Dünya: iradə və təsəvvür kimi


Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi"



Yüklə 6,14 Mb.
Pdf görüntüsü
səhifə24/57
tarix01.01.2017
ölçüsü6,14 Mb.
#4243
1   ...   20   21   22   23   24   25   26   27   ...   57

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

 

400 



üçün  yaradılmışdır:  yaşa!"  –  Əksinə,  poetik  ədalət  adlandırılan 

tələb  faciənin  və  hətta  dünyanın  mahiyyətinin  qətiyyən 

anlaşılmamasına  əsaslanmışdır.  O,  özünün  bütün  bayağılığında 

doktor  Samuil  Consonun  Şekspirin  ayrı-ayrı  pyeslərini  məruz 

qoyduğu  tənqiddə  qaba  bir  tərzdə  çıxış  edir

47

;  o,  bu  tənqidlə  



həmin  tələbə  münasibətdə  tam  etinasızlıqdan  olduqca 

sadəlövhcəsinə şikayətlənir, bununsa, əlbəttə ki, yeri var, – zira 

Ofelya,  Dezdemona,  Kordeliyaların  nə  günahları  vardı?  Amma 

yalnız  səthi,  optimist,  protestant-rasionalist  və  ya,  əslində 

yəhudi dünyagörüşü poetik ədalət tələb etmək və onun həyata 

keçirilməsində  özünə  məmnuniyyət  bulmağa  qabildir

48



Faciənin  həqiqi  mənası  isə  daha  dərin  baxışdan  ibarətdir: 



qəhrəman  tərəfindən  yuyulan,  –  onun  şəxsi  günahları  deyildir, 

əzəli günahdır, yəni, mövcudluğunun özünün günahıdır:  



Axı dünyadakı ən pis günah – 

Bu dünyaya doğulmaqdır, –  

Kalderon bunu birbaşa deyir

49

Faciənin  yaradılması  ilə  bağlı  mən  yalnız  bircə  qeydi  

özümə  rəva  bilərdim.    Yalnız  böyük  bədbəxtliyin  təsviri  faciə 

üçün  mühümdür.  Amma  şairin  bu  təsviri  həyata  keçirdiyi 

müxtəlif  yollar  üç  kateqoriyaya  aid  edilə  bilər.  Əvvəla,  o, 

xarakterin  bədbəxtliyin  səbəbinə  çevrilən,  özünün  qeyri-adi, 

mümkün  son  həddə  qədər  gəlib  yetişən  yamanlığını,  bədliyini 

təsvir  edə  bilər;  bu  qəbildən  olan  nümunələr  –  III  Riçard, 

"Otello"da  Yaqo,  "Venesiya  taciri"ndə  Şeylok,  Frans  Moor, 

Evripidin  Fedrası,  "Antiqona"da  Kreon  və  s.  ola  bilər.  İkincisi, 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

 

401 



bədbəxtlik  kor taledən, yəni  təsadüfdən  və  səhvdən  də  doğula 

bilər; bu qəbildən olan həqiqi nümunə kimi Sofoklun Çar Edipi, 

sonra  "Traxinyanlalar"  və  ümumiyyətlə,  qədim  müəlliflərin 

əksər  faciələri  çıxış  edə  bilər,  yeni  faciələr  içərisində  isə  – 

"Romeo  və  Cülyetta",  Volterin  "Tankred"i,  "Messina  gəlini.» 

Nəhayət, üçüncüsü, bədbəxtlik sadəcə olaraq fəaliyyət göstərən 

şəxslərin  bir-birinə  nisbətən  vəziyyətindən,  onların  qarşılıqlı 

əlaqələrindən  də  yarana  bilər,  belə  ki,  bunun  üçün  əsla  nə 

müdhiş yanılma, nə eşidilməmiş təsadüf, nə də insan bədliyinin, 

yazıqlığının  son  hədlərinə  gəlib  yetişən  xarakter  lazım  deyildir: 

sadəcə  olaraq  bir  çox  hallarda  baş  verən  adi  şəraitlərdə  adi 

əxlaqi  mənada  başa  düşülən  xarakterlər  öz  aralarında  elə 

münasibətlərdə  qoyulurlar  ki,  onların  vəziyyəti  onları  şüurlu 

olaraq və qəsdən bir-birinə böyük pislik etməyə məcbur edir, və 

bu zaman heç bir tərəf müstəsna olaraq haqsız olmur. Mənə elə 

gəlir  ki,  faciənin  bu  sonuncu  növü  iki  başqa  növdən  müqayisə 

olunmaz dərəcədə daha üstündür, zira o,  ən böyük bədbəxtliyi 

bizə  istisna  şəklində  deyil,  şəraitin  və  ya  müdhiş,  idbar 

xarakterlərin  nadir  hallarda  birləşməsinin  məhsulu  kimi  deyil, 

demək  olar  ki,  qaçılmaz  olan,  insani  əməllərdən  və 

xarakterlərdən asanlıqla və öz-özlüyündə irəli gələn bir şey kimi 

təsvir  edir  və  bədbəxtlik  bizi  dəhşətə  gətirən  yaxınlıqda  özünü 

məhz bununla üzə çıxardır. Və əgər faciənin iki başqa növündə 

amansız  tale  və  dəhşətli  kin  bizə  qorxunc,  amma  bizi  yalnız 

uzaqdan  hədələyən,  bizim  şəxsən  üz  çevirmədən  sovuşdura 

biləcəyimiz qüvvələr kimi görünürdüsə, sonuncu növ bizə əyani 

surətdə  göstərir  ki,  xoşbəxtliyi  və  həyatı  darmadağın  edən  bu 

qüvvələr  istənilən  an  bizim  özümüzü  də  yaxalaya  bilər  və  ən 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

 

402 



böyük əzab, öz mahiyyəti etibarı ilə bizim taleyimizə də toxuna 

bilən hadisələr çəlpəşiyinin, bizim özümüzün də, ehtimal ki, edə 

biləcəyimiz  əməllərin  nəticəsi  olur,  odur  ki,  biz  ədalətsizlikdən 

şikayət  etmək  hüququna  da  malik  olmazdıq,  –  və  indi  biz 

özümüzü  bütün  dəhşəti  ilə  cəhənnəmin  dibində  hiss  edirik. 

Amma  bu  sonuncu  növdən  olan  faciəni  ərsəyə  gətirmək  də 

qeyri-adi  dərəcədə  çətindir,  ona  görə  ki,  burada  vasitələrin  və 

hərəkətverici səbəblərin cüzi sərfi, onların sadəcə olaraq yalnız 

yanaşı  qoyulması  və  paylanması  ilə  güclü  təəssürat  yaratmaq 

tələb olunur: elə buna görə də, hətta bir çox ən yaxşı faciələrdə 

belə  bu  çətinlikdən  tamamilə  yan  keçilmişdir.  Bu  növün  ən 

mükəmməl  nümunəsi  olaraq  hər  halda  bir  pyesi  göstərmək 

mümkündür  ki,  həmin  o  böyük  ustadın  bir  çox  başqa  pyesləri 

onu  başqa  cəhətlərdən  əhəmiyyətli  dərəcədə  ötüb  keçmişdir: 

bu,  "Klaviqo"dur.  Müəyyən  dərəcədə  "Hamlet"  də  buraya 

aiddir,  əgər  qəhrəmanın  yalnız  Laertə  və  Ofeliyaya  münasibəti 

nəzərdə  tutulursa;  "Vallenşteyn"  də,  həmçinin  bu  üstünlüyə 

malikdir;  "Faust"    bütövlükdə  bu  növə  məxsusdur,  əgər 

əhvalatın  əsas  məqamını  Qretxen  və  onun  qardaşı  ilə  bağlı 

hadisədə  görsək;  Kornelin  "Sid"i  də  belədir,  amma  onda  yalnız  

o  faciəvi  çözüm  çatmır  ki,  buna  Maksın  və  Teklıanın  analoji 

münasibətləri malikdir

*

.  


 

§ 52 


                                                           

*

 II cildin 37-ci fəsli buraya aiddir . 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

 

403 



Biz  bütün  sənətləri  o  ümumilikdə  nəzərdən  keçirdik  ki, 

bu,  bizim  nöqteyi-nəzərə  uyğun  gəlir,  biz  bu  nəzərdən 

keçirməni  memarlıq  sənətindən  başladıq,  memarlıq  sənətinin 

özlüyündə  məqsədi  kütlənin  susqun,  şüursuz,  qanunauyğun 

meyli  kimi  ifadə  olunan,  amma,  artıq  özünü  ikiləşdirməni  və 

mübarizəni  (yəni,  ağırlıq  və  ətalət  arasındakı  mübarizəni) 

təzahür etdirən iradənin görüntüsünün ən aşağı pilləsində onun 

təcəssümünün    aydınlaşdırılmasıdır.  Sənətlərin  ümumilikdə 

nəzərdən keçirilməsini isə biz burada faciə ilə tamamladıq, faciə 

iradənin təcəssümünün ali pilləsində bu özü ilə ixtilafı qarşımıza 

bizi  dəhşətə  salan  miqyası  və  aydınlığı  ilə  çıxarır.  Amma  biz 

görürük  ki,  incəsənətin  bir  növü  hər  halda    tədqiqatlarımıza 

daxil  olmadı,  belə  ki,  şərhimizin  sistematik  rabitəsində  onun 

üçün  münasib  yer  tapılmadı:  bu,  –  musiqidir.  O,  bütün  başqa 

sənətlərdən  tamamən  ayrıca  bir  yerdə  dayanır.  Biz  onda 

dünyamızın  varlıqlarının  hansısa  ideyasının  təqlidini,  yenidən 

canlandırılmasını görmürük; və bununla belə o, - böyük və gözəl 

sənətdir, insan ruhuna elə güclü təsir göstərir və  ümumi bir dil 

olaraq  elə  tam  bir  şəkildə  və  dərindən  başa  düşülür  ki,  öz 

aydınlığı  ilə  hətta  əyani  dünyanın  dilindən  də  üstündür  ki,  – 

şübhəsiz, biz  onda Leybnitsin ona verdiyi tərifdən daha çox şey, 

exercitium arithmeticae occultum nescientis se numerare animi 

[nəyi  hesabladığını  bilməyən  ruhun  şüursuz  riyazi  çalışması+ 

olmaqdan daha  çox  şey görməliyik

*

,  –  Leybnits  tamamilə  haqlı 



idi, amma, o ölçüdə haqlı idi ki, bu ölçü daxilində o, yalnız onun 

bilavasitə  və  xarici  mənasını,  onun  qabığını  nəzərdə  tuturdu. 

Amma  əgər  o,  yalnız  bundan  ibarət  olsaydı,  onda  onun  verdiyi 

                                                           

*

 Leibnitii epistolae, collectio Kortholti, ep. 154. 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

 

404 



zövq,  məmnunluq  bizim  riyazi  çalışmanı  düzgün  həll  etdiyimiz 

zaman  duyduğumuz  məmnunluğa  oxşar  olmuş  olardı,  və  o,  o 

daxili fərəh hissi ola bilməzdi ki, bunu bizə varlığımızın məhrəm 

dərinliyinin  ifadəsi  verir.  Buna  görə  də,  biz    estetik  nəticəni 

nəzərdə  tutan  nöqteyi-nəzərimizdən,  ona  xeyli  daha  ciddi  və 

daha  dərin  məna  verməliyik:  o,  dünyanın    bizim  mənimizin 

daxili  mahiyyətinə  aiddir  və  bu  mənada  musiqinin  şamil  oluna 

biləcəyi ədədi münasibətlərə işarə olunan deyil, yalnız işarədir. 

Onun dünyaya müəyyən mənada təsvirin təsvir edilənə, surətin 

orijinala  münasibətinə  oxşar  bir  münasibət  göstərməli  olması 

barədə, biz, bu əlamətin xas olduğu və təsiri musiqinin təsiri ilə 

eyni  qəbildən  olan  digər  sənətlərlə  analogiya  əsasında 

mühakimə yürüdə bilərik. Musiqi yalnız daha güclü və sürətlidir, 

daha    artıq  qaçılmaz  və  qarşısıalınmazdır.  Və  dünyanın  onun 

tərəfindən  yenidən  yaradılması  çox  intim,  sonsuz  dərəcədə 

həqiqi  və  doğru  olmalıdır,  zira  hər  bir  kəs  onu  ani  olaraq  başa 

düşür;  və  artıq  bununla  da  o,  həmin  o  məlum  qüsursuzluğu 

aşkara çıxarır ki, onun forması tamamilə ədədlərlə ifadə olunan 

müəyyən  qaydalara  müncər  edilə,  gətirilib  çıxarıla  bilər  və  o, 

musiqi olmaqdan tamamilə qalmadan, bu qaydalardan yan keçə 

bilməz.  Və  hər  halda  musiqi  və  dünya  arasında  toxunma 

nöqtəsinin,  harada  olması  o,münasibət  ki,  onun  üzündən 

dünyanın  təqlidi  və  ya  onun  yenidən  yaradılması  kimi  təzahür 

olunur, bu, çox dərinlərdə gizlənir. Musiqi ilə bütün zamanlarda 

məşğul  olmuşlar,  amma  bu  barədə  özlərinə  hesabat 

verməmişlər:  onun  bilavasitə  anlaşılmasınaına  qane  olaraq,  bu 

bilavasitə  anlamanın  mücərrəd  olaraq  dərk  olunmasından 

imtina etmişlər. 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

 

405 



Öz  ruhunu  bütövlükdə  müxtəlif  növlərində  musiqi 

təəssüratlarının  ixtiyarına  verərək  və  sonra  refleksiyaya  və 

fikirlərimin  bu  kitabda  şərh  olunan  gedişinə  qayıdaraq,  mən 

onun daxili mahiyyətinin və dünyanın onun tərəfindən yenidən 

yaradılması  xarakterinin  sirrini  tapdım,  bu  yenidən  yaradılma, 

canlandırma  analogiyanın  təsiri  üzündən  zəruri  şəkildə  güman 

olunur.  Həmin  bu  sirrin  tapılması  məni  və  tədqiqatlarımı 

tamamilə qane edir və bu o kəslər üçün inandırıcı olacaqdır ki, 

onlar  məni  izləmişlər  və  mənim  dünyaya  baxışımla  razıdırlar. 

Amma bu açmanı, tapıntını sübut etməyi mən mahiyyəti etibarı 

ilə  qeyri-mümkün  hesab  edirəm,  zira  o,  musiqinin  bir  təsəvvür 

kimi o şeyə olan münasibətini qəbul edir və müəyyənləşdirir ki, 

o, mahiyyəti etibarı ilə heç bir vaxt təsəvvür ola bilməz və tələb 

edir ki, musiqidə bu və ya digər orijinalın surətini görsünlər, bu 

orijinalın  özü  isə  heç  bir  vaxt  bilavasitə  olaraq  təsəvvür  ola 

bilməz.  Elə  buna  görə  də,  başlıca  olaraq  sənətlərin  nəzərdən 

keçirilməsinə  həsr  olunmuş  bu  üçüncü  kitabın  sonunda 

möcüzəvi  səs  sənətinin  mənim  tərəfimdən  tapılmış  sirrini  şərh 

etməklə  məhdudlaşmalıyam,  öz  baxışımın  təsdiqini  və  ya 

inkarını  isə  hər  bir  oxucuda  qismən  musiqi,  qismənsə  mənim 

tərəfimdən  bu  əsərdə  şərh  olunan  vahid  fikir  yaradılması 

təəssüratının  ixtiyarına  buraxmalıyam.  Musiqinin  mənası  ilə 

bağlı  qarşıda  duran  təsvirin  tam  inamla  qəbul  olunmasından 

savayı,  məncə,    bu  təsvir  barədə  uzun  sürən  davamlı 

düşüncələrlə tez-tez dərindən musiüi dinləmək zəruridir, bunun 

üçün  isə hər  halda mənim  tərəfimdən  artıq  şərh  olunan  bütün 

fikirlərlə yaxından tanış olmaq tələb olunur.  


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

 

406 



İradənin adekvat təcəssümü olaraq Platon ideyaları çıxış 

edir;  bu  ideyaların  dərkinə  ayrı-ayrı  şeylərin  təsviri  (zira  bütün 

bədii əsərlər buraya aiddir) yolu ilə nail olmaq yalnız dərk edən 

subyektin  uyğun  dəyişilməsi  zamanı  mümkündür,  –  bütün 

başqa sənətlərin məqsədi, bax, budur. Beləliklə, onların hamısı 

iradəni  yalnız  vasitəli,  dolayı  olaraq  –  ideyalar  vasitəsilə 

obyektivləşdirirlər; bizim dünyamız principium individuationis ə 

(özlüyündə fərd üçün  mümkün olan idrak formasına) daxil olma 

vasitəsilə ideyaların çoxluq halında təzahüründən başqa bir şey 

olmadığından

 

onda  musiqi,  ideyalara  aidiyyəti  olmadan, 



təzahürlər dünyasından da qətiyyən asılı olmayaraq, ona heç bir 

məhəl  qoymadan,  müəyyən  dərəcədə,  hətta  əgər  dünya 

qətiyyən heç olmasaydı belə mövcud ola bilərdi, başqa sənətlər 

barəsində isə bunu demək olmaz. Musiqi  – dünyanın özü kimi, 

ideyalar  kimi  bütün  iradənin  bilavasitə  təcəssümü  və  izidir, 

ideyaların  çoxsaylı  təzahürü  isə  ayrıca  şeylərin  dünyasını  təşkil 

edir. təcəssümü Deməli musiqi, başqa sənətlərin əksinə olaraq, 

ideyaların  izi  deyildir,  iradənin  özünün  izidir  ki,  onun  da 

obyektliyi  ideyalardır; elə  buna  görə də,  musiqinin  təsiri  başqa 

sənətlərin  təsirindən  daha  qüdrətli  və  daha  dərindir:  axı 

sonuncular  yalnız  kölgə  barəsində  o,  isə  –  varlıq  barəsində 

danışır. Amma ideyalarda və musiqidə eyni iradə obyektivləşdiyi 

üçün (yalnız bu sahələrin hər birində tamamilə müxtəlif tərzdə), 

musiqi  ilə  təzahürü  çoxluqda  və  qeyri-mükəmməllikdə  qarşıda 

duran  dünya  olan  ideyalar  arasında,  şübhəsizdir  ki,  hər  halda 

paralelizm, analogiya mövcuddur, baxmayaraq ki, bu, bilavasitə 

olmayan  bənzəmədir.  Bu  analogiyanı  göstərmə  mənim 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

 

407 



predmetimin  tutqunluğu  ucbatından  çətin  olan  fikrimi  daha 

asan anlamağa kömək edəcəkdir.  

Harmoniyanın  ən  aşağı  tonlarında,  onun  bas  (bəm) 

səsində,  mən  iradənin  təcəssümünün    aşağı  pillələrini,  qeyri-

üzvi təbiəti, planet kütləsini görürəm. Bütün yüksək, mütəhərrik 

və  daha  doğrusu,  tədricən  yavaşıyan  tonları,  məlum  olduğu 

kimi,  aşağı  əsas  tonun  kənar  rəqslərindən  doğulan  kimi  hesab 

etmək  lazımdır,  əsas  tonun  səslənməsini  onlar  həmişə  sakitcə 

müşayiət  edirlər;  və  bu,  harmoniyanın  qanunudur  ki,  bas 

notuna  yuxarıdan  yalnız  o  notlar  gələ  bilər  ki,  onlar  həqiqətən 

öz-  özlüyündə  onunla  (onun  sons  harmoniques  *obertonları+) 

eyni  zamanda,  onun  kənar  rəqslərinin  nəticəsi  kimi  səslənir

50



Bu, onunla analogiya təşkil edir ki, təbiətin bütün cisimlərini və 



sistemlərini  planet  kütləsindən  ardıcıl  inkişaf  prosesində 

meydana  çıxan  kimi  qiymətləndirmək  lazımdır:  o,  –  onların 

daşıyıcısıdır, həm də onların mənbəyidir; daha yüksək tonlar da 

əsas  basa  qarşı  elə  həmin  münasibətdədir

51

.    Tonun  yüksəkliyi 



sərhədə  malikdir,  bundan  o  tərəfə  artıq  heç  bir  səs  eşidilmir; 

bu,  ona  uyğun  gəlir  ki,  heç  bir  materiya  forma  və  xassələr 

olmadan, yəni bundan sonra izah edilə bilməyən bu və ya başqa 

qüvvənin aşkarlanması olmadan qavranılmır, həmin bu qüvvədə 

də  müəyyən  ideya  ifadə  olunur  və  ya  daha  ümumi  şəkildə 

deyilsə, heç bir materiya qətiyyən tamamilə iradəsiz ola bilməz: 

deməli,  ona  oxşar  olaraq  ki,  o,  özlüyündə  tondan  yüksəkliyin 

müəyyən 


dərəcəsi 

ayrılmazdır, 

eləcə 

də 


iradənin 

aşkarlanmasının  müəyyən  dərəcəsi  materiyadan  ayrılmazdır. 

Beləliklə,  bizim  nöqteyi-nəzərdən,  harmoniyada  əsas  bas  odur 

ki,  dünyada  o,  –  qeyri-üzvi  təbiətdir,  bütün  hər  bir  şeyin  ona 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

 

408 



əsaslanmış  olduğu  və  bütün  hər  bir  şeyin  ondan  törənmiş 

olduğu  və  inkişaf  etdiyi              ən  kobud  kütlədir.  Bunun  ardınca 

qeyd etmək lazımdır ki, müşayiət edən səslərin harmoniya təşkil 

edən  məcmusunda  bas  və  melodiyanı  səslə  ifa  edən  aparıcı 

arasında, mən ideyaların bütün pillələrini görürəm, o pilləkənin 

pillələrini  ki,  iradə  onlarda  obyektivləşir.  Basa  ən  yaxın  olan 

tonlar  –  bu  pilləkənin  ən  aşağı  pillələridir,  hələ  ki,  qeyri-üzvi, 

amma  artıq  çoxcəhətli  təzahür  olunan  cisimlərdir;  yuxarıda 

yerləşən  səslər  mənim  gözlərimdə  bitki  və  heyvan  aləmlərinin 

nümayəndələridir.  Səs  qammasının  müəyyən  intervalları 

iradənin təcəssümünün  müəyyən pillələrinə, təbiətdə müəyyən 

növlərə  paraleldir.  İntervalların  hesabi  düzgünlüyündən 

temperasiya və ya düzüm seçimindən irəli gələn kənara çıxma

52

 



fərdin  növ  üçün  səciyyəvi  olan  quruluşdan  kənara  çıxmasına 

analojidir;  bundan  da  daha  çox  deyilsə,  tonların  xalis  olmayan 

ahəngsizləşdirici,  müəyyən  intervalı  verməyən  üst-üstə 

düşməsini  iki  heyvan  növündən  və  ya  insandan  və  heyvandan 

doğulan  eybəcər  monstrlar  ilə  müqayisə  etmək  olar.  Amma 

bütün  bu,  harmoniyanı  təşkil  edən  bas  və  müşayiət  edən 

səslərdə  o  əlaqələndirici  ardıcıllıq  çatmır  ki,  ona  yalnız 

melodiyanı  oxuyan  yuxarı  səs  malikdir:  sürətli  və  yüngül 

melodik  dönüşlər  və  gedişlər  tək  ona  xasdır,  halbuki,  bütün 

başqaları,  hər  biri  özlüyündə  müstəqil  əlaqə  ilə  fərqlənmədən 

xeyli asta hərəkət edirlər. Ən böyük çətinliklə aşağı bas, kobud 

kütlənin nümayəndəsi hərəkət edir: onun yüksəlməsi və enməsi 

yalnız böyük pillələr, bircə saniyə belə o yan-bu yan olmadan

53

 



tersiya,  kvarta,  kvinta  üzrə  baş  verir.    Olsa-olsa    bu  iki 

kontrapunktla  yeri  dəyişdirilmiş  bas  olanda  mümkündür.  Bu 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

 

409 



asta  hərəkət  ona  həm  də  fiziki  cəhətdən  xasdır:  sürətli 

ruladaları  və  ya  trelləri  aşağı  registrdə,  hətta  təsəvvür  etmək 

belə  olmaz.  Müşayiət  edən  daha  yüksək  səslər  sürətli,  amma 

hələ  ki,  melodik  qarşılıqlı  əlaqə  və  mənalandırılmış  ardıcıllıq 

olmadan  hərəkət  edirlər,  onlar  heyvan  dünyası  ilə  paralel 

gedirlər.  Müşayiət  edən  bütün  səslərin  rabitəsiz  axını  və 

qanunauyğun  müəyyənliyi  o  fakta  analojidir  ki,  kristaldan  ən 

mükəmməl  heyvana  kimi  bütün  qeyri-zəkavi  dünyada  heç  bir 

varlıq  onun  həyatını  mənalandırılmış  bir  bütövə  çevirə  bilən 

həqiqi  rabitəli  şüura  malik  deyildir,  heç  bir  varlıq  mənəvi 

inkişafın  ardıcıllığını  tanımır,  heç  biri  təşkilatlanmada 

mükəmməlləşmir,  onların  hamısı  eyni  ahəngdə,  bütün 

yaşamlarda  türlərinin  həmişə  olduğu  kimi,  möhkəm  qanunla 

müəyyənləşərək  mövcuddurlar.  Nəhayət,  melodiyada,  bütövü 

sərbəst  qarışıqlıq  içərisində  öz  ardınca  aparan,  vahid  fikrin 

fasiləsiz, 

mənalı 

əlaqəsində 



əvvəldən 

axıra 


kimi 

məhdudlaşdırılmayan  özbaşınaqlıqda,  ixtiyarilikdə  inkişaf  edən 

və  bütövü  təsvir  edən  əsas  yüksək  səsdə  mən  iradənin 

obyektivasiyasının  ali pilləsini, insanın  mənalandırılmış həyatını 

və  canatmasını  görürəm.  İstedadı  olan  insanın  daimi  irəli 

baxmasına  və  arxaya  nəzər  salmasına  oxşar  olaraq,  öz 

gerçəkliyini  və  özünün  saysız-hesabsız  imkanlarını  həyata 

keçirməsi  nəticəsində  insanın  bir  bütöv  həyat  yolu  keçməsinə 

uyğun  olaraq,  yalnız  melodiya  əvvəldən  sona  qədər 

mənalandırılmış  və  məqsədəuyğun  rabitəliliyə  malikdir.  O, 

beləliklə,  şüurla  işıqlandırılmış,  gerçəklikdəki  izi  onun  əməllər 

sırası  olan  iradənin  tarixcəsini  danışır;  amma  o,  daha  çox  şey  

danışır:  o,  iradənin  intim  tarixcəsini  üzə  çıxarır,  hər  hansı  bir 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

 

410 



oyanışın,  hər  hansı  bir  canatmanın,  onun  hər  hansı  bir 

hərəkətinin,  zəkanın  geniş  və  mənfi  hiss  anlayışı  altında 

birləşdirdiyi,  amma  öz  mücərrədliyində  artıq  qavramaq 

qüvvəsində  olmadığı  bütün  hər  bir  şeyin  mənzərəsini  yaradır. 

Elə  buna  görə  də,  həmişə  belə  demişlər  ki,  söz  zəkanın  dili 

olduğu kimi, musiqi də – hissin və ehtirasın dilidir: artıq Platon 

ona  “melodiyaların  qəlbin  həyəcanlarını  təqlid  edən  hərəkəti" 

kimi  tərif  vermişdir  (De  leg.  VIII),  və  Aristotel  deyir:  "Niyə 

ritmlər  və  melodiyalar,  sadə  səslər  olduqları  halda,  ruhun 

hallarına, ovqatlarına bu qədər oxşayırlar?” (Probl. S. 19).  

İnsanın  mahiyyəti  ondan  ibarətdir  ki,  onun  iradəsi  

ödənilir  və  bir  daha  can  atır  və  bu  fasiləsiz  olaraq  davam  edir, 

onun  xoşbəxtliyi  və  rifah  halı  yalnız  ondan  ibarət  olur  ki, 

arzudan ödənilməyə və ondan yeni arzuya bu keçid sürətlə baş 

versin,  zira  ödənilmənin  ləngidilməsi  əzabı,  yeni  arzunun 

ləngidilməsi  isə  –  səmərəsiz  həsrət,  languor,  üzüntü  doğurur, 

buna oxşar  və uyğun olaraq, melodiyanın mahiyyəti - tonikadan 

daimi  kənarlaşma  sapınmadır,  minlərlə  yolla  yalnız  harmonik 

pillələrə  –  tersiyaya  və  dominantaya  deyil,  həm  də  mümkün 

olan  hər  cür  başqa  tonlara,  ahəngi  pozan  septimaya  və 

həddindən  artıq  böyük  intervallar  yaradan  pillələrə  keçid  baş 

verir,  özü  də  son  nəticədə  həmişə  tonikaya  qayıdılır;  bütün  bu 

yollarda melodiya iradənin müxtəlif meyllərini ifadə edir, amma 

o,  son  nəticədə  harmonik  pilləyə  və  ondan  da  daha  çox, 

tonikaya  nail  olma  vasitəsilə  onun  ödənilməsini  də  ifadə  edir. 

Melodiya  yaratmaq, onda  bütün  insan  arzusu  və  hissinin  dərin 

sirlərini  açıb  göstərmək,  –  dahinin  işidir;  onun  yaradıcılığı 

burada başqa hər hansı bir yerdə ola biləcəyinə nisbətən daha 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

 

411 



aşkardır: o, hər cür refleksiyadan və şüurlu niyyətdən uzaqdır və 

ilhamın  köməyi  ilə  meydana  çıxarıla  bilər.  Anlayış  incəsənətin 

hər  bir yerində olduğu kimi, burada da səmərəsizdir; bəstəkar 

dünyanın  daxili  mahiyyətini  üzə  çıxarır  və  dünyanın  ən  dərin 

müdrikliyini  o  dildə  ifadə  edir  ki,  bunu  onun  zəkası  başa 

düşmür,  necə  ki,  somnambul  maqnetizm  vəziyyətində  olarkən 

oyaqlıqda  barələrində  heç  bir  anlayışa  malik  olmadığı  şeylər 

barədə  vəhylər,  açıqlamalar  etməyi  bacarır.  Elə  buna  görə  də, 

bəstəkarda  hansısa  başqa  sənətkara  nisbətən  daha  çox,  insan 

sənətkardan  tamamilə  ayrıdır  və  ondan  fərqlənir.  Hətta  bu 

möcüzəvi sənətin izahı zamanı belə anlayış özünün zəifliyini və 

məhdudluğunu  aşkara  çıxarır,  amma  mən  hər  halda 

analogiyamızı başa çatdırmağa səy edəcəyəm.  

Arzudan  ödənilməyə  və ondan  yeni  arzuya  sürətli  keçid 

xoşbəxtlik  və  rifah  olduğu  kimi,  eləcə  də  sürətli  melodiyalar, 

əhəmiyyətli dərəcədə kənaraçıxmalar olmadan, şəndirlər; ləng, 

əzablı dissonanslara düşən və yalnız çoxsaylı taktlardan keçərək 

yenidən  tonikaya  gəlib  çatan  melodiyalar  isə  qəmgindir,  onlar 

gecikdirilmiş,  çətinləşdirilmiş  ödənilmənin  analogiyasını  təşkil 

edirlər. İradənin yeni impulsunun ləngidilməsi, languor davamlı 

olaraq  saxlanılan  tonikadan  savayı,  özünə  başqa  ifadə  tapa 

bilməz; amma onun təsiri tezliklə dözülməz ola bilər: həddindən 

artıq monoton, ifadəli olmayan melodiyalar buna yaxındır. Rəqs 

musiqisinin qısa, asanlıqla tutulan ifadələri sanki yalnız asanlıqla 

əldə  oluna  bilən,  hərgünkü  xoşbəxtlik  barədə  danışır;  əksinə, 

Allegro  maestoso

54

 geniş  cümlələrdə,  uzun  gedişlərdə,  uzaq 



kənaraçıxmalarda  uzaq  məqsədə  yönələn  və  sonda  ona  nail 

olan  daha  ciddi  və  nəcib  canatmanı  ifadə  edir.  Adagio



55

 hər 

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

 

412 



hansı  bir  xırda  xoşbəxtliyə  nifrət  bəsləyən  böyük  və  nəcib 

canatmanın  əzabları  barəsində  danışır.  Amma  Moll  və  Dur



56

 

təsirləri  necə  də  füsunkardır!  Necə  də  heyrətamizdir  ki,  bircə 



yarımton  dəyişiklik,  böyük  tersiyanın  meydana  çıxması  əvəzinə 

kiçik  tersiyanın  meydana  çıxması  dərhal  və  qaçılmaz  olaraq 

ürkək, həsrətli bir hiss doğurur, Dur isə bizi ondan elə o cür, ani 

olaraq  xilas  edir!  Adagio  böyük  kədərin  ifadəsinə  Mollda  nail 

olur,  sarsıdıcı  fəryada  çevrilir.  Mollda  rəqs  musiqisi  guya  xırda 

xoşbəxtlikdə uğursuzluq mənasını verir, buna nifrət etmək daha 

yaxşı olardı; o, sanki əzablı səylər yolu ilə alçaq bir məqsədə nail 

olmadan  bəhs  edir.    Mümkün  melodiyaların  tükənməzliyi 

fərdlərin,  fizionomiyaların  və  həyat  yollarının  müxtəlifliyində 

təbiətin  tükənməzliyinə  uyğun  gəlir.  Bir  tondan  başqasına 

əvvəlki  ilə  əlaqəni  tamamilə  kəsərək  baş  verən  keçid  ölümə 

bənzəyir, çünki onun daxilində fərd öz sonunu görür; amma bu 

fərddə  təzahür  edən  iradə  əvvəllər  başqa  fərdlərdə  təzahür 

edərək    yaşadığı  kimi  yaşamaqda  davam  edir,  amma,  onların 

şüuru birincinin şüuru ilə əlaqəyə malik deyildir.  

Amma  gətirilən  bütün  analogiyaları  göstərərək,  heç  bir 

vaxt unutmaq olmaz ki, musiqi onlara qarşı birbaşa deyil, yalnız 

vasitəli,  dolayı  münasibətə  malikdir,  çünki,  o,  əsla  təzahürü 

deyil,  müstəsna  olaraq  daxili  mahiyyəti,  bütün  hadisələrin 

özlüyündəsini,  iradənin  özünü  ifadə  edir.  O,  elə  buna  görə  də, 

bu  və  ya  başqa  ayrıca  sevinci,  bu  və  ya  başqa,  kədəri,  əzabı, 

dəhşəti, şadyanalığı, şənliyi və ya ruhi sakitliyi ifadə etmir: yox, 

o,  sevinci,  kədəri,  əzabı,  dəhşəti,  şadyanalığı,  şənliyi  və  ya  ruhi 

sakitliyi  ümumiyyətlə,  onlar  necə  varsa  özlüyündə,  müəyyən 

dərəcədə in abstracto ifadə edir, onların mahiyyətini hansısa bir 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

 

413 



kənar əlavə  və motivlər olmadan ifadə edir. Bununla belə, biz 

onu  bu  sıxılıb  çıxarılmış  mükəmməllik  kvintesensiyasında, 

cövhərində  başa  düşürük.  Buradan  isə  belə  alınır  ki,  o,  

fantaziyamız  elə  asanlıqla  oyadır  ki,  fantaziya  bu,  bizimlə 

bilavasitə  olaraq  danışan,  lakin  görünməyən,  yalnız  musiqi 

vasitəsilə  canlandırılan  ruhlar  dünyasını  formalaşdırmağa,  ona 

qan  və  can  verməyə  çalışır,  yəni  onu  analoji  nümunədə 

təcəssüm  etdirməyə  can  edir.  Mahnının  sözlərlə  oxunmasının 

və,  nəhayət,  mətni,  buna  görə  də,  heç  bir  vaxt  öz  tabeli 

rolundan  çıxa  bilməyən  və  başlıca  amil  ola  bilməyən  operanın 

mənbəyi  burada  yatır,  bu  mətn  musiqini  yalnız  özünü  ifadə 

etmək  üçün  vasitə  etməməlidir:  bu  –  yaramaz    və  səhv 

praktikadır və böyük  yanılmadır. Zira musiqi hər bir yerdə yalnız 

həyatın  və  onun  hadisələrinin  cövhərini  ifadə  edir,  amma  əsla 

hadisənin özünü ifadə etmir, buna görə də, onların fərqləri ona 

hökmən  təsir  göstərməli  deyil.  Məhz  bu,  müstəsna  olaraq  ona 

xas  olan  ümumilik,  ciddi  müəyyənlik  şərti  ilə,  ona  o  yüksək 

mənanı verir, bu mənaya o,  bütün əzablarımıza qarşı panaseya, 

yəni  ümumi  məlhəm  kimi  malikdir.  Beləliklə,  əgər,  musiqi 

həddindən  artıq  sözlərin  ardınca  gedirsə  və  hadisələrə 

uyğunlaşırsa,  onda  o,  özgə  dildə  danışmağa  səy  edənlərə 

bənzəyir.  Heç  kəs  bu  səhvdən  Rossini  qədər  yan  keçə 

bilməmişdir;  ona  görə  də,  onun  musiqisi  sözlərə  qətiyyən 

ehtiyac duymadan öz məxsusi dilində aşkar və təmiz bir tərzdə 

danışır və hətta yalnız bir instrumental ifada belə özünün bütün 

qüdrəti ilə təsir göstərir. 

Bütün  bunların  nəticəsində  biz  hadisələr,  təzahürlər 

dünyasını,  və  ya  təbiəti  və  musiqini  eyni  şeyin  iki  müxtəlif 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

 

414 



ifadəsi  kimi  nəzərdən  keçirə  bilərik,  bu  şeyin  özü  isə,  beləliklə, 

onlar  arasında  analogiyaların  vahid  əlaqələndirici  həlqəsini 

təşkil  edir,  –  bu  həlqənin  dərk  olunması  həmin  analogiyanın 

müəyyənləşdirilməsi üçün zəruridir. Elə buna görə də, dünyanın 

ifadəsi kimi nəzərdən keçirilən musiqi - yüksək dərəcədə ümumi 

dildir,  bu  dilin,  hətta  anlayışların  ümumiliyinə  münasibəti 

demək  olar  ki,  onların  –  ayrıca  şeylərə  münasibəti  kimidir. 

Amma onun ümumiliyi – qətiyyən mücərrədliyin boş ümumiliyi 

deyildir,  onun  tamamilə  başqa  xarakteri  vardır  və  o,  tam  və 

aydın müəyyənliklə bağlıdır. Bu cəhətdən o, həndəsi fiqurlara və 

ədədlərə  oxşardır  ki,  onlar  təcrübənin  bütün  mümkün 

obyektlərinin  ümumi  formaları  olaraq  bütün  a  priori  olaraq 

olanlara  tətbiq  oluna  biləndirlər,  bununla  belə,  mücərrəd 

deyillər,  əyanidirlər  və  həmişə  müəyyəndirlər.  İradənin  bütün 

mümkün  canatmaları,həyacanları  və  təzahürləri,  insanın  əziz 

tutduğu  bütün  o  məhrəm  əməllər  ki,  zəka  onları  geniş  mənfi 

"hiss"  anlayışında  birləşdirir,  –  bütün  bunlar  mümkün 

melodiyaların  sonsuz  çoxluğunda  ifadəyə  yatır,  amma  həmişə 

yalnız  bir  formanın  ümumiliyində  ifadə  olunur,  məzmun 

olmadan,  hadisədə  deyil,  hökmən  özlüyündə,  –  sanki  onun 

bədənsiz məhrəm ruhu olaraq ifadə olunur. Musiqini bütün hər 

bir  şeyin  həqiqi  mahiyyəti  ilə  əlaqələndirən  bu  intim 

münasibətdən  çıxış  edilərək  o  fakt  da  izah  olunur  ki,  əgər 

hansısa  bir  səhnədə,  situasiyada,  hansısa  əməldə  və  hadisədə 

uyğun  musiqi  səslənirsə,  onda  o,  bizə  sanki  onların  sirli 

mənasını açır və onların doğru və daha yaxşı şərhi olur  və kim 

özünü  bütövlükdə  simfoniyanın  yaratdığı  təəssüratın  ixtiyarına 

verirsə,  ona  elə  görünür  ki,  həyatın  və  dünyanın  bütün 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

 

415 



hadisələri  onun  gözləri  qarşısından  gəlib  keçir,  amma  özünə 

gəldiyi  zaman  bu  oyunla  onun  qarşısından  keçənlər  arasında 

hansısa  bir  oxşarlığı  göstərə  bilmir.  Zira  musiqi,  artıq  deyildiyi 

kimi,  incəsənətin  bütün  başqa  növlərindən  onunla  fərqlənir  ki, 

o,  hadisələri  və  ya,  daha  düzgün  deyilsə,  iradənin  adekvat 

obyektliyini  əks  etdirmir,  bilavasitə  olaraq  iradənin  özünü  əks 

etdirir  və  beləliklə,  dünyada  fiziki  olan  bütün  hər  bir  şey  üçün 

metafizik olanı, bütün hadisələr üçün – özündə şeyi göstərir. Elə 

buna  görə  də,  dünyanı  həm  öz  təcəssümünü  tapmış  musiqi, 

həm  də  öz  təcəssümünü  tapmış  iradə  adlandırmaq 

mümkündür;  bununla  o  da  izah  olunur  ki,  nəyə  görə  musiqi   

gerçək həyatın və dünyanın hər hansı bir mənzərəsinin və hətta 

bir  səhnəsinin  mənasını,  əhəmiyyətini  dərhal  yüksəldir,  –  və 

əlbəttə  ki,  o  onun  melodiyası  verilən  hadisənin  daxili  ruhuna  

analoji  olduğu  dərəcədə  güclüdür.  O  məqamda  buna 

əsaslanmışdır  ki,  şeiri  musiqiyə  mahnı  şəklində,  əyani  təsviri  – 

pantomima  şəklində,  və  ya  onların  hər  ikisini  opera  şəklində 

çevirmək,  uyğunlaşdırmaq  mümkündür.  İnsan  həyatının 

musiqinin  ümumi  dili  ilə  ifadə  olunan  belə  ayrıca  mənzərələri 

heç    vaxt  onunla  şərtsiz  zərurətlə  və  ya  tam  uyğunluqla  bağlı 

deyildir,  onunla  ixtiyari  olaraq  seçilmiş  nümunənin  ümumi 

anlayışa  münasibətinə  oxşar  münasibətdədir;  onlar  gerçəkliyin 

müəyyən  cizgilərində  o  şeyi  təmsil  edirlər  ki,  musiqi  onu  xalis 

formanın  ümumiliyində  ifadə  edir.  Zira  melodiyalar,  ümumi 

anlayışlara  oxşar  olaraq  müəyyən  dərəcədə  gerçəkliyin 

abstraksiyasıdır.  Sonuncu,  yəni  ayrıca  şeylərin  dünyası,  əyani, 

xüsusi  və  fərdi  olanı,  ayrıca  halı  gətirir  –  həm  anlayışların 

ümumiliyi, həm də melodiyaların ümumiliyi üçün; amma bu iki 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

 

416 



ümumilik  məlum  cəhətdən  bir-birinə  əksdir,  zira  anlayışlar 

özlərinə  yalnız  ilkin  seyrdən  mücərrədləşmiş  formaları,  sanki 

şeylərin  çıxardılmış  xarici  qabığını  daxil  edirlər,  –  yəni  əsl 

abstraksiyadırlar,  halbuki    musiqi  hər  hansı  bir  formadan  öncə 

gələn  gizli,  məhrəm  toxumu  və  ya  şeylərin  özəyini  verir.  Bu 

münasibəti  sxolastiklərin  dilində  daha  yaxşı  ifadə  etmək 

mümkündür:  anlayışlar  –  universalia  post  rem,  musiqi  – 

universalia  ante  rem  verir,  gerçəklik  isə  –  universalia  in  re

57



Məşhur  şeirə  qoşulan  melodiyanın  ümumi  mənasına  başqa, 

ixtiyari olaraq seçilmiş söz illüstrasiyaları da onda ifadə olunmuş 

ümumiyə eyni dərəcədə uyğun gələ bilər; bax, elə buna görə də, 

eyni kompozisiya bir çox misralara müvafiq gəlir, bax, elə buna 

görə  də,  məzhəkə,  vodevil  bundan  yaranmışdır.  Ümumiyyətlə, 

kompozisiya ilə əyani təsvir arasında əlaqə imkanının özü, artıq 

deyildiyi  kimi,  ona  əsaslanır  ki,  onlar  dünyanın  eyni  daxili 

mahiyyətinin  yalnız  tamamilə  müxtəlif  ifadələri  olaraq  çıxış 

edirlər.  Və  budur,  belə  bir  əlaqənin  həqiqətən  mövcud  olduğu 

ayrıca  halda,  yəni  bəstəkarın  musiqinin ümumi dilində  verilmiş 

hadisənin məğzini təşkil edən iradə hərəkətlərini izah edə bildiyi 

halda  mahnının  melodiyası,  operanın  musiqisi  çox  ifadəli  olur. 

Amma  bəstəkar  tərəfindən  tapılan  bu  analogiya  onun  zəkası 

üçün  şüursuz  olaraq,  dünyanın  mahiyyətinin  bilavasitə 

idrakından  irəli  gəlməli  və  anlayışların  köməyi  ilə  şüurlu  –

bilərəkdən  edilən  təqlid  olmamalıdır.  Əks  halda,  musiqi  daxili 

mahiyyəti, iradənin özünü ifadə etmir, yalnız onun təzahürünün 

surətini  qeyri-qənaətbəxş  çıxarır,  təqlidi  musiqidə  bu,  elə  belə 

də olur, məsələn, Haydna məxsus olan "İlin fəsilləri"ndə olduğu 

kimi;  onun  "Dünyanın  yaradılması"  əsəri  də  belədir,  xüsusən 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

 

417 



xarici  dünya  hadisələrinin    bilavasitə  təqlidi  səslənən  yerlərdə 

bataliya  xarakterli  bütün  pyeslər  də  belədir.  Bu  isə,  tamamilə 

yolverilməzdir.  

Hər  cür  musiqinin  təsvirəgəlməz  səmimiliyi,  o  şey  ki, 

onun  sayəsində  o,  bizim  qarşımızda  tamamilə  yaxın  və  bir  o 

qədər də əbədi uzaq bir behişt kimi, tamamilə anlaşıqlı olan və 

o qədər də izah edilə bilməyən kimi dayanır, – bütün bunlar ona 

əsaslanır  ki,  musiqi  hansısa  reallığın  xaricində  və  onun 

əzablarından  uzaqlarda  bizim  varlığımızın  bütün  məhrəm 

hərəkətlərini  yenidən  canlandırır.  Və  ona  xas  olan,  onun 

bilavasitə  sahəsindən  gülməli  olan  bütün  hər    şeyi  tamamilə 

çıxaran ciddilik də həmçinin onunla izah olunur ki, onun obyekti 

–  təsəvvür  deyildir  ki,  aldanmaq  və  gülmək  yalnız  ona 

münasibətdə  mümkündür:  yox,  onun  bilavasitə  obyekti  – 

iradədir, iradə isə mahiyyəti etibarı ilə ən ciddi olandır, o şeydir 

ki,  bütün  hər    şey  ondan  asılıdır.  Musiqi  dilinin  məzmun  və 

məna  ilə  zəngin  olmasını  hətta  təkrarlanma  işarələri  və  Da 

capo

58

 göstərir,  onlar  söz  sənəti  əsərlərində  dözülməz  olmuş 



olardılar,  burada  isə,  əksinə,  olduqca  məqsədəuyğun  və 

səmərəlidirlər,  zira  verilmiş  yerin  tam  dərk  olunması  üçün  onu 

iki dəfə dinləmək lazımdır.  

