Dünya: iradə və təsəvvür kimi


Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi"



Yüklə 6,14 Mb.
Pdf görüntüsü
səhifə19/57
tarix01.01.2017
ölçüsü6,14 Mb.
#4243
1   ...   15   16   17   18   19   20   21   22   ...   57

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

 

344 



formada  tam  ifadə  olunan,  ümumiyyətlə,  insan  ideyasını 

bildirən  obyektiv  ifadədir.  Amma  gözəlliyin  obyektiv  tərəfi 

burada nə qədər  güclü bir  tərzdə  çıxış  etsə də, subyektiv tərəf 

hər  halda  onun  dəyişməz  yol  yoldaşı  olaraq  qalır  və  məhz  ona 

görə  ki,  heç  bir  obyekt  bizi  son  dərəcə  gözəl  insani  obraz  və 

sima  qədər  sürətlə  xalis  estetik  seyrə  cəlb  etmir,  onu 

gördüyümüz zaman ani olaraq dillə ifadə oluna bilməyən,  bizə 

əzab  verən  hər  bir  şeydən  daha  yüksəkliyə  ucaldan  misilsiz 

sevinc  bizi  öz  qoynuna  alır;  və  bu,  yalnız  onun  sayəsində 

mümkündür ki, iradənin bu ən aşkar və ən xalis bir şəkildə dərk 

oluna bilməsi bizdə xalis idrak vəziyyətini o qədər asanlıqla və o 

qədər  sürətlə  meydana  çıxarır  ki,  xalis  estetik  sevinc    davam 

etdikcə,  bizim  şəxsiyyətimiz,  bizim  daimi  əzablarla  müşayiət 

olunan arzumuz bir o qədər sürətlə yox olur; elə buna görə də, 

Höte belə demişdi: "İnsan gözəlliyini görə bilən kimsəyə heç bir 

pis şey toxuna bilməz: o, özünü özü  və dünya ilə harmoniyada 

hiss edir"

20

.  



Təbiətin  gözəl  insan  siması  yaratmağa  necə  müyəssər 

olduğunu  biz  özümüz  üçün  belə  izah  etməliyik:  iradə  fərddə 

yüksək  pillədə  obyektivləşərək,  əlverişli  şərait  və  öz  məxsusi 

qüvvəsi  sayəsində  bütün  maneələri  və  iradənin  aşağı 

pillələrdəki təzahürlərinin ona göstərdiyi müqaviməti tamamilə 

dəf  edir,  məsələn,  o,  öncə  onların  hamısına  məxsus  olan 

materiyanı  hökmən  onlardan  almalıdır.  Bunun  ardınca  qeyd 

etmək  lazımdır  ki,  iradənin  ali  pillələrdəki  təzahürü  həmişə  öz 

formasına  görə  çoxcəhətlidir:  ağac  artıq  -  bitki  liflərinin  yalnız 

sonsuz olaraq təkrarlanan sistematik aqreqatıdır; pillə nə qədər 

yuxarıdadırsa,  bu  mürəkkəblik    də  bir  o  qədər  artır  və  insan 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

 

345 



bədəni tamamilə müxtəlif hissələrin ən ali dərəcədə mürəkkəb 

sistemidir,  bunlardan  hər  biri  isə  bütövə  tabe  olmasına 

baxmayaraq,  müstəqil  həyata,  vita  propriaya  malikdir;  və 

budur, bütün bu hissələrin etibarlı bir tərzdə tabe olması və öz 

aralarında uzlaşdırılması üçün, onların harmonik olaraq bütövün 

yaradılmasına  çalışmalarından  ötrü  və  heç  nəyin  ifrat  ölgün, 

sısqa  olmamasından  ötrü,  –  nəticəsi  gözəllik  olan  bütün  bu 

nadir  şərtlər  ideal  bir  şəkildə  döyülüb  hazırlanmış  tür 

xarakteridir.  Təbiətdə  məsələnin  qoyuluşu  belədir.  Amma 

incəsənət  özünü  necə  aparır?  Deyirlər  ki,  təbiəti  təqlid  edir. 

Amma  onun  uğurlu  və  təqlid  olunmağa  layiq  yaratdığını 

sənətkar hansı əlamətə görə tanıyır, dərk edir və əgər o gözəlliyi 

artıq 

təcrübəyə 



qədər 

bilmirsə, 

onu 

uğursuzcasına 



yaradılmışların  içərisindən  necə  tapacaqdır?  Və  bundan  başqa, 

məgər təbiət haçansa tamamilə gözəl olan bir insanı yaradıbmı? 

Bu  suala    belə  cavab  verildi  ki,  sənətkar  ayrıca  insanlara 

səpələnmiş  gözəl  cizgiləri  yığmalı  və  onlardan  bir  gözəl    bütöv 

təşkil etlməlidir, –  bu, yanlış və mənasız baxışdır. Zira bir daha 

sual  meydana  çıxır:  sənətkar  necə  bilə  bilər  ki,  bu  formalar 

gözəldir,  yoxsa,  yox?  Bəli,  biz  görürük  ki,  təbiətin  təqlidi 

sayəsində  əski  alman  sənətkarları  gözəllikdə  necə  də  uğur 

qazanmışlar. Elə təkcə onların çılpaq fiqurlarına baxın.  

Gözəlliyin  xalis  a  posteriori  olaraq  və  müstəsna  olaraq 

təcrübi  yolla  tamam  dərk  olunması  qətiyyən  mümkün  deyildir: 

o,  həmişə  ən  azı,  qismən  a  prioridir.  Baxmayaraq  ki,  əsas 

qanununun bizə a priori olaraq məlum olan növlərinə nisbətən 

tamamilə başqa xarakterə malikdir. Onlar özlüyündə təzahürün 

ümumi  formasına  aiddirlər,  çünki  o,  ümumiyyətlə,  idrak 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

 

346 



imkanını  əsaslandırır,  bütün  təzahür  olunanlar  kimi  istisna 

tanımayan  ümumiyə  aiddir  və  bu  idrakdan  riyaziyyat  və  xalis 

təbiətşünaslıq  çıxır,  halbuki,  a  priori  olaraq  idrakın  gözəlliyin 

təsvirini mümkün edən başqa növü kimi təzahürlərin formasına 

deyil,  məzmununa,  təzahür  olunanın  necə  olmasına  deyil,  nə 

olmasına 

aiddir. 

Bizim 


hamımızın 

insani 


gözəlliklə 

qarşılaşdığımız  zaman  onu  tanımağımız  (əsl  sənətkarda  bu,  elə 

bir  aydınlıqla  baş  verir  ki,  o,  sanki  onu  heç  bir  vaxt  görmədiyi 

kimi göstərir, və öz təsvirində təbiəti belə üstələyir) –yalnız ona 

görə  mümkündür  ki,  ali  pillədə  adekvat  təcəssümü  burada 

qiymətləndirilməli və tapılmalı olan iradə - biz özümüzük. Yalnız 

buna  görə  də,  biz  həqiqətən    təbiətin    təsvir  etməyə  can 

atdığının  antisipasisiyasına  malikik  (məhz  bu  da,  bizim  öz 

məxsusi  mahiyyətimizi  təşkil  edən  iradədir);  bu  antisipasiya 

həqiqi  dahidə  elə  bir  bəsirətlə  müşayiət  olunur  ki,  o,  ayrıca 

şeydə  onun  ideyasını  dərk  edərək,  təbiəti  sanki  yarımsözdən 

başa  düşür  və  haqqında  onun  yalnız  kəkələməyə  başladığını 

aydın bir şəkildə ifadə edir: möhkəm mərmər üzərində o, forma 

gözəlliyini  elə  həkk  edir  ki,  bunu  etmək  minsaylı  səylərinə 

baxmayaraq təbiətə nəsib olmamışdır və bu gözəlliyi o, təbiətə 

göstərir,  sanki  ona    üz  tutaraq  deyir:  "Sənin  demək  istədiyin, 

bax, budur!"  və bilicinin cavabı eşidilir: "Bəli, məhz budur!"  

Dahi  yunan  yalnız  bu  yolla  insan  obrazının  prototipini 

tapmağı  və  onu  heykəltəraşlıq  məktəbinin  əsas  qanunu  olaraq 

müəyyənləşdirməyi  bacarmışdı  və  yalnız  belə  bir  antisipasiya 

sayəsində  bizim  hamımız  gözəlliyi  o  yerdə  tanımaq 

iqtidarındayıq  ki,  bu  yerdə  o,  ayrı-ayrı  hallarda  təbiətə 

həqiqətən də müyəssər olmuşdur. Bu, antisipasiya - idealdır; o, 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

 

347 



–  ideyadır,  çünki  o,  ən  azı,  onun  yarısı  a  priori  olaraq  dərk 

olunmuşdur,  və  təbiət  tərəfindən  a  posteriori  veriləni  özü  ilə 

tamamlayaraq  incəsənət  üçün  praktik  ana  çevirir.  Sənətkar 

tərəfindən gözəlliyin belə bir a priori olaraq antisipasiya imkanı, 

eləcə də bilici tərəfindən onun a posteriori olaraq idrakı onunla 

izah  olunur  ki,  sənətkar  və  bilici  özləri  -  təbiətin  "özündə" 

olanıdırlar,  iradəni  obyektivləşdirənidirlər.  Zira,  Empedoklun 

dediyi kimi, oxşar olan yalnız oxşar olan tərəfindən dərk olunur: 

yalnız təbiət öz-özünü anlaya bilər; yalnız təbiət öz-özünü dərk 

edir, amma, həmçinin ruh da yalnız ruh tərəfindən qavranılır

*

.  


Belə bir yanlış təsəvvür mövcuddur ki, (baxmayaraq ki, o 

Ksenofonta  görə  Sokrat  tərəfindən  deyilmişdir.  Stobaei  Floril., 



vol.  2,  r.384),  guya  yunanlar  insan  gözəlliyinin  müəyyənləşmiş 

idealını  tamamilə  empirik  olaraq,  ayrı-ayrı  gözəl  hissələrin 

yanaşı qoyulması, burada dizin, orada isə əlin çılpaqlaşdırılması 

və  qeyd  olunması  yolu  ilə  tapmışlar,  –  bu  təsəvvür  poeziyaya 

münasibətdə  də  tam  analogiyaya  malikdir;  güman  edirlər  ki, 

məsələn,  Şekspir  öz  dramlarının  sonsuz  dərəcədə  müxtəlif, 

doğruyaoxşar,  sınaqdan  çıxarılmış  və  dərindən  düşünülmüş 

xarakterlərini  görmüş  və  öz  həyat  təcrübəsində  onları  yenidən 

canlandırmışdır.  Belə  bir  fikrin  mümkünsüz  və  cəfəng  olmasını 

                                                           

*

  Sonuncu  cümlə  –  Helvetsinin  il  n'y  a  que  l'esprit  qui  sente  l'esprit 



ifadəsinin  tərcüməsidir,  birinci  nəşrdə  bu  barədə  xatırlatmağı  mən 

lazım  bilməmişdim.  Amma  o  zamandan  bəri,  Hegelin  yalançı 

müdrikliyinin səfehləşdirici təsiri ucbatından bizim dövr elə tənəzzül 

etmiş və o qədər kobudlaşmışdır ki, başqasının gözünə burada da "ruh 

və təbiət" arasında əksliyə bir eyham görünə bilər; buna görə də mən 

belə bir vulqar filosofelemolazin mənə şamil edilməsindən özümü qəti 

olaraq kənarlaşdırmağa məcburam. 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

 

348 



sübut  etməyə  də  ehtiyac  yoxdur:  aşkardır  ki,  dahinin  öz təsviri 

sənət  əsərlərini  ona  öncədən  görmə  və  gözəlliyə  yalnız 

qabaqcadan  heyran  olma  yolu  ilə  yaratdığına  oxşar  olaraq, 

poeziya əsərlərini də o, oxşar qaydada xarakterik olanı öncədən 

görmə   ilə  yaradır; doğrudur, hər  iki  halda,  onun    elə  bir  sxem 

kimi  təcrübəyə  ehtiyacı  vardır  ki,  yalnız  o,  a  priori  olaraq 

dumanlı  dərk  olunanı  tam  aydınlığa  gətirib  çıxara  bilər  ki, 

düşünülmüş təsvir imkanı da elə bu cür alınır. 

Biz  insan  gözəlliyinin  yuxarıda  iradənin  ali  pillədə  dərk 

oluna  bilməsinin  ən  mükəmməl  təcəssümü  kimi  təyin  etmişik. 

O,  yalnız  məkan  daxilində  yerləşən  və  zamana  qarşı,  məsələn, 

hərəkətin malik olduğu zəruri münasibətə malik olmayan forma 

ilə  ifadə  olunur.  Buna  görə  də,  biz  belə  deyə  bilərik:  iradənin 

yalnız təkcə məkan təzahüründə adekvat təcəssümü – obyektiv 

mənada  gözəllikdir.  Bitki  iradənin  məhz  belə  müstəsna  olaraq 

məkan  təzahürü  olmaqdan  başqa  bir  şey  deyildir,  zira  heç  bir 

hərəkət və deməli, heç bir zaman münasibəti (onun artımından 

başqa)  onun  mahiyyətinin  ifadə  olunmasına  məxsus  deyildir: 

bitkinin  özünün  görünüşü  artıq  onun  bütün  mahiyyətini  ifadə 

edir  və  onu  açıq  bir  şəkildə  göstərir.  Halbuki,  heyvanın  və 

insanın onlarda təzahür olunan iradənin tam aşkara çıxarılması 

üçün  daha  bir  sıra  əməllərə  ehtiyacları  var,  bunun  da 

nəticəsində  həmin  bu  hadisə  onlarda  zamana  qarşı  bilavasitə 

münasibət  kəsb  edir.  Bütün  bunlar  əvvəlki  kitabda  artıq  izah 

olunmuşdur,  amma  bizim  indiki  düşüncələrimizlə  aşağıdakı 

qaydada bağlıdır. İradənin xalis məkan təzahürünün onu hər bir 

verilmiş  pillədə  tamamilə  və  ya  qismən  obyektivləşdirə 

bilməsinə  oxşar  olaraq  (gözəlliyi  və  ya  eybəcərliyi  təşkil  edən 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

 

349 



budur), həm də iradənin müvəqqəti təcəssümü, yəni əməl, özü 

də bilavasitə əməl, yəni hərəkət onun daxilində təzahür olunan 

iradəyə  heç  bir  yad  qatışıq  olmadan,  artıqlıq  və  çatışmazlıq 

olmadan,  hər  dəfə  yalnız  verilmiş  müəyyən  iradə  aktını  ifadə 

edərək tamamilə  uyğun gələ  bilər  və  ya  əməl  və  onda  təzahür 

olunan iradə öz aralarında yanlış  tənasübdə ola bilərlər. Birinci 

halda  hərəkət  zərifliklə  baş  verir,  sonuncu  halda  isə  –  ondan 

məhrumdur.  Və  gözəlliyin  ümumiyyətlə  iradənin  xalis  məkan 

təzahüründə  onun  uyğun  təsviri  olmasına  oxşar  olaraq,  eləcə 

də,  zəriflik  iradənin  zaman  təzahüründə  onun  uyğun  və 

mütənasib  təsviridir,  yəni  hər  hansı  bir  iradə  aktının  onu 

obyektivləşdirən  hərəkətdə  və  pozada  tamamilə  düzgün  və  

mütənasib  ifadəsidir.  Hərəkət  və  poza  artıq  bədəni  nəzərdə 

tutduqları  üçün,  Vinkelmanın  sözləri  çox  doğru  və  dəqiqdir: 

"Zəriflik,  incəlik    hərəkətdə  edən  şəxsin  hərəkətə  olan  

özünəməxsus  münasibətidir  (Əsərləri,  c.1,  səh.258).  Öz-

özlüyündə  aydındır  ki,  bitkilərə  gözəlliyi  aid  etmək  olar,incəliyi 

isə  aid    etmək    mümkün  deyildir,  olsa-olsa  bu  yalnız  məcazi 

mənada olar; halbuki, heyvanlar və insanlar həm buna, həm də 

digərinə  malikdirlər:  onlar  həm  gözəl,  həm  də  zərifdirlər. 

Deyilənlərə uyğun olaraq, zəriflik, incəlik ondan ibarətdir ki, hər 

bir hərəkət və poza məqsədsiz, bihudəliyə keçən heç bir artıqlıq 

və ya qeyri-təbiilik, yapma, süni hərəkət məhdudluğuna gətirib 

çıxaran  heç  bir  çatışmazlıq  olmadan  ən  yüngül,  mütənasib  və 

əlverişli üsulla yerinə yetirilmiş və buna görə də, öz təyinatını və 

ya  iradə  aktını  adekvat  olaraq  ifadə  etmiş  olsun.  Zəriflik, 

qəşənglik özünün şərti kimi bütün üzvlərin tam mütənasibliyini, 

düzgün və harmonik bədən quruluşunu nəzərdə tutur, ona görə 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

 

350 



ki,  bütün  pozaların  və  hərəkətlərin  tam  yüngüllüyü  və  aşkar 

məqsədəuyğunluğu  yalnız  bu  zaman  mümkündür;  beləliklə, 

zəriflik, qəşənglik heç bir vaxt müəyyən dərəcədə fiziki gözəllik 

olmadan mümkün deyildir. Onların hər ikisi tamamilə və bir-biri 

ilə birgə iradənin təcəssümünün  ən yüksək pilləsində onun ən 

aydın təzahürünü təşkil edir.  

Bəşəriyyətin  xüsusiyyəti,  yuxarıda  xatırlandığı  kimi, 

ondadır ki, onda növ, tür xarakteri fərdi xarakterdən ayrılmışdır, 

və  buna  görə  də,  hər  bir  insan,  əvvəlki  kitabda  dediyim  kimi, 

məlum  dərəcədə  tamamilə  müstəqil  bir  ideyanı  ifadə  edir.  Elə 

buna  görə  də,  məqsədi  bəşəriyyətin  ideyalarının  təsviri  olan 

sənətlər  üçün,  növün,turun  xarakteri  olaraq  gözəlliklə  yanaşı 

qarşıda  həm  də  əsasən  xarakter  adını  daşıyan  fərdi  xarakteri 

ifadə etmək vəzifəsi dı durur; amma hər halda sonuncu da onlar 

üçün  fərdə  onun  müstəsnalığında  xas  olan  nəsə  təsadüfi  olan 

bir şey kimi deyil, bəşəriyyət ideyasının məhz bu fərddə xüsusi 

olaraq  çıxış  edən  tərəfi  kimi  mühümdür,  fərdin  təsviri  onun 

aşkara  çıxarılmasına  xidmət  edir.  Elə  buna  görə  də,  xarakter, 

özlüyündə  fərdi  olmasına  baxmayaraq,  hər  halda  ideal  olaraq 

qavranılmalı  və  təsvir  edilməlidir,  yəni  onun  daxilində  onun, 

ümumiyyətlə,  bəşəriyyət  ideyası  üçün  əhəmiyyəti  aşkara 

çıxarılmalıdır  (onun  təcəssümünə  o,  özünəməxsus  bir  şəkildə 

yardım  göstərir);  başqa  cür  olsa,  təsvir  portret  olacaqdır, 

özlüyündə  xüsusinin  bütün  təsadüfi  elementlərlə  yenidən 

yaradılması olacaqdır. Özü də, hətta elə portret də, Vinkelmanın 

dediyi kimi, fərd idealını təqdim etməlidir. 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

 

351 



Bu, ideal qavranılmalı olan, bəşəriyyət ideyasında xüsusi 

tərəfin  aşkara  çıxarılmasına  xidmət  edən  bu  xarakter  qismən 

dəyişməz  fizionomiyada  və  bədən  quruluşunda,  qismən  də 

keçici,  ötəri  affektlərdə  və  ehtiraslarda,  dərk  etmənin  və 

arzunun 

bu 


qarşılıqlı 

modifikasiyasında 

(şəklini 

dəyişdirməsində)  gözlə  görünə  bilən  dərəcədə  ifadə  olunur, 

bütün  bunlar  birlikdə  isə  sifətdə  və  hərəkətlərdə  əks  olunur. 

Fərd həmişə bəşəriyyətə məxsus olduğundan, digər tərəfdənsə, 

bəşəriyyət həmişə fərddə özü də  və hətta sonuncuya xas olan 

ideal  əhəmiyyətliliklə  aşkara  çıxdığından,    nə  gözəllik  xarakteri 

əzib  susdura  bilir,  nə  də  xarakter  –  gözəlliyi:  zira  növ 

xarakterinin  fərdi  xarakter  tərəfindən  susdurulması  karikatura 

yaradır,  fərdi  xarakterin  növ  xarakteri  tərəfindən  susdurulması 

isə nəsə əhəmiyyətsiz bir şey verir. Elə buna görə də, gözəlliyə 

can atan təsvir (bununla əsasən heykəltəraşlıq məşğul olur) onu 

(yəni,  növ  xarakterini)  həmişə  fərdi  xarakterin  köməyi  ilə  bir 

qədər  modifikasiya  edir  və  onda  həmişə  müəyyən  bir  fərdi 

obrazda bəşəriyyət ideyasını ifadə edir, hansısa xüsusi bir cəhəti 

seçib qeyd etməklə; zira insan fərdi özlüyündə məlum dərəcədə 

özvarlıqlı  ideyanın  ləyaqət  möhürünü  daşıyır,  bəşəriyyət 

ideyasının mühüm əlaməti isə ondan ibarətdir ki, o, öz ifadəsini 

özvarlıqlı önəmlə malik fərdlərdə tapır. Elə buna görə də, qədim 

müəlliflər öz əsərlərində onlar tərəfindən aydın bir şəkildə dərk 

olunmuş gözəlliyi bir fiqurla deyil, müxtəlif xarakter daşıyan bir 

çox  fiqurlarla  ifadə  edirdilər,  sanki  bu  gözəllik  hər  dəfə  başqa 

tərəfdən  qavranılır  və  buna  görə  də,  o,  Apollonda  Vakxa 

nisbətən  başqa  cür,  Herkulesdə  fantinoya  nisbətən  başqa  cür 

təsvir olunmuşdur; bundan əlavə, xarakterik olan cəhət gözəlliyi 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

 

352 



sıxışdıra  da  bilər  və  nəhayət,  hətta,  məsələn,  sərxoş  Selenada, 

Favnda və s. olduğu kimi eybəcərliyə də keçə bilər. Amma əgər 

xarakterik olan cəhət növün xarakterinin  susdurulmasına, yəni 

qeyri-təbiliyə gəlib çatırsa, onda o, karikaturaya çevrilir.  

Zəriflik  gözəlliyə  nisbətən  daha  az  dərəcədə  xarakterik 

olanın  müdaxiləsi  ilə  sıxıntılara  məruz  qala  bilər:  xarakterin 

ifadə  olunması  hansı  pozaları  və  hərəkətləri  tələb  edirsə-etsin, 

onlar  verilmiş  şəxsə  ən  çox  uyğun  gələn  bir  tərzdə,  ən 

məqsədəuyğun və asan üsulla yerinə yetirilməlidir. Buna, yalnız 

heykəltəraş və rəngkar deyil, hər hansı bir yaxşı aktyor da əməl 

edəcəkdir,  başqa  cür  olsa,  burada    bu  karikatura  –  təhrif 

olunmuş, şişirdilmiş obraz meydana çıxır.  

Heykəltəraşlıqda  gözəllik  və  zəriflik  həmişə  əsas  rol 

oynayırlar.  Ruhun  affektdə,  ehtiraslarda,  dərk  etmənin  və 

arzunun yalnız sifətin ifadəsində və jestikulyasiyada təsvir oluna 

bilən qarşılıqlı oyununda irəli gələn həqiqi xarakteri rəngkarlığın 

üstünlük  təşkil  edən  xüsusiyyətidir.  Zira  heykəltəraşlıq 

sferasının  xaricində  qalan  gözün  və  işığın  gözəlliyə  çox  yardım 

göstərməsinə  baxmayaraq,  onlar  xarakter  üçün  daha  da 

mühümdürlər.  Bunun  ardınca  qeyd  etmək  lazımdır  ki,  gözəllik 

müxtəlif  nöqteyi-nəzərlərdən  seyr  olunduğu  zaman  daha 

dolğun  bir  şəkildə  aşkara  çıxır;  əksinə,  ifadə,  xarakter  isə  bir 

nöqteyi-nəzərdən  də tamamilə dərkolunandır.  

 Gözəllik,  görünür  ki,  heykəltəraşlığın  əsas  məqsədini 

təşkil  etdiyindən,  Lessinq  o  faktı  izah  etməyə  çalışmşdır  ki, 

Laokoon  qışqırmır,  amma  qışqırığın  gözəlliklə  bir  araya 

sığmaması  üzündən  qışqırmır

 21


.  Bu  predmetin  Lessinqə  xüsusi 

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

 

353 



kitab  üçün  mövzu  və  ya,  ən  azı,  çıxış  nöqtəsi  olaraq  xidmət 

etdiyini və onun barəsində Lessinqə qədər və Lessinqdən sonra 

çox  yazıldığını  nəzərə  alaraq,  bu  məsələ  ilə  bağlı  mənim  də 

epizodik  olaraq  bir  söz  deməyim  rəvadır,  baxmayaraq  ki,  belə 

bir  xüsusi  tədqiqat  özlüyündə  bizim  yalnız  ümumi  məsələlərə 

yönəmlik mülahizələrimizlə bağlı deyildir.  

 

§ 46 


Laokoonun  o  məşhur  qrupda  qışqırmaması  aşkardır  və 

bu  fakt  qarşısında  ümumi,  daimi  heyrət  onunla  izah  olunur  ki, 

onun  vəziyyətində bizim  hamımız qışqırardıq;  bəli,  bunu  təbiət 

də tələb  edir, belə  ki,  güclü fiziki  ağrı  və böyük fiziki qorxunun 

qəfil  tutması  zamanı  dinməz  bir    səbrə  gətirə  bilən  bütün 

refleksiya  şüurdan  tamamilə  sıxışdırılıb  çıxarılır  və  təbiət 

qışqırıqla  öz  buxovlarını  dağıdır,  bununla  da  eyni  zamanda 

xilaskarı köməyə çağıraraq və hücum edəni qorxudaraq. ağrı və 

qorxunu  ifadə  edir,  artıq  Vinkelman    buna  görə  qışqıran 

olmamasını,  yoxluğunu  sezmişdi;  amma  bu  halda  sənətkara 

bəraət qazandırmağı arzu edərək, o, Laokoonu özlüyündə stoikə 

çevirmişdi  ki,  o  da,  secundum  naturam  [təbiətə  uyğun  olaraq+ 

olaraq qışqırmağı özünə ar bilir və öz əzabına, həmçinin  onun 

ifadə  olunmasından  özünü  saxlama  səyini  də  qoşur,  bu  səy  də 

faydasızdır;  Vinkelman  buna  görə  də,  Laokoonda  "ağrı  ilə 

mübarizə aparan və öz əzablarının ifadəsini üzə çıxarmamağa və 

boğmağa  səy  edən  böyük  insanın  möhkəm  ruhunu  görür,  o, 

Vergilidə olduğu kimi ucadan fəryad etmir, amma ondan qopan 

yalnız boğuq bir ahdır" və i.a. (Əsərləri, c. VII, səh. 98; eyni şey 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

 

354 



təfsilatı  ilə  isə,  c.  VI,  səh.  104  və  növbəti  səhifələr).  Budur, 

Lessinq  Vinkelmanın  bu  fikrinə  yuxarıda  göstərilən  düzəlişi 

etməklə  onu  öz  "Laokoon"unda  tənqidə  məruz  qoymuşdur: 

psixoloji  izah  əvəzinə  o,  xalis  estetik  izahı  təklif  etmişdir,  yəni, 

qədim incəsənətin gözəllik prinsipi qışqırtının ifadə olunmasına 

yol  vermir.  Onun  başqa,  əlavə  arqumenti,  guya  sənətin 

hərəkətsiz  təsvirində  keçici,  ötəri  olanı  öz  təbiətinə  görə 

qısamüddətli halı təsvir etmək olmaması arqumenti

22

 özünə əks 



olan, gözəl fiqurlarla ifadə olunan yüzlərlə nümunəyə malikdir,  

bu  fiqurlar  ötüb  keçən  hərəkətlərdə  -  rəqs  edən,  mübarizə 

aparan  ,  nəyisə  tutduqları  zaman  -  yaxalanmışlar.  Bundan 

başqa,  Höte  özünün  Laokoon  barədə,  "Propiley"i  açan 

məqaləsində  (səh.  8)  belə  bir  keçici,  ötəri  anın  seçimini  hətta 

birbaşa  olaraq  zəruri  hesab  edir.  Bizim  günlərdə  Hirt  (Hirt, 

Horen, 1797, 10-cu məqalə) bütün hər bir şeyi ifadənin yüksək 

reallığına  müncər  edərək  məsələni  belə  həll  etmişdir:  Laokoon 

ona görə qışqırmır ki, o, boğulduğu üçün ölümə yaxındır və artıq 

qışqırmaq  iqtidarında  deyildir.  Nəhayət,  Fernov  (Römische 



Studien,  c.  I,  səh.  426  və  sonrakı  səhifələr.),  bu  üç  mövqeni 

araşdıraraq  və  ölçüb-biçərək,  özü  yeni  heç  nə  söyləməsə  də, 

bütün bü üç fikri yalnız birləşdirmiş və barışdırmışdır.  

Mən  təəccüblənməyə  bilmirəm  ki,  belə  dərin  düşünən 

və  itiağıllı  yazıçılar  səbəbi  tamamilə  yaxında  olan  və  xürafatsız  

tədqiqatçıya dərhal görünən şeyi izah etmək üçün cidd- cəhdlə 

uzaqdan  yetərsiz  əsasları  çəkib  gətirər,  psixoloji,  hətta  fizioloji 

arqumentlərdən  möhkəm  yapışırlar;  mən  xüsusən  ona 

təəccüblənirəm  ki,  düzgün  izaha  bu  dərəcədə  yaxınlaşan 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 


Yüklə 6,14 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin