
19
formasını qəbul edərək, materiyada onun
xassəsi kimi ifadə olunmalıdır. Və bu mənada materiya, mənim
dediyim kimi, ideya və fərdin dərk olunması formasından və ya
əsas qanunundan ibarət olan fərdiləşmə prinsipi arasında
birləşdirici həlqədir. Elə buna görə də, Platon tamamilə düzgün
olaraq ideya və onun təzahürü, ayrıca şey ilə yanaşı (onların hər
ikisi, mahiyyəti etibarı ilə, dünyanın bütün şeylərini əhatə
edirlər), həm də onların hər ikisindən fərqli olan nəsə üçüncü
bir şey kimi materiyanı yerləşdirmişdir (Timey, səh. 345). Fərd
ideyanın təzahürü olaraq həmişə materiyadır. Eynilə bu cür
qeyd etmək olar ki, materiyanın hər bir xassəsi – həmişə
ideyanın təzahürüdür və özlüyündə o, estetik seyrin, yəni onun
daxilində ifadə olunan ideyanın dərk olunmasının da predmeti
ola bilər. Bu, hətta materiyanın ən ümumi xassələrinə də aiddir,
materiya onlar olmadan heç bir vaxt mövcud deyildir və onların
ideyaları iradənin ən zəif obyektliyini təşkil edir. Ağırlıq, ilişmə,
ətalət, axıcılıq, işığa reaksiya və s. belədirlər.
Əgər biz indi arxitekturanın xalis idraka deyil, iradəyə
xidmət etdiyi və deməli, artıq bizim mənada incəsənət olmadığı
zaman onun utilitar məqsədləri ilə yanaşı, onun, sadəcə olaraq,
incəsənət kimi nəzərdən keçirilməsinə müraciət etsək, – onda
biz ona yalnız bir canatmanı şamil edə bilərik: ideyaların
iradənin obyektliyinin aşağı pillələri olan bəzilərini tam əyaniliyə
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Dostları ilə paylaş: |