Dünya: iradə və təsəvvür kimi



Yüklə 6,14 Mb.
Pdf görüntüsü
səhifə45/57
tarix01.01.2017
ölçüsü6,14 Mb.
#4243
1   ...   41   42   43   44   45   46   47   48   ...   57

*   *   * 

Kantın üslubu hər yerdə özündə görkəmli zəkanın, həqiqi, dərin orijinallığın və qeyri-adi 

təfəkkür  gücünün  möhürünü  daşıyır;  yəqin  ki,  ona  ən  yaxşı  yaraşan  tərif  –  parlaq  quruluqdur: 

beləki, o anlayışları səhvsiz tutmağı, onları çəkib çıxarmağı və sonra oxucuda təəccüb yaradaraq, 

onları ən böyük bir sərbəstliklə ora-bura atmağı, tuşlamağı bacarır. Sonuncu çox-çox sadə olsa 

da, eyni parlaq quruluğu mən Aristotelin də üslubunda görürəm. Bütün bunlarla yanaşı, Kantın 

şərhi  çox  vaxt  aydın  deyil,  qeyri–  müəyyən  və  qeyri–qənaətbəxşdir,  bir  çox  halda  isə–



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                 Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

558 


 

                                                                                                                                                                                           

qaranlıqdır. Əlbəttə, bu, qismən predmetin qəlizliyi və fikrin dərinliyilə izah olunur: amma o kəs 

ki, özü özü üçün aydındır və nə düşündüyü və nə istədiyi barədə özünə hesabat verir, o heç vaxt 

dolaşıq  yazmaz,  səbatsız  qeyri–müəyyən  anlayışlardan  istifadə  etməz  və  onları  yad  dillərdən 

alınmış,  son  dərəcə  qəliz  və  süni  ifadələrlə  işarələməz  və  sonralar  da  bu  ibarələri  işlətməyə 

davam etməz, necə ki, əvvəlki, hətta sxolastik fəlsəfədən belə terminlər və formullar götürərək 

və  onlardan  özünə  yad  birləşmələr  düzəldərək,  məsələn,  “apersepsiyanın  transsendental 

sintetik vəhdəti” və ya “sintezin vəhdəti” kimi ki, bunları da yalnız bir sözün: “birləşmə” sözünün 

tam kifayət etdiyi hər yerə qoyaraq, bunları Kant edir. O kəs, Kantın bunu etdiyi kimi, artıq bir 

dəfə izah olunmuş şeyi, məsələn, dərrakə, kateqoriyalar, təcrübə və sair əsas anlayışlarla olduğu 

kimi, bir daha və yenidən bir daha izah etməz. O kəs ümumiyyətlə artıq yüz dəfə söylənmiş bir 

fikrin hər bir yeni şərhində eyni qaranlıq yerləri saxlayaraq usanmadan özü–özünü təkrarlamaz, 

öz  fikrini  bir  dəfə  və  həmişəlik–aydın,  əsaslı  və  bitkin  bir  surətdə  bildirər  və  bununla  da 

kifayətlənər.  “Hansısa  bir  şeyi  biz  nə  qədər  yaxşı  anlayırıqsa,  onu  biz  elə  o  qədər  də  eyni  bir 

tərzdə  ifadə  etməyə  meylliyik”–Dekart  bunu  özünün  beşinci  məktubunda  deyir.  Amma  Kantın 

şərhinin qaranlıq manerasının ara–sıra gətirdiyi ən böyük ziyan ondan ibarətdir ki, bu dolaşıqlıq 

exemplar vitiis imitabile kimi təsir göstərdi və ən məhvedici nüfuz əhəmiyyəti kəsb etdi. Publika 

əmin olmağa məcbur oldu ki, qaranlıq olan heç də həmişə mənasız olmur: və budur, mənasızlıq 

tezliklə  şərhin  dolaşıqlığı  arxasında  gizlənməyə  başladı.  İlk  olaraq  Fixte  bu  yeni  imtiyazdan 

yapışdı  və  ondan  geniş  istifadə  etdi;  Şellinq  demək  olar  ki,  onunla  bir  cərgədə  fəaliyyət 

göstərirdi, istedadsız və şərəfsiz cızma–qaraçıların ac sürüsü isə tezliklə onların hər ikisini arxada 

qoydu. Amma açıq–saçıq mənasızlıq qondarılmasındakı və əvvəllər yalnız dəlixanada eşidilməsi 

mümkün  olan  bir  yığın  sərsəm  və  mənasız  sözquraşdırmalardakı  ən  böyük  həyasızlıqsa  öz 

zirvəsinə Hegelin səhnəyə çıxması ilə çatdı: o camaatın ən kobud səfehləşdirilmə alətinə çevrildi 

və gələcək nəsillərə ağlasığmaz görünəcək və alman səfehliyinin abidəsi kimi qalacaq bir uğurla 

müşayiət  olunurdu.  Əbəs  yerə  elə  bu  zaman  Jan  Pol  “kaferdrada  fəlsəfi  və  səhnədə  poetik 

sərsəmliyin  ən  yüksək  qiymətləndirilməsi  haqqında”  (“Məktəbdən  sonrakı  estetika  kursu”)  öz 

gözəl paraqraflarını yazırdı: çünki Höte də əbəs yerə demişdi: 

 

Ən alimanə çərənçilikçün yoxdur yasaq 



Bir də ki, kimdir səfehlərə baş qoşan? 

Hamı inanır ki, nəsə bir fikir, məna var 

O yerdəki aramsız sözlər səslənir. 

Ancaq  Kanta  qayıdaq.  Etiraf  etməmək  olmaz  ki,  onda  antik  möhtəşəm  sadəlik, 

bilavasitəlilik,  ingénuité, candeur  qayət  çatışmır. Onun fəlsəfəsinin böyük,  sadə, dərhal  nəzərə 

çatan nisbətləri təqdim edən yunan arxitekturası ilə heç bir bənzəyişi yoxdur: o, daha çox qotik 

tikililəri  xatırladır.  Kantın  zəkasının  fərdi  özəlliyi,  əlvan  çoxsaylılıq  şakəri  və  verilmiş  motivin 

bütöv  bir  bölmələr  və  şöbələr  sırasında  təkrarlanması  ilə  simmetriyaya  olan  heyrətamiz 

sevgisidir,–tamamilə elə qotik məbədlərdə olduğu kimi. Bu simmetriyanı Kant hərdənbir hansısa 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                 Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

559 


 

                                                                                                                                                                                           

bir texniki əyləncəyədək gətirib çatdırır və onun xatirinə bəzən birbaşa həqiqəti zorlayır, onunla 

öz  simmetrik  xiyabanları,  kvadrat  və  üçbucaq  qazonları,  kürəşəkilli  və  piramidal  ağacları  və 

kolların düzgün əyriliklərilə əski fransız bağbanlarının təbiətlə davrandıqları kimi davranır. Bunu 

faktlar üzərində isbat edəcəyəm. 

Ayrı–ayrılıqda  məkanı  və  zamanı  nəzərdən  keçirərək  və  içərisində  yaşayıb  mövcud 

olduğumuz  zamanı  və  məkanı  dolduran  bütün  bu  əyani  dünyadan  ayrılaraq,–“baxışın  empirik 

məzmunu bizə verilib” kimi heç bir şey deməyən sözlərlə ondan can qurtararaq, Kant dərhal, bir 

sıçrayışla bütün fəlsəfəsinin məntiqi əsasına, mühakimələr cədvəlinə keçir. Bu cədvəldən o dörd 

rubrika  altında  simmetrik  surətdə  üst–üstə  taxılmış  düpbədüz  bir  düjün  kateqoriyasını  çıxarır: 

sonradan  o,  onun  əlləri altında  müdhiş prokrust yatağına  çevrilməli  idi,  o,  isə  heç  bir  zorakılıq 

qarşısında  dayanmayaraq  və  heç  bir  səfsətədən  çəkinməyərək  dünyada  və  insanda  baş  verən 

hər  şeyi  bu  yatağa  saldı,  təki  bircə  onun  bu  cədvəlin  simmetriyasını  hər  yerdə  təkrarlamaq 

imkanı  olsun.  Ondan  simmetrik  olaraq  çıxarılan  ilk  şey  təbiətşünaslığın  ümumi  özül 

müddəalarının  sırf  fizioloji  cədvəlidir,  yəni  məhz:  baxış  aksiomları,  qavrayışın  antisipasiyaları, 

təcrübənin analogiyası və ümumiyyətlə empirik təfəkkürün postulatları. Bu özül müddəalardan 

ilk  ikisi  sadədir;  sonuncu  ikisisə  simmetrik  olaraq  hərəsi  üç  bala  verir.  Sadəcə  olaraq 

kateqoriyalar–bu  onda  anlayışlar  adlandırdığı  şeydir;  təbiətşünaslığınsa  özülqoymaları–

mühakimələr,  hökmlərdir.  İndisə,  hər  cür  həkimanəliyin  ali  kələfucuna,  yəni  simmetriyaya 

uyğun  olaraq  bütün  barverənliliyində  əqli  nəticələrin  ortaya  çıxma  növbəsi  gəlir  ki,  onlar  da 

bunu  yenə  də  simmetrik  olaraq  və  vəznlə  yerinə  yetirirlər.  Zira  kateqoriyaların  duyğusallığa 

tətbiqi vasitəsilə dərrakə üçün aprior özül müddəaları ilə təcrübə necə boy atırsa, eynilə bu cür 

də  əqli  nəticələrin  kateqoriyalara  tətbiqi  vasitəsilə  (hansının  ki,  funksiyasını  özünün  şərtsizi 

axtarma  uydurma  prinsipilə  zəka  yerinə  yetirir)  zəka,  ağıl  ideyaları  yaranır.  Sonuncu  aşağıdakı 

sayaq  baş  verir:  üç  münasibət  kateqoriyası  əqli  nəticələrin  yuxarı  önəçəkmələrinin, 

irəlivermələrinin  (mühakimələrinin)  üç  yeganə  mümkün  növünü  verir,  buna  da  uyğun  olaraq 

ussonucuların (əqli nəticələrin) özləri də üç növə ayrılır ki, bunlardan hər birini, zəkanın üstündə 

oturaraq  bir  ideya  çıxardığı  yumurta  kimi  qəbul  etmək  olar:  yəni  məhz  ussonucuların  (əqli 

nəticələrin) kateqorik növündən–can(ruh) ideyasını, hipotetik növündən–dünya ideyasını, ayırıcı 

növündənsə–Tanrı  ideyasını.  Onların  ortancılında,  dünya  ideyasında,  kateqoriyalar  cədvəlinin 

simmetriyası bir daha təkrarlanır, beləki, onun dörd rubrikası hər birinə simmetrik uyğun gələn 

bir antitez düşən dörd tezisi verir. 

Bu  tuhaf qurulunu.tikilini  doğurmuş  bu  ali dərəcədə  sivrizəkalı  kombinasiyanın  heyrətə 

layiq  olduğunu  bildirərək,  onun  təməlinin  və  ayrı–ayrı  hissələrinin  incələmə  təhlilinə  keçək. 

Lakin öncə aşağıdakı önqeydləri etmək gərəkdir. 



 

*   *   * 

Kantın  dönüb  baxmadan  inadla  öz  simmetriyasının  ardınca  getməsi  və  yerləşdirilən 

şeylərin  özlərinə  heç  bir  diqqət  yetirmədən  öz  yolu  ilə  getməsi  təəccüb  doğurur.  Daha  aydın 

deyəcəm: təkcə riyaziyyatdakı əyani idrakı diqqətə alaraq o, konkret dünyanın gözümüz önündə 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                 Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

560 


 

                                                                                                                                                                                           

onun içərisində durmuş olduğu qalan əyani idrakı tamamilə saya salmır və bütün gücü və önəmi 

əslində  yalnız  idrakımızın  mücərrəd  hissəsindən  sonsuz  dərəcədə  daha  önəmli,  daha  geniş  və 

məzmunlu olan əyani dünyadan əxz edilən təkcə elə mücərrəd təfəkkürü əldə rəhbər tutur. Bu 

da azmış kimi və əsas da elə budur,–o hətta heç bir yerdə əyani və mücərrəd idrak arasında fərq 

qoymur  və  bunun  da  nəticəsində,  görəcəyimiz  kimi,  çözülməz  ziddiyətlər  içində  dolaşıb  qalır. 

“Verilmişliyi” barədə heç nəyi bildirməyən sözlərlə hiss dünyası ilə işini bitirərək, Kant, yuxarıda 

dediyim kimi, mühakimələrinin məntiqi cədvəlini öz fəlsəfi binasının künc daşı edir. Bu zaman o 

bir  anlığa  belə  əslində  nə  ilə  iş  gördüyü  barədə  düşünmür.  Axı  bu  mühakimə  formaları  hər 

şeydən  öncə  sözlər  və  söz  birləşməlidir.  Ona  görə  ilk  öncə  o  özündən  soruşmalı  idi:  onlarla 

bilavasitə  olaraq  nə  işarələnir?  Və  onda  aydın  olardı  ki,  onlarla  məlum  anlayışlar  işarələnir. 

Növbəti  sual  anlayışların  özlüyü  barədə  sual  olmalı  idi.  Ona  cavabdan  anlayışların  dünyanın 

onlarda  göründüyü,  üzə  çıxdığı  əyani  təsəvvürlərə  hansı  münasibətdə    olduğu  aydın  olar  və 

onda əyani təsəvvürlə refleksiya arasındakı fərq aşkar olardı. Daha sonra, təkcə xalis və yalnız 

priori formal baxışın yox, həm də onun məzmunun, empirik baxışın da şüurda necə yarandığını 

tədqiq etmək lazım idi. Onda dərrakənin bunda necə iştirak etdiyi və ümumiyyətlə, dərrakənin, 

tənqidi  yazılan  zəkanın  nə  olduğu  aydın  olardı.  Çox  təqdirəlayiqdir  ki,  Kant  bir  dəfə  də  olsun 

sonuncunun əsl və qaneedici tərifini vermir, yalnız təsadüfi, həmişə kontekstdən asılı, natamam 

və  düzgün  olmayan  “izahlar”  təklif  edir–Dekartın  adı  çəkilən  qaydasına  tam  zidd  olaraq. 

Məsələn,  “Xalis  zəkanın  tənqidinin”  11;  V,  24–cü  səhifəsində

  zəka  aprior  prinsiplərin 



qabiliyyətidir;  299;  V,  356–cı  səh.  Bir  daha  deyilir  ki,  zəka  prinsiplərin  qabiliyyətidir,  və  o 

qaydalar  qabiliyyəti  olaraq  dərrakəyə  qarşı  qoyulur!  Düşünmək  olar  ki,  prinsiplər  qaydalardan 

yer və göy qədər uzaqdır – axı bunların hər birinə xüsusi bir qabiliyyət aid edilir! Halbuki bütün 

bu  nəhəng  fərq    yalnız  ondan  ibarətdir  ki,  xalis  baxışdan  a  priori  və  ya  dərrakə  formaları 

vasitəsilə  dərk  edilən  şey  qaydadır  və  yalnız  a  priori  olaraq  xalis  anlayışlardan  irəli  gələn  şey 

prinsipdir.  Bu  ixtiyari  və  əsası  olmayan  fərqə  biz  bir  daha  dialektikanın  təhlili  zamanı 

qayıdacağıq.  330;  V,  386-cı  səh.  Zəka-nəticələr,  ussonucları  qabiliyyətidir;  sadə  mühakimənisə 

Kant  dərrakənin  funksiyası  elan  edir  (səh.69.V.94).  Əslində,  o  bununla  aşağıdakıları  demək 

istəyir:  mühakimənin  əsası  empirik,  transsendental  və  metalogik  olduğundan  mühakimə 

dərrakənin  funksiyasıdır.(bax.”Əsas  qanunu  haqqında  traktat”,  &31,32,33);  əgər  o,  əqli 

nəticədə,ussonucunda  olduğu  kimi  məntiqidirsə,  onda  burada  artıq  tam  xüsusi  və  daha  vacib 

idraki  qabiliyyət-zəka  fəaliyyət  göstərir.  Və  ya,bu  daha  yaxşıdır,  303,V,  360  səh.  deyilir  ki, 

verilmiş tezisdən bilavasitə sonuclamalar, nəticə çıxarmalar hələ dərrakənin işidir və yalnız onlar 

olduqda  vasitələndirici  anlayış  işlədilirsə,  bu  ağıl,  zəka  tərəfindən  yerinə  yetirilir;  və  belə  bir 

misal gətirilir ki, “bütün adamlar öləridirlər” tezisindən “bəzi insanlar öləridirlər” ussonucu hələ 

dərrakə ilə çıxarılır; əksinə, “bütün alimlər öləridirlər” ussonucu artıq tam başqa və daha vacib 

bir qabiliyyəti – zəkanı tələb edir. Böyük düşünər gör nə kimi şeylərə, sözlərə gəlib çıxa bilərmiş. 

553Ⅶ  V,  581-ci  səh.  zəka  birdən  azad  əməllərin  mütləq  şərti  olur.  614;  V,  642-ci  səh.  o, 

iqrarlamalarımızda(doğrulamalarımızda)  özümüzə  hesabat  vermək  qabiliyyəti  olur;  53,  644;  V, 

671,  672-ci  səh.  o,  dərrakə  anlayışlarını  ideyalarda  birləşdirir,  dərrakənin  obyektlərin 

çoxsurətliliyini  anlayışlarda  birləşdirməsinə  oxşar  olaraq.  646;  V,  674-cü  səh.  o  xüsusini 

ümumidən çıxarmaq qabiliyyətindən başqa bir şey deyil. 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                 Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

561 


 

                                                                                                                                                                                           

Dərrakə,  öz  növbəsində,  hər  dəfə  yeni  tərzdə  yozumlanır;  “Xalis  zəkanın  tənqidi”nin 

yeddi  yerində:  51;  V,  75-ci  səh.  o,  mühakimə  yürütmək,  yəni  düşünmək,  yəni  anlayışlar 

vasitəsilə dərk etmək qabiliyyətidir; 5-ci nəşrin 137-ci səh. o, ümumiyyətlə, dərk etmək, 132; V, 

171-ci səh.– qanunlar qabiliyyətidir. 158; V, 197-ci səh. deyilir ki, “o təkcə qanunlar qabiliyyəti 

yox,  həm  də  əsas  prinsiplərin  mənbəyidir  ki,  hər  şey  onlara  görə  qanunlara  tabe  olur; 

baxmayaraq  ki,  bir  neçə  sətir  yuxarıda  o,  prinsiplərin  yeganə  qabiliyyəti  kimi  zəkaya  qarşı 

qoyulmuşdur.  160;  V,  199-cu  səh.  o,  anlayışlar  qabiliyyəti,  302;  V,  359-cu  səh.  –hadisələri 

qanunlıar vasitəsilə birləşdirmək qabiliyyətidir. 

Bu  iki  idraki  qabiliyyətin  təklif  etdiyi  möhkəm,  aydın,  bəlli,  sadə  və  bütün  dövrlər  və 

xalqların  sözçülüyü  ilə  uzlaşan  izahını  müdafiə  etməyimə  lüzum  yoxdur–  bu  cür  həqiqətən 

dolaşıq  və  əsassız  laflara,  nitqlərə  qarşı  (onlara  söyləyən  Kant  olsa  belə).  Mən  onları  yalnız 

Kantın  bu  tərzdə  təfsir  etdiyi  predmetin  özü  barədə  yaxşıca  düşünmədən  öz  simmetriyası  və 

məntiqini qurması barədə iradıma bir illüstrasiya olaraq gətirirəm.  

Əgər Kant, yuxarıda qeyd etdiyim kimi, biri insanın fərqləndirici əlamətini təşkil edən və 

bütün xalqlar və bütün fəlsəfələrin dilində dərrakə və zəka adlandırılan bu iki və bu qədər fərqli 

idraki qabiliyyətin nə olduğunu ciddi araşdırsaydı, onda onun ağlına heç vaxt sxolastiklərin tam 

başqa  mənada  işlətdikləri  intellectus  theoretici  və  intellectus  practici  –dən  başqa  hər  hansı  bir 

tarixi  avtoritetə  söykənmədən  zəkanı  nəzəri  və  praktikiyə  bölmək  və  sonuncunu  əxlaqi 

əməllərin  mənbəyi  səviyyəsinə  qaldırmaq  gəlməzdi.  Eynilə  bu  tərzdə,  bu  cür  qayğıkeşliklə 

dərrakə  anlayışlarını  (onların  altında  o  qismən  öz  kateqoriyalarını,  qismənsə  bütün  ümumi 

anlayışları  başa  düşürdü)  zəka  anlayışlarından  (“ideyalar”  deyilən  şeydən)  ayırmadan  və  hər 

ikisini əsasən bütün bu anlayışların əhəmiyyətini, tətbiq oluna bilənliyini və mənşəyini araşdıran 

fəlsəfəsinin  materialı  etməzdən  öncə,–  hər  şeydən  öncə,  deyirəm  mən,  onun  ümumiyyətlə 

anlayışın nə olduğunu araşdırması gərəkirdi. Halbuki bu qədər zəruri incələmə də, nə yazıq ki, 

onda  tam  yerinə  yetirilməmiş  qaldı  ki,  bu  da  haqqında  tezliklə  danışacağım  mücərrəd  idrakla 

əyaninin uğursuz qarışıq salınmasına heç də az səbəb vermədi. Əyani təsəvvür nədir? refleksiya 

nədir?  anlayış  nədir?  ağıl,  dərrakə  nədir?  kimi  sualların  yanından  ötüb  keçməyə  rəvac  vermiş 

yetərincə  dərindən  düşünmənin  olmaması  onu  elə  bu  sayaq  da,  məsələn,  aşağıdakılar  kimi 

şərtsiz  zəruri  tədqiqatlardan  yan  keçməyə  məcbur  etdi:  bizim  təsəvvürdən  fərqləndirdiyimiz 

predmet  nədir?  Həqiqət,  illüziya,  yanılma  nədir?  Halbuki  o  bir  an belə  şəkk  etmədən,  gerisinə 

baxmadan öz məntiqi sxemini və simmetriyasını qurur. Mühakimələr cədvəli – hər bir hikmətin 

açarı budur! 

 

*   *   * 

Kantın  əsas  xidməti  kimi  mən  onun  təzahürü  özündə  şeydən  ayırmasını,  bütün  bu 

görünən  dünyamızı  təzahür  elan  etməsini  və  ona  görə  onun  bütün  qanunlarının  təzahürdən 

kənarda tətbiq olunanlığını rədd etməsini göstərdim. Bütün bunlarla yanaşı onun təzahürün bu 

sırf  nisbi  mövcudluğunu  bu  qədər  sadə,  bu  qədər  yaxın  və  təkzibolunmaz:  “subyektsiz  obyekt 

yoxdur” həqiqətindən necə çıxara və bununla da həmişə bəlli bir subyektə münasibətdə verilmiş 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                 Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

562 


 

                                                                                                                                                                                           

obyektin elə bu səbəbdən də birincidən asılı, onunla şərtlənmiş və deməli, yalnız öz-özlüyündə 

və şərtsiz mövcud olmayan bir təzahür olduğunu artıq elə kökündəcə göstərə bilmədiyi təəccüb 

doğurur. Artıq elə xidmətlərinə Kantın layiqincə haqq vermədiyi Berkli bu mühüm müddəanı öz 

fəlsəfəsinin köşə daşı etdi və bununla özünə əbədi minnətdarlıq haqqı qazanmış oldu; amma o 

öz tezisindən lazımi ardımlar, nəticələr çıxarmadı və qismən anlaşılmamış qaldı, qismənsə özünə 

qarşı  lazımi  diqqət  oyatmadı.  Kantın  bu  Berkli  müddəasından  yan  keçməsini  mən  əsərimin 

birinci  nəşrində  onun  qətiyyətli  idealist  qarşısındakı  aşkar  qorxusu  ilə  izah  etmişdim:  özgə 

yandan,  sonuncunun  aydın  ifadəsini  mən  “Xalis  zəkanın  tənqidi”nin  çox  yerində  tapırdım  və 

buna  görə Kantı  özü  ilə ziddiyyətdə  olmada  qınayırdım.  Və  əgər  onda  bu  mənimlə  baş  verdiyi 

kimi, “Xalis zəkanın tənqidi” yalnız ikinci və ya onun əsasında çap olunmuş növbəti beş nəşrin 

birindəki  kimi  oxunub  bilindiyi  təqdirdə,  belə  bir  qınaq  tam  əsaslı  idi.  Sonradan  Kantın  əsas 

əsərini  artıq  nadir  bir  şeyə  çevrilmiş  birinci  nəşrdə  oxuduqda,  böyük  sevinc  hissi  duyaraq, 

gördüm  ki,  bütün  bu  ziddiyyətlər  yox  olur  və  Kant,  “subyektsiz  obyekt  yoxdur”  formulunu 

işlətməsə də, elə Berkli və mənim kimi qətiyyətlə məkan və zamanda olan dünyanı yalnız onu 

dərk  edən  subyektin  təsəvvürü  elan  edir;  ona  görə  də  o  heç  bir  qeyd-şərtsiz  orada,  məsələn, 

383-cü  səh.  deyir:  “Əgər  mən  düşünən  subyekti  ortadan  götürsəm,  onda  bütün  dünya  yox 

olmalıdır,  çünki  o  (bu  dünya)  subyektimizin  hissiyyatda  təzahüründən  və  sonuncunun 

təsəvvürlərindən savayı bir şey deyildir”. Hərçənd ki, Kantın aşkar və gözəl şəkildə qəti idealist 

mövqe bildirdiyi 348-392 səh. bütün bu yerlər ikinci nəşrdə onun tərəfindən atılmış və ona zidd 

olan  çoxsaylı müddəalarla  əvəz edilmişdir.  Bunun  sayəsində  “Xalis zəkanın  tənqidi”nin 1787-ci 

ildən  1838-ci  ilədək  yayımlanmış  mətni  təhrif  olunmuş  və  eybəcərləşdirilmiş  bir  mətndir  və 

“Tənqidin” özü buna görə mənası heç kəs üçün tam aydın və anlaşıqlı olmayan, özü- özünə zidd 

gedən bir kitaba çevrildi. Bu barədə təfsilatları, eləcə də onların təsirilə Kantın zəiflik göstərərək, 

öz  ölməz  əsərini  bu  cür  şil-küt  etməsinin  əsasları  barədə  öz  mülahizələrimi  mən  Kantın 

əsərlərinin  tam  külliyatının  ikinci  cildinə  önsözümdə  onun  əsas  yerini  sitat  gətirən  professor 

Rozenkransa  məktubumda  şərh  etmişəm,  –  oxucuya  da  ora  baxmağı  tövsiyə  edirəm.  Məsələ 

ondadır ki, 1838-ci ildə mənim təkidlərim professor Rozenkransı “Xalis zəkanın tənqidi”ni onun 

ilkin şəklində bərpa etməyə sövq etdi və o, onu 1781-ci il nəşri üzrə göstərilən II  cilddə dərc etdi 

və  bununla  da  fəlsəfəyə  misilsiz  bir  xidmət  göstərmiş  oldu,  –hətta  bundan  da  artıq,  alman 

ədəbiyyatının ən böyük əsərini məhvdən xilas etdi; onun bu xidməti heç vaxt unudulmamalıdır. 

Əgər  o,  onu  yalnız  ikinci  və  ya  növbəti  nəşrlərin  birində  oxuyubsa,  qoy  heç  kəs  xam  xəyal 

etməsin  ki,  guya  o  “Xalis  zəkanın  tənqidi”ni  bilir  və  Kantın  təlimi  barədə  aydın  təsəvvürə 

malikdir: yox, bu halda o,onu bilmir, çünki təhrif olunmuş, şil–küt edilmiş, demək olar ki, saxta 

bir  mətni  oxumuşdur.  Və  hər  kəsə  bir  xəbərdarlıq  olsun    deyə  bunu  burada  demək  mənim 

borcumdur. 

“Tənqidin” 1-ci nəşrində bu qədər aydın ifadə olunmuş qəti idealist baxışa Kantın özündə 



şeyi daxil etdiyi üsul aşkar surətdə ziddir və bu ziddiyyət heç şəksiz onun 2-ci nəşrdən nəyə görə 

göstərilən  idealist  yeri  çıxarmasının  və  Berkliyə  qarşı  söz  deməsinin  əsas  motivi  olmuşdur  ki, 

hərçənd  ki,  bununla  da  o,  öz  əsərinə  yalnız  qeyri-ardıcıllıq  daxil  etmiş  və  əsas  qüsuru  ilə  bağlı 

ona  heç  bir  kömək  etməmişdir.  Mən  özündə  şeyin,  əsassızlığı  Şultsenin  “Enezidema”sında 

müfəssəl  göstərilmiş  və  sonralar  ümumiyyətlə  onun  sisteminin  zəif  bəndi  kimi  tanımış  daxil 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                 Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

563 


 

                                                                                                                                                                                           

edilmə üsulundan  bəhs edirəm.  Az  sözlə  desək, məsələ  aşağıdakından  ibarətdir.    Kant  özündə 

şeyin  anlayışını  səbəbiyyət  qanunu  üzrə nəticəyə  əsaslandırır  (düzdür, bir  para eyhamları  əldə 

sipər  tutmaqla)  –ona  əsaslandırır  ki,  empirik  intuisiya  (fəhm)  və  ya  düzü,  hiss  orqanlarımızda 

onun  mənbəyi  olan  duyğu  hansısa  xarici  səbəbə  malik  olmalıdır.  Halbuki,  elə  onun  öz  və  tam 

doğru  göstərgəsinə,  göstərişinə  görə  səbəbiyyət  qanunu  bizə  a  priori  bəllidir,  deməli  o,  –

intellektin funksiyasıdır və  demək,  mənşəyinə  görə  subyektivdir; burada  səbəyiyyət  qanununu 

ona  tətbiq  etdiyimiz  hissi  duyğu  da  şübhəsiz  subyektivdir;  nəhayət,  hətta  bu  tətbiq  yolu  ilə 

obyekt kimi duyğunun səbəbini yerləşdirdiyimiz məkan belə a priori verilmiş plandır, –deməli, o 

da  intellektimizin  subyektiv  formasıdır.  Beləliklə,  empirik  intuisiya  müstəsna  olaraq  içimizdəki 

proses  olaraq büsbütün subyektiv  zəmində  qalır və  ondan  tam  fərqli  və müstəqil  olan  heç bir 

şey  özündə  şey  olaraq  kənardan  gətirilə,  qatıla  və  ya  zəruri  zənn,  güman  olaraq  ona  daxil  ola 

bilməz–əslindəsə empirik baxış yalnız bizim təsəvvürümüzdür və belə olaraq qalmaqdadır: bu–

bir təsəvvür olan dünyadır. Onun özlüyünəsə biz yalnız tam başqa və mənim zənn etdiyim yolla, 

yəni  məhz  –  öz  şəxsi  təzahürümüzün  özlüyünün,  özündə  şeyinin  bizə  iradə  kimi  açıldığı 

özünüdərkimizə  üz  tutmaqla  vara  bilərik:  amma  burada  özündə  şey  artıq  yerində  göstərdiyim 

kimi, təsəvvür və onun elementlərindən nəsə toto genere fəqrli bir şeydir. 

Artıq dediyim kimi, Kant sisteminin bu erkən üzə çıxarılmış eybinə, nöqsanına çox gözəl 

bir hind məsəli uyğun gəlir: “saplaqsız lotos” (şanagüllə) olmur” – saplaq burada – özündə şeyin 

yanlış çıxarış üsuludur,yəni verilmiş təzahürlə yanaşı özündə şeyin nə olmasının etirafı yox, məhz 

elə  ancaq  çıxarış  üsulunun  özü.  Halbuki  Fixte  məsələni  məhz  elə  sonuncu  mənada  başa 

düşmüşdür, – əlbəttə, ona görə ki, onu həqiqət yox, öz şəxsi məqsədlərinin ödənilməsi üçün özü 

barədə danışmağa məcbur etmək istəyi maraqlandırırdı; ona görə ar bilmədən və mənasızcasına 

özündə şeyi tam qırağa atdı və elə bir sistem qurdu ki, onunla təsəvvürün təkcə  formal tərəfi 

yox (Kantdakı kimi), həm də maddi tərəfi, yəni onun məzmunu yalançı aprior yolla subyektdən 

deduksiya  edilirdi.  O,  bu  zaman  tam  olaraq  pis  sofizmləri,  fokus-pokusları  və  mənasız  cızma-

qaraları sübutlar kimi qəbul edən camaatın kəmağıllığına və səfehliyinə ümid edirdi və bu yolla 

o  özünə  diqqət  cəlb  edə  və  alman  fəlsəfəsinə,  onun  sonralar  Şellinq  tərəfindən  aparıldığı  və 

nəhayət, öz həddinə Hegelin yalançı müdrikliyində çatdığı bir istiqaməti verə bildi.  

İndisə  Kantın  artıq  yuxarıda  toxunulmuş  böyük  səhvinə,  yəni  məhz–əyani  və  yayınmış 

(mücərrəd) idrak arasında yetərincə fərq qoymamaya keçirəm. Bunun nəticəsində indi yaxından 

araşdıracağımız  məhvedici  dolaşıqlıq  yaranmışdır.  Əgər  Kant  əyani  təsəvvürləri  yalnız  in 

abstracto düşünülən təsəvvürlərdən dəqiq ayırd etsəydi, onda onları bir–birindən ayrı saxlayar 

və hər dəfə bu məqamlardan hansı ilə iş gördüyünü bilərdi. Əfsus ki, ona əvvəllər tutulmayan bu 

irad nə qədər gözlənilməz görünsə də, o bunu bilmirdi. Doğrudan da: özünün daim bəhs etdiyi 

kantsayağı  əsl təcrübə obyekti;  kateqoriyaların predmeti nə  əyani, nə də  yayınmış  (mücərrəd) 

təsəvvürdür,  hər  ikisindən  fərqli  və  eyni  zamanda  hər  ikisi  bir  yerdə  olan,  yəni  nəsə  tam 

mümkünsüz bir şeydir. Zira, bu nə qədər ağlasığmaz görünsə də, Kantda hərtərəfli düşünmə və 

ya bunda özünə hesabat vermək və “onun təcrübə, yəni kateqoriyaların tətbiqi yolu ilə həyata 

keçirilən  idrakın  predmetinin”  zaman  və  məkan  daxilində  əyani  təsəvvür  (mənim  birinci  sinif 

təsəvvürlərim)  və  ya  sırf  yayınmış  (mücərrəd)  anlayış olub-olmamasını  aydınlaşdırmaq  könüllü 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 


Yüklə 6,14 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin