Dünya: iradə və təsəvvür kimi


§ 53  Bizim  mühakimənin  sonuncu  hissəsi  ən  ciddi  hissə  olaraq  qarşıda  dayanır,  ona  görə  ki



Yüklə 6,14 Mb.
Pdf görüntüsü
səhifə25/57
tarix01.01.2017
ölçüsü6,14 Mb.
#4243
1   ...   21   22   23   24   25   26   27   28   ...   57
§ 53 

Bizim  mühakimənin  sonuncu  hissəsi  ən  ciddi  hissə  olaraq  qarşıda  dayanır,  ona  görə  ki, 

onda  söhbət  insan  əməllərindən  gedir,  o predmetdən  söhbət  gedir  ki, o,  bilavasitə  olaraq hər 

bir kəsə aiddir və heç bir kəs buna yad və biganə ola bilməz; bundan da daha çox deyilsə, qalan 

bütün hər bir şeyi ona müncər etmək insan təbiətinə elə bir dərəcədə xasdır ki, hər bir bütöv 

tədqiqat  zamanı  biz  həmişə  onun  o  hissəsinə  baxırıq  ki,  o  hissə  bütün  məzmundan  çıxarılan 

nəticə  kimi  fəaliyyətə  aiddir  (ən azı,  onun  bizim  üçün  maraqlı  olduğu  dərəcədə)  və  buna  görə 

də,  bu  hissəyə  ciddi  diqqət  yetiririk,    başqalarına  etinasızlıq  göstərmiş  olsaq  da.  Göstərilən 

mənada  adi  ifadədən  istifadə  edərək   mühakiməmizin  indiki  növbəti  hissəsini   bu  vaxta  qədər 

məşğul olduğumuz nəzəri fəlsəfənin əksinə olaraq praktik fəlsəfə də adlandırmaq olardı. Lakin,  

fikrimcə  hər  hansı  bir  fəlsəfə  həmişə  nəzəridir,  ona  görə  ki,  onun  tədqiqatının  bilavasitə 

predmetinin nə olmasından asılı olmayaraq, o öz mahiyyəti etibarı ilə yalnız düşünür və öyrənir, 

nəyisə  vacib  buyurmur.  Praktik  olmaq,  davranışa  rəhbərlik  etmək,  xarakteri  yenidən 

tərbiyələndirmək, –indi öz baxışlarında yetkinləşərək o, nəhayət, bu köhnə iddialarından imtina 

etməlidir.  Zira  burada,  varlığın  dəyəri  və  ya  dəyərsizliyi  barədə,  xeyir-dua  vermək  və  ya 

mühakimə etmək barədə məsələnin qoyulduğu yerdə, həlledici səsə onun ölü anlayışları deyil, 

insanın  özünün  daxili  mahiyyəti  –  onu  idarə  edən  və  onu  seçməmiş,  əksinə,  onun  tərəfindən 

seçilmiş,  Platonun  dediyi  kimi,  demon,  Kantın  ifadə  etdiyi  kimi  onun  mücərrəd  xarakteri  – 

malikdir. Fəzilətli olmağı, eləcə də dahi olmağı öyrətmək mümkün deyildir: anlayış ondan ötrü  

incəsənət  üçün  olduğu  kimi  faydasızdır  və  yalnız  alət  olaraq  çıxış  edə  bilər.  Elə  buna  görə  də, 

bizim estetiklərin onları şövqləndirərək şairlər, heykəltəraşlar və musiqiçilər ortaya çıxaracağını 

düşünmək kimi bunu gözləmək tərəfimizdən cəfəng olardı ki, bizim əxlaqi sistemlər və etikalar 

cəsur, nəcib və müqəddəs insanlar yaratsınlar.  

Fəlsəfə  mövcud  olanı  aydınlaşdırmaqdan  və  şərh  etməkdən  və  dünyanın  in  concrete 

olaraq, yəni hisslər şəklində hamıya anlaşıqlı olan mahiyyətini zəkanın aydın, mücərrəd idrakına 

qədər  aparıb  çıxarmaqdan  başqa  heç  nə  edə  bilməz;  amma  o,  bu  məsələni  bütün  mümkün 

cəhətlərdən  və  bütün  nöqteyi-nəzərlərdən  həll  edilməlidir.  Əvvəlki  üç  kitabda  mən  bunu 

fəlsəfəyə xas olan ümumiliklə başqa nöqteyi-nəzərlərdən, yerinə yetirməyə çalışmışam; indi, bu 

kitabda  mən  həmin  qaydada  insan  əməllərini  nəzərdən  keçirmək  niyyətindəyəm;  mənim 

yuxarıda qeyd etdiyim kimi, yalnız subyektiv anlama üçün deyil, həm də obyektiv anlama üçün 

dünyanın  bu  tərəfi  bütün  digər  tərəflərindən  daha  mühüm  kimi  qəbul  edilə  bilər,.  Bu  zaman 

mən  nəzərdən  keçirmənin  əvvəlki  metoduna  tamamilə  sadiq  qalacağam  və  buna  qədər 

deyilənlərə öz müqəddiməm kimi istinad edəcəyəm; əslində mən, insan əməlləri nümunəsində 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                 Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

426 


 

o vahid fikri inkişaf etdirəcəyəm ki, o, təklif olunan bütün əsərin məzmununu təşkil edir (necə ki, 

onu əvvəlcə bütün başqa predmetlərə münasibətdə inkişaf etdirmişdim) və bununla da, özünün 

son səylərimi göstərirəm ki, onu mümkün olduqca daha tam bir şəkildə təsvir edim. 

Verilmiş  nöqteyi-nəzər  və  qeyd  olunan  tədqiqat  üsulu  artıq  o  barədə  aydın  bir  şəkildə 

danışır  ki,  bu  etik  kitabdan  nə  göstərişlər,  nə  əxlaqi  vəzifələr  barədə  təlim  gözləmək  lazım 

deyildir,  və,  burada  əlbəttə  ki,  müxtəlif  növlərdən  olan  fəzilətlərin  istehsalı  üçün  universal 

reseptə oxşar ümumi əxlaqi prinsip də göstərilməyəcəkdir. Bizdə hansısa "şərtsiz borc" barədə 

söhbət belə getməyəcəkdir və, zira sonuncu, əlavədə göstərildiyi kimi, özündə ziddiyyəti ehtiva 

edir,  bizdə  həmçinin  elə  həmin  vəziyyətdə  olan  "azadlıq  qanunu"ndan  da  söhbət 

getməyəcəkdir.  Biz,  ümumiyyətlə,"olmalı  olan"(zərurət)  barədə  danışmayacağıq,  belə  ki,  bu 

barədə  yalnız  uşaqlarla  və    uşaqlıq  çağını  yaşayan  xalqlarla  danışmaq  mümkündür,  yetkinlik 

mərhələsinə yetişmiş dövrün bütün təhsilini mənimsəmişlərlə isə bu barədə danışmaq mümkün 

deyildir.  Axı  iradəni  azad  adlandırmaq  və  üstəlik  ona  o  qanunları    aşkar  bir  ziddiyyətdir  aid 

etmək  ki,  bu  qanunlara  görə,  o,  arzu  etməlidir:  "arzu  etməlidir"  –  «ağacdan  hazırlanan 

dəmir»kimi  bir  şeydir  Amma  bizim  ümumi  baxışımıza  uyğun  olaraq,  iradə  yalnız  azad  deyildir, 

həm də hər şeyə qadirdir: ondan yalnız onun fəaliyyəti deyil, həm də onun dünyası irəli gəlir, o, 

necədirsə,  onun  fəaliyyəti  də,  onun  dünyası  da  elədir:  onun  özünüdərki  –    bu  fəaliyyət  və  bu 

dünya, bax budur  və  bundan  savayı  heç nədir;  o,  özünü  müəyyənləşdirir  və  bununla da  onları 

müəyyənləşdirir, zira onun xaricində heç nə yoxdur, dünya və fəaliyyət – onun özüdür; yalnız bu 

mənada  o,  həqiqətən  də  avtonomdur,  istənilən  başqa  nöqteyi-nəzərdənsə  –  heteronomdur. 

Fəlsəfi məramımız yalnız ona can ata bilər ki, insan fəaliyyətini və onun canlı ifadəsi kimi  çıxış 

etdiyi bu qədər müxtəlif, hətta əks prinsipləri onların daxili məğzinə və məzmununa görə, bizim 

əvvəlki  mülahizələrimizlə  əlaqədə  şərh  və  izah  etsin,  –  biz  bu  vaxta  qədər  dünyanın  digər 

hadisələrini  eynilə  bu  cür  şərh  etməyə  və  onların  gizli,  məhrəm  mahiyyətini  aydın  abstrakt 

idrakın predmeti etməyə səy etmişik. Bizim fəlsəfə bu zaman bütün əvvəlki şərhdə olduğu kimi 

eyni  immanentliyi  rəhbər  tutacaqdır:  o,  Kantın  böyük  təliminin  əksinə  olaraq,  təzahür 

formalarından  (onların  ümumi  ifadəçisi  kimi  əsas  qanunu  çıxış  edir)  əsa  kimi  istifadə 

etməyəcəkdir ki, ona istinad edərək, ona bir təkcə özü məna verən təzahürün özünün üzərindən 

atlansın  və  boş  fiksiyaların  hüdudsuz  sahəsinə  yan  alsın.  Yox,  bu,  dərk  oluna  bilmənin  gerçək 

dünyasıdır ki, burada biz mövcuduq və o, bizdə mövcuddur, öyrəndiyimizin həm materialı, həm 

də sərhədi olaraq qalır, o məzmununa görə insan zəkasının qabil ola biləçəyi ən dərin tədqiqatın 

da  bitib  tükəndirə  bilməyəcəyi  qədər  zəngin  olan  bir  dünyadır.

     


  Və  gercək  dərk  oluna  bilən 

dünyanın  əvvəlki  kitabda  olduğu  kimi  etik  mülahizələrimizi  heç  vaxt  materialsız

 

və  reallıqsız 



qoymayacağına  görə  bizim  əsla  məzmunsuz  mənfi  anlayışlarda  xilas  axtarmağımıza  və  ya 

qaşımızı  qaldırıb  “mütləq  olan”  “Sonsuz  olan”,”fövqəlhiss  olan”  və  buna  bənzər  boş-boş 

imkanlardan 

(

kitab  443.  (print.səh.377-dən)  yunanca  cümləni  bura  yaz  )



  bu  qaranlıq  anlayışlı 

mənfi addan başqa bir şey deyil (Yul. Or .5) bəhs edəndə özümüzü guya nəsə bir şey dediyimizə 

inandırmağımıza  lüzum  qalmayacaqdır,-bunun  yerinə  daha  sadə  ifadə  olunmaq  olardı: 

göylərdəki  ququ  quşu  yuvası 

(yun.  (kitab  443.  print  səh.  377-dən  yunanca  sözü  bura 

yaz.......)

yox; süfrəyə belə boş amma üstü örtülmüş xörəklər qoymalı olmayacağıq. Nəhayət, biz 

indiyədək  olduğu  kimi  tarixi  əhvalatlar  danışmayacağıq  və  onları  fəlsəfə  yerinə  sarımayacağıq. 

Zira biz o fikirdəyik ki, dünyanın mahiyyətinin guya necəsə tarixi olaraq dərk etməyin mümkün 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                 Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

427 


 

olduğunu düşünən bütün o kəslər dünyanın fəlsəfi olaraq dərk edilməsindən sonsuz dərəcədə 

uzaqdırlar,  baxmayaraq  ki,  bu,  çox  zaman  incə  bir  tərzdə  maskalanır;  bütün  o  kəslər  belə 

düşünürlər  ki,  onlar  dünyanın  mahiyyətinə  dair  baxışlarında  hansısa  bir  təşəkkülə,  və  ya 

təşəkkül tapana, və ya təşəkkül tapacaq olana yol verirlər; kimsə  öncə və ya sonra anlayışlarına 

kiçicik  də  olsa  məna  aid  edirsə  və  beləliklə  dünyanın  başlanğıc  və  son  nöqtələrini  və  eyni 

zamanda  artıq  onlar  arasındakı  yolu  da  aşkar  və  ya  gizli  bir  şəkildə  axtarır  və  tapırsa,  onda, 

filosofluq  edən  bu  fərd  həmin  bu  yolda  öz  məxsusi  yerini  də  tanıyır.  Belə  bir  tarixi  filosofluq 

etmə əksər hallarda bir çox variantları mümkün edən kosmoqoniyanı yaradır və ya emanasiya 

sistemini

cxxii

,  və  ya  qopub  ayrılma  nəzəriyyəsini



cxxiii

 və  ya,  nəhayət,  bu  yollardakı  səylərin 

səmərəsizliyindən  meydana  çıxan  məyusluqdan  o,  özünə  son  sığınacaq  axtarır,  bununla  əkslik 

təşkil  edən  təlim,  daimi  təşəkkül,  boy  atma,  əmələ  gəlmə,  qaranlıqdan,  qaranlıq  əsasdan,  ilk 

əsasdan, əsassızlıqdan

cxxiv


 işığa çıxma haqqında və buna oxşar cəfəngiyyat barədə təlim yaradır 

ki, ondan belə bir iradla qopub ayrılmaq hər bir şeydən daha asan qaydada qurtulmaq olardı ki, 

o vaxtdan bu vaxta qədər bütöv bir əbədiyyət, yəni sonsuz bir zaman ötüb keçmişdir və buna 

görə də, baş verə bilən və baş verməli olan hər bir şey artıq baş verməli idi. Zira bütün bu tarixi 

fəlsəfə, nə qədər təşəxxüs satsa da, zamanı özündə şeylərin təyini olaraq qəbul edir (sanki Kant 

heç bir vaxt mövcud olmamışdır) və buna görə də, o şeydə ilişib  qalır ki, Kant onu özündə şeyin 

əksinə  olaraq  təzahür  adlandırmışdır,  Platon  onu  heç  vaxt,oluşmayan  var  olanın,          əksinə 

olaraq,oluşan heç vaxt var olmayan adlandırmışdır, və, nəhayət ki, hindlilərdə o, mayya məğzi, 

özəyi adlanır; başqa sözlə, bu fəlsəfə əsas qanununa tabe olan o idrakla məhdudlaşır ki, şeylərin 

daxili mahiyyətini onun köməyi ilə dərk etmək heç bir vaxt mümkün deyildir, yalnız təzahürlərin 

ardınca sonsuzluğa kimi getmək, onun köməyi ilə yalnız son və məqsəd olmadan hərəkət etmək 

mümkündür,  o  vaxtadək  ki,nəhayət  işin  çoxluğundan  başını  itirən,  yorğun  tədqiqatçı  təkərə 

salınmış  dələ  kimi    hər  hansı  bir  ixtiyari  nöqtədə,  yuxarıda  və  ya  aşağıda  dayanacaq, 

başqalarından  hörmətli  münasibətə  nail  oluncaya  qədər  fırlanacaqdır.  Dünyaya  həqiqi  fəlsəfi 

baxış,bizə onun daxili mahiyyətini dərk etməyi  öyrədən və beləliklə, bizi təzahür sərhədlərindən 

kənara  çıxaran  baxış  haradan,  haraya  və  nə  üçün  soruşmur,  onu  həmişə  və  hər  bir  yerdə 

dünyanın yalnız nə olması maraqlandırır, başqa cür deyilsə, o, şeyləri hansısa cəhətdən, təşəkkül 

tapmaqda  olan  və  keçici,  ötəri  olan  kimi  bir  sözlə,  əsas  qanununun  dörd  formasından 

hansındasa  birində  nəzərdən  keçirmir,  əksinə,  o,  öz  obyekti  olaraq  məhz  əsas  qanununa  tabe 

olan bütün bu idrak üsulu kənarlaşdırıldıqdan sonra nə qalırsa,  hər hansı bir nisbilikdə təzahür 

olunan, amma özü ona tabe olmayan şeyə, özündə həmişə dünyanın mahiyyətinə bərabər olanı, 

onun  ideyasını  ehtiva  edənşeyə  malik  olur.  Belə  bir  idrakdan  həm  incəsənət,  həm  də  fəlsəfə 

çıxış edir, həmçinin də, (bizim bu kitabda görəcəyimiz kimi) ruhun o əhvalı da çıxış edir ki, yalnız 

o həqiqi müqəddəsliyə və dünyadan xilas olmaya aparıb çıxarır. 

 

 

 



 

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                 Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

428 


 

§ 54 


Ümid edirəm ki, ilk üç kitab belə bir aydın və möhkəm əqidəyə gətirib çıxardı ki, təsəvvür 

kimi dünyada iradə qarşısında onun güzgüsü açılmışdır, iradə burada özünü getdikcə artmaqda 

olan  aydınlıq  və  tamlıq  dərəcəsi  ilə  tanıyır  və  bu  qayada  ən  yüksək  nöqtə  insandır;  amma 

insanın  mahiyyəti  özünün  tam  ifadəsini  yalnız  onun  əməllərinin    rabitəli  sırasında  əldə  edir, 

onların  şüurlu  əlaqəsini  isə  insana  bütövü  həmişə  in  abstracto  olaraq  nəzərdən  keçirmək 

imkanını verən zəka mümkün edir. 

İradə  özlüyündə  şüursuzdur  və  -  yalnız  kor,  qarşısıalınmaz  coşqudur,  –    o,  bizim  öz 

məxsusi həyatımızın bitkisəl hissəsində qeyri-üzvi və bitki təbiətdə və onun qanunlarında o bu 

cür təzahür olunur. Amma kənardan daxil olmuş, iradəyə xidmət etmək üçün açılmış təsəvvür 

dünyası  sayəsində,  o,  öz  istəyini  və  onun  dərk  olunma  imkanını  əldə  edir  ki,  o  da,  bu  istəyin 

predmetini təşkil edir: belə məlum olur ki, o, bu,  dünya, həyat, məhz belə bir indi olduğu kimi 

həyat olmaqdan başqa bir şey deyildir. Biz buna görə də, təzahürlər dünyasını iradənin güzgüsü, 

onun obyektivliyi adlandırmışıq, belə ki, iradənin istədiyi - həmişə həyatdır (ona görə ki, bu istək 

təsəvvür üçün məhz onun obrazında təzahür olunur), onda sadəcə olaraq "iradə" və ya "həyat  

iradəsi" demək - eyni şeydir: sonuncu – yalnız pleonazmdır.  

İradə  –  özündə  şey  olduğundan,  dünyanın  daxili  məzmunu  və  mühüm  olanıdır,  həyat 

görünən  dünya  təzahür  isə  –  iradənin  yalnız  güzgüsü  olduğundan,    dünya  iradəni  ayrılmaz 

olaraq  müşayiət  etməlidir,  kölgə  cismi  müşayiət  etdiyi  kimi;  və  əgər  iradə  varsa,  onda  həyat,  

dünya  da  olacaqdır.  Beləliklə,  iradənin  ardınca  həyat  da  təmin  olunmuşdur,  nə  qədər  ki, 

canımızda yaşam iradəsi var,bizdə öz mövcudluğumuz üçün qorxmağa  əsas yoxdur,hətta ölüm 

zamanı da. Əlbəttə ki,  gözümüz qarşısında fərd meydana çıxır və məhv olur, amma fərd – yalnız 

təzahürdür,  o,  yalnız  əsas  qanununa,  bu  principio  individuationisə  tabe  olan  idrak  üçün 

mövcuddur; belə bir idrakın nöqteyi-nəzərindən, fərd, əlbəttə ki, həyatı bir hədiyyə olaraq əldə 

edir,  həyat  heç  nədən  meydana  gəlir,  fərd  öz  ölümündə  bu  hədiyyəni  itirir  və  heçliyə  qayıdır. 

Amma axı biz həyatı məhz fəlsəfi olaraq, yəni onun ideyalarına münasibətdə nəzərdən keçirmək 

istəyirik,  belə  bir  nöqteyi-nəzərdən  isə  biz  görürük  ki,  doğuluş  və  ölüm  nə  iradəyə  –  bütün 

hadisələrdəki  özündə  şeyə,  -  nə  də  idrakın  subyektinə  –  bütün  hadisələrin  tamaşaçısına  - 

qətiyyən aid deyildir. Doğuluş və ölüm iradənin təzahürünə, yəni həyata aiddir, sonuncuya isə 

özünü  meydana  çıxan  və  məhv  olan  fərdlərdə  ifadə  etmək  xasdır,  bu  fərdlər  keçici  olaraq 

meydana  çıxırlar,  özlüyündə  zamanı  tanımayanın,  amma  hər  halda  öz  gerçək  mahiyyətini 

obyektivləşdirmək  üçün  onun  formasını  qəbul  etməli  olanın  zaman  forması  qiyafəsinə  girmiş 

təzahürləridirlər. Doğuluş və ölüm həyata eyni dərəcədə aiddir və qarşılıqlı şərtlər olaraq  və ya 

– əgər belə bir müqayisə kiminsə xoşuna gəlirsə – həyatın bütöv təzahürünün  qütbləri olaraq 

bir-birini  tarazlaşdırırlar.  Mifologiyalar  içərisində,  mən  deyirəm  ki,  ən  müdrik  mifologiya  olan 

hind mifologiyası bunu onunla ifadə edir ki, məhz dağıntını, ölümü simvollaşdıran tanrıya (necə 

ki, Trimurtinin ən günahkar və ən alçaq tanrısı olan Brahma doğuluşu, yaranışı, Vişnu isə – hifz 

olunmanı  simvollaşdırır

cxxv


),  məhz  Şivaya,  o,  ölü  başlardan  ibarət  olan    boyunbağı

cxxvi


 ilə  birgə 

atribut olaraq linqam verir, doğuluşun bu simvolu, beləliklə, burada ölümün əksi kimi çıxış edir 

və  bununla  da  göstərilir  ki,  doğuluş  və  ölüm  öz  mahiyyətinə  görə  –  korrelyatlardır,  onlar 

qarşılıqlı olaraq bir-birini neytrallaşdırır və məhv edirlər.  



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                 Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

429 


 

Eynilə bu cür fikir yunanları və romalıları qiymətli sarkofaqları bayram, rəqs, toy şənliyi,  

heyvanların  döyüşü,  vakxanaliya  rəsmləri  ilə,  yəni  həyatın  ən  qüdrətli  coşqusu  ilə  bəzəməyə 

ruhlandırmışdır  (bunu  biz  elə  indi  də  görürük),  bu  coşqunu  onlar  yalnız  oxşar  həzzlərdə  deyil, 

həm  də  şəhvət  dolu  qruplarda  təsvir  edirlər  –  satirlər  və  keçilər  arasında  cütləşmələrə  qədər. 

Bunun məqsədi, görünür, ağı deyilən fərdin ölümüylə bağlı təbiətin həyatının ölməzliyini daha 

ifadəli  göstərməkdən  və  bununla  da  abstrakt  bilik  olmadan  onu  izah  etməkdən  ibarət  idi  ki, 

bütün  təbiət  –  həyat  iradənsin  təzahürü  və  həyata  keçməsidir.  Bu  təzahürün  forması  olaraq 

zaman, məkan və səbəbiyyət, onların vasitəsilə isə – fərdiləşmə çıxış edir, fərdiləşmənin özünə 

qaldıqda  isə,  o,  öz  ardınca  onu  gətirir  ki,  fərd  yaranmalı  və  məhv  olmalıdır,  amma  bu,  həyat 

iradəsinə  çox  az  təsir  göstərir,  onun  təzahüründə  fərd  yalnız  ayrıca  nüsxəni  və  ya  nümunəciyi 

təşkil  edir,  ayrıca  fərdin  ölümündən  isə  bütöv  təbiət  çox  az  zərər  görür.  Zira  təbiət  onu  deyil, 

yalnız  növü  əziz  tutur  və  onun  saxlanılması  barədə  də  bütün  ciddiliyi  ilə  qayğısına  qalır,  onun 

barəsində  öz  israfcıl  qayğısı  ilə  rüşeymlərin  böyük  ortaqlığını  və  mayalanmanın  böyük  və 

qüdrətli instinktini yaradır. Fərd isə onun üçün heç bir dəyərə malik deyildir və ona malik ola  da 

bilməz,  belə  ki,  təbiətin  səltənəti  –  sonsuz  zaman,  sonsuz  məkan  və  orada  mümkün  fərdlərin 

sonsuz miqdarıdır; buna görə də, o, fərdi qurban verməyə həmişə hazırdır və o, nəinki min cür 

tərzdə,  ən  əhəmiyyətsiz  təsadüflər  ucbatından  belə  məhvə  məhkumdur,  o,  artıq  əzəldən, 

təbiətin  nəslin  saxlanılması  qayğısına  qaldığından  başlayaraq  buna  məhkumdur.  Bununla  da, 

təbiətin  özü  tam  sadəlövhlüyü  ilə  o  böyük  həqiqəti  ifadə  edir  ki,  həqiqi  reallığa  fərdlər  deyil, 

yalnız ideyalar malikdirlər, yəni ideyalar iradənin tam obyektliyi olaraq çıxış edirlər.  İnsanın özü 

–  təbiət,  özü  də  onun  özünüdərkinin  yüksək  pilləsində,  təbiət  isə  –  yalnız  obyektivləşdirilmiş 

həyat iradəsi olduğundan, insan, hərgah o bu nöqteyi-nəzəri  qavramışsa və burada dayanmışsa,  

öz ölümündə və öz dostlarının ölümündə – təbiətin ölməz həyatının mənzərəsində özünə təsəlli 

tapmaq    hüququna  malikdir,  bu  təbiət  isə  onun  özüdür.    Deməli, 

 

linqamlı  Şivanı



 

bu  cür  başa 

düşmək lazımdır, antik sarkofaqları da belə başa düşmək lazımdır, onlar özlərinin ehtiraslı həyat 

rəsmləri ilə gileylənən tamaşaçıya üz tuturlar: Natura non contristatur [təbiət kədərlənmir].  

Doğuluşun

 

və  ölümün  nəsə  həyata  aid  olan    və  iradənin  bu  təzahürünə  xas  olan  kimi 



nəzərdən keçirilməli olması, həmçinin aşağıdakılardan irəli gəlir: doğuluş və ölüm – bizdən ötrü 

yalnız  şeyin  şiddətləndirilmiş  ifadəsidir  ki,  bütün  digər  həyat  ondan  ibarətdir.  Axı  sonuncu 

bütövlükdə formanın dəyişməz  qalması halında materiyanın  daimi  əvəzlənməsindən  başqa  bir 

şey deyildir: turun,  nəslin bağlılığı  halında fərdlərin faniliyi, - məhz budur. Daimi qidalanma və 

yenidən  yaratma  yalnız dərəcəsinə  görə  doğuluşdan  fərqlənir,  daimi  ifrazat,  ayrılma  da   yalnız 

dərəcəsinə görə ölümdən fərqlənir. Birinci hər bir şeydən daha aydın və daha sadə bir şəkildə 

bitkidə ifadə olunur. O, bütövlükdə öz ən sadə lifinin eyni impulsunun daimi təkrarlanmasıdır,– 

bu,  yarpağa  və  budağa  qruplaşır;  o,  eynicinsli,  bir-birini  dəstəkləyən  bitkilərin  sistematik 

aqreqatıdır, onların fasiləsiz olaraq yenidən yaradılması isə onun yeganə impulsunu təşkil edir: 

daha tam ödənilmə üçün bitki metamorfoz pillələri ilə yüksəlir, nəhayət, çiçəyə və meyvəyə, öz 

varlığının və meylinin bu hədəfinə, nəticəsinə çatıncaya qədər yüksəlir, burada o, daha qısa yolla 

yeganə məqsədinə nail olur  və dərhal min dəfələrlə onu şeyr edir, törədir ki, bunu o, bu vaxta 

qədər  hissələr  üzrə  etmişdi:  özünü  təkrarlama.  Onun  boy  atmasının  və  yetişməsinin  meyvəyə 

münasibəti  yazının  kitab  çapına  münasibəti  kimidir.  Heyvanda  məsələ,  görünür  ki,  eynilə  bu 

cürdür.  Qidalanma  prosesi  –  daimi  doğuluşdur, doğuluş  prosesi  –  qidalanmanın  gücləndirilmiş 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                 Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

430 


 

dərəcəsidir;  doğuluş  şəhvəti  –  həyat  hissinin  gücləndirilmiş  sevincidir.  Digər  tərəfdən,  ifrazat, 

daimi  nəfəs  vermə  və  materiyanın  püskürməsi  –  o  şeydir  ki,  onun  gücləndirilmiş  dərəcəsi  – 

ölümdür,  doğuluşun  əksliyidir.  Bu  halda  bizim  öz  formamızı  saxlamağımıza    həmişə  məmnun 

qaldığımıza və atılmış materiyaya görə göz yaşı axıtmayacağımıza oxşar olaraq,  bu zaman ölüm 

şiddətləndirilmiş  dərəcədə  və  tamamilə  eyni  şeyi-  hər  gün  və  hər  saat  bizim  hissələrə 

parçalanmağımızı  edəndə  də,  biz  eynilə  bu  cür  hərəkət  etməliyik,    birinci  halda  biz  etinasız 

olduğumuz  kimi,  ikinci  halda  da  zağ-zağ  əsməməliyik.  Bu,  nöqteyi-nəzərdən,    fərdiliyimizin 

davam etməsini tələb etmək də bir o qədər məqsədəuyğun deyildir, onun əvəzi başqa fərdlərlə 

verilir,  eləcə  də    bədənimizin  materiyasının  saxlanılmasını  tələb  etmək  bir  o  qədər 

məqsədəuyğun deyildir, bu materiya daimi olaraq yenisi ilə əvəz olunur; bu nöqteyi-nəzərdən, 

meyitləri  mumiyalamaq  öz  ifrazatlarını  qayğıkeşliklə  saxlamaq  qədər  cəfəngdir.  Bədənlə  bağlı 

olan fərdi şüura qaldıqda isə, yuxu onu, hər gün tamamilə dayandırır. Dərin yuxu, davam etdiyi 

halda, ölümdən heç nə ilə fərqlənmir, o, çox zaman, məsələn, donmuş adamlarda olduğu kimi, 

tədricən  ölümə  keçir;  o,  ondan  yalnız  özünün  gələcəyə  qarşı  münasibəti  ilə,  yəni  oyanma  ilə 

fərqlənir.  Ölüm  –  elə  bir  yuxudur  ki,  bu  zaman  fərdilik  unudulur,  hər  halda  başqası  yenə  də 

oyanır, və ya, o, heç yuxulamamışdı da

*

.  



Hər  şeydən  öncə  biz  onu  anlamalıyıq  ki,  iradənin  təzahür  forması,  yəni  həyatın  və  ya 

reallığın forması  əslində, nə gələcək, nə də keçmiş deyildir, o, yalnız indidir: gələcək və keçmiş 

yalnız  anlayışdadırlar,yalnız  idrakla  əlaqədə  mövcuddurlar,  çünki  o,  (idrak)  əsas  qanununa 

tabedir.  Keçmişdə  heç  bir  insan  yaşamamışdır,  və  heç  bir  kəs  heç  bir  vaxt  gələcəkdə 

yaşamayacaqdır; yalnız indi bütün həyatın formasıdır, əvəzində  o, onun elə möhkəm varidatıdır 

ki,  onu  heç  bir  vaxt  ondan  qoparıb  ayırmaq  mümkün  deyildir.  İndi  öz  məzmunu  ilə  birlikdə 

həmişə göz qarşısındadır: onların hər ikisi möhkəm və sarsılmazdır, şəlalədəki göy qurşağı kimi. 

Çünki  iradə  həyatla,    həyatsa  indi  ilə  sarsılmaz  surətdə    təmin  olunmuşlar,    Əlbəttə  ki,  öz 

fikrimizlə  ötmüş  minilliklərə,  bu  minilliklərdə  yaşamış  milyonlarla  insana  qayıdaraq,  biz 

soruşuruq: onlar nə idilər? Onlara nə oldu? Amma, digər tərəfdən, biz öz həyatımızın keçmişini 

və onun mənzərələrini də fantaziyada canlandıra, sonra isə yenə də özümüzdən soruşa bilərik: 

bütün bunlar nə idi? Onunla nə baş verdi? Ölüb getmiş milyonların həyatı ilə  nə baş vermişdisə 

elə o. Və ya düşünmək lazımdır ki, ölümün  möhürlədiyi keçmişlər  bundan yeni bir varlıqmı əldə 

edir? Yox, bizim öz şəxsi keçmişimiz, hətta ən yaxın olanı belə, hətta dünən – artıq təxəyyülün 

yalnız boş xülyasıdır, və ölüb getmiş bütün milyonların keçmişi də elə bu cürdür. Nə olmuşdur? 

Nə  var?    Güzgüsü  – həyat  olan  iradənin, -  və  onu  bu  güzgüdə  aydın bir şəkildə  görən  iradəsiz 

                                                           

*

 Aşağıdakı mülahizə o kəs üçündür ki, bu mülahizə ona həddindən artıq incələşdirilmiş kimi görünmür, 



o, aydınlaşdıra bilər ki, fərd – yalnız hadisə, təzahürdür, özündə şey deyildir. hər bir fərd, bir tərəfdən, – 

idrakın  subyektidir,  yəni  bütün  obyektiv  dünyanın  mümkünlüyünün  tamamlayıcı  şərtidir;  digər 

tərəfdənsə,  o,  iradənin  ayrıca  təzahürüdür,  həmin  o  iradənin  özünün  təzahürüdür  ki,  o,  hər  bir  şeydə 

obyektivləşir.  Amma    varlığımızın  bu  ikili  təbiəti  öz  əsasında  müstəqil,  özlüyündə  əhəmiyyəti  olan, 

özlüyündə  mənası  olan  bir  vəhdətə  malik  deyildir:  başqa  cür  olsaydı  biz  özümüzü  özümüzdə  və  idrak  

arzu  və  obyektlərindən    asılı  olmayaraq  dərk  edə  bilərdik;  əslində  isə  biz  bunu  qətiyyən  edə  bilmərik, 

əksinə, biz yalnız bir təcrübə olaraq özümüzə daxil olduğumuz zaman və öz idrakımızı daxilə yönəldərək 

istiqamətlənmək  istədiyimiz  zaman,  dərhal    dibi  görünməyən  boşluqda  batırıq  və  içiboş  şüşə  kürəyə 

bənzəmiş  oluruq,  onun  boşluğu  içərisindən  isə  bir  səs  yüksəlir  ki,  onun  da  səbəbi  burada  tapılmır;  və 

beləliklə  özümüzü  tutub  saxlamağı  arzu  edərək,  biz  dəhşət  içərisində  görürük  ki,  səmərəsiz  kabusdan 

savayı heç nə tuta bilmirik. 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 


Yüklə 6,14 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin