Artur Şopenhauer "Dünya: iradə və təsəvvür kimi"
477
olunan iradənin təsdiqini elə uzağa genişləndirir ki, bu başqa bədənlərdə təzahür olunan
iradənin inkarına çevrilir. Biz həmçinin tamamilə ümumi nümunələrdə o sərhədi göstərdik ki,
haqsızlıq sahəsi buradan başlayır və bəzi əsas anlayışların köməyi ilə onun yüksək dərəcələrdən
aşağı dərəcələrə kimi qradasiyasını müəyyənləşdirdik. Buna uyğun olaraq, haqsızlıq anlayışı ilkin
və müsbətdir, ona əks olan hüquq anlayışı isə ixtiyari və mənfidir. Axı sözlərə deyil, anlayışlara
istinad etmək lazımdır. Əslində, əgər haqsızlıq mövcud olmasaydı, heç bir vaxt hüquq haqqında
danışmaq mümkün olmazdı. Zira hüquq anlayışı yalnız haqsızlığın inkarını özündə ehtiva edir, və
göstərilən sərhədi keçməyən hər hansı bir əməl ona aid edilir, yəni öz iradəsinin ən güclü təsdiqi
xatirinə özgə iradəsinin inkarı deyil. Bu sərhəd beləliklə, bütün mümkün əməllər sahəsini xalis
əxlaqi cəhətdən haqlı və ya haqsız ( düzgün və ya qeyri-düzgün) olanlara ayırır. Əgər əməl özgə
iradəsinin təsdiqi sferasına yuxarıda təsvir olunan yolla soxulmursa, onu inkar etmirsə, onda o
hüququn pozulması haqsızlıq deyil. Buna görə də, məsələn, son dərəcə ehtiyac içində olanda
kömək etməkdən imtina etmə, özü bolluq içərisində olmasına baxmayaraq, özgənin acından
öldüyü zaman bunu sakitcə seyr etmə iblisanə bir amansızlıq olsa da, hüququn pozulması
demək deyildir: amma tam səhihliklə demək olar ki, yalnız amansızlıqda və daşürəkliliyində belə
bir uzaq getməyə qabil olan kəs, şübhəsizdir ki, onun istəklərinin tələb etdiyi istənilən haqsızlığı
edəcək və buna heç nə mane olmayacaqdır.
Amma haqsızlığın inkarı kimi hüquq anlayışı özünün əsas tətbiqini və şübhəsizdir ki, ilkin
mənbəyini o hallarda tapır ki, bu hallarda haqsızlıq cəhdinə qüvvə vasitəsilə müqavimət
göstərilir; belə bir müqavimət öz növbəsində haqsızlıq ola bilməz və deməli, o, hüquqdur,
baxmayaraq ki, bu zaman həyata keçirilən zorakılıq, özlüyündə və ayrılıqda götürüldükdə haqsız
ola bilərdi və burada isə motivinə görə ona bəraət qazandırılır, yəni o hüquqa çevrilir. Əgər
hansısa fərd öz iradəsinin təsdiqində o qədər çox uzağa gedirsə ki, iradənin özlüyündə mənim
şəxsiyyətimə xas olan təsdiqi sferasına zorla girir və bununla da onu inkar edir, onda mənim
belə bir təcavüzə müqavimətim yalnız bu inkarın inkarıdır və nə qədər ki mənim tərəfimdən -
bu, yalnız mənim bədənimdə əzəldən mövcud olan və təzahür olunan iradənin, bu bədənin
implicite ifadə olunan artıq bir təzahüründəki təsdiqidir, deməli, mənim tərəfimdən haqsızlıq
yox.haqdır. Bu, o deməkdir ki, mən bu zaman özgə inkarı onun aradan qaldırılması üçün zəruri
olan bütün qüvvələrimlə inkar etmək hüququna malikəm, bu isə, asanlıqla anlamaq
mümkündür ki, digər fərdin öldürülməsinə qədər gedib çıxa bilər, onun təcavüzü kənardan qəsd
edən zorakılıq olaraq ondan daha üstün müqavimətlə hər hansı bir ədalətsizlik olmadan, yəni
hüquqa uyğun bir şəkildə dəf oluna bilər, zira mənim tərəfimdən edilən hər bir şey, əlbəttə ki,
yalnız özlüyündə mənim şəxsiyyətimə xas olan və iradənin onun tərəfindən təsdiqinin (bu təsdiq
mübarizə meydanıdır) artıq ifadə olunmuş sferasındadır, özgə, yad sahəyə zorla girmir; deməli,
mənim göstərdiyim əks-təsir yalnız inkarın inkarıdır, yəni nəsə müsbət olan şeydir, yeni bir inkar
deyildir. Beləliklə, mən ədalətsizlik törətmədən iradəmi inkar edən özgə iradəni məcbur edə
bilərəm, sonuncunun, yəni mənim iradəmin mənim bədənimdə özünün qorunub saxlanılması
üçün onun qüvvələrindən istifadə olunmasında təzahür olunduğu qədər onun elə həmin
çərçivələr daxilində qalan hansısa başqasının iradəsini inkar etmədiyi dərəcədə – mən bu özgə
inkarçı iradəni bu inkardan imtina etməyə məcbur edə bilərəm, yəni mən verilən sərhədlər
daxilində məcbur etmə hüququna malikəm.
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Artur Şopenhauer "Dünya: iradə və təsəvvür kimi"
478
Mənim məcbur etmə hüququna malik olduğum bütün hallarda, mən başqalarına qarşı
zorakılıq işlətmək hüququna tam malikəm, – mən həmçinin, şəraitə uyğun olaraq, özgənin
zorakılığına qarşı haqsızlıq etmədən, uyğun qaydada hiyləgərliyi qoya bilərəm; deməli, mən real
olaraq yalan danışmaq hüququna malikəm, – məhz o sərhədlərdə ki, bu sərhədlər daxilində
məcbur etmə hüququna malikəm. Elə buna görə də, onun üst-başını axtaran qulduru üstündə
daha heç nəyin olmadığını inandırmağa çalışan kəs tamamilə ədalətli olaraq hərəkət edir, –
eləcə də, gecə hücum edən qulduru aldadaraq zirzəmiyə çəkən və onu orada bağlı qapı
arxasında qoyan kəs də. O kəsi ki, quldurlar, məsələn, barbar ölkələrin birində ələ keçirmişlər və
əsir aparırlar, o, özünü azad etmək üçün onları öldürmək hüququna malikdir, özü də yalnız açıq
qüvvə ilə deyil, həm də hiyləgərliklə. Eyni səbəb ucbatından, birbaşa fiziki zorakılıqla alınmış vəd
qətiyyən icbari deyildir, zira belə bir məcburiyyətin qurbanı zorakılıq edənlərdən nəinki hiylə,
hətta
adamöldürmə vasitəsilə azad olmaq hüququna tam malikdir. Kim özünün oğurlanmış
əmlakını güc vasitəsilə qaytara bilmir, bunu hiyləgərlik vasitəsilə edirsə, heç bir ədalətsizliyə yol
verməmiş olur. Bundan əlavə: əgər kimsə mənə elə mənim oğurlanmış pullarımı uduzursa, onda
mən onunla oyunda saxta aşıqlardan istifadə etmək hüququna malikəm, belə ki, mənim
udduğum hər şey, artıq bu olmadan da mənə məxsusdur. Bununla razılaşmayan hər kəs hərbi
hiylənin də qanuniliyini inkar etlməlidir, zira sonuncu hətta faktiki aldatmadır və İsveç kraliçası
Xristinanın bir kəlamını təsdiq edir: “İnsanların sözləri heç bir dəyərə malik deyildir, və hətta
onların əməllərinə belə çətinliklə inanmaq olar”.
Deməli, haqlılığın və haqsızlığın sərhədləri öz aralarında bu qədər yaxındırlar? Bir də ki,
mən sübut etməyi artıq hesab edirəm ki, bütün bunlar aldatma və zorakılığın qanunsuzluğu
barədə mənim öncə dediklərimlə tamamilə uzlaşır; söylədiyim fikirlər, həmçinin məcburi
aldatma barədə qəribə nəzəriyyələrin aydınlaşdırılmasına da kömək edə bilər
*
.
Bütün əvvəlki söylənilənlərə uyğun olaraq, haqsızlıq və haqq – yalnız əxlaqi təriflərdir,
yəni insani davranışın öyrərənilməsinə tətbiqən özlüyündə və bu davranışın daxili mənasına
münasibətdə qüvvəyə malikdir. Sonuncu şüurda bilavasitə olaraq onunla ifadə olunur ki, bir
tərəfdən, haqsız əməllər daxili ağrı ilə müşayiət olunur, hüququ pozan tərəfindən hiss olunan
bu ağrı - onda, onun öz daxilində iradənin təsdiqinin həddindən artıq olması, özgə iradənin
təzahürünün inkar olunmasına qədər gəlib çatması hissidir; bu ağrı tutqun bir şəkildə onun dərk
olunmasıdır ki, hüququ pozanın bir hadisə, təzahür olaraq haqsızlığa məruz qalandan
fərqlənməsinə baxmayaraq, mahiyyəti etibarı ilə onunla eynidir. Bütün vicdan əzablarının bu
daxili mənasının sonrakı izahı yalnız aşağıdakı ola bilər. Digər tərəfdən, haqsızlığa məruz qalan
öz iradəsinin inkarını ağrılı bir şəkildə dərk edir, bu, onun bədənində və təbii tələbatlarında ifadə
olunan qədər tələbatların dərk edir, ödənilməsi üçün isə təbiət onu öz bədəninin qüvvələrinə
müraciət etməyə yönəldir; eyni zamanda o, dərk edir ki, əgər yalnız onun qüvvələri kifayət
etsəydi, o, bu inkara ədalətsizlik etmədən də hər cür təpki göstərə bilərdi. Bu xalis əxlaqi məna -
o yeganə mənadır ki, haqq və haqsızlıq bir vətəndaş olan insan üçün yox, bir insan olaraq insan
*
Hüquq haqqında burada şərh olunan təlimin sonrakı inkişafını mənim müsabiqəyə təqdim etdiyim
«Əxlaqın əsası barədə» əsərdə tapmaq mümkündür, § 7, birinci nəşrdə səh. 221-230.
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Artur Şopenhauer "Dünya: iradə və təsəvvür kimi"
479
üçün ona malikdirlər, bu məna təbii vəziyyətdə də hər hansı bir müsbət qanun olmadan da
saxlanılardı və o, təbii hüquq adlandırılan bütün hər şeyin əsasını və məzmununu təşkil edir
clxi
.
Amma onu əxlaqi hüquq adlandırmaq daha yaxşı olardı, belə ki, onun təsir dairəsi passiv xarici
gerçəkliyə deyil, yalnız əməllərə və insanın fərdi iradəsinin onlardan yaranan vicdan adını alan
özünüdərkinə şamil edilir; amma yalnız təbii vəziyyətdə o, hər bir halda həm daxilə, həm də
başqa fərdlərə yönələ bilməz, və hüquq əvəzinə zorakılığın hakimiyyətinə maneçilik törədə
bilməz. Təbii vəziyyətdə hər bir kəsdən yalnız o asılıdır ki, hər bir verilmiş halda ədalətsizlik
törədilməsin; amma hər bir verilmiş halda ədalətsizliyə dözməmək onun iradəsi xaricindədir.
Sonuncu onun təsadüfi xarici qüvvəsindən asılıdır. Elə buna görə də, baxmayaraq ki,
bəşəriyyətin təbii vəziyyətində haqq və nahaq anlayışları əhəmiyyətə, mənaya malikdirlər və
əsla şərti deyildirlər, bununla belə, onlar yalnız əxlaqi anlayışlar olaraq hər bir kəsdə onun öz
məxsusi iradəsinin özünün dərki üçün məna kəsb edirlər. Həyat iradəsinin özünü insani
fərdlərdə təsdiq etdiyi qüvvənin son dərəcə müxtəlif dərəcələri şkalasında bu anlayışlar
termometrdə donma nöqtəsinə oxşar olan daimi bir nöqtədir, – öz iradəsinin təsdiqi burada
özgə iradəsinin inkarına çevrilir, yəni əməllərin ədalətsizliyi ilə idrakın principio individuationis
tabe olma dərəcəsi ilə birgə özünün gərginlik dərəcəsini göstərir (sonuncu, principio
individuationis elə bir idrakın formasıdır ki, bu, bütövlükdə iradəyə xidmət edir). İnsan
davranışına xalis əxlaqi baxışı aradan qaldırmaq və ya rədd etmək, əməlləri yalnız onların xarici
təsiri və nəticələri sarıdan qiymətləndirmək istəyən kəs isə, əlbəttə ki, Hobbsla birgə haqqı və
haqsızlığı şərti, ixtiyari yol verilən və buna görə də, müsbət qanunun xaricində, hətta heç
mövcud olmayan təriflər, təyinlər hesab edə bilər. Və biz heç bir vaxt xarici təcrübənin
nümunələri ilə onu inandıra bilməzdik ki, xarici təcrübəyə nə aid deyildir,eləcə də Hobbsu –
Hobbsun şərtsiz empirik təfəkkürü çöx əlamətdar bir şəkildə onunla səciyyələndirilir ki, o,
özünün "De principiis Geometrarum" kitabında hər hansı bir xalis riyaziyyatı inkar edir və inadla
israr edir ki, nöqtə uzunluğa, xətt isə enə malikdir, – biz Hobbsa uzunluğu olmayan nöqtəni və
eni olmayan xətti göstərə bilməzdik: onu nə riyaziyyatın , nə də hüququn a priori olduğuna
inandırmaq mümkün deyildir, ona görə ki, hər hansı bir empirik olmayan bilik qarşısında o,
qapını birdəfəlik olaraq bağlayır.
Hüquq haqqında xalis təlim, beləliklə, etikanın bir fəslini təşkil edir və bilavasitə olaraq
passiv qalmaya deyil, yalnız əmələ aiddir. Zira yalnız sonuncu iradənin aşkarlanmasıdır və etika
yalnız onu nəzərdən keçirir. Əzab – sadəcə olaraq faktdır, etika əzabı yalnız vasitəli, dolayı
olaraq nəzərə ala bilər, yəni, yalnız onu sübut etmək üçün ki, ədalətsizlikdən əzab çəkməmək
xatirinə edilən əməl haqsız əməl deyildir. Etikanın bu fəslinin məzmunu o sərhədin dəqiqliklə
müəyyənləşdirilməsindən ibarət olmalı idi ki, fərd onun bədənində artıq obyektivləşdirilmiş
iradənin təsdiqində elə həmin iradənin inkarına keçmədən, ora, bu sərhədə qədər gedib bilər,
çünki o, başqa fərddə də təzahür olunur, sonra isə bu fəslin məzmunu bu sərhədi adlayıb keçən
əməllərin müəyyənləşdirilməsindən ibarət olmalıdır, çünki həmin bu sərhədi adlayıb keçən
əməllər – ədalətsizdirlər və buna görə də, ədaləti pozmadan dəf oluna bilərlər. Beləliklə,
şəxsiyyətin öz məxsusi əməlləri həmişə nəzərdən öyrənilmə predmeti olaraq qalır.
Xarici təcrübəyə gəldikdə isə ondayalnız əzab, ədalətsizliyi hiss etmə bir fakt olaraq
mövcuddur, bu əzabda, artıq deyildiyi kimi, həyat iradəsinin öz-özü ilə, fərdlərin çoxluğundan və
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Artur Şopenhauer "Dünya: iradə və təsəvvür kimi"
480
eqoizmdən irəli gələn qarşıdurması başqa hər hansı bir yerdə olduğuna nisbətən daha aydın bir
şəkildə təzahür olunur; çoxluq və eqoizm isə təsəvvür kimi dünyanın formasını təşkil edən
principio individuationis ilə şərtlənmişlər, – fərdin idrakı üçün. Biz, həmçinin gördük ki, insan
həyatına xas olan əzabın xeyli böyük hissəsi fərdlərin bu nifaqında öz tükənməz mənbəyinə
malikdir.
Amma bütün bu fərdlər üçün ümumi olan zəka onlara heyvanların əksinə olaraq, yalnız
ayrı-ayrı halları dərk etməyə deyil, həm də onun əlaqələrində mücərrəd bütövədək yüksəlməyə
imkan verir. Elə bu zəka da tezliklə onun qarşısında bu əzabın mənbəyini açıb göstərdi və onları
onu azaltmaq və ya, əgər mümkünsə, hansısa ümumi qurbanla tamamilə aradan qaldırmaq
vasitələri barədə düşünməyə onları məcbur etdi,elə bir qurbanla ki, ondan irəli gələn ümumi
xeyri onun özündən üstün olmuş olsun. Əslində: girəvə düşəndə haqsızlıq etmək ayrıca şəxsin
eqoizmi üçün nə qədər xoş olsa da, amma bu, ədalətsizliyin bundan böyük əzab duyan başqa
fərd tərəfindən yaşanmasında bu zəruri korrelyatala qarşıdır. Bütövü nəzərdən keçirən zəka
məxsus olduğu fərdin birtərəfli anlamından əl çəkəndə və bir anlıq onun hakimiyyətindən xilas
olanda, onda o, gördü ki, haqsızlığın törədilməsi zamanı bir fərdin aldığı zövq hər dəfə başqa bir
fərdin müqayisədə daha böyük əzabından xeyli az olur və o, sonradan gördü ki, burada hər bir
şey təsadüfün ixtiyarına buraxıldığından, hər bir kəsin qorxmağa əsası vardır ki,onun qismətinə
təsadüfi haqsızlıq etmək həzzindən qat-qat çox, ona məruz qalmaq əzabı düşəcəkdir. Zəka dərk
etdi ki, əzabın həm azaldılması, həm də onun mümkün olduğu dərəcədə bərabər
bölüşdürülməsi üçün ən yaxşı və yeganə vasitə – haqsızlığın törədilməsindən alınan həzzdən
hamının imtina etməsi yolu ilə hamını ədalətsizliyin gətirdiyi ağrıdan müdafiə etməkdir. Və
budur, eqoizm tərəfindən asanlıqla tapılan, zəkanın sayəsində metodiki olaraq fəaliyyət
göstərən və özünün birtərəfli nöqteyi-nəzərini tərk edən bu vasitə tədricən təkmilləşdirildikcə
dövlət müqaviləsi, və ya qanun olur. Mən indi burada onun mənşəyini necə izah edirəmsə, onu
bir vaxt Platon da özünün "Dövlət" əsərində elə izah etmişdi
clxii
. Döğrudanda da belə bir mənşə
öz mahiyyətinə görə yeganədir və şeylərin öz təbiətinə uyğundur; və heç bir ölkədə dövlət
başqa bir mənbəyə malik ola bilməmişdir, zira meydana gəlmənin yalnız bu üsulu, bu məqsədi
onu dövlət edir, və bu zaman fərqi yoxdur ki, hər bir verilmiş qəbilədə dövlətin meydana
gəlməsindən əvvəlki vəziyyət bir-birindən asılı olmayan vəhşilərin yığınımı idi(anarxiya), yoxsa
üzərində bir güclünün hökmran olduğu kölələrin yığını idi (despotiya). Hər iki halda dövlət hələ
ki, yox idi: o, yalnız belə bir ümumi razılaşmanın təsiri ilə meydana gəlir və bu razılaşmanın
anarxiya və ya despotiya ilə çox və ya daha az dərəcədə bağlı olmasından asılı olaraq, dövlət də,
buna uyğun olaraq, kamil və ya qeyri-kamil olmuş olur. Respublikalar anarxiyaya, monarxik
dövlətlər isə – despotiyaya meyllidirlər; bunun nəticəsində düşünülüb tapılmış orta yol
konstitusiyalı monarxiyadır –partiyaların hökmranlığı. Mükəmməl, kamil dövlətin əsasını
qoymaq üçün əvvəlcə elə varlıqları yaratmaq lazımdır ki, onların təbiəti öz rifahını ictimai rifah
xatirinə bütövlükdə qurban verməyə imkan versin. O zamana qədər isə bu münasibətdə nəyəsə
onunla nail olmaq mümkündür ki, rifahı dövlətin rifahından ən azı əsas məsələdə qətiyyən ayrı
olmayan bir ailə mövcuddur ki, o, heç bir vaxt bunlardan biri olmadan, digərinə dəstək,təkan
verə bilməz. İrsi monarxiyanın qüvvəsi və üstünlüyü buna əsaslanır.
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Artur Şopenhauer "Dünya: iradə və təsəvvür kimi"
481
Beləliklə, əgər əxlaqın müstəsna predmeti ədalətli və ya ədalətsiz əməllərdirsə və əgər o,
haqsızlıq törətməmək qərarında olanlar üçün davranışın sərhədlərini dəqiq müəyyənləşdirmək
iqtidarındadırsa, onda, dövlət hüququ, qanunvericilik haqqında təlim, əksinə olaraq, yalnız
ədalətsizliyə məruz qalmaya aiddir və əgər onların labüd korrelyatı, hüququn əsas obyekti –
haqsızlığa məruz qalma olmasaydı, heç bir vaxt ədalətsiz əməllərlə maraqlanmazdı, zira o,
obyektə qarşı mübarizə aparır, bu onun düşmənidir. Və əgər özlüyündə belə bir ədalətsiz əməli
təsəvvür etmək mümkün olsaydı ki, bu özgə hüququnun pozulması ilə bağlı deyildir, onda
dövlət, öz ardıcıl mövqeyini saxlayaraq, onu qətiyyən qadağan etməzdi. Bunun ardınca qeyd
edək ki, əxlaqın predmeti və yeganə real məzmunu iradə, niyyətlər olduğundan, onda yalnız
xarici qüvvənin ləngitdiyi və iflic etdiyi haqsız əmələ yönələn möhkəm qətiyyət onun üçün
həqiqətdə törədilən haqsızlığa bərabərdir, və əxlaq məhkəməsi qarşısında o kəs ədalətsiz olur
ki, onun bu cür arzusu vardır. Əksinə, dövlət özlüyündə iradə və niyyətlə qətiyyən maraqlanmır:
onun üçün yalnız nəticəsi onun korrelyatı – digər tərəfin əzabı olan əməl (qəsd kimi və ya fakt
olaraq) vacibdir; deməli onun üçün yeganə olaraq real olan faktdır, hadisədir, niyyət və istək isə
yalnız o ölçüdə nəzərdən keçirilir ki, bu ölçüdə onlar əməlin xarakterini aydınlaşdırırlar. Elə buna
görə də, dövlət heç bir kəsə qadağan etmir ki, öz fikirlərində başqasını öldürmək və zəhərləmək
istəsin, əgər o, yalnız əmindirsə ki, balta və işgəncə çarxı qorxusu bu cür niyyətin həyata
keçirilməsinin qarşısını daimi olaraq alacaqdır. Eynilə bu cür qeyd etmək olar ki, dövlət öz
qarşısına əsla belə bir ağılsız məqsəd qoymur ki, əməllərə meylin, bəd niyyətlərin kökünü
kəssin: yox, o, sadəcə olaraq haqsızlığın törədilməsinə yönələn hər hansı bir mümkün motivə
qarşı hökmən labüd cəza şəklində başqa bir, daha güclü motivi-ondan imtina motivini qoymağa
can atır ki, o, buna uyğun olaraq cinayət məcəlləsi – nümkün olan kimi nəzərdə tutulan bütün
cinayət əməllərinə qarşı bütün əks-motivlərin tam siyahısından ibarətdir, əlbəttə ki, həm
motivlər, həm də əməllər uyğun hallarda in concreto olaraq tətbiq olunmaq üçün onda in
abstracto olaraq nəzərdə tutulmuşlar. Dövlət hüququ, və ya qanunvericilik, bu məqsəd üçün
etikadan o fəsli mənimsəyir ki, o, hüquq haqqında təlimdir və o, haqq və haqsızlığın daxili
mənası ilə birgə həmçinin onların hər ikisi arasında dəqiq sərhədi də müəyyənləşdirir, – amma
qanunvericilik bu fəsli müstəsna dərəcədə onun üçün əz edir ki, onun əks tərəfindən istifadə
etsin, və haqsızlığı törətməməyi arzu etdiyin halda keçilməsi əxlaq tərəfindən qadağan olunan
bütün sərhədləri o, digər tərəfdən nəzərdən keçirir, – əgər sən haqsızlığa məruz qalmaq
istəmirsənsə, bu sərhədlərin başqaları tərəfindən pozulmasına yol verilə bilməz, deməli, biz
başqalarını bu sərhədlərdən qovub çıxarmaq hüququna malikik.Elə buradan görünür ki,
tarixçinin çox incə bir tərzdə tərsa, tərsinə çevrilmiş peyğəmbər adlandırılmasına oxşar olaraq,
hüquqşünas da – tərsinə çevrilmiş əxlaqçıdır, və ona görə də, hüquqşünaslıq məxsusi mənada,
yəni bizim tələb edə biləcəyimiz hüquqlar haqqında təlim olaraq etikadır, – etikanın o fəslində
ki, burada pozula bilməyən hüquqlar öyrədilir. Haqsızlıq və onun inkarı, hüquq haqqında anlayış
- öncə əxlaqi anlayışdır, çıxış nöqtəsinin aktiv tərəfdən passiv tərəfə keçməsi sayəsində, yəni
çıxış nöqtəsinin dəyişdirilməsi sayəsində bu anlayış hüquqi anlayışa çevrilir. Bu, xüsusat, Kantın
öz qəti imperativindən tamamilə, qətiyyən düzgün olmayaraq çıxardığı müddəanı, dövlətin
yaradılmasının əxlaqi vəzifə olması haqqında müddəanı özündə ehtiva edən hüquqi təlimi ilə
yanaşı ən yeni dövrdə dəfələrlə olduqca qəribə və səhv bir nəzəriyyənin meydana çıxmasına
səbəb olmuşdur, guya dövlət – əxlaqa yardım etmək üçün təsisatdır, guya o, ona doğru
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Artur Şopenhauer "Dünya: iradə və təsəvvür kimi"
482
canatmadan irəli gəlir və beləliklə, eqoizmin əleyhinə yönəlmişdir. Guya yalnız əxlaqi və ya
qeyri-əxlaqi ola bilən daxili əhval-ruhiyyə, guya əbədi azad iradə kənardan modifikasiyaya
uğrayır və müxtəlif təsirlərin nəticəsində dəyişir. Daha cəfəng baxış isə odur ki, guya dövlət
əxlaqi mənada azadlığın, və elə buna görə də, həm də əxlaqiliyin şərti kimi çıxış edir: axı azadlıq
əslində hadisənin, təkcə təzahürün o biri tərəfindədir, yalnız insani təsisatların o biri tərəfində
deyildir. Dövlət, mənim dediyim kimi, qətiyyən, əsla ümumiyyətlə özlüyündə eqoizmin əleyhinə
yönəlməmişdir: əksinə, o, məhz eqoizmdən, ümumi nöqteyi-nəzəri xatirinə birtərəfli nöqteyi-
nəzəri tərk etmiş şüurlu və metodik eqoizmdən yaranmışdır, – hamının eqoizmindən, xüsusi
eqoizmlərin bu cəmindən yaranmışdır və o, yalnız onun üçün mövcuddur ki, ona xidmət etsin,
dövlət o doğru, düzgün önsətrə(müqəddiməyə) əsaslanır ki, xalis əxlaqı, yəni əxlaqi şövqlərin
təsiri ilə baş verən düzgün,saleh həyatı gözləmək olmaz, başqa cür onun özü (dövlət) gərəksiz
olardı. Beləliklə, dövlət, ümumiyyətlə, eqoizmin əsla, qətiyyən əleyhinə deyildir, o, onun yalnız
zərərli nəticələrinin əleyhinədir, həmin bu zərərli nəticələr isə eqoistik fərdlərin çoxluğundan
irəli gəlir, ayrılıqda onların hər birinin rifah halını pozur, – dövlət yalnız onların əleyhinə
yönəlmişdir, bu rifah halının qorunması məqsədinə xidmət edir. Elə buna görə də, artıq Aristotel
belə deyirdi (De Rep., Ill): “Dövlətin məqsədi – yaxşı yaşamaqdır; bu isə xoşbəxt və gözəl, zərif
yaşamaq deməkdir”. Eynilə bu cür qeyd etmək olar ki, Hobbs da tamamilə düzgün və
mükəmməl olaraq sübut etdi ki, dövlətin mənşəyi və məqsədi belədir
clxiii
; hər hansı bir
dövlətçiliyin vətəndaş cəmiyyətini qədimi əsas prinsipi də bunu təsdiq edir: salus publica prima
lex esto *ümumi rifah birinci qanun olmalıdır
clxiv
]. Dövlət bu məqsədə tam nail olmuş
olsaydı,nəticə bütün niyyətlərdə mükəmməl həqiqətin hökm sürdüyü haldakı kimi olardı.
Amma hər iki hadisə öz daxili mahiyyətinə və mənşəyinə görə əks olmuş olardılar. Yəni,
sonuncu halda heç kəs haqsızlıq törətmək istəməzdi, birinci halda heç kəs haqsızlığa məruz
qalmaq istəməzdi, və bu məqsədə nail olmaq üçün vasitələr tamamilə uyğun olmuş olardı. Belə
ki, eyni xətt müxtəlif tərəflərdən çəkilə bilər, və buruntaqda olan yırtıcı heyvan otyeyən heyvan
qədər zərərsizdir.
Amma dövlət bu həddən o tərəfə gedə bilmir: o, şeylərin elə bir vəziyyətini yaratmaq
qüdrətində deyildir ki, bu hal ümumi qarşılıqlı iltifatdan və məhəbbətdən yarana bilərdi. Zira
(biz bunu elə təzəcə gördük) əgər haqsız əməllər başqa tərəfə müvafiq əzab verməsəydi, dövlət
öz təbiətinə uyğun olaraq bu əməlləri qadağan etməzdi və yalnız bu mümkün olmadığına görə,
o hər cür ədalətsiz əməli qadağan edir, – eləcə də əksinə, özünün ümumi rifaha yönələn
təmayyülünə uyğun olaraq, o, böyük həvəslə o barədə qayğı göstərərdi ki, hər bir kəs öz
üzərində iltifat və insansevərlik, şücaətlər hiss etsin, əgər sonuncuları özlərinin qaçılmaz
korrelyatı olaraq xeyriyyəçilik və sevgi aksiyalarının şücaətlərinə malik deyillərsə bu zaman hər
bir vətəndaş öz üzərinə passiv rolu götürmək istərdi və heç kəs aktiv rola razılıq verməzdi, və
onu başqaları qarşısında əsarəti bir vətəndaşın boynuna qoymaq üçün əsas da olmazdı. Elə
buna görə də, müsbət olana deyil, yalnız mənfi olana məcbur etmək olar, bu da hüququ təşkil
edir. Müsbət olanı məhəbbət vəzifələri, və ya şərtsiz vəzifələr adı altında başa düşürdülər.
Dediyim kimi, qanunvericilik özünün hüquq haqqında xalis təlimini, özünün məqsədləri
üçün onun əks tərəfindən istifadə etməkdən və buna uyğun olaraq müsbət qanunları və onların
qorunub saxlanılması vasitələrini, yəni dövləti müəyyənləşdirməkdən ötrü və ya haqqın və
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Dostları ilə paylaş: |