Dünya: iradə və təsəvvür kimi


Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi"



Yüklə 6,14 Mb.
Pdf görüntüsü
səhifə38/57
tarix01.01.2017
ölçüsü6,14 Mb.
#4243
1   ...   34   35   36   37   38   39   40   41   ...   57

                 Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

517 


 

anlarda  biz  sanki  yerin  ağır  atmosferi  üzərində  yüksələn  kimi  oluruq,  bu  anlar  –  bizə  məlum 

olanların ən xoşbəxtidir. Buradan asanlıqla anlamaq olar ki, iradəsi estetik həzzdə olduğu kimi 

bir anlığa deyil, həmişəlik ram olunan və hətta bədənə cüc verən sonuncu közərən qığılcımadək  

tamamilə  sönən  və  onunla  birlikdə  özü  də  sönən  kəsin  həyatı  necə  də  bəxtiyar  olmalıdır.  Öz 

təbiəti ilə uzunmüddətli və acı mübarizədən sonra, nəhayət, qəti, həlledici qələbə çalmış, belə 

bir  insan  hələ  ki,  yer  üzərində  yalnız  xalis  dərk  edən  varlıq  kimi,  dünyanın  tutqunlaşmamış 

güzgüsü kimi qalır. Artıq daha heç nə onu dilxor və ya narahat edə bilməz, zira o, istəyin bütün o 

minlərlə  bağını  kəsib  atmışdır  ki,  onlar  bizi  dünya  ilə  əlaqələndirir  və  tamahkarlıq,  acgözlük, 

qorxu, paxıllıq, qəzəb qiyafətlərində bizi fasiləsiz əzab içində gah bura, gah da ora çəkirlər. Bu 

dünyanın  kabuslarına  o,  sakitcə  və  gülümsəyərək  nəzər  salır,  o  kabuslarına  ki,  onlar  onun 

ruhunu  haçansa  narahat  edə  və  əzə  bilərdi,  amma  indi  onun  üçün  onlar  tamamilə  fərqsizdir, 

oyundan  sonra  şahmat  fiqurları    tamamilə  fərqsiz  olduqları  kimi,  karnaval  gecəsində  bizi 

həyəcanlandıran  və  başdan  çıxaran  maskarad  kostyumları  səhərə  yaxın  bir  kənara  atıldıqdan 

sonra  tamamilə fərqsiz olduqları kimi. Həyat və onun obrazları onun qarşısında yuxudan hələ ki, 

yarımçıq  oyanmış  insanın  yüngül  səhər  xülyaları kimi,  keçici  görüntü  kimi  dolaşırlar,  o  xülyalar 

kimi  ki,  onlar  artıq  gerçəkliyi  işıqlandırırlar,  onlar  daha  onu  aldada  bilməzlər  və  nəhayət,    bu 

görüntülər  də,  zorakı  keçid  olmadan  elə  onlara  kimi  də  yox    olurlar.  Bu  mülahizələr  bizə  onu 

anlamağa  kömək  edir  ki,  xanım  Güyon  öz  avtobioqrafiyasının  sonunda  tez-tez  hansı  mənada 

belə deyir: “Bütün hər şey mənim üçün fərqsizdir, mən daha heç nə arzu edə bilmərəm, mən bir 

çox  hallarda  bilmirəm  ki,    mövcudammı,  yoxsa,  yox”.  Onu  göstərmək  üçün  ki,  iradənin 

öldürülməsindən sonra bədənin ölümü də (axı bədən yalnız iradənin təzahürüdür və ona görə 

də,  sonuncunun  məhv  edilməsi  ilə  hər  hansı  bir  mənasını  itirir)  artıq  acı  heç  nə  ola  bilməz, 

əksinə, o, arzu edilən olur, – yəqin ki, o müqəddəs fədakarın,mücahidin öz sözlərini xatırlatmaq 

mənim üçün müsaidəli olar, baxmayaraq ki, onun frazası bir o qədər də zərif deyildir: "Şöhrətin 

günortaçağı ; artıq gecənin olmadığı gündüz; ölümün özündə artıq ölümdən qorxmayan həyat, 

zira  ölüm  ölümə  qalib  gəlmişdir,  və  birinci  ölümü  görən  kəs  artıq  ikinci ölümə  məruz qalmır  " 

(Vie de Mad. de Guion, c. 2, səh. 13). 

Hərçənd,  biz  düşünməməliyik  ki,  kviyetivə  çevrilmiş  idrak  nəticəsində  həyat    iradəsinin 

inkarı yarandıqda  artıq daha o, tərəddüd etməyəcək və ondan sanki əldə edilmiş bir nemət kimi 

arxayın olmaq olar. Yox, daimi mübarizədə onu yenidən və yenidən fəth etmək lazım gəlir. Zira 

bədən  –  iradənin  özüdür,  yalnız  obyektlik  formasında  və  ya  təsəvvür  kimi  dünyada  hadisə, 

təzahür  olaraq;  ona  görə  də,  o  vaxta  qədər  ki,    bədən  hələ  yaşayır,    əbədən  gerçəkliyə 

çevrilməyə  və  özünün  bütün  alovu  ilə  bir  daha  alışmağa  çalışaraq,  həyat  iradəsi  bütövlükdə 

imkan  kimi  mövcuddur.  Elə  buna  görə  də,  müqəddəslərin  həyatındakı  sakitlik  və  bəxtiyarlıq 

yalnız iradə üzərində daimi qələbədən boy atan çiçəklərdir; onu ərsəyə gətirən torpaq isə həyat 

iradəsi ilə daimi mübarizədədir, zira uzun ömürlü sakitliyə yer üzərində heç kəs malik ola bilməz. 

Elə  buna  görə  də,  müqəddəslərin  daxili  həyatının  tarixi  ruhi  mübarizə,  yolundan  sapmalar  və 

bərəkətin yoxa çıxması ilə doludur, yəni o idrak üsulunun yoxa çıxması ilə doludur ki, o, bütün 

motivləri gücsüzləşdirərək, ümumi kviyetiv olaraq hər cür istəyi ram edir, ən möhkəm sülh verir 

və  azadlığın  qapılarını  açır.  Elə  buna  görə  də,  iradənin  inkarına  bir  dəfə  nail  olanlar  bütün 

səylərini cəmləşdirməlidirlər ki, bu yolda duruş gətirə bilsinlər; hər hansı bir qəbildən olan zorakı 

məhrumiyyətlərə  əl  ataraq,  onlar    mücahid  həyat  tərzi  sürür,  müxtəlif  cür  rahatsızlıqlar 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                 Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

518 


 

axtarırlar və bütün bunlar daim dirçələn iradəni ram etmək üçündür. Elə buna görə də, qurluşun 

nəyin  bahasına  əldə  edildiyini  artıq  dərk  etmiş  belə  insanlarda  nail  olunmuş  nemətin  əldə 

möhkəm saxlanılması ilə bağlı ağır, əziyyətli qayğı meydana çıxır;  duyduqları hər  məsum həzz 

zamanı  və  ya  şöhrətpərəstliyin  kiçicik  oyanması  halında  meydana  çıxan  vicdan  əzabı  da  öz 

mənbəyini  buradan  götürür,  şöhrətpərəstliyin  öldürülməsi  iradənin  ram  edilməsinin  sonuncu 

məqamıdır, zira bu, bütün insani meyllər içərisində ən məhvedilməzi, ən fəalı və cəfəngidir.  

Artıq  tez-tez  istifadə  etdiyim  asketizm  terminini  mən,  dar  mənada,  xoş  gələn  şeydən 

imtina və xoş gəlməyən şeylərə canatma, könüllü olaraq seçilmiş tövbə həyatı və iradənin tam 

öldürülməsi  xətrinə  özünə  əcr,əzab  vermə  vasitəsilə  iradənin  bilərəkdən  məhv  edilməsi  kimi 

başa düşürəm. 

Əgər biz, beləliklə, görürüksə ki, hətta iradənin inkarına nail olanlar belə, bu halda qala 

bilmək  üçün  asketizmə  üz  tuturlar,  onda  ümumiyyətlə  talenin  göndərdiyi  əzab  da,  bu  inkarın 

ikinci yolu (δευτεροσ πλουσ)

*

 kimi çıxış edir; biz hətta qəbul edə bilərik ki, əksəriyyət ona yalnız 



bu,  ikinci  yolla  gəlirlər  və  tam  təslimiyyata  təkcə  dərk  edilmiş  əzab  deyil,  daha  çox  şəxsən 

yaşanan əzab, bir çox hallarda yalnız ölüm yaxınlaşanda zaman yaşanan əzab aparıb çıxarır. Zira 

iradənin inkarına gəlib çıxmaq üçün təkcə idrak yalnız çox az üçün  yetərlidir, idrak, principium 

individuationisə

 

fəhmən



 

vararaq,  öncə  niyyətlərin  tam  nəcibliyini  və  insana  qarşı  ümumi 

məhəbbəti  doğurur  və,  nəhayət,  dünyanın  bütün  əzablarını  öz  şəxsi  əzabı  kimi  qəbul  etməyə 

vadar  edir.  Hətta  bu  məqama  yaxınlaşan  kəsdə  belə,  şəxsi  məmnunluq  duyğusu,  bir  anın 

heyranlığı,  ümid tələsi və daimi  iradənin qulluğunda durmağa, yəni kefə, əyləncəyə qayıtmaya 

hazır olma, demək olar ki, həmişə iradənin inkarı yolunda inadcıl maneə  və onun yeni təsdiqi 

istiqamətində əbədi şirnikləndirmə olaraq çıxış edir: elə buna görə də, bu cəhətdən bütün belə 

tələlər  iblisin  simasında təcəssüm  olunur.  Beləliklə,  iradə onun özünüinkarı  başlamazdan  öncə 

əsas etibarı ilə ən böyük şəxsi əzabla sındırılmalıdır. Və o zaman biz görürük ki, insan getdikcə 

artmaqda  olan  üzüntülərin  bütün  pillələrindən  keçərək,  güclü  müqavimətə  baxmayaraq, 

məyusluğun son həddinə gəlib çıxaraq, qəflətən diqqətini özündə cəmləşdirir, özünü və dünyanı 

dərk  edir,    bütün  varlığını  dəyişir,  öz  üzərində  və  hər  hansı  əzab  üzərində  yüksəlir  və  sanki 

onunla  təmizlənərək  və  müqəddəsləşərək,  əlçatmaz  rahatlıqda,  bəxtiyarlıq  içərisində  və 

yüksəklikdə  dayanaraq  əvvəllər  ehtirasla  arzuladıqlarından  könüllü  olaraq  imtina  edir  və  

sevinclə  ölümü  qarşılayır.  Elə  bu  da,  o,  həyat  iradəsinin  inkarının,  yəni  günahkarlıqdan 

qurtarmanın əzabın təmizləyici alovundan qəflətən çıxan gümüş kimi parlaq haləsi,şəfəqidir. Biz 

bəzən görürük ki, hətta çox zülmkar olanlar belə, məhz belə bu dərəcəyə qədər dərin kədərlə 

təmizlənirlər:  onlar  dəyişərək  yaxşılaşır,  dönüb  tamam  başqa  adam  olurlar  və  əvvəlki 

zülmkarlıqlar,bəd  əməllər  artıq  onların  vicdanını  incitmir,  amma  onlar  həvəslə  bunları  öz 

ölümləri ilə yuyurlar və indi onlar üçün iyrənc və özgə, yad olan iradənin  təzahürünün sonunu 

sevinc  içərisində  görürlər.  İradənin  böyük  bədbəxtlikdən  doğulan  və  xilas  olma  imkansızlığının 

dərkindən meydana çıxan tam məyusluqdan irəli gələn belə bir inkarının aydın və əyani obrazını 

bizə  böyük  Höte  özünün  ölməz  şedevrində  –  "Faust"da,  Qretxenin  kədərli  tarixiçəsində  - 

vermişdir:  mən  poeziyada  buna  oxşar  heç  nə  bilmirəm.  Qretxenin  taleyi  iradənin  inkarına 

aparan  ikinci  yolun  gözəl  nümunəsidir;  bu,  dünyanın  könüllü  olaraq  bölüşdürülən  bütün 

                                                           

*

 Bu termin barədə baxın. Stob. Floril, vol. 2, p. 374. 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                 Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

519 


 

dərdinin  təkcə  idrakından  keçən  birinci  yol  deyildir:  yox,  ikinci  yol  özünün  məxsusi,  şəxsən 

yaşanan, ölçüyəgəlməz əzabından keçməklə gedir. Doğrudur, bir çox faciələr özlərinin ehtiraslar 

arzulayan  qəhrəmanını  son  nəticədə  tam  təslimiyyatın  bu  məqamına  gətirib  çıxarırlar,  bu 

zaman,  bir  qayda  olaraq,  həm  həyat  iradəsi,  həm  də  onun  təzahürü  eyni  zamanda  başa  çatır; 

amma  mənə  məlum  olan  obrazlardan  heç  biri  bu  çevrilişin  mahiyyətini  məhz  Qretxen  kimi, 

kənar heç bir şey olmadan, belə aydın bir şəkildə və belə bir xalislikdə açıb göstərmir. 

Gerçək  həyatda  biz  görürük  ki,  belə  bir  çevriliş  çox  tez-tez  o  bədbəxtlərlə  baş  verir  ki, 

onlar əzabların ən böyüyünü dadmalı  olmuşlar, – onlar hər hansı bir ümiddən məhrum olaraq, 

mənəvi  qüvvələrin  tamlığında,  biabırçı,  zorakı,  bir  çox  hallarda  ölüm  kürsüsündə  baş  verən 

əzablı ölümə doğru gedirlər.  Amma, biz düşünməməliyik ki, onların xarakteri ilə əksər insanların 

xarakteri  arasında  həqiqətən  də  bu  qədər  böyük  fərq  mövcuddur,  onların  payına  düşən 

qismətdən belə  bir nəticə  çıxarıla  bilər:  yox  sonuncu  adətən  şəraitdən  asılıdır,  baxmayaraq  ki, 

belə insanlar, əlbəttə ki, günahkar və çox zalımdırlar. Və budur, biz görürük ki, tam ümidsizliyə 

düçar olanların  bir çoxunda köklü çevriliş baş verir. Onlar bu zaman həqiqətən nəcib və təmiz 

niyyətlər,  istənilən  zalımlığa  və  ya  mərhəmətsiz  əmələ  qarşı  səmimi  nifrət,ikrah  təzahür 

etdirirlər;  düşmənlərini bağışlayırlar, – hətta o düşmənlərini bağışlayırlar ki, onların ucbatından 

günahsız  olduqları  halda  əziyyət  çəkmişlər  və  yalnız  sözdə  cəhənnəm  və  axirət  hakimləri 

qarşısında  ikiüzlülükdən  yaranan  qorxu  nəticəsində  bağışlamırlar,  özlüyündə,  səmimi  olaraq, 

ürəkdən  bağışlayırlar  və  qətiyyən  qisas  təşnəsi  olmurlar.  O  Bu  azmış  kimi  nlar  üçün  əzab  və 

ölüm son nəticədə arzu edilən olur, zira həyat iradəsinin inkarı baş vermişdir, onlar təklif olunan 

xilas  üsullarını  bir  çox  hallarda  rədd  edirlər,  həvəslə,  rahatca,  sakitcə,  bəxtiyarcasına  ölürlər. 

Saya-hesaba gəlməyən əzablar içərisində onlar üçün həyatın sonuncu sirri açılmışdır – həyatın o 

sonuncu  sirri  ki,  zalımlıq  və  kin,  əzab  və  nifrət,  əzabkeş  və  zülm  verən,  əsas  qanununa  riayət 

edən  idrak  üçün  nə  qədər  fərqli  olsalar  da,  onlar  özlüyündə  eyni  şeydirlər,  o  vahid  həyat 

iradəsinin  təzahürüdürlər  ki,  o,    principio  individuationisdə  özünün  özü  ilə  daxili  ixtilafını 

obyektivləşdirir; onlar hər iki tərəfi – kini və zalımlığı - tam ölçüdə dərk etmişlər və nəhayət, hər 

ikisinin eyniyyətini görərək, eyni zamanda onların hər ikisini rədd edirlər, həyat iradəsini inkar 

edirlər. Onların öz zəkalarına məhz hansı miflərdə və ehkamlarda bu intuitiv və bilavasitə idrak  

və özlərinin dönməsi barədə hesabat vermələri isə - bu, artıq  dediyim kimi, tamamilə fərqsizdir. 

Belə  bir  əxlaqi  çevrilişin  şahidi  şübhəsizdir  ki,  "Wandsbecker  Boten"də  (1-ci  hissə,  səh. 

115)  özünün  "Cənab...  başqalaşma  tarixçəsi"  adı  altında  çap  olunan  görkəmli  əsərini:  “İnsanın 

fikir  tərzi  çevrənin  bir  nöqtəsindən  əks  nöqtəsinə  keçə  bilər  və  sonra  əvvəlki  nöqtəyə  qayıda 

bilər, əgər şərait ona belə bir qövsü çəksə. Və bu dəyişikliklər insanda böyük və maraqlı olan bir 

şey olaraq çıxış etmir. Amma bütün çevrənin dönməz şəkildə, qəti olaraq darmadağın edildiyi, 

psixologiyanın  bütün  qanunlarının  boş  və  cəfəng  olmuş  olduqları  zaman,  insanın  dərisi 

soyulduğu zaman və ya, ən azı, tərs üzünə çevrildiyi zaman o kotolik, valehedici, transsendental 

dəyişiklik  baş  verir  ki,  onda  sanki  gözün  qarşısındakı  pərdə  götürülür,  –  bu,  elə  bir  şeydir  ki, 

özündə  azacıq da olsa öz  nəfəsini duyan hər hansı bir kəs, əgər onun haqqında nəsə səhih bir 

şey  eşidə  və  bilə  bilərsə,  atasını  və  anasını  qoyaraq  onun  ardınca  gedir”  sözləri  ilə  qurtaran 

Mattias Klaudius həmin əsəri yazdığı zaman olmuşdur. 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                 Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

520 


 

 Özü  də,  ölümün  yaxınlığı  və  məyusluq  əzabla  bu  cür  təmizlənmə  üçün  zəruri  şərt 

deyildir.  Və  böyük  bədbəxtlik  və  qəm  onlar  olmadan  da  gözləri  zorla  aça  bilər  və  həyat 

iradəsinin  özü  ilə  ixtilafını  və  eləcə  də  hər  hansı  bir  canatmanın  əbəs  olduğunu,  bihudəliyini 

göstərə bilər. Elə buna görə də, bir çox hallarda tez-tez elə nümunələr olmuşdur ki, ehtirasların 

burulğanında çox coşqun həyat sürən insanlar – hökmdarlar, qəhrəmanlar, macəra axtaranlar – 

qəflətən dəyişmiş, tam təslimiyyat və tövbəyə gəlmişlər, rahiblərə, tərki-dünyalara çevrilmişlər. 

Buraya  dönmələrin  bütün  doğru  tarixçələri  aiddir,  məsələn,  Raymund  Lullinin  tarixçəsi: 

Raymund  Lullinin  uzun  müddət  ürəyini  çalmaq  üçün  əlləşdiyi  gözəl,  nəhayət,  öz  otağının 

qapılarını  onun  üzünə  açmış  və  Raymund  Lulli  özünün  bütün  xəyallarının  gerçəkləşəcəyindən 

vəcdə  gəldiyi  halda,  həmin  gözəl  öz  korsajının  düymələrini  açaraq,    ona  döşünü  göstərmişdir. 

Xərçəngin dəhşətli bir tərzdə parçaladığı döşü görən Raymund Lulli bu andan başlayaraq sanki 

cəhənnəmi görüb-qayıtmış kimi olur, dəyişir, Mayorka kralının sarayını tərk edir və tövbə etmək 

üçün  səhralara  çəkilir

*

.  Abbat  Ranseenin  tarixçəsi    dönmənin,  başqalaşmanın  bu  nümunəsi  ilə 



oxşardır, onu mən qısaca olaraq ikinci cildin 48-ci fəslində danışmışam. Əgər biz diqqət yetirsək 

ki,  həm  orada,  həm  də  burada  stimul  olaraq  kef-səfadan  həyatın  dəhşətlərinə  keçid  çıxış 

etmişdir,  onda  bu,  bizə  o  faktı  izah  edir  ki,  niyə  Avropanın  məhz  həmişə  şən,  həmişə  şad, 

hissiyyatlı  və  yüngülxasiyyət  millətinin,  yəni  fransızların  içərisində  bütün monax ordenlərindən 

ən  ciddisi  –  trappistlər  ordeni  meydana  gəlmişdir  və  niyə  o,  özünün  tənəzzülündən  sonra 

Ransee  tərəfindən  bərpa  edilmişdir  və,  inqilaba,  kilsə  reformasiyalarına  və  geniş  yayılan 

inamsızlığa baxmayaraq,  özünün  bütün  paklığında  və  dəhşət  gətirən  ciddiliyində bu  günə  kimi 

mövcuddur.  

Lakin  varlığımızın  mahiyyətini  qəfildən  beləcə    bəsirətlə  görmə  insanı  öz  bəhanəsi  ilə 

birgə yenidən tərk edə bilər, onda həm həyat iradəsi, həm də onunla birlikdə əvvəlki xarakter 

də  qayıdacaqdır.  Məsələn,  biz  görürük  ki,  qızğın  Benvenuto  Çellini  belə  bir  çevrilişi  bir  dəfə 

həbsxanada,  başqa  dəfə  isə  ağır  xəstə  olaraq  yataqda  olarkən  yaşamışdır,  amma  əzablar  yox 

olanda,  o,  yenidən  əvvəlki  vəziyyətə  qaydırdı.  Ümumiyyətlə  iradənin  inkarı  əzabdan  qətiyyən 

əməlin,təsirin  səbəbdən  çıxması  qaçılmazlığı  ilə  çıxmır,  –  yox,  iradə  azad  olaraq  qalır.  Zira 

burada  o  yeganə  məqamdır  ki,  orada  onun  azadlığı  bilavasitə  olaraq  hadisəyə,  təzahürə  daxil 

olur; "transsendental dəyişiklik" qarşısında Asmusun güclü bir tərzdə ifadə olunmuş heyrəti də 

öz başlanğıcını elə buradan götürür. Hər bir əzab zamanı iradəni təsəvvür etmək mümkündür ki, 

o,  gərginliyilə  onu  üstələyir  və  ona  görə  də,  məğlubedilməzdir.  Budur,  bunun  da  nəticəsində, 

Platon  "Fedon"da  o  insanlar  barədə  xəbər  verir  ki,  onlar  özlərinin  edam  anına  qədər  həyatı 

təsdiq  edərək  yeyib  içir,  məhəbbətdən  həzz  alırdılar.  Şekspir  bizə  kardinal  Boforun  simasında 

günahkarın  dəhşətli  sonunun  rəsmini  yaradır,  o,  ümidsizdik,  məyusluq  içərisində  ölür,  zira  nə 

əzablar,  nə  də  ölüm  öz  gərginliyi  baxımından  kinin,bədliyin  son  həddinə  kimi  gəlib  yetişən 

iradəni məhv edə bilməz

*



 İradə  nə  qədər  gərgindirsə,  onun  ixtilafının  təzahürü  bir  o  qədər  parlaqdır  və  deməli, 

əzab bir o qədər güclüdür. Müqayisə olunmaz dərəcədə daha gərgin həyat iradəsinin hadisəsi, 

                                                           

*

 Bruckeri hist, philos., tomi IV, pars I, p. 10. 



*

 Henrix VI, hissə. II, pərdə 3. 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                 Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

521 


 

təzahürü ola bilən dünya, bu dünyaya nisbətən daha böyük əzabları təzahür etdirərdi: deməli o 

cəhənnəm olmuş olardı.  

 Hər  hansı  bir  əzab  iradənin  öldürülməsi  və  təslimiyyata  çağırış  olmaqla  potensiyada 

ruhlandırıcı qüvvəyə malik  olduğundan bununla o da izah olunur ki, niyə böyük bədbəxtlik və 

dərin  kədər  artıq  özlüyündə  müəyyən  bir  hörmət  təlqin  edir.  Amma  əzab  çəkən  bizim 

gözümüzdə  yalnız  o  zaman  tamamilə  hörmətə  layiq  olan  kimi  görünür  ki,  bu  zaman  özünün 

bütün həyatını əzablar zənciri kimi nəzərdən keçirərək və ya hansısa böyük və təsəllisiz dərdinə 

ağlayaraq,  o,  amma,  özlüyündə  hadisələrin  o  gedişinə,kələfinə  diqqət  yetirmir  ki,  onlar  məhz 

onun  həyatını  kədərə  qərq  etmişlər  və  o,    məruz  qaldığı  bu  böyük  ayrıca  bədbəxtlik  üzərində 

durub  qalmır(axı  o,  hələ  ki,  müstəsna  olaraq  özü  barədə  düşünür  və    kədərlənir,  onun  idrakı 

əsas qanununa tabe olur və ayrıca hadisəyə, təzahürə bənd olub qalır və o, hələ də həyatı hər 

halda  istəyir,  amma  yalnız  başqa  şəraitdə  olan  həyat:  doğrudan  da  o,  yalnız  o  zaman  hörmət 

doğurur ki, bu zaman onun baxış bucağı təfsilatlardan ümumiyə doğru genişlənir, bu zaman o, 

özünün  şəxsi  əzabında  yalnız  bütövün  bir  nümunəciyini  görür  və  etik  cəhətdən  bir  dahiyə 

çevrilərək, bir halı bütöv minlərlə halın nümayəndəsi hesab edir, və buna görə də, həyatın onun 

tərəfindən  mahiyyətcə  bir  əzab    olaraq  qəbul  edilən    məcmusu  onu  tam  təslimiyyətə    gətirib 

çıxarır. Elə buna görə də, o hal hörmətə layiqdir ki, Hötenin "Torkvato Tasso" əsərində şahzadə 

qız  o  barədə  danışır  ki,  şəxsi  həyatı  və    doğmalarının  həyatı  həmişə  kədərli  və  sevincsiz 

olmuşdur və bu zaman o tamamilə ümumi  mövqedə qalır. 

Nəcib  xarakterə  malik  olan  insanı  biz  həmişə  özlüyündə  həzin  qəmə  qərq  olmuş  kimi 

təsəvvür  edirik,  bu  qəm    öncə    gündəlik  pis  xəbərlərin,  pisliklərin  doğurduğu  daimi  pərtliyə, 

dilxorluğa  çox  az  yaxındır  (belə  bir  pərtlik,  dilxorluq  qeyri-nəcib  cizgi  olmuş  olardı  və  bəd 

niyyətlərdən şübhələnməyə vadar edərdi); yox, bu kədərdə bütün nemətlərin və mücadilələrin 

heç nə olması şüuru və yalnız özününkünün deyil, hər cür həyatın əzabları ifadə olunur. Amma 

belə bir şüur ilk dəfə şəxsi kədərlərdən, xüsusən hansısa  böyük bir bədbəxtlikdən doğula bilər, 

məsələn, yerinə yetirilməz bircə arzu Petrarkanı bütün həyatı boyu itaət kədərinə gətirib çıxardı 

ki,  onun  əsərlərinə    hopan  bu  kədər  də  bizi  valeh,  məftun  edir,dalınca  düşdüyü  Dəfnə  onun 

qoynundan sivrişib çıxmalı idi ki, öz yerinə ona ölməzlik  çələngini saxlasın

cxciv


. Əgər talenin belə 

bir böyük və geridönməz imtinası iradəni bir dəfə sındırmışsa, onda artıq sonradan demək olar 

ki, heç bir başqa arzu meydana çıxmır, və xarakter itaətin həlim, kədərli, nəcib cizgilərini təzahür 

etdirir.  Əgər,  nəhayət,  kədər  artıq  müəyyən  bir  obyektə  malik  deyildirsə,  ümumiyyətlə  həyatı 

əhatə edirsə, onda o, - iradənin müəyyən dərəcəyə kimi bir yerə toplanması, azalması, tədricən 

yox  olmasıdır;  kədər  iradənin  görünüşünü,    görünə  bilən  təzahürünü  –  bədəni  gizli,  məhrəm 

dərinlikdə sakitcə içəridən dağıdır, və bu zaman insan onu dünyaya bağlayan bağların bir qədər 

zəiflədiyini, – eyni zamanda həm bədənə, həm də iradəyə rüsxət verilməsini vəd edən ölümün 

yüngülcə  önduyumunu hiss edir; elə buna görə də, belə bir kədəri gizli sevinc izləyir,müşaiyət 

edir və mən düşünürəm ki, bütün xalqların içərisindən ən melanxolik olanı məhz onu the joy of 



grief  [kədərdən  doğulan  sevinc+  adlandırmışdır.  Amma  bunun  əvəzində  məhz  elə  burada 

həssaslıq, duyğusallıq maneəsi də yatır, həm həyatın özündə, həm də onun poetik təsvirində: bu 

maneə  ondan  ibarətdir  ki,  mərdi-mərdanə  tam  təslimiyyətə  yüksəlmədən,  əbədi  olaraq 

kədərlənir və  gileylənirlər; belə halda biz dərhal həm yeri, həm də göyü itiririk və məzmunsuz 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                 Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

522 


 

sentimentallıq qalır. Yalnız əzab xalis idrak formasını qəbul etdiyi və sonuncu iradənin kviyetivi 

olaraq  öz  ardınca  həqiqi  tam  itaəti,təslimiyyəti  gətirdiyi  zaman  –  və  yalnız  onda  əzab  xilasa 

aparan yol olur və ona görə də, hörmətə layiq olur. Özü də, bu mənada biz ümumiyyətlə, bir çox 

bədbəxt  insanı  görərkən  ona  qarşı  müəyyən  bir  hörmət  hissi  duyuruq  və  bu  hiss  fəzilətin  və 

nəcibliyin  bizdə  doğurduğu  hissə  yaxındır.  Və  bədbəxt  insanı  görərkən  öz  şəxsi  xoşbəxtliyimiz 

bizə  eyni  zamanda  sanki  bir  danlaq,    tənə  kimi  görünür.  Hər  hansı  bir  əzab  –  istər  şəxsi  əzab, 

istərsə  də  özgə,  yad  əzabı  –  qeyri-iradi  olaraq bizə  fəzilətə  və  müqəddəsliyə,  ən  azı, potensial 

yaxınlaşma kimi görünür; dünyəvi nemətləri və həzzləri isə biz, əksinə olaraq, onlardan sapma 

hesab edirik. Bu, o dərəcəyə kimi gəlib çatır ki, böyük fiziki əzaba və ya ağır mənəvi iztirablara 

məruz qalan hər hansı bir insan, hətta yalnız özünün alın təri ilə və aşkar üzülmə ilə, ən böyük 

gərginlik tələb edən fiziki iş görən və bütün bunları səbirlə və dinməz-söyləməz edən hər hansı 

bir  kəs,  mən  deyərdim  ki,  əgər  ona  candan  diqqət  yetirilsə,  bizim  gözümüzdə  özünü  əzablı 

müalicəyə  məruz  qoyan,  amma  bu  müalicədən  doğan  ağrıya  həvəslə  və  hətta  zövqlə  dözən 

xəstəyə  bənzəyir,  dərk  edərək  ki,  o,  nə  qədər  çox  əzab  çəkirsə,  xəstəliyin  materiyası  da  bir  o 

qədər güclü bir tərzdə dağılır, və buna görə də, kecirdiyi ağrı onun müalicəsinin meyarı kimi çıxış 

edir. 

Bütün yuxarıda deyilənlərə uyğun olaraq, həyat iradəsinin inkarı, başqa cür deyilsə, tam 



təslimiyyət və ya müqəddəslik adlandırılan şey həmişə iradənin kviyetivindən irəli gəlir, iradənin 

kviyetivi isə onun (iradənin) canlı olan bütün hər bir şeyin əzabında aşkara çıxan daxili ixtilafının 

və  fəlakətin,mənhus  puçluğunun  dərk  olunmasıdır.  Bizim  iki  yol  şəklində  təsvir  etdiyimiz  fərq 

onunla  şərtlənmişdir  ki,  bu,  yalnız  xalis  nəzəri  olaraq  dərk  edilmiş  əzabın  nəticəsi  olaraqmı 

təzahür olunur, onun azad bir şəkildə mənimsənilməsinin və principii individuationis-in fəhmən 

dərk  edilməsinin  nəticəsidirmi,  yoxsa  o,  bilavasitə  olaraq  və  şəxsən  yaşanan  əzabdanmı  irəli 

gəlir. Həqiqi xilas, həyatdan və əzabdan azad olma iradənin tam inkarı olmadan, ağlagəlməzdir. 

Bu  vaxta  qədər  hər  bir  kəs  bu  iradənin  özü  olmaqdan  başqa  bir  şey  deyildir,  onun  hadisəsi, 

təzahürü  kimi  isə  ötəri  mövcudluq,  həmişə  bihudə  olan  və  əbədi  olaraq  aldadılan  canatma, 

bütün  hamımızın dönməz olaraq və eyni özgəninkiləşdirilməzliklə məxsus olduğumuz, əzablarla 

dolub-daşan dünya çıxış edir. Zira biz yuxarıda gördük ki, həyat iradəsi üçün həyat həmişə təmin 

olunmuşdur  və  indi  onun  yeganə  real  formasıdır,  insanlardan  heç  kəs  heç  bir  vaxt  indidən 

kənara  çıxa  bilməz,  doğuluş  və  ölüm  hadisədə,  təzahürdə  necə  hökmranlıq  edirsə  etsin.  Hind 

mifi bunu aşağıdakı sözlərlə ifadə edir: “Onlar yenidən doğulacaqlar”. Xarakterlərin böyük etik 

fərqi o mənaya malikdir ki, zalım iradənin inkarının irəli gəldiyi idrakdan sonsuz olaraq uzaqdır, 

və buna görə də, o, haqlı olaraq həqiqətən də həyatda mümkün olan bütün əzablara məhkum 

edilmişdir, belə ki, indiki məqamda onun şəxsiyyətinin təsadüfi xoşbəxt vəziyyəti yalnız principio 

individuationis  ilə  vasitələndirilən  hadisə,  təzahürdür  və  Mayyanın  qarabasmasıdır,  dilənçinin 

xoşbəxt  yuxusudur.  Onun  öz  iradəsinin  ehtiraslı  və  acıqlı  coşqunluğu  içərisində  başqalarını 

məruz qoyduğu əzablar o əzabların ölçüsü olaraq çıxış edir ki, öz iradəsini darmadağın etmədən 

və onun son inkarına yetmədən bu əzablara şəxsən tuş gələ və dözə bilər. Əksinə, hər hansı bir 

həqiqi və xalis, təmiz məhəbbət, hətta hər hansı bir azad ədalət artıq principii individuationisın 

fəhmən dərk olunmasından irəli gəlir və əgər o, özünün bütün qüvvəsində baş verirsə, onda öz 

ardınca  tam  müqəddəsliyi  və  qurtuluşu  gətirir,  bu  azad  olmanın  fenomeni  olaraq  isə  yuxarıda 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 


Yüklə 6,14 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin