Artur Şopenhauer "Dünya: iradə və təsəvvür kimi"
483
haqsızlığın mahiyyəti və sərhədləri barədə təlimi etikadan götürür. Müsbət qanunvericilik,
beləliklə - hüquq haqqında, əks tərəfdən tətbiq olunan, xalis əxlaqi təlimdir. Bu tətbiq müəyyən
bir xalqın spesifik münasibətlərini və şərtlərini nəzərə almaqla həyata kecirilə bilər. Amma yalnız
o halda ki, müsbət qanunvericilik öz mühüm əlamətlərində bütövlükdə hüquq haqqında xalis
təlimin göstərişləri ilə müəyyənləşsin və onun normalarından hər biri üçün hüquq haqqında
xalis təlimdə əsas tapmaq mümkündür, – yalnız bu halda müəyyənləşmiş qanunvericilik
özlüyündə müsbət hüquqdur, dövlət isə – hüququnun ittifaqdır, sözün həqiqi mənasında, əxlaqi
cəhətdən yolverilən dövlətdir, qeyri-əxlaqi təsisat deyildir. Əks halda isə müsbət qanunvericilik
müsbət haqsızlığın təşkilatıdır - rəsmi olaraq tanınan zorakı haqsızlıqdır. Hər hansı bir despotiya,
müsəlman ölkələrinin əksəriyyətinin dövlət quruluşu belə bir xarakterə malikdir; bir çox
qanunvericiliklərin başqa tərəfləri, məsələn, təhkimçilik hüququ, biyar və s. də buraya aiddir.
Hüquq haqqında xalis təlim, və ya təbii hüquq, daha düzgün deyilsə – əxlaqi hüquq hər
hansı bir hüquqauyğun qanunvericiliyin əsasında yatır (həmişə özünün əks tərəfi ilə olsa da),
eləcə də, necə ki, xalis riyaziyyat özünün tətbiqi sahələrindən hər birinin əsasında yatır. Hüquq
haqqında təlimin mühüm bəndləri onların fəlsəfəsi olaraq göstərilən məqsədin naminə
qanunvericiliyə aşağıdakıları verməlidir: 1) haqsızlıq və hüquq anlayışlarının və onların əxlaqda
tətbiqinin və yerinin əsl daxili mənasının və mənşəyinin izahını; 2) mülkiyyət hüququnun
çıxarılmasını; 3) müqavilələrin əxlaqi qüvvəsinin çıxarılmasını, belə ki, o, dövlət təsisi
müqaviləsinin əxlaqi əsasıdır; 4) dövlətin meydana çıxmasının və məqsədinin, bu məqsədin
əxlaqa münasibətinin izahını və belə bir münasibətin nəticəsinin – hüquq haqqında əxlaqi
təlimin məqsədəuyğun bir şəkildə (onun əks tərəfində) qanunvericiliyə keçirilməsinin izahını; 5)
cəza hüququnun nədən irəli gəlməsini. Hüquq haqqında təlimin digər məzmunu – yalnız
yuxarıda xatırlanan prinsiplərin tətbiqidir, haqqın və haqsızlığın sərhədlərinin buna görə də,
məlum nöqteyi-nəzərlər və rubrikalar altında birləşən və bölünən bütün mümkün gündəlik, adi
məişət münasibətləri üçün ən yaxın təyinidir. Xalis hüququn bütün dərslikləri bu xüsusi
nəzəriyyələrdə öz aralarında ümumi ortaq məxrəcə gəlirlər, onlar bir-birindən yalnız
prinsiplərdə olduqca fərqlənirlər, ona görə ki, prinsiplər həmişə hansısa fəlsəfi sistemlə
əlaqəlidirlər. Bəzi və ümumi, amma müəyyən və aydın cizgilərdə bizim sistemin nöqteyi-
nəzərindən izah edərək, yuxarıda göstərilən ilk dörd əsas bənd barədə danışdığımız kimi biz
cəza hüququ haqqında danışmalıyıq.
Kant şərtsiz olaraq belə bir yanlış müddəa irəli sürür ki, guya dövlət olmayan yerdə
mükəmməl mülkiyyət hüququ ola bilməz. Mənim gəldiyim əvvəlki nəticəyə uyğun olaraq isə,
mülkiyyət tamamilə təbii, yəni əxlaqi hüququn təsiri ilə təbii vəziyyətdə də mövcuddur, təbii,
yəni əxlaqi hüququ isə ədalətsizlik törətmədən pozmaq mümkün deyildir və onu ən sonuncu
hədlərədək qanuni olaraq müdafiə etmək mümkündür. Əksinə, şübhəsizdir ki, dövlətdən
kənarda cəza hüququ mövcud deyildir. Hər hansı bir cəza vermək hüququ yeganə olaraq
müsbət qanuna əsaslanır, həmin müsbət qanuna ki, hüququ pozmaya,xətaya görə cəzanı xəta
baş verincəyə qədər müəyyənləşdirmişdir, belə ki, onun əks motiv olaraq yaratdığı qorxu belə
bir cinayətin törədilməsinə yönələn bütün mümkün motivləri üstələməlidir. Bu müsbət qanunu
sanksiyalaşdırılmış və ölkənin bütün vətəndaşları tərəfindən qəbul edilmiş kimi qiynətləndirmək
lazımdır. Beləliklə,o ümumi müqaviləyə əsaslanmışdır, ümumi müqaviləni yerinə yetirmək, yəni
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Artur Şopenhauer "Dünya: iradə və təsəvvür kimi"
484
cəzanı bir tərəfdən tətbiq eymək və digər tərəfdənsə ona məruz qalmaq bütün şəraitlərdə
dövlətin bütün üzvlərinin borcudur, buna görə də, cəzanın çəkilməsinə məcbur etmə ədalətlidir.
Deməli, cəzanın ayrıca halda bilavasitə məqsədi – bir müqavilə olaraq qanunun icrasıdır.
Qanunun isə yeganə məqsədi – özgə hüquqlarının pozulması qarşısında qorxutmaqdır, zira hər
bir kəsin haqsızlıqdan müdafiə olunması üçün, insanlar dövlətdə birləşmişlər, haqsızlıq
törətməkdən imtina etmişlər və öz üzərlərinə dövlətin qorunub saxlanılması yükünü,ağırlığını
götürmüşlər. Deməli, qanun və onun icrası – cəza – öz mahiyyəti etibarı ilə keçmişi deyil,
gələcəyi nəzərdə tutur. Cəzanın qisasdan fərqi elə bundadır, qisas müstəsna olaraq artıq baş
vermiş olanda, yəni özlüyündə keçmişlə motivləşdirilmişdir. Haqsız əməllərə görə əzab verərək,
amma bu zaman gələcək məqsədlərə malik olmayaraq, biz qisas alırıq; bunun da məqsədi yalnız
ondan ibarət ola bilər ki, bizim onu məruz qoyduğumuz, özgəsinin əzablarını seyr etməklə
özümüzün çəkmiş olduğumuz iztirabda təsəlli tapaq. Bu, – kin və qəddarlıqdır ki, onlara da etik
olaraq bəraət qazandırıla bilməz. Mənim başqasının ucbatından məruz qaldığım ədalətsizlik
mənə əsla, qətiyyən ona münasibətdə ədalətsiz hərəkət etmək haqqı vermir. Pisliyə görə
sonrakı məqsəd olmadan pisliklə əvəz çıxmaya nə əxlaqi olaraq, nə hansısa başqa bir zəkavi
əsasdan çıxış edilərək bəraət qazandırıla bilməz və jus talionis [əvəz, ücrət hüququ+ cinayət
hüququnun müstəqil, son prinsipi olaraq mənaya malik deyildir. Elə buna görə də, Kantın cəzanı
əvəz xatirinə edilən bir əməl kimi, sadəcə olaraq əvəz-əvəzə kimi nəzərdə tutan cəza nəzəriyyəsi
tamamilə əsassız və yanlışdır. Və amma o, hər halda təntənəli, qəliz ibarələrlə bəzədilərək, bir
çox hüquqşünasların əsərlərində özünə sığınacaq tapır, bu ibarələr boş söz ishalından başqa bir
şey deyildir; məsələn belə deyirlər: cinayət cəza ilə yuyulur, və ya neytrallaşır və aradan
qaldırılır və i.a. Amma heç bir insan sırf əxlaqi hakim və əvəz verici rolunda çıxış etmək və
başqasının günahlarını əzabla cəzalandırmaq, yəni onu cəzaya, məruz qoymaq hüququna malik
deyildir. Bu, son dərəcə təkəbbürlü bir iddia olmuş olardı, və Bibliyanın təkəbbürlü iddiası da
buradan qaynaqlanır: "Qisas, əcr mənə aiddir, Tanrı deyir, əvəzi özüm verərəm"
clxv
. Amma buna
baxmayaraq insan cəmiyyətin təhlükəsizliyinin qayğısına qalmanın tam hüququna malikdir, bu
isə yalnız cinayətkar "kriminal" sözü ilə işarə olunan bütün əməllərin qadağan olunması yolu ilə
mümkündür, – belə bir qadağa əks motivlərlə, yəni, cəza hədəsi ilə onların qarşısını alır; bu hədə
yalnız o halda təsirli ola bilər ki, o, onun əleyhinə yönəlmiş hər bir halda icra olunsun. Cəzanın,
və ya, daha dəqiq deyilsə, cinayət qanununun məqsədi cinayət qarşısında qorxutmadır: bu o
qədər özlüyündə aşkar olan, ümumən etiraf olunmuş həqiqətdir ki, İngiltərədə o, hətta qədimi
ittiham formulu (indictment) ilə ifadə olunmuşdur, məhkəmə müstəntiqi bu formulundan elə
indi də cinayət işlərində istifadə edir; o, bu sözlərlə qurtarır: if this be proved, you, the said NN.,
ought to be punished with pains of law, to deter others from the like crimes, in all time
coming
*
.* Əgər hansısa hökmdar ədalətli olaraq məhkum olunmuş cinayətkarı əfv etmək
istəyəcəksə, onda onun naziri ona etiraz edəcəkdir ki, belə bir halda bu cinayət tezliklə yenidən
baş verəcəkdir.
Gələcəkdəki məqsəd cəzanı qisasdan fərqləndirir, belə bir məqsədi cəza yalnız o zaman
nəzərdə tutur ki, bu o, qanunun icra olunmasına yönəlir və bununla da hər bir gələcək hal üçün
*
Əgər bu sübut olunacaqdırsa,siz filankəs başqalarını bütün gələcək zamanlarda cinayətlərdən
çəkindirmək, qorxutmaq xatirinə, qanuni cəzanızı çəkəcəksiniz.
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Artur Şopenhauer "Dünya: iradə və təsəvvür kimi"
485
də öz labüdlüyünü, qaçılmazlığını göstərir, qanunun qorxuducu qüvvəsini dəstəkləyir, onun
məqsədi də elə bundan ibarətdir. Kantçı buna hökmən etiraz edəcəkdir ki, belə bir nöqteyi-
nəzərdən cəzalandırılan cinayətkar "sadəcə olaraq vasitə kimi" istifadə olunur. Amma,
baxmayaraq ki, bütün kantçılar tərəfindən yorulmadan, usanmadan təkrarlanan "insanı vasitə
kimi deyil, həmişə yalnız məqsəd kimi qəbul etmək gərəkdir"
clxvi
müddəası olduqca inandırıcı
səslənir və buna görə də, bütün o kəslər üçün çox əlverişli bir prinsipdir ki, onlar onları hər hansı
bir sonrakı düşüncədən azad edəcək bir düstur axtarırlar, amma lap yaxından aparılan
araşdırma zamanı o, yüksək dərəcədə səbatsız və qeyri-müəyyən kəlama çevrilir ki, onun da
həqiqi mənası çox uzaqdadır: öz tətbiqinin hər bir halı üçün onun qabaqcadan və xüsusi şərhə,
müəyyənləşdirilməyə və modifikasiyaya ehtiyacı vardır, özünün ümumi halında götürüldükdə
isə, o, kifayət deyildir, az məzmunsa kasaddır və üstəlik həm də problematikdir. Qanuna görə
ölüm cəzasına məhkum edilmiş qatil hökmən və tam hüquqla sadə bir vasitə kimi nəzərdən
keçirilməlidir. Zira o, dövlətin əsas məqsədi olan kütləvi təhlükəsizliyi pozmuşdur, – bundan
əlavə, əgər qanun icra olunmamış qalırsa, onda, kütləvi təhlükəsizlik devrilmiş olur: cinayətkar,
onun həyatı, onun şəxsiyyəti indi qanunun icrası üçün və bununla da ictimai təhlükəsizliyin
bərqərar edilməsi üçün vasitə olaraq çıxış etməlidir; və o, tamamilə ədalətli olaraq, dövlət
müqaviləsinin icrası xatirinə belə bir vasitə səviyyəsinə endirilir, o, da bir vətəndaş olaraq bu
müqaviləyə qoşulmuşdur və bu müqavilənin təsiri ilə də öz həyatından, azadlığından və
mülkiyyətindən təhlükəsiz istifadəni təmin etmişdir, bunun üçün isə özünün həyatını, azadlığını
və mülkiyyətini ümumi təhlükəsizliyin girovu olaraq qoymuşdur, və indi bu girov müsadirə
olunur.
Burada təklif olunan sağlam, düşüncə üçün bilavasitə aydın olan cəza nəzəriyyəsi
özünün əsas müddəalarında, əlbəttə ki, yeni fikir deyildir, demək olar ki, yalnız yeni səhvlərlə,
yanlşlıqlarla bir küncə sıxışdırılmış, susdurulmuş bir fikirdir, buna görə də onu aydın bir şəkildə
təsvir etmək zəruri idi. Özünün əsas cizgilərində o, artıq Pufendorfun bu barədə danışdıqlarında
mövcuddur – "De officio hominis et civis" *"İnsanın və vətəndaşın vəzifələri barədə"], kitab. II,
fəsil. 13. Hobbs da ona qoşulur: "Leviafan", fəsil 15 və 28. Bizim günlərdə onu, məlum olduğu
kimi, Feyerbax müdafiə etmişdir. Bundan əlavə: biz onu artıq qədim filosofların kəlamlarında
tapırıq; belə ki, Platon onu "Protaqor"da (səh. 114, edit. Bip.), "Qorgi"də (səh. 168), nəhayət,
"Qanunlar"ın on birinci kitabında (səh. 165) aydın bir şəkildə şərh edir. Seneka Platonun fikrini
və istənilən cəzanın nəzəriyyəsini bir neçə sözlə əla ifadə edir: Nemo prudens punit, quia
peccatum est; sed ne peccetur [Heç birz zəkalı insan xəta törətdiyinə görə cəza vermir, xətanın
bundan sonra törədilməməsi üçün verir+ (Delra, I, 16).
Beləliklə, dövlətşünaslıqda biz o vasitəni gördük ki, zəka ilə silahlanmış eqoizm onun
köməyi ilə elə özünün əleyhinə yönələn öz məxsusi pis nəticələrindən qaçmağa can atır; bu
zaman hər bir kəs bütün hamının rifahına yardım edir, belə ki, görür ki, ümumi rifah onun öz
məxsusi rifahını özündə ehtiva edir. Əgər dövlət özünün məqsədinə tam nail olsaydı, onda o,
bütün qalan təbiəti də özünə getdikcə daha çox tabe edərək, özündə birləşmiş insan qüvvələri
vasitəsilə son nəticədə hər hansı bir qəbildən olan bəlaları, bədbəxtçilikləri məhv etmiş və
müəyyən dərəcədə Şlaraffiya ölkəsinə çevrilmiş olardı
clxvii
. Lakin, əvvəla, o, bu məqsəddən hər
halda çox uzaqdır; ikincisi, başqa, hər halda hələ ki,özlüyündə həyata xas olan saysız-hesabsız
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Artur Şopenhauer "Dünya: iradə və təsəvvür kimi"
486
bəlalar onu əvvəlki kimi əzabın hakimiyyəti altında saxlayardı; və əgər hətta onların hamısı
aradan qaldırılsaydı belə, onda qaydalardan azad edilmiş hər bir yeri dərhal sıxıntı, darıxdırıcılıq
tutmuş olardı; üçüncüsü, dövlət heç bir vaxt fərdlərin nifaqını, ədavətini tamamilə aradan
qaldıra da bilməz, zira o, böyük şeylərdə sıxışdırılıb aradan çıxarıldığı yerdə, xırda şeylərdə
hamını təngə gətirir və nəhayət, daxildən uğurla bayıra qovulan Erida xarici sərhədə can atır:
dövlət quruluşu tərəfindən fərdlərin rəqabəti olaraq qovularaq, o, kənardan xalqların
müharibəsi kimi qayıdır və getdikcə artmaqda olan borc kimi dərhal və böyük miqdarda qanlı
qurbanlar tələb edir ki, onlar ondan ağıllı ehtiyatlılıqla, tədbirliliklə, xırda-xırda alınmışdı. Və
əgər, hətta güman etsək ki, minilliklərin təcrübəsi ilə müdrikləşən bəşəriyyət, nəhayət ki, bütün
bunları dəf edəcək və aradan qaldıracaqdır, onda bunun son nəticəsi bütün planetin əhalisinin
gerçəkdən həddindən artıq artması olacaqdır, bunun bütün dəhşətini isə indi yalnız cəsarətli
təxəyyül təsəvvür edə bilər
*
.
§ 63
Biz etiraf etdik ki, dövlətdə qərar tutmuş müvəqqəti ədalət məhkəməsi əvəz və ya cəza
verən repressiv xarakter daşıyır; biz gördük ki, o, yalnız özünün gələcəyə olan münasibəti
sayəsində ədalət məhkəməsinə çevrilir, zira belə bir münasibət olmadan cinayətə görə hər hansı
bir cəza və əvəz özünü doörultlmamış qalardı və artıq baş vermiş başqa bir yamanlığa, şərə
yalnız əlavə bir yamanlıq, əlavə bir şər qoşulmuş olardı, heç bir məna və heç bir əhəmiyyət kəsb
etmədən. Amma əbədi ədalət məhkəməsi,mühakiməsi ilə bağlı məsələ tamamilə başqa cürdür,
belə bir ədalət məhkəməsi barədə biz artıq öncə xatırlatmışdıq və bu ədalət məhkəməsi dövləti
deyil, kainatı idarə edir, insani təsisatlardan asılı deyildir, təsadüflərə və yanılmalara yol vermir,
zəifliyin, tərəddüdün və səhvlərin nə olduğunu bilmir, qüsursuz, sarsılmaz, qəbahətsızdir. Əvəz
anlayışı artıq zamanı özündə ehtiva edir, buna görə də, əbədi ədalət məhkəməsi əvəz verən,
ona görə də, müvəqqəti ədalət məhkəməsi kimi möhlətə və gecikməyə yol verə bilməz və
özünün mövcudluğu üçün zamana ehtiyacı yoxdur, çünki onun vasitəsilə pis, bəd əməli, sonucla
tarazlaşdırmır. Cəza burada cinayətlə elə bağlı olmalıdır ki, onların hər ikisi bir vahidi təşkil etsin.
Siz güman edirsiniz ki, – insan cinayətlərinin qanadları var,
Səmalara uçurlar və Zevsin tale lövhəsində
Naməlum əllə yazılırlar və Zevs onlar üzrə
Faniyə öz qorxunc hökmünü bildirir?
O, yox! Səma məkanının bütün örtüyü
Azdır törədilən günahları yazmaq üçün,
Və Zevsin elə bir qüvvəsi yoxdur ki, bütün bunları cəzalandırsın.
*
II cildin 47-ci fəsli buraya aiddir.
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Artur Şopenhauer "Dünya: iradə və təsəvvür kimi"
487
Amma əvəz var, – və o, sizin yanınızdadır.
(Eurip., ar. Stob. Ed., I, c. 4.)
Belə bir əbədi ədalət məhkəməsinin həqiqətən də dünyanın mahiyyətinə kökləndiyinə –
bizim bütün fikirlərin inkişafını mənimsəyən hər bir kəs buna tezliklə əmin olacaqdır. Həyata
vahid həyat iradəsinin təzahürü, obyektliyi öz hissələrin və formalarının bütün çoxluğunda -
dünyadır. Varlığın özü və varlığın xarakteri həm bütövlükdə, həm də özünün hər bir hissəsində
yalnız iradədən irəli gəlir. O, azad və qüdrətlidir. Və hər bir şeydə iradə məhz özünü özündə və
zaman xaricində müəyyənləşdirdiyi kimi təzahür olunur. Dünya yalnız bu istəyin, iradənin
güzgüsüdür, və onun özündə ehtiva etdiyi bütün sonluluq, bütün əzablar, bütün əziyyətlər onun
istədiyini ifadə edir, onlar ona görə belədirlər ki, bunu o, istəyir. Buna görə də, hər bir mövcudat
tam ədalətli olaraq özündə, ümumiyyətlə, varlığı daşıyır, sonra öz növündən olan varlığı və öz
fərdiliyinin necə varsa o cür varlığını daşıyır və bu varlıqları necə varlarsa elə, şərtlər daxilində o
necə varsa bu dünyaya gətirir, – təsadüflərə və yanılmalara tabe olan, keçici, ötəri, əbədi olaraq
əzab çəkən dünyaya və hər bir varlığın başına gələn və hətta başına gələ bilən hər bir şey
həmişə ədalətlidir. Zira iradə – onundur, iradə necədirsə, dünya da elədir.Bu dünyanın varlığına
və xassələrinə görə məsuliyyəti yalnız o,bu dünyanın özü daşıya bilər, başqa heç kəs, zira məgər
başqası onu öz üzərinə götürməyi arzu edərmi? – Kim bilmək istəyir ki, əxlaqi cəhətdən insanlar
ümumiyyətlə və bütövlükdə nəyə dəyərlər, qoy onların qismətlərinə, aqibətlərinə nəzər salsın.
Bu, ehtiyac, bədbəxtlik, kədər, əzablar və ölümdür. Əbədi ədalət məhkəməsi hökm sürür: əgər
insanlar bu qədər rəzil olmasaydılar, onda onların qisməti, bütövlükdə, bu qədər kədərli
olmazdı. Bu mənada deyə bilərik: dünyanın özü məhşər ayağıdır. Əgər dünyanın bütün dərdini
tərəzinin bir gözünə, dünyanın bütün günahını isə başqa gözünə qoymaq mümkün olsaydı, onda
tərəzi, yəqin ki, tərpənməz qalardı.
Lakin, əlbəttə ki, özlüyündə fərddə iradəyə xidmət üçün onun özündən boy atdığı
şəkildə olan idrak dünyası, son nəticədə ümumhəyat iradəsinin obyektliyini tanıyan tədqiqatçı
qarşısında açılan dünyaya nisbətən başqa cür görür, vahid həyat iradəsinin obyektliyi isə
dünyanın özüdür: yox, qafil, biliksiz fərdin baxışlarının, nəzərlərinin önünü hindlilərin istifadə
etdikləri ifadəyə görə, Mayya pərdəsi ilə tutur və onun gözünə özündə şey əvəzinə, yalnız bir
hadisə, təzahür görünür, zamanda və məkanda, principio individuationis və əsas qanununun
digər növlərlərində; və özünün məhdud idrakının bu formasında o, şeylərin vahid mahiyyətini
deyil, onun hadisələrini, təzahürlərini kəşf edir – bəlinmiş, kənar düşmüş, saysız-hesabsız, çox
müxtəlif və hətta əks təzahürlərini. Və bu zaman ona elə gəlir ki, həzz, kef – bir şeydir, əzab isə
tamamilə başqa bitr şey, bu insan – əzab verən zalim və qatildir, o biri insansa – cəfakeş, zavallı
və qurbandır, kin – bir şeydir, şər iş isə – başqa bir şey. O, görür ki, biri məmnunluq, bolluq və
cəh-cəlal içərisində yaşayır, amma başqası isə buna baxmayaraq, onun astanası önündə
məhrumiyyətlərin və soyuğun əzabları içərisində ölür. Və o, özündən soruşur: bəs burada əvəz,
ücrət, haradadır? Və onun özü onun mənbəyini və onun mahiyyətini təşkil edən iradəsinin
ehtiraslı coşqusunda həyatın həzzləri, kefləri və sevincləri içərisinə atılır, onları möhkəm-
möhkəm ağuşunda tutub saxlayır və heç ağlına da gəlmir ki, öz iradəsinin məhz bu aktı ilə o,
həyat mənzərəsinin onu lərzəyə salan bütün əzablarını və dərd-sərini də bağrına basır. O,
dünyada pisliyi, şəri görür, amma belə bir fikirdən uzaqdır ki, bu, yalnız vahid iradəsinin müxtəlif
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Artur Şopenhauer "Dünya: iradə və təsəvvür kimi"
488
tərəfləridir, o, onları tamamilə müxtəlif və hətta əks hesab edir və bir çox hallarda principio
individuationisin təsir dairəsində olaraq, Mayya örtüyü ilə aldadılaraq, o, yamanlıq etmə, yəni
özgəyə əzab vermə yolu ilə yamanlıqdan, öz fərdiliyinin əzablarından qaçmağa çalışır. Zira
çalxalanan hüdudsuz dənizin içərisində nəhəng dalğaların səsli-küylü yüksəlişini və enməsini
müşahidə edən dənizçi arxayınlıqla öz qayığında oturduğu, özünün köhnə, çürük qayığına etibar
etdiyi kimi, ayrıca insan da dünyanın əzabları arasında arxayınlıqla yaşayır, principium
individuationis-ə və ya fərdin şeyləri bir hadisə, təzahür olaraq dərk etdiyi üsula sadədilliklə
etibar və istinad edir. Hər bir yeri əzablarla dolu olan, ucu-bucağı olmayan dünya özünün sonsuz
keçmişində, sonsuz gələcəyində ona yaddır və hətta nağıl kimi gəlir: onun yox olmaqda olan
şəxsiyyəti, onun məkansız indisi, onun ötəri məmnunluğu – onun üçün yalnız bunlar reallığa
malikdir və bunu qoruyub saxlamaq üçün, o, hər şeyi edir, o vaxta qədər ki dərin idrak onun
gözlərini açır. O vaxta qədərsə yalnız onun şüurunun gizli, məhrəm dərinliyində belə bir tutqun
ön duyğu gizlənir ki, ola bilər, bütün bu dünya ona bir o qədər də yad deyildir, o, onunla
müəyyən əlaqəyə malikdir, principium individuationis onu bu əlaqədən ayrı salmaq qüvvəsində
deyildir. Bu ön duyğudan, bütün insanlar üçün (ola bilər ki, həm də ağıllı heyvanlar üçün) ümumi
olan o dəfedilməz lərzə, sarsıntı üzə çıxır ki, bu da onlar təsadüfən principii individuationis
yolundan kənara çıxdıqları, yəni görünür, əsas qanunu öz formalarının birində istisnaya məruz
qaldığı zaman, o, qəflətən onları ağuşuna alır, – o zaman, məsələn, belə görünür ki, guya
hansısa təsir,səbəb olmadan baş vermişdir, və ya ölmüş şəxs dirilmiş və ya nəsə başqa bir şey,
keçmiş və ya gələcək indiyə çevrilmiş, ya da uzaq – yaxın olmuşdur. Belə fenomenlər qarşısında
təsəvvürə gəlməyən dəhşət onunla izah olunur ki, hadisənin, təzahürün idraki formaları
qəflətən itirilir, o idraki formalar ki, fərdi yalnız onlar qalan dünyadan təcrid olunmuş şəkildə
saxlayırlar. Amma bu təcrid olunma özündə şeyə deyil, yalnız hadisəyə, aıddır: əbədi ədalət
məhkəməsi məhz buna əsaslanır. Gerçəklikdə hər hansı bir müvəqqəti xoşbəxtlik, hər hansı bir
ağıl, kamal etibarsız zəmin üzərində dayanır. Onlar şəxsiyyəti bədbəxtlikdən, fəlakətdən,
iztirabdan mühafizə edirlər və ona həzz bəxş edirlər; amma şəxsiyyət – yalnız hadisə,
təzahürdür və onun başqa fərdlərdən fərqi, başqalarının məruz qaldığı əzablardan azad olması
hadisə, təzahür formasına, principio individuationisə əsaslanır. Şeylərin həqiqi mahiyyətinə
uyğun olaraq, hər bir kəs dünyanın bütün əzablarını özününkü hesab etməlidir, və nə qədər ki,
o,möhkəm həyat iradəsini təmsil edir, yəni nə qədər ki, o, bütün qüvvələri ilə həyatı təsdiq edir,
hətta yalnız mümkün ola bilən əzabları belə o, özü üçün gerçək hesab etməlidir. principium
individuationis-də zaman daxilində başqa saysız-hesabsız fərdlərin əzabları içərisində xoşbəxt
həyatı təsadüfün hədiyyəsi və ya ağılın təsadüflərində gələçək kimi görən idrak üçün bu
dilənçinin yuxusundan başqa bir şey deyildir, yuxuda dilənçi özünü kral kimi görür, amma o, bu
yuxudan oyanmalıdır ki, yalnız ötəri bir xülyanın onu həyatın əzablarından qoparıb ayırdığını
görə bilsin.
Əbədi ədalət məhkəməsi principium individuationisə qərq olmuş, əsas qanununa tabe
olan idraka uymuş baxış görünməzdir: o, onu, bu ədalət məhkəməsini heç bir yerdə tapmır, əgər
yalnız hansısa fiksiyalarla onu özü üçün uydurmursa. O görür ki, mümkün olan bütün cinayətləri
və amansızlıqları törədən bir zülmkar necə məmnunluq içərisində yaşayır və cəzasını almadan
dünyandan köç edir. O, görür ki, məzlum sonadək əzablarla dolu bir ömür sürür və onun üçün
heç bir əvəz çıxan, heç bir əcr verən yoxdur. Amma əbədi ədalət məhkəməsini yalnız o kəs
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Artur Şopenhauer "Dünya: iradə və təsəvvür kimi"
489
görüb dərk edir ki, o, əsas qanununun ardınca gələn və ayrıca şeylərə bağlı olan bu idrakdan
daha yüksəkdə durur, ideyaları dərk edir principium individuationis-ə nüfuz edir və başa düşür
ki, hadisənin, təzahürün formaları özündə şeyə tətbiq oluna bilməz. Yalnız belə bir insan, elə bu
idrakın qüvvəsi ilə fəzilətin həqiqi mahiyyətini anlaya bilər, fəzilətin həqiqi mahiyyəti isə bu
mühakimələrlə bağlı olaraq bizim qarşımızda tezliklə açılacaqdır, baxmayaraq ki, praktiki fəzilət
üçün bu in abstracto idrak tamamilə lazım deyildir. Və budur, kim belə bir idraka sahib olursa,
ondan ötrü aydın olur ki, iradə hər bir hadisənin, təzahürün özündə şeyi olduğundan,
başqalarının məruz qoyduğu və şəxsən məruz qaldığı müsibət, əzab və pisliklər həmişə eyni
vahid varlığı zədələyir, vururlar, baxmayaraq ki, onun və bunun aşkara çıxdıqları hadisələr,
təzahürlər tamamilə müxtəlif fərdlər kimi qarşıda durur və hətta öz aralarında zamanların və
məkanların uzaqlığı məsafəsi ilə ayrılmışlar. O, görür ki, əzaba məruz qoyanlarla onu çəkməli
olanlar arasındakı fərq yalnız fenomen xarakteri daşıyır və özündə şeyə – onların hər ikisində
yaşayan iradəyə şamil edilmir:ona xidmətə məhkum edilmiş idrak onun tərəfindən aldadılan
iradə burada öz-özünü tanımır və yüksək təzahürlərin birində daha üstün rifaha can ataraq,
başqa birisini böyük bir əzaba məruz qoyur və beləliklə, həmişə yalnız özünə zülm edildiyini
anlamayaraq, dişlərini ehtiraslı coşqu içərisində öz bədəninə batırır və bununla da fərdiləşmə
mühitində öz içində daşıdığı,özü ilə olan nifağı aşkar edir, Əzab verən və əzabkeş – eynidir.
Birinci yanılaraq belə düşünür ki, əzablara onun aidiyyatı yoxdur; ikinci isə, yanılaraq belə
düşünür ki, günaha onun aidiyyəti yoxdur. Əgər onların ikisinin də gözləri açılsaydı, onda əzab
verən kəs başa düşərdi ki, o, dünyada əzab çəkənlərin hamısının daxilində yaşayır və əbəs yerə
özündən soruşur (əgər zəka sahibidirsə) ki, niyə və hansı naməlum günaha görə, o, belə bir
böyük əzab üçün dünyaya, var olmağa gətirilmişdir; əzabkeş isə başa düşərdi ki, dünyada
törədilən və ya haçansa törədilmiş bütün yamanlıqlar zülmkarlıq onun da mahiyyətini təşkil
edən və onda da təzahür olunan iradədən irəli gəlir və təzahür və onun təsdiqi ilə o, bu cür
iradədən meydana çıxan bütün əzabları öz üzərinə götürmüşdür və haqlı olaraq onlara məruz
qalır, çünki o, bu iradənin özüdür. Bu fikri həssas şair Kalderon özünün "Həyat – bir yuxudur"
faciəsində söyləyir:
İnsanın dünyada ən əzəli günahı –
Bu dünyaya doğulmaqdır, gəlməkdir.
Əslində də, məgər bu, günah deyilmi ki, əbədi qanun buna görə ölüm cəzası təyin edir.
Kalderon bu şeirində yalnız əzəli günah barədə xristian ehkamını ifadə etmişdir.
Əbədi ədalət məhkəməsinin, malum culpaenı *günahın şərini, zülmünü+ və malum
poenae [cəzanın şərini, zülmünü+ ayrılmaz olaraq əlaqələndirən tərəzinin bu qolunun canlı bir
şəkildə dərk olunması onun fərdilik üzərində və onun imkanı prinsipi üzərində tam yüksəlişini
tələb edir; buna görə də, o, eləcə də hər hansı bir fəzilətin mahiyyətinin xalis və aydın bir şəkildə
ona yaxın olan dərki insanların əksəriyyəti üçün həmişə əlçatmaz olaraq qalacaqdır. Ona görə
də, hind xalqının müdrik əcdadları yalnız üç yenidən doğulmuş kasta
47
, ya 48 ? (rəqəm üstdə
kiçik olmalı-HAŞİYƏSİ VAR-QEYDLƏRdə bax)
üçün iznli, girimli olan Vedalarda və ya məhrəm
müdriklik təlımındə bu idrakı birbaşa olaraq onun sözə və anlayışa yatımlı olması dərəcəsində
və şərhin obrazlı və rapsodik manerasının yol verdiyi ölçüdə ifadə etmişlər, – amma onlar onu
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Artur Şopenhauer "Dünya: iradə və təsəvvür kimi"
490
yalnız mifin köməyi ilə, xalq dinində, və ya gizli, məxfi, məhrəm təlimdə nəsildən- nəslə
çatdırmışlar. Əbədi ədalət məhkəməsi barədə bu fikrin bilavasitə ifadəsini biz Vedalarda –
yüksək, ali insani idrakın və müdrikliyin bu məhsulunda görürük, onun nüvəsi isə bizə, nəhayət,
Upanişadalarda, bizim əsrin bu ən böyük hədiyyəsində gəlib çatmışdır; bu fikir müxtəlif tərzdə
ifadə olunur, bir çox hallarda xüsusən belə bir formada: şagirdin gözləri qarşısından bir birinin
ardınca dünyanın bütün, canlı və cansız varlıqları keçirilir, və onların hər biri barəsində düstura
çevrilmiş ifadə və buna görə də, Maha-vakya *böyük nitq+ adlandırılan Tatoumes sözü, daha
düzgün deyilsə tat twam asi sözü tələffüz olunur ki, o, da ki belə bir məna verir: "Bu –
sənsən"
clxviii
. Amma xalqın öz məhdud ağlı ilə bu böyük həqiqəti dərk edə bilməsi üçün, onu
xalq üçün əsas qanununa tabe olan üsulunun dilinə tərcümə etmişlər, baxmayaraq ki, əsas
qanununa tabe olan bu idrak üsulu ilə onu, onun bütün xalisliyində və mahiyyətində heç cür öz
daxilinə yerləşdirə bilməz və hətta onunla birbaşa ziddiyyətdədir, amma məlum mif formasında
o, onun davranış norması olaraq kifayət edəcək qədər olan surroqatını, bədəlini qəbul
etmişdir
clxix
, zira əsas qanuna tabe olan və əbədi olaraq bu davranışın əxlaqi mənasından uzaq
olan idrak üsulu halında, bu məna şərhin obrazlılığı sayəsində hər halda anlaşıqlı görünür və
bütün dini təlimlərin məqsədi də elə bundan ibarətdir, zira bütün bunlar insanın kobud
anlamına yatımlı olmayan həqiqətin mifik qiyafəsi kimi çıxış edirlər. Belə bir mənada bu mifi
Kantın dilində praktik zəkanın postulatı adlandırmaq olardı; bu baxımdan nəzərdən keçirilərkən,
o, elə bir böyük üstünlüyə malikdir ki, gerçəklik aləmində bizim gözlərimiz qarşısında olandan
savayı, başqa heç bir elementi özündə ehtiva etmir və buna görə də, özünün bütün anlayışlarını
o, baxışlar qiyafəsinə sala bilər. Mən burada ruhun bədəndən bədənə köçməsi barədə mifi
nəzərdə tuturam. O, öyrədir ki, həyatda bizim başqa varlıqları məruz qoyduğumuz əzablar
hökmən sonrakı, növbəti həyatda eynilələ həmin əzablarla elə bu dünyada yuyulacaqdır; və bu,
o qədər uzaqlara gedib çıxır ki, kimsə, hətta heyvanı öldürsə belə, zamanların sonsuzluğunda
haçansa elə bu heyvan olaraq doğulur və eyni ölümə məruz qalır. O, öyrədir ki, zülmkarın həyatı
öz ardınca elə bu dünyada əzab, iztirab çəkən və nifrətlə damğalanan varlıqların gələcək
həyatını gətirir, bu halda biz aşağı kastalarda doğulacağıq, ya da təzədən dünyaya qadın
şəklində və ya heyvan şəklində gələcəyik, ya da pariya, kölə və ya çandala, cüzamlı xəstə, timsah
və i.a. şəklində. Bu mif qorxutduğu bütün hədələri, bütün əzabları gerçək dünyadan əyani
nümunələrlə təsdiqləyirlər, əzablara məruz qalan varlıqları göstərir ki, onlar, hətta nəyə görə
belə bir əzabı haqq etdiklərini bilmirlər, onlar üçün başqa bir cəhənnəmi yaratmaq belə lazım
deyildir. Amma bunun əvəzində o, mükafat olaraq ən yaxşı, ən nəcib formalarda – brahman,
müdrik, müqəddəs insan şəxsində yenidən doğulmanı vəd edir. Ən yüksək, ən ali mükafat ən
nəcib əməlləri həyata keçirənlərin və tam tövbə edənlərin nəsibi olacaqdır, o, özünün dalbadal
yeddi həyatında könüllü olaraq eşinin,yoldaşının tonqalında yandırılan qadının payına
düşəcəkdir və o insanın payına düşəcəkdir ki, onun təmiz ağzından heç bir vaxt bircə kəlmə belə
yalan söz çıxmamışdır. Bu yüksək, ali mükafatı mif bizim dünyanın dilində yalnız mənfi mənada,
tez-tez təkrarlanan təntənəli vəd, əhd-peyman vasitəsilə ifadə etmək qabiliyyətindədir: sən
artıq bir daha təzədən doğulmayacaqsan, non adsumes iterum existentiam apparentem
[yenidən təzahür olunmuş mövcudluğu qavramayacaqsan
clxx
], və ya, nə Vedaları, nə də kastaları
qəbul etməyən buddistlərin
clxxi
dedikləri kimi: “Sən nirvananı, yəni o vəziyyəti əldə edəcəksən ki,
bu vəziyyətdə dörd şey yoxdur: doğuluş, qocalıq, xəstəlik və ölüm”.
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Artur Şopenhauer "Dünya: iradə və təsəvvür kimi"
491
Heç bir vaxt başqa elə bir mif olmamışdır və olmayacaqdır ki, o, ən nəcib və ən qədim
xalqın bu qədim təlimi kimi yalnız bəzi insanlar üçün əlçatan olan fəlsəfi həqiqətlə bundan daha
sıx çulğaşmış olsun; və bu xalq indi bir çox cəhətdən nə qədər çırlaşsa da, hər halda o, onda
ümumi xalq inamı olaraq hələ də hökm sürür və dörd min il əvvəl olduğu kimi elə indi də həyata
güclü təsir göstərir. Elə buna görə də, mifik təsvirin bu non plus ultra *misilsizliyini, tayı-bərabəri
olmamasını+ hələ Pifaqor və Platon da heyranlıq içərisində qəbul etmişlər, onu Hindistandan və
ya Misirdən əxz etmişlər
clxxii
, ona ehtiram göstərmişlər, ondan istifadə etmişlər, – və kim bilir
özləri buna, nə qədər inanmışlar? Biz isə indi brahmanların yanına ingilis clergymenlərini
[ruhanilərini] və toxucu-qernquterlərin
clxxiii
göndəririk ki, rəhmdən, mərhəmətdən çıxış edərək
onlara ağıl öyrətsinlər və izah etsinlər ki, onlar heç nədən yaradılıblar
clxxiv
və onlar buna
minnətdarlıqla sevinməlidirlər. Amma qayaya ox atanın başına gələn onların da başına gəlir.
Hindistanda bizim dinlər heç bir vaxt özünə zəmin tapmayacaqdır: bəşəriyyətin qədim
müdrikliyi Qalileyada baş verən hadisələr tərəfindən sıxışdırılıb çıxarılmayacaqlar. Əksinə, hind
müdrikliyi geriyə Avropaya dönəcək və bizim biliyimizdə və təfəkkürümüzdə köklü çevriliş
edəcəkdir.
§ 64
Amma indi biz əbədi ədalət məhkəməsinin mifoloji təsvirindən deyil, fəlsəfi təsvirindən
ona bənzər olan mühakimələrə, davranışın etik mənası haqqında və sadəcə olaraq bu mənanın
hissi duyğusu olan dərk vicdan haqqında mühakimələrə keçək. Amma öncə mən burada diqqəti
insan təbiətinin daha iki xüsusiyyətinə yönəltmək istəyirəm, bu xüsusiyyətlər onun
aydınlaşdırılmasına təsir göstərə bilər ki, hər bir kəs bu əbədi ədalət məhkəməsinin mahiyyətini
və onun əsasını – iradənin bütün təzahürlərində onun vəhdətini və eyniyyətini hansı dərəcədə –
ən azı, tutqun bir hiss şəklində – dərk edir.
Göstərilən o, məqsəddən tamamilə asılı olmayaraq ki, dövlət cəzalandırma zamanı ona
can atır və bu məqsəd cinayət hüququnun əsası kimi çıxış edir, amma sonra şər əməli
törətdikdən sonra yalnız başlıca olaraq qisas hissi ilə ruhlanan zərər çəkmiş şəxs deyil, həm də
tamamilə qərəzsiz tamaşaçı o faktdan məmnun qalır ki, başqasına əzab verən şəxsin özü eyni
ölçüdə əzaba məruz qalır. Mənə elə gəlir ki, burada öz ifadəsini tapan - məhz əbədi ədalət
məhkəməsi şüurundan başqa bir şey deyildir, amma, bu şüur, bu dərk maariflənməmiş ağıl
tərəfindən dərhal təhrif olunur, zira, o, principium individuationisə qərq olaraq anlayışların
amfiboliyasına
clxxv
düçar olur və hadisədən, təzahürdən onu tələb edir ki, o, yalnız özündə şeyə
xasdır: o, görmür ki, təhqir edən və təhqir olunan da özlüyündə, öz məxsusi təzahüründə, həm
əzab,həm də çünah gətirən, özünü tanımayan eyni varlıqdır; o, bunu görmür və tələb edir ki,
günahı törədən kəs əzaba da məruz qalsın. Elə buna görə də, mən deyirəm ki, insanların
əksəriyyəti tələb edir ki, yüksək dərəcədə kinə-küdurətə,bədliyə malik olan (amma, bunu bir
çoxlarında tapmaq olardı, lakin,yalnız ondakı xüsusiyyətlərlə deyil,başqa xüsusiyyətlərlə
birləşmələrdə) və digərlərindən ruhun qeyri-adi qüvvəsi ilə əhəmiyyətli dərəcədə üstün olan və
bunun da nəticəsində milyonlarla başqalarını təsvirə gəlməz əzablara düçar edən insan,
məsələn, dünya fatehləri haçansa və haradasa bütün bu əzabların əvəzini özünün elə bu qədər
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Artur Şopenhauer "Dünya: iradə və təsəvvür kimi"
492
ölçüdə dərdi ilə versin; zira onlar başa düşmürlər ki, əzab verən və əzabkeşlər özlüyündə bir
şeydir və sayəsində əzabkeşlərin mövcud olduqları və yaşadıqları eyni iradə əzab verəndə də
təzahür olunur, iradə öz mahiyyətinin ən aşkar bir tərzdə üzə çıxmasına məhz şəxsdə nail olur
və o, həm məzlumlarda, həm də zülmkarda eyni dərəcədə əzab çəkir, – sonuncu hətta daha
artıq dərəcədə, onun şüurunun daha aydın və daha dərin, iradəsinin isə daha güclü olması
ucbatından. Daha dərin, principii individuationisdən azad edilmiş idrak isə əvəz tələb edən
niyyətlər, fikirlərlə qidalanmır. Hər hansı bir fəzilət və nəciblik öz mənşəyini bu idrakdan
götürür. Daha dərin, principii individuationisdən azad edilmiş idrakın əvəz tələb edən fikirlərlə
qidalanmamasını isə artıq xristian etikası göstərir, o, hər hansı bir şərə şərlə, zülmə zülmlə əvəz
verilməsini qəti olaraq qadağan edir və əbədi ədalət məhkəməsini hadisələr, təzahürlər
dünyasından fərqli özündə şey səltənətinə aid edir (“İntiqamı, qisası mənə saxlayın, əvəzini Mən
verərəm, Rəbb belə deyir”. Romalılara məktub, 12, 19).
İnsan təbiətində xeyli daha heyranedici, amma bunun əvəzində xeyli daha nadir bir
cəhət də vardır: o, özlüyündə əbədi ədalət məhkəməsini təcrübə, yəni fərdiləşmə sahəsinə
gətirmək meylini səciyyələndirir və eyni zamanda, belə bir halın qabaqcadan hiss olunmasını
göstərir ki, mənim yuxarıda ifadə etdiyim kimi, həyat iradəsi özünün böyük faciəsini və
komediyasını öz hesabına oynayır və eyni iradə bütün hadisələrdə, bütün təzahürlərdə yaşayır;
bu cizgi aşağıdakılardan ibarətdir. Biz bəzən görürük ki, insanın şəxsən yaşamış olduğu və ya
hətta bir şahid olaraq müşahidə etdiyi böyük bir ədalətsizlik onu o qədər dərindən
hiddətləndirir ki, o, günahkardan intiqam almaq üçün öz həyatını şüurlu olaraq qurban verir.
Biz məsələn, görürük ki, o, bir neçə il ərzində hansısa qüdrətli tiranı axtarıb tapır, nəhayət, onu
öldürür, özü də dar ağacında ölür, bunu qabaqcadan görsə də, bir çox hallarda hətta ondan
qaçmağa da can atmır, ona görə ki, həyat onun üçün dəyərini yalnız qisas vasitəsi kimi
saxlamışdır. Belə hallara xüsusən ispanlarda tez-tez rast gəlinir
*
. Əgər bu qisas yanğısının
ruhuna nüfuz etsək, onda onun adi intiqamdan çox fərqlənməsi üzə çıxır, sonuncu bais olduğu
əzabın mənzərəsi ilə artıq çəkməyə məcbur olduğu əzabı yüngülləşdirir; burada biz görürük ki,
məqsəd qisas deyil, cəza adlandırılmağa daha çox layiqdir, ona görə ki, burada niyyət olaraq
nümunənin qüvvəsi ilə gələcəyə təsir etmək çıxış edir və özü də burada özünün hansısa
mənafeyini güdən sərhesablıq yoxdur, həm qisas alan fərd üçün (zira o, bu zaman həlak olur),
həm də qanunlarla öz təhlükəsizliyini təmin edən cəmiyyət üçün: bu cəza dövlət tərəfindən
deyil, və hansısa qanun naminə deyil, ayrıca şəxs tərəfindən verilir, – əksinə, o, yəni bu cəza
zərbəni həmişə o əmələ vurur ki, dövlət bunu istəmirdi və ya cəzalandıra bilmirdi və ya onun
cəzalandırılmasını bəyənmir. Mənə elə gəlir ki, bu cür insanı hər hansı bir məncilliyin,
təşəxxüsün sərhədləri xaricinə çəkib aparan hiddət belə bir halın son dərəcə dərindən dərk
edilməsindən irəli gəlir ki, onun özü bütün varlıqlarda, bütün zamanlarda təzahür olunan bütöv
həyat iradəsidir və buna görə də, o həmin bu bütöv iradəyə məxsusdur və nə uzaq gələcəyə, nə
də indiyə etinasız ola bilməz; amma bu iradəni təsdiq edərək, o, amma tələb edir ki, onun
mahiyyətini təqdim edən mənzərədə daha heç bir vaxt belə bir müdhiş ədalətsizlik təkrar
olunmasın, və o, qarşısı alına bilməyən intiqamın nümunəsi ilə (zira ölüm qorxusu qisasçını
*
Nümunə kimi o ispan yepiskopunu göstərmək olar ki, sonuncu müharibə zamanı öz stolu arxasında həm
özünü, həm də fransız generallarını zəhərləmişdir; birdə ki, ümumiyyətlə bu müharibədən bir çox digər
faktlar da eyni şeyi sübut edir. Nümunələri Montendə də tapmaq mümkündür, kitab. 2, fəsil 12.
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Artur Şopenhauer "Dünya: iradə və təsəvvür kimi"
493
istəyindən saxlamır) hər hansı bir gələcək zülmkarı qorxutmaq istəyir. Həyat iradəsi hələ də
özünü təsdiq etməkdə davam edərək, burada artıq ayrıca bir hadisə, ayrıca bir təzahür, ayrıca
bir fərdlə əlaqəli, bağlı deyildir, insan ideyasını əhatə edir və onun təzahürünü təmiz, müdhiş və
biabırçı ədalətsizlikdən qorunub mühafizə edilmiş şəkildə saxlamağa səy edir. Bu, – nadir,
əlamətdar və ülvi bir cizgidir; ayrıca şəxsiyyət onun təsiri ilə əsl mahiyyətini hələ ki, başa
düşmədiyi əbədi ədalət məhkəməsinin sağ əli olmasını arzu edərək, özünü qurban verir.
Dostları ilə paylaş: |