§ 19
Əgər biz birinci kitabda daxili müqavimət ilə,öz
bədənimizi bu əyani dünyanın bütün digər obyektlərinə oxşar
olaraq, yalnız dərk edən subyektin təsəvvürü ilə qəbul etdiksə,
onda indi bizim üçün aydın oldu ki, hər bir kəs öz məxsusi
bədəni barədə təsəvvürü digər hər bir şeydə onunla tamamilə
oxşar olan bütün başqa təsəvvürlərdən məhz şüurda
fərqləndirir: bu, o deməkdir ki, bədən şüurda həm də tamamilə
başqa, toto genere fərqli şəkildə meydana çıxır ki, bunu da iradə
sözü ilə işarə edirlər; öz məxsusi bədəni barədə məhz bu ikili
bilik bizə bu bədənin özünün, onun fəaliyyətinin və motivlərə
görə hərəkətlərinin və həmçinin onun xarici təsirlərə məruz
*
II cildin 18-ci fəsli buraya aiddir.
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
qalmalarının sirrini açır, bir sözlə, onun sirrini ki, nədən o,
təsəvvür deyildir, amma bundan savayı ki, o, bilavasitə olaraq
bizdə olmayan bütün başqa real obyektlərin mahiyyətinin,
fəaliyyətinin və məruz qalmalarının sirridir.
Dərk edən subyekt məhz bir bədən bu xüsusi
münasibətin təsiri üzündən fərddir, həmin bu bədən isə onun
üçün bu münasibətlə yanaşı bütün digərlərinə oxşar olaraq
təsəvvürlərdən biri fərddir. Amma o münasibət ki, dərk edən
subyekt onun təsiri ilə, onun üzündən fərddir, buna görə də
yalnız onunla onun bütün təsəvvürlərindən yeganələri arasında
mövcuddur; elə buna görə də, yalnız bu yeganəni o, yalnız bir
təsəvvür olaraq deyil, həm də eyni zamanda tamamilə başqa
cür – iradə olaraq dərk edir. Amma əgər bu xüsusi
münasibətdən, eyni şeyin bu ikili və tamamilə müxtəlifcinsli
idrakından yayınsaq, onda bu bir bədən, bütün başqalarına
oxşar olaraq, əlbəttə ki, təsəvvürdür; buna görə də, burada
oriyentasiyanı istiqamətlənməkdən ötrü dərk edən fərd
ikisindən birini qəbul etməlidir: ya bu bir təsəvvürün
fərqləndirici cəhəti yalnız ondan ibarətdir ki, onun, fərdin, idrakı
yalnız bu təsəvvürə ikili münasibətdədir, yalnız bu bir əyani
obyektə daxil olmaq üçün, eyni zamanda, ikili giriş imkanına
malikdir,– amma bu, verilmiş obyektin bütün başqalarından
fərqi ilə deyil, yalnız onun, fərdin, idrakın bu bir obyektə
münasibətinin onun başqa obyektlərə münasibəti ilə
müqayisədəki fərqi ilə izah olunur; ya da bu bir obyekt
mahiyyəti etibarı ilə bütün başqa obyektlərdən fərqlənir, bütün
bunlar arasında təkcə o, eyni zamanda, həm iradə, həm də
təsəvvürdür, bütün digərləri isə – yalnız təsəvvürdür, yəni sadə
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
xəyallar, kabuslardır və insanın bədəni də, deməli, dünyada
yeganə real fərddir, yəni iradənin bilavasitə yeganə təzahürü və
subyektin yeganə bilavasitə obyektidir.
Sadəcə olaraq, təsəvvür kimi nəzərdən keçirilən başqa
obyektlərin subyektin bədəninə oxşar olması, yəni onun məkanı
doldurması (ola bilsin, o da yalnız təsəvvür olaraq mövcuddur)
və onun məkan daxilində fəaliyyət göstərməsi ki, səbəb
olmadan heç bir təsiri mümkün etməyən səbəbiyyət
qanununun təsəvvürləri üçün şəksiz a priori olandan çıxış
edilərək, mübahisəsiz sübut olunmasına baxmayaraq, amma
(hətta onu belə deməsək ki, təsirlərdən eyni səbəbi deyil,
ümumiyyətlə, səbəbi nəticə kimi çıxarmaq olar) bu, bizi hələ ki
xalis təsəvvür sahəsindən çıxarmır, xalis təsəvvür sahəsi üçün
isə yalnız səbəbiyyət qanunu qüvvəyə malikdir və o, bizi heç bir
vaxt ondan o tərəfə apara bilməz. Amma fərdə yalnız təsəvvür
olaraq məlum olan obyektlər olacaqdırmı, onlar hər halda,
onun öz bədəni kimi iradə hadisələri olacaqlarmı, – artıq əvvəlki
kitabda deyildiyi kimi, xarici dünyanın reallığı barədə məsələnin
həqiqi mənası bundan ibarətdir. Bu suala mənfi cavab nəzəri
eqoizmin mahiyyətini təşkil edir, nəzəri eqoizm məhz buna görə
də öz fərdi varlığından savayı bütün hadisələri kabus hesab edir,
– bu, ona oxşardır ki, praktik eqoizm də praktikada eynilə bu
tərzdə hərəkət edir: o, yalnız öz şəxsiyyətini gerçək olaraq
qiymətləndirir, bütün digər hər bir şeydə isə yalnız kabusları
görür və onlarla uyğun bir tərzdə rəftar edir. Doğrudur, nəzəri
eqoizm heç bir vaxt heç bir sübutla təkzib oluna bilməz; amma
fəlsəfədə ondan həmişə müstəsna dərəcədə skeptik sofizm
olaraq, yəni gözdən pərdə asmaq üçün istifadə etmişlər. Ciddi
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
əqidə kimi onu yalnız dəlixanada tapmaq olar, bu halda isə o,
arqumentlərdən daha çox, müalicə tələb edir. Elə buna görə də,
biz onun üzərində daha dayanmayacağıq və bizim gözümüzdə o,
skeptisizmin yalnız həmişə polemik xarakterə malik olan
sonuncu qalası olacaqdır. Əgər, beləliklə, bizim həmişə fərdiliyə
bağlı olan və məhz bununla da məhdudlanan idrakımız onu
zəruri olaraq gətirib çıxarırsa ki, hər kəs yalnız nəsə bir şey ola
bilər, digər hər şeyi isə o, dərk də bilər (bu məhdudiyyət də,
əslində, fəlsəfəyə tələbat doğurur), onda biz, məhz buna görə
də öz idrakımızın sərhədlərini fəlsəfə ilə genişləndirməyə
çalışaraq, nəzəri eqoizmin əleyhimizə çıxış edən bu skeptik
arqumentini kiçik sərhəd qalası kimi nəzərdən keçirəcəyik, bu
qalanı, doğrudur ki, heç bir vaxt almaq olmaz, amma onun
qarnizonu da heç bir vaxt onun hədlərindən kənara çıxa bilmir,
buna görə də onu cəbhə xətti arxasında saxlamaqdan
qorxmayaraq, cəsarətlə onun yanından ötüb keçmək olar.
Beləliklə, biz bədənimizin mahiyyəti və fəaliyyəti barədə
indi aydınlaşdırdığımız, bizə ikili, iki tamamilə müxtəlif şəkildə
verilmiş idrakdan təbiətdə hər hansı bir hadisənin mahiyyətinə
açar kimi istifadə edəcəyik. Bədənimiz olmayan və buna görə
də bizim şüurumuza ikili olaraq deyil, yalnız təsəvvür olaraq
verilən bütün obyektləri biz bədənlə analoji olaraq nəzərdən
keçirəcəyik və buna görə də qəbul edirik ki, onlar, bir tərəfdən,
bədənə oxşar olaraq təsəvvürlərdir və bu halda onunla
tamamilə bircinslidir və digər tərəfdənsə, əgər onların subyektin
təsəvvürləri olan varlığı aradan qaldırılsa, onda alınmış qalıq öz
daxili mahiyyətinə görə o şey olmalıdır ki, onu biz iradə
adlandırırıq. Zira bəs varlığın və ya reallığın başqa hansı növünü
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
qalan fiziki dünyaya aid etmək mümkündür? Belə bir reallığı
qurmaq üçün elementləri haradan götürmək gərəkdir?
Təsəvvürdən və iradədən savayı biz daha heç nə bilmirik və
düşünə də bilmərik. Əgər biz bilavasitə olaraq yalnız bizim
təsəvvürümüzdə olan fiziki dünyaya bizə məlum olan ən böyük
reallığı aid etmək istəyiriksə, onda biz ona o reallığı verməliyik
ki, bu, hər bir kəs üçün öz bədənidir: zira sonuncu hər bir kəs
üçün ən real olandır. Amma əgər biz bu bədənin və onun
əməllərinin reallığını analizə məruz qoysaq, onda, biz onun
daxilində onun bizim təsəvvürümüz olması ilə yanaşı iradədən
savayı heç nə tapmayacağıq: onun bütün reallığı bununla bitir.
Beləliklə, biz fiziki dünya üçün heç bir yerdə başqa bir reallıq
tapa bilmərik. Əgər, fiziki dünya sadəcə olaraq bizim
təsəvvürümüz olmaqdan nə isə daha artıq olmalıdırsa, onda biz
deməliyik ki, o, təsəvvür olmaqdan savayı, özlüyündə, həm də
öz daxili mahiyyətinə görə odur ki, onu biz özümüzdə bilavasitə
olaraq iradə kimi görürük. Mən öz daxili mahiyyətimə uyğun
olaraq danışıram, amma bu iradənin mahiyyətinə artıq özünə
yox, onun bir çox dərəcələrə malik olan təzahürünə aid
olandan fərqləndirməyi bacarmaq üçün biz onu öncə daha
konkret olaraq dərk etməliyik; belə ki, məsələn, iradənin idrakla
müşayiət olunması və bununla onun motivlərilə şərtləndirilmiş
müəyyənliyi sonradan görəcəyimiz kimi, onun mahiyyətinə
deyil, yalnız onun heyvanda və insanda ən aşkar təzahürünə
aiddir. Elə buna görə də, əgər mən desəm ki: daşı yerə cəlb
edən qüvvə, öz mahiyyətinə görə, özlüyündə və hər hansı bir
təsəvvür olmaqla yanaşı, həm də iradədir, onda bu
mühakiməyə cəfəng bir məna şamil etməyəcəklər ki, guya daş
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
şüurlu motivə uyğun olaraq hərəkət edir, zira iradə insanda
məhz belə təzahür olunur
*
.
Bu vaxta qədər yalnız ilkin olaraq və ümumi cizgilərdə
şərh olunanı indi tam inkişaf etdirərək və əsaslandıraraq, daha
müfəssəl və aydın bir tərzdə sübuta yetirək
**
.
§ 20
Özlüyündə öz məxsusi bədəninin mahiyyəti olan, seyr
obyekti, təsəvvür olan bu bədən həm də başqa məna verən
iradə, deyildiyi kimi, hər şeydən öncə bədənin ixtiyari
hərəkətləri ilə ifadə olunur, zira onlar ayrıca iradə aktlarının
görüntüsü olmaqdan başqa bir şey deyildir, bu iradə aktları
onlarla bilavasitə olaraq və tamamilə eyni zamanda nəsə eyni
bir şey kimi verirlər, iradə aktları onlardan yalnız dərk olunma
formasına görə fərqlənir. Çünki iradə aktları bədənin ixtiyari
hərəkətləri vasitəsilə ifadə olunmaqla təsəvvürə çevrilmişlər.
*
Beləliklə, biz Bekonla qətiyyən razı deyilik, Bekon iddia edirdi (De
augm. scient. L. 4 in fine) ki, bədənin bütün mexaniki və fizioloji
hərəkətləri bu bədəndə baş verən persepsiyanın yalnız ardınca gəlir,
baxmayaraq ki, düzgün olmayan bu mühakimə də həqiqətin
qabaqcadan duyulmasından irəli gəlir. Keplerin müddəası ilə də (onun
De planeta Martis traktatında) məsələ bu cürdür. Kepler belə
düşünürdü ki, planetlər öz elliptik orbitlərinə düzgün əməl etmək üçün
və radius-vektoru ilə cızılan sahənin zamanla həmişə mütənasib
dəyişməsini saxlamaqdan ötrü sürətlərini uzlaşdırmaq üçün idraka
malik olmalıdırlar.
**
II cildin 19-cu fəsli buraya aiddir.
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Amma bu iradə aktları həmişə özündən kənarda –
motivlərdə - da səbəbə malikdirlər. Lakin motivlər yalnız mənim
hazırkı zamanda, bu yerdə və bu şəraitdə nə istədiyimi
müəyyənləşdirir. Ümumiyyətlə, nə istədiyimi, yəni bütün
mənim
arzumu
səciyyələndirən
prinsipi
isə
motivlər
müəyyənləşdirmir. Elə buna görə də, mənim arzum özünün
bütün mahiyyətində motivlərdən çıxış edilərək izah oluna
bilməz: onlar yalnız zamanın verilmiş anında onun təzahürünü
müəyyənləşdirir, onlar – yalnız mənim iradəmi aşkara çıxaran
vəsilədir; iradənin özü isə motivasiya qanunu sahəsinin
xaricində yatır, yalnız iradənin təzahürü zamanın hər bir
vaxtında qaçılmaz olaraq bu qanunla müəyyənləşir. Motiv yalnız
empirik xarakterimin şərti daxilində davranışımın kafi izah
səbəbidir; əgər mən öz xarakterimdən mücərrədləşirəmsə və
sonra soruşuramsa ki, mən ümumiyyətlə niyə başqa bir şeyi
deyil, məhz bunu istəyirəm, onda belə bir suala cavab vermək
mümkün deyildir, ona görə ki, əsas qanununa yalnız iradənin
təzahürü tabedir, özü isə tabe deyildir, iradəni bu münasibətdə
əsassız adlandırmaq gərəkdir.
Bu zaman mən qismən həm Kantın empirik və ağılla dərk
edilə bilən xarakter barədə təlimi
3
ilə tanışlığı, həm də mənim
"Etikanın əsas problemləri"ndə irəli sürdüyüm mülahizələri
nəzərdə tuturam; qismən isə bizə bu barədə dördüncü kitabda
danışmaq lazım gələcəkdir. Hələlik isə mən diqqəti yalnız
aşağıda göstərilənə yönəltmək istəyirəm: bir hadisənin başqa
bir hadisə ilə (əməlin verilmiş halında – motivlə) əsaslandırılmış
olması qətiyyən ona zidd deyildir ki, bu hadisənin daxili
mahiyyəti iradə olacaqdır, iradənin özü isə əsasa malik deyildir,
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
belə ki, əsas qanunu özünün bütün şəkillərində yalnız idrak
forması olaraq qalır və onun qüvvəsi, deməli ki, görünməkdə
olan iradənin özünə deyil, yalnız təsəvvürə, hadisəyə, iradənin
görüntüsünə aid olur.
Beləliklə, əgər mənim bədənimin hər bir əməli iradə
aktının təzahürüdürsə, verilmiş motivlər olduqda həm,
ümumiyyətlə, mənim iradəm özü və həm də bütövlükdə, yəni
mənim xarakterim izhar olunursa, onda, həmçinin hər bir
əməlin qaçılmaz şərti və müqəddiməsilə iradə təzahürü
olmalıdır, zira onun təzahürü bilavasitə və müstəsna olaraq
özlüyündə mövcud ola bilməyəndən asılı ola bilməz, yəni ondan
asılı ola bilməz ki, o, onun üçün yalnız təsadüfidir və o, onun
təzahürünün özünü də yalnız təsadüfi edə bilərdi; belə bir şərt
isə məhz bütün bədən olur. Sonuncu elə buna görə də artıq
iradənin təzahürünün özü olmalıdır və bütövlükdə mənim
iradəmə, yəni mənim ağılla dərk edilən xarakterimə qarşı onun
zamandakı təzahürü olaraq mənim empirik xarakterim
bədənimin ayrıca əməlinin iradəmin ayrıca aktına olacağı
münasibətdə olmalıdır. Deməli, bütün bədən mənim görünən
iradəmdən başqa bir şey ola bilməz, çünki o, əyani obyektdir,
birinci növdən olan təsəvvürdür. Bunun təsdiqi olaraq isə artıq
göstərilmişdir ki, mənim bədənimə göstərilən hər bir təsir
dərhal və bilavasitə olaraq həm də mənim iradəmə təsir
göstərir və bu baxımdan ağrı və ya həzz, aşağı dərəcədə isə xoş
olan və ya xoş olmayan hiss adlanır və, digər tərəfdən, iradənin
hər bir güclü hərəkəti, yəni affekt və ehtiras bədəni sarsıdır və
onun funksiyaları pozur.
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Tam mükəmməl olmasa da, öz bədəninin meydana
çıxmasını etioloji olaraq təsəvvür etmək olar. Bədəninin
inkişafını və saxlanılmasını isə daha yaxşı təsəvvür etmək olar ki,
bu da fiziologiyanın məzmununu təşkil edir; amma sonuncu öz
predmetini yalnız motivlər davranışı izah etdiyi ölçüdə izah
edir. Ayrıca əməlin öz əsası olaraq motivə malik olması və
zəruri olaraq ondan irəli gəlməsi faktının, ümumiyyətlə, əməlin
öz mahiyyətinə görə əsassız olan hansısa bir iradənin yalnız
təzahürü olması faktına zidd olmamasına oxşar olaraq, bədənin
funksiyalarının fizioloji izahı da o fəlsəfi həqiqətə xələl gətirmir
ki, bu cismin (bədənin) bütün varlığı və onun funksiyalarının
bütün məcmusu yalnız və elə həmin iradənin təcəssümüdür ki,
o, bu cismin xarici hərəkətlərində motivlərə uyğun olaraq
təzahür olunur. Bununla belə, fiziologiya hətta bu xarici,
bilavasitə ixtiyari hərəkətləri xalis üzvi səbəblərə müncər
etməyə, – məsələn, əzələnin hərəkətini şirələrin axması ilə izah
etməyə səy edir ("İsladılmış kəndirin sıxılması kimi", Reyl
özünün "Fiziologiyanın arxivi"ndə belə deyir, 6-cı cild, səh. 153);
amma əgər güman olunsa ki, bu qəbildən olan əsaslı izaha nail
olmaq olar, bu, hər halda heç bir vaxt o bilavasitə səhih həqiqəti
aradan qaldırmazdı ki, hər bir ixtiyari hərəkət (fimctiones
animales
[heyvani-orqanik
funksiyalar])
iradə
aktının
təzahürüdür. Bitki həyatının fizioloji izahı (functiones nalurales,
vitales [təbii, həyati funksiyalar]) da, həmçinin hansı uğurlara
malik olmasından asılı olmayaraq, heç bir vaxt o həqiqəti təkzib
etmək iqtidarında olmayacaqdır ki, bizim inkişafda olan bütün
heyvani həyatımız iradənin təzahürüdür. Ümumiyyətlə, öncə
aydınlaşdırıldığı kimi, hər hansı etioloji izah yalnız ayrıca bir
hadisə üçün zamanda və məkanda zəruri müəyyən yeri, onun
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
orada möhkəm qaydaya uyğun olaraq zəruri meydana
gəlməsini göstərə bilər, hər bir hadisənin daxili mahiyyəti isə bu
yolda həmişə örtülü qalacaq, o, hər bir etioloji izahda yalnız
güman olunur və yalnız müxtəlif adlarla işarə olunur: qüvvə, və
ya təbiət qanunu, və ya, əgər söhbət əməllərdən gedirsə, onda
xarakter, iradə adları ilə.
Beləliklə, hər bir ayrıca əməl müəyyən bir xarakter
olması şərtilə verilmiş motivdən zəruri olaraq çıxarılır və
baxmayaraq ki, boy artımı, qidalanma prosesi və canlı bədəndə
bütün dəyişikliklərin məcmusu zəruri olaraq təsir göstərən
səbəblər (qıcıqlandırıcılar) üzrə baş verir, bununla belə
əməllərin bütün sırası və deməli, ayrılıqda götürüldükdə onların
hər biri, həmçinin də onların şərti, onları icra edən bədənin özü,
deməli və həm də vasitəsilə və daxilində onun mövcud olduğu
proses, – bütün bunlar iradənin təzahürü, aşkara çıxması,
obyektliyi olmaqdan başqa bir şey deyildir. İnsani və həm də
heyvani orqanizmin, ümumiyyətlə, insani və heyvani iradəyə
tam uyğunluğu buna əsaslanır; o, xüsusi hazırlanmış alətin öz
istehsalçısının
iradəsinə
uyğunluğuna
bənzəyir
(amma
əhəmiyyətli dərəcədə ondan üstündür) və buna görə də
məqsədəuyğunluq, yəni bədənin teleoloji izaha yatımlılığıdır.
Elə buna görə də, bədənin orqanları əsas istəklərə tamamilə
uyğun gəlməlidir, iradə bu istəklərdə özünü göstərir, bu
orqanlar onların görünən ifadəsi olmalıdır: dişlər, udlaq və
bağırsaq kanalı – obyektivləşdirilmiş aclıqdır; genitaliyalar–
obyektivləşdirilmiş cinsi həvəsdir; yapışan əllər, cəld ayaqlar isə
iradənin artıq daha çox vasitəli, dolayı meyllərinə uyğun gəlir və
bu meylləri təmsil edirlər. Ümuminsani formanın ümuminsani
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
iradəyə uyğun gəlməsinə oxşar olaraq, ayrıca bir şəxsin fərdi
olaraq modifikasiya olunmuş iradəsinə, xarakterinə bədənin
fərdi quruluşu uyğun gəlir, həmin bu fərdi quruluş da elə buna
görə də tamamilə və özünün bütün hissələrində xarakterik və
ifadəlidir. Son dərəcə diqqətəlayiqdir ki, bunu artıq Parmenid
özünün aşağıdakı şeirində söyləmişdir (bu şeir bizə qədər
Aristotelin Metafizikasında gəlib çatmışdır: III, 5):
Fasiləsiz olaraq dəyişən üzvlərdə qarışığın *elementlərin]
proporsiyası hər an necədirsə
İnsanların ağlına gələn fikir də elədir. Zira üzvlərin təbiəti
onun dərk etdiyilə eynidir insanlarda
Və bütün *varlıqlarda+, hər şeydə, yəni: nə çoxdursa
[onda], o barədə də düşünülür
.**
HAŞİYƏ
**
bax:kitab,səh.198
(Feofrast
deyir:
İnsan
bədənində üstünlük təşkil edən-fikirdir.Bax. S.N.Trubetskoyun
“Qədim
Yunanıstanda
metafizika”kitabı.
Səh.282
(rus
tərcüməçisinin qeydi))
§ 21
II cildin 20-cu fəsli və mənim «İradə təbiətdə» adlı əsərimdə
"Fiziologiya" və "Müqayisəli anatomiya" rubrikaları buraya aiddir.
Mənim burada yalnız qeyd etdiklərim «İradə təbiətdə» əsərində
təfsilatı ilə işlənib hazırlanmışdır.
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Bütün bu mülahizələr sayəsində hamının in concrete,
bilavasitə olaraq, yəni hisslər şəklində malik olduğuna həmçinin
in abstracto olaraq, yəni aydın və möhkəm şəkildə malik olan,
öz məxsusi təzahürünün daxili mahiyyətini dərk edən kəs bilir
ki, onun təzahürü onun qarşısında təsəvvür olaraq onun
əməllərində və onun qərarlaşmış olduğu substratda, onun öz
məxsusi bədənində çıxış edir, mahiyyət isə onun iradəsidir və o,
onun şüurunda ən çox bilavasitə olandır, amma özlüyündə
bütövlükdə təsəvvür formasına daxil olmamışdır, harada ki
obyekt və subyekt bir-birinə əksdirlər, iradə isə özü barədə
subyektin və obyektin tamamilə aşkar fərqləndirilməsi
olmadan, bilavasitə olaraq xəbər verir və üstəlik fərd qarşısında
bütövlükdə deyil, yalnız özünün ayrıca aktlarında açılır – mən
deyirəm ki, mənimlə birgə bu əqidəyə gələn kəs üçün onun özü
bütün təbiətin daxili mahiyyətinin dərkinə aparan açara çevrilə,
əgər o, onu həm də bütün o hadisələrə gətirərsə ki, onlar ona Dostları ilə paylaş: |