Dünya: iradə və təsəvvür kimi


Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi"



Yüklə 6,14 Mb.
Pdf görüntüsü
səhifə3/57
tarix01.01.2017
ölçüsü6,14 Mb.
#4243
1   2   3   4   5   6   7   8   9   ...   57

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

28 


görə  o,  tamamilə  və  həmişəlik  subyektlə  şərtlənib,  yəni 

transsendental  mükəmməlliyə  malikdir.  Lakin  bu  səbəbdən  o, 

nə  yalandır,  nə  də  ilğım:  o,  özünü  əsil  həqiqətdə  necə  varsa, 

eləcə  də  göstərir  –  təsəvvür  kimi  və  hətta,  bir  sıra  təsəvvürlər 

kimi.  Ümumi  əlaqəsi  də  əsas  qanunudur.  Özlüyündə  dünya, 

hətta  özünün  daxili  mənasında  belə  sağlam  təfəkkürə 

anlaşılandır  və  onunla  tam  anlaqlı  danışır.  Yalnız  əllaməliklə 

təhrif olunmuş ağıl onun reallığı barədə mübahisə edə bilər və 

bu, həmişə  əsas qanununun  yanlış  tətbiqi  ilə təklif  oluna  bilər; 

qanun bütün təsəvvürləri, hansı sinfə mənsub olursa- olsun, bir-

biri ilə bağlasa da, heç vaxt onları subyektlə, yaxud nə subyekt, 

nə də obyekt olmayan, yalnız obyektin əsası olan nə isə bir şeylə 

bağlamır:  belə  əlaqə  barədə  fikrin  özü  cəfəngiyatdır,  ona  görə 

ki,  yalnız  obyektlər  əsas  ola  bilər  və  həm  də  yalnız  və  yalnız 

obyektlərin əsası. 

Əgər  xarici  aləmin  reallığı  haqqında  məsələnin 

mənşəyini  yaxından  tədqiq  etsək,  görərik  ki,  əsas  qanununun 

onun  sahəsindən  kənarda  olanlara  yuxarıda  göstərilən  yanlış 

tətbiqindən savayı, onun formalarının xüsusi qarışığı da qoşulur, 

yəni  onun  yanlış  anlayışlara  və  ya  abstrakt  təsəvvürlərə 

münasibətdə  malik  olduğu  forma  əyani  təsəvvürlər,  real 

obyektlər  üzərinə  keçirilir  və  belə  obyektlərdən  dərketmənin 

əsası  tələb  olunur,  halbuki  onlar  yalnız  bərqərar  olma  əsasına 

malik  ola  bilərlər.  Əsas  qanunu  mücərrəd  təsəvvürlər,  fikrə 

bağlanmış  anlayışlar  üzərində  bu  mənada  hökmranlıq  edir  ki, 

onlardan hər birinin öz dəyəri, öz mənası var, bu halda özünün 

həqiqət  adlandırılan  bütün  mövcudluğunu  müstəsna  dərəcədə 

fikrin ondan kənarda nəyinsə üzərinə, özünün dərketmə əsasına 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

29 


(bunun  üzərinə  isə  daim  qayıtmaq  lazımdır)  keçirməklə  əldə 

edir.  Əksinə,  əsas  qanunu  real  obyektlər,  əyani  təsəvvürlər 

üzərində  dərketmə  əsası  kimi  yox,  bərqərar  olma  əsası, 

səbəbiyyət  qanunu  kimi  hökmrandır:  bu  obyektlərdən  hər  biri 

ona öz xəracını bununla ödəmişdir ki, o, ayağa durmuşdur, yəni 

səbəbdən  hərəkət  kimi  baş  vermişdir;  dərketmə  əsasının 

tələbləri  burada  qüvvə  və  məna  kəsb  etmir,  o,  tamamilə  digər 

obyektlər sinfinə aiddir. Bu səbəbdən gözlə görünən dünya, nə 

qədər  ki,  biz  onun  üzərində  dayanmışıq,  müşahidəçidə 

etimadsızlıq  və  şübhə  oyatmır:  burada  nə  yanılma  var,  nə  də 

həqiqət,  onlar  mücərrədlik,  refleksiya  sahəsinə  çəkilmişlər. 

Burada isə dünya hiss və idrak üçün açıqdır, sadəlövh həqiqətlə 

özünü  olduğu  kimi  göstərir  –  səbəbiyyətlə  bağlı  qanunauyğun 

inkişaf edən əyani təsəvvür kimi. 

Xarici aləmin reallığı məsələsi, bizim indiyədək nəzərdən 

keçirdiyimiz kimi, daim şüurun özü-özünü anlamama dərəcəsinə 

çatan  yolunu  azmasından  irəli  gəlirdi  və  bu  suala  yalnız  onun 

məzmununu  izah  etməklə  cavab  vermək  olardı.  Əsas 

qanununun  bütün  mahiyyətini,  obyekt  və  subyekt  arasında 

münasibətləri  və  hissi  seyrin  əsl  xüsusiyyətlərini  tədqiq 

etdikdən  sonra  haqqında  bəhs  edilən  məsələ  öz-özünə  aradan 

qalxmalıdır,  çünki  onda  artıq  heç  bir  məna  qalmamışdır.  Lakin 

adı  çəkilən,  sırf  mücərrəd  mənşədən  savayı  onun  bambaşqa, 

özünəməxsus  empirik  mənbəyi  də  vardır,  hərçənd  burada  o, 

hələ  də  spekulyativ  məqsədlə  qoyulur.  Onun  axırıncı  mənada 

məqsədi 


birinciyə 

nisbətən 

qat-qat 

anlaşılandır. 

O, 

aşağıdakından  ibarətdir:  biz  yuxular  görürük–  həyatımız  yuxu 



deyilmi?  Yaxud  daha  aydın:  yuxu  və  gerçəklik,  arzu  və  real 

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

30 


obyektlər  arasında  fərq  qoymaq  üçün  etibarlı,  düzgün  ölçü 

varmı?  Reallıqla  müqayisədə  canlılığın  cüziliyi  və  xəyali  seyrin 

aydınlığına  istinad  etmək  heç  bir  diqqətə  layiq  deyil,  ona  görə 

ki, heç kim indiyədək müqayisə üçün onları bilavasitə bir-biri ilə 

müqayisə  etməmişdir,  yalnız  yuxunun  xatirələrini  mövcud 

gerçəkliklə müqayisə etmək olardı. Kant məsələni belə həll edir: 

«Təsəvvürlərin  qarşılıqlı  əlaqəsi  səbəbiyyət  qanununa  görə, 

həyatı  yuxudan  fərqləndirir».  Lakin  yuxuda  da  tək-tək  təsadüf 

edilən  hər  şey  əsas  qanununa  görə,  onun  bütün  formalarında 

bir-biri  ilə  əlaqədardır  və  bu  rabitə  yalnız  həyat  və  yuxu 

arasında,  ayrı-ayrı  yuxular  arasında  qırılır.  Bununla  əlaqədar 

Kantın cavabı belə səslənirdi: uzun yuxu (həyat) əsas qanununa 

görə,  fasiləsiz  bağlılıqla  fərqlənir,  lakin  o,  qısa  röyalarla  bağlı 

deyil,  hərçənd  onlardan  hər  biri  özü-özlüyündə  elə  həmin 

bağlılığa  malikdir;  beləliklə,  sonuncu  və  birinci  arasında  bu 

körpü dağılmışdır, onları elə bu əlamətə görə də fərqləndirirlər. 

Lakin nəsə yuxuya girib, yaxud həqiqətən baş veribmi meyarı ilə 

tədqiqat aparmaq olduqca çətin olardı və çox vaxt mümkün də 

deyil:  axı  biz  yaşadığımız  hər  bir  hadisə  və  bu  dəqiqə  arasında 

səbəb əlaqəsini bənd-bənd izləmək qüdrətində deyilik, lakin bu 

əsasda  hələ  iddia  etmirik  ki,  belə  hadisəni  yuxuda  görmüşük. 

Buna  görə  gerçək  həyatda  yuxunu  reallıqdan  fərqləndirmək 

üçün  artıq  bu  növ  tədqiqatlardan  istifadə  edilmir.  Bunun  üçün 

yeganə düzgün ölçü heç nə yox, sırf oyanma meyarıdır: sonuncu 

müstəqim  şəkildə  və  hiss  olunan  dərəcədə  yuxuya  girən 

hadisələrlə  real  hadisələr  arasında  səbəb  əlaqəsini  pozur. 

Bunun  gözəl  təsdiqini  biz  Hobbsun  «Leviafan»ın  2-ci  fəslində 

etdiyi iradda görürük: biz oyandıqda belə çox asanlıqla yuxunu 

gerçəklik kimi qəbul edirik.  


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

31 


Əgər  pallı-paltarlı  qəfil  yuxuya  getmişiksə,  ələlxüsus, 

bütün  fikrimiz-zikrimizi  oyaqlıqda  olduğu  kimi,  yuxuda  da 

hansısa tədbir və ya fikir, düşüncə məşğul edibsə, bu halda biz 

oyanışı  yuxuya  getmək  qədər  az  hiss  edirik:  yuxu  gerçəkliklə 

qovuşur  və  onunla  qarışır.  Belə  olan  təqdirdə  yalnız  Kantın 

meyarını  tətbiq  etmək  qalır;  əgər  sonra  da,  çox  vaxt  belə  də 

olur,  hazırkı  ilə  səbəb  əlaqəsi  və  ya  onun  yoxluğu  tam 

aydınlaşmazsa,  məlum  hadisənin  yuxu  olması  və  ya  ayrılıqda 

baş  verməsi  məsələsi  həmişəlik  həll  edilməmiş  qalacaqdır. 

Burada  həqiqətən  bizim  qarşımızda  həyat  və  yuxu  arasında  sıx 

qohumluq  açıq-aşkar  özünü  büruzə  verir.  Bir  çox  dahi 

mütəfəkkirlər onu dərk edib fikir söylədikləri halda, biz niyə onu 

qəbul  etməkdən  utanmalıyıq?  Vedalar  və  Puranalar  Mayya 

hüceyrəsi  adlandırdıqları  gerçək  aləmi  bütünlüklə  dərk  etmək 

üçün yuxudan münasib müqayisə tapmamış, onu başqalarından 

tez-tez  dilə  gətirmişlər.  Platon  dəfələrlə  demişdir  ki,  insanlar 

yalnız yuxuda yaşayır və yalnız filosof ayıqlığa can atır. Pindar (P. 

135) deyir: insan – kölgənin yuxusudur. Sofoklun fikrincə: 



Yerin bəslədiyi hər şey, yüngül kabus 

və boş kölgədən savayı bir şey deyil.

2

 

 

 

 

 

 

 

 

(Ayaks, 135) 

Onunla yanaşı daha ləyaqətli Şekspir çıxış edir: 



Biz də yuxu kimi yaranmışıq, 

həyatın qısa günləri yuxu ilə əhatə olunub.   

 

 

 

        (Fırtına, IV, 1). 

 

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

32 


Nəhayət,  Kalderon  bu  dünyagörüşünə  o  qədər  aludə 

olmuşdu  ki,  onu  özünün  «Həyat-yuxudur»

3

 adlı  bir  növ 



metafizik dramında izhar etmək istəmişdir. 

Şairlərdən  gətirilən  bu  bol  sitatlardan  sonra  mənə  də 

müqayisə işlətməyə yəqin ki, icazə verilər. Həyat və yuxu - eyni 

kitabın  səhifələridir  (seç.  mənimdir-  red.).  Məntiqli  mütaliə 

gerçək  həyat  adlanır.  Bizim  mütaliəmizin  adi  müddəti  (gün) 

başa  çatıb,  istirahət  vaxtı  çatdıqda,  biz  çox  vaxt  fərəhlə  kitabı 

səhifələməkdə  davam  edir,  nizamsız  və  rabitəsiz  şəkildə  onun 

gah  bu,  gah  da  digər,  çox  vaxt  isə  artıq  oxunmuş,  bəzən  isə 

naməlum,  lakin  həmişə  eyni  kitabın  səhifəsini  açırıq.  Bu  cür 

əlahiddə  oxunmuş  səhifə  həqiqətən  mütəmadi  mütaliə  ilə 

rabitədən  kənardadır,  lakin  bu  səbəbdən  heç  də  ondan  geri 

qalmır:  axı  məqsədli  ardıcıl  mütaliə  də  qəfil  başlanır  və  sona 

yetir,  bu  səbəbdən  onun  özündə  də  ayrıca  səhifə,  lakin  böyük 

həcmdə, görmək lazımdır. 

Beləliklə, ayrı-ayrı yuxular gerçək həyatdan onun canına 

daim  işləyən  təcrübənin  ümumi  əlaqəsinə  daxil  olmaması  ilə 

fərqlənsə də, hərçənd oyanma bu fərqin mövcudluğuna dəlalət 

etsə  də,  məhz  təcrübənin  əlaqəsinin  özü  gerçək  həyata  onun 

forması kimi məxsusdur və yuxu öz növbəsində daxili əlaqəsini 

ona  qarşı  qoyur.  Əgər  onları  qiymətləndirərkən,  həyatın  və 

yuxunun hüdudlarından kənar nöqteyi-nəzəri tutsaq, biz onların 

mahiyyətində  müəyyən  fərq  tapmayacaq  və  şairlərlə  birlikdə 

etiraf etməli olacağıq ki, həyat – uzun yuxudur. 

Əgər  biz  xarici  aləmin  reallığı  məsələsini  bu,  tamamilə 

müstəqil  empirik  mənbəyindən  onun  mücərrəd  mənşəyinə 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

33 


qayıtsaq  və  görsək  də  ki,  o,  əvvəla,  əsas  qanununun  məhz 

subyekt  və  obyekt  arasında  yanlış  tətbiqindən,  ikincisi,  onun 

formalarının  qarışmasından,  yəni  idrakın  əsası  qanununun 

bərqərar  olmanın  əsası  qanununun  hökm  sürdüyü  sahəyə 

keçirilməsindən  ibarətdir,  bununla  belə  bu  məsələ  hər  hansı 

həqiqi  məzmunundan  məhrum  olsaydı  və  onun  mahiyyətində 

əsl  mənbə  kimi  düzgün  fikir  durmasaydı,  bu  məsələ  çətin  ki, 

filosofları məşğul edərdi. Mənbə haqqında isə belə fərziyyə irəli 

sürmək  olar  ki,  o,  özünün  ifadəsinin  axtarışı  naminə  refleksiya 

sahəsinə  qədəm  qoyan  kimi  bu  cür  yanlış,  özü-özü  üçün  aydın 

olmayan  forma  və  məsələlər  əxz  etmişdir.  Mənim  fikrimcə, 

məsələ  belədir  və  problemin  onun  tapa  bilmədiyi  daxili 

mənasının  təmiz  ifadəsi  kimi  aşağıdakıları  təklif  edirəm:  Bu 

gözlə  görünən  dünya  mənim  təsəvvürüm  deyil,  bəs  nədir? 

Mənim  tərəfimdən  yalnız  bir  şəkildə,  yəni  təsəvvür  kimi  dərk 

edilən,  o,  tərəfimdən  ikili  dərk  olunan  bədənimə  bənzəmirmi, 

bir  tərəfdən  təsəvvür,  digər  tərəfdən  iradə  deyilmi?  Bu 

məsələnin izahı və ona müsbət cavab ikinci kitabın məzmununu 

təşkil  edəcək,  ondan  çıxarılan  nəticələr  isə  bu  əsərin  yerdə 

qalan hissəsini tutacaqdır. 

 

§ 6 


Hələlik  isə  bu,  birinci  kitabda  biz  hər  şeyin  yalnız 

təsəvvür  kimi,  subyekt  üçün  obyekt  kimi  nəzərdən  keçiririk  və 

bütün digər real obyektlər kimi, öz bədənimizi də biz yalnız dərk 

edilə  bilmə  sarıdan  nəzərdən  keçiririk,  odur  ki,  bizim  üçün 

bədənimiz  yalnız  və  yalnız  təsəvvürdür.  Doğrudur,  digər 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

34 


obyektlərin  tək  bir  təsəvvür  elan  edilməsinə  artıq  müqavimət 

göstərən  hər  bir  kəsin  şüuru  indi,  öz  bədənin  olsa-olsa  yalnız 

təsəvvür kimi dərk edildiyi bir zamanda daha güclü müqavimət 

göstərir.  Bu  onunla  izah  olunur  ki,  hər  bir  kəsə  özündə  şey 

bilavasitə  məlumdur,  çünki  o,  onun  öz  bədənidir,  o,  digər 

seyretmə  predmetindən  obyektivləşdiyi  üçün,  hər  bir  kəsə 

yalnız vasitə ilə məlumdur. Lakin bizim tədqiqatımızın gedişi bu 

abstraksiyanı,  bu  birtərəfli  üsulu,  mahiyyəti  etibarilə  vəhdət 

təşkil  edən  bu  zorakı  ayrılığı  zəruri  edir  və  ol  səbəbdən  belə 

müqaviməti  müəyyən  vaxtadək  boğmaq  və  bu  intizarda 

sakitləşdirmək  lazımdır  ki,  sonrakılar  indiki  düşüncələrin 

birtərəfliliyini  tamamlayacaq  və  dünyanın  mahiyyətinin  tam 

dərk edilməsinə gətirib çıxaracaqdır. 

Beləliklə, bədən bizim üçün burada bilavasitə obyektdir, 

yəni  subyekt  üçün  idrakın  başlanğıc  nöqtəsi  xidmətini  görən 

təsəvvürdür,  odur  ki,  bədən  özünün  bilavasitə  qavranılan 

dəyişiklikləri ilə səbəbiyyət qanununun tətbiqindən qabaq gəlir 

və  beləliklə  ona  ilkin  material  çatdırır.  Materiyanın  bütün 

mahiyyəti, göstərildiyi kimi, onun fəaliyyətindən ibarətdir. Lakin 

hərəkət  və  səbəb  yalnız  idrak  üçün  mövcuddur  və  bu  onların 

subyektiv  korrelyatından  savayı  bir  şey  deyil.  İdrak  isə  onun 

törətdiyi  nəsə  başqa  bir  şey  olmasaydı,  heç  vaxt  tətbiqini 

tapmazdı.  Bu  başqa  şey  isə  adi  cismani  hisslərdir,  bədənin 

dəyişikliklərini  bilavasitə  duymadır  və  bu  səbəbdən  bədən 

bilavasitə obyekt kimi göz qabağına gəlir. Odur ki, əyani dünyanı 

dərk etməkdən ötrü, fikrimizcə, iki şərt var. Birinci, əgər biz onu 



obyektiv  ifadə  etsək,  bu,  cisimlərin  biri-birinə  təsiri,  bir-birində 

dəyişiklik  doğurmaq  qabiliyyətidir,  bütün  cisimlərin  bu  ümumi 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

35 


xüsusiyyəti  olmadan  və  hətta  heyvani  bədənlərin  hissiyyatının 

mövcud  olması  ilə  belə  seyr  qeyri-mümkün  olardı;  əgər  bu 

birinci  şərti  subyektiv  ifadə  etsək,  o  belə  səslənəcəkdir:  yalnız 

idrak seyri mümkün edir, çünki səbəbiyyət qanunu, hərəkət və 

səbəbin  imkanı  yalnız  idrakdan  doğur  və  yalnız  onun  üçün 

əhəmiyyət  kəsb  edir,  buna  görə  aşkar  dünya  yalnız  onun  üçün 

və  onun  vasitəsilə  mövcuddur.  İkinci  şərt  heyvani  cisimlərin 

həssaslığı  və  ya  bəzi  cisimlərin  bilavasitə  subyektin  obyekti 

olmaq  xüsusiyyətidir.  Hissiyyat  orqanlarının  xarici  təsirlərə 

spesifik  uyğunlaşma  qabiliyyəti  üzündən  keçirdikləri  adi 

dəyişiklikləri artıq təsəvvür adlandırmaq olar, çünki belə təsirlər 

nə  ağrı,  nə  də  məmnunluq  oyadır,  başqa  sözlə,  iradə  üçün 

bilavasitə  əhəmiyyət  kəsb  etmir,  amma  yenə  də  dərk  olunur, 

təbii  ki,  yalnız  idrak  üçün  mövcud  olaraq:  bu  mənada  mən  də 

deyirəm  ki,  bədən  bilavasitə  dərk  olunandır,  bədən  bilavasitə 

obyektdir. Lakin obyekt anlayışını burada həqiqi mənada qəbul 

etmək  olmaz,  ona  görə  ki,  cismin  bilavasitə  dərk  olunmasının 

köməyi  ilə  –  düşünmənin  tətbiqinin  sələfi  və  adi  duyğu  olan 

idrak – cismin özü obyekt kimi çıxış etmir, yalnız ona təsir edən 

cisimlər çıxış edir, belə ki, öz mənasında obyektin, yəni məkan – 

əyani  təsəvvürün  hər  növ  dərki  yalnız  idrak  vasitəsilə  və  onun 

üçün mövcuddur və deməli, onun tətbiqinədək yox, sonra. Buna 

görə  bədən  həqiqətdə  obyekt,  yəni  məkanda  aşkar  təsəvvür 

kimi,  bütün  digər  obyektlər  kimi  yalnız  dolayısı,  səbəbiyyət 

qanununun  bədənin  bir  hissəsinin  digərinə  təsirinə  tətbiqi 

vasitəsilə dərk edilir – məsələn, bununla dərk edilir ki, göz onu 

görür, əl toxunmaqla hiss edir. Buna görə də bütövlükdə əhval 

bizi  öz  bədənimizin  forması  ilə  tanış  etmir,  yalnız  idrak 

vasitəsilə, yalnız təsəvvürdə, yəni yalnız beyində ilk dəfə olaraq 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

36 


öz  bədənimiz  müəyyən  ölçüdə,  parçalanmış,  üzvi  şəkildə  bizə 

görünür.  Anadan  kor  doğulmuş  bu  təsəvvürü  yalnız  tədricən, 

lamisənin təchiz etdiyi duyulan məlumatlar vasitəsilə əldə edir; 

əlsiz kor heç vaxt öz bədəninin formasını öyrənə bilməz, yaxud 

çarəsiz  qaldıqda  digər  vücudların  ona  təsirindən  onu  yaratmalı 

və  tədricən  onun  barəsində  nəticə  çıxarmalı  idi.  Bizim 

sözlərimizi,  yəni  bədən  –  bilavasitə  obyektdir,  -  bu  cür 

məhdudiyyətlə başa düşmək lazımdır. 

Qalan  məsələlərdə,  deyilənlərə  müvafiq  olaraq,  bütün 

heyvani  bədənlər  bilavasitə  obyektlərdir,  yəni  hər  şeyi  dərk 

edən  və  buna  görə  heç  vaxt  dərk  olunmayan  obyekt  üçün 

dünyanı seyrin çıxış nöqtəsidir. İdrak onunla şərtlənən motivlər 

üzrə  hərəkətlə  birlikdə,  qıcıqlandırıcılar  üzrə  hərəkət  bitkilərin 

xarakterini  təşkil  etdiyi  kimi  heyvanlığın  əsil  xarakterini  təşkil 

edir;  cansızlar  isə  əsl  səbəbdən  (bu  sözün  ən  dar  mənasında) 

doğan  hərəkətdən  savayı  hərəkətə  malik  deyil.  Bütün  bunları 

mən  təfsilatı  ilə  əsas  qanunu  haqqında  traktatımda  (§  20), 

«Etikanın iki əsas problemi» adlı birinci məqalədə (III), «Görmə 

qabiliyyəti  və  rəng  haqqında»  əsərimdə  izah  etmişəm–  onlara 

baxın. 


Deyilənlərdən  belə  çıxır  ki,  bütün  heyvanlar,  ən  qeyri-

kamilləri  belə  ağıla  malikdir,  çünki  onların  hamısı  obyektləri 

dərk  edir  və  bu  dərketmə  motiv  kimi  onların  hərəkətlərini 

müəyyənləşdirir.  Ağıl  bütün  heyvanlarda  və  bütün  insanlarda 

eynidir, hər yerdə eyni bir sadə formaya malikdir – səbəbiyyəti 

dərketmə, hərəkətdən səbəbə və səbəbdən hərəkətə keçiddən 

savayı  bir  şey  deyil.  Lakin  onun  kəskinlik  dərəcəsi  və  onun 

dərketmə  sferasının  həddi  olduqca  müxtəlifdir  və  bilavasitə  və 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

37 


dolayı  obyekt  arasında  səbəb  münasibətlərinin  dərk  olunduğu, 

yəni  intellektin  ancaq  bədənin  üzərində  hiss  etdiyi  təsirdən 

onun  səbəbinə  keçməyə  və  onu  obyekt  kimi  məkanda  seyr 

etməyə  çatdığı  ən  aşağı  pillədən  tutmuş,  təbiətdə  səbəb  və 

hərəkətlərin ən mürəkkəb uzlaşmasına nüfuz etməyədək çatan 

təkbir  dolayı  obyektlər  arasında  səbəb  əlaqəsinin  dərk 

olunmasının  ən  yüksək  pilləsinədək  çoxsaylı  müxtəlif  pillələrdə 

yerləşmişdir.  Ona  görə  ki,  bu  yüksək  idrak  da  şüura  yox, 

düşüncəyə  aiddir,  onun  mücərrəd  anlayışı  idrakın  bilavasitə 

başa  düşdüyü  qavrayış,  möhkəmlənmə  və  birləşmə  xidmətini 

görə  bilər,  lakin  qətiyyən  qavrayışın  özünü  yarada  bilməz. 

Təbiətin hər hansı qüvvəsi və qanunu, onların təzahür etdiyi hər 

bir  hal  əvvəlcə  idrak  tərəfindən  bilavasitə  dərk  olunmalı, 

reflektiv  şüura  ağıl  üçün  in  abstracto  daxil  olmazdan  qabaq 

intuitiv  olaraq  qəbul  edilməlidir.  R.Huk  tərəfindən  cazibə 

qanununun

4

 kəşfi  idrakın  intuitiv,  bilavasitə  dərki  və  bir  çox 



təzahürlərin bu vahid qanunla əsaslandırılması ilə baş vermişdir 

ki,  sonradan  bütün  bunlar  Nyutonun  hesablamaları  ilə  öz 

təsdiqini  tapmışdır;  Lavuazye  tərəfindən  oksigenin  və  onun 

təbiətdə mühüm rolunun kəşfi

5

Höte tərəfindən fiziki rənglərin 



mənşəyinin  kəşfi

6

 də  bu  səpgidəndir.  Bütün  bu  kəşflər 



hərəkətdən  səbəbə  bilavasitə  düzgün  keçiddən  savayı  bir  şey 

deyil. Bu cür keçid həmin kateqoriyadan olan bütün səbəblərdə 

özünü  büruzə  verən  təbiət  qüvvəsinin  eyniyyətinin  tezliklə 

dərkinə gətirib çıxarır. Bütün bunların dərk edilməsi idrakın elə 

həmin 

yeganə 


funksiyasının 

təzahürü 

dərəcəsi 

ilə 


fərqlənməsidir.  Həmin  funksiyanın  vasitəsilə  heyvan  da  onun 

bədəninə  məkanda  obyekt  kimi  təsir  göstərən  səbəbi  anlaya 

bilər. Bax elə bütün bu səbəblərdəndir ki, böyük kəşflər seyr və 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

38 


idrakın  bütün  təzahürləri  kimi  bilavasitə  fikirdir  və  özlüyündə 

dəqiqələrin, appercu, gümanın yaranmasının mahiyyətidir, daha 

mücərrəd fikirlərin uzun zəncirinin məhsulu yox; sonuncu (fikir) 

şüurun  abstrakt  anlamında  idrakın  bilavasitə  dərk  etdiklərini 

qeyd  etmək,  yəni  onu  aydınlaşdırmaq,  başqalarını  şərh  etmək 

üçün onu yararlı etməkdən ötrüdür. 

Dolayı 

dərk 


edilən 

obyektlər 

arasında 

səbəb 


münasibətlərinin 

qavranılmasında 

idrakın 

itiliyi 


təkcə 

təbiətşünaslıqda  (bütün  kəşflərə  görə  ona  borcluyuq)  deyil, 

həm də əql adlandırılan praktiki həyatda tətbiq olunur. Halbuki 

birinci  əlavədə  onu  (əqli)  fərasət,  bəsirət,  gözüaçıqlıq 

adlandırmaq  yerinə  düşərdi.  Əql  sözünün  dəqiq  mənası 

müstəsna dərəcədə iradənin xidmətində duran idrak deməkdir. 

Qeyd  edək  ki,  bu  anlayışlar  arasında  müəyyən  sərhəd  çəkmək 

mümkün deyil, ona görə ki, qarşınızda artıq məkanda obyektləri 

seyr zamanı hər bir heyvanda fəaliyyət göstərən həmin idrakın 

elə  həmin  funksiyasıdır;  bu  funksiya  öz  qüvvəsinin  yüksək 

pillələrində  gah  həmin  fəaliyyətlə  bağlı  təbiətin  təzahürlərində 

naməlum  səbəbi  düzgün  tapır  və  beləliklə  şüura  təbiətin 

qanunu  kimi  ümumi  qaydaların  bərqərar  olmasından  ötrü 

material verir; gah məlum səbəbləri məqsədəuyğun hərəkətlərə 

uyğunlaşdıraraq  mürəkkəb  və  ağıllı  maşınlar  ixtira  edir;  gah  da 

motivasiyaya  müraciət  edərək  incə  intriqa  və  fırıldaqları  başa 

düşür və onları pozur, yaxud insanları onlardan hər birinin tabe 

olduğu  motivlərə  müvafiq  bölüşdürür  və  sonra  öz  istəyinə 

uyğun  sükan  və  təkərlər  maşınları  necə  hərəkətə  gətirirsə, 

onları hərəkətə gətirir və onları müəyyən məqsədlərə yönəldir. 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

39 


Əqli  çatışmazlıq  özünün  həqiqi  mənasında  axmaqlıq 

adlanır:  bu,  məhz  əsas  qanununun  tətbiqində  korafəhmlik, 

səbəb və hərəkət, motiv və əməl arasında uzlaşmanı bilavasitə 

dərk  etmək  qabiliyyətində  olmamaqdır.  Axmaq  adam  təbii 

təzahürlərin əlaqəsini görmür – nə başlı-başına qaldıqları yerdə, 

nə də planauyğun şəkildə onlardan istifadə edilən yerlərdə, yəni 

maşınlarda:  elə  bu  səbəbdəndir  ki,  o,  həvəslə  caduya  və 

möcüzəyə  inanır.  Axmaq  görə  bilmir  ki,  üzdə  bir-birindən  asılı 

olmayan  ayrı-ayrı  təsir,  əsil  həqiqətdə  öz  aralarında  ilkin 

razılaşmaya əsasən hərəkət edir; bu səbəbdən onu çox asanlıqla 

aldatmaq  və  maraq  oyandırmaq  olar  –  o,  təklif  olunan 

məsləhətlərdə,  söylənilən  mülahizələrdə  gizli  motivləri  hiss 

etmir  və  s.  Həmişə  çatmayan  bir  şeyi  vardır:  səbəbiyyət 

qanununun tətbiqində kəskinlik, cəldlik və yüngüllük, yəni idrak 

qüvvəsi  çatışmır.  Ən  böyük  və  baxdığımız  mənada  axmaqlığın 

ən  ibrətamiz  nümunəsi,  mənim  nə  vaxtsa  gördüklərim 

içərisində  dəlixanada  müşahidə  etdiyim  on  bir  yaşlı  kütbeyin 

oğlan uşağıdır. O, şüurlu idi, yəni başa düşür və danışırdı: lakin 

idrak  səviyyəsinə  görə  bir  çox  heyvanlardan  aşağı  səviyyədə 

dayanırdı.  Nə  vaxt  gəlsəydim,  boynumdan  asılan  şüşə-gözün 

diqqətlə  oyan-buyanına  baxardı,  burada  otağın  pəncərələri  və 

onun  arxasından  ucalan  ağacların  zirvələri  əks  olunardı:  bu 

mənzərə hər  dəfə  onda böyük  heyrət  və təəccüb  doğurardı  və 

o,  valeh  olmaqdan  yorulmurdu  –  o,  inikasın  bu  bilavasitə 

səbəbiyyətini başa düşmürdü. 

Müxtəlif  insanlarda  idrakın  itilik  dərəcəsi  eyni  olmadığı 

kimi,  müxtəlif  heyvan  cinsləri  arasında  bu  fərq  daha  böyük 

nəzərə  çarpır.  Lakin  hamıda,  hətta  bitkilərə  ən  çox  yaxın 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

40 


olanlarda  belə  bilavasitə  obyektdə  hərəkətdən  səbəb  kimi 

vasitələnmiş 

obyektə, 

yəni 


obyektin 

seyrinə,                                      

qavranılmasına  keçid üçün lazım olan dərəcədə dərrakə vardır; 

çünki  məhz  sonuncu  qavrayış  onları  heyvan  edir,  belə  ki,  o, 

onlara motivlə bağlı hərəkət etmək və buna görə qidanı axtarıb 

tapmaq və ya ələ keçirmək imkanı verir– halbuki bitkilər yalnız 

qıcıqlandırıcı  üzrə  hərəkət  etdiyindən  və  yaxud  onların 

bilavasitə təsirini gözləməli, ya da haldan düşməli olduqlarından 

onları axtarıb tapmaq və ya tutmaq iqtidarında olmurlar. Biz ən 

kamil  heyvanların  –  məsələn  itin,  filin,  meymunun  fəhminə 

heyran  qalırıq.  Büffon  meymunun  ağlını  çox  ustalıqla  təsvir 

etmişdir.  Həmin  bu  kifayət  qədər  ağıllı  heyvanlara  əsasən  biz, 

yetərincə  dəqiqliklə  ağlın  köməyi  olmadan,  yəni  anlayışlarda 

mücərrəd  idrak  olmadan  dərrakənin  nə  qədər  güclü  olduğunu 

ölçə  bilərik:  biz  bunu  öz  üzərimizdə  bu  dərəcədə  yaxşı  öyrənə 

bilmərik, çünki bizim özümüzdə dərrakə və ağıl həmişə bir-birini 

dəstəkləyirlər.  Bu  səbəbdəndir  ki,  heyvanlardakı  dərrakənin 

təzahürü  gah bizim  gözləntilərimizdən  artıq,  gah  da  aşağı  olur. 

Bir tərəfdən bizi Avropanı səyahət zamanı çoxsaylı körpülərdən 

keçmiş,  ancaq  bir  dəfə  onun  ağırlığına  tab  gətirməyəcəyini 

düşünüb  bir  körpüyə  ayaq  basmaqdan  imtina  edən  filin 

dərrakəsi  heyran  qoyur.  Halbuki,  həmişə  olduğu  kimi,  insanlar 

və  atların  onun  üstündən  keçdiyini  görürdü.  Digər  tərəfdənsə, 

ağıllı  oranqutanqların  tapdıqları  tonqalın  sönməməsi  üçün  ona 

odun  atmaması  bizi  təəccübləndirir.  Sonuncu  sübut  edir  ki, 

burada  elə  dərrakəlilik  tələb  olunur  ki,  mücərrəd  anlayışlar 

olmadan o mümkün deyil. 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

41 


Dərrakənin ümumi əməliyyatı kimi, hətta a priori olaraq 

səbəb  və  təsirin  dərk  edilməsi  heyvanlara  xasdır;  bunu 

tamamilə  aydın  şəkildə ondan  görmək olar  ki,  bizim  kimi  onlar 

üçün  də  idrak  xarici  aləmi  görüb  dərk  etməyin  ilkin  şərtidir. 

Əgər daha bir təsdiq də istəyirsinizsə, xatırlatmaq yerinə düşər 

ki,  məsələn,  hətta  küçük  istəsə  belə,  stoldan  yerə  tullanmağa 

cəsarət  etmir,  ona  görə  ki,  bədənin  ağırlığının  təsirini 

qabaqcadan  görür,  hərçənd  ki,  bu  vəziyyətlə  bağlı  müvafiq 

təcrübəyə  malik  deyil.  Lakin  heyvanların  dərrakəsini  müzakirə 

edərkən  biz,  instinktin  təzahürü  olan    şeyləri  onun  adına 

çıxmaqdan  çəkinməliyik:  söhbət  öz  təsirinə  görə  həm  idrak, 

həm də zəkadan fərqlənən, lakin çox vaxt hər ikisinin birləşmiş 

fəaliyyətinə olduqca bənzəyən qabiliyyətdən gedir. Bir də axı bu 

məsələnin  izahı  burada  yersizdir,  biz  bu  şərhi  harmoniyanı, 

yaxud necə deyərlər, təbiətin teleologiyasını araşdırarkən ikinci 

kitabda  verəcəyik;  əlavələrin  27-ci  fəsli  bütünlüklə  ona  həsr 

edilmişdir. 

İdrak  çatışmamazlığını  biz  axmaqlıq  adlandırdıq:  sonra 

biz  görəcəyik  ki  ağlın  təcrübədə  tətbiqi  çatışmazlığı– 

sadəlövhlükdür;  mühakimə  qabiliyyətinin  çatışmazlığı  – 

məhdudluqdur;  nəhayət,  yaddaşın  tam  və  ya  qismən 

çatışmazlığı  –  korafəhmlikdir.  Yeri  gəldikcə,  hər  biri  haqqında 

ayrılıqda danışacağıq. 

Ağlın  düzgün  dərk  etdiyi  şey–  həqiqətdir,  yəni  kifayət 

qədər  əsaslı  mücərrəd  fikirdir  (bax:  «Əsas  qanununun  dördlük 

kökü haqqında», № 29, və s.); dərrakənn düzgün dərk etdiyi şey 

–  reallıqdır,  yəni  bilavasitə  obyektlə  təsirdən  onun  səbəbinə 

düzgün  keçiddir.  Həqiqətin  əksi  zəkanın  aldanışı  kimi 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

42 


yanılmadır.  Bütün  bunların  müfəssəl  izahını  mənim  görmə 

qabiliyyəti və rənglər haqqında traktatımda tapmaq olar. 

Görüntü  o  vaxt  yaranır  ki,  eyni  bir  təsir  iki  tamamilə 

müxtəlif səbəbdən doğur, onlardan biri tez-tez, digəri isə nadir 

hallarda  təsir  edir:  idrak  burada  iki  səbəbdən  hansının  təsir 

etdiyini  (çünki  təsir  tam  eynidir)  ayırd  etmək  üçün  məlumata 

malik  olmadığından,  həmin  adi  səbəbi  nəzərdə  tutur  və  o, 

reflektiv,  diskursiv  yox,  lakin  birbaşa  şəkildə  və  bilavasitə  təsir 

etdiyi  üçün,  həmin  yanlış  səbəb  gözümüz  önündə  seyr  edilən 

obyekt  kimi  görünür,  yanlış  görünüş  də  elə  budur.  Əgər  hiss 

orqanları  qeyri-normal  vəziyyətə  gətirilibsə,  bu  yolla  ikili 

görünüş  və  ikili  lamisə  necə  yaranır  –  mən  bunu  göstərilən 

yerdə  aydınlaşdırdım  və  seyrin  yalnız  dərrakə  vasitəsilə  və 

dərrakə  üçün  mövcud  olduğunun  təkzibedilməz  sübutunu 

verdim. Belə əqli yanlışlıq və ya görüntüsə digər misallar– suya 

batmış  çubuq,  o,  sınmış  kimi  görünür;  kürəşəkilli  aynalarda 

təsvir,-  səthi  qabarıqdırsa,  bir  qədər  ondan  arxada,  səthi 

batıqdırsa, qabaqda  görünür.  Ayın zenitdə  yox, üfüqdə zahirən 

böyük  həcmi  də  bura  aiddir.  Bu  isə  qətiyyən  optik  hadisə 

deyildir,  ona  görə  ki,  mikrometrin  göstərdiyi  kimi,  göz  ayı 

zenitdə üfüqə nisbətən bir qədər böyük görmə bucağı ilə qəbul 

edir, lakin üfüqdə ay və ulduz parıltısının zəifləmə səbəbini ayın 

və  bütün  ulduzların  onu  və  eləcə  də  Yerdəki  əşyaları  hava 

perspektivi  ilə  ölçərkən  olduqca  uzaq  olmasında  görən  zəka, 

buna görə üfüqdə Ayı zenitə nisbətən daha böyük, üfüqün göy 

qübbəsini  isə  daha  açıq,  yəni  yastılanmış  qəbul  edir.  Hava 

perspektivinə əsasən bu yanlış ölçmə bizi məcbur edir ki, ancaq 

zirvələri  görünən    təmiz,  şəffaf  havada  qərar  tutan,  çox  uca 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

43 


dağları  yüksəkliklərinə  rəğmən  həqiqətdə  olduğundan  daha 

yaxın sayaq,- Sallanşdan baxdıqda Monblan belə görünir. 

Bütün  bu  aldadıcı  təzahürlər  bilavasitə  gözümüzün 

qarşısındadır  və  onu  ağlın  heç  bir  mühakiməsi  ilə  aradan 

qaldırmaq  olmaz.  Ağıl  yalnız  yanlışlıqdan,  yəni  həqiqəti  ona 

qarşı  qoymaqla  kifayət  qədər  əsası  olmayan  mühakimələrdən 

qoruya bilər, məsələn, şüur in abstracto etiraf edə bilər ki, Ay və 

ulduz parıltısının zəifləməsinə səbəb böyük uzaqlıq yox, üfüqdə 

havanın  böyük  sıxlığıdır,  görüntü  isə  misal  gətirilən  bütün 

hallarda,  hər  hansı  mücərrəd  idraka  rəğmən  sarsılmaz  qalır, 

çünki  dərrakə    dərketmə  qabiliyyətindən  olduğu  kimi  zəkadan 

da bütünlüklə və kəskin şəkildə ayrılmışdır, bu qabiliyyət yalnız 

insanda birləşir, ancaq onun özündən də dərrakə öz-özlüyündə 

zəkalı deyil. Şüur həmişə yalnız bilə bilər, zəkanın təsirindən asılı 

olmayaraq dərrakəyə yalnız seyr etmək qalır. 

 

§ 7 



 

İndiyədək  nəzərdən  keçirilənlərlə  əlaqədar  aşağıdakıları 

da qeyd etmək lazımdır. Biz öz təhlilimizdə obyektə və subyektə 

yox, təsəvvürə əsaslanırdıq. Belə ki, sonuncunun məzmununda 

hər  ikisi  var  və  hər  ikisi  nəzərdə  tutulur,  obyekt  və  subyektə 

parçalanma onun birinci, ən ümumi və mühüm formasıdır. Buna 

görə biz onu özlüyündə olduğu kimi hər şeydən əvvəl nəzərdən 

keçirdik,  sonra  isə  (əsas  sayda  giriş  traktatına  istinad  edərək) 

digər,  ona  tabe  formaları  –  yalnız  obyektə  xas  zaman,  məkan, 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

44 


səbəbiyyəti araşdırdıq: lakin onlar özlüyündə onun üçün, obyekt 

isə,  öz  növbəsində  özlüyündə  subyekt  üçün  əhəmiyyət  kəsb 

etdiyinə  görə  onları  subyektdə  də  tapmaq  olar,  yəni  a  priori 

olaraq  dərk  edilə  bilərlər  və  bu  mənada  onlara  hər  ikisinin 

ümumi  sərhədi  kimi  baxmaq  olar.  Onların  hamısı  isə  ümumi 

ifadəyə–  əsas  qanununa  müncər  edilə  bilər.  Giriş  traktatında 

müfəssəl surətdə bu məsələyə toxunmuşam. 

Belə  üsul bizim  nəzər  nöqtəmizi   indiyədək  təklif  edilən 

filosoflarımızdan  tamamilə  fərqləndirir.  Onların  hamısı  ya 

obyektdən,  ya  da  subyektdən  çıxış  edir  və  beləliklə,  birini 

digərindəki kimi izah etməyə çalışır və bu zaman əsas qanununa 

istinad  edirdilər:  biz  isə,  əksinə,  obyekt  və  subyekt  arasındakı 

münasibəti  sonuncunun  hakimiyyətindən  azad  edir,  yalnız 

obyekti bu qanunun hökmü altına veririk. Doğrudur, etiraf edə 

bilərlər  ki,  bizim  günlərdə  yaranmış  və  geniş  yayılmış  eyniyyət 

fəlsəfəsi göstərilən alternativdən qaçmışdır, çünki o, özünün əsl 

çıxış  nöqtəsi  kimi  nə  obyekti,  nə  də  subyekti  qəbul  edir,  nəsə 

üçüncü bir şeyi əqli seyrlə dərk olunan mütləqi qəbul edir, o isə 

nə 

obyektdir, 



nə 

də 


subyekt, 

lakin 


hər 

ikisinin 

təfavütsüzlüyüdür

7

.  Hərçənd  ki,  mən  hər  hansı  «əqli  seyrdən» 



tam xali olduğum üçün, bu möhtərəm təfavütsüzlük və mütləq 

haqqında mülahizə yürütmək istəməsəm də, hər halda hamıya, 

o  cümlədən  biz  naşılara  da  məlum  olan  «əqli  seyr  edənlər»in 

protokollarına istinad edərək, qeyd etməliyəm ki, bu fəlsəfə də 

iki  səhvin  adı  çəkilən  alternativindən  istisna  edilə  bilməz.  Zira, 

subyekt  və  obyektin  eyniyyəti  onda  təsəvvürə  gəlmir, 

intellektual şəkildə seyr edilməsinə və ona nüfuz etmək yolu ilə 

əldə olunmasına baxmayaraq, o, bu iki səhvdən qaçmır, əksinə 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

45 


hər  ikisini  özündə  ehtiva  edir,  belə  ki,  özü  iki fənnə parçalanır, 

əvvəla  –  transsendental  idealizmə:  Fixtenin  Mən  haqqında 

təlimi  belədir  və  o,  əsas  qanununa  görə,  obyekti  subyektdən 

çıxarır  və  ya  hasil  edir;  ikincisi,  təbiət  fəlsəfəsinə.  O  da  elə  bu 

yolla  obyektdən  tədricən  konstruksiya  adlanan  metodun 

köməyi  ilə  subyekt  düzəldir

8

 (Mənə    bu



 

barədə  çox  az 

məlumdur,  lakin  bir  şey aydındır  ki,  o, bir  sıra  formalarda  əsas 

qanununa  görə  irəli  hərəkətdir).  Həmin  «konstruksiyada» 

gizlənən  dərin  fəlsəfədən  mən  qabaqcadan  imtina  edirəm, 

çünki    «əqli  seyrdən»  tamamilə  məhrum  bir  şəxs  kimi,  mənim 

üçün  onu  nəzərdə  tutan  bütün  təlimlər  müəmmalar 

müəmmasıdır.  Həqiqətən  də,  belə  dərin  mənalı  nəzəriyyələr, 

qəribə olsa da, məndə belə təəssürat oyadır ki, sanki mən yalnız 

dəhşətli və olduqca darıxdırıcı boşboğazlıq eşidirəm. 

Obyektdən  çıxış  edən  sistemlər  gözlə  görünən  bütün 

aləmi və onun quruluşunu öz problemi saysa da, onların istinad 

nöqtə  kimi  seçdikləri  obyekt  heç  də  həmişə  bu  dünya  və  ya 

onun  əsas  elementi  –  materiya  olmur.  Daha  doğrusu,  bu 

sistemlər,  mənim  giriş  traktatımda  müəyyən  edilmiş  mümkün 

obyektlərin dörd sinfinə uyğun olaraq bölünür. Beləliklə, demək 

olar  ki,  bu  siniflərdən  birincisi,  yaxud  real  aləm  Fales  və 

ioniyalılar

9

,  Demokrit,  Epikür,  Cordano  Bruno  və  fransız 



materialistləri

10

 üçün  çıxış  nöqtəsi  olmuşdur.  İkinci  sinfə  və  ya 



abstrakt  anlayışa  Spinoza  (sırf  mücərrəd  və  yalnız  öz 

definisiyasında mövcud olan substansiya anlayışına), daha əvvəl 

isə eleatlar əsaslanırdı

11

. Üçüncü sinif, yəni zamandan və deməli 



rəqəmlərdən  pifaqorçular

12

 və  Çin  fəlsəfəsi  «İ-tszin»



13

 çıxış 


edirdi. Nəhayət 4-cü sinif, yəni iradi akt, idraka əsaslanaraq heç 

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

46 


nədən  –  dünyadan  xaric,  şəxs  olan  varlığın  iradi  aktından 

yaranma  haqqında  təlim

14

 keçən  sxolastların  çıxış  nöqtəsi 



olmuşdur. 

Əgər  obyekt  əsl  materializm  kimi  çıxış  etdiyi  təqdirdə, 

obyekt metodunu ən ardıcıl surətdə və ən uzağa aparmaq olar. 

Əsl  materializm  materiyanı,  onunla  birlikdə  isə  zaman  və 

məkanı  şəksiz  mövcud  olan  kimi  nəzərdə  tutur  və 

münasibətdən  keçəcək  subyektə  tərəf  atılır,  halbuki  bütün 

bunlar  elə  həmin  münasibətdə  mövcuddur.  O  daha  sonra, 

özünün  irəliyə  doğru  hərəkəti  üçün  ipuçu  kimi  səbəbiyyət 

qanununu  seçir,  onu  müstəqil  adi  şey,  qayda  veritas  acterna 

(əbədi  həqiqət)  sayır  və  beləliklə,  dərrakənin  üzərindən  atılıb 

keçir. Halbuki səbəbiyyət yalnız dərrakədə və yalnız onun üçün 

mövcuddur.  Sonra  o,  materiyanın  ilkin,  ən  adi  vəziyyətini 

tapmağa  və  ondan  xalis  mexanizmdən  kimyəviliyədək, 

qütblülüyə,  bitkisəlliyə,  heyvaniliyədək  qalxaraq,  bütün 

digərlərini  inkişaf  etdirməyə  çalışırdı;  əgər  buna  müvəffəq 

olsaydı,  zəncirin  son  həlqəsi  heyvani  hissiyyat  –  materiyanın 

sadə  modifikasiyası,  onun  səbəbiyyətdən  doğan  vəziyyəti  ola 

biləcək  idrak  olardı.  Əgər  biz  əyani  təsəvvürlərlə  materializmin 

arxasınca  getsəydik,  onunla  birlikdə  onun  zirvəsinə  çatıb 

qarşısıalınmaz qəfil olimpiya gülüşünün coşqusunu hiss edərdik. 

Belə ki,sanki yuxudan oyanaraq görərdik ki, onun sonuncu, çox 

çətinliklə əldə etdiyi nəticə – idrak – elə birinci çıxış nöqtəsində 

xalis materiyanın labüd şərti kimi nəzərdə tutulurdu və hərçənd 

biz onunla edirdik ki, materiyanı düşünürük, lakin əsl həqiqətdə 

materiyanı təmsil edən subyektdən, onu görən gözdən, onu hiss 

edən  əldən,  onu  dərk  edən  dərrakədən  savayı  bir  şey 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

47 


düşünmürdük.  Beləliklə,  gözlənilmədən  böyük  petitio  principii 

(əsasın  önduyumu)  baş  verərdi,  ona  görə  ki,  sonuncu  həlqə 

birincinin  artıq  asılmış  olduğu  həmin  istinad  nöqtəsi  olar  və 

zəncir  dairəyə  çevrilər,  materialist  isə  baron  Münhauzenə 

bənzəyərdi:    suda  atla  üzərkən  ayaqları  ilə  atını  bərk-bərk 

qucaraq öz saçlarından yapışıb özü-özünü sudan çıxaran həmin 

baron Münhausenə. Buna görə materializmin köklü mənasızlığı 

ondan  ibarətdir  ki,  o,  obyektivlikdən  çıxış  edərək,  sonuncu 



izahedici  obyektiv  prinsipi  kimi  elə  obyektiv  olanı  qəbul  edir  – 

bu,  yalnız  düşünülən,  in  abstracto,

 

  yaxud  da  empirik  verilmiş, 



artıq formasını  almış materiya,  yəni  maddə,  məsələn,  ən  yaxın 

birləşmələrilə  kimyəvi  elementlər  olacaqmı?  Bütün  bunları  o, 

özü-özlüyündə və mütləq mövcud olan kimi qəbul edir ki, həm 

canlı  təbiəti,  həm  də,  nəhayət,  dərk  edən  subyekti  buradan 

çıxarsın  və  beləliklə,  onları  bütünlüklə  izah  etsin.  Halbuki,  əsl 

həqiqətdə  obyektiv  olan  hər  şey  artıq  özlüyündə  dərk  edən 

subyekt,  özünün  ilk  şərti  kimi  malik  olmaqla  onu  dərketmə 

formaları  ilə  onlara  çox  surətli  şəkildə  şərtlənmişdir  və  buna 

görə əgər subyekt haqqında fikir kənarlaşdırılarsa, tamamilə yox 

olur.  Beləliklə,  materializm  bizə  bilavasitə  verilənləri  dolayı 

verilənlərdən  izah  etmək  cəhdidir.  Obyektiv,  məkan  tutan, 

fəaliyyətdə olan hər şey, bir sözlə, maddi nə varsa, materializm 

onu  öz  izahlarının  həddən  ziyadə  möhkəm  özülü  sayır  və  bu 

səbəbdən ona  istinad onun gözündə başqa bir şeyi arzulamağa 

hacət  saxlamır  (ələlxüsus,  o,  təkana  və  əks-təsirə  müncər 

edilirsə).  Mən  isə  deyərdim  ki,  bütün  bunlar  yüksək  dərəcədə 

dolayı və şərti verilənlərdir və bu səbəbdən yalnız nisbi mövcud 

olanlardır. Çünki o, beynin mexanikası və süzgəcindən keçib və 

buna  görə  onun  formalarına  –  zaman,  məkan  və  səbəbiyyətə 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

48 


daxil  olmuş  və  yalnız  onların  sayəsində  o,  məkanda  yer  tutan, 

zamanda    isə  hərəkət  edəndir.  Materializm  bu  cür  veriləndən 

bilavasitə rəvac veriləni – təsəvvürü (bütün bunlar hamısı onda 

var) və nəhayət, iradənin özünü izah etməyə çalışır. Halbuki əsl 

həqiqətdə məhz əksinə, səbəbiyyətin yol göstərən ipinə əsasən 

aşkar  edilən  və  bu  səbəbdən  qanunauyğun  olan  bütün  əsas 

qüvvələr  iradə  vasitəsilə  izah  olunmalıdır.  İdrakın  materiyanın 

modifikasiyası  olması  barədə  iddiaya  eyni  haqla  həmişə  əks 

iddia qarşı   qoyulur:  hər  hansı  materiya  subyektin  bir  təsəvvür 

olaraq  idrakının    modifikasiyasıdır.  Bununla  belə,  öz  əsasında 

təbiətşünaslığın  məqsədi  və  idealı  bitkin    materializmdir.  Bizim 

onu  burada  aşkar  qeyri-mümkün  saymağımız  başqa  bir 

həqiqətlə  təsdiqini  tapır  ki,  bu  da  tədqiqatın  sonrakı  gedişində 

aydınlaşacaqdır.  Bu  həqiqətdir  ki,  heç  bir  elm  sözün  həqiqi 

mənasında (mən bunu dedikdə əsas qanununun rəhbərlik etdiyi 

sistematik  idrakı  nəzərdə  tuturam)  heç  vaxt  son  məqsədə  nail 

olmayacaq və tam qənaətbəxş izah verə bilməyəcəkdir, çünki o, 

heç  vaxt  dünyanın  daxili  mahiyyətinə  varmır,  heç  vaxt 

təsəvvürün hüdudlarından kənara çıxmır və mahiyyəti etibarilə 

yalnız  bir  təsəvvürün  digərinə  qarşılıqlı  münasibətləri  ilə  tanış 

edir. 

Hər  bir  elm  həmişə  iki  başlıca  varlıqdan  çıxış  edir. 



Onlardan  biri  –  bu  labüd  surətdə  alət  kimi  özünün  hansısa 

formasında  əsas  qanunudur  -  orqanondur;  digəri  –  problem 

kimi onun xüsusi obyektidir. Məsələn, həndəsə öz problemi ilə 

məkana,  ondakı  varlığın  oturacağı  isə  öz  orqanonu  ilə  məkana 

malikdir; hesab üçün problem – zamandır, ondakı varlığın əsası 

isə–  orqanon;  məntiq  üçün  anlayışların  uzlaşması,  özlüyündə 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

49 


problem,  idrakın  əsası  isə  orqanondur,  tarixin  problemi– 

insanların  dahiyanə  və  kütlə  halında  törətdiyi  əməllər, 

motivasiya qanunu– onun orqanonudur; nəhayət təbiətşünaslıq 

üçün  problemi  materiya  təşkil  edir,  səbəbiyyət  qanunu  isə  – 

orqanondur, buna görə də onun məqsədi və niyyəti səbəbiyyəti 

rəhbər  tutaraq  materiyanın  bütün  mümkün  vəziyyətlərini  bir-

biri  ilə  və  nəhayət,  birinə  gətirib  çıxarmaq,  sonra  isə  yenə  də 

onları  bir-birindən  və  nəhayət  birindən  çıxarmaqdan  ibarətdir. 

Buna görə təbiətşünaslıqda materiyanın iki son hədd halı qarşı-

qarşıya  qoyulur:  subyektin  ən  çox  olduğu    onun  ən  az  olduğu 

vəziyyət  və  onun  daha  çox  subyektin  obyekti  olduğu  vəziyyət. 

Başqa  sözlə  desək:  ən  ölü  və  kobud  materiya,  ilkin  maddə  və 

insan orqanizmi. 

Təbiətşünaslıq  birincini  kimya,  ikincini  fiziologiya  olaraq 

öyrənib  bilməyə  çalışır.  Lakin  indiyədək  son  hədlərdən  heç 

birinə nail olunmayıb, yalnız onların hər ikisi arasında nəsə dərk 

edilib.  Gələcəyə  olan  ümidlər  də  xeyli  dərəcədə  puçdur. 

Kimyaçılar  materiyanın  keyfiyyətcə  bölünməsinin  kəmiyyətcə 

bölünməsi  kimi  intəhasızlığa  qədər  uzanmamasından  çıxış 

edərək,  onun  indi  60-a  çatmış  elementlərinin  sayını  getdikcə 

azaltmağa  çalışırlar:  əgər  onlar  öz  tədqiqatlarında  iki 

elementədək  gəlib  çıxsaydılar,  onu  birə  endirməyə  çalışardılar. 

Çünki  yekcinslik  qanunu  özlüyündə  materiyaya    xas  olan  və 

materiya üçün özlüyündə əhəmiyyət kəsb etməyən, yalnız onun 

təsadüfi  forma  və  keyfiyyəti  olan  bütün  digər  vəziyyətlərdən 

qabaq  gələn  ilkin  kimyəvi  vəziyyət  barədə  hipotezə  işarə  edir. 

Digər  tərəfdən,  başa  düşmək  olmur  ki,  bu  vəziyyət  hansısa 

kimyəvi  dəyişikliyə  necə  məruz  qalır,  axı  ona  təsir  göstərəcək 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

50 


başqa bir vəziyyət hələ yox idi. Bu, kimyəvi izah üçün Epikürün 

atomlardan  birinin  ilk  dəfə  öz  hərəkətinin  ilkin  istiqamətindən 

necə  çıxdığının  şərhini  vermək  istəyərkən  rastlaşdığı  çətinliyi 

yaradır.  Bu  özü-özlüyündə  açılan,  labüd  və  həlli qeyri-mümkün 

ziddiyyəti  birbaşa  kimyəvi  antinomiya  kimi  qiymətləndirmək 

olar:  o  burada,  təbiətşünaslığın  iki  təbii  qütblərindən  birində 

peyda olan kimi, ikincidə də müvafiq antipod ortaya çıxacaqdır. 

Təbiətşünaslığın bu ikinci qütbə nail olmağına da ümidlər azdır, 

çünki getdikcə daha aydın olur ki, kimyəvini heç vaxt mexanikə, 

üzvini  isə  kimyəviyə  və  ya  elektrikə  müncər  etmək  olmaz.  Kim 

bizim  günlərimizdə  bu  yanlış  yola  düşürsə,  özündən  əvvəlkilər 

kimi nəzərə çarpmadan və pərt halda həmin yoldan çıxacaqdır. 

Bu  barədə  təfsilatı  ilə  növbəti  kitabda  danışılacaqdır.  Burada 

ötəri  xatırladılmış  çətinlik  təbiətşünaslıq  qarşısında  onun  öz 

sferasında  durur.  Fəlsəfə  kimi  götürüldükdə  isə,  materializm 

kimi  göz  qabağına  gəlir:  lakin  sonuncu,  gördüyümüz  kimi, 

yaranışdan  öz  qəlbində  ölüm  daşıyır,  çünki  o,  subyekt  və  idrak 

formalarının başı üzərindən tullanır, halbuki sonuncular da artıq 

onun  gəlib  çıxmaq  istədiyi  kobud  materiya  və  eləcə  də  onun 

gəlmək  istədiyi  orqanizm  üçün  nəzərdə  tutulur.  Çünki 

«subyektsiz  obyekt  yoxdur»  -  hər  cür  materializmi  həmişəlik 

qeyri-mümkün  edən  müddəa  budur.  Günəş  və  planetləri,  əgər 

onları  görən  göz  və  dərk  edən  dərrakə  yoxdursa,  sözlə 

adlandırmaq  olar:  lakin  təsəvvür  üçün  bu  sözlər  cingildəyən 

sincdən  savayı  bir  şey  deyil.  Amma  digər  tərəfdən,  səbəbiyyət 

qanunu  və  onun  izi  ilə  gedən  təbiəti  müşahidə  və  tədqiqat 

labüd  olaraq  bizi  belə  bir  doğru  gümana  gətirir  ki,  hər  bir 

materiyanın  hər  bir  yüksək  təşkilli  vəziyyəti  zaman  daxilində 

yalnız  daha  kobud  olanın  ardınca  gəlmiş,  heyvanlar  – 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

51 


insanlardan əvvəl, balıqlar –quru heyvanlarından qabaq, bitkilər 

sonunculardan əvvəl, cansızlar bütün canlılardan əvvəl mövcud 

olmuş;  deməli,  ilkin  kütlə  birinci  göz  açılmazdan  xeyli  əvvəl  bir 

sıra uzun dəyişikliklərdən keçməli idi. 

Hər  halda  bu birinci  açılan  gözdən,  o,  həşərata mənsub 

olsa  belə,  biliyin  zəruri  vasitəçisi  kimi  bütün  dünyanın  varlığı 

asılıdır.  Söhbət  o  bilikdən  gedir  ki,  dünya  məhz  onun  üçün  və 

onun  özündə  mövcuddur,  onsuz  dünyanı  heç  xəyala  belə 

gətirmək  olmaz,  zira  o,  bütünlüklə  təsəvvürdür  və  bu 

keyfiyyətcə  öz  varlığının  daşıyıcısı  kimi  dərk  edən  subyektə 

ehtiyac duyur.  Saysız-hesabsız  çevrilmələrlə  dolu  olan,  - həmin 

çevrilmələr  vasitəsilə  materiya  formadan  yüksəlmişdir.Ona 

qədər  ilk  dərk  edən  heyvan  yaranmışdır  –  zamanın  bu  uzun 

dövrü  və  eləcə  də  zamanın  özü  belə  bir  şüurla  eyniyyətdə 

mümkündür  ki,  onun  təsəvvürləri,  onun  idrak  forması  elə 

zamanın özüdür, onlardan kənarda əhəmiyyətini büsbütün itirir, 

heçliyə  çevrilir.  Beləliklə,  görürük  ki,  bir  tərəfdən  bütün 

dünyanın  varlığı  zəruri  surətdə,  nə  qədər  kamil  olmasa  da,  ilk 

dərk  edən  məxluqdan  asılıdır,  digər  tərəfdən  bu  dərk  edən  ilk 

heyvan da labüd olaraq və büsbütün özünün də kiçik halqa kimi 

daxil olduğu əvvəlki səbəb və təsirlərin uzun zəncirindən asılıdır. 

Bizim həqiqətən eyni labüdlüklə gəldiyimiz bu iki bir-birinə zidd 

baxışı,  əlbəttə  ki,  idrakımızın  digər  antinomiyası  adlandıra  və 

onu  təbiətşünaslığın  birinci  qütbündə  tapdığımıza  uyğunlaşdıra 

bilərik;  Kantın

15

 dörd  antinomiyası  isə,  əksinə,  əsası  olmayan 



uydurmadır,  mən  bunu  bu  əsərimə  əlavə  edilmiş    tənqidimdə 

göstərəcəyəm.  Lakin  axırda  labüd  surətdə  qarşımızda  peyda 

olan  bu  təzad  onunla  öz  həllini  tapır  ki,  Kantın  dili  ilə  desək, 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

52 


zaman,  məkan  və  səbəbiyyət  özündə  şeyə  yox,  onun  yalnız 

forması  olduğundan    təzahürünə  mənsubdur;  mənim  dilimdə 

isə  bu  o  deməkdir  ki,  obyektiv  aləm,  təsəvvür  kimi  dünya  – 

dünyanın  yeganə  yox,  bir  növ  tək  zahiri  tərəfidir  və  onun  tam 

başqa  tərəfi  də  vardır;  o  onun  daxili  mahiyyətini,  özəyini, 

özündə  şeyi  əks  etdirir;  biz  onu  obyektivləşdirmələrdən  ən 

bilavasitəsi  olan  «iradə»  adlandırdığımız  növbəti  kitabda 

nəzərdən  keçirəcəyik.  Lakin  dünya  təsəvvür  kimi–  biz  onu 

burada  elə  bu  cür  də  tədqiq  edirik–  əlbəttə  ki,  yalnız  ilk  göz 

açılan  andan  başlanır:  biliyin  bu  vasitəçisi  olmadan  dünya 

mövcud ola bilməz və deməli, əvvəllər də mövcud olmamışdır. 

Lakin  bu  göz  olmadan,  yəni  idrakdan  keçmədən nə  əvvəl  olub, 

nə  də  ki,  zaman.  Lakin  başlanğıca  malik  olan  zaman  deyil, 

əksinə,  bütün  başlanğıclar  ondadır.  Lakin  zaman  dərk  edilə 

bilənin  ən  ümumi  forması  olduğuna  görə  –  bütün  hadisələr 

səbəb əlaqəsi vasitəsilə onda yerləşir – ilk dərketmə ilə birlikdə 

zaman  da  özünün  ikitərəfli  sonsuzluğu  ilə  meydana  çıxır;  bu 

birinci indini özü ilə dolduran təzahür də, eyni zamanda, səbəb 

əlaqəli  və  nəhayətsiz  olaraq  keçmişə  uzanıb  gedən  bir  sıra 

hadisələrdən asılı kimi dərk olunmalı, bu keçmişin özü isə elə bu 

cür  birinci  indi  ilə  və  eləcə  də  əksinə,  sonuncu–  birinci  ilə 

şərtlənmişdir.  Beləliklə,  ilk  indi,  onun  irəli  gəldiyi  keçmiş  kimi 

dərk edən subyektdən asılıdır və onsuz heç nədir; bununla belə, 

onlar labüd şəkildə ona gətirib çıxarırlar ki, bu birinci indi birinci 

kimi, yəni  öz atası olaraq keçmişə malik olmayan kimi, zamanın 

başlanğıcı  kimi  təsəvvür  edilmir:  yox,  o,  digər  tərəfdən,  bu 

indinin  doldurduğu  hadisə  səbəbiyyət  qanununa  görə  bu 

keçmişi dolduran əvvəlki vəziyyətlərin təsiri olduğu kimi varlığın 

zamandakı    əsas  qanununa  görə  keçmişin  nəticəsidir.  Mifoloji 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

53 


şərhləri  sevənlər  burada  göstərilmiş  başlanğıcsız  zamanın 

başlanma 

anını 

Kronosun 



(Xpovos) 

doğulmasında 

simvollaşdırılmış görə bilər: bu balaca zalım öz atasını axtalayan 

kimi  göy  və  yerin  kobud  törəmələri  kəsildi  və  səhnəyə  allahlar 

və insanlar nəsli çıxdı

16

.    



Məsələnin materializmin- obyektdən çıxış edən fəlsəfi 

sistemlərdən ən ardıcılının– izi ilə gəlib çıxdığımız bu cür 

qoyuluşu subyekt və obyekt arasında labüd qarşılıqlı asılılığı 

və eyni zamanda dəfedilməz əksliyi aşkar edir. Bunu 

dərketmə dünyanın daxili mahiyyətiniözündə şeyləri, 

təsəvvürün haqqında bəhs edilən iki elementindən birində 

yox, daha çox təsəvvürdən tam fərqlənən nəsə bir şeydə– 

üzərində bu cür ilkin, köklü və bu halda həlledilməz 

ziddiyyət olmayan şeydə axtarmağa məcbur edir. 

Obyektdən  subyekti  çıxarmaq  məqsədilə  təsvir  olunan 

çıxış etməyə subyektdən obyekti çıxarmaq məqsədilə çıxış etmə 

qarşı durur. Əgər birinci indiyədək yaranmış fəlsəfi sistemlərdə 

çox geniş yayılməşsa da, ikincinin yeganə və bu zaman çox yaxşı 

örnəyi,  doğrusu  desək,  yalnız  Y.Q.Fixtenin  yalançı  fəlsəfəsidir. 

Onu  o  baxımdan  xatırlamaq  lazımdır  ki,  onun  təlimində  həqiqi 

dəyərlər  və  daxili  məzmun  çox  az  idi:  o  gözə  kül  üfürməkdən 

savayı  bir  şey  deyildi,  lakin  zahirən  çox  ciddi  şəkildə,  təmkinlə, 

şövqlə şərh edilir, zəif rəqiblə mübahisələrdə bəlağətlə müdafiə 

edilərək parlaya və nəsə həqiqiyə bənzər bir şey təsiri bağışlaya 

bilərdi.  Bütün  xarici  təsirlər  üçün  əlçatmaz  olan  və  dönmədən 

öz  məqsədini  –  həqiqəti  nəzərdə  tutan  əsil  ciddilik  Fixtedə, 

eləcə  də  şəraitə  uyğunlaşan  bu  cür  filosoflarda  ən  çox 

çatışmayan  şey  idi.  Başqa  cür  ola  da  bilməzdi.  Hər  bir  kəs 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

54 


təəccüb  üzündən  və  hökmən  bundan  azad  olmağa  çalışaraq 

filosof olur. Platon onu xeyli dərəcədə fəlsəfi hiss adlandırır. 

Lakin  burada  qeyri-həqiqi  filosofları  həqiqi  filosoflardan 

fərqləndirən  odur  ki,  sonuncularda  bu  heyrət  dünyanın  öz 

mənzərəsindən  yarandığı  halda,  birincilərdə  yalnız  kitabdan, 

hazır  sistemdən  yaranır.  Fixtedə  də  belə  olmuşdur,  çünki  o 

yalnız Kantın özündə şeyi sayəsində filosof olmuşdur, bunsuz isə 

çox güman ki, tamamilə başqa işlə məşğul olardı, həm də böyük 

uğurla,  belə  ki,  o,  böyük  ritorik  istedada  malik  idi.  Əgər  Fixte 

onu  filosof  etmiş  kitabın–  «Xalis  zəkanın  tənqidi»  kitabının 

mənasına  dərindən  nüfuz  etsəydi,  başa  düşərdi  ki,  öz  ruhuna 

görə  onun  başlıca  təlimi  belədir:  əsas  qanunu  bütün  sxolastik 

fəlsəfənin  düşündüyü  kimi  qətiyyən  veritas  aeterna  deyildir, 

yəni  dünyayadək,  ondan  kənarda  və  onun  fövqündə  şərtsiz 

önəmə  yox,  tək  bir  təzahür  hüdudunda  nisbi  və  şərti 

əhəmiyyətə malikdir, onun məkan və ya zamanın zəruri əlaqəsi, 

yaxud  səbəbiyyət  qanunu  kimi,  ya  da  idrakın  əsası  kimi  çıxış 

edib-etməməsinin  fərqi  yoxdur;  buna  görə  dünyanın  daxili 

mahiyyətini,  özündə  şeyləri  heç  vaxt  bu  qanunun  yol 

göstərəninə  əsasən  kəşf  etmək  olmaz,  əksinə,  nəyə  gətirib 

çıxarartdığı  hər  şey  həmişə  yalnız  asılı  və  nisbi,  həmişə  yalnız 

təzahür,  qeyri-özündə  şey  olacaqdır;  daha  sonra,  bu  qanunun 

qətiyyən  subyektə  aidiyyəti  yoxdur,  yalnız  obyektlərin 

formasıdır  və  bu  obyektlər  də  məhz  buna  görə  özündə  şey 

deyillər; obyektlə eyni vaxtda subyekt yaranır və əksinə, odur ki, 

nə  obyekt  subyektə,  nə  də  subyekt  obyektə  nəticə  öz  əsasına 

daxil  olduğu  kimi  daxil  ola  bilər.  Lakin  bütün  bunlar  Fixteyə 

kiçicik də olsa  təsir bağışlamamışdır: ona yeganə maraqlı gələn 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

55 


subyektdən  çıxış  etmə  idi  ki,  bunu  da  Kant  əvvəlki  obyektdən 

çıxış etmənin yanlış olduğunu göstərmək üçün seçmişdi. Kantın 

fikrincə,  obyekt  bu  tərzlə  özündə  şeyə  çevrilirdi.  Fixte  isə 

subyektdən  bu  çıxış  etməni  ən  əsas  şey  kimi  qəbul  etmişdi  və 

onu təqlid eləyənlərin hamısı kimi, düşünürdü ki, o bu məsələdə 

Kantdan irəli gedərsə, onu üstələyəcək– əks istiqamətdə əvvəlki 

doqmatizmin  buraxdığı  və  buna  görə  də  Kant  tərəfindən 

tənqidə məruz qalmış səhvləri təkrar etmişdir. Beləliklə, ən əsas 

şeydə  heç  nə  dəyişməmiş  və  əvvəlki  əsas  səhv,  yəni  obyekt  və 

subyektin  öz  aralarında səbəb  və nəticə  münasibətləri  ilə  bağlı 

olması  barədə  fikir  əvvəldə  olduğu  kimi  qalmışdır;  buna  görə 

əsas  qanunu,  əvvəllərdə  olduğu  kimi,  şəksiz qüvvəsini qoruyub 

saxlamış,  özündə  şey  isə  əvvəlki  kimi  obyektdə  olma  əvəzinə 

dərketmə  subyekti  üzərinə  keçirildi;  hər  ikisinin  şübhəsiz 

nisbiliyi  isə  göstərsə  də  ki,  özündə  şeyləri  və  ya  dünyanın 

mahiyyətini  onlarda  yox,  onların  hüdudlarından  kənarda  və 

ümumiyyətlə, yalnız nisbi mövcud olan hər şeyin hüdudlarından 

kənarda  axtarmaq  lazımdır,  bu  əvvəlki  kimi  anlaşılmaz  qaldı. 

Bütün  sxolastlarda  olduğu  kimi  Fixtedə,  əsas  qanunu  aeterna 

veritasdır–  sanki  Kant  heç  mövcud  olmayıb.  Qədimin  allahları 

üzərində  əbədi  tale  hökm  sürdüyü  kimi,  sxolastların  da  allahı 

üzərində  aeternae  veritates,  yəni  metafizik,  riyazi  və  metaloji 

həqiqətlər bəzilərində isə həm də mənəvi qanunun hakimiyyəti 

hökm  sürürdü,.  Tək  bir  bu  veritateslər  heç  nədən  asılı  

deyildilər, lakin onlara görə həm Allah, həm də dünya zəruri idi. 

Əsas  qanununa  görə  veritati  aeternae  kimi,  Fixtedə  Mən, 

beləliklə,  dünyanın,  yaxud  Mən  olmayanın,  obyektin  əsasıdır, 

sonuncu  isə  birincinin  nəticəsi,  onun  məhsuludur.  Əsas 

qanununun  sonrakı  tədqiqata  davam  etdirmək  və  ya  nəzarətə 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

56 


məruz  qoymaqdan  Fixte  çəkinmişdir.  Əgər  mən  bu  qanunun 

belə  bir  formasını  göstərmək  istəsəydim  ki,  ona  əsasən  Fixte 

Mən  olmayanı  torun  hörümçəkdən  çıxması  kimi  Məndən 

çıxmasına  məcbur  edir,  o  zaman  deyərdim  ki,  bu,  varlığın 

məkandakı  əsası,  qanunudur:  çünki  yalnız  ona  münasibətdə 

Mənin  özündən  Mən  olmayanı  düzəldib  və  hazırladığı  mənasız 

və  buna  görə  də  nə  vaxtsa  yazılmış  ən  darıxdırıcı  və  ən 

məzmunsuz  kitabın  məzmununu  təşkil  edən  üsulların  əzablı 

deduksiyaları  hər  halda  müəyyən  məna  və  əhəmiyyət  kəsb 

edir

17



Beləliklə,  Fixtenin  heç  xatırlanmasına  dəyməyən  bu 

fəlsəfəsi köhnə materializmin gecikmiş əsl əksi kimi bizim üçün 

maraqlıdır. Söhbət o materializmdən gedir ki,  Fixtenin fəlsəfəsi 

subyektdən çıxış etdiyi kimi, ardıcıl olaraq  o da obyektdən çıxış 

edirdi. Materializm  ən  adi  obyektlə birlikdə dərhal  subyekti  də 

təsdiq etmiş olduğunu görmədiyi kimi, Fixte də görə bilmirdi ki, 

nəinki  subyektlə  (ona  hər  nə  ad  versə  belə)  birlikdə  artıq 

obyekti də təsdiqləyir – çünki sonuncu olmadan heç bir subyekt 

mümkün  deyil,  həm  də  onu  görmürdü  ki,  hər  hansı  a  priori 

nəticə və hər növ sübut ümumiyyətlə zərurətə dayanır, hər növ 

zərurət isə yalnız əsas qanununa əsaslanır, belə ki, zəruri olmaq 

və  həmin  əsasdan  çıxış  etmək  -  bu  eyni  əhəmiyyətə  malik 

anlayışlardır;

*

 o, həmçinin görmürdü ki, əsas qanunu özlüyündə 



obyektin ümumi formasıdır və buna görə artıq obyekti nəzərdə 

tutur,  ona qədər  və onsuz  əhəmiyyət  kəsb  etmir  və  yalnız onu 

doğura,  özünün  qanunverici  qüvvəsi  ilə  istehsal  edə  bilməz. 

Ümumiyyətlə, subyektdən çıxış etmə və yuxarıda təsvir edilmiş 

                                                           

*

 Bax: «Əsas qanununun dörd şəkilli kökü haqqında», § 49. 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

57 


obyektdən etmə öz aralarında eyni bir səhvdə düz gəlir: hər ikisi 

qabaqcadan  güman  edir  ki,  yalnız  çıxarmaq  barədə  düşünür, 

yəni özünün çıxış nöqtəsinin lazımi korrelyatını nəzərdə tutur. 

Bu  iki  əks  səhvdən  bizim  üsul  toto  genere  (prinsip 

etibarilə) fərqlənir, ona görə ki, biz nə obyektdən çıxış edirik, nə 

də  subyektdən,  biz  şüurun,  təsəvvürün  birinci  faktından  çıxış 

edirik,  onun  isə  birinci  və  ən  mühüm  forması  obyektə  və 

subyektə  parçalanmadır.  Obyektin  forması  isə  müxtəlif  şəkilli 

əsas  qanunudur  və  bu  növlərdən  hər  biri  ona  aid  təsəvvürlər 

sinfində  o  dərəcədə  hökmranlıq  edir  ki,  göstərildiyi  kimi,  bu 

növün dərk olunması ilə birlikdə bütün sinfin mahiyyəti də dərk 

olunur,  çünki  sonuncu  (təsəvvürlər  keyfiyyətində)  elə  həmin 

növün  özündən  savayı  bir  şey  deyildir:  məsələn,  zaman  onda 

olan  varlığın  əsasıdır,  yəni  ardıcıllıqdır;  məkan  ondakı  əsas 

qanunu,  yəni  vəziyyətdir;  materiya  səbəbiyyətdir;  anlayış  (indi 

aydın  olacaq)  idrakın  əsasına  münasibətdir. Dünyanın  təsəvvür 

kimi    ən  ümumi  formasında  (subyekt  və  obyekt)  və  ona  tabe 

olanda  (əsas  qanunu)  bu  tam  və  ucdantutma  nisbiliyi  artıq 

dediyimiz  kimi,  bizə  göstərir  ki,  dünyanın  daxili  mahiyyətini 

onun  tamamilə  başqa,  təsəvvürdən  fərqli  tərəfində  axtarmaq 

lazımdır;  onu  növbəti  kitab  hər  bir  canlı  məxluq  üçün  elə  o 

qədər bilavasitə etibarlı fakt əsasında aydınlaşdıracaqdır. 

Lakin  əvvəlcə  tək  bir  insana  xas  və  məzmunu  –  anlayış, 

subyektiv korrelyatı isə – ağıl  olan təsəvvürlər sinfini nəzərdən 

keçirmək lazımdır; indiyədək tədqiq edilmiş təsəvvürlər üçün isə 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

58 


hər  bir  heyvana  da  xas  olan  dərrakə  və  hissiyyat 

korrelyatdırlar.

*

 

 




Yüklə 6,14 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin