Dünya: iradə və təsəvvür kimi


Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi"



Yüklə 6,14 Mb.
Pdf görüntüsü
səhifə39/57
tarix01.01.2017
ölçüsü6,14 Mb.
#4243
1   ...   35   36   37   38   39   40   41   42   ...   57

                 Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

523 


 

təsvir olunan tam təslimiyyət vəziyyəti, onu müşayiət edən pozulmaz  sülh və ölüm qarşısında 

yüksək sevinc hissi çıxış edir

*



 

§ 69 


Biz  öz  tədqiqatımızın  sərhədləri  çərçivəsində  həyat    iradəsinin  inkarını  kifayət  qədər 

səciyyələndirdik, bu inkar iradənin hadisədə, təzahürdə aşkara çıxan yeganə azadlıq aktıdır, və 

ona  görə  də  Asmusun  ifadəsinə  görə,  -  transsendental  dəyişiklikdir.  İradənin  ayrıca    bir 

təzahürünün faktiki  məhvi  – intihar - ona ən çox oxşardır. Heç cür iradənin inkarı olmamaqla, 

o,  -  onun  qüdrətli  təsdiqinin  fenomenidir.  Zira  bu  inkarın  mahiyyəti  ondan  ibarətdir  ki,  insan 

həyatın  əzablarını  deyil,  həzzlərini  rədd  edir.  Özünü  öldürən  həyatı  istəyir  və  yalnız  onun  ona 

təqdim  olunan  şəraitindən  narazıdır.  Elə  buna  görə  də,  o,  qətiyyən  həyat  iradəsindən  imtina 

etmir,onun  ayrıca  bir  təzahürünü  dağıdaraq  yalnız  həyatın  özündən  imtina  edir.  O,  həyatı, 

möhkəm  cansağlığının  təsdiqini  istəyir,  amma  şəraitin  gedişi,  dolaşıqlığı  buna  yol  vermir  və 

onun qarşısına böyük bir əzab çıxır. Həyat iradəsinin özü bu ayrıca hadisədə,  təzahürdə özünü o 

qədər çətinlikdə, darda hiss edir ki, öz canatmalarını inkişaf etdirə bilmir. Elə buna görə də, o, öz 

daxili mahiyyətinə uyğun gələn qərarı seçir, onun daxili mahiyyəti isə əsas qanununun formaları 

xaricində  yatır  və  bunun  nəticəsində  də,  hər  hansı  bir  ayrıca  hadisə,  təzahür  onun  üçün 

fərqsizdir,  belə  ki,  bu  mahiyyət  hər  hansı  bir  əmələ  gəlmə  və  məhv  olma  üçün  toxunulmamış 

qalır və bütün hər bir şeyin həyatının özəyini təşkil edir. Zira o möhkəm, daxili əminlik ki, onun 

təsiri ilə bizim hamımız ölümün daimi qorxusu olmadan yaşayırıq,  – o əminlik ki, iradə heç bir 

vaxt özünün təzahürü olmadan qala bilməz, bu əminlik həm intihar aktı üçün də dayaq kimi çıxış 

edir.  Beləliklə,  həyat  iradəsi  eyni  dərəcədə  həm  bu  özünüməhvetmədə  (Şiva),  həm  özünü 

qoruyub  saxlamanın  sevincində  (Vişnu)  və  həm  də  doğuluş  ehtirasında  (Brahma)    təzahür 

olunur. Trimurti vəhdətinin daxili mənası belədir, hər bir insan bütövlükdə belədir, baxmayaraq 

ki, o, zaman daxilində özünün üç başından gah birini, gah da digərini qaldırır .  

İntiharın  iradənin  inkarına  münasibəti  ayrıca  şeyin  ideyaya  münasibəti  kimidir:  özünə 

qəsd  edən  kəs,  özünün  qatili  olan  kəs  növdən  deyil,  yalnız  fərddən  üz  döndərir.  Biz  artıq 

yuxarıda  gördük  ki,  həyat  iradəsi  üçün  həyat  həmişə  təmin  olunduğundan,  həyatın  mühüm 

əlaməti  olaraq  isə  əzab  çıxış  etdiyindən,  onda  intihar,  dəyişilməz  olaraq  qalan  özündə  şeyə 

toxunulmadan bir xüsusi hadisənin, təzahürün könüllü olaraq dağıdılmasıdır, göy bu qurşağının 

öz ötəri daşıyıcılarının-damcıların sürətli dəyişilməsinə, əvəzlənməsinə baxmayaraq, dəyişilməz  

qalması kimidir, deməli intihar – tamamilə faydasız və ağılsız əməldir. Amma bununla yanaşı o, - 

həyat  iradəsinin  öz-özü  ilə  ixtilafının,  ziddiyyətinin  ən  tükürpədici  ifadəsi  kimi  Mayyanın 

şedevrıdır. Bizim bu ziddiyyətlə artıq iradənin aşağı səviyyələrdə təzahürlərində qarşılaşdığımız, 

bütün  üzvi  fərdlərin  təbii  qüvvələrinin  bütün  aşkarlanmalarının  materiya,  zaman  və  məkan 

uğrunda  aramsız  mübarizəsində  ifadə  olunmasına  oxşar  olaraq,  onun  iradənin 

obyektivasiyasının  pillələri  ilə  dəhşətli  bir  aşkarlıqla  getdikcə  daha  çox  yüksəlməsinə  oxşar 

olaraq,  nəhayət, o insan ideyasını təcəssüm etdirən ən yüksək pillədə xüsusi enerjiyə nail olur. 

                                                           

*

 Buraya II cildin 48-ci fəsli də aiddir. 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                 Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

524 


 

Və burada eyni ideyanı təmsil edən fərdlər yalnız bir-birini  məhv etmirlər, həm də, hətta eyni 

fərd özünə müharibə elan edir və həyatı istədiyi və ona mane olan əzabı dəf etdiyi şiddət onu 

özünüməhvə  qədər  gətirib  çıxarır,  belə  ki,  əzab  iradəni  sındırmazdan  daha  öncə,  fərdi  iradə 

özünün  aktı,  əməli  ilə  bədəni,  yəni    öz  görüntüsünü  məhv  edir.  Məhz  ona  görə  ki,  intiharçı 

özünün qatili olmaqdan qala bilmir, o, yaşamaqdan qalır, intiharçı və iradə burada özünü məhz 

öz  təzahürünü məhv etmə yolu ilə təsdiq edir, zira o, özünü başqa cür təsdiq etmək qüvvəsində 

deyildir.  Belə  ki,  iradənin  öldürülməsi  olaraq  özünə  qəsd  edən  kəs,  intiharçı  öz  şəxsiyyətinin 

inkarına və xilasa gətirə bilən şey məhz əzabdır ki, ondan o öz əməli ilə yayınır, onda özünə qəsd 

edən kəs,intiharçı özünün qatili bu cəhətdən sanki bir xəstəyə bənzəyir, o xəstəyə bənzəyir ki, 

artıq  başlanmış,  ona  tam  şəfa  verə  biləcək  ağrılı  əməliyyatı  başa  çatdırmağa  imkan  vermir  və 

xəstəliyi saxlamağı üstün tutur. Əzab onun köməyinə gəlir və özlüyündə ona iradəni rədd etmək 

imkanını  yaradır,  amma  o,  onu  özündən  kənarlaşdırır,  iradənin  özünün  sındırılmadan  qalması 

üçün, iradənin təzahürünü, bədəni dağıdır. Demək olar ki, bütün, həm fəlsəfi, həm də dini etik 

sistemlərin,  intiharı  pisləməsinin  əsas  səbəbi, bax,  budur,  baxmayaraq  ki,  onların  özləri  bunun 

üçün  yalnız qəribə,  sofist  əsaslar  gətirirlər.  Amma  əgər  insan  haçansa  xalis  əxlaqi  səbəblərdən 

özünü  intihardan  saxlamışsa,  onda  bu  özünüdəfin  (bu,  onun  zəkası  tərəfindən  anlayışlar 

vasitəsilə  hansı  qiyafətə  salınırsa-salınsın)  gizli,  məhrəm  mənası  aşağıdakı  olmuşdu:  “Mən 

yaxamı  əzabdan  qırağa  çəkmək  istəmirəm,  və  bunu  təzahürü  son  dərəcə  kədərli  olan  həyat 

iradəsini  məhv  etmək  üçün  mənə  kömək  etsin  deyə  edirəm,  onun  üçün  edirəm  ki,  o  (əzab) 

dünyanın  həqiqi  mahiyyətinin  indi  mənim  üçün  artıq  açılan  idrakını  o  dərəcədə 

möhkəmləndirsin  bu  idrak  mənim  iradəmin  sonuncu  kviyetivi  olsun  və  məni  həmişəlik  olaraq 

azad etsin”.  

Məlum olduğu kimi, zaman-zaman belə hallar da təkrarlanır ki, intihar uşaqlara da şamil 

edilir:  ata  sevimli  övladlarını  ,  sonra  isə  özü-özünü  öldürür.  Əgər  biz  ona  diqqət  yetirsək  ki, 

vicdan, din və bütün ənənəvi anlayışlar insanı belə bir ölümdə ən ağır cinayəti görməyə məcbur 

edirlər,  halbuki,    ölümü  saatında  insan,  bunu  hər  halda  edir,  özü  də  burada  o,  hər  hansı  bir 

eqoistik motivi əldə rəhbər tuta bilməz, – bu fenomeni yalnız onunla izah etmək mümkündür ki, 

verilmiş  halda  fərdin  iradəsi  özünü  bilavasitə  olaraq  uşaqlarda  tanıyır,  amma  hadisənin, 

təzahürün– guya mahiyyətin özü olması barədə yanılmalara qərq olaraq və hər hansı bir həyatın 

müsibətli  olması  şüuru  ilə  dərindən  məyus  olaraq  səhv  olaraq  belə  güman  edir  ki,  hadisə, 

təzahür  ilə  birgə  o,  mahiyyətin  özünü  də  dağıdır  və,  buna  görə  də,  fərd  özünü  və  özünün 

bilavasitə yenidən doğuluşu hesab etdiyi uşaqlarını varlıqdan xilas etmək istəyir.  

Belə  düşünmək  tamamilə  analoji  yanılma  olmuş  olardı,  guya,  mayalanma  zamanı 

təbiətin  məqsədlərini  susduraraq,  könüllü  bakirəliyin  nəticəsində  nail  olunulana  nail  olmaq 

mümkündür; eləcə də həyata can atan şeyi həyatla təmin etmək üçün mümkün olan hər bir şeyi 

etmək  əvəzinə,  həyatın  qaçılmaz  əzabları  ucbatından  təzə  doğulan  uşağın  ölümünə  kömək 

etmək  cəfəngdir.  Zira    madam  ki,  həyat  iradəsi  mövcuddur,  onda  onu  yeganə  metafizik 

başlanğıc və ya özündə şey olaraq heç bir qüvvə sındıra bilməz, yalnız onun hadisəsi, təzahürü 

bu  yerdə  və  bu  zaman  məhv  edilə  bilər.  İradənin  özü  idrakdan  savayı  heç  nə  ilə  ləğv  edilə 

bilməz.  Elə  buna  görə  də,  xilasın  yeganə  yolu  ondan  ibarətdir  ki,  iradə  maneəsiz  təzahür 

olunsun, ki, zira bu təzahürdə biz öz varlığımızı dərk edə bilək. İradə yalnız bu idrak nəticəsində 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                 Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

525 


 

öz özünü rədd edə  və bununla da onun təzahürü ilə ayrılmaz olaraq bağlı olan əzaba son qoya 

bilər,  amma  bunu  fiziki  zorakılıq  yolu  ilə  həyata  keçirmək  mümkün  deyildir,  dölün  çıxarılması 

(abort),  çağanın  öldürülməsi  və  ya  intihar  halları  isə  məhz  belədir.  Elə  buna  görə  də,  indi  ki, 

təbiətin  daxili  mahiyyətini  təşkil  edən  həyat  iradəsi  müəyyənləşmişdir,  hər  bir  vəchlə  təbiətin 

məqsədlərinə yardım etmək lazımdır.  

Görünür,  intiharın  elə  bir  xüsusi  növü  vardır  ki,  o,  adi  intihardan  tamamilə  fərqlənir. 

İntiharın  bu  xüsusi  növü,  ehtimal  ki,  hələ  də  kifayət  qədər  öz  təsbitini  tapmamışdır.  Bu,  – 

asxezanın, zöhrün yüksək pilləsində könüllü  seçilən aclıqdan ölmədir; onun meydana çıxması, 

amma  ki,  həmişə  dini  sərsəmləmələrlə  və  hətta fanatik  mövhumatla  müşayiət  olunmuşdur  ki, 

bu da ona heç də tam aydın olmayan bir görkəm verir. Amma hər halda iradənin tam inkarı elə 

bir qüvvəyə  çata bilər ki, bu zaman hətta o iradə də qüvvədən düşür ki, o, cismani həyatın qida 

qəbulu  ilə  qorunub  saxlanılması  üçün  zəruridir.  İntiharın  bu  növü  qətiyyən,  əsla  həyat 

iradəsindən irəli gəlmir: belə bir mütləq  təslimiyyətə nail olmuş asket yaşamaqdan yalnız ona 

görə  qalır  ki,  o,  istəməkdən  tamamilə  qalır.    Aclıqdan  ölümlə  yanaşı,  ölümün  başqa  bir  növü 

burada hətta ağla belə yerləşmir (hərgah hansısa xüsusi qatı mövhumatçılıq, vəhşilik tərəfindən 

düşünülüb-tapılanlar olmasa), zira  əzabları azaltmaq arzusu artıq mahiyyəti etibarı ilə iradənin 

təsdiqinin  bir  dərəcəsi  olmuş  olardı.  Belə  bir  zahidin,  mücahidin  zəkasını  dolduran  ehkamlar 

belə  bir  illüziya  zamanı  ona  təlqin  edirlər  ki,  guya  yüksək  təbiətin  varlığı  ona  o  məqamı 

göstərmişdir  ki,    daxili  şövqü  onu  buraya  çağırır.  Bunun  qədim  nümunələrini  Breslav"Təbiət 

tarixi təbabət məcmuəsi"ndə (sentyabr 1799-ci il., səh. 363 və sonrakılar) ; Beyldə, ("Nouvelles 

de  la  republique  des  lettres",  fevral,  1685,  səh.  189  və  sonrakılar);  Simmermanda  "Zahidlik 

barədə  "  (c.  1,  səh.  182);  "Histoire  de  l'academie  des  sciences"  məcmuəsində  (1764-cü  il.)  – 

Hottuynun  (Houttuyn)  "Praktiki  həkimlər  üçün  məcmuə"sində  (c.  1,  səh.  69)  çap  olunan 

hekayətlərdə  tapmaq  mümkündür. Yeni  məlumatları  Qufelandda,  "Praktik  təbabət  jurnalı"nda 

(c.  X,  səh.  181  və  c.  XLVIII,  səh.  95),  həmçinin  də  Nassda  "Psixiatrlar  üçün  jurnal"da  (1819, 

buraxılış. 3, səh. 460), "Edinburgh medical and surgical Journal" jurnalında (1809, c. V, səh. 319) 

tapmaq mümkündür. 1833-cü ildə bütün qəzetlər belə bir məlumat yaydılar ki, ingilis tarixçisi d-

r Linqard yanvarda Duvrda  aclıq edərək ölmüşdür; sonrakı məlumatlara görə, bunu edən onun 

özü  deyilmiş,    qohumu  imiş.  Amma  oxşar  məlumatlar  belə  insanları  əsas  etibarı  ilə  dəli  kimi 

təsvir  edirlər,  və  əmin  olmaq  mümkün  deyildir  ki,  bu,  hansı  dərəcədə  ədalətlidir.  Amma  belə 

qəbildən  olan  bir  yeni  xəbəri  mən  burada  gətirmək  istərdim,  –  ən  azı  insan  təbiətinin  burada 

toxunulan  heyranedici,  valehedici  və  qeyri-adi  fenomenlərinin  nadir  nümunələrindən  birinin 

daha  etibarlı  bir  qaydada  saxlanılması  məqsədi  ilə.  Bu  fenomen,  ən  azı,  öz  görüntüsünə  görə, 

mənim  onu  aid  etmək  istədiyim  yerə  aiddir,  və  o,  başqa  cür  çətin  ki,  izah  oluna  bilsin.  Adı 

çəkilən yeni xəbər "Nürnberq müxbiri"ndədir (29 iyul 1813-cü il.) və o, belədir:  

“Berndən  xəbər  verirlər  ki,  Turnenin  yaxınlığında  qalın  meşədə  bir  koma  tapmışlar  və 

onun daxilində artıq bir aya yaxın çürüməkdə olan kişi meyiti varmış. Onun əynində olan geyim 

sahibinin  vəziyyətini  müəyyənləşdirmək  üçün  az  yararlı  imiş.  Meyitin  yanında  iki  çox  nazik 

köynək  varmış.  Burada  ən  vacib,  ən  mühüm  predmet  isə  əlavə  təmiz  səhifələr  tikilmiş  Bibliya 

olmuşdu,  bu  səhifələr  qismən  mərhum  tərəfindən  yazılıb  doldurulmuşdu.  O,  onlarda  özünün 

evdən  çıxdığı  gün  barədə  xəbər  verir  (amma,    vətəni  barədə  burada  xəbər  verilmir),  sonra  isə 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                 Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

526 


 

özü barədə danışır: Tanrı  ruhu ona dua etmək və pəhriz saxlamaq, oruc tutmaq üçün səhraya 

çəkilməyi  təlqin  etmişdir;  yolda  o,  artıq  yeddi  gün  oruc  tutmuş,  sonra  isə  yenidən  qida  qəbul 

etmişdir; sonra isə, həmin bu yerdə məskunlaşaraq, o, yenə də oruc tutmağa başlamış və bunu 

bir-neçə  gün  ərzində  etmişdir,  –  orada  hər  bir  gün  cızıqla  qeyd  olunmuşdur,  və  beş  belə  gün 

işarə edilmişdir, həmin günlər keçdikdən sonra isə, bu zahid, tərki-dünya görünür ki, ölmüşdür. 

Bundan savayı, burada həm də mərhumun bir ruhaniyə ünvanlanmış məktubu da tapılmışdır ki, 

həmin məktub məhrumun ruhaninin dilindən eşitdiyi moizəyə dair idi, – amma burada da ünvan 

göstərilməmişdir”.  

Asketizmin  son  həddindən  doğulan  bu  könüllü  ölümlə  və  ümidsizlikdən,  məyusluqdan 

doğulan adi intihar arasında, əlbəttə ki, müxtəlif aralıq pillələr və kələflər mövcuddur və onları 

izah  etmək  asan  deyildir;  amma  insan  ruhunda  elə  dərinliklər,  qaranlıq  uçurumlar  və 

dolanbaclar vardır ki, onları işıqlandırmaq və onlardan baş çıxarmaq qeyri-adi dərəcədə çətindir.  

 

§ 70 



İradənin  inkarı  ilə  bağlı  bizim  indi  tamamlanmış  bütün  xarakteristikamızı,  yəqin  ki,  o 

əvvəlki sübut ilə bir araya sığmayan kimi qəbul edə bilərlər ki, zərurət əsas qanununun hər hansı 

bir başqa növü kimi, həmçinin motivasiyaya da xasdır, onun təsiri ilə motivlər, eləcə də bütün 

səbəblər  yalnız  təsadüfi  səbəbdirlər  və  onlarla  əlaqədar  olaraq,  xarakter  öz  mahiyyətini  üzə 

çıxarır və onu təbiət qanunu zəruriliyi ilə təzahür etdirir, – elə buna görə də, biz yuxarıda tam 

iradə  azadlığını  liberum  arbitrium  indifferentiae  kimi  rədd  etdik.  Bu  baxışdan  qətiyyən  imtina 

etmədən,  mən  burada  onu  hətta  yada  da  salıram.  Gerçəklikdə  əsl  azadlıq,  yəni  əsas 

qanunundan asılı olmama özündə şey olaraq yalnız iradəyə xasdır, onun təzahürünə xas deyildir, 

təzahürün  səciyyəvi  forması  olaraq  isə  hər  yerdə  əsas  qanunu,  zəruriliyin  stixiyası  çıxış  edir. 

Amma bu azadlığın bilavasitə olaraq hadisədə də, təzahürdə də aşkara çıxa bildiyi yeganə hal o 

zaman baş verir ki, bu zaman o, təzahür olunana son qoyur; belə ki, bu zaman hadisə, təzahür, 

canlı bədən səbəblər zəncirində həlqə olmaqla, hər halda yalnız hadisələri, təzahürləri özündə 

ehtiva edən zaman daxilində mövcud olmaqda davam edir, onda bu hadisədə, təzahürdə aşkara 

çıxan iradə bu hadisənin, təzahürün ifadə etdiyini inkar edərək,  onunla ziddiyyətə girir. Şeylərin 

belə  bir  vəziyyəti  halında  məsələn,  genitaliyalar  cinsi  instinkt  imkanı  olaraq  mövcud  və 

normaldırlar və amma hətta ruhun dərinliyində belə cinsi həvəs yoxdur və bütün bədən həyat  

iradəsinin  yalnız  görünən  ifadəsini  təşkil  edir,  halbuki,  bu  iradəyə  uyğun  gələn  motivlər  artıq 

təsir  göstərmir;  bu  azmış  kimi  hətta  bədənin  parçalanması,  fərdin  sonu  və  bununla  da  təbii 

iradənin  ən  böyük  durdurulması  arzu  edilən  və  sevindirici  olur.  Bir  tərəfdən,  bizim  iradənin 

xarakterə uyğun olaraq motivlərlə müəyyənləşməsinin zəruriliyi barədə mülahizələrimizlə, digər 

tərəfdənsə,  motivləri  hər  cür  qüvvədən  məhrum  edərək,  iradənin  tam  aradan  qaldırılması 

imkanı barədə mülahizələrimiz arasındakı ziddiyyət yalnız indicə təsvir olunan o real ziddiyyətin 

fəlsəfi refleksiyada yenidən yaradılmasıdır, ki,o, hər hansı bir zərurətə yad olan iradə azadlığının 

özünə  –  onun  təzahür  zərurətinə  -  bilavasitə  nüfuz  etməsindən  irəli  gəlir.  Bu  ziddiyyətlərin 

barışdırılmasının  açar  ondadır  ki,  xarakterin  motivlərin  hakimiyyətindən  xilas  olduğu  vəziyyət 

bilavasitə iradədən deyil, idrak üsulundakı  dəyişiklikdən irəli gəlirr. Yəni, nə qədər ki, bu idrak 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                 Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

527 


 

principio  individuationis-un  kilidi  altındadır  və  şərtsiz  olaraq  əsas  qanununa  tabedir,  o  vaxta 

qədər motivlərin hakimiyyəti dəfedilməzdir; o zaman ki biz fəhmlə principium individuationis-ə 

varır və ideyaları, hətta özündə şeylərin mahiyyətini hər bir şeydə eyni olan iradə kimi bilavasitə 

olaraq  dərk  edirik,  və bu  idrakdan  bizim  üçün  istəyin  ümumi  kviyetivi  meydana  çıxır,  o  zaman 

ayrıca motivlər gücsüz olurlar, ona görə ki, onlara uyğun gələn idrak üsulu tamamilə başqa üsul 

tərəfindən kənarlaşdırılır, kölgədə qalır. Elə buna görə də, baxmayaraq ki, xarakter heç bir vaxt 

hissələri  üzrə  dəyişə  bilməz,  təbiət  qanununun  ardıcıllığı  ilə  ayrı-ayrı  məqamlarda  o  iradəni 

həyata keçirməlidir ki, özü bütövlükdə onun təsviridir, – amma məhz bu bütöv, xarakterin özü 

idrakda yuxarıda xatırlanan dəyişikliyin təsiri ilə tamamilə ləğv edilə bilər Bu ləğvi, Asmus,artıq 

qeyd etdiyim kimi heyrətlə "katolik, transsendental dəyişiklik" adlandırır, xristian kilsəsi isə çox 

dəqiq olaraq onu dirçəliş, onun mənşə götürdüyü idrakı isə lütf,inayət

cxcv


 adlandırır. Məhz ona 

görə ki, burada söhbət xarakterin dəyişilməsindən deyil, tam ləğvindən gedir, məhz buna görə 

də,  xarakterlər  ləğvə  düçar  olanadək    müxtəlif  olsalar  da,  bundan  sonra  onlar  hər  halda  öz 

əməllərində  böyük  oxşarlıq  aşkara  çıxarırlar,  baxmayaraq  ki,  hər  bir  kəs  öz  anlayış  və 

ehkamlarına uyğun olaraq, hələ də çox müxtəlif tərzdə danışır.  

Beləliklə, iradə azadlığı haqqında bu mənada köhnə, əbədi olaraq mübahisə doğuran və  

iddia olunan filosofema əsassız deyildir, lütf və ilahi dirçəliş barəsində kilsə ehkamı əhəmiyyət 

və mənadan məhrum deyildir. Amma biz gözlənilmədən görürük ki, bu filosofema və bu ehkam 

bir  yerə  qovuşur,  və  biz  indi  anlaya  bilərik  ki,  görkəmli  filosof  Malbranş  hansı  mənada  belə 

deyirdi:  "La  liberte  est  un  mystere"  *"azadlıq  –  sirdir"]  və  nəyə  görə  o  haqlı  idi.  Zira    xristian 

mistiklərinin məhz lütf və dirçəliş adlandırdıqları şey, bizim iradə azadlığının  bilavasitə  yeganə 

təzahürüdür.  O,  yalnız  o  zaman  baş  verir  ki,  bu zaman  iradə  öz  mahiyyətinin dərk olunmasına 

nail  olaraq,  bu  idrakı  nəticəsində  özü  üçün  kviyetiv  əldə  edir  və  bununla  da    sferasında 

obyektləri  yalnız  təzahür  və  hadisələr  olan  idrakın  başqa  üsulu  sahəsində  olan  motivlərin 

təsirindən qurtulur. Azadlığın belə bir aşkarlanma imkanı insanın əsrlər boyu heyvanat aləminə 

nəsib olmayan ən boyük üstünlüyünü təşkil edir, belə ki, bu imkanın şərti zəkanın təfərrüatlara 

qədər  düşünə  bilmə  qabiliyyətində  təzahür  olunur,  bu,  həyatı  indinin  təəssüratlarından  asılı 

olmayaraq  bütövlükdə  nəzərdən  keçirməyə  imkan  verir.  Heyvan  hər  hansı  bir  azadlıq 

imkanından məhrumdur, eləcə də hətta motivlərin öncəki bitmiş konfliktindən sonra gələn əsl, 

yəni düşünülmüş bir şəkildə qərar seçimi imkanından məhrumdur, bunun üçün həmin motivlər 

abstrakt,  mücərrəd  təsəvvürlər  olmalı  idilər.  Elə  buna  görə  də,  daşın  yerə  düşdüyü  həmin 

zərurətlə,  eləcə  də  canavar  öz  dişlərini  şikarının  ətinə  batırır,  dərk  etmək  imkanına  malik 

olmadan  ki,  o,  eyni  zamanda  həm  didib-parçalayan,  həm  də  didilib  parmalanandlr.  Zərurət  – 

təbiət səltənətidir, azadlıq - bərəkət,nemət səltənətidir.  

Gördüyümüz kimi, iradənin özünüləğvi idrakdan irəli gəldiyindən, hər hansı bir idrak və 

anlama isə özlüyündə özbaşınalıqdan asılı olunduğundan deyillər, təsvir olunan inkarı, azadlığa 

qovuşma bilərəkdən törədilə bilməz,  insanda idrakın istəyə olan gizli, məhrəm münasibətindən 

irəli  gəlir,  elə  buna  görə  də,  qəflətən  baş  verir,  bir  növ  ilhamla,  instinktiv,  qeyri-şüuri  olaraq. 

Buna görə də, kilsə onu bərəkətin təsiri adlandırmışdır, amma sonuncu həm də, onun nöqteyi-

nəzərindən, bərəkətin qavrayışı ilə şərtləndiyindən,  kvietivin təsiri də son nəticədə azad iradə 

aktı olur. Və bərəkətin oxşar təsiri nəticəsində insanın bütün varlığı kökündən dəyişildiyindən və 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                 Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

528 


 

başqa  şəklə  düşdüyündən,  belə  ki,  o,  bu  vaxta  qədər  ehtirasla  istədiklərindən  artıq  heç  nəyi 

arzulamır  və  həqiqətən  ondakı  köhnə  insan  yeni  insan  üçün  çıxardılırsa-çıxardılsın,  kilsə 

bərəkətin təsirinin bu nəticəsini dirçəliş adlandırmışdır. Zira onun (kilsənin) xeyrə qabil olmasını 

danaraq,  təbii  insan  adlandırdığı  şey  –  məhz  həyat  iradəsidir.  Əgər  biz  hazırkı 

mövcudluğumuzdan,  varlığımızdan  xilas  olmaq  istəyiriksə  həyat  iradəsi  rədd  edilməlidir.  Bizim 

varlığımızın arxasında nəsə elə bir şey gizlənir ki, bizim üçün o yalnız bu dünyanı bir geyim kimi 

əynimizdən çıxaracaqsa, əlçatan olur. 

Əsas  qanunu  qəbul  etməyərək  fərdləri  deyil,onun  vahidliyində  insan  ideyasını  nəzərdə 

tutaraq,  xristian  dini  təlimi  təbiəti,  həyat  idəsinin  təsdiqini  Adəmin  şəxsində  simvollaşdırır, 

Adəmin bizə miras qalan günahı, yəni ideyada bizim onunla zaman daxilində doğuluş bağları ilə 

ifadə olunan vəhdətimiz bütün, hamımızı əzabın və əbədi ölümün şəriki edir, halbuki, bərəkəti, 

iradənin  inkarını,  xilası  o,  insanlaşmış  Tanrının  simasında  simvollaşdırır,  insanlaşmış  Tanrı  hər 

hansı  bir  günahkarlıqdan,  yəni  hər  hansı  bir  həyata  iradəsindən  azad  olduğundan,    bizə  oxşar 

olaraq  iradənin  ən  qəti  təsdiqindən  törəyə  bilməzdi  və  bizə  oxşar  olaraq  bütövlükdə  konkret 

iradə olan bədənə, iradənin təzahürünə malik ola bilməz, yox. Bakirə Qızdan doğularaq, o, yalnız 

xəyali  bədənə  malikdir.  Dokertlərin

cxcvi


   cəhətdən  çox  ardıcıl  olan  kilsə  atalarının  təlimi  belə 

bəyan  edir.  Bunu  xüsusən  Appelles  belə  öyrədirdi;  onun  və  onun  ardıcıllarının  əleyhinə 

Tertullian

cxcvii


 üsyan  qaldırmışdı.  Amma  hətta  Avqustin  də  "Tanrı  Öz  Oğlunu  günahlı  bədənə 

oxşar bədəndə göndərmişdir" (Romalılara məktub. 8, 3) yerini aşağıdakı qaydada şərh edir: "Zira 

Onda cismani, şəhvani həvəsdən doğulan günahlı bədən yox idi; amma onun bədəni hər halda 

günahlı  bədənə  oxşar  idi,  zira  bu,  öləri  bədən  idi"  (Liber  83  quaestion.,  qu.  66)

 

Elə  o,  özünün 



Opus  imperfectum  *Tamamlanmamış  əsər+  (1,  47)  adlı  əsərində,  öyrədir  ki,  ilkin  günah  –  eyni 

zamanda həm günah, həm də cəzadır. Bu günah artıq yeni doğulan körpələrdə gizlənir, amma 

yalnız  o  onlar  böyüyəndə  aşkar  olur.  Amma,  Avqustinə  görə,  bu  günahın  mənbəyini  günah 

edənin  iradəsinə  aid  etmək  lazımdır.  Belə  bir  günahkar  Adəm  idi,  amma  onun  daxilində  bizim 

hamımız  mövcud  idik;  Adəm  bədbəxt  oldu  və  onun  daxilində  bizim  hamımız  bədbəxt  olduq. 

Həqiqətdə  də,  ilkin  günah  (iradənin  təsdiqi)  və  xilas  (iradənin  inkarı)  haqqında  təlim  – 

xristianlığın nüvəsini təşkil edən böyük bir həqiqətdir,  fəqət ondan qalan hər şey əsas etibarı ilə 

yalnız qabıq və örtükdür, ya da detaldır. Elə buna görə də, İsa Məsihi fərdi olaraq deyil, həmişə 

ümumi  mənada  sanki  simvol  olaraq  və  ya  həyat    iradəsinin  inkarının  bir  mücəssəməsi  olaraq 

başa  düşmək  lazımdır  –  bu  halda  onun  İncildəki  mifik  tarixinə  və  ya  bu  mifik  tarixin  əsasında 

yatan daha çox ehtimallı və həqiqi olan tarixə istinad etmək eyni şeydir. Zira nə o, nə də digəri 

tam  məmnunluq  verə bilməz.  Onlar  ona düzgün baxışın  yalnız  xarici,  zahiri  forması,  xalq  üçün 

uyğunlaşdırılmış formanırlar, xalq həmişə faktiki olan nəyisə tələb edir. O ki, xristianlığın indiki 

dövrdə  özünün  həqiqi  mənasını  unutmasına  və  səthi  optimizmə  doğru  tənəzzül  etməsinə 

qaldıqda isə bunun bizə dəxli yoxdur. 

 

Bunun ardınca qeyd edək ki, xristianlığın əsas və incil təlimi  odur ki, Avqustin onu kilsə 



başçıları  ilə  razılaşdırılmış  bir  şəkildə  pelagian  bayağılıqlarından  müdafiə  etmişdir

cxcviii


;  onun 

səhvlərdən  təmizlənməsini  və  əvvəlki  şəklində  bərpa  edilməsini  Lüter  öz  səylərinin  əsas 

məqsədi hesab etmişdir, bu onu özünün "De servo arbitrio" *"Kölələşdirilmiş iradə barədə"+ adlı 

kitabında  birbaşa  olaraq  söyləyir.  Bu,  o  barədə  təlimdir  ki,  iradə  azad  deyildir,  əzəldən  şərə 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 


Yüklə 6,14 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin