Dünya: iradə və təsəvvür kimi


Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi"



Yüklə 6,14 Mb.
Pdf görüntüsü
səhifə27/57
tarix01.01.2017
ölçüsü6,14 Mb.
#4243
1   ...   23   24   25   26   27   28   29   30   ...   57

                 Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

437 


 

§ 55 


İradə  özlüyündə  azaddır:  bu,  artıq  ondan  alınır  ki,  o,  bizim  baxışımıza  uyğun  olaraq, 

özündə  şeydir,  hər  hansı  bir  hadisənin,  hər  hansı  bir  təzahürün  dayağıdır.  Sonuncu  isə,  bizim 

bildiyimiz  kimi,  bütövlükdə  onun  dörd  formasında  əsas  qanununa  tabedir;    biz    zərurətin 

verilmiş  əsasdan  alınan  nəticə  ilə  tamamilə  eyni,  bunların  –  eynimənalı  anlayışlar  olduğunu 

bildiyimizdən hadisəyə, təzahürə aid olan, yəni fərd olaraq dərk edən subyekt üçün obyekt  olan 

hər  bir  şey,  bir  tərəfdən,  əsasdır,  başqa  tərəfdənsə  –  nəticədir  və  bu  sonuncu  keyfiyyətdə  o, 

bütövlükdə və zəruri olaraq müəyyənləşmişdir və buna görə də, heç bir münasibətdə necə varsa 

elə  olduğundan  başqa  cür  ola  bilməz.  Beləliklə,  təbiətin  bütün  məzmunu,  onun  hadisələrinin, 

təzahürlərinin bütün məcmusu tamamilə zəruridir və hər bir hissənin, hər bir təzahürün, hər bir 

hadisənin zəruriliyini hər dəfə əyani olaraq göstərmək mümkündür, ona görə ki, həmişə elə bir 

əsas var və tapıla bilər ki, onlar  nəticə olaraq  ondan asılıdırlar. Bu, heç bir istisnaya yol vermir: 

bu, əsas qanununun qeyri-məhdud hakimiyyətindən irəli gəlir. Amma digər tərəfdən, elə həmin 

dünya  özünün  bütün  təzahürlərində  bizim  üçün  iradənin  obyektliyidir,  onun  özü  təzahür, 

təsəvvür  və  ya  obyekt  deyil,  özündə  şey  olduğundan  əsas  qanununa,  hər  hansı  bir  obyektin 

formasına tabe olmur, və, deməli, nəticə olaraq əsasla müəyyənləşmir, zərurətə tabe deyildir, 

yəni azaddır. Beləliklə, azadlıq anlayışı, əslində özlüyündə mənfidir, ona görə ki, onun məzmunu 

zəruriliyin, yəni nəticənin öz əsasına əsas qanununa uyğun gələn münasibətinin yalnız inkarıdır. 

Burada  bizim  qarşımızda  hər  bir  şeydən  daha  aşkar  bir  şəkildə  bu  böyük  antitezin  o  ümumi 

nöqtəsi  durur  ki,  onun  barəsində  son  zamanlar  çox  danışmışlar,  amma,  mənə  məlum  olduğu 

qədər, heç bir vaxt aydın bir şəkildə və yerli-yerində danışmamışlar, bu, azadlığın zərurətlə bir 

araya gətirilməsidir. Hər hansı bir şey  obyekt kimi, hadisə kimi şərtsiz olaraq zəruridir; amma bu 

şey  özlüyündə  iradədir,  iradə  isə  tamamilə  və  əbədi  olaraq  azaddır.  Hadisə,  təzahür,  obyekt 

əsaslar  və  nəticələr  zəncirində  zəruri    və  dəyişməz  olaraq  müəyyəndir,  bu  zəncir  isə  kəsilə 

bilməz.  Amma,    ümumiyyətlə,  bu  obyektin  varlığı  və  onun  varlığının  cinsi,  yəni  onda,  onun 

daxilində  açılan  ideya  və  ya,  başqa  sözlə,  onun  xarakteri  –  bütün  bunlar,  bilavasitə  olaraq 

iradənin  təzahürüdür.  Bu  iradənin  azadlığının  təsiri  ilə,  o,  beləliklə,  ümumiyyətlə,  mövcud 

olmaya  və ya əzəldən  mahiyyəti etibarı ilə tamamilə başqa cür ola bilər və özü də içərisində 

onun bir həlqə olduğu, amma özü elə həmin iradənin təzahürü olan bütün bu zəncir o zaman 

tamamilə  başqa  ola  bilərdi;  amma  əgər  bu  obyekt  göz  qabağındadırsa,  o,  artıq  əsaslar  və 

nəticələr sırasına daxil olmuşdur, onun daxilində zəruri olaraq müəyyənləşmişdir və buna görə 

də, nə başqası ola, yəni dəyişə, nə də sıradan çıxa bilməz, yəni yox ola bilməz. İnsan təbiətin hər 

hansı bir başqa hissəsi kimi iradənin obyektliyidir; buna görə də, bütün deyilənlər ona da aiddir. 

Təbiətdə  hər  hansı  bir  şey  müəyyən  təsirə  müəyyənliklə  reaksiya  verən  və  onun  xarakterini 

təşkil edən xassələr və qüvvələrə  malik olduğu kimi, eləcə də, öz xarakterinə malikdir, motivlər 

bu xarakterdən çıxış edərək  qaçılmazlıqla əməlləri doğurur. Bu əməllərin öz keyfiyyətində onun 

empirik xarakteri, sonuncuda isə, öz növbəsində, – onun mücərrəd, ağılla dərk edilən xarakteri, 

özlüyündə iradə ifadə olunur, o, bu iradənin müəyyənləşmiş, determinə edilmiş təzahürü kimi 

çıxış  edir.  Amma  insan  –  iradənin  ən  mükəmməl  təzahürüdür,  bu  təzahür  mövcud  olmaqdan 

ötrü  (ikinci  kitabda  göstərildiyi  kimi)  idrakın  elə  bir  yüksək  dərəcəsi  ilə  işıqlanmalıdır  ki, 

dünyanın mahiyyətinin, hətta tamamilə adekvat bir şəkildə yenidən yaradılması sonuncu üçün 

təsəvvür  forması  altında  mümkün  olsun,    ideyaların  qavranılması,  dünyanın  xalis  güzgüsü  də 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                 Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

438 


 

üçüncü  kitabda  gördüyümüz  kimi  elə  budur.  İnsanda  iradə,  beləliklə,  o,  bütöv  dünyada  əks 

olunduğu kimi tam özünüdərkə, öz məxsusi mahiyyətinin aydın və bitkin bilgisinə nail ola bilər. 

Əgər idrakın belə bir dərəcəsi gerçəklikdə verilmişsə, onda bizim əvvəlki kitabdan gördüyümüz 

kimi,  o,  incəsənəti  doğurur.  Amma  bizim  bütün  mühakimələrimizin  sonunda  məlum  olacaqdır 

ki,  iradə  tərəfindən  onun  özünə  doğru  yönəldilən  elə  bu  idrakın  köməyi  ilə  iradənin  ən 

mükəmməl  təzahüründə  onun  məhv  edilməsi  və  ya  özünüinkarı  mümkündür,  odur  ki,  yalnız 

özündə şeyə xas olan azadlıq ümumiyyətlə heç bir vaxt təzahürdə aşkar oluna bilməz, belə halda 

azadlıq sonuncuda da çıxış edir. O, təzahürün əsasında yatan mahiyyəti məhv edir (halbuki bu 

təzahürün özü hələ ki, zaman daxilində qalmaqda davam edir), təzahürün öz-özü ilə ziddiyyətini 

yaradır  və  məhz  bununla  da  müqəddəslik  və  özünüinkar fenomenlərini doğurur.  Amma bütün 

bu deyilənlər tam şəkildə yalnız kitabın sonunda aydın ola bilər.  

Hələlik  isə  biz  burada  ümumi  cizgilərdə  onu  göstəririk  ki,  insan  iradənin  bütün  başqa 

təzahürlərindən onunla fərqlənir ki, azadlıq, yəni əsas qanunundan asılı olmama yalnız iradəyə 

özündə şey olaraq xas olduğu  və təzahürə zidd olduğu halda, insanda məlum hallarda təzahür 

edə bilər, amma o zaman o, təzahürün özü ilə hökmən  ziddiyyət təşkil edir. Bu mənada, əlbəttə 

ki,  yalnız  özündə  iradə  deyil,  hətta  insan  da  azad  adlandırıla    və  buna  görə  də,  bütün  başqa 

varlıqların sırasından ayrıla bilər. Amma bunu necə başa düşməyin lazım gəldiyini yalnız bundan 

sonrakı  bütün  təsvir  göstərəcəkdir,  hələliksə  biz  bu  məsələni  bir  kənara  qoymalıyıq.  Zira  hər 

şeydən öncə o yanılmadan çəkindirmək zəruridir ki, guya ayrıca, müəyyən bir insanın əməlləri 

zərurətə  tabe  deyildir,  başqa  sözlə,  motivin  qüvvəsi  guya  səbəbin  qüvvəsinə  və  ya 

müqəddimələrdən  çıxarılan  nəticəyə  nisbətən  daha  az  etibarlıdır.  İradənin  özündə  şey  olaraq 

azadlığı  (təkrar  edirəm,  o  şərtlə  ki,  yuxarıda  göstərilən  tamamilə  müstəsna  halı  bir  kənara 

qoysaq)  heç  bir  vaxt  bilavasitə  olaraq  iradənin  təzahürünə  şamil  edilmir,  –  hətta  o  yerdə  ki, 

burada  o,  zühuretmənin,təcəllinin  yüksək  pilləsinə  nail  olur;  deməli,  o,  fərdi  xarakterli  zəkavi 

heyvana,  yəni  şəxsiyyətə  şamil  edilmir.  Sonuncu  heç  bir  vaxt  azad  deyildir,  baxmayaraq  ki,  o 

azad  iradənin  təzahürüdür,  zira  o,  -  artıq  bu  iradənin  azad  arzusunun  determinə  edilmiş 

təzahürüdür;  və  baxmayaraq  ki,  bu  təzahür,  hər  hansı  bir  obyektin  formasına  –girərək  əsas 

qanunu    bu  iradənin  vəhdətini  əməllərin  çoxluğunda  inkişaf  etdirir,  -amma  bu  çoxluq,  özündə 

istəyin zamandankənar vəhdəti üzündən təbiət qüvvələrinin qanunauyğunluğunu aşkara çıxarır. 

Amma  məhz azad istək ona anlayışın tərifə münasibəti kimi münasibət göstərərək şəxsiyyətdə 

və onun bütün həyat tərzində öz izini buraxdığına görə, şəxsiyyətin də hər bir ayrıca əməli azad 

iradəyə  aid edilməlidir  və  bu  statusda da  o  özü barədə  şüura  bilavasitə olaraq  məlumat  verir. 

Buna görə də, artıq ikinci kitabda  dediyim kimi, hər hansı bir kəs a priori olaraq (yəni, burada – 

təbii  hissin  təsiri  ilə)  həmçinin  ayrıca  əməllərdə  də  özünü  azad  hesab  edir,  başqa  sözlə,  biz 

düşünürük ki, guya hər bir verilən halda istənilən əməl mümkündür və yalnız a posteriori olaraq, 

təcrübədə  və  təcrübə  üzərində  düşüncədən    bilirik  ki,  əməllərimiz  tamamilə  labüd  şəkildə 

xarakterin  motivlərlə  yanaşı  qoyulmasından  irəli  gəlir.  Bununla  o  da  izah  olunur  ki,  niyə  ən 

təhsilli insan öz hissinin ardınca gedərək, ayrıca əməllərin tam azadlığını ehtirasla müdafiə edir, 

halbuki,  bütün  əsrlərin  böyük  mütəfəkkirləri  və  hətta  dini  təlimlərin  daha  dərin  olanları  onu 

inkar edirdilər. Amma o kəs ki, insanın bütün mahiyyətinin iradə olduğunu və onun özünün – bu 

iradənin  yalnız  təzahürü  olduğunu  (belə  bir  təzahür  özünün  zəruri,  artıq  bir  subyektdən  dərk 

edilə bilən forması olaraq əsas qanununa malikdir, həmin forma, bu halda motivasiya qanunu 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                 Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

439 


 

olaraq çıxış edir) özü üçün müəyyənləşdirmişdir, ondan ötrü verilən xarakter və qarşıda duran 

motiv halında əməlin qaçılmazlığına olan şübhə, üçbucağın üç bucağının iki düz bucağa bərabər 

olduğuna  şübhə  ilə  eynigüclü  olacaqdır.  Ayrıca  əməlin  zəruriliyini  Pristli  özünün  "Doctrine  of 



philosophical necessity"

cxxxiii


 əsərində çox qaneedici bir şəkildə göstərmişdir; amma bu zərurətin 

özündə  iradə  azadlığı  ilə  yanaşı,  yəni  təzahür  xaricində  mövcudluğunu,  ilk  dəfə  olaraq  Kant 

mücərrəd və empirik xarakter arasında fərqi müəyyənləşdirməklə sübut etmişdir

*

 (onun xidməti 



burada xüsusən böyükdür); bu fərqi mən tamamilə və şərtsiz olaraq qəbul edirəm, ona görə ki, 

mücərrəd xarakter – özündə şey olaraq iradədir, çünki o, müəyyən fərddə, müəyyən dərəcədə 

təzahür olunur, empirik xarakter isə – təzahürün özüdür, onun davranışda (əgər zaman nəzərdə 

tutulursa)  və  hətta  bədən  quruluşunda  (əgər  məkan  nəzərdə  tutulursa)  ifadə  olunduğu  kimi. 

Hər iki xarakterin qarşılıqlı münasibətlərinin aydınlaşdırılması üçün o ifadə formasından istifadə 

etmək  hər  bir  şeydən  daha  yaxşı  olardı  ki,  ondan  mən  artıq  öz  giriş  traktatımda  istifadə 

etmişəm,  yəni,  –  hər  bir  insanın  mücərrəd  xarakterini  zamandankənar,  və  buna  görə  də, 

bölünməz  və  dəyişməz  iradə  aktı  kimi  nəzərdən  keçirmək  lazımdır  ki,  onun  da    zaman  və 

məkanda  və  əsas  qanununun  bütün  formalarında  inkişaf  etdirilən,  yayılan  təzahürü  empirik 

xarakterdir,  belə  ki,  o,  təcrübəyə    görə  verilmiş  insanın  bütün  davranışında  və  həyat  tərzində 

aşkar  olur.  Necə  ki  bütün  ağaclar  -  yalnız  ən  sadə  bir  şəkildə  lifdə  ifadə  olunan  və 

mürəkkəbləşərək yarpaq, zoğ, budaq, gövdə şəklində təkrar olunan, və onlarda asanlıqla tanına 

bilən  eyni  bir  canatmanın  sonsuz  olaraq  təkrar  olunan  təzahürüdür,  eləcədə,  insanın  bütün 

əməlləri onun mücərrəd xarakterinin yalnız sonsuz olaraq təkrarlanan, öz formasında bir qədər 

dəyişən ifadəsidir və bu əməllərin cəmindən irəli gələn induksiya onun empirik xarakterini təşkil 

edir.  Özü  də,  mən  burada  Kantın  ustalıqla  verdiyi  təsviri  təzədən  işləməyə  və  təkrar 

etməyəcəyəm, onun kifayət qədər məlum olduğunu güman edirəm. 

1840-cı  ildə  mən  mükafata  layiq  görülmüş  iradə  azadlığı  haqqında  əsərimdə  iradə 

azadlığı  barədə  mühüm  məsələni  genişliyi  və  təfsilatı  ilə  işləyib  hazırlamışam  və  o  illüziyanın 

səbəbini  aşkara  çıxarmışam  ki,  onun  təsiri  ilə  belə  güman  edirlər  ki,  guya  özünüdərkdə,  onun 

faktı  kimi,  iradənin  empirik  olaraq  verilmiş  mütləq  azadlığını,  yəni  liberum  arbitrium 

indifferentiae  *azad,  heç  nə  ilə  şərtlənməyən  qərarını

cxxxiv


+  tapmaq  mümkündür:  müsabiqə 

mövzusu elə həmin  tamamilə əsaslı bir şəkildə bir nöqtədə mərkəzləşmişdi. Oxucuya  həmin bu 

əsərə və həmçinin də "Etikanın iki əsas problemi» ümumi sərlövhəsi altında onunla birlikdə çap 

olunan  əxlaqın  əsası  barədə  müsabiqəyə  təqdim  olunmuş  əsərin  10-cu  paraqrafına  müraciət 

edərək,  indi  mən  iradə  aktlarının  zəruriliyinin  birinci  nəşrdə  təklif  olunan,  hələ  ki  qənaətbəxş 

olmayan sübutunu bir kənara qoyuram, bunun əvəzinə isə yuxarıda xatırlanan illüziyanı qısa bir 

mülahizədə  izah  etməyə  çalışam,  bu  mülahizə  öz  müqəddiməsi  olmaqla  bizim  II  cildin  19-cu 

fəslinə aiddir və buna görə də, müsabiqə üçün təqdim olunan yuxarıda xatırlanan əsərdə verilə 

bilməzdi. 

İradə  həqiqi  özündə  şey  olaraq  -  nəsə  həqiqətən  ilk  yaradılmış  və  müstəqil  olandır  və 

özünüdərkdə onun aktları (baxmayaraq ki, burada artıq həm də determinasiya olunmuş aktları) 

əzəlilik və müstəqillik hissi ilə müşayiət olunmalıdır, – bununla yanaşı iradənin empirik azadlığı 

                                                           

*

 "Xalis zəkanın tənqidi", 1-ci nəşr, səh. 532-558; 5-ci nəşr, səh. 560-586; və "Praktik zəkanın tənqidi", 4-



cü nəşr, səh. 169-179; Rozenkransın nəşri, səh. 224-231. 

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                 Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

440 


 

illüziyası (təkcə məhz ona xas olmalı, qəbul edilməli olan transsendental azadlığın əvəzinə), yəni 

ayrıca  əməllərin  azadlığı  intellektin  iradəyə  münasibətdə  II  cildin  19-cu  fəslinin,  xüsusən  №  3 

altında  göstərilən  məxsusi  və  tabe  olan  vəziyyətindən  meydana  çıxır.  Axı  intellekt  iradənin 

qərarlarını  yalnız  a  posteriori  olaraq  və  empirik  olaraq  bilir,  buna  görə  də,  qarşımızda  seçim 

dayandığı zaman, iradənin hansı qərarı qəbul edəcəyi barədə məlumat onda olmur. Zira verilən 

motivlər halında təsiri ilə yalnız bir və buna görə də, zəruri qərarın mümkün olduğu mücərrəd 

xarakter  intellektin  idrakına  daxil  olunur,  ona  tədricən,  öz  ayrıca  aktları  ilə  yalnız  empirik 

xarakter  məlum  olur.  Elə  buna  görə  də,  dərk  edən  şüura  (intellektə)  elə  gəlir  ki,  guya  hər  bir  

verilmiş  halda  iradə  üçün  iki  əks  qərar  eyni  dərəcədə  mümkündür.  Amma  bu  onunla 

eynigüclüdür  ki,  əgər  dik,  şaquli  vəziyyətdə  dayanmış,  amma  müvazinətini  itirmiş  və  laxlamış 

şüvül barədə  belə deyilmiş  olaydı:  "O  da  sağ    və  ya  da  sol  tərəfə  yıxıla bilər  ", –  axı  bu,  yalnız 

subyektiv mənaya malik ola bilər və əslində yalnız "bizə verilən məlumatlara münasibəti" ifadə 

edir, ona görə ki, obyektiv olaraq düşmə tərəfi artıq zəruri olaraq müəyyənləşmişdir və bu, ağac 

laxlamağa  başladığı  an  baş  vermişdir.  Eləcə  də,  öz  məxsusi  iradəsinin  qərarı  yalnız  onun 

tamaşaçısı,  intellekt  üçün  indeterminasiyalı  olaraq  qalır,  yəni  o  yalnız  idrakın  subyekti  üçün 

nisbidir  və  subyektiv  olaraq  determinə  edilmişdir;  özlüyündə  və  obyektiv  olaraq  götürüldükdə 

isə, qərar hər bir seçim zamanı artıq determinasiyalı və zəruridir. Amma bu determinasiya şüura 

yalnız baş  verən qərar  vasitəsilə daxil  olur.  Biz  hətta  bunun empirik təsdiqini də  əldə  edirik, – 

bizim  qarşımızda  hansısa  çətin  və  vacib  seçim  dayandığı,  amma  onun  hələ  ki,  bizə  təzahür 

olunmayan, amma gözlənilən şərtlə gılib çıxdığı zamana qədər biz heç nə edə bilmərik və passiv 

olaraq  qalmalıyıq.  Bu  zaman  biz  ətraflı  düşünürük  ki,  bizə  azad  əməl  və  seçim  imkanını  verən 

şərtlər  ortaya  çıxdığı  zaman  biz  hansı  qərarı  qəbul  etməliyik.    Adətən,  uzağı  görən,  bəsirətli 

zəkavi  mülahizələr  bir  qayda  olaraq  bir  qərarın xeyrinə  danışır, bilavasitə  meyl  isə  –  başqa  bir 

qərarın.  Hələ  ki,  biz  bilaixtiyar  passiv  vəziyyətdə  qalırıq.  Bizə  elə  gəlir  ki,  zəka  tərəfi  üstünlük 

əldə  edir;  amma  biz  qabaqcadan  görərik  ki,  fəaliyyət  üçün  fürsət  düşən  kimi  başqa  tərəf  bizi 

özünə  doğru  necə  də  güclü  bir  tərzdə  cəzb  edəcəkdir.  O  vaxta  qədər  biz  ciddi-cəhdlə  hər  iki 

tərəfin motivlərini soyuq mühakimə ilə pro və contra tamamilə işıqlandırmağa səylə çalışırıq ki, 

onlardan hər biri həlledici an gələndə zaman iradəyə özünün bütün qüvvəsi ilə təsir göstərməyi 

bacarsın  və  intellektin  hansısa  səhvi  iradəni  onun  özünün  seçdiyindən  başqa    bir  qərar  qəbul 

etməyə  meylləndirməsin,-  əgər  bütün  hər  bir  şey  ona  bir  bərabərdə  təsir  göstərsəydi.  Amma 

hər  iki  tərəfin  motivlərinin  belə  bir  aydın    hissələrə  bölünməsi  –  intellektin  seçim  zamanı  edə 

biləcəyinin hamısıdır. Gerçək qərarı isə o, o qədər passivliklə və elə bir gərgin maraqla gözləyir 

ki,  sanki  özgə  iradəsinin  qərarını  gözləyir.  Elə  buna  görə  də,  onun  nöqteyi-nəzərindən  hər  iki 

qərar ona eyni dərəcədə mümkün olan kimi görünməlidir, və iradənin empirik azadlığı illüziyası 

da elə bundan ibarətdir. İntellekt sferasına qərar tamamilə empirik olaraq, işin son nəticəsi kimi 

daxil olur; amma o, hər halda daxili xassələrdən, fərdi iradənin mücərrəd xarakterindən, onun 

verilmiş  motivlərlə  münaqişəsindən  yaranmışdır  yaranmışdır,  və  buna  görə  də,  tam  zərurətlə, 

meydana çıxmışdır. İntellekt bu zaman motivlərin xüsusiyyətlərini yalnız parlaq və hərtərəfli bir 

şəkildə  işıqlandıra  bilər,  amma  o,  iradənin  özünü  müəyyənləşdirmək  gücündə  deyildir,  zira  o, 

onun üçün tamamilə əlçatmazdır və hətta, bizim gördüyümüz kimi, dərkolunmazdır

.

  



Əgər  insan  nəyisə  eyni  şəraitdə  bir  dəfə  belə,  başqa  dəfə  isə  –  başqa  cür  etməyi 

bacarmışsa, onda onun iradəsinin özü bu zaman azlığında  dəyişməli, və buna görə də, zaman 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                 Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

441 


 

daxilində  olmalı  idi,  zira  dəyişiklik  yalnız  onun  daxilində  mümkündür;  amma  bu  cür  halda    ya 

iradə yalnız bir hadisə olmalı, ya da zaman özündə şeyin təyinini təşkil etməli idi. Elə buna görə 

də,  ayrıca  əməlin  azadlığı,  liberum  arbitrium  indifferentiae  barədə  mübahisə  o  məsələnin 

ətrafında  dövr  edir  ki,  iradə  zaman  daxilindədirmi  ya  yox.  Əgər  o,  özündə  şey  olaraq,  Kantın 

təlimindən  və  mənim  bütün  mühakimələrimdən  qaçılmaz  olaraq  irəli  gəldiyi  kimi  kimi 

zamandan  və  əsas  qanununun  bütün  formalarından  xaricdədirsə,  onda    təkcə  elə  fərd  eyni 

şəraitdə həmişə eyni cür hərəkət etməlidir və nəinki onun  hər cür bədxah əməli onun etməli 

olduğu və edilməsindən yayına bilmədiyi bir çox başqa əməllərinə etibarlı zəmanət verir, elə biz 

özümüz də,  Kantın  dediyi  kimi,  empirik  xarakterin  və  motivlərin  mövcud  olduğu  halda  insanın 

gələcək davranışını günəş və ay tutulmaları kimi hesablamaq iqtidarında olardıq. Təbiət ardıcıl 

olduğu kimi, xarakter də ardıcıldır: təbiət qanununa uyğun gəldiyi kimi hər hansı bir fonemenin 

hər hansı bir ayrıca əməli ona uyğun olaraq baş verməlidir;  birinci halda  motivlər və sonuncu 

halda səbəb, ikinci kitabda göstərildiyi kimi yalnız təsadüfi səbəblərdir. Təzahürü insanın bütün 

varlığı  və  həyatı  olan  iradə  ayrı-ayrı  hallarda  özündən  üz  döndərə  bilməz  və  o,  insanın, 

ümumiyyətlə, istədiyini xüsusi hallarda da həmişə istəyəcəkdir.  

İradənin empirik azadlığının təsdiqi, liberi arbitrii indifferentiae onunla ən sıx əlaqədədir 

ki, insanın mahiyyətinin ruhda olduğunu güman etmişlər, guya ruh əzəldən dərk edən, abstrakt 

olaraq düzgün düşünən və yalnız bunun nəticəsində nəyisə istəyən varlıqdır; beləliklə, iradənin 

təbiətini  törəmə    hesab  edirdilər,  halbuki,  belə  bir  törəmə    məqam  əslində  idrakdır.  İradəni, 

hətta  təfəkkürün  xüsusi  aktı  kimi  də  nəzərdən  keçirmişlər  və  onu,  Dekartın  və  Spinozanın 

etdikləri  kimi  mühakimə  ilə  eyniləşdirmişlər.  Belə  bir  nöqteyi-nəzərdən,  hər  hansı  bir  insan 

yalnız idrakı nəticəsində nədirsə, o olur: o, dünyaya əxlaqi sıfır kimi gəlir, bu dünyanın şeylərini 

dərk edir, sonra bu bə ya başqası olmağa, bu və ya başqa cür fəaliyyət göstərməyə qərar verir, 

və hətta yeni idrakın nəticəsində yeni davranışı da seçə bilər, yəni başqa birisi ola bilər. Bunun 

ardınca qeyd etmək lazımdır ki, bu nöqteyi-nəzərdən, insan öncə hansısa şeyi yaxşı kimi qəbul 

edir  və  bunun  da  nəticəsində  onu  istəyir,  –  halbuki,  əslində  o,  öncə  onu  istəyir  və  bunun  da 

nəticəsində    onu  yaxşı  adlandırır.  Mənim  bütün  əsas  fikrimə  uyğun  olaraq,  belə  bir  nöqteyi-

nəzər  hər  iki  anın  gerçək  münasibətini  təhrif  edir,  pozur.  İradə  –  nəsə  birinci  və  əsas  olandır, 

idrak  isə  iradənin  təzahürünə  sadəcə  olaraq  kənardan  daxil  olmuşdur  və  onun  aləti  kimi  çıxış 

edir.  Elə  buna  görə  də,  hər  hansı  bir  insan  özünün  iradəsinin  təsiri  ilə  nədirsə  odur,  və  onun 

xarakteri – nəsə kök başlanğıçıdır, ona görə ki, istək onun varlığının  əsasıdır. O, ona daxil olan 

idrakın sayəsində, təcrübə topladıqca  o, nə olduğunu, yəni öz xarakterini başa düşür. Beləliklə, 

o,  özünü  öz  iradəsinin  keyfiyyətləri  sayəsində  və  onlara  uyğun  olaraq  dərk  edir,  bunu  öz 

idrakının  nəticəsində  və  ona  uyğun  olaraq  istəmir;  bu  köhnə    baxışa  görə,  insan  yalnız    hər  

şeydən daha çox necə olmağı istədiyini qərarlaşdırsa və o belə də olacaqdır: iradə azadlığı elə 

bundan  ibarətdir.  O,  özlüyündə  əslində  ondan  ibarətdir  ki,  insan  –  idrakın  işığında  öz 

əllərinin,əməllərinin  məhsuludur.  Mənsə  deyərəm  ki,  hər  hansı  bir  idrakadək  öz  əllərinin  

məhsuludur və sonuncu isə yalnız  onu işıqlandırmaq üçün kənardan qoşulur. Elə buna görə də, 

o,  bu  və  ya  başqası  olmağa  qərar  verə  bilməz  və  başqası  ola  bilməz:  yox,  o,    birdəfəlik  və 

həmişəlik mövcuddur və tədricən nə olduğunu dərk edir. Əvvəlki nəzəriyyəyə uyğun olaraq, o, 

dərk etdiyini istəyir; mənim baxışımda isə, o, istədiyini dərk edir.  



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                 Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

442 


 

Yunanlar  xarakteri  ηθοσ,  onun  təzahürlərini,  yəni  xasiyyətləri  isə  –  ηθη  adlandırırdılar; 

amma  sonuncu  söz  εθοσ-dan,  yəni  vərdiş  sözündən  törəyir:  onlar  onu,  xarakterin  daimiliyini 

vərdişin daimiliyi ilə metaforik olaraq işarə etmək üçün seçmişdilər. Το γαρ ηθοσ απο του εθουσ 

εχει  την  επωνυμιαν  ηθικη  γαρ  καλειται  δια  το  εθιζεςθαι  ηθοσ  öz  adını  *εθοσ,  yəni  vərdiş 

sözündən götürür: etika, deməli ki, εθιζεςθαι, yəni vərdiş etmək sözündən törəyir], – Aristotel 

belə deyir (Eth. Magna, I, 6, səh. 1186 və Eth. Eud., səh. 1220, və Eth. Nic., səh. 1103, ed. Ber.). 

Stobeydə  oxuyuruq:  "stoiklər,  Zenonun  ardıcılları,  xarakteri  (ηθοσ)  metaforik  olaraq  həyatın 

mənbəyi  kimi  müəyyənləşdirirlər  ki,  ondan  da  ayrıca  əməllər  gəlir"  (II,  7-ci  fəsil).  Xristian  dini 

təlimində  biz  seçilmənin  və  ya  seçilməmənin  nəticəsi  kimi  qədər  haqqında  ehkamı  görürük 

(Rom.  9,  11-24),  bu  ehkam,  görünür,  o  fikirdən  irəli  gəlir  ki,insan  dəyişilmir,  onun  həyatı  və 

əməlləri,  yəni  onun  empirik  xarakteri  mücərrəd  xarakterin  yalnız  açıqlanmasıdır,  artıq  uşaqda 

diqqəti  cəlb  edən  müəyyən  və  dəyişməz  qabiliyyətlərin  inkişafıdır  və  buna  görə  də,  insanın 

mənəvi  fəaliyyəti  artıq  onun  dünyaya  doğuluşu  zamanı  dəqiq  müəyyənləşmişdir,  bu  mənəvi 

fəaliyyət öz mühüm əlamətlərində sona qədər özünə sadiq qalır. Bununla biz də razıyıq, amma, 

əlbəttə ki, bu tamamilə düzgün fikrin yəhudi dini təlimində olan ehkamlarla birləşdirilməsindən 

alınan  və  böyük  çətinliklər  yaradan,  ətrafında  kilsə  mübahisələrinin  əksəriyyəti    dövran  edən 

çözülməz düyünü, onun əsrlər boyu həll olunmayan nəticələrini müdafiə etməyə mən qətiyyən 

girişmirəm,  zira  belə  bir  müdafiə  hətta  həvari  Pavelin  özünə,  onun  dulusçu  nümunəsi

cxxxv


 ilə 

çətin ki, nəsib olmuş olardı: axı son nəticə aşağıda göstəriləndən başqa bir şey olmazdı:  



Qoy insan qövmü 

Tanrılardan qorxsun.  

 Hökmranlıq onların 

 Əbədi əllərindədir 

 Və istədikləri kimi onlar 

  Hökm edə bilərlər

cxxxvi

 

Amma  belə  mülahizələr  özlüyündə  əslində  bizim  mövzuya  aid  deyildir.  İndi  daha  çox 

xarakter və onun bütün motivlərini özündə ehtiva edən idrak arasındakı əlaqə barədə bir neçə 

qeyd məqsədəuyğun olardı.  

Xarakterin təzahür olunmasını müəyyənləşdirən motivlər, və ya əməllər xarakterə idrak 

mühiti  vasitəsilə  təsir  göstərdiyindən,  idraksa  dəyişkən  olduğundan,  bir  çox  hallarda,  tez-tez 

yanılma  və  həqiqət  arasında  tərəddüd  etdiyindən,  baxmayaraq  ki,  adətən,  bir  qayda  olaraq, 

həyat  davam  etdikcə  getdikcə  daha  çox  təshih  olunur  (əlbəttə  ki,  xeyli  müxtəlif  dərəcələrdə), 

məlum  bir  insanın  davranışı  da  seziləcək  dərəcədə  dəyişə  bilər,  amma  biz  buradan  onun 

xarakterinin  dəyişilməsi  barədə  nəticə  çıxarmaq  hüququna  malik  deyilik.  İnsanın  əslində  və 

ümumiyyətlə  istədiyi,  onun  varlığının  gizli  qalan canatması  və  onun  güddüyü  müvafiq  məqsəd 

heç bir vaxt xarici təsir öyüd-nəsihət yolu ilə dəyişikliyə məruz qalmır: başqa cür biz onu yenidən 

yaratmaq iqtidarında olardıq. Seneka gözəl deyir: velle non discitur [istəməyi öyrətmək mümkün 

deyildir]  və  bununla  da,  o,  həqiqəti  öz  stoiklərindən  daha  üstün  tuturdu,  stoiklər  isə  belə 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 


Yüklə 6,14 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin