Artur Şopenhauer "Dünya: iradə və təsəvvür kimi"
333
qədər gətirmək, yəni ağırlıq, ilişmə, ətalət, bərklik - daşın
ümumi xassələridir, bunlar iradənin ilkin, ən sadə, ən çox
azaldılmış görünən təzahürləridir, təbiətin general-baslarıdır,
sonra isə, onlarla yanaşı, bir çox münasibətlərdə onların əksliyi
olan işıq. Hətta iradənin obyektliyinin bu dərin pilləsində belə
biz artıq görürük ki, onun mahiyyəti çəkişmədə, ixtilafda ifadə
olunur: axı əslində ağırlıq və ətalət arasındakı mübarizə
arxitektura sənətinin yeganə estetik materialını təşkil edir, onun
vəzifəsi – ən müxtəlif üsullarla bu mübarizəni tam aydınlığı ilə
üzə çıxarmaqdır. O, onu onunla həll edir ki, bununla dəfedilməz
qüvvələri ödənilməyə aparan ən qısa yolu bağlayır və onları
dolayı yolda ləngidir, bunun da nəticəsində mübarizə uzun
müddətli olur və qüvvələrin tükənməyən canatması müxtəlif
görünən, gözlə görünə bilən təzahürü alır.
Tikilinin öz ilkin meyllərinin ixtiyarına buraxılan bütün
kütləsi sadəcə olaraq yer kürəsi ilə son dərəcə möhkəm
bağlanan bir yığın, qalaq, topa olmuş olardı, ağırlıq (verilmiş
halda iradə onunla təzahür olunur) onu aramsız (o da həmçinin
iradənin obyektliyidir) olaraq yer kürəsinə doğru çəkir və ətalət
isə buna müqavimət göstərir. Amma memarlıq məhz bu meylin,
bu yönümün bilavasitə ödənilməsinə yol vermir və ona yalnız
vasitəli, dolayı yolda ödənilmə imkanı saxlayır. Belə ki,
məsələn, tir torpağa yalnız dirək vasitəsilə təzyiq edə bilər;
tağtavan, qübbə özü özünü saxlamalıdır və yalnız dayaqlar
vasitəsilə o, özünün yer kütləsinə olan meylini ödəyə bilər və s.
Amma məhz bu məcburi dolayı yollarlda, məhz bu sıxıntıların
sayəsində kobud daş kütləsinə xas olan qüvvələr bütün
aydınlığında və çoxcəhətliliyində aşkara çıxır və memarlığın xalis
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Artur Şopenhauer "Dünya: iradə və təsəvvür kimi"
334
estetik məqsədi bundan o tərəfə gedə bilməz. Elə buna görə də,
tikilinin gözəlliyi insanın xarici, ixtiyari məqsədindən deyil (çünki
bina utilitar arxitekturaya aiddir), hər bir hissənin aşkar
məqsədəuyğunluğundan ibarətdir və bilavasitə olaraq bütövün
dəstəklə saxlanılması üçündür, odur ki, hər hansı bir hissənin
yerləşməsi, böyüklüyü və forması bütövlə elə bir zəruri
münasibətdə olmalıdır ki, əgər onun hər hansı bir hissəsi
götürülsə, o, hökmən uçmuş olsun. Zira yalnız o zaman ki, hər
bir hissə davam gətirə biləcəyi qədər davam gətirir, və hər bir
hissə özünə dayağı məhz orada və məhz belə etməli olduğu
şəkildə tapır, – yalnız bu zaman ətalət ilə ağırlıq arasında həyatı
təşkil edən o yarış, o mübarizə üzə çıxır, onlar özlüyündə daşın
iradəsini təzahür etdirirlər və o zaman iradənin obyektliyinin bu
son dərəcə dərin pillələri aydın bir şəkildə aşkara çıxar. Eynilə
bu cür göstərmək olar ki, hər bir hissənin forması özbaşına
olaraq müəyyənləşməməlidir, öz təyinatına və bütövə
münasibətinə uyğun olaraq müəyyənləşməlidir. Sütun –ən
sadə, yalnız dayağın öz təyinatı ilə müəyyənləşən formasıdır;
burulmuş sütun zövqsüzdür, dördbucaqlı dirək isə gerçəklikdə
dəyirmi sütuna nisbətən daha az sadədir, baxmayaraq ki,
təsadüf ucbatından onu ucaltmaq da daha asandır. Eynilə bu
cür frizin, tirlərin, tağtavanın, günbəzin forması tamamilə
özlərinin təyinatı ilə müəyyənləşir və bunun da sayəsində öz-
özünə izah olunurlar. Kapitell bəzəkləri və s. arxitekturaya deyil,
heykəltəraşlığa aiddir, arxitektura isə onları sadəcə olaraq əlavə
bəzək kimi qəbul edir, amma onları tamamilə aradan qaldıra da
bilərdi.
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Artur Şopenhauer "Dünya: iradə və təsəvvür kimi"
335
Deyilənlərə uyğun olaraq, arxitektura əsərini anlamaq və
ondan estetik zövq almaq üçün onun materiyasını onun
ağırlığında,
onun
ətalətində
və
onun
tutuşmasında,
bəndlənməsində bilavasitə və əyani olaraq bilmək zəruridir və
əgər biz inşaat materialı olaraq pemzanı aşkar etsəydik, bizim
belə bir əsərdən aldığımız zövq dərhal azalmış olardı, zira o, bizə
o zaman nə isə bir dekorasiya kimi görünərdi. Onun daşdan
olduğunu nəzərdə tutduğumuz halda, onun ağacdan olması
barədə xəbər də bizə demək olar ki, belə təsir göstərərdi: bu,
ətalət və ağırlıq arasındakı münasibəti və ona görə də bütün
hissələrin əhəmiyyətini, zəruriliyini dəyişir və pozur, belə ki,
ağacdan hazırlanan tikilidə təbiətin yuxarıda xatırlanan
qüvvələri xeyli zəif təzahür olunur. Elə buna görə də, ağacın
istənilən formanı qəbul edə bilməsinə baxmayaraq, ağacdan
əslində bədii-arxitektura əsəri yaratmaq olmaz: bu, yalnız bizim
nəzəriyyə ilə izah olunur. Amma əgər, nəhayət, bizə desəydilər
ki, görünüşü bizə zövq verən tikili çəkisinə və tərkibinə görə son
dərəcə eyni olmayan, amma adi gözlə ayırd edilə bilməyən
tamamilə müxtəlif materiallardan ibarətdir, onda bunun
sayəsində, bütün bina bizim üçün anlaşılmaz bir dildə yazılmış
şeir qədər dərk edilməz olmuş olardı. Bütün bunlar sübut edir
ki, arxitektura bizə sadəcə riyazi deyil, dinamik olaraq təsir
göstərir və onun vasitəsilə bizimlə yalnız, sadəcə olaraq, forma
və simmetriya deyil, həm də təbiətin yuxarıda xatırlanan əsas
qüvvələri danışır, bunlar, ilkin ideyalardır, iradənin obyektliyinin
aşağı pillələridir. Binanın və onun hissələrinin mütənasibliyi, bir
tərəfdən, hər bir hissənin bütövü qoruyub saxlamaq üçün
bilavasitə məqsədəuyğun olmasının nəticəsi kimi təzahür
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Artur Şopenhauer "Dünya: iradə və təsəvvür kimi"
336
olunur; digər tərəfdən, o, bütövün müşahidə olunmasını və
anlaşılmasını asanlaşdırır; və nəhayət, mütənasib fiqurlar
özlüyündə məkanın qanunauyğunluğunu aşkara çıxararaq
gözəlliyə yardım göstərirlər. Amma bütün bunlar yalnız ikinci
dərəcəli əhəmiyyətə və zərurətə malikdirlər, qətiyyən əsas
cəhəti təşkil etmirlər, ona görə ki, hətta simmetriyanın
lazımlılığı belə şərtsiz deyildir, zira axı xarabalıqlar da gözəldir.
Arxitektura əsərləri işığa münasibətdə tamamilə xüsusi
bir vəziyyətdədirlər: günəş işığının tam parıltısında, mavi
səmanın fonunda onlar ikiqat gözəllik kəsb edirlər və ay işığında
isə tamamilə başqa təəssürat yaradırlar. Elə buna görə də, gözəl
arxitekturalı binanın ucaldılması zamanı həmişə işıq effektlərinə
və şərqin harada olmasına xüsusi diqqət yetirirlər. Baxmayaraq
ki, bütün bunlar əsasən ona əsaslanmışdır ki, yalnız parlaq və
güclü işıqlandırma bütün hissələri və onların qarşılıqlı
münasibətlərini tam aşkara çıxarır, amma mən, bundan savayı,
həm də düşünürəm ki, arxitektura ağırlıq və ətalətlə eyni
zamanda və eyni hüquqda onlara tamamilə əks olan işığın
mahiyyətini də aşkara çıxarmağa təyinatlıdır. Məhz işıq
udularaq, ləngiyərək, böyük, qeyri-şəffaf, kəskin haşiyələnən və
çürbəcür formalaşmış kütlələrdə əks olunaraq, bütün bunlarla
öz təbiətini və xassələrini onların xalisliyində və aydınlığında,
tamaşaçıya böyük həzz verərək üzə çıxarır, ona görə ki, işıq –
idrakın ən mükəmməl əyani üsulunun şərti və obyektiv
korrelyatı kimi şeylərin ən çox fərəhli olanıdır.
Memarlığın aydın seyrə qədər aparıb çıxardığı ideyalar
iradənin obyektliyinin aşağı pillələri olduğundan və deməli, bu
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Artur Şopenhauer "Dünya: iradə və təsəvvür kimi"
337
sənətin üzə çıxardığının obyektiv əhəmiyyəti müqayisə ilə
götürüldükdə o qədər də böyük olmadığından, onda gözəl və
məharətlə işıqlandırılmış binanın görüntüsü zamanı bizim
aldığımız estetik həzz ideyanın qavranılmasından daha çox,
onun bu qavrayışdan ayrılmaz olan subyektiv korrelyatındadır,
yəni o, əsasən ondan ibarətdir ki, belə bir mənzərənin seyr
olunması zamanı insan fərdə xas olan, iradəyə xidmət edən və
əsas qanununa əməl edən idrak üsulundan xilas olur və idrakın
xalis, iradəsiz subyektinədək yüksəlir; başqa sözlə, estetik həzz
iradənin hər hansı bir əzabından və fərdilikdən azad edilmiş
xalis seyrdən ibarətdir. Bu baxımdan arxitekturanın əksi və
sənətlər cərgəsində başqa qütbü dramdır, dram ən əhəmiyyətli
ideyalarını idraka verir, buna görə də, ondan alınan estetik
həzzdə obyektiv tərəf həlledici üstünlük qazanır.
Arxitektura təsviri sənətdən və poeziyadan onunla
fərqlənir ki, o, əksi, surəti, şəkli deyil, şeyin özünü verir, o, dərk
edilmiş ideyanı onlar kimi təzədən yaratmır və tamaşaçını
sənətkarın özünün gözləri ilə təmin etmir, amma burada
sənətkar yalnız obyekti tamaşaçıya uyğunlaşdırır, ideyanın
qavranılmasını onunla asanlaşdırır ki, gerçək fərdi obyekti öz
mahiyyətini aydın və tam bir şəkildə açıb göstərməyə məcbur
edir.
Arxitekturanın yaradıqları başqa incəsənət əsərlərinin
əksinə olaraq çox nadir hallarda xalis estetik məqsədlərə qədər
yüksəlir, əksinə, sonuncular başqa, incəsənətə yad olan utilitar
məqsədlərə tabe olur. Rəssam-arxitektorun böyük xidməti də
məhz ondan ibarətdir ki, onların kənar mülahizələrdən
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Artur Şopenhauer "Dünya: iradə və təsəvvür kimi"
338
asılılığına baxmayaraq, hər halda xalis estetik məramları həyata
keçirsin; o, buna onunla nail olur ki, hansı estetik-arxitektonik
gözəlliyin məbəd üçün, hansı estetik-arxitektonik gözəlliyin
saray üçün, hansı estetik-arxitektonik gözəlliyin cəbbəxana üçün
və s. uyğun gəldiyini və yararlı olduğunu düzgün
qiymətləndirərək, ixtiyari olaraq verilmiş məqsədlə estetikliyi
müxtəlif tərzdə və bacarıqla barışdırır. Sərt iqlim faydalılığını,
tələbatlarını, tələblərini nə qədər çox gücləndirirsə, onları nə
qədər konkretliklə müəyyənləşdirirsə və tətbiqini vacib bilirsə,
bununla da arxitektura gözəlliyə daha az meydan verir.
Hindistanın, Misirin, Yunanıstanın və Romanın yumşaq
iqlimində zərurətin tələbləri zəif idi və bir o qədər də təkidli
deyildi, memarlıq burada özünün estetik məqsədlərinə son
dərəcə azad bir şəkildə can ata bilərdi. Şimal səması altında isə
onlar onun üçün güclü bir tərzdə məhdudlaşmışdı: o yerdə ki,
hovular, itiuclu damlar və qüllələr tələb olunurdu, arxitektura,
öz məxsusi gözəlliyini yalnız çox dar sərhədlər daxilində inkişaf
etdirmək imkanına malik olaraq, heykəltəraşlıqdan daha çox
bəzək əxz etməyə məcbur idi, bu isə, qotik memarlığın
nümunəsində görünür.
Amma əgər arxitektura bu baxımdan, zərurilik və
faydalılıq
tələbləri
üzündən
böyük
sıxıntılara
məruz
qalmalıdırsa, onda, digər tərəfdən, məhz onlar onun üçün
qüdrətli dayaq olarlar, ona görə ki, öz yaradıqlarının böyük
ölçüləri və bahalı olması və özünün estetik təsir sferasının
məhdudluğu halında o, bir incəsənət olaraq qətiyyən özünü
qoruyub saxlaya bilməzdi, əgər o, eyni zamanda, faydalı və
zəruri sənət olaraq insanın əl işləri içərisində möhkəm və şərəfli
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Artur Şopenhauer "Dünya: iradə və təsəvvür kimi"
339
yer tutmasaydı. Sonuncunun olmaması, yoxluğu məhz odur ki, o
başqa bir sənəti arxitektura ilə onun sanki bir bacısı olaraq bir
sıraya qoymağa mane olur, baxmayaraq ki, estetik cəhətdən o,
ona əslində tamamilə uyğun gəlir: mən hidravlika sənətini
nəzərdə tuturam. Zira, ağırlığın ətalət ilə bağlanmış şəkildə üzə
çıxdığı yerdə arxitekturanın ağırlıq ideyası üçün etdiyini,
hidravlika elə həmin ideya üçün o yerdə edir ki, burada ona
axıcılıq, yəni formasızlıq, böyük hərəkətlilik və şəffaflıq birləşir.
Köpüklərlə və gurultu ilə qayalardan axan şəlalə, sakit tozla
səpələnən kataraktlar, fontanların gözəl sütunları axıcı, ağır
materiya ideyalarını elə aşkara çıxarır ki, inert materiya
ideyalarını arxitektura yaradıqları məhz o cür inkişaf etdirir.
Utilitar hidravlikada sənət özünə ona görə heç bir dayaq tapmır,
ki, onların məqsədləri adətən, bir qayda olaraq öz aralarında
uzlaşmır, və onları yalnız istisna hallarında birləşdirmək
mümkündür, necə ki, biz bunu Romada Trevi fontanında
görürük
*
.
§ 44
Sənətlərin yuxarıda xatırlanan hər ikisi iradənin
obyektliyinin aşağı pillələri üçün nədirlərsə, bitki təbiətinin ali
pilləsi üçün o, məlum dərəcədə park sənətidir. Yerin landşaft
gözəlliyi əksər hallarda təbiətin burada birləşən predmetlərinin
müxtəlifliyinə və ona əsaslanır ki, sonuncular öz aralarında
aydın bir şəkildə mərzlənmiş, ayrılmışlar hər biri aşkar bir tərzdə
*
II cildin 35-ci fəsli buraya aiddir.
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Artur Şopenhauer "Dünya: iradə və təsəvvür kimi"
340
ayrıca çıxış edir və hər halda nizamlı əlaqəni və əvəzlənməni
təqdim edir. Bu iki şərtin köməyinə park sənəti gəlir; amma o,
öz materialı üzərində elə bir dərəcədə hökmranlıq etməkdən
uzaqdır ki, bunu memarlıq öz materialı üzərində edir və buna
görə də, onun təsiri məhduddur. Onun göstərdiyi gözəllik,
demək olar ki, bütövlükdə təbiətə məxsusdur, onun özü isə,
buraya az şey əlavə edir; digər tərəfdən, əgər təbii şərait onun
üçün əlverişsizdirsə, o, demək olar ki, gücsüzdür və o yerdə ki,
təbiət ona kömək etmir, ona əks gedir, bu yerdə onun nəticələri
əhəmiyyətsizdir.
Bitki aləminin özü, hər yerdə sənətin köməyi olmadan
özünü estetik həzz üçün təklif etdiyi sənətin obyekti olduğu
ölçüdə, o, başlıca olaraq landşaft rəngkarlığına aiddir.
Sonuncunun sahəsində onunla birlikdə bütün digər şüursuz
təbiət yatır. Natürmortlarda və sadəcə olaraq arxitekturanın,
xarabalıqların, məbədin interyerlərinin və s. rəsmlərində estetik
həzzin subyektiv tərəfi üstünlük təşkil edir: onların bizdə
oyatdıqları
sevinc
təsvir
olunan
ideyaların
bilavasitə
qavranılmasından daha çox, bu qavrayışın subyektiv
korrelyatından – xalis, iradəsiz idrakdan - ibarətdir; zira, eyni
zamanda, sənətkar bizi şeylərə onun gözləri ilə baxmağa
məcbur etdiyi zaman, biz bununla birgə özümüz burada idrakla
onlara tam qərq olmaq üçün zəruri olan əks olunmuş duyğu,
dərin ruhi rahatlıq hissi və iradənin tam sükutu ilə, bu cansız
predmetlərə nüfuz edirik. Biz bütövlükdə bu predmetləri elə
həmin məhəbbətlə, yəni verilmiş halda elə həmin obyektivliklə
qavrayırıq.
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Artur Şopenhauer "Dünya: iradə və təsəvvür kimi"
341
Əsl
landşaft
rəngkarlığının
yaratdığı
təəssürat,
ümumiyyətlə, götürüldükdə, həmçinin bu növə aiddir; amma
onun daxilində ifadə olunan ideyalar iradənin obyektliyinin
daha yüksək pillələri kimi mənaca daha artıq əhəmiyyətli
olduğundan, estetik həzzin obyektiv tərəfi burada daha güclü
çıxış edir və subyektiv tərəfi müvazinətə gətirir. Xalis idrak
özlüyündə artıq əsas anı təşkil etmir: dərk edilmiş ideya,
iradənin təcəssümünün yüksək pilləsində təsəvvür kimi dünya
da eyni qüvvə ilə təsir göstərir.
Daha yüksək pilləni heyvanların rəssamlıqda və
heykəltəraşlıqda təsviri üzə çıxarır; sonuncu bizdə antik
dünyanın qalıqlarında xeyli dərəcədə saxlanılmışdır, məsələn,
Venesiyanın, Monte kavallonun tunc və mərmər atlarında, elcin
relyeflərində, həmçinin də Florensiyada; orada isə – antik
qaban, ulayan canavarlar, bundan sonra – venesian arsenalının
aslanları, Vatikanda isə, – əsasən antik dövrün vəhşiləri ilə
doldurulmuş bütöv zal və s. vardır. Bu təsvirlərdə estetik həzzin
obyektiv tərəfi subyektiv tərəf üzərində qəti üstünlük əldə edir.
Doğrudur, burada da hər hansı bir estetik seyrdə olduğu kimi bu
ideyaları dərk edən, öz iradəsini ram edən subyektin sakitliyi
iştirak edir, amma o, hiss olunmur, ona görə hiss olunmur ki,
təsvir olunan iradənin vurnuxmaları və coşquları bizi məyus
edir. Burada gözlərimiz qarşısında həmin o iradə çıxış edir ki, o,
bizim öz məxsusi mahiyyətimizi də təşkil edir və elə obrazlarda
çıxış edir ki, orada onun təzahürü yumşaldılmır və ləngidilmir,
bu təzahürün qarşısı bizdə olduğu kimi dərrakəviliklə
alınmır,
amma bunun əvəzində burada o, daha kəskin cizgilərlə və
riyakarlıq, cildə girmə olmadan, sadəlövhlüklə və açıq, tam
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Artur Şopenhauer "Dünya: iradə və təsəvvür kimi"
342
işıqlandırılmış bir şəkildə (bizim heyvanlara marağımız da
əslində buna əsaslanır) o qədər əyani olaraq ifadə olunur ki, bu,
qroteskə gedib çatır. Növlərin xarakter əlamətləri bitki aləminin
təsvirində artıq sezilir, amma onlar yalnız formalarda aşkara
çıxırlar; burada isə onlar daha əhəmiyyətli olur və yalnız zahiri
simada deyil, həm də əməllərdə, pozada və jestlərdə ifadə
olunur, baxmayaraq ki, bu, hər halda fərdin deyil, növün
xarakteridir.
Bu yüksək pillələrin idrakını biz rəngkarlıqda özgə bir
vasitəçiliklə əldə edirik; bitkilərin xalis seyri və azad, təbii və
sakit halda heyvanların müşahidə olunması yolu ilə biz ona
bilavasitə olaraq aid olan da ola bilərik. Onların müxtəlif,
təəccüb doğuran formalarının, onların davranışının və
vərdişlərinin obyektiv nəzərdən keçirilməsi təbiətin böyük
kitabının ibrətamiz səhifəsini üzə çıxarır, həqiqi signature rerum
*şeylərin özünü bəlirləməsinin+ sirrini açır:
*
biz onun daxilində
iradənin aşkarlanmasının müxtəlif dərəcə və üsullarını görürük,
bu iradə bütün varlıqlarda eyni olmaqla, hər bir yerdə eyni şeyi
istəyir ki, bu da, son dərəcə müxtəlif xarici şəraitlərə
uyğunlaşma və eyni mövzuda variasiyaların oxşar çoxluğuna
kimi çıxış edən sonsuz dəyişikliklərdə və müxtəlif formalarda
*
Yakob Böme özünün De signature renim (fəsil. 1, § 15, 16, 17)
kitabında deyir: ―Təbiətdə elə bir şey yoxdur ki, o, özünün daxili
obrazını həmçinin zahirdən də göstərməmiş olsun: zira daxili olan
daimi olaraq açılıb göstərilməyə can atır... Hər bir şeyin açılıb
göstərilmək üçün öz dili vardır... və bu, təbiətin dilidir, hər hansı bir
şey öz keyfiyyətindən çıxış edərək bu dildə danışır və özünü həmişə
açıb göstərir və ifadə edir... Zira hər bir şey öz anasını göstərir, anası
isə, beləliklə cövhər və formanın qurulmasına iradə verir ―.
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Artur Şopenhauer "Dünya: iradə və təsəvvür kimi"
343
varlıq,həyat olaraq obyektivləşir. Əgər, amma bizə onların daxili
mahiyyətinin açmasını müşahidəçi, həmçinin də refleksiya üçün
vermək lazım idisə və özü də yalnız bir sözlə vermək lazım idisə,
onda bunun üçün o sanskrit düsturundan istifadə etmək daha
yaxşı olardı ki, ona hinduistlərin müqəddəs kitablarında tez-tez
rast gəlinir və o, mahavakya, yəni böyük söz adını daşıyır: "Tat
twam asi" belə deməkdir: “Bu yaşayan sənsən”.
§ 45
Nəhayət, tarixi rəngkarlığın və heykəltəraşlığın böyük
vəzifəsi - o ideyanı bilavasitə əyani olaraq təsəvvür etməkdir ki,
iradə burada öz təcəssümünün ali dərəcəsinə nail olur. Estetik
həzzin obyektiv tərəfi burada şərtsiz olaraq üstünlük təşkil edir,
estetik həzzin subyektiv tərəfi isə arxa plana keçir. Qeyd etmək
lazımdır ki, bu sənətin ən yaxın, daha aşağı pilləsində,
heyvanların təsvirində xarakterik olan cəhət gözəlliklə tamamilə
eynidir: ən çox xarakterik olan aslan, canavar, at, qoyun, öküz –
hökmən həm də ən gözəl olanıdır. Bunun səbəbi isə odur ki,
heyvanlarda fərdi xarakter deyil, yalnız tür, növ xarakteri
mövcuddur. İnsanın təsviri zamanı isə tür,növ xarakteri fərdin
xarakterindən ayrılır: birinci gözəllik adlanır (xalis obyektiv
mənada), ikinci isə xarakter və ya ifadə adını saxlayır, və burada
yeni çətinlik meydana çıxır: onların hər ikisini eyni fərddə
mükəmməlliklə təsəvvür etmək çətinliyi.
İnsan gözəlliyi – iradənin dərk olunanlığının ən yüksək
pilləsində onun ən mükəmməl təcəssümünü seyr edilən
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Dostları ilə paylaş: |