Artur Şopenhauer "Dünya: iradə və təsəvvür kimi"
545
clvii
Fallos – antik mifologiyada təbiətin məhsuldar qüvvələri ilahisi. Adətən nəhəng falloslu və ya
fallosabənzər başlı idbar şəklində təsvir edilmişdir.
clviii
Laroşfukonun "Maksimalar və əxlaqi düşüncələr" (1665) kitabı nəzərdə tutulur.
clix
Erida – antik mifologiyada ixtilafın personifikasiyası; ilkin kosmoqonik qüvvələrdən biri, Gecənin
qızı, Xaosun nəvəsi.
clx
Manu qanunları – insanların mifik əcdadına, Manuya (sanskr., "insan") aid edilən, brahmanizmin dini
ehkamlarına uyğun olaraq hindlinin davranış qaydaları məcmuəsi; həmçinin, dövlətin idarə olunması və
ədalət mühakiməsi icraatı üzrə nəsihətləri də özündə ehtiva edir.
clxi
Təbii hüquq termini altında insanın öz təbiəti tərəfindən diktə olunan və buna görə də, universal olan
və özgələşdirilə bilməyən bir sıra hüquqları, normaları və prinsiplərinin mövcudluğu ideyasını başa
düşürlər. Bu ideya antik dövrə və orta əsrlərə gedib çıxır: ən intensiv bir qaydada XVIII əsrdə istifadə
olunmuşdur; amerikan "Müstəqillik bəyannaməsi"nin (1776) və fransız "Vətəndaş və insan haqqları
bəyannaməsi"nin (1789) əsası olmuşdur.
clxii
Bax: Platon. Dövlət II, 358s-359s.
clxiii
Bax: Hobbs. Vətəndaş haqqında V, 9.
clxiv
Baxın: Siseron. Qanunlar haqqında III, 3, 8.
clxv
Tövrat. İkinci qanun kitabı. 32, 35. – Bu mətn aşağıdakı qaydada şərh olunur: mömin özünə görə qisas
almır, Tanrıya bel bağlayaraq, tapdalanmış, ayaq altına atılmış hüququna görə intiqamı Tanrının
ixtiyarına buraxır.
clxvi
Kantın kateqorik imperativinin formulə formalarından biri ilə müqayisə edin: ―...Elə hərəkət et ki, sən
bəşəriyyətə həmişə həm öz şəxsində, həm də hər hansı bir başqasının şəxsində, həmçinin məqsəd kimi
yanaşasan və heç bir vaxt ona yalnız vasitə kimi yanaşmayasan‖(İ. Kant, Əsərləri 6 ъilddə, 4-cü cild, 4.1.
М., 1965. s. 270).
clxvii
Müqayisə edin: "Das Märchen vom Schlaraffenland" (Azərbaycancaya tərcümədə: "Görünməmiş
firavan ölkə barədə") – Qrimm qardaşlarının nağıllarının kanonik nəşrləri üzrə, N 158.
clxviii
Atmanın və Brahmanın vahidliyini, vəhdətini işarə edən formula.
clxix
Şopenhauer sansara (yenidən doğuluş) və karma haqqında təlimləri nəzərdə tutur; yenidən doğulma
yalnız insan qiyafətində,cildində deyil, həm də tanrı və hətta heyvan qiyafətində də mümkündür. Yenidən
doğuluşun xarakteri karma ilə – bütün törədilmiş əməllərin və onların nəticələrinin cəmi ilə müəyyənləşir;
yalnız ləkələnməyən kəs yenidən doğulmur. İndiki zamanda sansara və karma haqqında təlimlərin
Şopenhauer tərəfindən Veda müdrikliyinin hansısa dərin mahiyyətinin mifoloji əxlaqi praktik əksi kimi
şərhi düzgün sayılmır: belə bir qarşı qoyulma mənaya malik deyildir.
clxx
―Çhandoqya Upanişada‖dan latıncaya tərcümə (
, 15).
clxxi
Buddist təsəvvürlərə görə, xilas yolu, kasta mənsubiyyətindən asılı olmayaraq hər bir kəs üçün
açıqdır.
clxxii
Platonun ruhun köçməsi barədə təlimi (bir fəlsəfi mif olaraq) Pifaqor ənənəsindən götürülmüşdür
(Baxın: Dövlət X, 614-621d). Pifaqor antik bioqrafik məlumatlara görə, gəncliyində Şərqə, o, cümlədən
də, Misirə səyahət etmişdi.
clxxiii
Qenquterlər - protestant sektalardan biri, onun əsas ideyası - zülmə, şərə qarşı zor gücü ilə
müqavimət göstərməməkdədir. Şopenhauer, yəqin ki, qernquterlərin müqavimət göstərməmə ideyasının
qədim hinduistlərin canlıya zərər yetirməkdən özünü saxlama (ahimsa) prinsipi ilə eyni qəbildən olmasını
nəzərdə tutur.
clxxiv
Mümkündür ki, burada Riqvedadan (X, 129) götürülən kosmoqonik himnlərdən biri nəzərdə tutulur.
Həmin himnə görə, mövcudatın ilkin vəziyyəti - Vahiddir, onda nə mövcud olan, nə də mövcud olmayan
yoxdur.
clxxv
Yəni ədalət mühakiməsi (ədalət) anlayışına ikili məna – eyni zamanda həm hüquqi, həm də etik –
metafizik məna – verir.
clxxvi
Şopenhauerin gut anlayışına aşağıda verdiyi tərif alman oxucusundan daha çox rus oxucusu üçün
daha aydındır, belə ki, rus oxucusu добрый və хороший sinonimlərinə malikdir.
clxxvii
Summum bonom – patristika və sxolastika termini.
clxxviii
―Telos‖ (yunanca, «məqsəd»)- antik fəlsəfənin termini ayrıca şeylərin, insanın və bütövlükdə
dünyanın təyinatını bildirir.
clxxix
Məqsəd səbəbi haqqında Aristotel təlimi əsasında meydana çıxan sxolastik termin; ali nemət məqsəd
səbəbi kimi.
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Artur Şopenhauer "Dünya: iradə və təsəvvür kimi"
546
59Yəni kilsə ayinlərinin yerinə yetirilməsi.
clxxx
Qədim yunan mifinə görə, Fiest öz uşaqlarının ətini yemişdi. Fiestə onun uşaqlarının ətini isə qardaşı
ondan qisas almaq üçün vermişdi.
clxxxi
―Aqape‖ (yunanca)- ―özünü qurban edən, qardaşsayağı‖ məhəbbət; ―karitas‖ (latınca)- mərhəmət
məhəbbəti – şəfqət; onlardan həm birinci, həm də ikincisi əsl qərəzsizlik elementini özündə ehtiva edir;
buna görə də, onların sinonimik birləşdirilməsi ―eros‖a qarşıqoyma çərçivəsində mümkündür.
clxxxii
Pieta (italyanca) - mərhəmət, iki anlayışın – özünü unudaraq başqasının əzabına şərik olma və
doğmalarına məhəbbətdə şüurlu sədaqət – birləşməsi kimi; dərd çəkən İlahi Ana obrazı.
clxxxiii
Petrarka. Kansonyere, 21
clxxxiv
Mf. 19, 24
clxxxv
Angelus Silezius. Kərrubi zahid 1, 275
clxxxvi
Budda - buddizmin banisi Sidhartha Qautama nəzərdə tutulur
clxxxvii
Spinoza. Etika
, teor. 42, sxol.
clxxxviii
Samanlar (pali dilində)- dünyanı dolaşan zahidlər, (dərvişlər).
clxxxix
Fransisk Assizli (Covanni Bernardone, 1182-1226)- moizəçi və şair, fransiskanlar ordeninin banisi
cxc
Bonaventura (Covanni Fidansa, 1221-1274)- fransiskanlar ordeninin generalı.
cxci
Müqayisə edin: İon 16, 33
cxcii
Yəni ki, Şopenhauer Mayster Ekhartın bir sıra ideyalarının xristian ortodoksiyası üçün qəbuledilməz
olduğunu nəzərdə tutur.
cxciii
Yeni və Köhnə Əhdlərin (Əhdi-cədid və Əhdi- ətiqin) qarşı-qarşıya qoyulması, Şopenhauerdə olduğu
kimi mütləq olmasa da, Yeni Əhd təliminin özünə də xasdır; Köhnə əhd qanununun mahiyyəti öz
gücündə qalır, amma İsa Məsihin təbliği yeni təlim kimi təqdim olunur, burada mərkəzi yeri yaxınlarına
qarşı mərhəmət tutur.
cxciv
Petrarkanın sonetlərinin qəhrəmanı, poetik olaraq Dəfnə (Dafna) ilə eyniləşdirilən Lauraya onun
məhəbbət tarixçəsi nəzərdə tutulur: əfsanəyə görə, ona vurulan Apollon tərəfindən təqib olunan Dəfnə
kömək üçün tanrılara yalvarmış və tanrılar onu dəfnə ağacına döndərmişlər və Apollon onu qucaqlamış,
bundan sonra dəfnəni özünün müqəddəs bitkisi etmişdir.
cxcv
Yeni Əhd sözü, bu sözlə lütf, inayət (yunanca - "xaris") işarə olunur.
cxcvi
Doketlər ("dokeo", yunanca, "göründüyü kimi") – Məsihin cismani doğuluşunu, mövcudluğunu və
xüsusən ölümünü yalnız belə göründüyü kimi hesab edən ilk xristian qnostik sektalardan biri. Doketlər
Məsihi kosmik varlıq olaraq başa düşürdülər və onun insanda, İsada öz mücəssəməsini tapa biləcəyinin
qeyri- mümkünlüyünü iddia edirdilər.
cxcvii
Tertullian (Kvint Septimi Florens, təxminən 160–220-ci ildən sonra), – ilk xristian yazıçısı, latındilli
patristikanın nümayəndəsi; ilahi həqiqətlərin insan zəkası tərəfindən dərk oluna bilməməsi barədə tezisini
müdafiə etmişdir.
cxcviii
Pelagiyə görə, insan ona xas olan iradə azadlığı üzündən xilasa müstəqil olaraq nail olmağa qabildir.
cxcix
Lüter, o cümlədən, yazır: "Seçilmiş möminlər Müqəddəs ruh vasitəsilə islah edilirlər, qalanları isə
islah olunmadan həlak olurlar. (Мартин Лютер. О рабстве воли. – В кн.: Эразм Роттердамский.
Философские произведения. М., 1987. С. 327-328, 330).
cc
Şopenhauer, ehtimal ki, onu nəzərdə tutur ki, teodesiya məsələsi fəlsəfi baxımdan mənasızdır.
cci
Platon. Sofist, 258 d.
ccii
Duyğuların Empedokl tərəfindən duyğu orqanının və obyektinin oxşarlığı prinsipi ilə izahı nəzərdə
tutulur.
cciii
Söhbət hind fəlsəfəsində ali metafizik reallıq, şəxssiz başlanğıc - Brahmandan gedir, o başlanğıcdan
ki, bütün hər bir şey onun daxilində yaranır, onun daxilində mövcuddur və öz mövcudluğunu onun
daxilində davam etdirir; onun özü isə – zaman və məkan, səbəb-nəticə münasibətləri xaricindədir,
keyfiyyətə malik deyil və qeyri-müəyyəndir ki, bu da mənfi təriflərin köməyi ilə səciyyələndirilir: dərk
edilməz, dəyişməz, başlanğıca malik olmayan, sonsuz və s. kimi mənfi təriflərin köməyi ilə.
cciv
Nirvana (sanskrit., "sönmə") – buddizmin əsas anlayışlarından biri: insani meyllərin, canatmaların son
məqsədi, neqativ cəhətdən arzuların yoxluğu ilə, pozitiv cəhətdən isə intellektin, hisslərin və iradənin
tərifə yatmayan daxili vəhdəti ilə bağlı olan yüksək, ali vəziyyət; bu, eyni zamanda, adi həyatdan
uzaqlaşma, mütləq müstəqillik, azadlıq vəziyyətinə nail olma mənasını verir.
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Artur Şopenhauer "Dünya: iradə və təsəvvür kimi"
547
ƏLAVƏ
KANT FƏLSƏFƏSİNİN
TƏNQİDİ
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Artur Şopenhauer "Dünya: iradə və təsəvvür kimi"
548
C`est le privilège du vrai génie, et surtout du génie qui ouvre
une carrière, de taire impunément de grandes fautes.
Voltaire
Böyük zəka sahibinin əsərindəki səhv və yanlışlıqları göstərmək onun məziyyətləri
barədə aydın və müfəssəl hesabat verməkdən müqayisəolunmaz dərəcədə asandır. Ayrı-ayrı və
bir növ özlüyündə asan gözəçarpan bütöv parçalar təşkil edən səhvlər: əksinə, dahinin öz
yaradıqlarına vurduğu möhür onda özünü göstərir ki, onlardakı xəzinə heç vaxt tam dərk edilə
və tükədilə bilmir və buna görə onlar bütöv bir əsrlər sırasının qocalmaz müəllimləri olurlar. Əsl
böyük dühanın mükəmməl yaradığı (əsəri) əbədən bütün bəşəriyyətə dərin və ürəklərə nüfuz
edən o qədər qüdrətli təsir göstərəcəkdir ki, onun nurlandırıcı təsirinin nə qədər uzaq
zamanlara və ölkələrə gedib çıxacağını öncədən demək mümkün deyil. Və həmişə belə
olacaqdır: çünki bu yaradığın meydana çıxdığı dövrün nə qədər maariflənmiş və zəngin
olmasından asılı olmayaraq, düha palma kimi həmişə onu yetişdirmiş torpağın üzərində
yüksəkdə durubhökmranlıq edəcəkdir.
Amma bu dərin nüfuz edən və uzaq təsir dərhal baş verə bilməz, çünki dahi və adi
adamlar arasındakı məsafə çox böyükdür. Dahinin bir insan ömrü ərzində həyat və dünyadan
əxz edib üzə çıxardığı və əldə edilmiş və hazır şəkildə başqalarına verdiyi həqiqət dərhal
bəşəriyyətin malı ola bilməz, çünki sonuncu dahinin onu verməyə malik olduğu dərəcədə bu
həqiqəti qəbul etmək gücünə malik deyil. Bu da azmış kimi, elə doğuluşu anındaca ölməz
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Artur Şopenhauer "Dünya: iradə və təsəvvür kimi"
549
həqiqətin həyatına qəsd edən və Herkulesin beşiyi yanındakı ilanlar kimi elə rüşeymindəcə
bəşəriyyətin xilasını boğmağa hazır olan rəzil qənimlərlə mübarizəyə tab gətirmək üçün o, bu
həqiqət, əvvəlcə saysız- hesabsız dedi-qodu və gic yozumların və səfehcəsinə tətbiqlərin
dolanbac yollarında sərgərdan dolaşmalı, ölüb getmiş yanılmalarla birləşdirmə cəhdlərindən
salamat çıxmalıdır. Bu həqiqət hələ gənc çağında mümkün olan bütün yollarla, minlərlə ötürücü
kanaldan bu nicatverici mənbənin içindəki məzmunu qəbul edib dərk edəcək, tədricən onu
mənimsəyəcək və bu yolla həmin böyük zəkadan bəşəriyyətə axıb gəlməli yaxşılığa, xeyirli
əmələ ortaq olacaq yeni, qərəzsiz bir nəsil yetişənədək çarpışma içində yaşamalıdır. İnsan
türünün, dühanın zəif, amma inadcıl yetişdirməsinin tərbiyəsi belə yavaş gedir.
Kantın təliminin də bütün gücü və önəmi elə bu cür , yalnız vaxt keçdikcə, zəmanənin
ruhu tədricən bu təlimin təsiri altında oluşduğu və özünün ən mühüm və dərin məzmununda
dəyişdiyi təqdirdə bu azman zəkanın qüdrətinə canlı şahidlik edəcəkdir. Bir də ki, zamanın
uçuşunu önləməyə cürət edərək, Kalxas və Kassandranın qədir-qiymətsiz rolunu öz üzərimə
götürməyəcəyəm. Günümüzdə bəzilərinin onu köhnəlmiş saymasına və işi bitmiş, və ya onların
təbirincə, arxada qalmış bir şey kimi qırağa qoymalarına, başqalarınınsa bu cür ədəbsizlik
mülahizələrini əxz edərək, onu saya salmamalarına və ehkamçılığı ilə köhnə realistik
doqmatizmin önşərtlərinə söykənərək, qanmaz höcətli ilə Tanrı və qəlb (ruh) barədə filosofluq
etməyə davam etmələrinə baxmyaraq,- bu da ki, ona bənzəyir ki, yeni kimyada kimyagərlərin
sayıqlamalarına əhəmiyyət verməyə başlasınlar. Bir də ki, Kantın əsərləri mənim zəif mədhimə
ehtiyac duymur: onlar özləri əsrlər boyu öz yaradıcısını şöhrətləndirəcək və yer üzündə Kantın
yazılarında olmasa da, ruhunda daimi yaşayacaqlar.
Əlbəttə, Kant təliminin ən yaxın nəticələrinə, yəni məhz fəlsəfənin bu sonrakı dövrünün
fərqləndiyi cəhd və yönümlərə nəzər salmış olsaq, Hötenin sözlərinin qəmli təsdiqini görmüş
olarıq: “Gəminin sıxışdırıb çıxardığı dalğalar elə o andaca onun arxasında bir-birinə qovuşduğu
kimi, dahi insanlarca (tərəfindən) sıxışdırılıb çıxarılan yanılmalar da çox tezliklə, təbii qanun üzrə
yenidən boşaltdıqları yeri doldurur” (Nəzm və nəsr, 3-cü h., s.521). Amma bu dövr hər cür yeni
və böyük həqiqətin yuxarıda bəhs edilən taleyində yalnız bir adi epizod idi,– indi artıq şəksiz
olaraq, sona çatmaqda olan bir epizod, özü də bu qədər uzun müddət üfürülmüş sabun
köpüyü, nəhayət ki, partlamağa hazırlaşır. Hamı dərk etməyə başlayır ki, əsl və ciddi fəlsəfə hələ
də Kantın qoyub getdiyi yerdə qalıb. Hər halda, onunla mənim aramdakı dövrdə fəlsəfə
sahəsində nəsə edildiyini mən qəbul etmirəm; ona görə mən bilavasitə Kantdan sonrakıyam.
Bu əlavədə nəzərdə tutduğum məqsəd əslində yalnız öz təlimimə bəraət
qazandırmaqdır, çünki o bir çox məqamlarında nəinki Kant təlimi ilə bir araya gəlmir, hətta ona
birbaşa ziddir. Ancaq bunu ayırd etmək zəruridir, çünki Kantınkılardan nə qədər fərqli olmasına
baxmayaraq, mənim bir sıra fikirlərim büsbütün onun təsiri altındadır, qəti şəkildə onunla
şərtlənmişdir və ondan irəli gəlir, və etiraf edirəm ki, şəxsi inkişafımdakı ən yaxşı şeylərə görə
mən, əyani dünyanın təəssüratlarından sonra Kantın yaradıqlarına, eləcə də hindlilərin
müqəddəs kitabına və Platona borcluyam. Amma buna baxmayaraq çox şeydə mən Kantla
razılaşmıramsa, onda onun yanılmalarını ifşa etmədən və buraxdığı səhvləri açıb göstərmədən
onunla olan ixtilafıma bəraət qazandıra bilmərəm. Bax elə buna görə mən burada Kantla tam bir
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Artur Şopenhauer "Dünya: iradə və təsəvvür kimi"
550
ciddiyət və qızğınlıqla mübahisəyə girişəcəyəm, çünki yalnız bu yolla onun təlimini saf–çürük
etmək, arıtlamaq olar və onda sonuncuya xas həqiqət daha böyük bir aydınlıq və qüvvətlə üzə
çıxar. Ona görə gözləmək lazım deyil ki, mənim Kanta olan dərin ehtiramım onun nöqsan və
səhvlərinə də şamildir və mən onlara ehtiyatla və iltifatla toxunaraq, bu sayaq eyhamlarla
şərhimi zəif və ölgün edəcəyəm. Yox, bu cür mərhəmət canlı adama münasibətdə gərəkdir,
çünki zəif insan xisləti hətta ən haqlı etiraza belə çətinliklə tab gətirir, o, lütfkarlıq və qılıqla
pərdələnmiş olsa belə, əsrlərin müəllimi və bəşəriyətin xeyirxahının isə ən azı ona haqqı çatır ki,
onu da zəif yerindən vurmasınlar və ona da çox əzab verməsinlər. Ölüb getmiş şəxsinsə
mərhəmətə ehtiyacı yoxdur: onun xidməti özünə möhkəm yer tutmuşdur; zaman onu get–gedə
daha çox hər cür şişirtmə və kiçiltmələrdən təmizləyəcəkdir. Onun səhvləri məziyyətlərindən
ayırd edilməli, zərərsizləşdirilməli və unudulmalıdır. Ona görə Kanta qarşı polemikamda mən
yalnız və yalnız onun nöqsan və səhvlərini nəzərdə tuturam, düşmən kimi onlara qarşı dururam
və əsla, ört-basdır etmədən, əksinə, daha böyük yəqinliklə məhv etmək üçün qəsdən ən parlaq
işığa çıxararaq, onlara qarşı amansız savaş aparıram. Mən bunda öz tərəfimdən Kanta
münasibətdə hansısa haqsızlıq və nankorluq görmürəm. Amma paxıllıqla bağlı hər cür şübhəni
özümdən kənarlaşdırmaq üçün onun ən böyük xidməti saydığım şeyləri qısaca izhar edərək,
mən elə bu andaca uca səslə Kant qarşısındakı ən dərin ehtiramımı dilə gətirirəm,-və mən bunu
sonradan mənə onu mübahisələndirəcəyim məqamlara toxunmamağa imkan verən ümumi
cizgilərdə edəcəyəm.
* * *
Kantın ən böyük xidməti–hadisənin, təzahürün özündə şeydən fərqləndirilməsidir–
şeylərlə aramızda intellektin, zəkanın olmasını və bunun da nəticəsində şeylərin öz-ölüyündə
mövcud olduğu kimi dərk oluna bilinməzliyini göstərmək yolu ilə. Bu baxışa Kantı Lokk gətirib
çıxarmışdır (bax. Hər cür metafizikaya aid Proleqomenlər). Sonuncu sübut etmişdir ki, şeylərin
ikincili adlandırılan xassələri–səs, qoxu, rəng, bərklik, yumşaqlıq, hamarlıq və s. duyğu
təəssüratlarına əsaslanmış olduqlarından obyektiv cismə, özündə şeyə aid, xas ola bilməzlər;
ona isə o yalnız “ilkin”, yəni məkan və keçilməzliklə şərtlənmiş olan xassələri–yer tutmanı,
formanı, sıxlığı, miqdarı və hərəkiliyi aid etmişdir. Amma bu asan gözə çarpan və necə deyərlər,
şeyləin səthində olan fərqləndirmə Kantın fərqləndirməsi ilə müqayisədə yalnız bir yeniyetmə
prelüdiyası idi. Müqayisəolunmaz dərəcədə daha ali nəzər nöqtəsindən çıxış edərək, Kant
göstərdi ki, o şeylər ki, onlarda Lokk qualitates primariası, yəni özündə şeyin xassələrini görürdü,
əslində yalnız onun bizim dərketmə qabiliyyətimizdəki təzahürünə aiddir, məhz ona görə ki, bu
xassələrin şərtləri–məkan, zaman və səbəbiyyət–bizim tərəfimizdən a priori dərk edilirlər.
Beləliklə, Lokk özündə şeydən onun təzahürünə hiss orqanları tərəfindən qatılan elementi
kənarlaşdırdı; Kantsa beynin funksiyaları tərəfindən daxil edilən ünsürü elə kənarlaşdırdı (bu ad
altında olmasa da) ki, bunun da nəticəsində özündə şeyin təzahüründən fərqləndirilməsi daha
böyük əhəmiyyətli və daha dərin məna kəsb etdi. Amma bununçün Kant idrakımızın aprior
elementlərinin aposterior elementlərindən ayırd edilməsi üzrə çox böyük bir iş görməli olmuşdu
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Artur Şopenhauer "Dünya: iradə və təsəvvür kimi"
551
ki, bu işi də ona qədər heç kəs lazımi ciddiyyət və dolğunluq, səlislik və şüurluluqla etməmişdi:
bu səbəbdən də bu ayırdetmə onun dərin düşüncəli incələmələrinin əsas predmeti olmuşdu.
Hər şeydən öncə qeyd edim ki, Kantın fəlsəfəsi onun sələflərinə üçlü münasibətdədir: 1)
o, Lokkun fəlsəfəsini təsdiqləyir və genişləndirir (indicə gördüyümüz kimi); 2) o, Hyumun
fəlsəfəsindən yararlanır və eyni zamanda onu təshih edir (daha aydın surətdə bu,
Proleqomenlərə, Kantın əsərlərindən bu ən nəfis və girimli olanına ön sözdə özünü göstərir;
təəssüf ki, onu çox az oxuyurlar, hərçənd ki, o Kant fəlsəfəsini öyrənməni qeyri-adi dərəcədə
asanlaşdırır) və 3) Leybnits – Volf fəlsəfəsini təkzib edir. Bu səbəbdən də Kantı öyrənməyə
başlamazdan öncə bu üç sistemin hamısını bilmək gərəkdir. Ancaq, yuxarıda deyildiyi kimi,
təzahürün özündə şeydən fərqləndirilməsi, yəni ideal və real olanın tam əksliyi barədə təlim
Kant fəlsəfəsinin əsas tendensiyasıdırsa, Kantdan sonra tezliklə onların mütləq eyniyyəti barədə
hökmranlıq əldə etmiş iddia Hötenin yuxarıda gətirilən kəlamının qəmli illüstrisiyasıdır, –hərgah
ki, bu iddianın “intellektual baxış” sayıqlamalarından savayı heç bir əsası yox idi və o əslində
cəlbedici qiyafə və təmtaraqlı cəfəngiyatla maskalanmış vulqar baxışlar müstəvisinə qayıdış idi.
Bu sayaq iddia bayağı və istedadsız Hegelin bundan da qaba mənasızlığı üçün layiqli çıxış
nöqtəsi oldu.
Təzahürün və özündə şeyin Kantsayağı fərqləndirilməsi öz dərinliyi ilə bu sahədə əvvəllər
edilənləri nə qədər üstələdisə, bir o qədər də o öz nəticələrinə görə məhsuldar oldu. Doğrudan
da, tamamilə yeni yolla və predmeti tamamilə yeni baxış nöqtəsindən işıqlandırmaqla Kant tam
orijinal və müstəqil bir surətdə Platonun yorulmadan və özüsayaq (özünəməxsus) bir şəkildə
təkrarladığı bir həqiqətə gəlib çıxmışdır; bu, hisslərə gələn, özünü göstərən dünya həqiqi varlığa
malik deyil, yalnız əbədi oluşmadır; o eyni zamanda həm mövcuddur, həm də mövcud deyil,
onun dərkisə, dərketmədən çox xəyali, ilğımlı arzudur. Eyni şeyi Platon, mif qiyafəsində,
Respublikaların VII kitabının əvvəlində, –onun əsərlərinin haqqında bu əsərin üçüncü kitabında
xatırlatdığım bu ən mühüm yerində ifadə edir, –o insanları qaranlıq kahanın divarına
zəncirləmiş, arxalarında, mağaraya girişin önündə nə düşüb qalxan həqiqi işığı, nə də keçib
gedən şeyləri görməyən əsir dustaqlara bənzədir, dustaqlar yalnız həqiqi şeylərin divarda
oynaşan kölgələrini və kahadakı ocağın tutqun işığını görürlər, –və düşünürlər ki, bu kölgələr elə
əsl gerçəklikdir və onların növbələşməsini təyin etmək – əsl müdriklikdir. Yenə də, başqa bir
formada olsa da, eyni həqiqəti Vedalar və Purananın əsas təlimi, yəni məhz Mayya haqqında
təlim ifadə edir: Mayya dedikdə Kantın özündə şeydən fərqli olaraq təzahür adlandırdığı şey
başa düşülür; çünki Mayyanın yaradığı elə bizim yaşadığımız bu görünən dünya, bu sehrbazlıq,
bu əbədi əldən çıxan, ortadan qeyb olan və içi boş kabusdur ki, onu da optik aldanma və ya yuxu
ilə müqayisə etmək olar, bu insan şüurunu hər yandan saran örtükdür, –nəsə elə bir şey ki,
onun barəsində demək ki, o mövcuddur və o mövcud deyil – eyni dərəcədə doğrudur və doğru
deyil. Kantda bu təlim nəinki tam yeni və orijinal bir üsulla şərh edilmişdir, o həm də sakit və
ayıq tədqiqat yolu ilə sübut olunmuş və mübahisələndirilməz bir həqiqət dərəcəsinə
çatdırılmışdır, –halbuki Platon və hinduslar onu dünyanın ümumi seyri ilə əsaslandırır, onu öz
şüurlarının bilavasitə səsi kimi izhar edir və onu aydın və fəlsəfi bir formadan daha çox şairanə
miflər şəklində ifadə etmişlər. Ona görə Yerin tərpənməz Günəş ətrafında hərəkət etdiyini
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Dostları ilə paylaş: |