Əgər  musiqinin  bütün  bu  təsvirində  mən  son  dərəcə 

ümumi  dillə    dünyanın  o  daxili  varlığı  və  özündə  şeyini 

göstərməyə  çalışdımsa  ki,  bunu  biz  özlüyündə  onun  ən  aydın 

təzahürləriniə  görə  iradə  anlayışında  düşünürük  və  o,  onu 

eynicinsli  materialda  –  yalnız  səslərdə  ifadə  edir,  özü  də  ən 

böyük  dəqiqlik  və  doğruluqla;  əgər,  bundan  sonra,  mənim 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

 

418 



baxışıma  və  məramıma  uyğun  olaraq,  fəlsəfə  dünyanın 

mahiyyətinin  ümumi  anlayışlarda  tam  və  doğru  bir  şəkildə 

yenidən  canlandırılması  və  ifadəsi  olmaqdan  başqa  bir  şey 

deyildirsə,  zira  bu  mahiyyətin  tam  əhatəli  və  hərtərəfli 

nəzərdən keçirilmiş yalnız belə anlayışlarda mümkündür, – onda 

məni  izləyən  və  fikir  tərzimi  bölüşən  oxucu  mənim  aşağıdakı 

sözlərimdə  elə  bir  əhəmiyyətli  paradoks  görməyəcəkdir:  əgər 

musiqinin  tamamilə  düzgün,  tam  və  ən  xırda  detallara  qədər 

belə  gedib  çatan  izahını  tapmaq  müyəssər  olsaydı,  yəni  onun 

özü  ilə  nə  ifadə  etdiyini  anlayışlarda  təfsilatı  ilə  yenidən 

yaratmaq  nəsib  olsaydı,  onda  bu,  eyni  zamanda  dünyanın  da 

anlayışlarda  mükəmməl  surətdə  canlandırılması,  yenidən 

yaradılması  və  kifayət  qədər  izah  edilməsi  olardı  və  ya  ona 

(dünyaya)  tamamilə  uyğun  olardı,  yəni  həqiqi  fəlsəfə  olmuş 

olardı. Və, deməli, Leybnitsin  yuxarıda xatırladığımız kəlamı dar 

mənada,  tamamilə  düzgündür,  biz  musiqinin  özümüzün  daha 

dərin  anlamamız  ruhunda  onu  belə  parodiya  edə  bilərdik: 

Musica  -  exercitium  metaphysices  occultum  nescientis  se 

philosophari animi [musiqi – filosofluq etdiyini bilmədən ruhun 

şüursuz metafizik məşqidir]. Zira scire – bilmək – hər yerdə bu 

mənanı  verir:  mücərrəd  anlayışlara  düzmək.  Amma  belə  ki, 

sonradan,  Leybnits  tərəfindən  söylənilən  kəlamın  dəfələrlə 

təsdiq olunmuş doğruluğu üzündən, musiqi, onun estetik və ya 

daxili  mənası  ilə  yanaşı,  -yalnız  xarici,  zahiri  tərəfdən,  xalis 

empirik  olaraq  nəzərdən  keçirilən  musiqi  o  böyük  ədədləri  və 

ədədi münasibətləri bilavasitə və in concrete olaraq dərk etmək 

vasitəsi  olmaqdan  başqa  bir  şey  deyildir  ki,  onları  biz, 

ümumiyyətlə,  yalnız  vasitəli,  dolayı  olaraq,  anlayışlarda  dərk 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

 

419 



edə bilərik, – onda, musiqiyə dair bu iki son dərəcə müxtəlif və 

amma  hər  halda  düzgün  baxışı  birləşdirərək,  biz  özümüzdə 

ədədlər  fəlsəfəsinin  mümkünlüyü  barədə  anlayış  yaratmağı 

bacarırıq,  Pifaqorun,  həmçinin  də  çinlilərin  "İ  tszin"də  fəlsəfə 

belə  idi,  və  Sekst  Empirik  tərəfindən  gətirilən  ifadəni  də  bu 

mənada  şərh  etmək  olar  (Adv.  Math.  L.  VII):  τω  αριυμω  δε  τα 

παντ`  επεοικεν  *hər    şey  ədədə  oxşayır+.  Və əgər,  nəhayət,  biz 

bu  baxışı  harmoniyanın  və  melodiyanın  bizim  əvvəlki  şərhimiz 

ilə tutuşdursaq, onda bilərik ki, Sokratın onu müəyyənləşdirmək 

istədiyi  kimi

59

 xalis  əxlaq  fəlsəfəsi  təbiətin  izahı  olmadan, 



harmoniyasız  o  melodiyaya  tam  oxşardır  kı,  bunu  Russo 

müstəsna  dərəcədə  arzulayırdı;  və  bunun  əksinə  olaraq,  etika 

olmadan xalis fizika və metafizika melodiyasız xalis harmoniyaya 

uyğun gəlir. 

Bu epizodik mülahizələrə mən daha bir neçə qeydi əlavə 

etmək  istərdim,  bu  qeydlər  musiqinin  təzahür  dünyası  ilə 

analogiyasına  aiddir.  Əvvəlki  kitabda  biz  müəyyənləşdirmişdik 

ki,  iradənin  ən  yüksək  pillədə  təcəssümü  olan  insan  yalqız  və 

təcrid  olunmuş  şəkildə  meydana  çıxa  bilməzdi,  ondan  öncə 

aşağı  pillələr  gəlməli  idi,  onlar  da  öz  növbəsində  daha  aşağı 

pillələr olmasını şərt qoyurlar, musiqi də, iradəni  eynilə bu cür 

dünyaya  oxşar  olaraq,  bilavasitə  olaraq  obyektivləşdirir, 

mükəmməlliyə  yalnız  tam  harmoniyada  nail  olur.  Melodiyanın 

yüksək  aparıcı  səsinin,  təəssürat  yaratmaqdan  ötrü,  ən  aşağı 

basa qədər bütün başqa səslərin müşayiətinə ehtiyacı vardır, ən 

aşağı  basda  isə  onların  hamısının  mənbəyini  görmək  lazımdır; 

melodiyanın özü tərkib hissə olaraq harmoniyaya daxildir, eləcə 

də  harmoniya  ona;  və ona  oxşar  olaraq  ki,  musiqi  ifadə  etmək 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

 

420 



istədiyini  yalnız  bu  üsulla,  yalnız  tamsəsli  bütövdə  ifadə  edir, 

eləcə də vahid və zamandankənar iradə mükəmməl təcəssümü 

yalnız  bütün  pillələrin  tam  bir  şəkildə  birləşdirilməsində  tapır, 

bu pillələr onun varlığını, mahiyyətini durmadan artmaqda olan 

aşkarlanmanın sonsuz qammasında  açır. Aşağıdakı analogiya da 

olduqca  diqqətə  layiqdir.  Əvvəlki  kitabdan  bildiyimiz  kimi, 

iradənin  bütün  təzahürlərinin  növlər  olaraq  bir-birinə 

uyğunlaşmasına  (elə  bu  da,  teleoloji  dünyaseyrinə  əsas 

vermişdir)  baxmayaraq,  fərdlər  olaraq  adı  çəkilən  təzahürlər 

arasında  qarşıdurma  hər  halda  aradan  qaldırılmamış  qalır,  bu 

qarşıdurma  bütün  pillələrdə  müşahidə  olunur  və  dünyanı  eyni 

iradənin  bütün  bu  təzahürləri  arasında  daimi  mübarizə 

meydanına çevirir, buradan da, onun öz-özü ilə daxili ziddiyyəti 

aşkara  çıxır.  Musiqidə,  hətta  buna  harmonik  də  də  hansısa 

uyğunluq  vardır.  Yəni: tonların tamamilə  xalis  sistemi  mümkün 

deyildir,  təkcə  fiziki  cəhətdən  deyil,  hətta  həm  də  hesabi 

cəhətdən.  Vasitəsilə  tonların  ifadə  oluna  biləcəyi  ədədlərin 

özləri  həllolunmaz  irrasionallığa  malikdirlər:  hətta  elə  bir 

qammanı  hesablayıb  müəyyən  etmək  mümkün  deyil  ki,  onun 

daxilində  heç  bir  kvinta  əsas  tona  2-nin  3-ə  olan  nisbətində 

olmuş olsun, hər bir böyük tersiya 4-ün 5-ə, hər bir kiçik tersiya 

5-in  6-ya  və  i.a  nsibətində  olmuş  olsun.  Zira  əgər  tonlar  əsas 

tona  düzgün  nisbətdədirlərsə,  onda  onların  bir-birinə  nisibəti 

artıq  düzgün  deyildir,  ona  görə  ki,  məsələn,  kvinta  sanki 

tersiyanın  kiçik  tersiyası  və  i.a.  olmalı  idi,  –  qammanın  tonları 

aktyorlara  oxşardırlar,  onlar  gah  bu,  gah  da  başqa  rolu 

oynamalıdırlar.    Elə  bu  səbəbdən  də,  düzgün  musiqini  nəinki 

həyata  keçirmək,  hətta  təsəvvür  etmək  belə  mümkün  deyildir, 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

 

421 



və buna görə də, hər bir mümkün musiqi mükəmməl xalislikdən 

yayınır:  o,  ona  xas  olan  dissonansları.  onları  bütün  tonlar  üzrə 

bölüşdürmək,  yəni  temperasiya

60

 vasitəsilə  yalnız  maskalaya 



bilər  (Bu  barədə  bax.  Xladni,  "Akustika",  §  30,  və  onun  "Səslər 

haqqında təlimin qısa xülasəsi", səh. 12.

*

)  


Mən musiqinin yalnız zaman daxilində və onun vasitəsilə 

baş  verən  qavranılma  üsulu  ilə  bağlı    yenə  də  nəsə  əlavə  edə 

bilərdim, məkanın tam istisna edilməsi şərti ilə və səbəbiyyətin 

dərk  edilməsi  olmadan,  yəni  dərrakədən  asılı  olmayaraq:  zira 

səslər  estetik  təəssüratı  artıq  öz  təsiri  ilə  yaradırlar,  və  seyrdə 

olduğu  kimi  onların  səbəbinə  gedib  çıxmaq  bizə  əsla  lazım 

deyildir.  Amma  mən  bu  düşüncələri  davam  etdirməyəcəyəm, 

ona görə ki, mən özümün bu üçüncü kitabımda artıq, ehtimal ki, 

kiməsə həddindən artıq təfsilatçı kimi görünmüşəm və ya artıq 

detallara varmışam. Amma məni buna mənim məqsədim təhrik 

etmişdir  və  incəsənətin  vacibliyini  və  yüksək  dəyərini  diqqət 

mərkəzinə  gətirərək  məni  buna  görə  mühakimə  etməzlər,  bu 

məziyyətlər  nadir  hallarda  yetərincə  qəbul  olunurlar;  qoy 

düşünsünlər  ki,  əgər,  baxışımıza  uyğun  olaraq,  bütün  görünən 

dünya  –  yalnız  iradənin  təcəssümüdürsə,  onun  özünüdərki  və 

hətta,    tezliklə  görəcəyimiz  kimi,  onun  bağışlanma,  günahının 

yuyulma imkanı üçün onu müşayiət edən güzgüsüdürsə və əgər, 

eyni zamanda, təkcə özü, arzudan ayrıcalaşmış olaraq nəzərdən 

keçirilən təsəvvür kimi dünya şüura daxil olursa, dünya həyatın 

ən fərəhli və yeganə  məsum tərəfidirsə, – onda biz incəsənətdə 

bütün  bu  xassələrin  daha  yüksək  dərəcəsini,  daha  mükəmməl 

                                                           

*

 II cildin 39-cu fəsli buraya aiddir. 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

 

422 



inkişafını  görməliyik,  zira  o,  mahiyyəti  etibarı  ilə  görünən 

dünyanın  verdiyini  verir,  ancaq  daha  toparlanmış  bir  surətdə, 

daha dolğun, daha artıq dərəcədə şüurlu və məramlı olaraq, və 

buna  görə  də,  sözün  tam  mənasında  həyatın  rəngii  adlandırıla 

bilər.  Əgər  bütün  təsəvvür  kimi  dünya  iradənin  yalnız 

görüntüsüdürsə, 

onda 

incəsənət 



bu 

görüntünün 

aydınlaşdırılması,  camera  obscuradır  ki,  o,  da  şeyləri  aşkar  bir 

tərzdə  göstərir  və  onları  daha  yaxşı  nəzərdən  keçirmək  və 

tutmaq  imkanını  verir,  –  pyes  pyesdə,    "Hamlet"də    səhnə 

səhnədə. 

Gözəl  olan  bütün  hər  bir  şeydən  həzz  alma,  sənətin 

verdiyi  təsəlli,  sənətkara  həyatın  məşəqqətlərini  unutmağa 

imkan  verən  sənətkar  entuziazmı,  –  bütün  bunlar  dahinin 

başqaları  qarşısında  üstünlüyüdür,  yalnız  bu,  onun  şüurunun 

daha çox nurlandığı ölçüdə artan əzabının, ona yad olan nəslin 

səhrasındakı tənhalığının əvəzini verir, – bütün bunlar sonradan 

gözlədiyimiz  kimi  ona  əsaslanır  ki,  özlüyündə  həyat,  iradə, 

varlığın  özü  -  daimi  qismən  miskin,  qismən  dəhşətli  əzabdır, 

yalnız  xalis  seyrdə,  təsəvvür  olaraq  götürüldükdə  və  ya  sənət 

tərəfindən  yenidən  yaradıldıqda  isə  əzablardan  azad  olan  o 

görkəmli, əlamətdar bir mənzərəni təzahür etdirir. Dünyanın bu 

xalis  dərk  edilə  bilən  tərəfi  və  onun  hansısa  incəsənətdə 

yenidən  canlandırılması  –  sənətkarın  xisləti,  siqləti  bax  budur. 

Onu  iradənin  təcəssümünün  mənzərəsi  özünə  bənd  edir,  o, 

özünü  onun  ixtiyarına  verir  və  onu  seyr  etməkdən  və  öz 

əsərlərində  yenidən  yaratmaqdan  yorulmur  və  bu  tamaşanın 

qoyulması məsrəfinin yükünü öz üzərinə götürür, yəni onun özü 

–  o  iradədir  ki,  obyektivləşir  və  daimi  əzabda  olur.  Dünyanın 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

 

423 



mahiyyətinin  bu  xalis,  həqiqi  və  dərin  idrakı  onun  üçün 

özlüyündə  məqsədə  çevrilir,  və  o,  özünü  bütövlükdə  onun 

ixtiyarına  verir.  Elə  buna  görə  də,  o,  onun  üçün  iradənin 

kviyetivinə  çevrilmir,  tam  özünətəslimə,  itaətə  nail  olmuş 

müqəddəs övliya üçün olduğu  kimi: o, onu həyatdan həmişəlik 

alıb  aparmır,    yalnız  bir  anlığa  ondan  ayırır,  və  deməli,  o,  onu 

hələ  ki,  həyatdan  götürüb  aparan  yol  deyildir,  ondakı  yalnız 

müvəqqəti  bir  təsəllidir,  o  vaxtacan  ki,  onun  bundan  artmış 

qüvvələri,  nəhayət,  bu  oyundan  yorulub  usanacaqlar  və 

ciddiyyətə  doğru  üz  tutacaqlar.  Belə  bir  keçidin  simvolunu 

Rafaelin  Sesiliyasında  görmək  mümkündür

61

.  Növbəti  kitabda 



biz də ciddi olana müraciət edək.  

 

 



 

 


 

 

 



DÖRDÜNCÜ KİTAB 

 

 



 

BİR İRADƏ OLAN DÜNYA HAQQINDA 

 

İKİNCİ DÜŞÜNCƏ: 

HƏYAT İRADƏSİNİN TƏSDİQİ VƏ İNKARI NAİL OLUNMUŞ ÖZÜNÜDƏRK HALINDA 

 

 

 

 



 

 

 



Tempore quo cognitio simul advenit, amore medio supersurrexit.  

 (İdrak gələn kimi məhəbbət ortadan qalxdı).  

 

 

Oupnek'hat, studio Anquetil Duperron, 



                                                     vol.II, p.216.  

 

 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                 Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

425 


 

 

 



 

 

 




Yüklə 6,14 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin