Artur Şopenhauer "Dünya: iradə və təsəvvür kimi"
377
etməsi fikrini necə də gözəl ifadə edir: "Yuxu – adamcığazı
bütünlükdə örtən plaşdır"! Filosofların və alimlərin insan nəslini
maarifləndirməsi fikrini Kleyst necə də gözəl alleqoriya ilə ifadə
edir:
O kəslər ki, onların gecə çırağı bütün dünyanı nura
bürüyür!
Homer bədbəxtlik gətirən «Ata»nı
*
son dərəcə güclü bir
tərzdə və əyani olaraq səciyyələndirir:
Onun pəncələri zərifdir: toxunmur onlarla
Yerin tozuna; o, insanların başları üstündə gəzir
30
.
(İliada, XIX, 92)
Meneni Aqrippanın mədə və üzvlər barədə təmsili Roma
xalqına necə də güclü bir təsir göstərmişdi! Son dərəcə
mücərrəd bir fəlsəfi ehkamı "Dövlətin" yeddinci kitabının
başlanğıcında Platon mağara barədə yuxarıda xatırlanan
alleqoriyasında necə də gözəl ifadə edir
31
! Prozerpina haqqında
mif də, həmçinin fəlsəfi təmayülə malik dərin mənalı
alleqoriyadır, Prozerpina yeraltı səltənətin hakimiyyəti altına
düşür, çünki orada nar ağacının meyvəsini dadmışdı
32
: bu,
həmin mifin Höte tərəfindən həyata keçirilmiş işlənməsində
xüsusən aydın görünür, Hötenin bu şərhi hər hansı bir tərifdən
daha yüksəkdədir və o, bunu özünün "Həssaslığın təntənəsi"nə
epizod olaraq vermişdir. Mənə üç geniş alleqorik əsər
*
Ata - qədim yunan mifologiyasında ilahə, ağlın tutqunlaşmasının,
yanılmanın mücəssəməsi, Zevsin qızı hesab olunur – tərc.
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Artur Şopenhauer "Dünya: iradə və təsəvvür kimi"
378
məlumdur: aşkar və açıq – bu, Baltazar Qrasianın
"Kritikon"udur
33
; o, - öz aralarında bağlı olan dərin mənalı
alleqoriyaların genişmiqyaslı və zəngin çulğaşmasıdır, bu
alleqoriyalar əxlaqi həqiqətlərin canlı libası kimi çıxış edir, onlar
bunun sayəsində böyük əyanilik əldə edirlər və müəllif
fantaziyasının zənginliyi ilə bizi heyrətləndirirlər. Maskalanmış
iki alleqoriya isə – Don Kixot və Qulliver
34
liliputlar yanındadır.
Birinci elə bir insanın həyatının alleqoriyasını yaradır ki, bu,
başqalarına rəğmən təkcə öz şəxsi rifahını qurmaqla məşğul
deyil, onun fikirlərinə və iradəsinə sahib olmuş obyektiv, ideal
məqsədə doğru can atır, – bu səbəbdən də o, bu dünyada
qəribə görünür. Qulliverdə isə fiziki olan bütün hər bir şeyi
mənəvi mənada başa düşmək lazımdır və o zaman Hamletin
onu adlandırdığı kimi satirical roque-nin (kələkbaz satirikin) nə
demək istədiyi aydın olacaqdır.
Belə ki, poetik alleqoriya üçün anlayış həmişə veriləndir,
bunu, o, əyani olaraq, mənzərəli bir şəkildə təqdim etməyə səy
edir, buna görə də, o, bəzən yaradılmış rəsmdə öz ifadəsini və
ya özünə dəstək tapa bilər; sonuncu belə halda təsviri sənət
əsəri kimi deyil, yalnız izahedici heroqlif kimi nəzərdən keçirilir
və rəssamlıq mənasına deyil, yalnız poetik mənaya iddia edir.
Lafaterin həqiqətin hər bir nəcib mübarizini ilhamlandırmalı
olan gözəl alleqorik vinetkası belədir: şamı tutan əli arı sancır,
amma eyni zamanda yuxarıda alov ağcaqanadları yandırır;
aşağıda bu yazı var:
Qoy o ağcaqanadın qanadlarını yandırsın,
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Artur Şopenhauer "Dünya: iradə və təsəvvür kimi"
379
Onun həm kəlləsini, həm də bütün beynini dağıtsın.
İşıq hər halda işıqdır;
Zalım eşşək arısı məndən əl çəkməsə də,
Onu əlimdən buraxmayacağam, – yox.
Üstündə sönməmiş tüstülənən şamın təsviri və belə bir
yazı olan qəbirüstü lövhə də elə buraya aiddir:
O, piydənmi idi, yoxsa mumdanmı, –
Bunu bizə əbədi olaraq sönən şam göstərəcəkdir.
Bir qədim alman nəsil şəcərəsi də, nəhayət, belədir:
vardan-yoxdan çıxan ailənin sonuncu övladı həyatını tam nəfsini
saxlama və bəkarət içərisində keçirmək və bununla da öz
nəslinin varlığına elə son qoymaq qətiyyətini ifadə etmişdi ki,
özünü çoxbudaqlı ağacın köklərini qayçı ilə doğrayan kimi
təsəvvür etmişdi. Buraya, həmçinin, ümumiyyətlə, yuxarıda
xatırlanan o obrazlar da aiddir ki, onları adətən emblem
adlandırırlar, onları da, həmçinin ifadə olunmuş qısa ibrətamiz
təmsilin qələmə alınması da adlandırmaq olardı.
Bu qəbildən olan alleqoriyaları rəngkarlığa deyil, həmişə
poeziyaya aid etmək lazımdır, və onlara bəraət qazandırma
məhz bundan ibarətdir: onların rəngkarlıq vasitəsilə yerinə
yetirilməsi burada həmişə yanakı element olaraq qalır və ondan
yalnız o tələb olunur ki, təsvir olunan şeyi tanımaq mümkün
olsun. Əgər əyani olaraq təsəvvür olunan və mücərrəd məna
arasında yalnız ixtiyari əlaqə mövcuddursa, alleqoriya həm
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Artur Şopenhauer "Dünya: iradə və təsəvvür kimi"
380
təsviri sənətdə, həm də poeziyada simvola keçir, Simvolik olan
bütün hər bir şey mahiyyəti etibarı ilə şərti razılaşmaya
əsaslandığından, simvolda digər nöqsanlar içərisində o nöqsan
da mövcuddur ki, onun mənası zaman keçdikcə unudulur və o,
tamamilə lallaşır: əgər bu, məlum olmasaydı, kimin ağlına
gələrdi ki, balıq nəyə görə xristianlığın simvoludur
35
? Olsa-olsa
hansısa Şampolion
36
, ona görə ki, bu, qəti olaraq fonetik
heroqlif olmaqdan başqa bir şey deyildir. Elə buna görə də,
Yəhyanın Vəhyi
37
poetik alleqoriya kimi demək olar ki, o
vəziyyətdədir ki, hələ də şərh olunan magnus Deus sol Mithra
(böyük günəş tanrısı Mitra)
38
təsvir olunan relyeflər həmin bu
vəziyyətdədir
*
.
§ 51
Əgər bizim, ümumiyyətlə, incəsənət barədə əvvəlki
düşüncələrimizi biz təsviri sənətlərdən poeziyaya gətirsək, onda
şübhə etmərik ki, onun məqsədi – ideyaları, iradənin təcəssüm
pillələrini aşkara çıxarmaq və onları dinləyiciyə şair ruhunun
dərk etdiyi kimi bütün aydınlığı və canlılığı ilə çatdırmaqdır.
İdeyalar mahiyyət etibarı ilə əyanidirlər; buna görə də,
baxmayaraq ki, poeziyada sözlər vasitəsilə bilavasitə olaraq
yalnız mücərrəd anlayışlar ötürülür, hər halda dinləyiciyə bu
anlayışların nümayəndəliyində
həyat ideyalarını göstərmək
niyyəti aşkardır, bu da, yalnız onun öz məxsusi fantaziyasının
köməyi ilə həyata keçirilə biləndir. Amma onu nəzərdə tutulan
*
II cildin 36-cı fəsli buraya aiddir.
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Artur Şopenhauer "Dünya: iradə və təsəvvür kimi"
381
məqsədə uyğun olaraq oyatmaq üçün, həm poeziyanın, həm də
hətta ən quru prozanın bilavasitə materialını təşkil edən
anlayışlar aşağıdakı qaydada tutuşdurulmalıdır: onların sferaları
öz aralarında elə kəsişməlidir ki, onlardan heç biri öz mücərrəd
ümumiliyində donub qalmasın, fantaziya qarşısında onların
əvəzinə onların sonradan şairin sözlərində onun məramına
uyğun olaraq modifikasiya olunan (şəkli dəyişdirilən) əyani
nümayəndələri çıxış etsinlər. Necə ki kimyaçı tamamilə açıq və
şəffaf mayelərdən onların birləşdirilməsi yolu ilə bərk
çöküntülər alır, eləcə də, şair sanki anlayışların mücərrəd, şəffaf
ümumiliyindən onların birləşmə üsulunun özünün sayəsində
nəsə konkret və fərdi olanı – əyani təsəvvürü - çıxarmağı
bacarır. Zira ideya yalnız əyani olaraq dərk olunur, məqsədin
dərk olunması isə – hər cür sənətin məqsədidir. Poeziyada,
eləcə də kimyada ustalıq hər dəfə məhz arzuladığımız qalığı
əldə etmək bacarığına gətirib çıxarır. Poeziyanın çoxsaylı
epitetləri bu məqsədə xidmət edir, onlar anlayışın ümumiliyini
getdikcə daha çox daraldır, onu əyani olana qədər gətirib
çıxarırlar, Homer, demək olar ki, hər bir isimə sifəti birləşdirir,
onun anlayışı birinci anlayışın sferasına soxulur və dərhal onu
xeyli dərəcədə daraldır, bunun da nəticəsində o, artıq əsaslı bir
surətdə seyrə yaxınlaşır; məsələn:
Bu anda Okeana düşdü günəşin şəfəq saçan məşəli,
Çox bəhrə verən torpağın üzərinə qara gecəni çəkərək
39
.
Və ya,
Göy qübbəsi cənubun naz-qəmzəsi ilə nəfəs aldığı yerdə,
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Artur Şopenhauer "Dünya: iradə və təsəvvür kimi"
382
Mərsinin mürgülədiyi dəfnə ağacının axşamladığı
yerdə
40
,-
şeiri az anlayışla cənub iqliminin bütün füsunkarlığını
fantaziya qarşısında canlandırır.
Ritm və qafiyə – bütövlükdə poeziyanın spesifik yardımçı
vasitəsidir. Mən onların qeyri-adi dərəcədə qüdrətli təsirini
başqa cür izah edə bilmərəm, yalnız onunla izah edə bilərəm ki,
zamanla əhəmiyyətli dərəcədə bağlı olan bizim təsəvvür etmə
qabiliyyətimiz bundan o xassəni əldə etmişdir ki, onun
sayəsində biz hər bir müntəzəm olaraq qayıdan səsi daxilən
müşayiət edirik və sanki ona hay veririk. Elə buna görə də, ritm
və qafiyə bizim diqqətimizi qismən özünə cəlb edir, bununla
bizdə meyl yaradır ki, bizə danışılan hekayəti daha həvəslə
dinləyək; qismənsə onların sayəsində bizdə kor, hər hansı bir
mühakimədən öncə gələn danışılan hekayətlə razı olma
meydana çıxır, bunun da nəticəsində, sonuncu, hansısa
dəlillərdən asılı olmayan məlum emfatik inandırıcılıq kəsb edir.
Poeziyanın ideyaları ötürmək üçün istifadə etdiyi
materialın, yəni anlayışların ümumiliyi üzündən onun sferası çox
genişdir. O, bütün təbiəti, bütün pillələrin ideyalarını təsvir edə
bilər, ona görə ki, ideyaya uyğun olaraq, o, gah təsviri, gah
təhkiyəçi, gah da bilavasitə dramatik təsvirə əl atır. Amma əgər,
iradənin obyektivliyinin aşağı pillələrinin təsvirində təsviri sənət
onu daha çox üstələyirsə, çünki, şüursuz, həmçinin də sırf
heyvani təbiət özünün demək olar ki, bütün mahiyyətini artıq
bircə yaxşı sezilmiş məqamda üzə çıxarır, onda, əksinə, insan,
təkcə özünün siması və təkcə üzünün ifadəsi ilə tam ifadə
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Artur Şopenhauer "Dünya: iradə və təsəvvür kimi"
383
olunmur, həm də əməllər zənciri və onları müşayiət edən
affektlər və fikirlər vasitəsilə ifadə olunur, – insan poeziyanın
əsas predmetini təşkil edir ki, bu baxımdan onunla heç bir
başqa sənət müqayisəyə gəlmir, ona görə ki, burada onun
köməyinə irəliyə doğru hərəkət gəlir ki, bu da, təsviri sənətə
yaddır.
Beləliklə, iradənin yüksək pillədə təzahürü olan ideyanın
açılması, onun insan meylləri və əməlləri zəncirində təsviri, –
poeziyanın böyük məramı budur. Doğrudur, təcrübə və tarix də
bizi insanla tanış edirlər, amma onlar çox vaxt bizi insanla tanış
etməkdən camaatla tanış edirlər, yəni, insanın daxili
mahiyyətinə dərindən nüfuz etməkdən daha çox, insanların
qarşılıqlı münasibətləri barədə empirik məlumat verirlər (hər bir
kəs buradan öz məxsusi davranışı üçün qaydalar çıxarır).
Doğrudur, insanın daxili mahiyyəti də onlar üçün əsla bağlı
qalmır; amma hər dəfə, tarixdə və ya bizim öz məxsusi
təcrübəmizdə bəşəriyyətin mahiyyətinin özü bizə açıqlandığı
zaman biz bu təcrübəni tarixçilər tarixi qavradıqları kimi artıq
sənətkarın gözləri ilə, poetik olaraq, yəni təzahürdə deyil,
ideyada, münasibətlərdə deyil, onun daxili mahiyyətində
qavrayırıq. İnsanın özünün məxsusi təcrübəsi isə poeziyanın,
eləcə də tarixin anlaşılması üçün qaçılmaz şərt kimi çıxış edir,
ona görə ki, o, sanki o dilin lüğətidir ki, onların hər ikisi bu dildə
danışırlar. Amma tarixin poeziyaya münasibəti portret
rəngkarlığının tarixi rəngkarlığa münasibəti kimidir: birinci
xüsusi həqiqəti, ikinci isə – ümumi həqiqəti verir; birinci
təzahürün həqiqətinə malikdir və onu bu təzahürdə təsdiqləyə
bilər, ikinci isə hansısa ayrıca hadisədə tapıla bilməyən, amma
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Artur Şopenhauer "Dünya: iradə və təsəvvür kimi"
384
onların hamısında öz sözünü deyən ideyanın həqiqətinə
malikdir. Şair bilərəkdən seçmə yolu ilə əsas surətləri
əhəmiyyətli vəziyyətlərdə təsvir edir; tarixçi isə onları təzahür
olunduqları kimi qəbul edir. O, hətta hadisələri və xadimləri
onların daxili, əsl mənasına, əhəmiyyətinə görə, onların ideyanı
ifadə etmələri dərəcəsinə görə də nəzərdən keçirə və seçə
bilmir, – o, onların əlaqələr və nəticələr nöqteyi-nəzərindən
xarici, göstərilən, nisbi vacibliyinə əməl etməlidir. O, özlüyündə
nəyisə onun mühüm xarakterində və ifadəsində nəzərdən
keçirmək hüququna malik deyildir, bütün hər bir şeyə nisbilik
meyarı ilə yanaşmalıdır, bütün hər bir şeyi hadisələrlə
əlaqəsində, sonrakı hadisələrə və xüsusən də, müasirliyə təsiri
baxımından öyrənməlidir. Elə buna görə də, o, əhəmiyyətsiz
olanın, hətta kralın bayağı olan əməlinin də üstündən sükutla
keçmir, ona görə ki, o, müəyyən nəticələr doğurur və təsir
göstərir. Əksinə, əgər bu hadisələr nəticəyə malik deyildirsə və
əgər bu şəxsiyyətlər təsir göstərməmişsə o, ayrıca şəxslərin
qeyri-adi dərəcədə əhəmiyyətli əməlləri, görkəmli fərdlər
barədə xatırlatmaq hüququna malik deyildir. Zira onun
nəzərdən keçirilməsi əsas qanunu ilə idarə olunur və o, o
hadisələri görür ki, bu qanun onların forması kimi çıxış edir. Şair
isə hər hansı bir münasibətdən kənar, hər hansı bir zamandan
kənar ideyanı, bəşəriyyətin mahiyyətini tutur, – özündə şeyin ali
pilləsində onun adekvat obyektliyini tutur. Buna görə də,
baxmayaraq ki, tarixçinin zəruri olaraq əməl etməli olduğu bu
öyrənmə üsulunda da hadisələrin daxili mahiyyəti, mənası,
istənilən bir qabığın nüvəsi tamamilə yox ola bilməz və, ən azı,
onları axtaranlar üçün açıq və dərk edilə bilən olaraq qalırlar, –
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Artur Şopenhauer "Dünya: iradə və təsəvvür kimi"
385
amma özünün münasibətlərinə görə deyil, özlüyündə
əhəmiyyətə malik olan, ideyanın həqiqi, daha doğru və daha
aydın açılışı, tarixdən daha çox poeziyada baş verir və buna
görə də, bu, nə qədər paradoksal səslənsə də, etiraf etmək
lazımdır ki, əsl, daxili həqiqət poeziyada tarixdə olduğuna
nisbətən xeyli daha çoxdur. Axı tarixçi fərdi hadisədən məhz
onun həyatda baş verdiyi kimi, onun zaman daxilində inkişaf
etdiyi kimi, səbəblərin və nəticələrin müxtəlif çulğaşmalarında
olduğu kimi yapışmalıdır, amma o, bunun üçün bütün
verilənlərə malik ola bilməz, bütün hər bir şeyi görə və ya
soruşub-öyrənə bilməz: hər bir anda onun rəsminin orijinalı onu
tənha qoyur və ya yalançı görkəmlə əvəz olunur, və bu, o qədər
tez-tez baş verir, belə də düşünmək mümkün olur ki, guya hər
hansı bir tarixdə həqiqətdən daha çox yalan vardır. Əksinə, şair
bəşəriyyət ideyasını hansısa müəyyən təsvirə yatımlı tərəfdən
götürür və bunun daxilində onun üçün obyektivləşən şey - onun
öz məxsusi məninin mahiyyətidir; onun dərk olunması yuxarıda
heykəltəraşlığa münasibətdə izah olunduğu kimi, qismən a
priori olaraq baş verir, onun nümunəsi onun ruhu qarşısında
möhkəm, sarsılmaz bir tərzdə, aydın, parlaq işıqlandırma altında
durur və onu tərk edə bilməz, – ona görə də, o öz ruhunun
güzgüsündə bizə ideyanı onun xalisliyində və aydınlığında
göstərir və onun təsviri xırda detallarına qədər, həyatın özü kimi
həqiqidir.
Aydındır ki, mən hər yerdə müstəsna dərəcədə o nadir,
böyük, əsl şairlər barəsində danışıram və ortabab, qafiyəbaz və
nağılbaz şairlərin o miskin tayfasını isə hər bir şeydən daha az
nəzərdə tuturam, onlar Almaniyada, xüsusən də indi o qədər
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Artur Şopenhauer "Dünya: iradə və təsəvvür kimi"
386
çoxalıblar ki, onların qulaqlarına hər tərəfdən aramsız olaraq
qışqırmaq lazımdır:
Şairə nə insanlar, nə də tanrılar.
Hətta dirəklər belə ortabablığı bağışlamır:
Buna heç kəs dözmür
41
.
Hətta o barədə ciddi olaraq düşünməyə də dəyər ki,
ortabab şairlərin bu sürüsü nə qədər özünün və özgənin vaxtını
və kağızını korlayır və onların təsiri hansı dərəcədə zərərlidir:
axı publika, bir tərəfdən, həmişə yeniliyin düşkünüdür, digər
tərəfdənsə, hətta təbiətən onunla eyni qəbildən olan yanlışlığa
və səthiliyə daha çox meyllidir, – elə buna görə də, bu
ortababların əsərləri onu, publikanı əsl şedevrlərdən yayındırır,
onların ona təsirinə mane olur və dahilərin yaxşı nəticə verəcək,
faydalı təsirinə əks-təsir göstərir, onun bütün zövqünü korlayır
və dövrün tərəqqisini ləngidirlər. Bax elə bu səbəbə görə də,
tənqid və satira bu ortabab şairləri amansızlıqla ifşa etməlidir, o
vaxta qədər ifşa etməlidir ki, həm də onların öz məxsusi
xeyirləri üçün onları öz asudə vaxtlarını nəsə pis bir şey
yazmağa sərf etməkdənsə, daha çox yaxşı şey oxumağa məcbur
etsin. Əslində, əgər muzaların, hətta həlim rəhbəri belə vergisi
olmayanların istedadsızlığından belə bir tərzdə qəzəblənmişdisə
ki, Marsinin dərisini soymağa hazır idi
42
, onda mən elə bir əsas
görmürəm ki, ortabab poeziyanın ona dözüm göstərilməsi
iddiasını əsaslandıra bilsin.
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Artur Şopenhauer "Dünya: iradə və təsəvvür kimi"
387
Buna görə də, qədim dünyanın böyük tarixçiləri
təfsilatlarda, verilənlərin onları tərk etdiyi yerdə, məsələn, öz
qəhrəmanlarının nitqlərində şairdirlər; bəli, materialın emal
üsulunun özü də onlarda eposa yaxınlaşır, amma məhz bu,
onların təsvirlərinə vahidlik verir və zahiri düzgünlüyü hətta o
yerdə saxlamağa imkan yaradır ki, orada daxili düzgünlük onlar
üçün əlçatmazdır və ya tamamilə təhrif olunmuşdur; və əgər biz
tarixi bir qədər öncə tarixi rəngkarlığa uyğun gələn poeziyaya
əks olaraq portret rəngkarlığı ilə müqayisə etmişdiksə, onda indi
biz görürük ki, Vinkelmanın tələbi – «portret fərdin idealı
olmalıdır» tələbi – hələ qədim tarixçilər tərəfindən də yerinə
yetirilmişdir: onlar, hətta detalları da elə təsvir etmişlər ki,
onların bəşəriyyət ideyasını ifadə edən tərəfi hər halda xaricə
çıxır; halbuki, yeni tarixçilər, bəzi istisnalar olmaqla, əsasən
yalnız "köhnə cır-cındır doldurulmuş kiçicik anbar» və daha
yaxşı halda isə "dövləti tamaşa" verirlər
43
.
Beləliklə, böyük ölməz şairlər bəşəriyyəti onun
ideyasında, bütün təzahürlərində və inkişafında tamamilə eyni
olan daxili mahiyyətində dərk etmək istəyənlər üçün tarixçilərin
edə biləcəklərinə nisbətən daha doğru və daha aydın mənzərəni
açıb göstərə bilərlər, ona görə ki, tarixçilərin, hətta ən yaxşıları
belə, şairlər kimi görkəmli olmaqdan çox uzaqda qalırlar, buraya
onu da əlavə etmək lazım gəlir ki, onların əlləri bağlıdır. Bu
mənada onların arasındakı qarşılıqlı münasibət aşağıdakı
müqayisə ilə izah oluna bilər. Yalnız, sadəcə olaraq, verilmiş
material əsasında işləyən xalis tarixçi o insana bənzəyir ki, hər
hansı bir riyazi biliyə malik olmadan təsadüfi olaraq tapılmış
fiqurları ölçmə vasitəsilə onların münasibətlərini tədqiq edir,
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Artur Şopenhauer "Dünya: iradə və təsəvvür kimi"
388
bunun da nəticəsində onun əldə etdiyi empirik nəticələr
çəkilmiş fiqurların bütün səhvlərinə məruz qalmış olur; əksinə,
şair o riyaziyyatçıya bənzəyir ki, bu münasibətləri a priori
olaraq, xalis seyrdə qurur, və onları onların verilmiş fiqurda
həqiqətən çəkildiyi kimi ifadə etmir, onları ideyada olduqları
kimi, çertyojun təqdim etməli olduğu kimi ifadə edir. Elə buna
görə də, Şiller belə deyir:
Əsrlər boyu yalnız bir şey qocalmır:
O şey ki, heç zaman, heç bir yerdə baş verməmişdir
44
.
Bəşəriyyətin mahiyyətinin dərk olunması nöqteyi-
nəzərindən mən hətta tarixdən daha çox bioqrafiyalara,
xüsusən, ən azı, tarixi, adətən, şərh etdikləri mənada
avtobioqrafiyalara əhəmiyyət verilməsinin tərəfdarıyam. Bir
tərəfdən, bioqrafiyada tarixə nisbətən daha düzgün və daha
tam məlumatları toplamaq mümkündür; digər tərəfdənsə,
tarixdə insanlardan daha çox xalqlar və qoşunlar fəaliyyət
göstərir və burada çıxış edən ayrıca şəxsiyyətlər elə uzaqlıqda,
elə sıx əhatə olunmuş şəkildə məiyyətlə birgə və özü də rəsmi
geyimlərdə tarıma çəkilmiş və ya büründüyü ağır zirehlərdən
beli əyilmiş şəkildə meydana çıxırlar ki, bütün bunların
arxasında insani hərəkətləri görmək doğrudan da çətindir.
Əksinə, ayrıca şəxsiyyətin dar dairə daxilində düzgün təsvir
olunan həyatı insanların əxlaqını onun bütün cizgilərində və
formalarında – çox az qisminin nəcibliyini, şücaətini və hətta
müqəddəsliyini,
sairlərin
rəzilliyini,
əksəriyyətininsə
pozğunluğunu, heçliyini və məkrini göstərir. Bu zaman, burada
yeganə olaraq nəzərdən keçirilən, yəni hadisələrin daxili mənası
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Dostları ilə paylaş: |