Dünya: iradə və təsəvvür kimi


Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi"



Yüklə 6,14 Mb.
Pdf görüntüsü
səhifə41/57
tarix01.01.2017
ölçüsü6,14 Mb.
#4243
1   ...   37   38   39   40   41   42   43   44   ...   57

                 Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

535 


 

                                                                                                                                                                                           

(su,  hava,  od,  və  s.),  –  həm  maddi  stixiya  və  eyni  zamanda  həm  də  qanun  olaraq.  Antik  dövrdə  onları 

"fisioloqlar" adlandırırdılar, yunan sözü olan "fysis", ("cisim") sözündən çıxış edərək. 

10

 XVIII əsrdə materializmin mexanistik versiyasını işləyib hazırlayan mütəfəkkirlər – Lametri, Helvetsi, 



Didro, Holbax nəzərdə tutulur; onlar təfəkkürü materiyanın xassəsi kimi başa düşürdülər. 

11

 Eleatlar – bizim eradan əvvəl VI əsrin sonunda, V əsrin birinci yarısında antik fəlsəfə məktəblərindən 



biri  (İtaliyanın  sahil  zonasında  salınan  Eleya  şəhər-dövlətinin  adı  ilə  belə  çağırılırlar).  Əsas 

nümayəndələri  –  Ksenofan,  Parmenid,  Zenon  Eleyalı.  Ümumi  ideya  -  varlığın  (vahid,  əbədi  olaraq 

mövcud, hərəkətsiz, eynicinsli, özlüyündə bölünməz və tamamlanmış olan kimi başa düşülən varlığın) və 

həqiqi  fikrin  eyniyyətinin  təsdiqi  idi;  onlar  dəyişikliklərin  reallığı  ,  şeylərin  çoxluğu  barədə  tezislərin 

düzgünlüyünü özünəməxsus bir şəkildə təkzib etmişlər və o barədə tezisi də təkzib etmişlər ki, "yoxluq 

mövcuddur.» 

12

 Pifaqorçular – pifaqoreizmin davamçıları, pifaqoreizm fəlsəfi fikir istiqaməti olaraq bizim eradan əvvəl 



V əsrdən ellinizm dövrünün sonuna qədər mövcud olmuşdur; bizim eradan əvvəl I əsrdən başlayaraq isə 

neopifaqoreizm  mövcud  olmuşdur).  Pifaqoreizm  Pifaqor  tərəfindən  əsası  qoyulmuş  dini  ittifaqın 

doktrinası  əsasında  yaranmışdır.  Ümumi  xüsusiyyəti  ədədin  (ölçünün)  məntiqi  olaraq  təşkil  edən, 

oluşduran xaosu kosmosa çevirən başlanğıc kimi anlaşılmasıdır. 

13

 İ tszin (Çin dilində) – "Dəyişikliklər kitabı", Çin müdrikliyinin kanonik kitabı, onun  əsasını daimi  və 



dövrü olaraq dəyişən dünyanın qapalı strukturunun simvolik ifadəsi kimi şərh olunan 64 heksaqram təşkil 

edir. 


14

 Orta  əsrlərin  dini  filosofları  özlərinin  dünya  anlamında  dünyanın  vahid  Tanrı  tərəfindən  heç  nədən 

yaradılması  barədə  ilahiyyatçı  təlimdən  çıxış  edirdilər;  bu  təlim  öz  növbəsində  Bibliyanın  avtoritetinə 

istinad etmişdir (bax: 2 Makk. 7, 28). 

15

 Antinomiya (yunanca - "qanunda ziddiyyət") – hər biri eyni dərəcədə əsaslandırılmış hesab olunan iki 



mühakimə arasında ziddiyyət. Kant "Xalis zəkanın tənqidi"ndə (Transsedental dialektika. Kitab. II, fəsil 

2, Bölmə 2) dünyanı vahid bir bütöv kimi düşünmək səyi zamanı meydana çıxan aşağıdakı antinomiyaları 

formulə  edir:  1)  Dünya  zaman  daxilində  başlanğıca  malikdir  və  məkan  daxilində  məhduddur.  –  Dünya 

zaman  daxilində  başlanğıca  malik  deyildir  və  məkan  daxilində  sonsuzdur;  2)  hər  hansı  bir  mürəkkəb 

substansiya  sadə  hissələrdən  ibarətdir.  –  heç  bir  şey  sadə  hissələrdən  ibarət  deyildir,  və  ümumiyyətlə 

dünyada  sadə  heç  nə  yoxdur; 3) təbiətin  qanunlarına uyğun  olaraq  müəyyənləşdirilən  səbəbiyyət  bütün 

hadisələrin izahı üçün kifayət deyildir. Azad (spontan) səbəbiyyət mövcuddur. – heç bir azadlıq yoxdur, 

dünyada  bütün  hər  şey  yalnız  təbiət  qanunlarına  uyğun  olaraq  baş  verir;  4)  dünyaya  onun  səbəbi  kimi 

şərtsiz olaraq zəruri olan mahiyyət məxsusdur. – dünyanın səbəbi kimi heç bir mütləq olaraq zəruri olan 

mahiyyət yoxdur, nə dünyada, nə dünyanın xaricində. 

16

 Kronos  –  Uranın (Səmanın  mücəssəməsi)  və  Geyanın  (Yerin  mücəssəməsi)  oğlu;  mifə  görə, anasının 



təkidi ilə atasını axtalamışdır. Bundan sonra nəhəng div-tanrıların doğuluşunun dayanması birinci dünya 

konfliktinin  həll  olunması,  tanrıların  və  sosial  quruluşun  sonrakı  antropologizasiya  imkanı  demək  idi; 

amma  eyni  zamanda  axtalama  aktı  –  kosmik  cinayətdir  ki,  onun  təəssüratı,  təsiri  altında  Nükta  (Gecə) 

Yalanı,  Şəhvəti,  Qocalığı,  Ölümü,  Kədəri,  Əməyi,  Aclığı,  Unudulmanı,  Qəmi,  Döyüşü,  Höcəti, 

Qanunsuzluğu  doğurur.  Antik  dövrdə  Kronosun  adı  ilə  zamanın  adının,  Xronosun  yaxınlaşdırılması  və 

eyniləşdirilməsi  yunanların  xalq  etimologiyasına  xas  idi;  Roma  mifologiyasında  Kronos  Saturn  adı 

altında məlumdur, o, amansız zamanın simvolu kimi qavranılmışdır. 

17

 Fixtenin "Elmtəlimi" nəzərdə tutulur. 



18

 Bax: Berkli. Gilas və Filonus arasında üç söhbət, 2. 

19

 Hissi  obrazın  və  mücərrəd  eydosun  münasibətləri  barədə  Platon  nəzəriyyəsi  nəzərdə  tutulur  (bax, 



məsələn: Platon. Dövlət VI, 510 – 511). 

20

 Kant  tərəfindən  "Xalis  zəkanın  tənqidi"ndə  (Transsedental  analitika,  §  10)  gətirilən,  kateqoriyaların 



dörd  sinfini  (kəmiyyət,  keyfiyyət,  münasibət,  modallıq)  əhatə  edən  cədvələ  uyğun  olaraq,  bütün  belə 

kateqoriyalar  on  ikidir  –  vəhdət,  çoxluq,  bütövlük,  reallıq,  inkar  və  sair;  onlar  a  priori  olaraq  sintetik 

mühakimələr imkanının şərtləridirlər, bu şərtlər, bu şərait nəzəri təbiətşünaslıqda yeni bilik verir. 

21

 General-bas (fasiləsiz bas, rəqəmlə göstərilmiş bas) – ahəngi işarə edən rəqəmlərlə bas səsi, ifaçı onun 



əsasında akkompanementi qurur. Bas sətrinin üzərində və ya altında dayanan rəqəmlər basdan o diatonik 

intervalları  göstərirlər  ki,  onlar  ahəngin  spesifikasını  təşkil  edirlər.  Qeydin  şərtiliyi  ifaçıya  (orqanistə, 

klavesinistə)  fakturanın  detalları  üzrə  seçim  azadlığı  verir,  yəni  improvizasiya  elementini  nəzərdə  tutur. 

General-bas üzrə vəsait, akkordların qurulması və birləşdirilməsi haqqında təlim olaraq harmoniya barədə 

təlimlərlə ilkin olaraq qismən uyğun gəlmişdir. Kompozisiyada polifoniyanın və homofoniyanın  


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                 Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

536 


 

                                                                                                                                                                                           

general-basla birləşdirilməsi barokkonun musiqi üslubunu səciyyələndirir. 

22

 Ramo J.F. – XVII əsrin birinci yarısı fransız bəstəkarı; harmoniya üzrə nəzəri əsərlərin müəllifi. 



23

 Metaməntiqi, verilmiş halda – idrakın a priori formalarının özlüyündə, ümumiliyində və zəruriliyində 

formal məntiqin sərhədləri xaricinə çıxan tədqiqinə aid olan. 

24

 Antik  fəlsəfə  əzəldən  sözdən  kütləvilikdə  bu  və  ya  digər  qərarın  xeyrinə  arqumentasiya  aləti  olaraq 



aqonal (yunanca - "aqon", mübarizə) istifadə ənənəsi ilə əlaqəli olmuşdur (elə buradan da fəlsəfi həqiqətin 

aktual  aydınlaşdırılma  üsulu  kimi  dialoq,  sualları  qoya  bilmə  və  onlara  cavab  vermə  bacarığı  kimi 

dialektika meydana çıxır). Nəzəri-idraki və formal-məntiqi problemlərin Şopenhauer tərəfindən xatırlanan 

məktəblərdə  baş  verən  kristalizasiyası  paradoksların,  bulmacaların,  aporiyaların,  sofizmlərin, 

paralogizmlərin  formulə  edilməsinə  və  bir  çox  hallarda  onların  şərhində  subyektivizmə  gətirib 

çıxarmışdır. Bütün bu tendensiyalar bir yerə toplanmış şəkildə eristikanın mübahisə xatirinə mübahisənin 

xüsusi instrumental sənəti kimi mövcudluğunda ifadə olunmuşdur. 

Eleatlar  –  baxın.  Yuxarıda,  qeyd.  20;  xüsusən  Zenon  Eleyalı  "Axill  və  tısbağa»,  "Nizə",  "Stadi"  və 

başqa aporiyaların ("çözülməzlərin") müəllifi kimi məşhur idi. 

 Meqarlılar  –  Sokratın  Meqardan  olan  şagirdi  Evklidin  əsasını  qoyduğu  məktəbə  mənsub  olan 

filosoflar. Bir sıra aporiya və paradokslarla məşhurdurlar (Evklid: "Buynuzlu", "Yığın", "Keçəl"); analogiya 

üzrə  əqli  nəticələrin  mümkünlüyünü  inkar  edirdilər  (Evklid);  eristiklər  –  "mübahisəçilər"  kimi 

tanınmışdılar.  

Sofistlər  –  bizim  eradan  əvvəl  V  əsrin  ortaları,  VI  əsrin  birinci  yarısı  qədim  yunan  mütəfəkkirləri 

qrupunun  ümumi  adıdır;  sofist  (yunanca  -  "sofos",  "bacarıqlı",  "müdrik")  sözü  ilkin  olaraq  –  şəxsi  və 

ictimai  həyatın  məsələlərindən  agah  olan  mənasını,  sonra  isə  –  ödənişli  natiqlik,  dialektik,  eristika 

müəllimi  mənasını  verirdi. Səciyyəvi cizgi  –  nəzəri-idraki  və  humanitar məsələlərə  maraqdır,  bu  maraq 

yığcam  bir  şəkildə  Protaqorun  tezisində  ifadə  olunmuşdur:  "İnsan  -  bütün  hər  şeyin  ölçüsüdür.»  Əqli 

nəticələrin sistematizasiyasının ilk səyləri də və söz yarışmaları gedişində mübahisə edənlərin müraciət 

etdikləri sofizmlər adını alan, səhv olduğu qabaqcadan məlum olan, amma özünü həqiqi sübut  hökmü 

kimi təqdim edən hiylələrin meydana çıxarılması da ona aid edilir.  

 

26 “Yalançı  sofizmi aşağıdakı qaydada ifadə olunur: Tam mümkündür ki, yalançı etiraf etsin ki, o, 



yalançıdır. Belə bir halda o doğru danışır. Amma doğru danışan kəs yalançı deyildir. Deməli, mümkündür 

ki,  o, yalançı deyildir”. 

“Buynuzlu”  sofizmi  isə  aşağıdakı  qaydada  ifadə  olunur  “İtirmədiyin  hər  bir  şeyə  sən 

maliksən.Buynuzları sən itirməmisən.Buradan belə bir nəticə çıxır ki, sən buynuzlusan” 

“Üzü örtüklü olan” sofizmi aşağıdakı mühakiməyə gətirilir:  

-Üzü örtüklü olan bu insanı tanıyırsanmı? 

         -Yox. 

         -Amma bu sənin atandır, Deməli ki, sən öz atanı tanımırsan. 

25

 Zəka alman dilində qadın cinsindədir – die Vernunft. 



26

 Kontradiktor  əkslik  –  ziddiyyətli  mühakimələr  (anlayışlar)  arasında  elə  münasibətdir  ki,  bu  zaman 

onların hər ikisi birlikdə eyni zamanda nə həqiqi, nə də yalan ola bilməzlər: onlardan biri həqiqi, digəri 

isə yalandır; üçüncü hal ola bilməz. Şopenhauerdə – məcazi mənada - rasional və hissi idrak arasında hiss 

anlayışının  özünün  dağınıqlığı,hissələrə  bolünməsi  ucbatından  nəzəriyyədə  yaranan  qarşılıqlı  istisna 

münasibətinə tətbiqən istifadə olunur. 

27

 Höte. Torkvato Tasso II, 1. 



28

 Hansvurst (almanca, "Hans-kolbasa") – alman xalq teatrının komik personajı. 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                 Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

537 


 

                                                                                                                                                                                           

29

 Bu epiqram aşağıdakı kimi səslənir:  



Vicdanın şübhəsi 

Yaxınlara həvəslə xidmət edirəm, amma – əfsuslar ki! –onlara meylim də vardır.  

Budur, bir sual mənə əzab verir: mən, doğrudan da, əxlaqlıyam?  

Qərar 


Başqa yol yoxdur: onlara nifrət etməyə çalışaraq  

Və ruhunda nifrət duyaraq, borcun tələb etdiyini et. 

(Şiller İ.H.F. Seç. əsər. 8 cilddə.  I c. – М.; Л., 1937. s. 164). 

30

 Müqayisə edin: Kant. Xalis zəkanın tənqidi. Transsedental analitika. Kitab. II. Giriş. 



31

 Skeptiklər  (yunanca  -  "tədqiq  edən")  –  antik  fəlsəfənin  Pirron  Elidalı  (bizim  eradan  əvvəl  V 

əsrin  sonu)  tərəfindən  əsası  qoyulan  istiqamətinə  mənsub  olan  filosoflar.  Hissi  biliyin  səhih  olmaması 

barədə  Aristotel  təliminə  istinad  etmişlər;  görüntünü,  gözlə  görməni  həqiqətin  yeganə  meyarı  elan 

etmiş,  davranışın  ümumi  əhəmiyyətə  malik  olan  normalarının  əsaslandırması  vəzifəsini  mənasız  hesab 

etmişlər.  Obyektiv  həqiqətə  iddia  edən  filosofları  doqmatiklər,  özlərini  isə  –  həqiqəti  axtaranlar  hesab 

etmişlər.  

Yeni akademiklər – Platon tərəfindən bizim eradan əvvəl 387-ci ildə əsası qoyulan məktəbə aid 

olan  və  Karneadın  şəxsində  skeptiklərin  ideyalarını  qəbul  edən  filosoflar;  bunun  əsası  hələ  Qədim 

Akademiyada onun dialektik mübahisələri mütləqləşdirmək meyli ilə qoyulmuşdu. 

32

 Pirron  Elidalı  (bizim  eradan  əvvəl  təxminən  365-275  illər)  –  yunan  filosofu,  "mühakimə 



yürütməkdə təmkin göstərməyi" ("epoxe") zəruri hesab etmiş və onu fəlsəfənin əsas metodu kimi qəbul 

etmişdir. Pirrona görə, bizim şeylər haqqında təsəvvürlərimiz və onlar barədə mühakimələrimiz nə həqiqi, 

nə  də  yanlış  hesab  oluna  bilməzlər,  buna  görə  də,  onların  nə  təsdiqinə,  nə  də  inkarına  meyl  göstərmək 

lazım  deyildir,  "sarsılmaz,  dəyişməz"  qalaraq  şeylərə  belə  bir  münasibətdən  "ataraksiya"  (sakitlik, 

soyuqqanlılıq,  təlaşa  düşməmə)  –  ölüm  və  ağrı  qarşısında  qorxunun  dəf  edilməsi  də  daxil  olmaqla 

"sayıqlamasayaq qarabasma"dan azad olma - meydana çıxır. 

33

 Paralogizm  (yunanca  -  "düzgün  olmayan  mühakimə")  –  qəsdən  törədilməyən  məntiqi  səhvlər 



(sofizmdən, kimi isə yanılmaya yönəltmə niyyəti ilə edilən səhvlərdən fərqli olaraq). 

34

 Papa  IV  Martinin  (1281-1285)  zərbi-məsələ  çevrilən  sözlərindən  istifadə  edərək,  Şopenhauer 



Nyutonun onun baxışında səhv kimi görünən rəng nəzəriyyəsinə rişxənd edir. 

35

 Orta əsr sxolastikasının Aristotel metafizikasından mənimsədiyi anlayışlar. 



36

 Filosof-sxolast  Duns  Skot  (XIII  əsrin  ikinci  yarısı)  belə  güman  etmişdir  ki,  yalnız  intellekt 

təsəvvürün aşağı hissi qabiliyyətindən "ümumi təbiəti" çəkib çıxarır və onu anlayışa çevirir. 

37

 Ruscaya tərcümə N.İ.Qnediçindir. 



38

 Yəni, əxlaqın elə bir anlamı ilə bağlı olan sistemlər ki, bu zaman əxlaqi motiv heç bir "xarici" 

məzmuna, - nə utilitar-evdemonik, nə də teistik məzmuna malik olmayan, müstəsna dərəcədə özlüyündə 

dəyərli olan kimi şərh olunur (bu halda nəzərdə tutulur ki, Tanrı haqqında xalis xarici, cəza və mükafat 

verən  instansiya  kimi  təsəvvür  fəziləti  Tanrıya  və  insana  təmənnasız  məhəbbət  ehkamı  üzərində 

əsaslandıran xristian etikasına ziddir). 

39

 Stoik  etika  evdemonistikdir  ("evdemoniya"  yunanca  "ruhun  yaxşı  durumu"  mənasını  verir), 



müdriklik  sayəsində  daxili  azadlığa  nail  olma  vasitəsilə  xoşbəxtliyin  əldə  edilməsinə  yönəmlidir;  digər 

bütün  hər  bir  şey  "adiafora"  (fərqi,  dəxli  olmayan)  kimi  nəzərdən  keçirilir;  stoiklərin  etik  idealı  – 

"ehtirassızlığa" ("apatiya"ya) nail olan və xarici şəraitdən asılı olmayan ("avtarkiya") müdrikdir: müdrik 

təbiətin qərəzsizliyinə əməl edir və öz "taleyini" sevir. 

40

 Stoisizm  –  antik  fəlsəfənin  məktəbidir,  bu  ad  həmin  məktəbə  Afinada  portikin  (yunanca, 



"staya") adı ilə Zenon Kition tərəfindən verilmişdir. Onun ümumən qəbul olunmuş dövrlərə bölünməsi və 

ən  çox  məşhur  olan  nümayəndələri  aşağıdakılardır:  Qədim  Stoya  (bizim  eradan  əvvəl  IY-  III  əsrlər)  – 

Zenon,  Kleanf,  Xrisipp;  Orta  Stoya  (bizim  eradan  əvvəl  II-I  əsrlər)  –  Paneti  və  Posidoni;  Son  Stoya 

(bizim eranın I-II əsrləri), Qədim Roma – Seneka, Epiktet, Mark Avreli. 

41

 Peripatetiklər  (yunanca  "peripateo"  -  "gəzişirəm")  -  Aristotel  tərəfindən  əsası  qoyulan 



məktəbin  fəlsəfi  ənənələrinə  mənsub  olan  mütəfəkkirlər.  Aristotel  irsi  əsasında  bütün  bilik  sahələrinin 

sistematik  bir  qaydada  işlənib  hazırlanması  ilə  məşğul  olmuşlar;  ənənə  bizim  eranın  IV  əsrinə  kimi 

mövcud olmuşdur. 

Epikürçülər – Epikürün antik fəlsəfədə ardıcılları, ilkin olaraq – Afinada; bizim eradan əvvəl II 

əsrin  sonunda  epikürçülər  romalılar  içərisində  də  meydana  çıxmışlar  (onların  ən  görkəmlisi  – 

Lukretsidir).  Epikür  etikası  evdemonikdir:  əzabın  yoxluğu,  olmaması  kimi  başa  düşülən  həzz, 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                 Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

538 


 

                                                                                                                                                                                           

"ataraksiya" ("sakitlik, dinclik, rahatlıq, asayiş") – yeganə nemətdir; həyəcanlardan və təhlükələrdən yan 

keçərək "sezilmədən yaşamağa" səy etmək lazımdır. 

42

 Horatsi. Məktublar 1, 18, 97. 



 

İKİNCİ KİTAB 

 

1



 Nettesheymli Aqippa. Məktublar, V, 14. 

2

 Etiologiya (yunanca) – səbəblər haqqında təlim. 



3

 Şopenhauerin  empirik  və  mücərrəd  xarakter  haqqında  Kant  təlimi  adlandırdığı  ―eyni  əməldə  təbiətin 

mexanizmi  ilə  azadlıq  arasında  zahiri  ziddiyyətin"  Kant  tərəfindən  həllindən  nəticə  kimi  çıxarıla  bilər 

(Praktik  zəkanın  tənqidi.  4.1.  Fəsil  Z),  yəni:  ―...Subyektin  azadlığı  ilə  bir  araya  sığmayan  təbii  zərurət 

yalnız o şeyin təriflərinə, təyinlərinə xasdır ki, o, zamanın şərtlərinə, deməli, yalnız hadisə, təzahür kimi 

fəaliyyət  göstərən  subyektin  təyinlərinə  tabedir,  deməli,  onun  hər  bir  əməlini  müəyyənləşdirən  əsaslar 

ondadır ki, o, keçmiş zamana aiddir və artıq onun hakimiyyəti altında deyildir (buraya onun artıq yerinə 

yetirdiyi əməlləri və onun bir fenomen olaraq öz  gözlərində bununla müəyyənləşən xarakteri aid etmək 

lazımdır.  Amma  digər  tərəfdən,  özünü,  həmçinin  özlündə  şey  kimi  dərk  edən  elə  həmin  subyekt  öz 

mövcudluğunu  nəzərdən  keçirir  və  o,  zamanın  şərtlərinə  tabe  olduğu  üçün...  onun  bu  mövcudluğunda 

onun üçün onun iradəsinin təyinindən əvvəlcə heç nə yoxdur, hər bir əməli və ümumiyyətlə, daxili hissə 

uyğun olaraq onun mövcudluğunun hər bir dəyişən təyinini, hətta onun hissi dünyaya məxsus olan varlıq 

kimi mövcudluğunun bütün ardıcıl sırasını onun mücərrəd mövcudluğu şüurunda qətiyyən onun noumen 

olaraq  səbəbiyyətin  əsasını  müəyyənləşdirən  kimi  deyil,  yalnız  nəticə  kimi  nəzərdən  keçirir.  Bu, 

münasibətdə  zəkavi  varlıq  özünün  qanunu  pozan  hər  bir  əməli  barədə  tam  əsasla  deyə  bilər  ki,  o,  onu 

etməyə  bilərdi,  baxmayaraq  ki,  bu  əməl  cari  zamanda  kifayət  qədər  müəyyəndir  və  elə  buna  görə  də, 

hökmən zəruridir; əslində, özlüyündə, bu əməl onu müəyyənləşdirən hər bir şeylə birgə onun xarakterinin 

yeganə  fenomeninə  məxsusdur  ki,  bunu  onun  özü  özünə  yaradır  və  onun  əsasında  onun  özü  özünə  hər 

hansı  bir  hissiyyatdan  müstəqil  olan  səbəb  olaraq  bu  hadisələrin  səbəbiyyətini  aid  edir‖.  (İ.Kant. 

Əsərləri:6 cilddə, 4-cü cild, 4.1. M., 1965 s. 426-427). 

4

 Verilmiş  termin  kimyada  istifadə  olunmuşdur  və  cansız  kimyəvi  elementlərin  (fiziki  vasitələrlə  – 



qarışdırılmaqla,  ovxalamaqla,  toz  halına  salmaqla  və  digər  vasitələrlə  əlaqələndirilməyən  kimyəvi 

elementlərin)  cəzb  etmə  və  dəf  etmə,  mövcud  olan  əlaqələri  ləğv  etmə  və  yeni  əlaqələri  yaratma 

qabiliyyətini  işarə  etmişdir,  –  guya  onlara  iradə  payı  verilmişdir.  Belə  ki,  bu  analogiya  üzrə  qabiliyyət 

atom-molekulyar təsəvvürlər hələ ki,qəti olaraq təsdiq olunmayana qədər, XIX əsrin 60-cı illərinə kimi, 

məsələn  İsveç  kimyaçısı  T.Berqmanın  "De  attractianibus  selectivis"  ("Seçimli  oxşarlıq",  almancadan 

ruscaya tərcüməsi, 1772) əsərində şərh olunmuşdur. 

5

 Bu adların bir sırada xatırlanması onunla əlaqəlidir ki, onların fəlsəfəsinin əsası o barədə təsəvvürdür ki, 



dünyada təsadüf (səbəbsizlik) yoxdur; buna görə də dünya haqqında elm – mexanikadır (Dekart, Lessaj). 

6

 Angelus Silezius. Kərrubi (mələk) yolçusu, 1, 8. 



7

 Belə bir qarşıqoyulma tamamilə bəraət qazandırıla biləndir, çünki Platon ideyanı obyektiv reallığa, əgər 

Kant terminologiyasından istifadə etsək, "özündə şey"ə çevirərək, onu hipostazlaşdırır və ontolojiləşdirir 

(ideya Platonda – təkcəli şeylərdən ayrılıqda mövcud olan transsedental mücərrəd formadır, səhih biliyin 

obyektidir,  ayrılıqda  mövcud  olan  təkcəli  şeylər  ona  "aiddir");  Kantda  isə  ideya  –  dərk  edən  zəkanın 

əməlinin  konstitutiv  prinsipidir,  onun  requlyativi  və  oriyentiridir  (müqayisə  edin:  Kant.  Xalis  zəkanın 

tənqidi. Transsedental analitika. Kitab 1. Bölmə 1). 

8

 Okkazisionalizm  adını  alan  və  XYII  əsr  Qərbi  Avropa  fəlsəfəsinin  istiqamətini  təşkil  edən  həmin  bu 



təlimin mahiyyəti ondan ibarətdir ki, fikrin və ya iradə aktının maddi vəsiləsi özlüyündə onların qeyri-kafi 

səbəbi  kimi  elan  olunmuşdur;  bədənin  və  ruhun  qarşılıqlı  təsiri  ilahi  müdaxilənin  daimi  və  birbaşa 

möcüzəsi kimi izah olunmuşdur. 

9

 Aristotel  fəlsəfəsində  mühüm  əhəmiyyət  kəsb  edən  forma  –  varlığın  dörd  ali  "prinsiplərindən"  biridir 



(materiya və ya substratla, hər hansı bir hərəkətin mənbəyi  və ya təşəkkül  prosesinin məqsədi ilə yanaşı), 

daha  konkret  deyilsə,  – "eydos"dur,  və  ya  "nə  olma"dır,  mahiyyətdir ("essensiya") ;  Platon ideyasından 

fərqli  olaraq,  o,  şeylərin  çoxluğu  ilə  yanaşı  müstəqil  olaraq  mövcud  deyildir,  onların  yalnız  konkret 

çoxluğunda mövcuddur. Bax. Həmçinin kitab. 3, qeyd. 17. 

10

 İn  və  yan  (Çin  dilində,  "qaranlıq"  və  "işıqlı")  –  qədim  Çin  müdrikliyinin  cüt  anlayışları,  Kainatın 



dualizmini ifadə edən simvolları: passiv və aktiv, yumşaq və bərk, daxili və xarici, qadın və kişi, dünyəvi 

və səmavi, ay və günəş, cüt və tək və s. İn və yan haqqında təlimin kosmoqonik aspekti dünyanın ilkin 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                 Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

539 


 

                                                                                                                                                                                           

xaosdan şey müəyyənliyinə keçidini səciyyələndirir; onların qarşılıqlı təsiri, şeylərin dəyişiklik, qarşılıqlı 

çevrilmə və qovuşma prosesini, həmçinin də nizamını, bütün mövcudatın quruluşunu izah edir. 

11

 Kabbala  (qədim yəhudi dilində, "rəvayət") –  iudaizmə(yəhudiliyə)  əsaslanan gizli təlim, onun əsasları 



Kastiliyada XIII əsrin sonunda arami dilində yazılmış "Nur kitabı"nda, və ya "Zoqar"da formulə edilmişdir, 

bu kitabın müəllifi, yəqin ki, yəhudi Musa Leonlu 

?

 olmuşdu.  



Şopenhauer kabbalanı işarələrlə (ədədlərlə) Kainatın quruluşu arasında anlayış-simvol analogiyaları 

prinsipi üzərində qurulmuş bir sıra təlimlərlə eyni sırada xatırlayır (pifaqoreizm, Çin kitabı "İ tszin" və 

başqaları).  Belə  ki,  XVI  əsrdən  başlayaraq  kabbala  ənənələrində  Müqəddəs  Yazının  sözlərinin,  o 

cümlədən  də,  Tanrının  adının  hərflərinin  kosmik  hadisələrin  simvolları  kimi  tərkib  hissələrinə 

parçalanması  ilə  əlaqəli  olan  magik-tətbiqi  tərəfi,  sözün  hərflərinin  ədəd  mənalarının  onun  başqa  sözlə 

əvəz olunması ilə, ekvivalent ədəd mənası ilə istifadəsi, və s. üstünlük təşkil edir. 

12

 Höte.  Faust  I,  1940.  –  Enheiresis  naturae  (yunan  -  və  latın  terminlərinin  birləşdirilməsi)  –  "təbiətin 



fəaliyyət üsulu.‖ 

13

 Plavt. Eşşəklər, 493-495. 



14

 Söhbət planetar sistemin ilkin "dumanlıqdan" (diffuz maddəsi buludundan) mərkəzəqaçma qüvvəsinin 

təsiri nəticəsində yaranması ilə bağlı Kantın kosmoqonik hipotezindən gedir ("Ümumi təbii tarix və səma 

nəzəriyyəsi", 1755). Sonralar (1796) analoji hipotezi Laplas irəli sürmüşdür. 

15

 Mifə  uyğun  olaraq,  Miken  hökmdarı  Aqamemnonun  qızı  İfigeniya,  atasının  iradəsi  üzrə  sonuncunun 



günahını  yumaq  üçün  özünü  qurban  verməli idi.  Artemidanın  xallı  maralını  onun  müqəddəs  meşəsində 

öldürən  Aqamemnon  lovğalanmışdı  ki,  oxu  sərrast  atması  ilə  meşələr  sahibinin  özü  ilə  də  yarışa  bilər 

(buna  görə  də, ilahə  axayyalların  Aqamemnonun  başçılığı  altında Troyaya  üz  tutan  gəmilərini Troyaya 

doğru əsən küləkdən məhrum etmişdi). Hələ antik dövrdə  İfigeniyanın qurban verilməsi süjeti Lukretsi 

tərəfindən dinin cinayətkar və günahkar amansızlığının sübutu kimi istifadə olunmuşdur (Bax: Lukretsi. 

Şeylərin təbiəti haqqında) I, 80-101). 

16

 Şopenhauerin müqayisəsi qədim, amma indiki zamanda da aktual olan ənənəyə əsaslanır, bu ənənənin 



çərçivələri  daxilində  ədəd  (müxtəlif  musiqi  faktlarının  –  səslər  sırasında,  takt  ölçülərində  və  s. 

intervalların,  pillələr  sırasının,  nizamının  varlığının  ifadəçisi  olmaqla)  musiqini  varlığın  universal-

simvolik şərhinin bu və ya digər elementləri ilə əlaqələndirir, bununla bağlı olaraq, musiqinin dilin son 

dərəcə  dərin  metafizik  mənası  ilə  dolu  olan  kimi  –  "təbiətin  dilinin"  analoqu  kimi  –  anlamı  imkanı 

meydana çıxır. 

17

 Təbiətin teleologiyası  – təbii proseslərin məqsədəuyğunluğu haqqında, onların nə üçün, hansı məqsəd 



naminə həyata keçməsi sualına cavab verən təlim: bu təlimə görə, ideal qaydada qoyulmuş məqsəd (son 

nəticə)  hadisələrin  konkret  gedişini  qabaqcadan  müəyyənləşdirir.  Şopenhauer  "təbiətin  teleologiyası" 

anlayışından  Kant  mənasında  istifadə  edir  və  onun  üçün  özlüyündə  mənasız  olan,  şüursuz  təbii 

məqsədəuyğunluq  (Kanta  görə,  "məqsədsiz  məqsədəuyğunluq")  son  nəticədə  yalnız  insani  təyinatın 

unikal  müəyyənliyindən  –  əxlaqi  azadlıqdan  -  çıxış  edilərək  başa  düşülə  bilər  (Kantın  sözlərinə  görə, 

―vasitəsilə  təbiətin  bizimlə  öz  gözəl  formalarında  danışdığı  belə  bir  şifrələnmiş  məktubun  şifrəsinin 

açılması" aşağıdakılardan ibarətdir‖.  Təbiət sanki bizə nəsə elə bir şey deyir ki, o, yəqin ki, daha yüksək 

mənaya malikdir", – biz məqsədi heç bir yerdə tapmadığımız üçün, "təbii olaraq onu  özümüzdə axtarırıq, 

yəni,  orada  axtarırıq  ki,  bu,    varlığımızın  son  məqsədini  təşkil  edir,  –  biz  onu    əxlaqi  təyinatımızda 

axtarırıq .‖ –İ. Кант  əsərləri.:  6 cilddə,.5-ci c.,. М., 1966. s.. 315-317). 

18

 Mikrokosm  (yunanca,  "kiçik  dünya")  –  onunla  qoşa  olan  makrokosm  (yunanca,  "böyük  dünya") 



kateqoriyası  ilə  yanaşı  qoyulan  kateqoriya.  Bu  kateqoriyaların  konseptual  məzmunu  mikrokosm  və 

makrokosm  arasında  oxşarlıq  münasibətidir:  əgər  insanı  dünya  ilə  analogiyada  nəzərdən  keçirirlərsə, 

onda bu, bir qayda olaraq, sonuncunun şəxssiz və ya fövqəlşəxsi kosmik qüvvələr və proseslər içərisində 

əriyib  itməsinə  aparıb  çıxarır,  əgər  əksinə,  dünyanı  insanla  analogiyada  nəzərdən  keçirirlərsə,  onda 

kosmosun özü antropomorf olaraq şərh olunur.  

Şopenhauer  verilmiş  halda  mikrokosmun  və  makrokosmun  münasibətinin  "kosmoloji" 

interpretasiyanın tipoloji-ümumiləşmiş nümunəsi kimi Falesin fəlsəfəsinə və onun "antropoloji" şərhinin 

nümunəsi kimi Sokratın fəlsəfəsinə müraciət edərək, şərti müqayisədən istifadə edir. Sonuncu o ölçüdə 

düzgündür ki, bu ölçüdə Sokrat Delfada həkk olunan "Özünü dərk et" əmrinə əməl edir . 

 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 


Yüklə 6,14 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin