§ 4
Əsas qanununun özlüyündə xalis zamanda üzə çıxan və
hər cür hesab və hesablamanın ona əsaslandığı o növünü kim
dərk etmişsə, o kəs bununla birgə zamanın da bütün
mahiyyətini dərk etmişdir. O məhz əsas qanununun bu
növündən başqa bir şey deyil və başqa xassələrə də malik deyil.
Ardıcıllıq–əsas qanununun zamandakı formasıdır; ardıcıllıq
zamanın bütün mahiyyətidir. Daha sonra, əsas qanununu, onun
sırf seyr edilən məkanda necə hökmranlıq etdiyini kim dərk
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Artur Şopenhauer "Dünya: iradə və təsəvvür kimi"
18
etmişsə, o bununla birgə məkanın bütün mahiyyətini sonacan
dərk etmişdir, çünki sonuncu bütünlüklə onun hissələrinin bir-
birini vəziyyət adlanan təyinetmələri imkanıdır. Sonuncunun
ətraflı araşdırılması və buradan irəli gələn nəticələrin mücərrəd
anlayışlara keçirilməsi (daha rahat istifadə üçün) bütün
həndəsənin məzmununu təşkil edir. Eynilə bu cür, kimsə əsas
qanununun adı çəkilən formalarının məzmunu (zaman və
məkan), onların qavranıla bilənliyi, yəni materiya üzərində
hökmranlıq edən növünü dərk etmişsə, –o kəs bununla birgə
özlüyündə materiyanın bütün məğzini dərk etmişdir, çünki
sonuncu büsbütün səbəbiyyətdən başqa bir şey deyil, buna isə
predmetin məğzinə varınca bilavasitə hər kəs əmin ola bilər.
Materiyanın varlığı–onun hərəkətidir, onun başqa cür varlığını
ağla belə gətirmək olmaz. Yalnız hərəkət edərək o, məkan
zamanı doldurur; onun bilavasitə obyektə (özü də materiya
olan) təsiri onun təkcə onda mövcud olduğu seyri şərtləndirir;
hər bir başqa maddi obyektin digərinə təsirinin nəticəsi məhz
ona görə dərk edilir ki, sonuncu indi əvvəlkindən başqa bir
şəkildə bilavasitə obyektə təsir edir və adı çəkilən nəticə məhz
bundadır. Beləliklə, səbəb və təsir–materiyanın bütün mahiyyəi
də bundadır: onun təsiri–onun varlığıdır (bu barədə müfəssəl
əsas qanunu barədə traktatda, § 21-ə bax). Ona görə ən
yüksək dərəcədə uğurlu olaraq bütün maddi olanın məcmusu
gerçəklik adlandırılmışdır*
HAŞİYƏ* (“Bu çox heyrətamizdir ki,
bəzi hallarda sözlərin xassəsi və qədim dilin qaydası özgə olanı
olduqca ifadəli vasitələrlə işarələyir” (Seneka, 81-ci məktub)
; bu
söz reallıq sözündən qat-qat daha ifadəlidir**
HAŞİYƏ
*(Şopenhauer burada, əslində, alman dilində Wirklichkeit
ifadəsindən bəhs edir, lakin sonuncuya azərbaycanca gerçəklik
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Artur Şopenhauer "Dünya: iradə və təsəvvür kimi"
19
sözü daha uyğun gəlir).
Materiyanın təsir etdiyi şey yenə də
materiyadır: beləliklə, onun bütün varlığı və mahiyyəti onun bir
hissəsinin başqa hissəsində yaratdığı qanunauyğun dəyişiklikdir,
odur ki, bu varlıq və mahiyyət yalnız onun öz sərhədləri
daxilində qüvvəyə malik münasibətə uyğun olaraq tam
nisbidir,–deməli, tamamilə zamana, məkana oxşardır.
Amma zaman və məkan, hər biri özlüyündə, materiyasız
təsəvvür ediləndir, materiya isə onlarsız təsəvvür edilməyəndir.
Artıq ondan ayrıla bilməyən forma məkanı nəzərdə tutur, bütün
varlığı elə ondan ibarət olan materiya isə həmişə hansısa
dəyişikliyə, yəni zamanda təyin olmaya aiddir. Məkan və zaman
materiya tərəfindən sadəcə hər biri öz-özlüyündə nəzərdə
tutulmur, amma onun mahiyyətini hər ikisinin birləşməsi təşkil
edir, çünki, göstərildiyi kimi, onun mahiyyəti təsirdən,
səbəbiyyətdən ibarətdir. Bütün ağlagələn, saysız hadisələr və
hallar bir-birini sıxışdırmayaraq, bir-birinin yanında ola, yaxud
həmçinin bir-birinə mane olmadan sonsuz zamanda bir-birinin
ardınca gələ bilərdilər. Onda onların bir-birinə zəruri münasibəti
və bu münasibətin qanunu da əsla lazım olmazdı və, deməli, bu
formalardan hər biri özlüyündə və başqası ilə əlaqə olmadan
mövcud olduqca və öz-özünə vaqe olduqca, məkandakı bütün
birgəlik və zamandakı bütün dəyişikliklər halında hələ heç bir
səbəbiyyət olmazdı, sonuncu isə materiyanın əsl mahiyyətini
təşkil etdiyindən, materiya da olmazdı. Səbəbiyyət qanunu isə
yalnız o səbəbdən önəm və zərurət kəsb edir ki, dəyişikliyin
mahiyyəti halın sadə dəyişməsində deyil, məkanın eyni bir
yerində indi bir hal var, sonra isə başqa bir hal və eyni bir
müəyyən zaman anında burada bir hal var, orada isə başqa bir
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Artur Şopenhauer "Dünya: iradə və təsəvvür kimi"
20
zaman
və
məkanın
bir-birini
məhz
bu
qarşılıqlı
məhdudlaşdırılması, ona görə dəyişiklik baş verən qanuna
qüvvə və bununla yanaşı zərurət verir. Beləliklə, səbəbiyyət
qanunu ilə vəziyyətin tək bir zaman daxilində ardıcıllığı – bu isə
müəyyən məkana münasibətdə ardıcıllıqdır – və müəyyən yerdə
bu vəziyyətin mövcudluğu yox, onların həmin yerdə və
müəyyən zamanda mövcudluğunu müəyyən edir. Dəyişiklik,
yəni səbəbiyyət qanunu üzrə baş vermiş dəyişmə, həmişə
məkanın müəyyən hissəsinə və zamanın müəyyən hissəsinə
dərhal və əlaqədar olaraq aiddir. Buna görə səbəbiyyət məkanı
zamanla birləşdirir. Lakin biz müəyyən etdik ki, materiyanın
bütün mahiyyəti hərəkətdə, yəni səbəbiyyətdədir və deməli,
məkan və zaman onda birləşməlidir, yəni materiya özündə bəri
başdan həm zamanın, həm də məkanın xüsusiyyətlərini
daşımalı (onlar biri-biri ilə hər necə mübarizə aparsalar da), o,
onların hər birində ayrılıqda özü-özünə mümkün olmayan şeyi
özündə birləşdirməlidir: yəni zamanın fəal dəyişkənliyini və
məkanın durğun, dəyişməz sabitliyini. Bax elə bu səbəbdəndir
ki, o, hər şeydən əvvəl eyni zamanda mövcud olmanı öz
arxasınca apara bilmişdir. Bu isə nə yanaşılığı bilməyən tək bir
zamanda, nə də əvvəlləri, sonranı və ya indini bilməyən yalnız
məkanda ola bilərdi. Bir çox halların eyni zamanda mövcud
olması isə, doğrusunu desək, gerçəkliyin mahiyyətini təşkil edir,
çünki yalnız onun vasitəsilə yaşama mümkün olur və o, yalnız
yaşayanla yanaşı mövcud olanın dəyişikliyini qəbul edir. Lakin
digər tərəfdən, yalnız növbədə olanın sayəsində sonuncu
dəyişiklik xarakterini, yəni substansiyanın, başqa sözlə,
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Artur Şopenhauer "Dünya: iradə və təsəvvür kimi"
21
materiyanın saxlanması ilə keyfiyyət və formanın dəyişməsini
kəsb edir.
*
Dünya tək bir məkanda hərəkətsiz və ətalətli, sonrasız,
dəyişikliksiz, fəaliyyətsiz olardı, hərəkətsiz materiyanın isə
təsəvvürü də yoxdur. Tək bir zamanda hər şey axıcı olardı:
sabitlik, yanında olmazdı, birlikdə və deməli yaşama da olmazdı:
üstəlik materiya da olmazdı. Yalnız zaman və məkanın
birləşməsindən materiya, başqa sözlə, eyni vaxtda mövcud
olma və bu səbəbdən də yaşama imkanı, ondan isə halların
dəyişməsi ilə substansiyanın sabitliyi imkanı törəyir
**
. Materiya
mahiyyəti etibarilə zaman və məkanın birləşməsi olduğu üçün,
bütövlükdə hər ikisinin izini özündə daşıyır. Materiya, öz
mənşəyini qismən ondan (çünki dəyişmə yalnız zamana
məxsusdur, yalnız onda mövcuddur, özü-özlüyündə nəsə sabit
bir şey deyildir), ələlxüsus özünün daimiliyi (substansiya) ilə
ayrılmaz olan forma ilə məkandan götürdüyündən xəbər verir
və onun aprior həqiqiliyi buna görə bütünlüklə məkanın
həqiqiliyi ilə izah edilə bilər.
***
Zamandan mənşəyini isə o,
özünün keyfiyyətliliyi (aksidensiya) ilə aşkar edir, bunsuz heç
vaxt aydınlaşmır və bu həmişə yalnız səbəbiyyətdir, başqa
materiyaya təsirdir, yəni dəyişiklikdir (zaman anlayışı). Bu
hərəkətin qanunauyğunluğu həmişə bəri başdan məkana və
zamana aiddir və yalnız buna görə əhəmiyyət kəsb edir. Bu
*
Materiya və substansiyanın eyni şey olması əlavədə göstərilmişdir.
**
Bu, Kant tərəfindən materiyanın izahının əsasını da aşkara çıxarır.
Ona görə materiya «məkanda hərəkətdə olan»
şeydir: axı hərəkat
məkan və zamanın yalnız birləşməsindən ibarətdir.
***
Kantın düşündüyü kimi, zamanı dərketmədən yox: təfsilatı ilə
əlavəyə bax.
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Artur Şopenhauer "Dünya: iradə və təsəvvür kimi"
22
zaman bu yerdə hansı vəziyyət olmalıdır – səbəbiyyətin
qanunverici qüvvəsinin şamil edildiyi təyin budur. Materiyanın
əsas təriflərinin idrakımızın bizə məlum formalarının a
priorisindən gəlinən bu nəticə ona əsaslanır ki, onların bəzi
xüsusiyyətlərini biz a priori olaraq dərk edirik, yəni məkanın
dolması, anlaşılmazlıq, başqa sözlə təsir qüvvəsi, sonra ölçü,
sonra əbədi bölünmə, mühafizə edilmə, yəni pozulmazlıq və
nəhayət, mütəhərriklik; əksinə ağırlığı, o istisna təşkil etməsə
də, a posteriori idraka aid etmək lazımdır, hərçənd Kant
«Təbiətşünaslığın metafiziki başlanğıcı» (səh. 71: nəşr
Rozenkrants, səh. 372) əsərində onu a priori olaraq dərk edilən
sayır.
Lakin obyekt subyekt üçün onun təsəvvürü olaraq
mövcud olduğu kimi, hər bir xüsusi təsəvvür sinfi də subyektdə
yalnız elə bu cür xüsusi təyin üçün mövcuddur, onu bu və ya
digər idrak qabiliyyəti adlandırırlar. Özü-özlüyündə natamam
forma kimi zaman və məkanın mühüm korrelyatını Kant sırf
hissiyyat adlandırmışdır: burada ilk cığırı Kant açdığı üçün, bu
ifadə saxlanıla bilər, hərçənd ki çox da uğurlu ifadə deyildir,
çünki hissiyyat artıq materiyanı nəzərdə tutur. Materiyanın,
yaxud səbəbiyyətin (bunlar eyni şeydir) subyektiv korrelyatı
düşüncədir, bundan artıq bir şey deyildir. Səbəbiyyəti dərk
etmək – onun yeganə funksiyası, onun müxtəlif cür tətbiq
olunan, lakin bu zaman özünün bütün təzahürlərində şəksiz
eyni olan müstəsna, böyük, irihəcmli qabiliyyəti budur. Əksinə,
hər cür səbəbiyyət və deməli hər cür materiya, onunla birlikdə
isə bütün gerçəklik yalnız idrak üçün, idrak vasitəsilə, idrakda
mövcuddur. İdrakın birinci, ən sadə və daimi təzahürü gerçək
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Artur Şopenhauer "Dünya: iradə və təsəvvür kimi"
23
dünyanın seyridir; o, bütövlükdə hərəkətin səbəbinin dərk
olunmasıdır, buna görə hər bir seyr əqlidir. Əgər məlum
hərəkətlər bilavasitə dərk olunmasaydı və bu yolla çıxış nöqtəsi
xidmətini görməsəydi, ona heç vaxt nail olmaq olmazdı. Bu,
heyvani bədənlərə təsirdir və onlar bunun ucbatından
subyektin bilavasitə obyektləri kimi çıxış edirlər: bütün digər
obyektlərin seyri onların vasitəsilə baş verir. Hər bir heyvan
bədəninin hiss etdiyi dəyişikliklər bilavasitə dərk edilir, yəni hiss
olunur və bu hərəkəti dərhal onun səbəbinə aid etdikləri üçün,
sonuncunun obyekt kimi dərki meydana çıxır. Səbəbə bu keçid
abstrakt anlayışlarda nəticə deyildir, o, nə refleksiya, nə də
qeyri-ixtiyari baş verir, əksinə bilavasitə, zəruri və düzgün olaraq
baş verir. Bu, təmiz idrakın dərk etmə üsuludur, onsuz heç vaxt
seyr baş verməzdi, yalnız bitkilərdə olduğu kimi, bilavasitə
obyektin dəyişikliklərinin dumanlı dərk olunması qalardı. Bu
dəyişikliklər mənasız olaraq əgər ağrı və ya məmnunluq
keyfiyyətində iradə üçün əhəmiyyət kəsb etməsə, biri-birini
əvəz edərdilər. Günəşin doğması ilə xarici aləm göründüyü kimi,
idrak da bir zərbə ilə, özünün yeganə, adi funksiyası ilə dumanlı,
heç nə deməyən hissi seyr şəklinə salır. Gözün, qulağın, əlin hiss
etdiyi seyr deyil, bu adi hissi məlumatlardır. İdrak yalnız
hərəkətdən səbəbə keçdiyi vaxt onun qarşısında məkanda seyr
kimi öz qiyafəsinə görə dəyişkən olan dünya açılır, çünki idrak
materiyanın, yəni gerçəkliyin təsvirində məkan və zamanı
birləşdirir. Bu dünya təsəvvür kimi yalnız idrak vasitəsilə
mövcud olmaqla, yalnız idrak üçün də mövcuddur. «Görmə və
rəng haqqında» traktatımda hisslərin çatdırdığı məlumatlardan
idrakın seyri necə yaratdığı, eyni bir obyektdən müxtəlif
hisslərlə əldə edilən təəssüratların müqayisəsindən körpənin
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Artur Şopenhauer "Dünya: iradə və təsəvvür kimi"
24
necə seyrə alışdığını, bir çox hissi fenomenlərin - iki gözlə adi
görmə qabiliyyəti, çəpgözlük və ya biri-birinin ardınca dayanan
və eyni vaxtda gözlə dərk edilən əşyaların iki görünməsinin və
hiss orqanlarında qəfil dəyişiklikdən yaranan cürbəcür xəyalların
izahının açarının yalnız bunda olmasını mən artıq göstərmişəm.
Lakin mən bu mühüm məsələni daha dərindən və təfsilatı ilə
əsas qanunu haqqında traktatımın ikinci nəşrində şərh etmişəm
(§ 21). Orada deyilənlərin hamısı burada yerinə düşərdi və
əslində burada təkrarlanmalı idi, lakin məndə necə ki,
başqalarından, eləcə də özüm-özümdən köçürmək ikrah
doğurduğu, bundan savayı mənim bunu orada edildiyindən
daha yaxşı şərh etmək qüdrətində olmadığım üçün, burada
təkrar olunmaq əvəzinə adı çəkilən əsərə baxmağı tövsiyə
edirəm, güman edirəm ki, bu əsər kifayət qədər məşhurdur.
Uşaqlar və cərrahiyyə əməliyyatına məruz qalmış,
anadan kor doğulanlar görməyi necə öyrənirlər; dərk ediləni iki
gözlə, ikiqat çox görmə; hiss orqanlarının adi vəziyyətlərindən
yerdəyişməsi zamanı ikiqat görmə və dərk etmə; obyektlərin
obrazları gözdə pozulduğu halda, onların düz peyda olması;
gözlərin fəaliyyətinin yalnız daxili funksiyasını, tamamilə əks
qütblərə bölünməsini təşkil edən rənglərin xarici əşyalara
keçməsi; nəhayət stereoskop– bütün bunlar onun sabit və
təkzibedilməz sübutudur ki, hər bir seyr təkcə sensual yox, həm
də əqlidir, yəni hərəkətdən səbəbin sırf düşüncəli dərkidir və
deməli səbəbiyyət qanununu nəzərdə tutur, o qanunu ki, hər
bir seyr, o cümlədən də təcrübə özünün ilkin imkanları ilə onun
dərk edilməsindən asılıdır, daha əksinə yox, yəni səbəbiyyət
qanununun dərk edilməsi, Yumun skeptisizmi iddia etdiyi kimi,
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Artur Şopenhauer "Dünya: iradə və təsəvvür kimi"
25
təkcə bu mülahizələrlə təkzib edilən təcrübədən asılı deyildir.
Çünki səbəbiyyətin dərk edilməsinin hər hansı təcrübədən
azadlığı, yəni onun a prior olması yalnız hər bir təcrübənin
ondan asılılığından çıxarıla bilər, bunu isə, öz növbəsində,
burada göstərilmiş üsulla (indicə adı çəkilmiş yerlərdə bəyan
edilmiş) sadəcə aşağıdakıları sübuta yetirməklə etmək olar:
səbəbiyyətin dərk edilməsi seyrdə, ümumiyyətlə, mövcuddur və
hər bir təcrübə bu sahəyə salınmışdır, yəni o (seyr) bütünlüklə
özünün təcrübəyə münasibətində apriordur, onun tərəfindən
şərt kimi nəzərdə tutulur, daha onu nəzərdə tutmur. Lakin bunu
Kantın etməyə çalışdığı və mənim əsas qanunu haqqında öz
traktatımın 23-cü paraqrafında tənqidə məruz qoyduğum üsulla
sübut etmək mümkün deyil.
§ 5
Lakin böyük anlaşılmazlıqdan çəkinmək lazımdır, ona
görə ki, guya seyr səbəbiyyəti dərk etmək vasitəsilə baş verir,
obyekt və subyekt arasında səbəb və hərəkət münasibəti vardır;
əksinə, belə münasibət həmişə yalnız bilavasitə və vasitəli
obyekt arasında, yəni həmişə yalnız obyektlər arasında
mövcuddur. Xarici aləmin gerçəkliyi barədə mənasız mübahisə
məhz bu qeyri-düzgün ehtimala əsaslanır. Bu mübahisədə
doqmatizm və skeptisizm bir-birinə qarşı çıxır, həm də birinci
gah realizm, gah da idealizm kimi çıxış edir. Realizm əşyanı
səbəb sayır və onun hərəkətini subyektin üzərinə keçirir. Fixte
idealizmi obyekti subyektin hərəkəti hesab edir. Lakin – bunu
yorulmadan təkrar etmək lazımdır – subyekt və obyekt arasında
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Artur Şopenhauer "Dünya: iradə və təsəvvür kimi"
26
əsas qanununa görə heç bir münasibət olmadığına görə nə bu,
nə də digər iddia heç vaxt sübut edilə bilməzdi və skeptisizm
uğurla hər ikisinə hücum edərdi. Çünki necə ki, səbəbiyyət
qanunu seyr və təcrübənin şərti kimi artıq öndə gedir və buna
görə onun onlardan dərk edilməsi (Yumun düşündüyü kimi)
mümkün deyil, eləcə də obyekt və subyekt artıq birinci şərt kimi
hər hansı dərketmənin və deməli, ümumiyyətlə, əsas
qanununun önündə gedir, çünki sonuncu yalnız hər hansı
obyektin forması, onun təzahürünün vacib üsuludur; obyekt isə
həmişə subyekti nəzərdə tutur, bu səbəbdən onların hər ikisinin
arasında səbəb və nəticə münasibəti ola bilməz. Əsas qanunu
haqqında traktatımın vəzifəsi məhz bu qanunun məzmununu
istənilən obyektin mühüm forması, yəni hər bir obyektiv varlığın
ümumi üsulu və obyektə xas necə bir şey kimi təqdim
etməkdən ibarətdir, lakin obyekt özlüyündə hər yerdə özünün
zəruri korrelyatı kimi subyekti nəzərdə tutur, odur ki, sonuncu
həmişə əsas qanununun fəaliyyətindən kənarda qalır. Xarici
aləmin reallığı barədə mübahisənin əsasında adı çəkilən
qanunun subyektə də təsirinin məhz bu qeyri-düzgün şamil
edilməsi durur; bu anlaşılmazlıqdan çıxış edərək o, heç vaxt özü-
özünü başa düşə bilməzdi. Bir tərəfdən realist doqmatizm
təsəvvürü obyektin hərəkəti kimi qiymətləndirdiyindən, onları
təsəvvür və obyekt deyə ayırmaq istəyir, halbuki onların hər
ikisi eyni şeydir; o, təsəvvürdən tamamilə fərqlənən səbəbi–
özündə obyekti subyektdən asılı olmayaraq qəbul etmək istəyir,
bunu isə heç ağla belə gətirmək olmaz, çünki obyekt artıq
özlüyündə həmişə subyekti nəzərdə tutur və bu səbəbdən
həmişə yalnız onun təsəvvürü olaraq qalır. Həmin yanlış
fərziyyədən çıxış edərək, skeptisizm bu baxışın əksinə olaraq
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Artur Şopenhauer "Dünya: iradə və təsəvvür kimi"
27
göstərir ki, təsəvvürdə biz yalnız hərəkəti görürük, səbəbi yox,
yəni biz heç vaxt varlığı dərk etmirik, həmişə obyektlərin
hərəkətini dərk edirik; lakin sonuncu ola bilsin ki, birinciyə
qətiyyən bənzəmir və ümumiyyətlə, tamamilə yanlış qavranılır,
ona görə ki, səbəbiyyət qanunu yalnız təcrübədən törəməlidir,
sonuncunun reallığı isə yenə də onun özünə əsaslanmalıdır.
Bununla bağlı– hər ikisinə ibrət olsun deyə– qeyd etmək
lazımdır ki, əvvəla, obyekt və təsəvvür eyni şeylərdir; ikincisi,
göz qabağında olan əşyaların varlığı məhz onların hərəkətidir və
şeylərin həqiqiliyi məhz sonuncuya bağlanır, obyektin varlığının
subyektin təsəvvüründən kənarda, həqiqi şeyin varlığının isə
onun hərəkətindən əlahiddə tələbi mənasızdır və ziddiyyət
təşkil edir; buna görə hər hansı dərk edilmiş hərəkət üsulunun
qavranılması bu obyektin özünü də tükəndirir, çünki o,
obyektdir, yəni təsəvvürdür, belə ki, bundan əlavə onda
dərkedilmə üçün heç nə qalmır. Bu mənada məkan və zamanda
seyr edilən, sırf səbəbiyyət kimi özünü göstərən dünya
tamamilə realdır; o, şübhəsiz ki, necə varsa, elədir və özünü
bütünlüklə və sona qədər səbəbiyyət qanunu ilə bağlı təsəvvür
kimi göstərir. Onun empirik reallığı da bundadır. Lakin digər
tərəfdən hər hansı səbəbiyyət yalnız idrakda və idrak üçün
mövcuddur və deməli, bütün bu həqiqi, yəni hərəkətdə olan
dünya özlüyündə həmişə idrakla şərtlənib və onsuz heç nədir.
Lakin təkcə buna görə yox, həm də ona görə ki, ümumiyyətlə,
ziddiyyət olmadan bir obyekti də subyektsiz təsəvvür etmək
olmaz, biz xarici aləmin reallığının belə doqmatik qavranılmasını
bütünlüklə rədd etməliyik, çünki belə anlayış reallığı bu
dünyanın subyektdən müstəqilliyində görür. Bütün obyektlər
aləmi təsəvvürdür və təsəvvür olaraq da qalır və məhz buna
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Dostları ilə paylaş: |