Dünya: iradə və təsəvvür kimi


§ 39  Estetik  həzz  özlüyündə  iradəyə  əks  olaraq  xalis,  əyani



Yüklə 6,14 Mb.
Pdf görüntüsü
səhifə16/57
tarix01.01.2017
ölçüsü6,14 Mb.
#4243
1   ...   12   13   14   15   16   17   18   19   ...   57
§ 39 

Estetik  həzz  özlüyündə  iradəyə  əks  olaraq  xalis,  əyani 

idrakdan  doğan  heyranlıq  olduğu  üçün,  bu  həzzin  subyektiv 

momentini  ön  plana  çəkən  yuxarıdakı  bütün  bu  düşüncələrə 

ülvilik  hissi  adlandırılan  əhval-ruhiyyənin  bilavasitə  olaraq 

onlarla bağlı olan aşağıdakı izahı qovuşur.  

Artıq  yuxarıda  qeyd  olunmuşdur  ki,  xalis  seyrə  qərq 

olmaq  o  zaman  bütün  hər  şeydən  daha  asandır  ki,  bu  zaman 

predmetlər  ona  qarşı  gəlir,  yəni  özlərinin  müxtəlif  və  bununla 

da,  müəyyən  və  aydın  formaları  ilə  asanlıqla  öz  ideyalarının 

nümayəndələri  olurlar,  –  obyektiv  mənada  gözəllik  elə bundan 

ibarətdir.  Gözəl  təbiət bu  xassəyə əsasən  malikdir  və ona  görə 

hətta  ən  hissiyyatsız  insana  belə  bir  anlıq  da  olsa  estetik  həzz 

verir. Diqqəti o da özünə cəlb edir ki, xüsusən bitki aləmi estetik 

seyrə  daha  çox  cəlb  edir  və  sanki  bunu  özü  istəyir;  hətta  belə 

demək istəyirsən: bitkilərin bu cür həssaslığı onunla bağlıdır ki, 

bu  üzvi  varlıqların  özləri  heyvani  orqanizmlər  kimi  idrakın 

                                                           

*

 II cildin 33-cü fəsli buraya aiddir. 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

 

312 



bilavasitə obyekti kimi çıxış etmirlər, və buna görə də, kor arzu 

dünyasından  təsəvvür  dünyasına  keçmək  üçün  başqa  bir  başa 

düşən  fərdə  ehtiyacları  vardır;  və  onlar  bilavasitə  olaraq 

məhrum  olduqlarına  heç  olmasa    dolayı  yolla  nail  olmaqdan 

ötrü  belə  bir  keçid  üçün  sanki  qəribsəyirlər.  Özü  də,  mən 

burada  bu  riskli  və  fantaziya  həddində  ola  bilən  fikri  tamamilə 

kənara  qoyuram,  zira  təbiətin  yalnız  çox  səmimi  və 

fədəkarcasına seyri onu oyada bilər və ya ona bəraət qazandıra 

bilər

*

.  Və  budur,  təbiətin  bu  həssaslığı,  onun  formalarının 



görkəmliliyi    və  aydınlığı,  bu  formalarda,anlarda  bizi  məftun 

edən  fərdiləşmə  ideyaları  bizi  hələ  ki,  iradəyə  tabe  olan 

idrakdan,  yalnız  münasibətlərin  idrakından  estetik  seyrə  gətirir 

və bununla da bizi idrakın iradəsiz subyektinə qədər yüksəldir, – 

o  vaxta  qədər  ki, bizə təsir  edən  şey  gözəllik,  bizdə oyanan  isə 

gözəllik  hissi  olur.  Amma  əgər  önəmli  obrazları  bizi  xalis  seyrə 

cəlb  edən  predmetlər  ümumiyyətlə    özünün  obyektliyində  – 

insan  bədənində  ifadə  olunduğu  kimi  insani  iradəyə 

düşməncəsinə  münasibətdədirsə,  onunla  mübarizə  aparırsa, 

onu özünün dəfolunmaz üstünlüyü ilə hədələyirsə və ya özünün 

ölçüyə gəlməz əzəməti ilə onu heç nə oluncaya qədər alçaldırsa 

və  əgər  tamaşaçı  bununla  belə  öz  iradəsinin  üstünə  gələn 

düşməncəsinə  münasibətə  diqqət  yetirmirsə  və  onu 

qavradığına və dərk etdiyinə baxmayaraq, ondan şüurlu olaraq 

                                                           

*

 İndi məni o agahlıq daha çox sevindirir və heyrətə gətirir ki, mən bu 



fikri çəkinərək və ehtiyatla söylədikdən 40 il keçdikdən sonra məlum 

olur  ki,  müqəddəs  Avqustin  onu  artıq  söyləmişdir:  "Bitkilər  hisslərə 

onların  bu  görünən  dünyanı  gözəlləşdirən  müxtəlif  formalarını 

qavramaq  imkanını  verirlər,  onlar  bilə  bilmədikləri  üçün,  sanki  dərk 

edilmiş olmaq istəyirlər" ("İlahi şəhər barədə " XI, 27). 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

 

313 



üz 

döndərirsə, 

əgər 



öz 



iradəsindən 

və 


onun 

münasibətlərindən zorakı olaraq əl çəkərək və özünü müstəsna 

olaraq  idrakın  ixtiyarına  buraxaraq,  bir  xalis  iradəsiz  subyekt 

olaraq iradə üçün  dəhşətli olan bu predmetləri sakit bir tərzdə 

seyr  edirsə,  onların  yalnız  hər  hansı  bir  münasibətə  yad  olan 

ideyasını  qavrayırsa  və  buna  görə  də,  həvəslə  onların  seyrinə 

dayanırsa  və  bununla  da,  özü,  öz  şəxsiyyəti,  öz  arzusu    və  hər 

cür arzu üzərində yüksəlirsə – o zaman onun daxilini ülvilik hissi 

doldurur, o, yüksəliş vəziyyətində olur və buna görə də, belə bir 

vəziyyəti  doğuran predmet  də,  həmçinin  ülvi  adlanır.  Beləliklə, 

ülvilik  hissi  gözəllik  hissindən  aşağıdakılarla  fərqlənir:  gözəllik 

halında  xalis  idrak  mübarizə  olmadan  üstünlük  qazanır,  ona 

görə ki, obyektin gözəlliyi, yəni onun ideyasının dərk olunmasını 

asanlaşdıran  xassə  müqavimət  olmadan  və  buna  görə  də, 

sezilmədən  şüurdan  iradəni    və  münasibətlərin  ona  xidmət 

edən  idrakını  uzaqlaşdırır,  bu  şüuru  idrakın  xalis  subyektinə 

çevirir,  belə  halda  iradədən,  hətta  xatirə  belə  qalmır;  əksinə, 

ülvilik  halında  xalis  idrakın  bu  vəziyyəti  yalnız  bu  obyektin 

iradəyə  əlverişsiz  kimi  tanınan  münasibətlərindən  şüurlu  və 

zorakı uzaqlaşma, iradə və ona aid olan idrak üzərində azad və 

şüurlu  yüksəliş  yolu  ilə  əldə  olunur.  Bu  yüksəlişə  yalnız  şüurlu 

olaraq  nail  olmaq  deyil,  həm  də  onu  əldən  buraxmamaq 

lazımdır və buna görə də, o, daimi olaraq iradə barədə xatirə ilə 

müşayiət  olunur,  amma  nədənsə  qorxmaq  və  ya  nəyisə 

arzulamaq  kimi  xüsusi  iradə,  fərdi  istək  barədə  deyil, 

ümumiyyətlə  insani  iradə  barədə,  çünki  o,  özünün  ümumi 

ifadəsini  öz  obyektliliyində  –  insan  bədənində  -  tapır.  Elə  ki, 

yalnız  iradənin  real  ayrıca  aktı  şüura  gerçək  şəxsi  bəla  və 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

 

314 



predmet tərəfdən təhlükə şəklində daxil olur və dərhal bununla 

həyəcanlanmış  olan  fərdi  iradə  üstünlük  qazanır,  seyrin 

sükunətini,  rahatlığını  qeyri-mümkün  edir  və  ülvilik  təəssüratı 

öz  yerini  qorxuya  verərək  yox  olur,  qorxunun  təsiri  altında  da 

fərdin xilas olma meyli hər hansı bir başqa fikri sıxışdırıb aradan 

çıxarır.  Bir  neçə  nümunə  estetik  ülviliyin  bu  nəzəriyyəsini 

aydınlaşdırmaqda  və  onu  hər  hansı  bir  şübhə  xaricində 

qoymaqda  çox  kömək  edəcəkdir;  bununla  birgə  onlar 

göstərəcəklər  ki,  ülvilik  hissinin  dərəcələri  nə  qədər  də 

müxtəlifdir.  Zira  sonuncunun  gözəllik  hissi  ilə  əsas  şeydə,  yəni 

xalis  iradəsiz  idrakda  və  onu  qaçılmaz  olaraq  müşayiət  edən, 

əsas qanunu ilə müəyyənləşən hər cür münasibətlərin xaricində 

dayanan  ideyaların  idrakında  eyni  olması,  və  ondan  yalnız  bir 

əlavə  anda,  yəni,  subyektin  seyr  edilən  obyektin  ümumiyyətlə 

iradəyə  qarşı  dərk  olunmuş  düşmən  münasibəti  üzərində 

yüksəlməsi ilə fərqlənməsi üzündən, bu əlavə anın qüvvə iləmi, 

aydınlıqlamı,  səbatlılıqlamı  və  yaxınlıqlamı,  yoxsa  zəifliklə, 

uzaqlıqla 

və 

yalnız 


təzəcə 

fikirdə 


tutulma 

ilə 


səciyyələnməsindən  asılı  olaraq  ülviliyin  bir  çox  dərəcələri  və 

gözəllik olandan ülvili olana bir çox keçidlər meydana çıxır. Mən 

şərh  məqsədi  ilə  öncə  ülvilik  təəssüratının  bu  keçidlərinin  və 

ümumiyyətlə, 

daha 

zəif 


dərəcələrin 

nümunələrinin 

göstərilməsini  daha  əlverişli  hesab  edirəm,  baxmayaraq  ki, 

estetik  qavrama  qabiliyyətlərinin  ümumiyyətlə  çox  böyük 

olmayan  və  fantaziyası  o  qədər  də  canlı  olmayan  kəslər  bu 

təəssüratın  yalnız  sonrakı,  daha  yüksək  və  daha  aydın 

dərəcələrinin nümunələrini başa düşəcəklər; qoy belə oxucular 

yalnız  onlara  diqqət  yetirsinlər,  yuxarıda  xatırlanan  təəssüratın 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

 

315 



xeyli  zəif  dərəcələrini  əvvəlki  nümunələrini  isə  kənara 

qoysunlar.  

İnsanın, eyni zamanda, həm arzunun ipə-sapa yatmayan 

kor  coşqusu  (öz  fokusu  kimi  genitaliyaların  qütbü  ilə 

səciyyələnən) və həm də xalis idrakın əbədi, azad, işıqlı subyekti 

(beynin  qütbü  ilə  səciyyələnən)  olduğu  kimi,  bu  əksliyə  uyğun 

olaraq,  günəş  eyni  zamanda  həm  işığın,    həm  idrakın  ən 

mükəmməl növünün şərti və ona görə də şeylərin içərisində ən 

çox  sevinc  doğuranının  mənbəyidir,  həm  də  istiliyin,  həyatın 

birinci  şərtinin,  yəni  iradənin  yüksək  pillələrdə  hər  cür 

təzahürünün mənbəyidir. Elə buna görə də, o şey ki, iradə üçün 

istilikdir,  o,  idrak  üçün  –  işıqdır.  Ona  görə  də,  işıq  -  gözəllik 

tacında  ən  böyük    almazdır  və  hər  bir  gözəl  şeyin  dərk 

olunmasına  həlledici  təsir  göstərir:  onun  iştirakı,  ümumiyyətlə, 

vacib  şərt  kimi  çıxış  edir;  onun  uğurlu  paylanması  ən  gözəl 

olanın  belə  gözəlliyini  gücləndirir.  Amma  o,  xüsusən 

arxitekturada gözəlliyin gücləndirilməsi üçün əlverişlidir; özü də, 

o,  hətta  ən  əhəmiyyətsiz  predmeti  belə  gözəl  edə  bilər.  Və 

budur, sərt qışda, təbiətin ümumi donması zamanı biz görürük 

ki,  aşağıda  dayanan,  nəhəng  daşlarda  əks  olunan  günəşin 

şüaları necə işıq saçır, amma qızdırmırlar, yəni iradə üçün deyil, 

idrakın  yalnız  xalis  növü üçün  əlverişlidirlər, –  işığın bu  nəhəng 

daşlarda  gözəl  oyununun  bu  mənzərəsi  bizi  xalis  idrak 

vəziyyətinə  gətirir,  eləcə  də  hər  hansı  bir  digər  gözəllik;  amma 

bu  vəziyyət  elə  həmin  şüalarla  gətirilən  istiliyin  çatışmamasını, 

yəni həyatverici başlanğıcın kifayət qədər olmamasını yüngülcə 

xatırlatmaqla  burada  iradənin  maraqları  üzərində  müəyyən 

dərəcədə  yüksəlməni  tələb  edir,  hər  cür  arzudan  uzaq  olan  və 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

 

316 



buna  görə  də,  gözəllik  hissindən  ülvilik  hissinə  keçid  kimi 

təzahür  olunan  xalis  idrakda  qalmağa  sakit  çağırışı  özündə 

ehtiva edir. Bu, gözəllikdə ülviliyin  ən zəif iştirakıdır – onun özü 

burada  yalnız  o  qədər  də  böyük  olmayan  dərəcədə  çıxış  edir. 

Demək olar ki, elə bu cür zəif nümunə də – aşağıdakıdır.  

Açıq üfüqdə olan elə xəlvət bir guşəyə çəkilək ki, burada 

səmada  bircə  belə  bulud  olmasın,  ağaclar  və  bitkilər  tamamilə 

hərəkətsiz  olan  havada  uçsun,  burada  heyvanlar  olmasın, 

insanlar  gözə  görünməsin,  sular  dalğalanmasın,  dərin  sükut 

hökm sürsün. Belə bir şəraiti sanki ciddiliyə, hər cür arzudan və 

onun ehtiyaclarından uzaq olan seyrə səsləyir və artıq  elə təkcə 

bu, boş, issiz və son dərəcə dinc təbiətə ülvilik çaları verir. Zira 

o,  daimi  canatma  və  nailiyyəti  tələb  edən  iradə  də,  heç  bir 

obyekti,  nə  əlverişlisini,  nə  əlverişsiz  olanı  təklif  etmir  və  buna 

görə  də,  yalnız  xalis  seyrin  sükunəti  qalır;  ona  qabil  olmayan 

kəsi  isə  məşğul  olmayan  iradənin  boşluğu,  sıxıntı  və  öz 

bivecliyindən doğulan xəcalət öz ağuşuna alır. Ətrafın bu xaliliyi, 

boşluğu  intellektual  ləyaqətimizin  ölçüsüdür,  bunun  üçün 

ümumiyyətlə    yaxşı  meyar  kimi  bizim  tənhalığa  dözmək  və 

tənhalığı sevmək qabiliyyətimiz çıxış edir. Təsvir olunmuş şərait 

ülviliyin  zəif  dərəcədə  nümunəsini  verir,  ona  görə  ki,  onda 

sakitliyi və özünə yetərliliyində xalis idrak vəziyyətinə  və özünə  

kontrast olaraq daim boşuna çabalamağa ehtiyacı olan iradənin 

asılılığı  və  kasadlığı  barədə  xatırlatma  da  qarışır.  Bu,  ülviliyin 

məhz  o  növüdür  ki,  Şimali  Amerikanın  dərinliklərində  sonsuz 

preriyaların mənzərəsi onunla şöhrət tapır.  



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

 

317 



    Amma  indi  təsəvvür  edək  ki,  belə  bir  yer  hətta 

bitkilərdən  belə  məhrumdur  və  ətrafda  yalnız  çılpaq  qayalar 

görünür;  o zaman  bizim  mövcudluğumuz  üçün  zəruri  olan  üzvi 

bütün  hər  şeyin  yoxluğu  artıq  bizim  iradəmizi  həyəcanla 

doldurar  və  səhra    dəhşətli  xarakter  alar;  əhval-ruhiyyənin 

faciəviliyi  güclənər  və  xalis  idraka  yüksəlmək  yalnız  iradənin 

mənafeyindən  daha  dərindən  uzaqlaşma  yolu  ilə  mümkün 

olacaqdır  və  əgər  xalis  idrak  vəziyyəti  bizi  bir  müddət  öz 

ağuşuna  alarsa,  onda  ülvilik  hissi  aşkar  bir  tərzdə  təzahür 

olunar.  

Onu  daha  yüksək  dərəcədə  aşağıda  göstərilən  şərait 

oyada bilər: təbiətin coşqun təlatümü; qorxunc, qara buludların 

yaratdığı  yarızülmət;  böyük,  çılpaq,  bir-birinə  sıxılaraq  üfüqü 

bağlayan  sallanmış  qayalar;  köpüklənən,  səsli-küylü  sular;  izsiz 

səhra;  dərələrdə  əsən  küləyin  uğultusu.  Bizim  asılılığımız,  

təbiətlə  düşmənsayağı  mübarizəmiz,    onun  tərəfindən 

sındırılmış iradəmiz bizim qarşımızda indi aydın bir şəkildə çıxış 

edir;  amma  hələ  ki,  şəxsi  sıxıntı    üstünlük  əldə  etmir  və  biz 

estetik  seyrdə  qalırıq,  o  vaxta  qədər  estetik  seyrdə  qalırıq  ki, 

təbiətin  bu  mübarizəsi    sınmış  iradənin  bu  obrazı  içərisindən 

idrakın  xalis  subyekti  boylanır  və  sakit  bir  tərzdə,  təmkinlə, 

laqeyd  bir  halda  (unconcerned)  o  şeylərin  ideyalarını  dərk  edir 

ki,  onlar  iradə  üçün  dəhşətli  və  qorxuludur.  Ülvilik  hissi  də  elə 

bu təzaddan ibarətdir.  

Təəssürat  o  zaman  daha  güclü  olur  ki,  bu  zaman  biz  öz 

qarşımızda  təbiətin  hiddətlənmiş  qüvvələrinin  irimiqyaslı 

mübarizəsini  görürük,  bu  zaman,  təsvir  olunmuş  şəraitdə, 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

 

318 



yuxarıdan  gələn  axın  öz  gurultusu  ilə  bizi  öz  səsimizi  eşitmək 

imkanından  məhrum  edir;  və  ya  o  zaman  ki  biz  fırtınadan 

lərzəyə  gələn  ucsuz-bucaqsız  dənizin  kənarında,  sahilində 

dayanırıq:  ev  böyüklüyündə  olan  dalğalar  yüksəlir  və  enir, 

özünün  bütün  qüvvəsi  ilə  sıldırım,  yalçın  qayalara  çırpılır  və 

köpüyü  yüksəklərə  qaldırır;  tufan  uğuldayır,  dəniz  nərildəyir, 

qara  buludlar  ildırımın  zərbələrindən  işıq  saçır,  və  şimşəyin 

gurultusu  tufanın  və  dənizin  səsini  boğur.  O  zaman  bu 

mənzərənin  təmkinli  tamaşaçısında  onun  şüurunun  ikili  təbiəti 

özünün  son  dərəcə  aydınlığına  nail  olur:  o,  özünü  fərd  olaraq, 

iradənin  fani  təzahürü  olaraq  hiss  edir,  bu  təzahür  həmin 

qüvvələrin  kiçicik  zərbəsi  tapdanıb,  əzilə  bilər;  o,  özünü  bu 

qüdrətli  təbiət  qarşısında  aciz  görür,  özünü  onun  ixtiyarında 

təsadüfün  hökmü  altında  olan,  azman  qüvvələr  önündə  yox 

olan  heç  nə  kimi  hiss  edir;  və  bununla  birgə  o,  özünü  idrakın 

əbədi sakit subyekti kimi hiss edir, idrakın həmin bu əbədi sakit 

subyekti  isə  obyektin  şərti  olaraq  bütün  bu  dünyanın 

daşıyıcısıdır  və  təbiətin  dəhşətli  mübarizəsi  yalnız  onun 

təsəvvürüdür,  onun  özü  isə  ideyaların  asudə  qavrayışında 

azaddır, hər hansı bir arzu və hər hansı bir ehtiyac ona yaddır. 

Ülviliyin  tam  təəssüratı,  bax,  budur;    onun  üçün  burada  səbəb 

kimi isə fərdi məhv olma ilə hədələyən və ondan ölçüyəgəlməz 

dərəcədə üstün olan qüvvənin yaratdığı mənzərə çıxış edir.  

Əgər  məkan  və  zaman  daxilində  elə  bir  sadə  əzəməti 

təsəvvür  etsək  ki,  onun  ölçüyəgəlməzliyi  qarşısında  fərd  heç 

nədir,  onda  o,  tamamilə  başqa  bir  qaydada  meydana  çıxır.  Biz 

bu  təəssüratın  daxili  mahiyyətinin  şərhində  Kantla  tamamilə 

fərqli  mövqe  tutmağımıza  və  burada  nə  əxlaqi  refleksiyaların, 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

 

319 



nə  də  sxolastik  fəlsəfənin  hipostazlaşdırılmış  mahiyyətlərinin 

heç  bir  iştirakını  qəbul  etməməyimizə  baxmayaraq,  Kantın 

terminlərini  və  onun  düzgün  təsnifatını  saxlayaraq  ülviliyin 

birinci  növünü  dinamik  ülvilik,  ikinci  növünü  isə  –  riyazi  ülvilik 

adlandıra bilərik

15



 Məkan və zaman daxilində sonsuz böyük dünya barədə 

düşüncələrdə  özümüzü  itirəndə,  keçmiş  və  bundan  sonra 

gələcək  minilliklər  barədə  düşünəndə  və  ya    gecənin  səması 

həqiqətən  saysız-hesabsız  dünyaları  bizim  gözlərimiz  önünə 

gətirəndə  və  beləliklə  kainatın  ölçüyəgəlməzliyi  qeyri-iradi 

olaraq bizim şüurumuza nüfuz edəndə, – o zaman biz özümüzü 

heçlik  qədər  kiçik  hiss  edirik,  hiss  edirik  ki,  bir  fərd,  bir  canlı 

bədən, iradənin bir keçici, ötəri təzahürü olaraq sanki okeanda 

bir damla kimi biz yox oluruq,  boşluq içərisində əriyirik. Amma 

eyni  zamanda,  bizim  bu  cür  şəxsi  heçnəliyimizin  kabusuna,  bu 

doğru  olmayana  və  imkansızlığa  qarşı,  şeyin  bilavasitə  dərki 

yüksəlir  ki,  bütün  bu  dünyalar  yalnız  bizim  təsəvvürümüzdə 

mövcuddur,  onlar  –  xalis  idrakın  əbədi  subyektinin 

modifikasiyalarıdır,  o  subyektin    ki,  fərdiliyimiz  barədə  unudan 

kimi biz özümüzü onunla dərk edirik və o, bütün dünyaların və 

bütün  zamanların  zəruri,  şərtləndirici  daşıyıcısıdır.  Dünyanın 

öncə bizi təşvişə salan nəhəngliyi indi bizim daxilimizdə uyuyur: 

bizim  ondan  asılılığımız  onun  bizdən  asılılığı  tərəfindən  məhv 

edilir.    Bütün  bunlar,  amma,  dərhal  bizim  refleksiyanın 

predmetinə  çevrilmir,  yalnız  onun  öncədən  duyulması  kimi 

təzahür olunur ki, biz dünya ilə müəyyən mənada (yalnız fəlsəfə 

tərəfindən izah olunan mənada) vahidik, və buna görə də, onun 

ölçüyəgəlməzliyi  bizi  sıxıntılara  məruz  qoymur,  əksinə,  bizi 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

 

320 



yüksəldir.  Bu,  –  şeyin  öncədən  duyulmasıdır  ki,  o  vedaların 

upanişadalarında 

dəfələrlə 

müxtəlif 

formalarda 

ifadə 


olunmuşdur, artıq xatırladığımız kəlamda: "Mən məcmu halında 

bütün  bu  yaradıqlaram,  və,  məndən  savayı  heç  nə  yoxdur" 

(Oupnek'hat,  c.  1,  səh.  122).  Bu,  öz  şəxsi  fərdiliyi  üzərində 

yüksəlmə,  ülvilik  hissidir.  Biz  riyazi  cəhətdən  ülvi  olanı  artıq 

hansısa  bir  məkan  sayəsində  tamamilə  bilavasitə  olaraq 

qavrayırıq.  Bu  məkanın  kainatla  müqayisədə  kiçik  olmasına 

baxmayaraq,  bizim  üçün  onun  bilavasitə    müşahidə  oluna 

bilməsi  öz  böyüklüyünün  hər  üç  ölçüsü  ilə  bizə  təsir  edir,  bu 

böyüklük  bizim    bədənimizin  ölçülərini,  demək  olar 

 

ki,  sonsuz 



dərəcədə kiçik göstərmək üçün kifayətdir. Qavrayış üçün heç nə 

verməyən açıq məkan heç bir vaxt belə bir təsir göstərə bilməz: 

o,  bütün  ölçülərdə  məhdudiyyətlər  sayəsində  bilavasitə  olaraq 

qavranılmalıdır,  –  məsələn,  Romanın  Pyotr  məbədində  və  ya 

Londonun Pavel məbədində yüksək və böyük tağ-tavan,günbəz 

belədir.  Ülvilik  hissi  burada  bizim    bədənimizin  o  böyüklük 

qarşısında  yox  olmaqda  olan  heçliyinin  dərk  olunmasından 

doğulur  ki,  onun  özü  digər  tərəfdən,  yalnız  bizim 

təsəvvürümüzdə  yatır  və  onun  daşıyıcısı  dərk  edən  subyekt 

olaraq bizik; başqa sözlə, burada və hər yerdə, bu hiss bizim  bir 

fərd, iradənin bir təzahürü olaraq mənimizin əhəmiyyətsizliyi və 

asılılığı  ilə  bizim  özümüzü  idrakın  xalis  subyekti  olaraq  dərk 

etməyimiz arasındakı kontrast ucbatından meydana çıxır. Hətta 

ulduzlu  səma  belə,  əgər  ona  refleksiya  olmadan  baxılsa,  yalnız 

daş  qibləyə  oxşar  şəkildə  təsir  göstərir  və  əsl  böyüklük  kimi 

deyil, yalnız yaradan  böyüklük kimi təsir göstərir.  



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

 

321 



 Seyrimizin  bəzi  predmetləri  ülvilik  təəssüratını  onunla 

oyadırlar  ki,  həm  onların  məkanca  böyüklüyü,  həm  də  onların 

çox  əski  qədimliyi,  yəni  zaman  davamiyyəti  sayəsində  biz 

özümüzü  onlarla  bir  sırada  heçlik  olacaq  dərəcədə  kiçik  hiss 

edirik  və  buna  baxmayaraq  onların  seyrinin  bəxtiyarlığına qərq 

oluruq; yüksək dağlar, Misir piramidaları, uzaq keçmişin nəhəng 

xarabalıqları belədir.  

Ülviliyin  tərəfimizdən  verilmiş  izahı  etik  sahəyə,  yəni, 

xarakterin  ülviliyi  adlandırılana  da  tətbiq  oluna  bilər.  Və  o  öz 

mənbəyini  ondan  götürür  ki,  iradə  onu  oyada  bilən 

predmetlərlə  oyanmır,  amma    onların  da  üzərində  idrak 

üstünlük  əldə  edir.  Bu  cür  xarakterli  insan  insanlara  xalis 

obyektiv  nöqteyi-nəzərdən  baxacaqdır,  onların  onun  iradəsinə 

qarşı 


malik 

ola 


biləcəkləri 

münasibətlərə 

görə 

qiymətləndirməyəcəkdir;  məsələn,  o,  onların  nöqsanlarını, 



hətta  onların  onun özünə  qarşı nifrətlərini  və  haqsızlıqlarını da 

görəcəkdir, amma buna cavab olaraq, onlara qarşı  nifrətə sövq 

etməyəcəkdir;  o,  paxıllıq  hiss  etmədən,  onlara  daha  sıx 

yaxınlaşmaq  arzusu  olmadan  onların  xoşbəxtliyinin  şahidi 

olacaqdır,  onların  yaxşı  məziyyətlərini  etiraf  edəcəkdir.  O,  heç 

bir  şəhvət  olmadan  qadınların  gözəlliyinə  heyran  olacaqdır. 

Şəxsi  xoşbəxtlik  və  ya  bədbəxtlik  onu  güclü  bir  tərzdə  narahat 

etməyəcəkdir, – o, Hamlet Horatsio - onu təsvir etdiyi kimi qalır:  



Sən əzabı görmüsən,  

Əzab çəkdiyini göstərmədən 

Sən bütün hər şeyə dözürsən və 

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 


Yüklə 6,14 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin