bilavasitə idrakda deyil, vasitəli (onun öz məxsusi hadisəsi kimi)
idrakda, yəni birtərəfli olaraq, yalnız bir təsəvvür olaraq
verilmişdir. Yalnız öz məxsusi hadisələrinə tamamilə oxşar olan
hadisələrdə, insanlarda və həm də heyvanlarda o, onların daxili
mahiyyəti olan elə həmin iradəni görəcəkdir, bitkini hərəkətə
gətirən və yaşadan qüvvədə də, kristalı quran, maqniti şimala
yönəldən, müxtəlifcinsli metallarla toqquşma zamanı onu zərbə
ilə qarşılayan, maddi cisimlərin bir-birini cəzb etməsində və dəf
etməsində də, ayrılması və birləşməsində də və nəhayət, daşı
yerə doğru çəkən və yeri günəşə doğru çəkən, bütün
materiyaya xas olan qüdrətli cazibədə də tanımağa gətirib
çıxaracaqdır, – bütün bunlar onun tərəfindən yalnız hadisədə
müxtəlif olan kimi, öz daxili mahiyyətində isə eyni olan kimi
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
qəbul ediləcəkdir, bu ona bilavasitə olaraq yaxından məlumdur,
o özünü ən aydın bir şəkildə aşkarladıqda iradə adlanır. Yalnız
düşüncənin təsiri ilə biz daha hadisədə dayanmırıq və özündə
şeyə keçirik. Hadisə, təzahür, təsəvvür deməkdir və başqa heç
nə deyildir, hansı qəbildən olursa- olsun, hər hansı təsəvvür, hər
hansı obyekt, təzahür hadisədir. Amma özündə şey – yalnız
iradədir və bu statusda o, əsla təsəvvür deyildir, nəsə toto
generedir, ondan fərqlidir: odur ki, hər hansı bir təsəvvür, hər
hansı bir obyekt onun təzahürü, onun görüntüsü, onun
obyektliyi olaraq çıxış edir. O, bir bütöv kimi hər cür xüsusinin
əzəli, nüvəsidir; o, təbiətin hər bir kortəbii fəaliyyət göstərən
qüvvəsində təzahür olunur, o, insanın düşünülmüş fəaliyyətində
də təzahür olunur: onlar arasında böyük fərq yalnız təzahür
dərəcəsinə aiddir, təzahür olunanın mahiyyətinə aid deyildir.
§ 22
Bu özündə şey (Kant terminini sabit formul olaraq
saxlayaq), bu statusda heç bir vaxt obyekt olmur (çünki hər
hansı obyekt artıq onun özü deyildir, yalnız onun təzahürüdür,
bu şey hər halda obyektiv olaraq düşünülə bilən olmaq üçün
hansısa obyektdən, obyektiv olaraq verilmiş nədənsə, deməli,
öz təzahürlərinin hansındansa özünə ad və anlayış götürməli idi;
amma sonuncu izah edici məqam olmaqdan ötrü onun bütün
təzahürlərindən ən mükəmməli, yəni ən aydını, ən çox inkişaf
etmişi, idrakın gücü ilə bilavasitə olaraq ən çox işıqlandırılmışı
olmalıdır: belə bir statusda məhz insan iradəsi çıxış edir. Amma
qeyd etmək lazımdır ki, biz, əlbəttə ki, yalnız denominatio a
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
potiori-dən istifadə edirik, bunun da nəticəsində iradə anlayışı
bu vaxta qədər malik olduğundan daha böyük həcm əldə edir.
Müxtəlif
hadisələrdə
eyniyyətin
və
oxşarlarda
müxtəlifliyin dərk olunması, Platonun tez-tez qeyd etdiyi kimi,
fəlsəfənin şərtidir. Amma təbiətdə hər bir səy edən və fəaliyyət
göstərən qüvvənin mahiyyətinin iradə ilə eyniyyəti bu vaxta
qədər dərk olunmamışdır və buna görə də eyni qəbildən olanın
müxtəlif növlərini təşkil edən cürbəcür hadisələr belə hesab
edilməmişdir, ayrıcinsli kimi qiymətləndirilmişlər: elə buna görə
də, cins anlayışını işarə etmək üçün söz olmamışdır. Bu
səbəbdən də, mən bütün cinsi onun növlərinin ən görkəmlisinə
görə adlandırıram, onun dərk olunması bizə ən çox yaxın və
bilavasitə olandır, onun bütün digər növlərinin dərk olunmasına
aparıb çıxarır. Beləliklə, çıxılmaz anlaşılmazlığın hakimiyyəti
altına o kəs düşərdi ki, o, anlayışın burada tələb olunan tərzdə
genişləndirilməsini yerinə yetirə bilmirdi və iradə sözü altında
həmişə yalnız bir, bu vaxta qədər anlaşılan növü, yəni idrakla
müşayiət olunan və müstəsna dərəcədə motivlərin təsiri ilə və
hətta yalnız abstrakt motivlərin təsiri ilə, yəni zəkanın rəhbərliyi
altında aşkar olan iradəni başa düşmüş olardı; halbuki, artıq
deyildiyi kimi, bu, iradənin yalnız ən aydın təzahürüdür. Məhz
bu təzahürün bizə bilavasitə olaraq məlum olan daxili
mahiyyətini biz fikrən ayırmalıyıq və sonra onu həmin
mahiyyətin getdikcə daha zəif, daha az dərəcədə aşkar olan
təzahürlərinə keçirməliyik və bununla da, biz iradə anlayışının
tələb olunan genişləndirilməsini yerinə yetirmiş olarıq.
Əksinə olaraq, iradəni son nəticədə şəxssiz olaraq
anlayan, bütün hadisələrin bu daxili mahiyyətini iradə və ya
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
hansısa başqa sözlə adlandırmağın təfavütü olmadığını düşünən
kəs də məni səhv başa düşmüş olardı. Həqiqətən də, əgər biz bu
özündə şeyin mövcudluğu barədə yalnız mücərrəd mühakimə
yürütsəydik və beləliklə, onu müstəsna dərəcədə dolayı olaraq
və yalnız in abstracto dərk etsəydik, onda belə olmuş olardı: o
zaman, əlbəttə ki, bu özündə şeyi necə istəsən adlandırmaq
olardı, bu halda ad sadəcə olaraq məchul kəmiyyətin işarəsi
olmuş olardı. İndiki halda isə bizə təbiətdəki hər bir şeyin gizli
mahiyyətini açmalı olan iradə termini bir sehrli söz olaraq
qətiyyən, əsla məchul kəmiyyəti deyil, əqli nəticələrlə əldə
edilmiş nəyisə deyil, tamamilə bilavasitə olaraq dərk edilmiş və
bizim ən yaxşı bildiyimizi və başa düşdüyümüzü bildirir. Biz öz
iradəmizi hər hansı başqa bir şeydən daha yaxşı tanıyırıq və
daha yaxşı başa düşürük.
Bu vaxta qədər iradə anlayışını qüvvə anlayışının altına
gətirtmişlər, mən isə bunun əksini edirəm və təbiətdəki hər bir
qüvvəni iradə kimi anlamaq istəyirəm. Qoy düşünməsinlər ki,
bu, sözlər barədə mənasız mübahisədir: bütün bunlar ən yüksək
dərəcədə vacib və mühümdür. Zira son nəticədə qüvvə
anlayışının əsasında, hər hansı digər anlayışın əsasında olduğu
kimi obyektiv dünyanın əyani olaraq dərk olunması, yəni hadisə,
təsəvvür yatır ki, bu anlayış da elə buradan götürülmüşdür. O,
əyani təsəvvür sahəsindən, yəni o sahədən, mücərrədləşmişdir
ki, burada səbəb və təsir hökmrandır və o məhz səbəbin səbəb
kimi mövcudluğu mənasını verir, – o nöqtədə ki, bu mövcudluq
orada sonrakı etioloji izaha qətiyyən yatmır, onun özü isə hər
hansı etioloji izahın müqəddiməsi, müqəddəm şərti kimi çıxış
edir. Əksinə, iradə anlayışı mümkün olanlardan yeganəsidir ki,
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
öz mənbəyinə, sadəcə olaraq, hadisədə, əyani təsəvvürdə malik
deyildir, öz başlanğıcını daxildən, hər bir kəsin bilavasitə
şüurundan götürür, o şüurdan ki, hər bir kəs burada öz
fərdiliyini onun varlığında dərk edir, bilavasitə olaraq, hər hansı
bir formanın xaricində, hətta subyektin və obyektin
formasından da xaricdə, o özü bu şüurdur, zira burada dərk
edən və dərk olunan bir-biri ilə uyuşur.
Buna görə də, qüvvə anlayışını iradə anlayışına aid
edərək, biz əslində daha az məlum olanı sonsuz dərəcədə daha
çox məlum olana, əslində, bizə yeganə olaraq həqiqətən,
bilavasitə və mükəmməl olaraq məlum olana aid edirik və öz
idrakımızı genişləndiririk.
Bu vaxta qədər edildiyi kimi iradə anlayışını qüvvə
anlayışına aid etməklə isə, biz yeganə bilavasitə idrakdan imtina
edirik, o idrakdan ki, dünyanın daxili mahiyyəti barədə biz
həmən o idraka malikik, onu hadisədən mücərrədləşmiş anlayış
içərisində əritdikdə isə, belə bir anlayışla biz heç bir vaxt hadisə
sərhədindən kənara çıxa bilmərik.
§ 23
İradə özündə şey olaraq öz təzahüründən tamamilə
fərqlidir və onun bütün formalarından tamamilə azaddır, bu
formaları o, yalnız təzahür olunduğu zaman qəbul edir ki, bu
formalar elə buna görə də onun yalnız obyektliliyinə aiddir,
onun özünə isə yaddır.
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Hər hansı bir təsəvvürün ən ümumi formasının, subyekt
üçün obyekt formasının artıq ona aidiyyəti yoxdur; ona daha az,
onlar bu sonuncuya tabe olan və öz ümumi ifadəsini əsas
qanununda tapan, o formaların aidiyyəti vardır; buraya məlum
olduğu kimi, həmçinin zaman və məkan da və deməli, həm də
yalnız onların sayəsində mövcud olan və mümkün olan çoxluq
da aiddir. Bu sonuncu münasibətdə mən zamanı və məkanı
köhnə, əsl sxolastikadan alınmış principium individuationis
termini ilə adlandıracağam və xahiş edirəm ki, bunu həmişəlik
nəzərə alasınız. Zira yalnız zamanın və məkanın sayəsində öz
mahiyyətinə və anlayışına görə eyni və vahid olan müxtəlif və
çoxluq kimi bir-birinin yanında üzə çıxır: deməli, zaman və
məkan Suaresdə toplanan bu qədər sxolastik müdriklik və
mülahizələrin predmeti- principium individuationisdir, (Disp. 5,
sect. 3).
Deyilənlərə uyğun olaraq, iradə özündə şey kimi özünün
bütün şəkillərində əsas qanuni sferasının xaricində durur və o,
buna görə də, əsasdan tamamilə məhrumdur, baxmayaraq ki,
onun hər bir təzahürü sözsüz olaraq əsas qanununa tabedir.
Bunun ardınca qeyd etmək lazımdır ki, o, hər hansı bir
çoxluqdan azaddır, baxmayaraq ki, onun zamanda və
məkandakı təzahürləri saysız-hesabsızdır; onun özü vahiddir,
amma vahidliyi yalnız mümkün çoxluğun kontrastından dərk
edilən bir obyekt kimi yox, yalnız çoxluqdan mücərrədləşmə
vasitəsilə meydana çıxan anlayışının vahidliyi kimi yox: iradə
zaman və məkan xaricində olan kimi principium individuationis-
in, yəni çoxluq imkanının xaricində qalan kimi vahiddir. Yalnız
iradənin təzahürlərinin və müxtəlif manifestasiyalarının sonrakı
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
icmalından bütün bunlar bizim üçün tamamilə aydın olduqları
zaman və yalnız o zaman biz Kant təliminin mənasını tamamilə
başa düşəcəyik, biz başa düşəcəyik ki, zaman, məkan və
səbəbiyyət özündə şeyə məxsus deyillər, yalnız idrak
formalarıdır.
İradənin əsasa malik olmamasını o yerdə həqiqətən dərk
etmişlər ki, orada o, insan iradəsi olaraq ən aşkar bir şəkildə
təzahür olunur və orada onu azad, müstəqil adlandırmışlar.
Amma bu zaman iradənin özünün əsasa malik olmaması
ucbatından onun təzahürlərin hər yerdə tabe olduğu zərurəti
gözdən qaçırmışlar və əməlləri azad elan etmişlər, əslində isə,
azad əməl yoxdur, belə ki, hər hansı bir ayrıca əməl ciddi bir
zərurətlə motivin xarakterə təsirindən irəli gəlir. Hər hansı bir
zərurət – artıq deyildiyi kimi, nəticənin əsasa olan münasibətidir
və qətiyyən bundan başqa bir şey deyildir. Əsas qanunu – bütün
hadisələrin ümumi formasıdır və insan öz fəaliyyətində hər
hansı başqa bir hadisə kimi ona tabe olmalıdır. Amma iradə
özünüdərkdə bilavasitə olaraq və özlündə dərk olunur, ona görə
də bu idrakda azadlığın dərki də kök salmışdır. Amma bu zaman
o diqqətdən kənarda qalır ki, fərd, şəxsiyyət – özündə şey olaraq
iradə deyildir, artıq iradə hadisəsidir və şəxsiyyət bu statusda
artıq determinasiya olunmuşudur və hadisə əsas qanunu –
formasını almışdır. Buradan təəccüb doğuran belə bir fakt
meydana çıxır ki, hər bir kəs, hətta öz ayrıca əməllərində belə a
priori olaraq özünü tamamilə azad hesab edir və düşünür ki,
guya o, istənilən an başqa həyat yolu seçə bilər, yəni başqası ola
bilər. Amma a posteriori olaraq, təcrübədə, o, təəccüb
içərisində əmin olur ki, o, azad deyildir, zərurətə tabedir, o, öz
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
qərarlarına və düşüncələrinə baxmayaraq, öz fəaliyyətini
dəyişmir və həyatının əvvəlindən sonuna kimi eyni, onun özü
tərəfindən belə bəyənilməyən xarakter nümayiş etdirməli, sanki
bir dəfə öz üzərinə götürdüyü rolu sona qədər oynamalıdır.
Mən burada bu mülahizə üzərində bundan daha çox dayana
bilmərəm, ona görə ki, o, etik xarakterə malikdir və bu kitabın
başqa bir yerinə aiddir. Burada mən hələ ki yalnız onu
göstərmək istəyirəm ki, özlüyündə əsasdan məhrum olan
iradənin təzahüri hər halda bu statusda zərurətə, yəni əsas
qanununa tabedir, – ona görə ki, təbiət hadisələrində özünü
göstərən zərurət onlarda iradənin nümayişini görməkdə bizə
mane olmasın.
Bu vaxta qədər yalnız o dəyişiklikləri iradə təzahürləri
hesab etmişlər ki, onlar motivdən, yəni təsəvvürdən savayı
başqa bir əsasa malik deyillər və buna görə də iradəni təbiətdə
yalnız insana və nadir halda isə heyvanlara aid etmişlər, artıq
başqa bir yerdə mənim xatırlatdığım kimi, zira idrak, təsəvvür –
əlbəttə ki, həyatiliyin həqiqi və həm də müstəsna xarakteridir.
Amma iradənin ona rəhbərlik etmədiyi yerlərdə də fəaliyyət
göstərməsini daha yaxşı heyvanların instinkti və bədii şövqlə
göstərir
*
.
Sonuncuların təsəvvürlərə və idraka malik olmaları
burada hesaba alınmır, zira onların yaxınlaşdıqları və şüurlu
motiv ola bilən məqsəd onlara tamamilə naməlum qalır;
onların əməlləri motivlər üzrə baş vermir, təsəvvür tərəfindən
idarə olunmur, və buradan hər şeydən öncə və hər şeydən
*
Bu barədə xüsusi olaraq II cildin 27-ci fəslində danışılır.
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
aydın bir şəkildə görünür ki, iradə hər hansı bir idrak olmadan
da fəaliyyət göstərir. Biryaşlı quş yumurtalar barədə təsəvvürə
malik deyildir, amma onlar üçün yuva qurur, gənc hörümçək isə
şikarı barədə təsəvvürə malik deyildir, amma onun üçün tor
qurur; mirmelion ilk dəfə qarışqa üçün çuxur qazıdığı zaman
qarışqa barədə təsəvvürə malik deyildir; erkək böcəyə
çevriləcək böcək sürfəsi ağacda bu çevrilmənin baş verməsi
üçün sanki deşik açır və bu deşiyin ölçüsü dişi böcəyə çevriləcək
böcək sürfəsinin ağacda açdığı deşikdən iki dəfə böyük olur:
birinci halda o, bunu buynuzlar üçün yer hazırlamaqdan ötrü
edir, o buynuzlar üçün ki, onların barəsində heç bir təsəvvürə
malik deyildir. Aşkardır ki, heyvanların, bu və həmçinin də digər
belə əməllərində iradə özünü göstərir, amma onun fəaliyyəti
kordur və idrakla müşayiət olunmasına baxmayaraq, onun
tərəfindən idarə olunmur. Təsəvvürün iradənin fəaliyyəti üçün
bir motiv olaraq zəruri və mühüm şərt olmadığına biz əmin olan
kimi, onun təsirinin daha az dərəcədə aşkar göründüyü
hallarda, bu iradəni dərk etmək bizə daha asan olur: məsələn,
biz ilbizin genini ona yad olan, amma idrakla idarə olunan
iradənin məhsulu hesab etməyəcəyik, eləcə də bizim tikdiyimiz
evi öz məxsusi iradəmizin nəticəsi deyil, hansısa digər iradənin
nəticəsi hesab etməyəcəyik; yox, biz həm bu, həm də digər
məskəni hər iki hadisədə obyektivləşən iradənin yaradıcılığı kimi
tanıyırıq, bu iradə bizə motivlər üzrə, ilbizdə isə hələ ki, kortəbii,
kənara yönələn qurucu instinkti kimi təsir göstərir. Bəli bizim
özümüzdə də həmin eyni iradə çox cəhətdən kortəbii təsir
göstərir; bizim bədənimizin idrakla idarə olunmayan bütün
funksiyalarında, onun bütün heyvani və bitkisəl proseslərində,
həzmdə, qan dövranında, ifrazatda, artımında, yenidən
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
yaratmasında. Bədənin yalnız hərəkətləri deyil, onun özü də,
yuxarıda göstərildiyi kimi, bütövlükdə iradənin təzahürü,
obyektivləşdirilmiş iradə, konkret iradədir; buna görə də onda
baş verən hər bir şey iradə tərəfindən törədilir, baxmayaraq ki,
verilmiş halda o, idrakla idarə olunmur və kortəbii fəaliyyət
göstərərək, motivlərlə deyil, bu halda qıcıqlandırıcılar adlanan
səbəblərlə müəyyənləşir.
Mən sözün dar mənasında materiyanın o halını səbəb
adlandırıram ki, o, zəruri olaraq digər bir halı doğurur, özü də
həmin, yaratdığı dəyişikliyə məruz qalır; bu, qanunla ifadə
olunur: təsir əks-təsirə bərabərdir. Bunun ardınca qeyd etmək
lazımdır ki, məxsusi mənada səbəb halında təsir səbəbə ciddi
mütənasib olaraq artır; eləcə də, deməli, əks-təsir də artır, elə
buna görə də, əgər təsirin növü məlumdursa, onda səbəbin
intensivlik dərəcəsinə görə təsirin dərəcəsini də ölçmək
mümkündür və əksinə. Bu məxsusi mənada səbəb
adlandırılanlar mexanikiliyin, kimyəviliyin və i.a. bütün
təzahürlərində – bir sözlə qeyri-üzvi maddələrin bütün
dəyişiklikərində fəaliyyət göstərirlər. Əksinə, mən o səbəbi
qıcıqlandırıcı adlandırıram ki, özü onun təsirinə uyğun gələn
əks-təsirə məruz qalmır və onun intensivliyi öz dərəcəsinə görə
əsla təsirin dərəcəsi ilə paralel baş vermir, bu səbəbdən də onu
sonuncu ilə ölçmək olmaz; əksinə, qıcıqlandırıcının bir qədər
gücləndirilməsi ya təsiri əhəmiyyətli dərəcədə artıra, ya əvvəlki
təsir tamamilə məhv edilə bilər və s. Üzvi cisimlərə göstərilən
hər hansı bir təsir özlüyündə belə bir xarakterə malikdir.
Deməli, heyvani bədəndə və bitkisəl əslində bütün üzvi
dəyişikliklər sadəcə olaraq səbəblərin deyil, qıcıqlandırıcıların
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
sayəsində baş verir. Amma, ümumiyyətlə, hər hansı başqa bir
səbəb kimi, qəcıqlandırıcı həm də motiv kimi hər bir qüvvənin
zamanda və məkanda təzahürünün yalnız başlanğıc nöqtəsini
müəyyənləşdirir, təzahür olunan qüvvənin məğzinin özünü
müəyyənləşdirmir, biz bu mahiyyətin özünü əvvəlki nəticələrə
uyğun olaraq, bədənin həm şüursuz, həm də şüurla müşayiət
olunan dəyişikliklərini ona aid edərək, iradə hesab edirik.
Qıcıqlandırıcı ortanı, kauzallıqla dərkdən keçən motivdən dar
mənada səbəbə keçidi təşkil edir. Ayrı-ayrı hallarda o, gah
motivə, gah da səbəbə yaxındır, amma onu hələ ki, onlardan
fərqləndirmək mümkündür, məsələn, bitkilərdə şirələr
qıcıqlandırıcının sayəsində yuxarı yüksəlir və bunu sadəcə
olaraq səbəblərlə, hidravlikanın və ya kapillyarlığın qanunlarına
uyğun olaraq izah etmək olmaz, amma onun təzahürü
səbəblərlə dəstəklənir və ümumiyyətlə, artıq sırf səbəbiyyət
dəyişikliklərinə çox yaxındır. Digər tərəfdən, Hedysarum gyrans
və Mimosa pudicanın hərəkətləri, hələ ki, qıcıqlandırıcıların
sayəsində baş verməsinə baxmayaraq, motivləşdirilmiş
hərəkətlərə artıq çox bənzəyirlər və onlar arasında sanki bir
keçiddirlər.
Gücləndirilmiş işıq zamanı göz bəbəyinin daralması
qıcıqlandırıcının
sayəsində
baş
verir,
amma
artıq
motivləşdirilmiş hərəkətlərə keçir: axı o, ona görə meydana çıxır
ki, həddindən artıq güclü işıq göz torunu ağrılı bir tərzdə
zədələyə bilərdi və bundan qaçmaq üçün, biz göz bəbəyini
daraldırıq. Ereksiyanın səbəbi kimi motiv çıxış edir, belə ki, bu
səbəb – təsəvvürdür; amma o, qıcıqlandırıcının zərurəti ilə təsir
göstərir, yəni ona müqavimət göstərmək mümkün deyildir və
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
onu qüvvədən məhrum etmək üçün onu aradan qaldırmaq
lazımdır. İnsanı qusduran iyrənc predmetlərlə də məsələ
belədir. Qıcıqlandırıcılar və şüurlu motivlər üzrə əməllər
sayəsində tamamilə başqa qəbildən olan hərəkətlər arasında
real aralıq həlqə kimi biz indi o heyvanların instinktlərini
nəzərdən keçirmişik. Elə bu qəbildən olan başqa aralıq həlqə
olaraq tənəffüsü nəzərdən keçirməyə səy etmək mümkündür:
axı bu prosesin ixtiyari və ya qeyri-ixtiyari hərəkətlərə məxsus
olması, yəni o, əslində motivə görə və ya qıcıqlandırıcının
sayəsindəmi; baş verməsi barədə mübahisə edirdilər, yəqin,
ona görə ki, o, onların hər ikisinin arasında orta mövqeni tutur.
Marşall Holl (Marshall Hall. On the diseases of the nervous
system, § 293.) tənəffüsü qarışıq funksiya kimi nəzərdən keçirir,
belə ki, o, sinirlərin– qismən baş beyninin ixtiyari, qismən də
onurğa beyninin qeyri-ixtiyari təsiri altındadır. Amma son
nəticədə biz bu prosesi iradənin motivləşdirilmiş təzahürlərinə
aid etməliyik, zira başqa motivlər, yəni xalis təsəvvürlər iradəni
tənəffüsü ləngitməyə və ya sürətləndirməyə meylləndirə bilər
və bizə, hətta elə gəlir ki, onu hər hansı bir ixtiyari əməl kimi
tamamilə ləngitmək olar, yəni könüllü olaraq boğulmaq
mümkündür. Və əgər başqa bir motiv iradəyə elə güclü təsir
etsəydi ki, o, havaya olan inadlı tələbatdan daha üstün olmuş
olsun bu, əslində mümkün olardı. Deyirlər ki, guya Diogen
həyatını həqiqətən də belə bir tərzdə bitirmişdir (Diogen Laertli.
VI, 76). Və zəncilər də guya belə edirdilər (Ф.Е.Осиандер. "О
самоубийстве", 1813, стр. 170-180). Bu, bizim üçün mücərrəd
motivlərin təsirinin, yəni əslində zəkavi iradənin xalis heyvani
iradə üzərində üstünlüyünün parlaq nümunəsi kimi çıxış etmiş
olardı. Tənəffüsün ən azı qismən beyin fəaliyyəti ilə şərtlənməsi
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
aşağıdakı faktdan görünür: sianid turşusu əsasən onunla
öldürür ki, beyni iflic edir və bununla da, dolayı olaraq tənəffüsü
ləngidir, amma əgər o, beynin zəhərlənməsi baş verincəyə
qədər süni olaraq saxlanılsa, onda ölüm baş verməyəcək. Yeri
gəlmişkən, tənəffüs bizim üçün burada onun aşkar nümunəsidir
ki, motivlər və qıcıqlandırıcılar dar mənada səbəblər kimi zəruri
olaraq təsir göstərir və onlar yalnız əks motivlərlə
neytrallaşdırıla bilər, necə ki təsir əks-təsirlə neytrallaşdırılır: axı
nəfəs alma zamanı onun ləngidilmə imkanı motivlərdən irəli
gələn başqa hərəkətlər zamanı olduğundan müqayisə olunmaz
dərəcədə daha zəifdir, zira birinci halda motiv çox israrlı və
yaxındır, onun ödənilməsi isə, onu yerinə yetirən əzələlərin
yorulmazlığı ucbatından, çox asandır; bu zaman ona adətən, bir
qayda olaraq heç nə mane olmur və bütövlükdə hər bir şey
fərdin çoxdankı vərdişi ilə saxlanılır.
Və bununla belə, bütün motivlər əslində, eyni zərurətlə
fəaliyyət göstərir. Həm motivləşdirilmiş hərəkətlərə, həm də
qıcıqlandırıcıların sayəsində baş verən hərəkətlərə zəruriliyin
eyni dərəcədə xas olmasının qəbul edilməsi bizə aşağıdakıları
daha asan anlamağa imkan verir: hətta orqanizmdə
qıcıqlandırıcıların sayəsində tamamilə qanunauyğun olaraq baş
verənlər hər halda öz daxili mahiyyətinə görə iradədir, o iradə
ki, doğrudur, özlüyündə olmasa da, amma özünün bütün
təzahürlərində əsas qanununa, yəni zərurətə tabedir
*
.
*
Bu fikir mənim iradə azadlığı haqqında müsabiqə əsərimdə
(«Etikanın əsas problemləri») tamamilə açılmışdır, və buna görə də,
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Buna görə də biz heyvanların həm hərəkətlərində, həm
də bütün mövcudluğunda, fiziki quruluşunda və təşkilində
iradənin təzahürünü qəbul etməklə məhdudlaşmayacağıq; yox,
şeylərin daxili mahiyyətinin bizə bilavasitə olaraq verilmiş bu
yeganə idrakını biz bitkilərə də aid edirik, bitkilərin bütün
hərəkətləri qıcıqlandırıcılar sayəsində baş verir: axı idrakın və
onunla şərtlənən motivlər üzrə hərəkətin olmaması heyvan və
bitki arasında yeganə mühüm fərqi təşkil edir. Elə buna görə də,
təsəvvür üçün, sadəcə olaraq. bitki, vegetativ proses, kor qüvvə
olanı biz öz daxili mahiyyətinə uyğun olaraq iradə kimi dərk
edəcəyik, bütövlükdə burada məhz onu axtaracağıq ki, o, bizim
öz məxsusi təzahürümüzün əsasını təşkil edir ki, bu təzahür də
bizim
fəaliyyətimizdə
və
hətta
bizim
bədənimizin
mövcudluğunda ifadə olunur.
Bizə yalnız sonuncu addımı atmaq - bizim nöqteyi-nəzəri
təbiətdə ümumi, dəyişməz qanunlara uyğun olaraq fəaliyyət
göstərən bütün qüvvələrə tətbiq etmək qalır, bütün cisimlərin
hərəkətləri bu qanunlara tabedir, o cümlədən o cisimlərin də ki,
onlar uyğun orqanlara - qıcıqlandırıcılar üçün qavrayışa,
motivlər üçün isə idraka - malik deyillər. Beləliklə, şeylərin daxili
mahiyyətinin anlaşılması üçün açarı bizə yalnız bizim öz
varlığımızın bilavasitə dərk olunması verə bilər və biz bu açarı
indi qeyri-üzvi dünyanın bizdən ən uzaq olan hadisələrinə tətbiq
etməliyik. Və budur, biz sınayıcı baxışımızı onlara yönəldəndə,
səbəb, qıcıqlandırıcı və motiv arasındakı münasibət təfsilatları ilə izah
olunmuşdur.
.
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
biz suların dərinliyə doğru qüdrətli daimi canatmasını, maqnitin
dəyişməz olaraq şimala dönməsini, dəmirin ona doğru meylini,
elektrik qütblərinin qovuşma meylinin gərginliyini və insan
arzularının gərginliyini görürük, bu gərginlik müqavimətlə
rastlaşdıqca, daha da artır: o zaman ki biz kristalın sürətlə və
gözlənilmədən çökdüyünü, donuq və fiksəli düzgün forma
olaraq, bu zaman müxtəlif istiqamətlərə doğru qəti və dəqiq
müəyyən meylliliyini görürük, bu zaman bizim nəzərimizi o
seçim cəlb edir ki, cisimlər maye halında azadlıq əldə edərək və
ətalətdən qurtularaq bir-birini axtarırlar və bir-birinə qarşı gəlir,
birləşir və ayrılırlar; nəhayət, biz bədənimizin yeganə şövqə
mübtəla ağırlığının yer kütləsinə doğru meylinə bədənimiz
tərəfindən göstərilən müqavimətin bədənimizə fasiləsiz təzyiq
göstərdiyini və ona əzab verdiyini biz bilavasitə olaraq bütün
şiddəti ilə hiss edəndə, hətta belə uzaqlıqda da biz öz
mahiyyətimizi idrakın işığında, öz məqsədlərini güdən buradasa
özünün zəif təzahürlərində yalnız kortəbii, karsayağı, birtərəfli
olaraq səy edən və bu, hər iki halda eyni adı, iradə adını
daşımalı olan mahiyyətimizi ayırd edirik. Bu ad dünyada dan
yerinin işartısı ilə günortanın parlaq şüalarının eyni ada – günəş
şüası adına malik olmasına oxşar olaraq hər bir şeyin özülündə
varlığını və hər bir hadisənin hər yerdə eyni olan vahid özəyini
bildirir.
Qeyri-üzvi təbiətin hadisələri ilə varlığımızın daxili
başlanğıcı kimi dərk etdiyimiz iradə arasında ilk baxışdakı
bənzərsizlik və hətta tam fərqlilik isə başlıca olaraq hadisələrin
bir sahəsindəki bütövlükdə müəyyən qanunauyğunluqla başqa
sahədəki özbaşnalıq arasında kontrastdan meydana çıxır. Zira
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
insanda şiddətli surətdə fərdilik irəli çıxır: hər kəsin öz xüsusi
xarakteri var və buna görə də eyni motiv hər kəsə eyni təsir
göstərmir və verilmiş fərdin geniş ardıcıl sferasında yer alan
minlərlə əlavə şərtlər vardır ki, bunlar başqaları üçün
naməlumdur, bu şərtlər motivin təsirinin şəklini dəyişir, belə ki,
əməli yalnız onun əsasında qabaqcadan müəyyənləşdirmək
olmaz, zira başqa faktor – fərdi xarakterlə və onu müşayiət
edən idrakla dəqiq tanışlıq yoxdur. Əksinə, təbiət qüvvələrinin
hadisələri, təzahürləri bu münasibətdə başqa bir ifratı aşkara
çıxarır: onlar ümumi qanunlar üzrə, kənaraçıxmalar, fərdilik
olmadan, aşkar şəraitdə baş verir, qabaqcadan -ən layiq şəkildə
təyin olunandırlar və eyni bir təbiət qüvvəsi özünün milyonlarla
təzahürlərində tamamilə eyni dərəcədə ifadə olunur. Bu
məqamı izah etmək üçün, özünün bütün müxtəlif həm ən zəif,
həm də ən güclü təzahürlərində vahid və bölünməz iradənin
eyniyyətini göstərmək üçün biz öncə özündə şey olaraq iradənin
öz təzahürünə münasibətini, yəni iradə kimi dünyanın təsəvvür
kimi dünyaya münasibətini nəzərdən keçirməliyik; bu, ikinci
kitabın bütün predmetinin daha dərin tədqiqatına aparan ən
yaxşı yolu qarşımızda açacaqdır
*
.
§ 24
Böyük Kant bizi öyrədirdi ki, zaman, məkan və
səbəbiyyət bütün qanunauyğunluğunda və özünün bütün
formalarının mümkünlüyündə onlarda üzə çıxan və onların
məzmununu təşkil edən obyektlərdən qətiyyən asılı olmayaraq
*
Bu barədə xüsusi olaraq II cildin 27-ci fəslində danışılır.
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
bizim şüurumuzdadır; və ya, başqa sözlə, subyektdən və ya
obyektdən çıxış edərək onlara eyni cür gəlib çıxmaq
mümkündür; buna görə də, onları bərabər hüquqla həm
subyektin seyr üsulları, həm də obyektin xassələri adlandırmaq
mümkündür, çünki sonuncu - obyekt (Kantda: hadisə, təzahür),
yəni təsəvvürdür. Bu formaları həmçinin subyekt və obyekt
arasında şərikli sərhəd kimi də nəzərdən keçirmək mümkündür;
buna görə də, hər bir obyektin onlarda üzə çıxmalı olmasına
baxmayaraq, subyekt üzə çıxan obyektdən asılı olmayaraq
onlara tam sahib olur və onları nəzərdən keçirir. Amma əgər
yalnız bu formalarda üzə çıxan obyektlər boş kabuslar
deyildirlərsə, real mənaya malikdirlərsə, onda onlar nəyisə
göstəriş etməli, elə bir şeyin ifadəçisi olmalıdırlar ki, o, artıq
onların özləri kimi obyekt, təsəvvür deyildir, nəsə yalnız nisbi
olan, yəni subyekt üçün mövcud olan deyildir, ona qarşı duran
əsas şəraitdən və onun formalarından belə bir asılılığın
xaricində qalandır, yəni təsəvvür deyildir, özündə şeydir. Elə
buna görə də, ən azı, aşağıdakı sual mümkündür: bu
təsəvvürlər, bu obyektlər subyektin obyektləri təsəvvürlər
olmaqdan savayı və ondan asılı olmayaraq başqa da
nəsədirlərmi? Və əgər – hə, onda onlar bu mənada nədirlər?
Onların başqa, toto genere təsəvvürdən fərqli tərəfi nədir?
Özündə şey nədir? – İradə: bizim cavabımız belə idi, amma mən
onu hələ ki, kənarda saxlayıram.
Özündə şey nə olursa- olsun, Kant hər halda düzgün
olaraq belə bir nəticəyə gəlmişdir ki, zaman, məkan və
səbəbiyyət (bunları biz əsas qanununun növləri kimi, bu
qanunun özünü isə hadisə, təzahür formalarının ümumi ifadəsi
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
kimi qəbul etmişik) onun tərifləri ola bilməzlər, onlar ona yalnız
o zaman və o ölçüdə qoşulmuşlar ki, bu zaman və bu ölçüdə o,
təsəvvürə çevrilmişdir,– yəni onlar onun özünə deyil, onun
yalnız hadisəsinə, təzahürünə aiddirlər. Doğrudan da, subyekt
onları hər hansı bir obyektdən asılı olmayaraq, tamamilə
özündən çıxış edərək dərk etdiyi və qurduğu üçün, onlar
təsəvvürə çevrilənə deyil, təsəvvür olunanı bilməyə xas
olmalıdır. Onlar özlüyündə təsəvvürün forması olmalıdırlar, bu
formanı qəbul edənin xassələri olmamalıdırlar. Onlar artıq
subyektin və obyektin əksliyinin özündə verilməlidirlər
(anlayışda deyil, gerçəklikdə), yəni, ümumiyyətlə, idrak
formasının yalnız ən yaxın təyini kimi çıxış etməlidir, bunun isə
ən ümumi təyini bu əksliyin özüdür. Hadisədə, obyektdə olan
bütün hər şey yəni, – yanaşılıqdan və bir-birinin ardınca
gəlmədən doğulan çoxluq, səbəbiyyət qanunundan doğulan
dəyişkənlik və irəligəlmə; bundan sonra, yalnız səbəbiyyət şərti
ilə, təsəvvür olunan materiya; nəhayət, öz növbəsində yalnız
onlar təsəvvür oluna bilən bütün hər şey zamanla, məkanla və
səbəbiyyətlə şərtlənmişdir və yalnız onların vasitəsilə təsəvvür
oluna bilər, –bütün bunlar mahiyyəti etibarı ilə burada təzahür
olana, təsəvvür formasına düşənə xas deyildir, yalnız bu
formanın özü ilə bağlıdır. Əksinə, təzahürdə zamanla, məkanla
və səbəbiyyətlə şərtlənməyən və onlara müncər edilə bilməyən,
onlardan çıxış edilərək izah oluna bilməyən məhz təzahür
edənin bilavasitə olaraq onda ifadə olunduğu şey, özündə şey
olacaqdır. Bunun nəticəsində də, mükəmməllik, yəni ali
aydınlıq, dəqiqlik və qəti olaraq sübuta yetirilmə zəruri olaraq,
özlüyündə idraka xas olana aiddir, yəni idrakın formasına,
özlüyündə təsəvvür, obyekt olmayan, yalnız bu formaları qəbul
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
etdikdən sonra dərk olunan, yəni təsəvvür, obyektə çevrilənə
aid deyildir. Beləliklə, yalnız yeganə olaraq, dərk olunanlıqdan
özlüyündə ümumiyyətlə təsəvvür olunanlıqdan asılı olan (dərk
olunandan və yalnız təsəvvür olandan yox), buna görə də bütün
dərkə gələnlərə fərq qoymadan xas olan və bunun nəticəsində
də, öz başlanğıcını həm subyektdən, həm də obyektdən götürən
yolda eyni dərəcədə əldə oluna bilən şey və yalnız təkcə o, qane
edici, tamamilə qəti olan, sonuncu əsaslarına qədər aydın olan
idrakı verə bilər. İdrak isə hər hansı bir hadisənin a priori olaraq
bizə məlum formalarından ibarətdir; onların ümumi ifadəçisi
olaraq isə əsas qanunu çıxış edə bilər, onun əyani idraka
(burada biz yalnız onunla iş görürük) aid olan növləri isə zaman,
məkan və səbəbiyyətdir. Bütün xalis riyaziyyat və xalis
təbiətşünaslıq a priori olaraq yalnız onlara əsaslanır. Elə buna
görə də, idrak yalnız bu elmlərdə zülmətlə qarşılaşmır, dərk
olunmayanla (əsasdan məhrum olanla, yəni iradə ilə) rastlaşmır,
o şeylə ki, o, artıq başqasına gətirilib çıxarılmır; bu baxımdan,
həmçinin Kant da məntiqlə birgə bu bilikləri, əsasən, artıq
deyildiyi kimi, hətta müstəsna dərəcədə elmlər adlandırmaq
istəmişdi. Lakin, digər tərəfdən, bu fənlər bizə sadəcə olaraq bir
təsəvvürün digər təsəvvürə münasibətlərindən savayı başqa
heç nə vermirlər, hər hansı bir məzmun olmadan forma verirlər.
Onların aldıqları hər bir məzmun, bu formaları dolduran hər bir
hadisə, onu ehtiva edir ki, o, artıq özünün bütün mahiyyətində
dərk olunan , artıq bütövlükdə başqasından çıxış edilərək izah
olunan deyildir, o, deməli ki, əsasdan məhrum olandır: buradan
da idrak dərhal öz aşkarlığını itirir və tam şəffaflıqdan məhrum
olur. Amma əsaslanmaya gəlməyən bu şey - məhz özündə
şeydir, odur ki, o, mahiyyəti etibarı ilə təsəvvür, idrakın obyekti
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
deyildir, o, yalnız dərk edilən formalar aldıqda dərk olunan olur.
Forma ilkin olaraq ona yaddır, və o, heç bir vaxt bütövlükdə
onunla vəhdət təşkil edə bilməz, heç bir vaxt formaya sadəcə
olaraq aid edilə və – belə ki, sonuncu əsas qanunudur – heç bir
vaxt tam tədqiq oluna bilməz. Əgər, buna görə də, bütün
riyaziyyat bizə hadisələrdə kəmiyyət, vəziyyət, ədəd olanın –
qısaca olaraq deyilsə, məkan və zaman münasibətlərinin qəti
idrakını verirsə; əgər bütün etiologiya bizi o qanunauyğun
şərtlərlə bütövlükdə tanış edirsə ki, bu zaman hadisələr,
təzahürlər özlərinin bütün tərifləri ilə zamanda və məkanda baş
verirlər, amma bütün bunlar, bizə yalnız onu izah edir ki, niyə
hər bir müəyyən hadisə, təzahür məhz indi və məhz burada
aşkara çıxmalıdır, – onların köməyi ilə biz hər halda heç bir vaxt
şeylərin daxili mahiyyətinə nüfuz etməyəcəyik, hər halda
həmişə nəsə elə bir şey qalacaqdır ki, onu aşkara çıxarmağa heç
bir izah cəsarət etməyəcək və o, onun tərəfindən həmişə
güman olunacaqdır; yəni təbiət qüvvələri, şeylərin təsirinin
müəyyən növü, hər bir hadisənin keyfiyyəti, xarakteri,-
hadisənin formasından, əsas qanunundan asılı olmayan, amma
bu formanın özünə yad olan indi ona daxil olmuş və onun
qanunu ilə aşkar olan, əsasdan məhrum olan bu qanun hər
halda məzmunu deyil, yalnız hadisələri, yalnız formanı
müəyyənləşdirir.
Mexanika, fizika, kimya o qaydaları və qanunları öyrədir
ki, bu qaydalara və qanunlara uyğun olaraq keçirməzlik, ağırlıq,
ətalət, axıcılıq, sürtünmə, elastiklik, istilik, işıq, kimyəvi
oxşarlıq
4
, maqnetizm, elektrik və bu kimi i.a. qüvvələr fəaliyyət
göstərir, bu qüvvələr zamanda və məkanda onların hər hansı bir
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
təzahürünə münasibətdə həmin elmlərin öyrətdikləri qanuna,
prinsipə tabedirlər; bu zaman qüvvələrin özləri isə nə edirsən
et, qualitates occultae olaraq qalırlar. Zira təzahür olunaraq
xatırlanan fenomenləri üzə çıxaran şey,– özündə şeydir,
onlardan tamamilə fərqli olandır; baxmayaraq ki, o, öz
təzahüründə təsəvvür forması kimi əsas qanununa tabedir,
amma onun özü heç bir vaxt bu formaya müncər edilə bilməz
və buna görə də etioloji izaha sona qədər yatmır və heç bir vaxt
öz əsasında bütövlükdə aşkara çıxarıla bilməz. O, tamamilə dərk
olunandır, çünki o, göstərilən formanı qəbul etmişdir, çünki o,
təzahürdür, özündə şey isə öz daxili varlığına görə bu dərk
olunanla kiçicik dərəcədə belə aydınlaşmır. Elə buna görə də,
idrak nə qədər çox zəruriliyi özündə ehtiva edirsə, onun
içərisində başqa cür hətta düşünülməsi və təsəvvür edilməsi
mümkün olmayan – məsələn, məkan münasibətləri,
belələrindəndir – obyektiv reallıq daha çoxdursa, beləliklə, xalis
obyektiv məzmun onun daxilində bir o qədər azdır, o, bir o
qədər də aydın və qane edicidir; və əksinə, xalis təsadüfi
elementlər onun daxilində nə qədər çoxdursa, o, bizə o bir o
qədər çox xalis empirik bilgilər verirsə, əslində belə bir idrakda
obyektiv olanlar və həqiqi real olanlar bir o qədər çoxdur,
amma eyni zamanda izah edilə bilməyən, yəni bundan sonra
başqa birisinə gətirilə bilməyən də onun daxilində bir o qədər
çoxdur.
Əlbəttə ki, öz məqsədini başa düşməyən etiologiya
bütün zamanlarda ona səy etmişdir ki, bütün üzvi həyatı
kimyəviliyə və elektrikə, hər hansı bir kimyəviliyi, yəni keyfiyyəti
isə, öz növbəsində mexanikliliyə (atom formalarının təsiri ilə),
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
sonuncunu isə – qismən foronomiyanın predmetinə, yəni
hərəkət imkanında birləşən zamana və məkana, qismənsə xalis
həndəsənin predmetinə, yəni məkan daxilindəki vəziyyətə aid
etsin; həndəsə, nəhayət, hesabın daxilində əriyərək həll olunur,
hesab ölçmənin vahidliyi sayəsində əsas qanununun ən çox
anlaşıqlı, görüntülü, sona qədər izah oluna bilən forması olur.
Burada ümumi cizgilərdə qeyd olunan metodun nümunələri
olaraq Demokrit atomları, Dekart burulğanları, Lesajın
5
mexaniki fizikası çıxış edir, Lesaj təxminən ötən əsrin sonlarında
həm kimyəvi oxşarlığa, həm də cazibəni mexaniki olaraq, təkan
və təzyiq vasitəsilə izah etməyə səy etmişdir (bununla "Lucrece
Neutonien"-də yaxından tanış olmaq mümkündür). Heyvani
həyatın səbəbi kimi Reye forması və tərkibi də eyni təmayülə
malikdir. Nəhayət, məhz indi, 19-cu əsrin ortalarında yenidən
qızışdırılmış, öz nadanlığına görə özünə orijinal baxan kobud
materializm də tamamilə belə bir xarakter daşıyır. Həyati
qüvvəni kütcəsinə inkar edərək, o, hər şeydən öncə həyatın
hadisələrini fiziki və kimyəvi qüvvələrdən çıxış edərək izah
etmək, onları isə öz növbəsində materiyanın, vəziyyətin,
formanın
mexaniki
təsirindən,
uydurulmuş
atomların
hərəkətindən çıxarmaq və beləliklə təbiətin bütün qüvvələrini
təkana və cavab zərbəsinə aid etmək istəyir və bunlar da onun
üçün "özündə şey" olaraq çıxış edir. Buna uyğun olaraq, hətta
işıq da uydurulmuş və bu məqsəd üçün postulə edilmiş efirin
mexaniki vibrasiyası və ya dalğavarı hərəkəti olur, o, gözün tor
qişasına çataraq onu döyəcləyir, məsələn, saniyədə 483 milyard
zərbə qırmızı işığı, 727 milyard zərbə – bənövşəyi işığı və
i.a.yaradır, (deməli, rənglərə münasibətdə kor olmaq – zərbələri
saya bilməmək deməkdir, belə deyilmi?). Belə kobud, mexaniki,
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
demokritsayağı və həqiqətən də yöndəmsiz nəzəriyyələr
tamamilə o cənablara layiqdir ki, onlar rənglər barədə Höte
təliminin meydana çıxmasından əlli il keçdikdən sonra da hələ
Nyutonun bircinsli şüalarına inanırlar və bunu deməkdən, ifadə
etməkdən utanmırlar. Onlar öz məxsusi təcrübələrindən
öyrənirlər ki, uşaq (Demokrit) üçün bağışlanıla bilən böyük üçün
cəzasız qalmır. Bir zaman keçdikdən sonra onları biabırçı sonluq
gözləyə bilər; özü də, o zaman onların hamısı aradan çıxacaqlar
və özlərini elə göstərəcəklər ki, bunların onlara heç dəxili belə
yoxdur. Təbiətin ilkin qüvvələrinin bir-birinə beləcə qeyri-
düzgün olaraq müncər edilməsi ilə bağlı daha bir hal barədə də
biz tezliklə danışmalı olacağıq; hələ ki deyilənlərlə
məhdudlaşaq. Əgər belə nəzəriyyələrin düzgünlüyünü güman
etsək, onda, əlbəttə ki, bütün hər bir şey izah edilmiş və aşkara
çıxarılmış və son nəticədə hesabı məsələyə müncər edilmiş
olardı ki, bu da müdriklik məbədində ən müqəddəs olana
çevrilərdi, əsas qanunu ən sonda bizi buraya gətirib çıxarmış
olardı. Amma o zaman təzahürün hər hansı bir məzmunu yox
olmuş və yalnız forma qalmış olardı: təzahür olunan hər bir şey,
necə təzahür olunduğuna gətirilib çıxarılmış və bu, haradasa
dərkolunan və a priori olmuş, buna görə də subyektdən tam
asılı olmuş, yalnız onun üçün mövcud olmuş olardı və nəhayət,
sadəcə olaraq fenomen, bütövlükdə təsəvvür və təsəvvürün
forması olmuş olardı: hər hansı bir özündə şey barədə soruşmaq
belə olmazdı. Əgər güman etsək ki, bu, belədir, onda bütün
dünya həqiqətən də subyektdən çıxarıla bilərdi və əslində,
Fixtenin öz boşboğazlığı ilə ona nail olduğunu bəyan etdiyi şey
əldə edilmiş olardı.
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Lakin bu, belə deyildir: belə qaydada elm deyil,
fantasmaqoriyalar, sofizmlər, səma qəsrləri qurulmuşdur. Ona
müvəffəq olunmuşdur ki, təbiət hadisələrinin çoxluğu və
müxtəlifliyi ayrı-ayrı əzəli qüvvələrə müncər edilmişdi; və hər bir
uğur həqiqi tərəqqiyə təkan vermişdir; əvvəlcə müxtəlif hesab
olunan bir çox qüvvələr və xassələr bir-birindən çıxarılmışdır
(məsələn, maqnetizm elektrikdən) və beləliklə, onların miqdarı
azaldılmışdır. Etiologiya öz son məqsədinə o zaman çatacaqdır
ki, bu zaman təbiətin özlüyündə bütün əzəli qüvvələrini dərk
edəcək və onların təsir üsulunu aydınlaşdıracaq, yəni o qanunu
müəyyənləşdirəcək ki, ona görə onların, bütün təzahürləri
səbəbiyyəti əldə əsas tutaraq zamanda və məkanda baş verir və
bir-birinə münasibətdə öz yerini müəyyənləşdirirlər,– amma
həmişə əzəli qüvvələr, hadisənin formaya aid edilə bilməyən və
buna görə də əsas qanununa görə nədənsə çıxış edilərək izah
edilə bilməyən məzmunu həmişə həll olunmayan bir çöküntü
olaraq qalırlar. Zira təbiətdə hər bir şeydə nəsə elə bir şey vardır
ki, onun üçün heç bir vaxt əsas tapmaq, sonrakı səbəbini
göstərmək, onu izah etmək olmaz; bu, onun fəaliyyətinin,
təsirinin spesifik üsulu, yəni onun mövcudolma tərzi, onun
mahiyyətidir. Doğrudur, şeyin hər bir ayrıca təsiri üçün səbəb
göstərmək mümkündür ki, bunun da nəticəsində bu şey öz
təsirini məhz indi, məhz burada göstərməlidir, amma heç bir
vaxt izah etmək olmaz ki, o, ümumiyyətlə, niyə təsir göstərir və
nədən məhz belə təsir göstərir. Əgər onda başqa xassələr
yoxdursa, əgər o, günəş şüalarında bir zərrədirsə, onda, ən azı,
öz ağırlığında və keçirməzliyində o, bu izah edilə bilməyən
nəyisə aşkara çıxarır ki, bu, da mən deyirəm ki, onun üçün o,
insan üçün iradə nədirsə,– ona oxşar olaraq o öz daxili
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
varlığında izaha gəlmir və onunla eynidir. Əlbəttə ki, iradənin
hər hansı bir təzahürü üçün, onun verilmiş zamanda, verilmiş
yerdə hər hansı bir ayrıca aktı üçün elə bir motiv göstərmək
mümkündür ki, onun təsiri ilə bu akt insanın məlum xarakteri
olması şərti ilə zəruri olaraq baş verməli idi. Amma onun
verilmiş xarakterə malik olmasını, onun ümumiyyətlə nə
istədiyini, onun iradəsini çoxsaylı motivlərdən başqası deyil,
niyə məhz bu motivin idarə etməsini heç bir vaxt izah etmək
olmaz. Və insan üçün onun dərkəgəlməz xarakteri nədir ki,
onun motivləşdirilmiş əməllərinin hər hansı bir izahı zamanı biz
bu xarakteri nəzərdə tuturuq, belə ki, hər bir qeyri-üzvi cisim
üçün onun mühüm keyfiyyəti, onun fəaliyyət üsulu mövcuddur
ki, onun da təzahürləri xarici təsirlərlə törədilir, halbuki, bu
üsulun özü xarici heç nə ilə müəyyənləşmir, və buna görə də
izah oluna da bilməz: onun yalnız vasitəsilə aşkara çıxdığı ayrıca
təzahürləri əsas qanununa tabedir, onun özü isə əsasdan
məhrumdur. Artıq sxolastiklər mahiyyəti etibarı ilə bunu
düzgün anlamış və forma substantial [substansial forma]
adlandırmışdılar (bu barədə baxın: Suares, Disput. Metaph.,
disp. XV, sect. 1).
Belə bir adi yanılma da o qədər böyükdür ki, guya biz
bütün hər şeydən daha yaxşı ən çoxsaylı, ən ümumi və ən sadə
hadisələri başa düşürük, halbuki, biz görməyə daha çox
alışdığımız hadisələri daha çox başa düşməməyə vərdiş etmişik.
Bizim üçün daşın yerə düşməsi heyvanın hərəkət etməsi qədər
izah olunmazdır. Yuxarıda söylənildiyi kimi, düşünürdülər ki,
guya təbiətin ən ümumi qüvvələrindən (məsələn, cazibədən,
sürtünmədən, keçirməzlikdən) çıxış edərək onların içərisində bir
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
o qədər də tez-tez təsir göstərməyən və mürəkkəb şəraitdə
(məsələn, kimyıvi xassələr,elektrik, maqnetizm)özünə yer alan
qüvvələri də izah etmək və nəhayət, heyvanların orqanizmini və
həyatını, hətta insanın idrakı və iradəsini belə anlamaq
mümkündür. Xalis qualitates occultae-dən çıxış etməyə sükutla
razılaşırdılar, onların izahından isə tamamilə imtina etmişlər,
ona görə ki, onların altını qazmaq yox, onların üzərində qurmaq
niyyətinə malik idilər. Buna, deyildiyi kimi, nail olmaq olmaz.
Amma əgər buna müvəffəq olmaq olardısa da, onda belə bir
bina həmişə havadan asılı olaraq qalmış olardı. O izahların hansı
faydası vardır ki, onlar nəticədə elə birinci problem kimi qeyri-
məlumluğa gətirib çıxarır? Və məgər biz son nəticədə təbiətin
yuxarıda xatırlanan ümumi qüvvələrinin daxili mahiyyəti barədə
heyvanın daxili mahiyyəti barədə bildiyimizdən daha çoxmu
bilirik? Məgər birinci elə ikinci qədər tədqiqatdan kənarda
qalmayıbmı? Mahiyyəti tədqiq etmək və əsaslandırmaq olmaz,
ona görə ki, o, əsasdan məhrumdur, ona görə ki, o, heç bir vaxt
formaya, əsas qanununa müncər edilə bilməyən məzmundur.
Biz isə, burada bir məqsəd olaraq etiologiyaya deyil, fəlsəfəyə,
yəni dünyanın dərk olunmasının nisbi deyil, şərtsiz idrakı
məqsədində, bizə yalnız uzaqdan, birtərəfli və vasitəli, dolayı
olaraq məlum olanı dərk etmək üçün əks yolu seçirik və bizə
bilavasitə və tam olaraq məlum olandan, bizə bütün hər bir
şeydən yaxın və doğma olandan çıxış edirik; biz ən güclü, ən
əhəmiyyətli və ən aydın hadisəyə əsasən daha az mükəmməl
olan, daha zəif olan hadisəni, təzahürü anlamaq istəyirik.
Mənim öz məxsusi bədənim istisna olunmaqla bütün şeylərdə
mənə yalnız bir tərəf - təsəvvür tərəfi – məlumdur; hətta əgər
mən onların dəyişikliklərinin hansı səbəblərə görə baş
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
verdiklərini bilirəmsə də onların daxili mahiyyəti mənim üçün
bağlıdır və dərin sirdir. Yalnız motiv məni hərəkətə gətirdiyi və
mənim bədənim məlum əməli yerinə yetirdiyi zaman daxilimdə
baş verənlə müqayisədən çıxış edərək, yalnız məndə müəyyən
xarici əsaslarla müəyyənləşən dəyişikliklərin mahiyyətini təşkil
edənlə müqayisədən mən o üsula nüfuz edə bilərəm ki, cansız
cisimlər səbəblər sayəsində ona uyğun olaraq dəyişilirlər və
onların daxili mahiyyətini dərk edə bilərəm, halbuki, bu
mahiyyətin təzahürlərinin səbəbi haqqında biliyi (bundan artıq
heç nəyi) mənə yalnız onların zamanda və məkanda vaqe olması
qanunu verir. Bu, mənim üçün ona görə mümkündür ki, mənim
bədənim yeganə obyektdir ki, burada mən onun yalnız bir
tərəfini, təsəvvür tərəfini deyil, həm də başqa tərəfini, iradə
adlandırılan tərəfini də bilirəm. Beləliklə, mənim öz məxsusi
quruluşumu, öz idrakımı və iradəmi, öz hərəkət motivlərimi
daha yaxşı baş düşdüyümü düşünmək əvəzinə, əgər mənə
onları elektrikin, kimyəviliyin, mexanizmin qüvvəsi ilə, səbəblər
üzrə hərəkətə müncər etmək nəsib olsa – bunun əvəzinə, mən
etiologiyaya deyil, fəlsəfəyə səy etdiyimə görə, mən, əksinə,
qeyri-üzvi cisimlərin mənim baxışıma görə səbəblər üzrə baş
verən ən sadə və adi hərəkətlərini belə mənim motivlər üzrə öz
məxsusi hərəkətlərimdən çıxış edərək, hər şeydən öncə onların
daxili mahiyyətində başa düşməyi öyrənməliyəm, təbiətin
bütün cisimlərində təzahür olunan, izah edilə bilməyən
qüvvələri isə xarakterinə görə məndəki iradə ilə tamamilə eyni
və ondan yalnız dərəcəsinə görə fərqlənən kimi qəbul
etməliyəm. Bu, o deməkdir ki, təsəvvürlərin əsas qanunu
haqqında traktatda müəyyənləşmiş dördüncü sinfi birinci sinfin
daxili mahiyyətinin idrakı üçün açara çevrilməlidir və mən
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
səbəbiyyət qanununu onun daxili mənasında motivasiya
qanunundan başa düşməyi öyrənməliyəm.
Spinoza deyir (62-ci məktub): əgər təkan nəticəsində
havaya qalxan daş şüura malik olsaydı, o, düşünərdi ki, öz
məxsusi iradəsi ilə uçur. Mən yalnız onu əlavə edirəm ki, daş bu
halda haqlı olardı. Onun üçün təkan olan mənim üçün motivdir,
və onun üçün sürtünmə, ağırlıq və verilmiş vəziyyətin
dayanıqlılığı kimi təzahür olunanlar mənim özümdə iradə kimi
dərk etdiyimdir və o da, əgər idraka malik olsaydı, bunu iradə
kimi dərk edərdi. Spinoza göstərilən yerdə o zərurəti nəzərdə
tutur ki, daş ona görə, o zərurətlə uçur və o, haqlı olaraq onu
şəxsin təkcəli iradə aktının zəruriliyinə keçirmək istəyir. Mən
isə, əksinə, o daxili mahiyyəti nəzərdən keçirirəm ki, yalnız o,
hər hansı bir real zərurətə (yəni, səbəbdən törəyən təsirə,
hərəkətə) onun müqəddiməsi olaraq məna və qüvvə verir, bu
müqəddimə insanda xarakter, daşda isə xassə adlanır, amma
hər ikisində eyni şeydir və bilavasitə olaraq dərk olunduğu
yerdə, iradə adını daşıyır və o, görünənin, obyektliyin daşda ən
zəif, insanda isə ən güclü dərəcəsinə malikdir. Bizim iradə ilə
tamamilə oxşar olan, bütün şeylərin canatmasında olan bu
başlanğıcı, hətta müqəddəs Avqustin də özünün doğru duyğusu
ilə dərk etmişdir və mən burada o sadəlövh sözləri
xatırlamaqdan özümü saxlaya bilmərəm ki, o, fikrini həmin
sözlərlə ifadə etmişdir: "Əgər biz heyvan olsaydıq, biz cismani
həyatı və onun duyğularına uyğun olanı sevərdik və bu, bizim
üçün kafi nemət olardı və əgər bu cəhətdən biz özümüzü yaxşı
hiss etsəydik, onda biz başqa heç nə axtarmazdıq. Eləcə də,
əgər biz ağac olsaydıq və hətta zərrəcə duyğu ilə də heç nəyi
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
sevə bilməsəydik, onda hər halda bizə elə gələrdi ki, biz sanki
ona can atırıq ( appetere) ki, bizim məhsul vermə qabiliyyətimiz
zəngin və bol olmuş olsun. Əgər biz daş və ya dalğa, və ya külək
və ya alov və ya bu qəbildən olan, hər hansı bir hissi və həyatı
olmayan başqa bir şey olsaydıq, bizdə hər halda öz yerimizə və
nizama yönümlü nəsə bir canatma olmuş olardı. Zira cazibə
cisimlərin sanki bir məhəbbətidir, – məgər onlar öz ağırlıqları ilə
aşağıya və ya öz yüngüllükləri ilə yuxarıya doğru can atmırlarmı?
Bədən öz çəkisi ilə, ruh isə öz məhəbbəti ilə hara gəldi cəzb
olunmurmu?" ("İlahi Şəhər barədə", 11, 28).
O da diqqətə layiqdir ki, Eylerə görə, cazibənin mahiyyəti
son nəticədə cisimlərə xas olan "meylə və canatmaya" (yəni,
iradəyə) müncər edilməlidir (şahzadəyə ünvanlandığı 68-ci
məktub). Məhz buna görə də Nyutondan gələn cazibə anlayışı
onun xoşuna gəlmir və o, onu əvvəlki kartezian nəzəriyyə
ruhunda modifikasiya etməyə, yəni cazibəni efir tərəfindən
cismə edilmiş təkandan çıxarmağa səy edir: bu, "ağla daha çox
uyğundur və aydın və anlaşıqlı prinsipləri sevənlər üçün" daha
çox yararlıdır. O, cazibəni bir qualitas occulta olaraq fizikadan
qovmaq istəyir. Belə bir baxış təbiətin o ölü anlamına uyğun
gəlir ki, o, Eylerin zamanında immaterial ruhun korrelyatı olaraq
hakim idi. Amma diqqətəlayiqdir ki, mənim tərəfimdən
müəyyənləşmiş əsas həqiqətə münasibətdə, onun uzaq
parıltılarını o zaman bu incə zəka sahibi artıq görmüşdü; o,
ondan vaxtında yayınmağa tələsmişdi və o zamanın bütün
dünyaduyumunun sanki darmadağın olmasından qorxaraq, o,
hətta köhnə, baxtı keçmiş cəfəngiyyatda özünə müdafiə
axtarmağa hazır idi.
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Dostları ilə paylaş: |