Dünya: iradə və təsəvvür kimi


Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi"



Yüklə 6,14 Mb.
Pdf görüntüsü
səhifə20/57
tarix01.01.2017
ölçüsü6,14 Mb.
#4243
1   ...   16   17   18   19   20   21   22   23   ...   57

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

 

355 



Lessinq  də,  həmçinin  lazım  olan  nöqtəyə,  hər  halda  düşə 

bilməmişdir.  

Laokoonun 

öz 


vəziyyətində 

qışqıracağı 

və 

ya 


qışqırmayacağı  barədə  hər  hansı  bir  psixoloji  və  fizioloji 

araşdırmalardan  (mən  bu  suala,  şərtsiz  olaraq  iqrari  cavab 

verirəm)  öncə  verilmiş  qrupa  münasibətdə  aşağıdakıları 

aydınlaşdırmaq  zəruridir:  onda  qışqırtının  təsvirini  yeganə 

olaraq  ona  görə  güman  etmək  olmazdı  ki,  belə  bir  təsvir 

heykəltəraşlığın çərçivələrindən tamamilə kənara çıxır.  Qışqıran 

Laokoonu  mərmərdə  canlandırmaq  olmazdı,  yalnız  ağzını  açıq 

qoyan və bihudə yerə qışqırmağa səy edən Laokoonu  təsəvvür 

və    təqdim  etmək  olardı,  –  Laokoonun  səsi  boğazında  ilişib 

qalmışdır,  vox  faucibus  haesit

23

.  Qışqırtının  mahiyyəti,  və 



deməli,  həm  də  təsiri  tamaşaçı  üçün  müstəsna  olaraq  səsdən 

ibarətdir,  ağzın  açılmasından  ibarət  deyildir.  Sonuncunun 

(qışqırtını qaçılmaz olaraq müşayiət edən bu fenomen) özü özü 

üçün  motivasiyanı  və  bəraətləndirilməni  yalnız  onun  vasitəsilə 

edilən səsdə tapır: belə halda o, əməl üçün xarakterik olan kimi 

yol  verilə  bilən  və  hətta  zəruridir,  baxmayaraq  ki,  o,  gözəlliyə 

xələl  gətirir.  Amma  açıq  ağızı  -  qışqırtının  sifətin  cizgilərini  və 

bütün  ifadəsini  təhrif  edən  bu  gərgin  vasitəsini  qışqırtının 

özünün  yenidən  yaradılması  plastik  sənətə  tamamilə  yaddır  və 

qeyri-mümkündür,  onu  plastik  sənətdə  təsvir  etmək  əslində 

qeyri-zəkavi olmuş olardı, ona görə ki, bununla bizim gözlərimiz 

qarşısında  digər  cəhətlərdən  çox  qurban  tələb  edən  vasitə 

dayanmış olardı, baxmayaraq ki, onun məqsədi, qışqırtının özü 

burada  iştirak  etməmiş olardı,  onun  ruha təsiri də  olmazdı.  Bu 

da  azmış  kimi:  bu,  qaçılmaz  faydasız  gərginliyin  gülməli 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

 

356 



mənzərəsini yaratmış olardı ki, həmin bu gərginlik də masqaraçı 

tərəfindən  yaradılan  o hala  oxşar  olmuş  olardı  ki,  bu zaman  o, 

yuxuya  getmiş  gecə  gözətçisinin  şeypurunu  mumla  dolduraraq 

və  "yanğın"  deyə  qışqıraraq,  gözətçinin  şeypuru  çalmaq  üçün 

etdiyi faydasız səylərə gülür və bundan ləzzət alır. 

Əksinə, o yerdə ki qışqırığın təsviri incəsənət sferasından 

kənara  çıxmır,  orada  o,  tamamilə  yolveriləndir,  ona  görə  ki, 

həqiqətə,  yəni  ideyanın  tam  ifadə  olunmasına  yardım  edir. 

Poeziyada  da  məsələ  belədir,  poeziya  təsvirin  əyaniliyi 

məsələsində oxucunun fantaziyasına güvənir: elə buna görə də, 

Vergilidə Laokoon balta zərbəsi alıb öküz kimi qışqırır; elə buna 

görə  də,  Homer  (İliada,  XX,  48-53)  Marsı  və  Minervanı  həm 

onların ilahi ləyaqətlərinə, həm də ilahi gözəlliklərə heç bir xələl 

gətirmədən  dəhşətlə  qışqırmağa  məcbur  edir.  Teatr  sənətində 

də  məsələ  bu  cürdür:  Laokoon  səhnədə  hökmən  qışqırmalı  

olardı. Sofokl öz Filoktetini qışqırmağa məcbur edir, şübhəsizdir 

ki,  qədim  səhnədə  o  da,  qışqırmışdır.  Tamamilə  analoji  fakt 

mənim  özümün  yadına  düşür:  mən  Londonda  məşhur  aktyor 

Kemblı  görmüşəm,  almancadan  tərcümə  olunmuş  "Pissaro" 

pyesində;  o,  amerikan  Rollu,  yarımvəhşi,  amma  çox  nəcib  bir 

insanı oynayırdı, bununla belə, onu yaraladıqları   zaman o, gur 

və  güclü  səslə  qışqırdı,  və  bu,  olduqca  xarakterik  və  təbii 

qavrayış  olaraq  böyük  və  gözəl  bir  təəssürat  yaratdı.  Əksinə, 

rəngkarlıqda  və  ya  heykəltəraşlıqda  lal  qışqırıqçı  rəngkarlıqda 

hələ  Hötenin  "Propiley"ində  pislənmiş  musiqi  mənzərələrinə 

nisbətən daha gülməli olmuş olardı, ona görə ki, qışqırtı sifətin 

qalan  ifadəsinə  və  gözəlliyinə  musiqiyə  nisbətən  müqayisə 

olunmaz  dərəcədə  böyük  xələl  gətirir,  əsasən  yalnız  əlləri  və 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

 

357 



ayaqları  məşğul  edən  musiqi  verilmiş  şəxsi  səciyyələndirən  bir 

əməldir  və  buna  görə  də,  rəngkarlıq  tərəfindən  tamamilə 

yenidən yaradıla bilər (bir şərtlə ki, bədənin gərgin hərəkətlərini 

və ya ağızın əyilməsini tələb etmirsə: məsələn, müqəddəs Sesili 

orqanda,  Rafaelin  Romada  Şarr  qalereyasındakı  skripkaçısı  və 

bir  çox  başqaları  belədirlər.  –  Beləliklə,  incəsənətin 

sərhədlərinin Laokoona ağrısını qışqırtı ilə ifadə etmək imkanını 

verməməsi  nəticəsindədir  ki,  sənətkar  onun  bütün  başqa 

ifadələrini  həkk  etməli  olmuş,  və  o,  bunu  yüksək 

mükəmməlliklə  yerinə  yetirmişdir,  Vinkelmanın  bunu  ustalıqla 

izah  etdiyi  kimi  (Əsərləri,  c.  VI,  104-cü  və  saonrakı  səhifələr); 

onun çox gözəl təsviri buna görə də, özünün bütün dəyərini və 

düzgünlüyünü  saxlayır,  yalnız  o  istisna  olunmaqla  ki,  o, 

Laokoona stoik düşüncə tərzini aid edir

*

.  


 

§ 47 


 Gözəllik zərifliklə birgə heykəltəraşlığın əsas predmetini 

təşkil  etdiyindən,  sonuncu  çılpaqlığı  sevir  və  geyimə  yalnız  o 

ölçüdə yol verir ki, bu ölçüdə o, formaları gizlətmir. O, pərdə ilə 

üz  çəkmədən  örtük  kimi  istifadə  etmir,  formaların  vasitəli, 

dolayı  təsviri  üçün  istifadə  edir;  təsvirin  bu  üsulu  dərrakəni 

güclü  surətdə  maraqlandırır,  çünki  sonuncu  burada  səbəbin, 

yəni  bədənin  formasının  seyrinədək  yalnız  bilavasitə  verilmiş 

nəticə – qırışların yerləşdirilməsi vasitəsilə gedib çatır. Elə buna 

görə  də,  heykəltəraşlıqda  pərdə  çəkmə  məlum  dərəcədə 

                                                           

*

 Bu epizod da tamamlanmasını II cildin 36-cı fəslində tapmışdır. 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

 

358 



rəngkarlıqda  rakursun  oynadığı  rolu  oynayır.  Bu,  eyhamlardır, 

amma  simvolik  eyhamlar  yox,  elə  eyhamlardır  ki,  (bu  şərtlə  ki, 

onlar  uğurlu  olsunlar)  dərrakəni  nəzərdə  tutulanın  bilavasitə 

olaraq  elə  seyr  olunması  üçün  oyadırlar  ki,  guya o,  gerçəklikdə 

belə verilmişdir.  

Mənim  burada  söz  sənətinə  aid  olan  ötəri  müqayisə 

aparmama  müsaidə  olar.  Bədənin  gözəl  cizgilərinin    yüngül 

geyimdə  və  ya  tamamilə  bu  olmadan  daha  yaxşı  aşkara  çıxdığı 

kimi və buna görə də, çox gözəl insan, əgər o, zövq sahibidirsə 

və  ona  əməl  etmək  cəsarətinə  malikdirsə,  demək  olar  ki, 

həvəslə  çılpaq  gəzərdi  və  yalnız  qədim  insanlara  bənzər  bir 

qaydada  geyinərdi,  –  eləcə  də  hər  hansı  bir  gözəl,  fikirlərlə 

zəngin  olan  ruh  həmişə  ən  təbii,  hiyləsiz,  sadə  şəkildə  ifadə 

olunacaqdır,  mümkün  olduğu  dərəcədə  çalışacaqdır  ki,  öz 

tənhalığını yüngülləşdirmək üçün fikirlərini bizim dünya kimi bir 

dünyada   başqalarına çatdıra bilsin. Əksinə, mənəvi yoxsulluq, 

dolaşıqlılıq  və  ədalılıq  ən  zərif  ifadələrə  və  dumanlı  sözlərə 

bürünəcəkdir,  ondan  ötrü  ki,  bu  ağırçəkili  və  qəliz,  təmtəraqlı, 

ibarəli cümlələrin  altında xırda, cılız, miskin və ya bayağı fikirləri 

gizlədə  bilsin,  –  o  insana  ki,  onda  olmayan    gözəllik  əzəmətini 

geyimlə  əvəzləmək  istəyir  və  öz  fiqurunun  ələngəlliyini, 

sısqalığını  və  ya  eybəcərliyini  barbarsayağı  bəzəklərlə, 

güləbətinlə,  lələklərlə,  jabolarla,  büzmələrlə  və  mantiyalarla 

maskalamağa  çalışır.  Əgər  belə  bir  insan  çölə  çılpaq  çıxmalı 

olsaydı, onun necə pərt olacağına oxşar olaraq, belə bir müəllif 

də,  əgər  onu  kitabının  təmtəraqlı  dumanını  seyrəldərək    kiçik 

aydın  məzmununadək  ixtisar  etməyə  məcbur  etsəydilər,  eləcə 

pərt olardı.  



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

 

359 



 

§ 48 


Tarixi rəngkarlıq gözəllik və zərifliklə yanaşı özünün əsas 

predmeti  olaraq  həm  də  xarakterə  malikdir;  xarakter  dedikdə, 

ümumiyyətlə, iradənin ali pillədəki təcəssümünün təsvirini başa 

düşmək  lazımdır,  burada  bəşəriyyət  ideyasında  xüsusi  tərəfin 

aşkara  çıxarılması  olaraq  fərd  özünəməxsus  (özvarlıqlı) 

əhəmiyyətə  malikdir  və  onu  yalnız  öz  fiquru  ilə  deyil,  hər  cür  

qəbildən  olan  əməlləri  ilə  və  idrakın  və  iradənin  o 

modifikasiyaları  ilə  ifadə  edir  ki,  onlar  bu  əməlləri  sifətdə  və 

jestlərdə  əks  etdirərək,  onları  oyadır,  təhrik  və  müşahidə 

edirlər. Bəşəriyyət ideyasının bu həcmdə təqdim olunması üçün 

onun çoxtərəfliliyinin inkişafı görkəmli fərdlərdə göstərilməlidir, 

onlarsa öz növbəsində yalnız müxtəlif səhnə, hadisə və əməllər 

vasitəsilə özünün bütün əhəmiyyətində təsvir oluna bilər. Tarixi 

rəngkarlıq  özünün  bu  sonsuz  vəzifəsini  onunla  həll  edir  ki,  hər 

hansı  böyük  və  ya  kiçik  əhəmiyyətli  həyati  səhnələrin  rəsmini 

yaradır. Fərd yoxdursa, onda heç bir əhəmiyyətə malik olmayan 

əməl də yoxdur: bəşəriyyət ideyası onların hamısında və onların 

hamısı  vasitəsilə  getdikcə  daha  çox  açılır.  Elə  buna  görə  də, 

insan  həyatının  qəti  olaraq  elə  bir  hadisəsi  yoxdur  ki, 

rəssamlıqdan  çıxarıla  bilsin.  Niderland  məktəbinin  gözəl 

rəngkarlarına  münasibətdə  bu  böyük  ədalətsizlikdir  ki,  onlarda 

yalnız  texniki  qabiliyyətlər  qiymətləndirilir,  digər  hallarda  isə 

onlara  yuxarıdan  baxılır,  o  əsasda  ki,  onlar  əksər  hallarda  adi 

həyatın  predmetlərini  təsvir  edirlər,  halbuki  yalnız  dünya 

tarixinin  və  ya  bibliya  tarixinin  hadisələri  əhəmiyyətli  hesab 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

 

360 



olunur.  Öncə  o  barədə  düşünmək  lazım  idi  ki,  hansısa  əməlin 

daxili  əhəmiyyəti  xarici  əhəmiyyətindən  tamamilə  fərqlənir  və 

onların  hər  ikisi    çox  vaxt  öz  aralarında  fərqlənirlər.  Xarici 

əhəmiyyət – əməlin real dünya üçün və dünyadakı  nəticələrinə 

münasibətdə  vacibliyidir,  yəni  burada  meyar  olaraq  əsas 

qanunu çıxış edir. Daxili əhəmiyyət – bəşəriyyət ideyasına nüfuz 

etmənin  dərinliyidir;  o,  onunla  açılır  ki,  bu  ideyanın  nadir 

hallarda təzahür olunan tərəfləri işıq üzünə çıxır , müəyyənliklə 

və  aydın  bir  şəkildə  ifadə  olunmuş  fərdiliklər  isə,  şərait  və 

xüsusatların  məqsədəuyğun  bir  şəkildə  birləşməsinin  təsiri  ilə 

özlərinin  səciyyəvi  cəhətlərini  inkişaf  etdirirlər.  İncəsənətə 

yalnız  daxili  əhəmiyyətlilik  məxsusdur;  xarici  önəmlilik, 

görkəmlilik  tarixə aiddir. Onların hər ikisi bir-birindən qətiyyən 

asılı  deyillər,  birlikdə  ortaya  çıxa  bilərlər,  amma  onlardan  hər 

biri  ayrıca  mövcud  ola  bilər.  Tarix  üçün  qeyri-adi  dərəcədə 

mühüm olan əməl, öz daxili əhəmiyyətinə görə çox adi və sadə 

ola  bilər  və  əksinə,  əgər  onda  özlərinin  məhrəm  incəliklərində 

aydın və tam işıqda təzahür olunurlarsa insan fərdləri, əməlləri 

və  arzuları,  gündəlik  həyatın  hansısa  səhnəsi  dərin  daxili 

mənaya malik ola bilər. Eləcə də, xarici əhəmiyyət çox müxtəlif 

olduğu zamanlarda, daxili əhəmiyyət tamamilə eyni ola bilər: bu 

nöqteyi-nəzərdən,  məsələn,  tamamilə  fərqsizdir  ki,  nazirlər 

dövlətlərin  və  xalqların  xəritədə  tutmalı  olduqları  ərazi 

uğrundamı  mübahisə  edirlər  və  ya  aşxanada  kart  və  ya  aşıq 

oynayan  kəndlilər  kimin  gediş  haqqının  kimə  aid    olması 

barədəmi  mübahisə  edirlər,  –  eləcə  də  fərqsizdir  ki,  oyunçular 

şahmatı  qızıl  və  ya  ağac  fiqurlarlamı  oynayırlar.  Bəli,  bundan 

savayı  da,  milyonlarla  insanların  həyatlarına  məzmun  verən 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

 

361 



səhnələr və hadisələr, onların işləri və xasiyyətləri, onların qəmi 

və  sevinci  artıq  elə  təkcə  buna  görə  incəsənətin  predmeti 

olaraq  çıxış  edə  bilmək  üçün  yetərincə  vacibdirlər  və  onlar 

özlərinin  zəngin  rəngarənglilikləri  ilə  çoxcəhətli  bəşəriyyət 

ideyasının  inkişafı  üçün  kifayət  qədər  material  verməlidirlər. 

Hətta  incəsənət  tərəfindən  (indi  janr  adlandırılan)  bu  cür 

rəsmdə  fiksasiya  olunan  anın  uçub  getməsinin  özü  belə  sakit, 

özünəməxsus, riqqətli təəssürat yaradır: zira anbaan və fasiləsiz 

olaraq  dəyişən  dünyanı,  onun  xüsusi,  amma,  bir  bütövü  təşkil 

edən  xüsusi  hadisələrini  uzunömürlü  bir  rəsmdə  bənd  edib 

saxlamaq, – rəngkarlığın nailiyyəti budur, rəngkarlıq özünün bu 

nailiyyəti  ilə  də təkcəlini  onun növünün  ideyasına  yüksəldərək, 

sanki zamanın özünü dayandırır. Nəhayət, rəngkarlığın tarixi və 

xarici baxımdan əhəmiyyətli süjetləri bir çox hallarda o nöqsana 

malikdirlər  ki,  əhəmiyyətli  olan  onlarda  əyani  olaraq  təsvir 

oluna bilmir, əyanilik ona fikrən əlavə edilməlidir. Bu baxımdan 

rəsmin,  ümumiyyətlə,  nominal  əhəmiyyətini  onun  real 

əhəmiyyətindən fərqləndirmək lazımdır: birinci – xarici mənadır 

ki, kənardan birləşir, amma, yalnız anlayış şəklində; sonuncu isə 

–  bəşəriyyət  ideyasının  seyr  olunması  mümkün  rəsmin 

sayəsində  məlum  olan  tərəflərindən  biridir.  Məsələn,  birinci 

məna  -  Misir  fironunun  qızı  tərəfindən  tapılan  Musadır

24

:  tarix 



üçün  qeyri-adi  dərəcədə  mühüm  məqamdır;  bu  rəsmin  real 

əhəmiyyəti  isə      həqiqətən  seyrə  veriləndədir,  –  çayda  üzən 

beşikdən əyan xanım tərəfindən tapılmış və xilas edilmiş körpə: 

bu  hal  bir  çox  məqamlarda  baş  verə  bilər.  Burada  yalnız 

kostyum  müəyyən  tarixi  hadisəni  alimə  göstərə  bilər;  amma 

kostyum yalnız nominal məna üçün mühümdür, real məna üçün 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

 

362 



isə  o,  fərqsizdir,  zira  sonuncu  ixtiyari  formaları  deyil,  yalnız 

insanı tanıyır. Tarixdən götürülmüş süjetlər  təkcə bir imkandan 

götürülmüş  süjetlər  qarşısında  heç  bir  üstünlüyə  malik  deyillər 

və  buna  görə  də,  fərdi  deyil,  ümumi  adlandırılmalıdırlar;  zira 

birincilərdə  həqiqətən  əhəmiyyətli  olan  –  hər  halda  fərdi  olan 

deyildir,  özlüyündə  xüsusi  olan  hadisə  deyildir,  ondakı  ümumi 

olandır, bəşəriyyət ideyasının onda ifadə olunan tərəfidir. Digər 

tərəfdən,  bunun  ucbatından  müəyyən  tarixi  mövzuları  rədd 

etmək  qətiyyən  lazım  deyildir;  amma  əslində  yalnız  bədii 

anlama  nə  rəngkarlıqda,  nə  də  tamaşaçıda  heç  bir  vaxt 

onlardakı  fərdi-xüsusi  olana,  məxsusi  mənada  tarixi  olana 

yönəlməmişdir,  onlarda  ifadə  olunan  ümumiyə,  ideyaya 

yönəlmişdir.  Bundan  başqa,  elə  tarixi  süjetləri  seçmək  lazımdır 

ki,  burada  əsas  məqam  yalnız  nəzərdə  tutulmuş  olmasın,  o, 

həqiqətən  də  təsvirə  yatımlı  olsun,  başqa  cür  olsa,  rəsmin 

nominal mənası onun real mənası ilə həddindən artıq fərqlənər: 

o şey ki, rəsmdə yalnız nəzərdə tutulur, ən mühüm olur və seyr 

olunana  xələl  gətirir.  Əgər  əsas  əməlin  səhnə  arxasında  baş 

verməsi  (fransız  faciələri  kimi)  səhnədə  artıq  yaramırsa,  onda 

rəsmdə  bu,  görünür,  daha  böyük  səhvdir.  Tarixi  süjetlər  qəti 

olaraq yalnız o zaman ziyanlıdır   ki, bu zaman onlar sənətkarın 

fəaliyyətini  ixtiyari  olaraq  və  bədii  məqsədlər  xatirinə  deyil, 

xüsusən  də,  əgər  bu  sahə  mənzərələr  və  əhəmiyyətli 

predmetlər sarıdan kasaddırsa başqa məqsədlər xatirinə seçilən 

sahə ilə məhdudlaşdırırlar. Əgər, məsələn, o, kiçik, ayrıcalaşmış, 

inadcıl,  iyerarxik  hakimiyyətə,  yəni  mövhumatlara  tabe  olan, 

Şərqin  və  Qərbin  onun müasiri  olan böyük  xalqlarının nifrətinə 

tuş gələn bir xalqın tarixidirsə; məsələn, yəhudilər belədir.  



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

 

363 



Nəzərə  alaraq  ki,  xalqların  köçü  bizi  və  bütün  qədim 

xalqları dənizin dibində haçansa baş verən dəyişikliyin indiki yer 

səthi  ilə  o  zamankı  yer  səthi  arasında  sərhəd  çəkdiyi  kimi 

bölmüşdür,  o  zamanın  orqanizmləri    yalnız  daşlaşmış  şəkildə 

üzə  çıxırlar,  onda  belə  bir  vəziyyətdə,  ümumiyyətlə,  böyük  bir 

bədbəxtlik  görmək  lazımdır  ki,  keçmiş  mədəniyyətlərinə  

mədəniyyətimizin  əsasında  durmaq  nəsib  olmuş  xalqlar, 

məsələn,  hindlilər  deyil,  yunanlar  deyil,  hətta  romalılar  deyil, 

məhz bu yəhudilər olmuşlar. Amma xüsusən XV və XVI əsrlərin 

dahi  İtaliya  rəngkarları  üçün  bədbəxtlik  gətirən  ulduz  ondan 

ibarət  idi  ki,  onların  fəaliyyətini  məhdudlaşdıran  dar  süjetlər 

çərçivəsində  onlar  hər  cür  yarasız  şeydən  yapışmalı  idilər:  zira 

Əhdi-  Cədid  öz  tarixi  hissəsində  rəngkarlıq  üçün  Əhdi-  Ətiqə 

nisbətən  daha  az  əlverişlidir,  ondan  sonra  gələn  cəfakeşlər  və 

kilsə  ataları  tarixi  isə  –  artıq  tamamilə  yararsız  predmetdir. 

Amma öz süjetləri olaraq yəhudiliyin və xristianlığın tarixi və ya 

mifoloji  elementlərinə  malik  olan  rəsmlərdən  o  rəsmləri  ciddi 

olaraq  fərqləndirmək  lazımdır  ki,  onlarda  xristianlığın  həqiqi, 

yəni  etik  ruhu  bu  ruhla  dolu  olan  insanların  təsvirində  əyani 

olaraq  aşkara  çıxır.  Belə  rəsmlər  rəngkarlığın  həqiqətən  ən 

yüksək və ən füsunkar əsərləridir, və onları meydana çıxarmaq 

bu  sənətin  yalnız  böyük  ustalarına,  xüsusən  Rafaelə  və 

Korrecoya  nəsib  olmuşdur,  –  sonuncuya  əsasən  onun  ilk 

əsərlərində.  Belə  rəsmləri  əslində  tarixi  rəsmlərə  aid  etmək 

olmaz, ona  görə  ki,  onlar,  əksər hallarda,  heç  bir  hadisəni,  heç 

bir  əməli  təsvir  etmir:  onlar  yalnız  müxtəlif  qruplar  tərkibində 

müqəddəsləri, çox vaxt körpə olan Xilaskarın özünü, onun Anası 

ilə,  mələklərlə  birgə  və  s.  təsvir  edir.  Onların  sifətlərində, 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

 

364 



xüsusən  onların  gözlərində,  biz  mükəmməl  idrakın  ifadəsini, 

parıltısını  görürük,  o  idrakın  parıltısını  görürük  ki,  bu,  ayrıca 

şeylərə  deyil,  ideyalara  doğru  yönəlmişdir,  yəni  dünyanın  və 

həyatın  bütün  mahiyyətini  mükəmməlliklə  dərk  etmişdir;  o 

idrakın ki, onların iradəsinə əks- təsirdə istənilən digər biri kimi 

ona motivlər təlqin etmir, əksinə olaraq, hər hansı bir arzunun 

kviyetivinə  çevrilmişdir,  bunun  da  nəticəsində  xristianlığın, 

eləcə  də  hind  müdrikliyinin  məhrəm  ruhunu  təşkil  edən  tam 

itaət,  (rezinyasiya)hər  cür  arzudan  imtina,  iradənin,  bununla 

birgə  isə  bu  dünyanın  bütün  mahiyyətinin  kənarlaşdırılması, 

məhv  edilməsi,  yəni  –  günahın  yuyulması  meydana  çıxmışdır. 

Sənətin  bu  əbədi  məhşurlaşmış  ustaları  yüksək  müdrikliyi  öz 

əsərləri  ilə  əyani  olaraq  ifadə  etmişlər.  Və  hər  hansı  bir 

incəsənətin  tacı  -  buradadır:  iradəni  onun  adekvat 

obyektliliyində - bütün pillələr üzrə ideyalarda izləyərək görürük 

ki, ən aşağı pillələrdə onu səbəblər idarə edir, sonrakı pillələrdə 

o, qıcıqlandırıcılara tabedir, və, nəhayət, daha yüksək pillələrdə 

onu son dərəcə müxtəlif şəkildə motivlər idarə edir və motivlər 

də  onun  mahiyyətini  aşkara  çıxarırlar,  o,  bütün  hər  bir  şeyi 

vahid  böyük  kviyetivi  vasitəsilə,  onun  azad  özünüinkarının 

təsviri ilə tamamlayır, vahid böyük kviyetiv isə onun öz məxsusi 

varlığının  mükəmməlliklə  dərk  olunmasından  doğulur  və  onun 

qarşısında dayanır

*

.  



 

§ 49 


                                                           

*

Bu  yeri  anlamaq  üçün,  növbəti  kitabın  məzmununu  bilmək  şərtsiz 



olaraq zəruridir. 

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

 

365 



Bizim  incəsənət  barədə  bütün  əvvəlki  düşüncələrimizin 

əsasında  o  həqiqət  yatır  ki,  təsviri  sənətkarın  məqsədi  olan  və 

dərk  olunması,  elə  buna  görə  də,    onun  rüşeymi  və  mənbəyi 

kimi  yaradıcılığından  öncə  gəlməli  olan  incəsənət  obyekti,  – 

Platon mənasında ideyadır və qəti olaraq başqa heç nə deyildir: 

adi  qavrayışın  ayrıca  şeyi,  predmeti  və  əqli  təfəkkür  və  elmin 

anlayışı,  obyekti  deyildir.  Baxmayaraq  ki,  ideya  və  anlayış  öz 

aralarında o ümumiliyə malikdirlər ki, həm birinci, həm də ikinci 

bir vəhdət olaraq real şeylərin çoxluğunu təqdim edirlər, amma 

hər halda, mən düşünürəm ki, onlar arasında böyük fərq kifayət 

qədər  aydın  və  aşkar  bir  şəkildə  oradan  aydınlaşdırılmışdır  ki, 

birinci  kitabda  anlayış  barədə  deyilmişdir  və  bu  kitabda  isə  

ümumi  olandır.  Amma  mən  qətiyyən  israr  etmirəm  ki,  hələ 

Platon  bu  fərqi  aydın  bir  şəkildə  başa  düşürdü;  əksinə,  onun 

ideyalara  dair  nümunələrindən  və  izahlarından  bir  çoxu  yalnız 

anlayışlara  tətbiq  oluna  bilər.  Amma  biz  bu  məsələdə 

dayanmayacağıq  və  böyük  və  nəcib  zəkanın  izləri  ilə  hər  bir 

görüşə  sevinərək,  amma  onun  izləri  ilə  getmədən,  öz  məxsusi 

məqsədimizə doğru hərəkət edərək, öz yolumuzla gedəcəyik.  

Anlayış  abstrakt,  diskursivdir,  özünün  daxili  sferasında 

tamamilə qeyri-müəyyəndir, yalnız öz sərhədləri daxilində yalnız 

zəkaya malik olan hər bir kəs üçün müəyyən, qəbul oluna bilən 

və  aydındır,    sonrakı  vasitəçilik  olmadan  sözlərlə  ötürülə  bilər, 

özünün  tərifi  ilə  tam  bitir.  Əksinə,  anlayışın  adekvat 

nümayəndəsi  kimi  müəyyənləşdirilə  bilən  ideya  bütövlükdə 

əyanidir  və  ayrıca  şeylərin  sonsuz  çoxluğunu  əvəz  etməsinə 

baxmayaraq,  şərtsiz  olaraq  müəyyəndir:  heç  bir  vaxt  o, 

özlüyündə  fərd  tərəfindən  dərk  olunmur,  yalnız  o  kəs 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 


Yüklə 6,14 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin