Dünya: iradə və təsəvvür kimi


Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi"



Yüklə 6,14 Mb.
Pdf görüntüsü
səhifə35/57
tarix01.01.2017
ölçüsü6,14 Mb.
#4243
1   ...   31   32   33   34   35   36   37   38   ...   57

                 Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

499 


 

bir  zamandan  azad  və  onun  tərəfindən  dəyişilmə  üçün  əlçatmaz  hiss  etməsəydi,  onda  o, 

keçmişə  bəsit  bir  hadisə  kimi  etinasız  baxa  bilər  və  keçmişə  görə  vicdan    əzabı  çəkməzdi.  Elə 

buna  görə  də,  çoxdan  törədilmiş  əməllər  hələ  də  vicdan  üzərində    yük  olaraq  qalırlar.  "Məni 

şirnikləndirmə, yolumdan çıxartrma" duası "Qoyma, necə  olduğumu görüm" mənasını verir.  

Zalımın  həyatda  özünü  təsdiq  etdiyi  və  onun  qarşıısında    başqalarına  yerdiyi  əzab 

şəklində  dayanan  qüvvə  belə  bir  halın  ölçüsü  kimi  çıxış  edir  ki,  elə  həmin  iradənin    aradan 

qaldırılması və inkarı, yəni dünyadan və onun əzablarından  mümkün olan yeganə xilas ondan 

nə  qədər uzaqdır.  O, dünyaya  nə  dərəcədə  məxsus  və  onunla nə  dərəcədə  sıx  bağlı  olduğunu 

görür: başqalarının dərk edilmiş əzabı ona toxuna bilməmişdir, amma o, həyatın və hiss olunan 

əzabın hakimiyyəti altına düşür. Hələ məlum deyildir ki, o, haçansa bu əzabı qıracaqmı və onun 

iradəsinin qüvvəsini dəf edəcəkmi. 

Şərin,  pisliyin  bu  qaydada,  yəni  sadə  hiss  olaraq  (yəni,  aydın,  abstrakt,  mücərrəd  idrak 

olmadan) vicdan əzabının məzmununun və daxili mahiyyətinin  təşkil edən qaydada mənasının 

və daxili mahiyyətinin açılması daha böyük aydınlıq və tamamlanma əldə edəcəkdir, bu şərtklə 

ki,  biz  xeyiri  və  nəhayət,  tam  tövbəni  və  tövbənin  yüksək  dərəcəyə  nail  olduğu  zaman  ondan 

irəli  gələn müqəddəsliyi elə  həmin  qaydada  insan  iradəsinin  xassəsi  olaraq  nəzərdən  keçirsək. 

Zira  əksliklər  həmişə  qarşılıqlı  olaraq  bir-birini  aydınlaşdırırlar  və  Spinozanın  gözəl  bir  tərzdə 

dediyi kimi, gündüz, eyni zamanda, həm özünü, həm də gecəni kəşf edir.  

 

§ 66 



Əxlaq  əsaslandırma  olmadan  qüvvəyə  malik  deyildir,  yəni  sadə  nəsihətbazlıq  qüvvəyə 

malik  ola  bilməz,  çünki,    o,  motivləndirmir.  Amma  motivləndirən  əxlaq  yalnız  xudpəsəndliyə 

təsir  göstərərək  qüvvəyə  nail  olur.  Halbuki,  xudpəsəndlikdən  doğulan  hər  bir  şey  əxlaqi 

dəyərdən  məhrumdur.  Buradan  bir  nəticə  çıxır  ki,  əxlaq  və  abstrakt,  mücərrəd  idrak, 

ümumiyyətlə,  həqiqi  fəziləti  yaratmaq  qüvvəsində  deyildir:  o,  özgə  fərddə  öz  şəxsi  varlığını 

görən  intuitiv  idrakdan  irəli    gəlməlidir.  Zira  fəzilət  idrakdan    mücərrəd,  sözlərlə  ifadə  olunan 

idrakdan irəli gəlmir. Əgər o, abstrakt, mücərrəd idrakdan törənmiş olsaydı, onda onu öyrətmək 

mümkün  olardı  və  biz,  onun  mahiyyətini  və  onun  əsasında  yatan  idrakı  burada  mücərrəd  

şəkildə  şərh  edərək,  bununla  da  bizi  başa  düşən  hər  bir  kəsi,  eyni  zamanda,  əxlaqi  cəhətdən 

islah  etmiş  olardıq.  Amma  bu,  qətiyyən belə  deyildir.  Əksinə,  etikaya dair  mühazirələrlə  və  ya 

əxlaqi  moizələrlə  fəzilətli  insanı  yaratmaq  mümkün  deyildir,  necə  ki,  Aristotel  estetikasından 

başlayaraq  bütün  estetikalardan  heç  biri  heç  bir  vaxt  heç  bir  şair  yarada  bilməmişdir.  Zira 

fəzilətin əsl daxili mahiyyəti üçün anlayış faydasızdır, o, eləcə incəsənət üçün də faydasızdır və 

o,  yalnız  tamamilə  tabe  olan  rolda,  başqa,  digər  yolla  dərk  olunanın  və  həll  olunanın  həyata 

keçirilməsi  və  saxlanılması  üçün  alət  olaraq  faydalı  ola  bilər.  Velle  non  discitur  [arzu  etməyi 

öyrətmək  mümkün  deyildir+.  Əslində  abstrakt,  mücərrəd  ehkamlar  fəzilətə,  yəni    niyyətlərin 

xeyirli olmasına, təsirə malik deyillər: yalançı ehkamlar ona mane olmur həqiqi ehkamlarsa çətin 

ki, ona kömək etsinlər. Və doğrudan da, əgər insan həyatında başlıca olan şey – onun etik, əbədi 

dəyəri  –  təsadüfün  güclü  təsirinə  məruz  qalan  ehkamlar,  dini  təlimlər,  filosofemlər  kimi  bir 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                 Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

500 


 

şeydən  asılı  olmuş  olsaydı,  bu,  çox  pis  olardı.  Ehkamlar  mənəviyyat  üçün  yalnız  o  mənaya 

malikdirlər  ki,  başqa  qəbildən  olan  idrak  (onu  biz  tezliklə  aydınlaşdıracağıq)  sayəsində  artıq 

fəzilətli  insan onlarda o sxemi, o formulyarı əldə edir ki, buna uyğun olaraq, o, özünün qeyri-

eqoistik əməlləri barəsində öz zəkasına  yalnız  hesabat verir, amma o əməllərin ki, mahiyyətini 

bu  zəka,  yəni  onun  özü  başa  düşmür:  o,  özünün  zəkasını  bu  hesabatla  kifayətlənməyə 

öyrətmişdir. 

Doğrudur,  ehkamlar  davranışa,  zahiri  fəaliyyətə  güclü  təsirə  malik  ola  bilərlər,  necə  ki, 

belə bir təsirə vərdiş və nümunə malikdir (sonuncu – ona görə ki, adi insan mühakiməyə etibar 

etmir, mühakiməsinin zəifliyini dərk edir, öz şəxsi təcrübəsinin və ya özgə təcrübəsinin ardınca 

gedir; amma niyyətlərin özləri isə bunun nəticəsində dəyişmir

*

. Hər hansı bir abstrakt, mücərrəd 



bilik  yalnız  motivləri  verir,  motivlər  isə,  yuxarıda  göstərildiyi  kimi,  iradənin  özünü  deyil,  yalnız 

onun  istiqamətini  dəyişə  bilər.Ötürülə  bilən  hər  hansı  bir  bilik  isə  iradəyə  yalnız  motiv  olaraq 

təsir  göstərə  bilər,  və  ehkamlar  iradəni  nə  qədər  meylləndirsələr  də,  insanın  həqiqətən  və 

ümumiyyətlə,  istədiyi  hər  halda  həqiqidir  və  ümumiyyətlə,  həmişə  eyni  olaraq  qalır,  yeni 

fikirlərlə  zənginləşmişdir  o,  yalnız  buna  necə  nail  olmaq  yolları  barədə    və  saxta  motivlər  onu 

gerçək  motivlərlə  bir  bərabərdə  idarə  edir.  Buna  görə  də,  məsələn,  insanın  etik  ləyaqətinə 

münasibətdə fərqi yoxdur ki, o, fəqir-füqaraya belə  bir möhkəm inamla zəngin hədiyyələr verir 

ki,  gələcək  həyat  ona  bunun  onqat  əvəzini  verəcəkdir,  və  ya  eyni  məbləği  öz  malikanəsinin 

yaxşılaşdırmasında  istifadə  edir  ki,  bu  ona,  bir  qədər  gec  olmasına  baxmayaraq,  ən  yəqin,  ən 

sərfəli  gəlir  gətirəcəkdir;  və  bidətçini  tonqalda  yandıran  kəs  və  hətta  Müqəddəs  Torpaqda 

türkləri öldürən kəs, əgər o, bununla cənnətdə özünə yer alacağına ümid edərək belə hərəkət 

edirsə,  onda  o,  muzdla  adam  öldürən  banditlə  eyni  dərəcədə  qatildir.  Zira  bu  insanlar  yalnız 

özlərinin,  öz  eqoizmlərinin  qeydinə,  qayğısına  qalırlar,  eləcə  də  bandit,  onlar  banditdən  yalnız 

vasitələrinin  absurd  olması  ilə  fərqlənirlər.  Artıq  deyildiyi  kimi,  iradəyə  kənardan  yalnız 

motivlərin  köməyi  ilə  yaxınlaşmaq  mümkündür,  motivlər  iradənin  yalnız  təzahür  olunma 

üsulunu dəyişirlər, amma onun özünü isə əsla dəyişmirlər. Velle non discitur.  

Xeyirli əməlləri həyata keçirən kəs ehkamlara istinad edirsə, onda həmişə fərqləndirmək 

lazımdır  ki,  onlar,  yəni  xeyirli  əməllər  həqiqətənmi  burada  motiv  olaraq  çıxış  edirlər  və  ya, 

yuxarıda dediyim kimi, onlar yalnız vasitəsilə insanın öz şəxsi zəkasını təmin etmək istədiyi saxta 

hesabat  olaraq  irəli  gəlir  –  tamamilə  başqa  bir  mənbədən  çıxış  edən  xeyirxah  əməl  barəsində 

hesabat olaraq, bu əməli o, ona görə törədir ki, o, xeyirxahdır, amma filosof olmadığı üçün onu 

lazımi qaydada izah edə bilmir, və hər halda onu necəsə mənalandırmaq istərdi. Amma bu fərqi 

tapmaq, ayırd etmək  çox çətindir, ona görə ki, o, qəlbin dərinliyində gizlənmişdir. Elə buna görə 

də, biz demək olar ki, heç bir vaxt başqalarının davranışının düzgün əxlaqi qiymətləndirilməsini 

həyata keçirə bilmərik və çox nadir hallarda öz şəxsi davranışımızı qiymətləndirə bilərik. Ayrıca 

şəxsiyyətin  və  xalqın  əməlləri  və  adətləri  ehkamlar,  nümunə  və  vərdişlər  vasitəsilə  olduqca 

modifikasiya  oluna  bilər.  Amma  özlüyündə  bütün  əməllər  (opera  operata)  –  yalnız  boş 

obrazlardır və yalnız onları təlqin edən niyyətlər onlara əxlaqi məna verir. Sonuncu isə olduqca 

müxtəlif xarici təzahürlər zamanı tamamilə eyni ola bilər. Bədliyin, pisliyin eyni dərəcə halında 

                                                           

*

 Kilsə belə deyərdi ki, bu, yalnız opera operatadır ki, əgər ilahi nemət olaraq dirçəlişə aparan inam bəxş 



edilməyəcəsə  onda onlar qətiyyən kömək etmirlər. Bu barədə sonralar bəhs olunacaqdır. 

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                 Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

501 


 

biri  ölüm  kürsüsündə  ölə  bilər,  başqası  isə  –  sakit  bir  tərzdə,  öz  ailəsinin  qoynunda.  Bədliyin, 

pisliyin  eyni  dərəcəsi  bir  xalqda  kobud  cizgilərdə,  adam  öldürmədə  və  kannibalizmdə 

yamyamlıqda, ifadə oluna bilər; başqa xalqda isə, əksinə olaraq, o, özünü en miniature, zərif və 

gizli  bir  tərzdə,  –  saray  münaqişələrində,  əziyyətlər  vermədə  və  hər  hansı  bir  qəbildən  olan 

məkrlərdə  göstərir:  mahiyyət  isə  eyni  olaraq  qalır.  Təsəvvür  edək  ki,  mükəmməl  dövlət  və  ya 

hətta  axirət  həyatının  mükafatları  və  cəzaları  barəsində  şərtsiz  və  möhkəm    əqidə  ilə  iman 

gətirilmiş  ehkam  istənilən  cinayətin  qarşısını  alar:  siyasi  cəhətdən  bu,  çox  şey  vermiş  olardı, 

əxlaqi  tərəfdənsə  tamamilə  heç  nə;  və  yalnız  iradənin  həyatda  nəqş,  əks  olunduğu  proses 

ləngidilmiş olardı. 

Beləliklə,  əsl  xeyirli  niyyətlər,  təmənnasız  fəzilət  və  xalis  nəciblik  abstrakt,  mücərrəd 

idrakdan  irəli  gəlmir,  amma  hər  halda  idrakdan  irəli  gəlir  –  bilavasitə  və  intuitiv  idrakdan, 

bilavasitə  və  intuitiv  idrakı  isə  nə  heç  bir  düşüncə  ilə  əldə  etmək,  nə  də  heç  bir  düşüncə  ilə 

ondan yaxa qurtarmaq mümkün deyildir, bu, onun məhz  abstrakt, mücərrəd olduğu üzündən o, 

başqa  insanlara  verilə  bilməz,  hər  bir  kəs  üçün  müstəqil  olaraq  ortaya  çıxmalı,  meydana 

gəlməlidir və buna görə də, o, özünün əsl adekvat ifadəsini sözlərdə deyil, müstəsna olaraq işdə, 

insanın əməllərində, həyat yolunda tapır. Bizlər fəzilət üçün burada nəzəriyyə axtaranlar, buna 

görə  də,  onun  əsasında  yatan  idrakın  mahiyyətini  abstrakt,  mücərrəd  olaraq  ifadə  etməli 

olanlar,  amma  belə  bir  ifadədə    bu  idrakın  özünü  deyil,  yalnız  onun  anlayışını  təqdim,  təsvir 

etməyi  bacararıq,-  özü  də  biz  həmişə  o  əməllərdən  çıxış  edəcəyik  ki,  yalnız  onlarda  bu  idrak  

təzahür olunur və onlara onun yeganə adekvat ifadəsi kimi istinad edəcəyik, o yeganə adekvat 

ifadəsi  kimi  ki,  onu  biz  indi  aydınlaşdıracaq  və  şərh  edəcəyik,  yəni  biz  abstrakt,  mücərrəd 

formada  bu zaman özlüyündə əslində  nə  baş verdiyini ifadə edəcəyik. 

Amma  təsvir  olunan  bədliyin  əksinə  olaraq,  həqiqi  xeyirxahlıqdan  danışmazdan  öncə, 

bizə  aralıq  pillə  olaraq  pisliyin  sadəcə  inkarına,  yəni  ədalətə  toxunmağımız  zəruridir.  Haqq  və 

haqsızlıq nədir, yuxarıda bu barədə kifayət qədər deyilmişdir və buna görə də, biz burada bəzi 

sözlərlə məhdudlaşa bilərik. Kim haqq və haqsızlıq arasındakı xalis əxlaqi sərhədi hətta dövlət və 

ya  hansısa  başqa  hakimiyyət  tərəfindən  qorunmayan  yerdə  belə  könüllü  olaraq  qəbul  edir  və 

ona riayət edirsə, deməli, kim izahımıza uyğun olaraq, öz şəxsi iradəsini təsdiq edərkən heç bir 

vaxt başqa fərddə təzahür olunan iradənin inkarına qədər gəlib çatmırsa, o, ədalətlidir. Deməli 

o, öz şəxsi rifahını,nemətlərini artırmaq xətrinə başqalarına əzab verməyəcək, başqa cür deyilsə, 

cinayət  törətməyəcəkdir,  özgə  hüququna,  özgə  mülkiyyətinə  hörmət  edəcəkdir.  Biz,  beləliklə, 

görürük ki, pis adamın əksinə olaraq, ədalətli insan üçün principium individuationis artıq mütləq 

maneə  deyildir,  o,  zalım  insan  kimi  bütün  digərlərini  inkar  edərək  yalnız  öz  şəxsi  iradəsinin 

təzahürünü  təsdiq  etmir,  başqaları  ondan  ötrü  mahiyyətləri  onun  mahiyyətindən  tamamilə 

fərqli olan boş kabuslar olaraq çıxış etmirlər: yox, o, öz davranışı ilə şahidlik edir, təsdiqləyir ki, 

öz  mahiyyətini,  yəni  həyat  iradəsini  özündə  şey  kimi    ona  yalnız  təsəvvür  olaraq  verilən  özgə 

təzahürdə də tanıyır, yəni onda, onun daxilində ən azı, müəyyən haqsızlığı törətməməkdən, yəni 

özgə  hüquqlarını  pozmamaqdan  ötrü  kifayət  edəcək  dərəcədə  öz-  özünü  tanıyır.  Məhz  bu 

dərəcədə  o,  principium  individuationisni,  Mayya  pərdəsini  bəsirətlə  görür,  çünki  öz  varlığının 

xaricində olan varlıqları öz şəxsi varlığına bərabər hesab edir və onları incitmir.  


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                 Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

502 


 

Belə  bir  ədalətdə,  əgər  onun  mahiyyəti  nəzərdə  tutularsa,  artıq  iradənin  özgə 

təzahürlərini  özünə  xidmət  etməyə  məcbur  edərək  inkar  etməmək  üçün  öz  şəxsi  iradəsinin 

təsdiqində  çox  da  uzağa  getməmək  qərarı  özünə  yer  alır.  Buradan  başqasına  başqasından 

aldığın qədər vermək arzusu meydana çıxır. Niyyətlərin bu ədalətliliyi həmişə həqiqi, artıq yalnız 

mənfi xarakterə malik olmayan xeyirxahlıqla birləşir və bu ədalətin ən yüksək dərəcəsi o həddə 

kimi gəlib çatır ki, insan özünün miras əmlaka olan hüququnu inkar edir, öz bədənini yalnız öz 

şəxsi  mənəvi  və  ya  fiziki  qüvvələri  ilə  qoruyub  saxlamaq  istəyir,  özgənin  hər  hansı  bir  cüzi 

xidmətindən,  hər  hansı  bir  dəbdəbədən  vicdan  əzabı  çəkir  və  nəhayət,  özünü  könüllü  olaraq 

yoxsulluğa düçar edir. Belə ki, biz görürük ki, Paskal, asketizm yoluna qədəm qoyaraq, daha heç 

kəsin xidmətindən istifadə etmək istəməmişdi, baxmayaraq ki, onun qulluqçuları  kifayət qədər 

idi:  daimi xəstəliyinə baxmayaraq, o, yatağını özü salır, mətbəxdən yeməyi özü gətirirdi və i.a. 

(Vie de Pascal par sa soeur, səh. 19). Buna tamamilə o da uyğun gəlir ki, deyilənlərə görə, bəzi 

hindlilər, hətta racalar, çox böyük zənginliklərinə baxmayaraq, onu yalnız öz ailəsinin, öz evinin 

və  öz  ev  adamlarının  saxlanılmasına  sərf  edirlər  və  belə  bir  qaydaya  son  dərəcə  böyük  bir 

ciddiliklə  əməl  edirlər  –  yalnız  o  şey  yeyilməlidir  ki,  onu  öz  əllərinlə  əkmisən  və  öz  əllərinlə 

biçmisən. Əlbəttə ki, bunun əsasında nəsə bir anlaşılmazlıq yatır: ayrıca şəxsiyyət, özünün məhz 

zənginliyi  və  hakimiyyəti  sayəsində  bütün  insan  cəmiyyətinə  elə  əhəmiyyətli  xidmətlər 

göstərmək  iqtidarındadır  ki,  onlar  miras  qalmış  zənginliklə    tarazlaşdırılır  ki,  bu  zənginliyin 

saxlanılmasına  görə  də  o,  cəmiyyətə  borcludur.  Əslində  hindlilərin  bu  həddindən  artıq 

ədalətliliyi  -  artıq  ədalətdən  nəsə  daha  artıq  olan  bir  şeydir:  bu,  –  həqiqi  təslimiyyətdir,  həyat 

iradəsinin həqiqi inkarı, tərki-dünyalıqdır, – onun barəsində biz kitabın sonunda danışacağıq. O 

biri yandan miras qalmış əmlak zamanı hər  bir məhsuldarlıq olmadan vaxtını əyləncələrlə tam 

boş  yerə  keçirmə  və  başqalarının  qüvvələri  hesabına  keçirilən  həyat  artıq  əxlaqi  ədalətsizlik 

hesab oluna bilər, müsbət qanunlar buna izn versələr belə.  

Biz  gördük  ki,  könüllü  ədalət  özünün  öz  gizli,  məhrəm  mənbəyinə  fəhmin  müəyyən 

dərəcədə  varmasında  principium  individuationis-ə  malikdir,  amma  ədalətsizlik  isə  bütövlükdə 

onun  hakimiyyəti  altında  qalır.  Bu  fəhm,  məğzə  varma  yalnız  burada  həqiqi  dərəcə  ilə 

məhdudlaşmaya  bilər,  o,  müsbət  iltifata  və  xeyirpərvərliyi,  insansevərliyə  apardığı  zaman  isə 

daha dərin olur; və fərddə təzahür olunan iradə özlüyündə nə qədər güclü və enerjili olsa belə, 

bu,  mümkündür.  İdrak  həmişə  onunla  tarazlığı  saxlaya  bilər,  ədalətsizlik  tərəfindən 

şirnikləndirilməyə  qarşı  durmağı  öyrənə  bilər  və  xeyirxahlığın  və  hətta  təslimiyyətin  istənilən 

dərəcəsini  həyata  keçirə  bilər.  Beləliklə,  qətiyyən  düşünmək  lazım  deyildir  ki,  guya  xeyirxah 

insan əzəldən zalıma nisbətən daha zəif iradənin təzahürüdür: yox, yalnız xeyirxah insanda idrak 

iradənin  kor  coşqusunu  cilovlayıb  ram  edir.  Doğrudur,  bəzi  fərdlər    yalnız  onlarda  təzahür 

olunan iradənin zəifliyi sayəsində xeyirxah kimi görünürlər; amma onların əslində necə olduqları 

bundan  görünür  ki,  onlar  ədalətli  və  ya  xeyirxah  iş  görməkdən  ötrü  hər  hansı  ciddi 

özünüməhdudlaşdırma qabiliyyətində deyillər. 

Əgər,    nadir  istisna  olaraq,  bizə  elə  bir  insan  rast  gəlsə  ki,  məsələn  o,  kifayət  qədər 

varlıdır,  amma  malik  olduğu  var-dövlətin  yalnız  kiçik  hissəsini  özünə  sərf  edir,  bütün  digər 

hissəsini  isə  bir  çox  həzz  və  rahatlıqlardan  imtina  edərək  kasıblara  paylayır,  və  əgər  biz  bu 

insanın davranışını özümüz üçün aydınlaşdırmaq istəyiriksə, onda onun öz əməllərini öz zəkası 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                 Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

503 


 

üçün izah etmək səylərinin söykəndiyi,istinad etdiyi ehkamlardan tamamilə asılı olmayaraq, biz 

görürük  ki,  onun  davranışının  ən  sadə  və  ümumi  ifadəsi  və  ən  səciyyəvi  cizgisi  belədir:  o,  bir 

qayda olaraq, özü ilə başqaları arasında adətən olduğuna nisbətən daha az fərq qoyur. Əgər bu 

fərq,  bir  çox  başqalarının  gözündə  o  qədər  böyükdürsə  ki,  özgə  əzabı  zalım  üçün  bilavasitə 

sevincdir,  ədalətsiz  üçün  isə  –  öz  şəxsi  xoşbəxtliyinə  aparan  ən  arzu  olunan  vasitədir;  əgər 

ədalətli  insan  sadəcə  olaraq  onunla  məhdudlaşır  ki,  başqalarına  əzab  vermir;  əgər  insanların 

əksəriyyəti,  ümumiyyətlə,  öz  ətraflarında  başqalarının  saysız-hesabsız  əzablarını  bilir  və 

görürlərsə, amma onları yüngülləşdirmək qərarına gələ bilmirlərsə,  o üzdən ki, onların özləri bu 

zaman bəzi məhrumiyyətlərə düçar ola bilərlər; əgər, beləliklə, oxşar insanlardan istənilən biri 

üçün öz şəxsi Məni ilə özgə Məni arasındakı fərq çox böyük görünürsə, – onda, bizim təsəvvür 

etdiyimiz  nəcib insan üçün bu fərq, əksinə olaraq, bir o qədər də mühüm deyildir:  principium 



individuationis,  hadisənin,  təzahürün  forması  artıq  bir  o  qədər  də  onun  başının  ağası  deyildir, 

özgə  əzabını  isə  o,  demək  olar  ki,  öz  şəxsi  əzabı  kimi  ürəyinə  salır  və  buna  görə  də,  onlar 

arasında  müvazinəti  bərpa  etməyə  çalışır,  özgə  əzablarını  yüngülləşdirmək  üçün  həzzlərdən 

imtina  edir,  özünü  məhrumiyyətlərə  məruz  qoyur.  O,  dərk  edir  ki,  onunla  başqaları  arasında 

zalım  üçün  böyük  dərin uçurum  kimi  görünən  fərq  yalnız  keçici, ötəri  hadisə  və  xəyali təzahür 

olaraq  mövcuddur;  o,  bilavasitə  olaraq  və  sillogizmlər  olmadan  dərk  edir  ki,  onun  öz  məxsusi 

hadisəsinin, təzahürünün özündə özgənin də özündə şeyində  şeyi vardır, yəni, – o həyat iradəsi 

vardır ki, o, hər bir şeyin mahiyyətini təşkil edir və hər bir şeydə yaşayır; o, dərk edir ki, bu, hətta 

heyvanlara və bütün təbiətə belə aiddir, və buna görə də, o bircə heyvanı belə incitməyəcəkdir

*



O, özü bolluq və firavanlıqla əhatə olunduğu halda, başqalarının məhrumiyyətlərinə etinasızlıqla 

baxa  bilməz,  necə  ki,  heç  kəs  bütün  gün  ərzində  aclığa  davam  gətirə  bilməz,  ondan  ötrü  ki,  

sabah lazım olana nisbətən daha çox şeyə malik olsun. Zira məhəbbət fədakarlıq edənlər üçün, 

Mayya pərdəsi şəffaf olmuşdur, və principii individuationis ilğımı onun qarşısından çəkilmişdir. 

Hər bir varlıqda, deməli ki, həmçinin əzab çəkən varlıqda o, özünü, öz şəxsiyyətini, öz iradəsini 

tanıyır.  Onun  üçün  o  yanılma,  aldanış  yox  olmuşdur  ki,  onun  ucbatından  həyat  iradəsi  özünü 

burada, bir fərddə tanımadan, ötəri və xəyali həzzlərə dalır, amma bunun əvəzində orada, başqa 

bir  fərddə  isə  əzablara  və  ehtiyaca  düçar  olur,  və  beləliklə  əzab  verir  və  əzablara  məruz qalır, 

dərk  etməyərək  ki,  o,  Fiest  kimi  acgözlük  öz  ətini  yeyir

clxxx

,  sonra  isə  burada  layiq  olmadığı 



əzablardan  gileylənir,  orada  isə  Nemezidadan  qorxmayaraq  xatakarlıq  edir;günah  törədir  və 

bütün  bunlar  yalnız  ona  görədir  ki,  o,  təzahürdə  özünü  tanımır  və  əbədi  ədalət  məhkəməsini 

                                                           

*

İnsanın heyvanların həyatına və qüvvələrinə olan hüququ aşağıdakılara əsaslanır: şüurun aydınlığı 



ilə birgə ona mütənasib olaraq əzab da gücləndiyindən, ölümün və ya işin heyvanda yaratdığı ağrı hələ o 

ağrıya bərabər deyildir ki, onu insan heyvanın ətindən və ya qüvvəsindən yalnız məhrum olduğu halda 

insan hiss etmiş olardı; buna görə də, insan öz mövcudluğunu təsdiq edərkən heyvanın mövcudluğunun 

inkarına  kimi  gəlib  çata  bilər  və  həyat  iradəsi  bütövlükdə  bundan  bunun  əksinin  baş  verəcəyi  hala 

nisbətən daha az ziyan görür. Bu, eyni zamanda, o hədləri də müəyyənləşdirir ki, onların daxilində insan 

heyvanların qüvvələrindən istifadə etmək hüququna malikdir, amma bu hədlər tez-tez, bir çox hallarda, 

xüsusən,  işçi  mal-qaraya  və  ov  itlərinə  münasibətdə  pozulur  və      heyvanları  himayə  cəmiyyətinin 

fəaliyyəti  başlıca olaraq ona yönəlmişdir. Bu, hüquq, mənim fikrimə  görə, viviseksiyaya şamil edilmir  – 

xüsusən  də,  ali  heyvanların  viviseksiyasına.  Əksinə,  həşəratlar  üçün  ölüm  insan  üçün  onun  sancması 

qədər əzablı deyildir. Hindlilər bunu başa düşmürlər.  



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                 Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

504 


 

görmür,  özgə  hadisədə  principio  individuationisə,  yəni  əsas  qanununun  hökm  sürdüyü  idrak 

üsuluna mübtəla olaraq. Bu kabusdan və Mayya korluğundan qurtulmaq və ya sevgi ilə məşğul 

olmaq – eyni şeydir. Amma sonuncu həqiqi idrakın qaçılmaz simptomudur. 

Mənbəyini  və  mənasını  yuxarıda  izah  etdiyim  vicdan  əzabının  əksi  -  təmiz  vicdandır,  

təmənnasız  yerinə  yetirdiyimiz  hər  bir  əməldən  sonra  hiss  etdiyimiz  məmnunluq  duyğusudur. 

Onun mənşəyi belədir: bu cür əməl ondan irəli gəlir ki, biz öz şəxsi varlığımızı bilavasitə olaraq 

həmçinin    özgə  hadisədə,  özgə  təzahürdə  də  kəşf  edirik,  həmin  əməl,  öz  növbəsində  bu  kəşfi 

təsdiq edir, yəni o kəşfi təsdiq edir ki, bizim həqiqi Mənimiz təkcə öz şəxsi şəxsiyyətimizdən, bu 

xüsusi hadisədən, təzahürdən ibarət deyildir, yaşayan, həyat sürən hər bir şeydən ibarətdir. Bu, 

qəlbi  genişləndirir,  necə  ki,  eqoizm  onu  daraldır.  Zira  eqoizm  bizim  iştirakımızı  öz  məxsusi 

fərdimizin ayrıca hadisəsində, təzahüründə cəmləşdirir, özü də idrak bu hadisəyə, bu təzahürə 

fasiləsiz  olaraq  təhlükə  yaradan  saya-hesaba  gəlməyən  müsibətləri  bizə  göstərməkdə  davam 

edir, bunun da nəticəsində, qorxu və qayğı  əhval-ruhiyyəmizin əsas tonuna çevrilir, – canlı olan 

bütün hər şeyin öz daxili mahiyyətinə görə bizim öz məxsusi şəxsiyyətimizlə eyni olması şüuru, 

bunun dərki bizim iştirakımızı canlı olan bütün hər bir şeyə şamil edir: ürək bundan genişlənir. 

Beləliklə, öz  şəxsiyyətinə diqqətin zəifləməsi onun barəsindəki əzablı qayğını kökündən azaldır 

və məhdudlaşdırır: xeyirxah niyyətlərin və təmiz vicdanın bizə bəxş etdiyi sakit, inamlı sevinc də 

öz mənşəyini elə buradan götürür; hər bir xeyirxah əməl zamanı bu sevincin daha güclü  təzahür 

olunması  da  elə  buradan  irəli    gəlir,  zira  o,  belə  bir  əhval-ruhiyyənin  mənbəyinin  özünü  bizim 

üçün  təsdiq  edir.  Eqoist  özünü  yad  və  düşməncəsinə  hadisələrlə,  təzahürlərlə  əhatə  olunmuş 

kimi  hiss  edir  və    bütün  ümidlərini,  təvəkkülünü  öz    rifahı  ilə  bağlayır.  Xeyirxah  dostcasına 

hadisələr, təzahürlər dünyasında yaşayır: bu təzahürlərin, ətrafdakıların hər birinin xoşbəxtliyi – 

onun öz  xoşbəxtliyidir. Əgər buna görə də, taleyi bilmə insanın ruhunu sevinclə doldurmursa, 

onda  onun  öz  məxsusi  mahiyyətinin    canlı  olan  hər  bir  şeydə  olmasına    daimi  inamı  ona  hər 

halda müəyyən bir müvazinət və hətta işıqlı əhval-ruhiyyə verir. Zira saysız-hesabsız hadisələrə, 

təzahürlərə  şamil edilən  qayğıkeşlik  bizi  bir hadisədə,  bir  təzahürdə  cəmləşən  qayğıkeşlik  kimi 

pis  vəziyyətə  qoya  bilməz.  Fərdlər  məcmusunun  payına  düşən,  ona  zərbə  vuran  təsadüflər 

tarazlaşır,  amma  ayrıca  fərdin  payına  düşən,  ona  zərbə  vuran  təsadüflər  isə  xoşbəxtlik  və  ya 

bədbəxtlik gətirirlər.  

Beləliklə, əgər əxlaqi prinsipləri başqaları müəyyənləşdirmiş və onları fəzilətin hökmləri 

və  məcburi  qanunlar  kimi  qələmə  vermişlərsə,  onda,  mən  artıq  deyildiyi  kimi,  bunu  edə 

bilmərəm,  zira  əbədi  olaraq  azad  olan  iradəyə  hər  hansı  bir  vəzifə  və  ya  qanun  buyurmaq 

qabiliyyətində deyiləm. Digər tərəfdən, mənim mühakimələrimin ümumi strukturunda belə bir 

fikrə, mərama o xalis nəzəri həqiqət bir qədər uyğunluq və analogiya təşkil edir ki, mənim bütün 

əsərimi onun sadə inkişafı hesab etmək mümkündür, – bu həqiqət ondan ibarətdir ki, iradə hər 

bir  hadisənin,  təzahürün  özünə  olanıdır,  amma  onun  özü  özlüyündə  hadisənin,  təzahürün 

formasından və, buna görə də, həm də çoxluqdan azaddır; mən bu həqiqəti insan fəaliyyətinə 

münasibətdə  Vedanın  artıq  yuxarıda  xatırlanan  formulundan  daha  ləyaqətli  bir  tərzdə  ifadə 

etməyi bacarmıram: "Tat twam asi!" ("Bu – sənsən!"). Onu qarşılaşdığı hər bir varlıqla əlaqədar 

olaraq aydın şüurda və möhkəm və dərin əqidə ilə öz özünə deyə bilən kəs bununla da hər hansı 

bir fəzilətə və salehliyə nail olur və doğru xilas yolunda olur.  



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 


Yüklə 6,14 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin