Artur Şopenhauer "Dünya: iradə və təsəvvür kimi"
511
birtəhər mövcud idi
*
: indi ölüm bu sonuncu kövrək əlaqəni də qırır. Ömrünü bu cür başa
vuranlar üçün, eyni zamanda dünya da sona çatır.
Və mənim burada zəif dillə və yalnız ümumi cizgilərdə təsvir etdiyim bütün hər bir şey
qətiyyən, əsla qondarma fəlsəfi nağıl deyildir və heç də bu gün meydana gəlməmişdir: yox,
xristianlar içərisində və ondan da daha çox hinduistlər və buddistlər içərisində, həmçinin də
digər dini təlimlərin ardıcılları içərisində bir çox gözəl qəlblərin və müqəddəslərin qibtə olunacaq
həyatları belə idi. Bu insanların zəkalarında möhkəmlənmiş ehkamların bütün fərqliliyi halında,
onların hamısının həyat tərzində daxili, bilavasitə, intuitiv idrak tamamilə eyni dərəcədə ifadə
olunmuşdur. Elə yalnız bu daxili, bilavasitə, intuitiv idrak da hər hansı bir fəzilətin və
müqəddəsliyin mənbəyi ola bilər. Zira burada da bizim bütün araşdırmamız üçün çox vacib olan
intuitiv və abstrakt, mücərrəd idrak arasında hər yerdə özünü göstərən, amma bu vaxta qədər
həddindən artıq az nəzərə alınan o böyük fərq aşkar olur. Dərin uçurum idrakın bu iki növünü
bir-birindən ayırır və onun vasitəsilə yalnız fəlsəfə buuçurumun vasitəsilə, ondan keçməklə
dünyanın mahiyyətinin dərk olunmasına aparıb çıxarır. Doğrudan da intuitiv olaraq, və ya in
concrete olaraq hər bir insan bütün fəlsəfi həqiqətləri dərk edir, onları abstrakt, mücərrəd biliyə,
refleksiyaya çevirməksə – filosofun işidir, o, başqa heç nə ilə məşğul ola bilməz və olmamalıdır.
Və burada müqəddəsliyin, özündən imtinanın, iradənin öldürülməsinin, asketizmin daxili
mahiyyəti, ehtimal ki, ilk dəfə, abstrakt, mücərrəd olaraq və hansısa mifin qarışığı olmadan, öz
məxsusi mahiyyətinin mükəmməl bir tərzdə dərk olunmasının iradə üçün hər cür istəyin
kviyetivinə çevrilməsindən sonra baş verən həyat iradəsinin inkarı kimi ifadə olunmuşdur. Bunu
bilavasitə olaraq isə, bir dəfə öz zəkaları ilə qəbul etdikləri ehkamlara uyğun olaraq tamamilə
müxtəlif dillərdə eyni daxili inamla danışan bütün müqəddəslər və övliyalar dərk etmiş və öz
həyatları ilə ifadə etmişlər, həmin bu ehkamlara uyğun olaraq və onların təsiri ilə hind
müqəddəsi, xristian müqəddəsi və ya lamaist müqəddəs özlərinin əməlləri haqqında özlərinə
tamamilə müxtəlif hesabatlar verməlidirlər, amma bu, işin mahiyyəti üçün tamamilə fərqsizdir.
Müqəddəs ərən, vəli öz başını cəfəng fikirlərlə doldura və ya, əksinə o, filosof da ola bilər:
bunun fərqi yoxdur. Yalnız onun əməlləri onun müqəddəsliyindən xəbər verir, zira əxlaqi
cəhətdən onlar abstrakt, mücərrəd idrakdan deyil, dünyanın və onun mahiyyətinin intuitiv
olaraq qavranılmış, bilavasitə dərk edilmiş olmasından çıxış edirlər, və yalnız öz zəkalarını təmin
etmək üçün onları hansısa ehkamın köməyi ilə izah edirlər. Elə buna görə də, eyni dərəcədə
lazım deyildir ki, müqəddəs filosof olsun, filosof isə müqəddəs olsun, eləcə də, lazım deyildir ki,
çox gözəl bir insan böyük heykəltəraş olsun və ya böyük heykəltəraş gözəl simalı bir insan olsun.
Ümumiyyətlə əxlaqçıdan tələb etmək qəribədir ki, o, özünün malik olduğu fəzilətlərdən savayı,
başqa fəzilətləri təbliğ etməsin. Dünyanın bütün mahiyyətini abstrakt, mücərrəd, ümumi və
aydın formada əks olunmuş şəkil kimi anlayışlarda yenidən canlandırmaq, yaratmaq və onu
*
Bu fikir sanskrit dilində "Sankxya-Karika" adlı qədim fəlsəfi əsərdə gözəl müqayisədə ifadə
olunmuşdur: ―Hər halda ruh bir müddət bədənə örtülmüş halda qalır, – necə ki, dulusçu dəzgahının çarxı,
əvvəlcədən aldığı təkanın sayəsində, qab artıq hazır olan zaman da hələ ki fırlanmaqda davam edir.
Aydınlaşmış, nurlanmış ruh yalnız o zaman bədəndən ayrılır və onun üçün təbiət yox olur ki, bu zaman
onun günahdan arınması tam azad olması başlayır‖. Colebrooke, "On the philosophy of the Hindus:
Miscellaneous essays", т. I, сящ. 259. "Sankhya Karica by Horace Wilson", § 67, səh. 184.
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Artur Şopenhauer "Dünya: iradə və təsəvvür kimi"
512
sabit,dayanıqlı və həmişə mövcud anlayışlarda zəkaya təqdim etmək – fəlsəfə, bax budur və
bundan başqa bir şey deyildir. Birinci kitabda Verulamlı Bekondan gətirilmiş sitatı xatırladıram.
Amma həyat iradəsinin inkarının, gözəl ruhun ömür yolunun, könüllü cəfakeşin və
müqəddəsin tam təslimiyyatının mənim tərəfimdən təsviri məhz yalnız abstrakt və ümumidir,
buna görə də soyuqdur. İradənin inkarının irəli gəldiyi idrak intuitivdir, abstrakt, mücərrəd
olmadığından özünün tam ifadəsini abstrakt, mücərrəd anlayışlarda deyil, yalnız əməllərdə və
həyat tərzində tapır. Buna görə də, bizim fəlsəfi olaraq həyat iradəsinin inkarı kimi işarə
etdiyimizi daha yaxşı anlamaq üçün, təcrübədən və gerçəklikdən nümunələrlə tanış olmaq
lazımdır. Əlbəttə ki, gündəlik təcrübədə biz onlarla rastlaşmırıq: Spinozanın gözəl bir şəkildə
dediyi kimi, nam omnia praeclara tarn difficilia quam rara sunt *zira gözəl olan bütün hər bir şey
nadir olduğu qədər də, çətindir]
clxxxvii
. Buna görə də, əgər bizim qismətimizə belə insanların
şahidi-müasiri olmaq xüsusi xoşbəxtliyi düşmürsə, bizə onların tərcümeyi-halları ilə qane olmaq
lazım gəlir. Hind ədəbiyyatı, bizim bu vaxta qədər bildiyimiz o qədər də çox olmayan
tərcümələrdən artıq göründüyü kimi, müqəddəslərin, zahidlərin, ərənlərin samani,
clxxxviii
sanias
adlandırılanların və s. fədakarların vəsfi-halları ilə çox zəngindir. Hətta heç də bütün
münasibətlərdə təriflərə layiq olmamasına baxmayaraq məşhur olan "Mythologie des Indous
par Mad. de Polier" bu qəbildən olan bir çox gözəl nümunələrdən xəbər verir (xüsusən ikinci
cildin 13-cü fəsli). Xristianlar içərisində də müvafiq nümunələr baxımından elə bir çatışmazlıq
yoxdur. Gah müqəddəs zatlar, ruhlar, gah pietist, gah kviyetist, gah xəyalpərvər mömin və i.a.
adlandırılan şəxslərin daha çox hissəsi pis, bərbad yazılmış tərcümeyi-hallarını oxuyun. Belə
tərcümeyi-halların məcmuələri müxtəlif zamanlarda tərtib olunmuşdur, – məsələn, Tersteqenin
"Müqəddəs ruhların həyatları", Raytsın "Yenidən doğulanların tarixi"; bizim günlərdə Kannenin
məcmuəsi meydana çıxmışdır ki, burada bir çox sərsəm şeylərlə yanaşı nəsə yaxşı şeylər də
vardır, buraya mən xüsusən "Beata Şturminin həyatı"nı aid edirəm. Layiq olduğu yeri burada
müqəddəs Fransisk Assizlinin – asketizmin bu həqiqi mücəssəməsinin və dilənçilik edən bütün
monaxların proobrazının-həyatı tutmalıdır
clxxxix
. Fransisk Assizlinin yoxsa kiçik müasiri, məşhur
sxolast müqəddəs Bonaventura
cxc
tərəfindən təsvir olunmuş həyatı bu yaxınlarda yeni nəşrdə
çap olunmuşdur: "Vita S. Francisci a S. Bonaventura concinnata" (Soest, 1843), bundan bir
qədər əvvəl isə Fransiskin Fransada diqqətlə, təfsilatları ilə yerinə yetirilmiş, bütün mənbələri
nəzərə alan tərcümeyi-halı meydana çıxmışdır: "Histoire de S. Francois d'Assise, par Chavin de
Mallan" (1845).
Bizdə rahiblik barədə bu kilsə ədəbiyyatının şərq paraleli olaraq hədsiz maraqlı bir kitab
vardır: Spence Hardy "Eastern monachism, an account of the order of mendicants founded by
Gotama Budha" (1850). O, bizə elə həmin hadisəni, amma başqa qiyafətdə göstərir; buradan
görünür ki, onun teist və ya ateist dindən çıxış etməsi onun üçün nə qədər də fərqsizdir. Amma
mən özüm şərh etdiyim fikirlərin səciyyəvi, yüksək dərəcədə təfsilatları ilə verilmiş nümunəsi və
faktiki illüstrasiyası olaraq xüsusən xanım Qüyonun (Guion) avtobioqrafiyasını tövsiyə edə
bilərdim: mənim həmişə dərin pərəstiş və rəğbətlə xatırladığım bu gözəl və böyük ruh ilə tanış
olmaq, eyni zamanda, onun idrakının alt qatlarına enərək ruhunun ülvi cizgilərinə layiq olduğu
qiyməti vermək, – hər bir ən yaxşı insan üçün o ölçüdə fərəhli olmalıdır ki, həmin ölçüdə
yuxarıda xatırlanan kitab bayağı zövqə malik insanların, yəni əksəriyyətin nəzərində pis
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Artur Şopenhauer "Dünya: iradə və təsəvvür kimi"
513
olacaqdır, zira hər yerdə və hökmən hər bir kəs yalnız onu qiymətləndirə bilər ki, o, ona
müəyyən dərəcədə doğma və yaxındır, ona qarşı zəif də olsa meyli vardır. Bu, həm intellektual,
həm də etik sferaya aiddir. Hansısa cəhətdən burada uyğun nümunə olaraq hətta Spinozanın
məşhur fransız tərcümeyi-halı da çıxış edir, - əgər ona açar olaraq "İntellektin
mükəmməlləşdirilməsi barədə" adlı olduqca qeyri-kafi olan traktatına gözəl girişdən istifadə
etsək – bu yeri mən eyni zamanda ehtiraslar burulğanını ram etmək üçün mənə məlum olan
vasitələrin ən təsirlisi olaraq tövsiyə edə bilərəm. Nəhayət, böyük Hötenin özü, o, hansı
dərəcədə ellin olursa-olsun, bəşəriyyətin bu son dərəcə gözəl tərəfini bizə poeziyanı “düzü-düz,
əyrini-əyri” göstərməyi özünə layiq bilirdi: o, "Gözəl ruhun etirafı"nda xanım Klettenberqin
ideallaşdırılmış həyatını təsvir etmiş, sonradan isə, öz avtobioqrafiyasında bu barədə tarixi
məlumatlar da vermişdir; bundan savayı, o, hətta iki dəfə bizə müqəddəs Filipp Nerinin tarixini
nəql etmişdir.
Ümumdünya tarixi belə insanlar barədə, əlbəttə ki, həmişə susacaq, susmalıdır da,
amma onların həyatı bizim tədqiqatın bu vacib hissəsinin ən yaxşı və yeganə qaneedici
illüstrasiyasıdır. Zira ümumdünya tarixinin materialı tamamilə başqa və hətta əksdir, yəni, həyat
iradəsinin inkarı və məhv edilməsi deyildir, əksinə, saysız-hesabsız fərdlərdə onun təsdiqi və
təzahürüdür, bu təzahürdə iradənin özlüyündə ikiləşməsi onun təcəssümünün son zirvəsində
tam aydınlığı ilə çıxış edir və bizim gözlərimiz qarşısında tam aşkar bir tərzdə ayrıca şəxsiyyətin
öz ağlı sayəsində hökmranlığı, sayca çoxluğu sayəsində kütlənin hakimiyyəti baş verir, taledə öz
təcəssümünü tapan təsadüfün qüdrəti baş verir, bütün meyllərin əbədi bihudəliyi və heç nəliyi
baş verir. Burada müvəqqəti hadisələrin, təzahürlərin ardınca getməyərək, filosof olaraq isə
əməllərin etik mənasını anlamağa çalışaraq və onu burada bizim üçün əhəmiyyətli və vacib olan
bütün hər bir şeyin yeganə ölçüsü kimi qəbul edərək, biz adinin və bayağının əsl təzyiqindən
qorxuya düşmürük və etiraf edirik ki, dünyanın yalnız təsəvvür edə bildiyi ən böyük, ən vacib və
ən əlamətdar hadisə, – ümumdünya istilaçısı deyildir, sülhün qalibidir
cxci
, yəni əslində belə bir
idrakla himayə edilmiş insanın sakit və gözə çarpmayan həyatı olmaqdan başqa bir şey deyildir,
bu idrakın təsiri ilə o, hər şeyi əhatə edən, hər bir şeydə fəaliyyət göstərən və meyl edən həyata
yönümlü iradənin qarşısını alır və onu özündən kənarlaşdırır, belə ki iradə azadlığı onun
əməllərini adinin tam əksi edərək, yalnız burada, yalnız onun daxilində təzahür olunur. Beləliklə,
özlərindən üz döndərən insanların müqəddəslərin tərcümeyi-halı əksər hissəsində çox pis
yazılmasına baxmayaraq və hər cür mövhumatla və cəfəngiyatla çulğaşmasına baxmayaraq, bu
cəhətdən hər halda məzmununun əhəmiyyətliliyi sayəsində filosof üçün, hətta Plutarxa və Liviyə
nisbətən müqayisə olunmaz dərəcədə daha ibrətamiz və daha mühümdür.
Şərhimizin abstrakt, mücərrəd ümumiliyində bizim həyata iradəsinin inkarı
adlandırdığımızı daha yaxşı və daha tam aydınlaşdırmaqdan ötrü bu mənada verilən və bu
ruhun daşıyıcıları tərəfindən verilmiş əxlaqi əhdlərə, vəsiyyətlərə, ibrətlərə nüfuz etmək çox
faydalı olardı; onlar bizim baxışlarımızın nə qədər qədim olduğunu üzə çıxaracaqlar, onların xalis
fəlsəfi qiyafənin bütün yeniliyi ilə yanaşı. Bizə bütün hər bir şeydən yaxın olanı xristianlıqdır;
onun etikası büsbütün göstərilən ruhla dolub-daşır və yalnız insansevərliyin yüksək dərəcələrinə
deyil, həm də özündən imtinaya aparıb çıxarır; və bu tərəfin aşkar rüşeym şəklində artıq apostol
işarələrində üzə çıxmasına baxmayaraq, o, yalnız sonralar tam inkişaf etdirilmiş və explicite
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Artur Şopenhauer "Dünya: iradə və təsəvvür kimi"
514
olaraq ifadə olunmuşdur. Apostollar, həvarilər .bizə bunları vəsiyyət etmişlər: öz yaxınlarını elə
özün qədər sev, xeyriyyəçilik et, nifrətin əvəzini xeyrixahlıq, məhəbbətlə ver, səbr et,
mülayim,helimli ol hər cür incikliklərə qarşılıq vermədən döz, ehtirasın qarşısının alınması
xatirinə yeməkdə mötədillik et, – bunları bir araya sığışdıra bilənlər üçünsə – cinsi məhəbbətdən
tamamilə imtina. Biz artıq burada asketizmin, və ya iradənin həqiqi inkarının ilk pillələrini
görürük, – sonuncu ifadə İncildə "özündən üz döndərmək" və "öz xaçını götürmək"
adlandırılanlarla (Matf. 16, 24, 25; Mark 8, 34, 35; Luka 9, 23, 24; 14, 26, 27, 33) eyni mənanı
verir. Bu asketik istiqamət getdikcə daha çox inkişaf etmişdir və zahidləri, fədakarları,
müctəhidləri, tərki-dünya olanları və rahibləri yaratmışdır, – bu hadisənin mənbəyi özlüyündə
təmiz və müqəddəsdir, amma məhz buna görə də, insanların əksəriyyəti üçün tamamilə güc
çatmaz, yetilməzdir və səbəbdən də o, sonradan yalnız ikiüzlülüyü və tənhalığı doğura bilmişdir,
zira abusus optimi pessimus *yaxşıdan sui-istifadə etmə sui-istifadələrin ən pisidir]. Bu asketik
özək,həlqə xristianlığın sonrakı inkişafında, xristian müqəddəslərinin və mistiklərinin əsərlərində
tam çiçəklənmə dövrünə yetişdi. Onlar xalis, təmiz məhəbbətlə yanaşı həmçinin tam
təslimiyyatı, könüllü və şərtsiz dilənçiliyi, həqiqi dincliyi, dünyəvi olan bütün hər bir şeyə qarşı
tam biganəliyi, öz şəxsi iradəsinin öldürülməsini və Tanrıda yenidən doğuluşu, öz şəxsiyyətinin
tam unudulmasını və Tanrının seyrinə qapanmanı təbliğ edirlər. Bunun tam təsvirini Fenelonda,
onun "Explicationt des maximes des Saints sur la vie interieure" əsərində tapmaq mümkündür.
Amma xristianlığın ruhu öz inkişafında alman mistiklərinin əsərlərindən, – xüsusən Mayster
Ekhxartda layiq olduğu şöhrətlə qarşılanan "Alman teologiyası" kitabından başqa heç bir yerdə
belə tam və qüdrətli bir şəkildə ifadə olunmamışdır, Lüter özünün bu kitaba yazdığı ön sözdə
deyir ki, Bibliyadan və Avqustindən savayı başqa heç bir kitab onu Tanrı, Məsih və insan barədə
belə yaxşı maarifləndirməmiş,işıqlandırmamışdır (buna baxmayaraq, onun əsl və təhrif
olunmamış mətnini biz yalnız 1851-ci ilə, Pfeyferin Ştutqart nəşrində almışıq). Onda verilmiş
öyüdlər, nəsihətlər və dərslər mənim həyat iradəsinin inkarı kimi xarakterizə etdiyimin ən
tam,ən dərin daxili inamla dolub-daşan təsvirini təşkil edirlər, deməli, ondan yəhudi-
protestantsayağı özünə güvənmə ilə ayrılmazdan öncə, onunla tanış olmaq lazımdır
cxcii
. Taulerin
"Məsihin yoxsul həyatının təqlidi" əsəri də onun " Medulla animae" ["Ruhun mahiyyəti"] əsəri ilə
birgə elə həmin gözəl ruhda yazılmışdır, baxmayaraq ki, ləyaqətcə onlar, yuxarıda xatırlanan
əsərə qətiyyən bərabər hesab edilə bilməz. Mənə elə gəlir ki, bu əsl xristian mistiklərinin
təlimlərinin Yeni Əhdə(əhdi-cədidə) münasibəti spirtin şəraba münasibəti kimidir. Və ya: Yeni
Əhddə bizə dumanlı tüstüdə olduğu kimi görünən şey mistiklərin əsərlərində qarşımızda örtük
olmadan, tam aydınlığı və təmizliyi ilə canlanır. Nəhayət, Yeni Əhddə ilk sirri-qeybi, mistiklərdə
isə – ikinci sirri-qeybi (ayinlərin mənasını), ςμικρα και μεγαλα μυςτηρια *kiçik və böyük
misteriyalar+ görmək olar.
Bizim həyat iradəsinin inkarı adlandırdığımız şey sanskrit dilinin ən qədim abidələrində
xristian kilsəsində və qərb dünyasında ola bildiyinə nisbətən daha çox inkişaf etmiş, hərtərəfli
ifadə olunmuş və canlı bir tərzdə şərh olunan kimi qarşıda dayanır. Burada həyata bu mühüm
əxlaqi baxışın daha dərin inkişafa və daha artıq bir dərəcədə müəyyən olan ifadə olunmaya nail
ola bilməsini, ehtimal ki, başlıca olaraq o xüsusa aid etmək lazımdır ki, o, burada ona tamamilə
yad olan elementlə məhdudlaşmamışdır, xristianlıqda təzahür olunan belə bir yad element
yəhudi dini təlimidir ki, dinmizin ülvi Banisi ona zəruri olaraq uyğunlaşmalı idi, qismən şüurlu
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Artur Şopenhauer "Dünya: iradə və təsəvvür kimi"
515
olaraq, qismən də, ola bilər, onun özü üçün həm də şüursuz olaraq. Bunun təsiri ilə də xristianlıq
iki çox müxtəlifcinsli elementdən ibarətdir: onlardan biri xalis etik elementdir, onu mən hətta
daha üstün dərəcədə xristian elementi adlandırardım və onu artıq ondan əvvəl mövcud olan
yəhudi doqmatizmindən ayırardım
cxciii
. Əgər bir çox hallarda, xüsusən də bizim zamanda belə bir
qorxu, belə bir təhlükə dilə gətirilirsə ki, Məsihin gözəl və nəcib dini haçansa tam tənəzzülə gəlib
çıxa bilər, onda mən bunu təkcə onunla izah edərdim ki, o, bir sadə elementdən ibarət deyildir,
əzəldən müxtəlifcinsli olan, öz aralarında yalnız tarixi hadisələrin təsiri ilə birləşən iki
elementdən ibarətdir və bu elementlərin gəlib çatan zamanın ruhu ilə uzlaşmayan bənzəyişi,
onların ona eyni olmayan reaksiyası parçalanmaya və tənəzzülə gətirib çıxara bilər, amma
bundan sonra xristianlığın xalis etik tərəfi hər halda zədələnməmiş qalır, zira o, pozulmazdır.
Hinduistlərin etikasına qaldıqda isə, onların ədəbiyyatı ilə tanışlığımızın çatışmazlığa, nə
qədər yetərsiz olmasına baxmayaraq o, bizə Vedalardan, puranalardan poetik əsərlərdən,
miflərdən, müqəddəslər haqqında əfsanələrdən, kəlamlardan və həyat qaydalarından
*
müəyyən
dərəcədə özünün müxtəlif və ifadəli formasında məlumdur, hinduizmin etikasında yaxınlarıa
olan məhəbbət hər hansı bir özünüsevmədən tam imtina ilə təlqin edilir, buyrulur özü də,
məhəbbət, ümumiyyətlə, yalnız bir bəşəriyyətlə məhdudlaşdırılmır, bütün canlı aləmi əhatə
edir; fitrə, zəkat ağır əməklə əldə olunan gündəlik zəhmət haqqının paylanmasına qədər gedib
çıxır; bütün könül sındıranlara qarşı sərhədsiz helm; hər hansı bir zalımlığın, pisliyin əvəzini nə
qədər ağır olursa olsun, xeyirxahlıq və məhəbbətlə vermə; hər hansı bir təhqirə, söyüşə könüllü
olaraq və sevinclə sovuşdurma, yola vermə; heyvani qidadan imtina; həqiqi müqəddəsliyə səy
edənlər üçün tam bakirəlik və hər hansı bir şəhvətdən imtina; hər hansı bir mülkiyyətdən,
doğma evdən və ev ailə üzvlərindən imtina; dərin və mükəmməl bir tərzdə tənhalığa, sakit
seyrə çəkilmə, könüllü zahidlik və bədən və nəfsin tam öldürülməsi xatirinə dəhşətli, yavaş-
yavaş özünə əcr vermə, zülm etmə bu, da, nəhayət, aclıqdan könüllü ölümə gətirib çıxarır, insanı
timsahlara yem olmağa və ya Himalayın müqəddəs zirvəsindən aşağı tullanmağa və ya özünü
diri-diri basdırmağa, və ya şən mahnıların və rəqqasələrin rəqslərinin sədası altında tanrıların
təsvirini daşıyan böyük bir arabanın təkəri altına atılmağa məcbur edir. Hind xalqı bir çox
cəhətdən nə qədər cırlaşsa da, dörd min il əvvəl meydana çıxan bu hökmlərə hələ də əməl edir,
bəziləri isə onları hətta ifrata qədər gətirib çatdırır
*
. Çoxmilyonlu xalqın içərisində, məruz qaldığı
qurbanların ağırlığına baxmayaraq, bu qədər uzun müddət ərzində əməl olunanlar ixtiyari
təsadüfi uydurma və şıltaqlıq ola bilməz, bunlar insan nəslinin mahiyyətinin özünə köklənmiş
olmalıdır. Amma xristian və hind zahidinin, fədakarının və ya müqəddəsinin vəsfii-hallarında
rastlaşdığın tam oxşarlığa heyran olmamaq mümkün deyildir. Ehkamlarda, adətlərdə və
*
Bax, məsələn, "Oupnek'hat studio Anquetil Duperron", т.2, №№ 138, 144, 145, 146. – "Mythologie
des Indous par Mad. de Polier", ъ. 2, фясилляр. 13, 14, 15, 16, 17, – Keaprotun"Asiatisches
Magazin"i birinci cilddə: "Fo dini barədə"; elə orada – "Bhaqavad Gita" və ya "Krişnanın və Arcunanın
söhbəti"; ikinci cilddə: ―Mohamudqava‖ Sonra: "Institutes of Hindu-Law, or the ordinances of Menu,
from the Sanskrit by Win. Jones" (alman dilinə tərcümə Huttnerindir, 1797), – xüsusən 6 və 12
fəsillər. Nəhayət, bir çox yerlər "Asiatic researches"də. (Son qırx ildə hind ədəbiyyatı Avropada elə
artmışdır ki, əgər mən indi birinci nəşrdə edilmiş bu qeydi tamamlamaq istəsəm, onda mənə bunun üçün
bir neçə səhifə lazım gələrdi).
*
1840 ilin iyununda Caqqernaut prosessiyası zamanı on bir hindus arabanın altına atılmış və həmin
andaca həlak olmuşlar. (Bax. Ostindiyadan bir torpaq sahibinin məktubu. "Times" 30 dekabr 1840-cı il).
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Artur Şopenhauer "Dünya: iradə və təsəvvür kimi"
516
mühitdəki əsaslı fərqlər halında da, ideallar və daxili həyat onların hər ikisində tamamilə eynidir.
Onların hər ikisinin göstərişləri, hökmləri ilə bağlı məsələ də elə bu cürdür. Tauler, məsələn, tam
dilənçilikdən bəhs edir ki, buna can atılmalıdır və o, hansısa təsəlli və ya dünyəvi nemətə gətirə
bilən hər bir şeydən tamamilə imtinadan ibarətdir, – yəqin ki, buna görə bütün bunlar iradəyə
yeni qida verir, halbuki, burada məqsəd onun tam öldürülməsidir. Və budur, hind dinində biz Fo
əmrlərində buna uyğunluq görürük: ev və hər hansı bir mülkiyyət olmadan keçinməli olan
sanyas ondan savayı,nəhayət, daha bir göstəriş alır ki, tez-tez eyni ağacın altında uzanmasın ki,
onda bu ağaca üstünlük vermə və ya ona qarşı meyl yaranar. Xristian mistikləri və vedanta
fəlsəfəsi müəllimləri öz aralarında həm də o məsələdə oxşardırlar ki, onlar kamilliyə çatmış
insan üçün bütün zahiri işləri və dini ayinləri artıq, yersiz hesab edirlər. Dövrlərin və xalqların
belə bir müxtəlifliyi halında bu cür həmfikirlik faktiki olaraq onun sübutudur ki, burada bizim
qarşımızda səthi optimistlərin görmək istədikləri kimi zehni pozğunluq və anomaliya deyil, insan
təbiətinin ülviliyi üzündən yalnız nadir hallarda təzahür olunan hansısa bir mühüm tərəfi çıxış
edir.
Beləliklə, mən o mənbələri göstərdim ki,burada həyat iradəsinin inkarının təzahür
olunduğu fenomenləri bilavasitə olaraq həyatdan götürmək mümkündür. Müəyyən dərəcədə
bu, bizim bütün tədqiqatın ən mühüm cəhətidir. Bununla belə, mən onu yalnız ümumi cizgilərdə
şərh etdim, zira özünün bilavasitə təcrübəsindən çıxış edərək danışanlara istinad etmək artıq
onlar tərəfindən deyilənlərin zəif təkrarı ilə bu kitabın ölçüsünü lüzumsuz artırmağa nisbətən
daha yaxşıdır. Amma mən istərdim ki, belə insanların vəziyyətinin ümumi xarakteristikası üçün
bir neçə söz də əlavə edim. Əgər bizim öncə gördüyümüz kimi, zalım insan öz istəyinin şiddətii
ucbatından aramsız, onu daxildən yeyən əzablara məruz qalırsa və son nəticədə, istəyin bütün
obyektləri tükəndiyi zaman mənfəətgüdənliyin əzablı yanğısını özgə əzabının mənzərəsi ilə
söndürürsə, əksinə, daxilində həyat iradəsinin inkarı meydana çıxan kəsin, kənardan onun
vəziyyəti nə qədər miskin, fərəhsiz və hər cür məhrumiyyətlərlə dolu olan kimi görünsə də,
daxili sevinc və həqiqətən səmavi rahatlıqla sarınmışdır. Bu, həyatın üsyankar coşqusu, o
şadyana vəcd də deyildir ki, onun əvvəlki və ya sonrakı şərti böyük əzabdır (həmişə şən olan
insanın həyat yolu belədir); yox, bu, – sakit, soyuqqanlı hüzur, sükunətdir, dərin sülh və ruhi
aydınlıqdır, o vəziyyətdir ki, biz onu ən böyük qəm qüssə olmadan görə bilmir, onun barəsində
düşünə bilmirik, zira o, bizə yeganə olan dünyanın bütün başqa şeylərindən və sonsuz olaraq
üstün kimi görünür, ruhumuzda ən yaxşı olan hər şey bizi ona döğru çağırır. böyük çağırışla:
sapere aude [dərk etməyə cəsarət et]! Biz o zaman dərindən hiss edirik ki, yerinə yetirilmiş hər
bir arzu, dünyanın əlindən alınan, qazanılan hər bir şey, hər halda dilənçinin sabah bir daha
acıması üçün bu günkü həyatını saxlayan sədəqəyə bənzəyir; təslimiyyətsə irsi malikanəyə
oxşardır: o, sahibini hər hansı bir qayğıdan həmişəlik azad edir.
Bizim üçüncü kitabdan xatırladığımız kimi, gözəllikdən estetik feyz alma əhəmiyyətli
ölçüdə ondan ibarətdir ki,xalis seyr vəziyyətinə daxil olaraq, biz bir anlıq hər hansı bir istəkdən,
yəni bütün arzu və qayğılardan ayrı düşür, sanki özümüzdən azad edilirik və budur biz artıq
özünü özünün aramsız arzuları xatirinə dərk edən fərdlərdən deyilik, o ayrıca şeyin korrelyatı
deyilik ki, onun üçün obyektlər motivlərə çevrilir, idrakın iradəsiz əbədi subyekti - ideyanın
korrelyatıyıq və biz bilirik ki, istəklərin dəli coşqusundan azad olduğumuz zaman yaşadığımız bu
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Dostları ilə paylaş: |