Dünya: iradə və təsəvvür kimi


Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi"



Yüklə 6,14 Mb.
Pdf görüntüsü
səhifə57/57
tarix01.01.2017
ölçüsü6,14 Mb.
#4243
1   ...   49   50   51   52   53   54   55   56   57

                 Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

627 


 

                                                                                                                                                                                           

antinomiyası”nda    ümumiyyətlə  müxtəlif  surətlərdə  özünü  göstərir.  Kantı  həmçinin  o  böyük 

qeyri-ardıcıllıqda  da  qınamaq  olar  ki,  “Xalis  zəkanın  tənqidi”ndə  durmadan  təkrar  edildikdən 

sonra  ki,  dərrakə–mühakimə  qabiliyyətidir  və  onun  formaları  bütün  fəlsəfənin  künc  daşıdır,  –

indi hansısa, ondan tamamilə fərqli bir mühakimə qabiliyyəti peyda olur. “Mühakimə qabiliyyəti 

adlandırdığım  şeysə,  –yəni  məhz  gözönü  idrakı  mücərrəd  idraka  keçirmə  və  mücərrədi 

gözönüyə tətbiq etmə qabiliyyəti, –bu əsərimin müsbət hissəsində şərh edilmişdir. 

Estetik mühakimə qabiliyyətinin tənqidində ən üstün şey ülvilik nəzəriyyəsidir: o, gözəllik 

nəzəriyyəsindən  müqayisəyəgəlməz  dərəcədə  yaxşı  alınmışdır  və  o  biri  kimi  təkcə  ümumi 

tədqiqat metodu vermir, həm də məsələnin həlli mənasında nəsə verir: onda məsələnin bitirici 

həlli olmasa da, hər halda o, ona olduqca çox yaxınlaşır.  



Teoloji  mühakimə  qabiliyyətinin  tənqidində,  materialın  sadəliyi  sayəsində,  haradasa 

olduğundan  daha  artıq,  Kantın  bundan  bütöv  bir  kitab  alınanadək    onu  müxtəlif  tərzlərdə 

deyərək,  bəlli bir fikri hər cür fırlatmaq heyrətamiz talantı özünü göstərir. Kitabın bütün içəriliyi 

aşağıdakından  ibarətdir:  təşkil  olunmuş  cisimlər  bizə  zəruri  olaraq,  sanki  ilkin  bir  plan  üzrə 

qurulmuş kimi görünsələr də, biz buradan bunu obyektiv qəbul etmək hüququ əldə etmirik. Zira 

şeylər ona kənardan və dolayı verilən və deməli, onların təsiri üzündən meydana gəlib mövcud 

olduqları  iç  özəyini  deyil,  yalnız  zahiri  tərəfini  dərk  edən  intellektimizin  özü  üçün  təbiətin  üzvi 

məhsullarına  xas  olan  bəlli  xarakteri,  onu,  insanın  xassələri  məqsəd  və  özü  barədə  anlayışla 

təyin  edilən  önniyyətli  əsərləri  ilə  müqayisə  edərək,  analogiya  vasitəsilə  dərk  edilə  bilən 

etməkdən  savayı  yolu  yoxdur.  Orqanizmin  hissələrinin  bütövə  münasibətdə  harmoniyasını 

bizimçün  dərk  edilə  bilən  etmək  və  hətta  onların  tədqiqi  üçün  ipucu  göstərmək  üçün  bu 

analogiya  yetərlidir:  amma  onu  əsla  bu  cisimlərin  mənşəyi  və  varlığının  izahı  üçün  həqiqi  bir 

prinsip dərəcəsinə qaldırmaq olmaz. Zira onları belə başa düşmək zərurəti subyektiv mənşəlidir. 

Kantın  bu  təliminə  mən  təxminən  belə  bir  özət,  xülasə  verərdim.  Əsas  şeylərdə  o  onu  artıq 

“Xalis zəkanın təniqidi”ndə, səh. 692-702; V, 720–730-da verir. Amma bu həqiqətin dərkində də 

Kant  özünün  “Təbii  din  haqqda  dialoqlar”ının  ikinci  hissəsində  göstərilən  analogiyanın  fərz 

edilməsini  elə  bu  qədər  kəskinliklə  mübahisələndirən  David  Hyumun  şəxsində  şanlı  bir  sələfə 

malikdir. Bu fərzetmənin Hyum tənqidi ilə Kant tənqidi arasındakı əsas fərq ondan ibarətdir ki, 

Hyum  onu  empirik  olaraq,  Kantsa  aprior  olaraq  tənqid  etmişdir.  Hər  ikisi  haqlıdır  və  onların 

mülahizələri bir-birini tamamlayır. Hərçənd ki, bu barədə Kant təliminin məğzi artıq Simplisinin 

Aristotel  “Fizika”  –sının  təfsirində  deyilmişdir:  “Onların  yanılması  ondan  ortaya  çıxmışdır  ki, 

onlar  düşünürdülər  ki,  bəlli  bir  məqsəd  xatirinə  baş  verən  hər  şey  niyyət  və  zəkalılığın  gücü, 

təsirilə  vaqe  olur,  –halbuki  onlar  görürdülər  ki,  təbiətdə  belə  olmur  (“Schol.  in  Arist.  ex.  edit. 

Berol.”, p. 354). Kant tamamilə haqlıdır : bütövlükdə necə varsa, təbiətə səbəb və təsir anlayışını 

tətbiq  etməyin  mümkün  olmadığını  göstərdikdən  sonra  onu  da  göstərmək  lazım  idi  ki,  onun 

xarakterinə  uyğun  olaraq,  onu  motivləri  (yəni  məqsəd  anlayışlarını)  rəhbər  tutan  hansısa 

səbəbin  təsiri  kimi  də  düşünmək  olmaz.  Hətta  Volterin  belə  təkzibolunmaz  saydığı  fiziki  – 

teleoloji sübutun böyük illüzorluğu halında, idrakımızın ona Kantın məkanı, zamanı və nədənliyi 

aid  etdiyi  subyektiv  tərəfinin  bizim  təbiət  cisimlərini  anlamağımıza  da  şamil  edildiyini  və  buna 

görə  onları  ilkin  plan,  niyyət  nəticəsində  məqsəd  anlayışlarından  yaranmış  olaraq,  yəni  onlar 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                 Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

628 


 

                                                                                                                                                                                           

barədə təsəvvürün onların varlığından əvvəl olmuş kimi düşünməyə hiss etdiyimiz zərurətin elə 

bizə  bu  qədər  obyektiv  görünən  məkanın  intuisiyası  qədər  subyektiv  olduğunu,  deməli,  onun 

obyektiv həqiqət əhəmiyyəti  kəsb  etmədiyini  göstərmək  ali dərəcədə  vacib  idi.  İşin  kantsayağı 

izahı –  yorucu  çoxdanışanlığı  və təkrarları  kənara  qoysaq –  əladır.  O  haqlı  olaraq  iddia  edir  ki, 

onların  altında  təbiətin  bütün  ümumi  qüvvələrinin  önniyyətsiz  və  qanunauyğun  təsirini  başa 

düşdüyü tək bircə mexaniki səbəblərə istinadən biz heç vaxt üzvi cisimlərin xassələrini izah edə 

bilməyəcəyik. Bununla belə mən burada daha bir boşluq görürəm. Yəni məhz –o, bu cür izahın 

mümkünlüyünü yalnız üzvi cisimlərdəki  məqsədəuyğunluq və görünən önniyyətlilik baxımından 

inkar edir. Amma biz görürük ki, məqsədəuyğunluq olmayan  yerdə izah prinsipləri təbiətin bir 

sahəsindən başqa bir sahəsinə keçirilə bilməz; biz yeni bir sahəyə daxil olan kimi onlar bizi tərk 

edir  və  onların  yerinə  əvvəlki  sahənin  qanunlarından  tamamilə  izah  oluna  bilməyən  yeni  əsas 

qanunlar ortaya çıxır. Beləki, özlüyündə mexaniki olan sahəsində özləri (bütün təbiət qüvvələrini 

mənim  iradənin  obyektivasiyasının  ən  aşağı  pillələri  kimi  başa  düşməyimdən  asılı  olmayaraq) 

daha  sonra  izah  oluna  bilməyən  qüvvələrin  təzahürləri  kimi  çıxış  edən,  yalnız  hadisələri, 

təzahürləri  bu  qüvvələrə  müncər  etməkdən  ibarət  olan  hər  cür  daha  sonrakı izahın  prinsipləri 

olan  ağırlıq,  ilişmə  (sürtünmə),  ətalət,  axıcılıq,  elastiklik  qüvvələri  ağalıq  edir.  Əgərçi,  biz  bu 

sahəni tərk edir və kimyəvilik, elektriklik, maqnetizm, kristallaşma hadisələrinə keçiriksə, onda 

göstərilən  prinsiplər  artıq  yaramır,  əvvəlki  qanunlar  daha  əhəmiyyət  kəsb  etmir,  əvvəlki 

qüvvələr  başqaları  tərəfindən  dəf  edilir  və  hadisələr  onlarla  birbaşa  ziddiyyətdə,  elə  birincilər 

qədər  əzəli  və  izaholunmaz  olan,  yəni  hansısa  daha  ümumi  qanunlara  müncər  edilə  bilməyən 

yeni  əsas  qanunlar  üzrə  gedir.  Beləki,  məsələn,  mexanika  qanunları  ilə,    artıq  heç  daha 

mürəkkəb kimyəvi hadisələri demirəm, heç olmasa duzun suda həll olunmasını belə izah etmək 

heç  vaxt  mümkün  olmayacaq.  Bütün  bunlar  artıq  bu  əsərin  ikinci  kitabında  daha  narınca 

göstərilmişdir. Belə bir analiz, mənə elə gəlir ki, “Teleoloji mühakimə qabiliyyətinin tənqidi”ndə 

xeyli faydalı olar və orada deyilənlərə çoxlu işıq salmış olardı. O, Kantın o çox gözəl bir fikri üçün 

xüsusilə  əlverişli  olardı  ki,  şeylərin,  təzahürləri  əslində  elə  təbiətdəki  şeylər  olan  iç  özlüyünün, 

məğzinin  daha  dərin  bir  dərki  bizə  təbiətin  həm  mexaniki  (qanunauyğun),  həm  də  yalançı 

önniyyətli  təsirində  hər  ikisinin  izahına  xidmət  edə  biləcək  eyni  bir  son  prinsipi  açmış,  üzə 

çıxarmış  olardı.  Ümidvaram  ki,  əsl  özündə  şey  kimi  iradəyə  göstərgə,  işarə  edərək,  mən  bu 

prinsipi  vermişəm;  bax  elə  buna  görə  ikinci  kitabda  və  onun  tamamlamalarında,  xüsusən  də 

“Təbiətdə  iradə”  qoşmasında  (əsərində)  deyilənlər,  ola  bilsin,  təbiətin    görünən  (xəyali) 

məqsədəuyğunluğunun,  harmoniya  və  uzlaşmasının  iç  özlüyünün  daha  aydın  və  daha  dərin 

anlaşımını verir. Ona görə burada mən daha heç nə deməyəcəyəm. 

Kant  fəlsəfəsinin  bu  təniqidi  onda  maraq  yaratmış  oxucu,  yəqin  ki,  mənim  “Parerga  et 

Paralipomena”  əsərimin  birinci  cildinin  ikinci  mühakiməsində  “Kant  fəlsəfəsinə  dair  daha  bir 

neçə izah” başlığı altında verilmiş ona aid tamamlamanı oxumamış saxlamaz. Zira nəzərə almaq 

lazımdır  ki,  nə  qədər  az  olsalar  da,  əsərlərim  dərhal  yox,  tədricən,  uzun  ömür  boyu  və  böyük 

fasilələrlə  yazılmışlar;  buna  görə  gözləmək  lazım  deyil  ki,  mənim    hansısa  bir  predmet  barədə 

dediklərim tək bir yerdə olsun. 

 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                 Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

629 


 

                                                                                                                                                                                           



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

Artur  Şopenhauer  (22.2.1788,  indiki  Qdansk-21.9.1860,  Frankfurt-Mayn)  –  dahi  alman 

filosofudur.  

Ali  təhsilini  Berlin  universitetində  almışdır.  1819-cu  ildən  Berlin  universitetinin  dosenti 

olmuşdur. 

“Dünya  iradə  və  təsəvvür  kimi”  adlı  möhtəşəm  əsərini  də  bu  şəhərdə  yazmışdır.  Lakin, 

müasirləri  tərəfindən  qəbul  olunmayan  Şopenhauer  1831-ci  ildə  Frankfurt-Mayna  köçmüş  və 

ömrünün sonuna kimi burada zahid ömrünü yaşamışdır. Müasirləri tərəfindən bir dahi olaraq yalnız 

ömrünün son illərində tanınmışdır. Şopenhauer Frankfurt-Maynda vəfat etmiş və dəfn olunmuşdur. 

                        

 

 

 

 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                 Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

630 


 

                                                                                                                                                                                           



 

 

 

 

 

 

İÇƏRİK 

 

 



           DÜNYA İRADƏ VƏ TƏSƏVVÜR KİMİ 

(BAŞLIQLARLA UYĞUNLAŞDIR) 

 

BİRİNCİ  KİTAB.  Dünya  haqqında  Birinci  düşüncə:  əsas  qanununa  tabe  olan  təsəvvür: 



təcrübənin və elmin obyekti....................................................................... 

İKİNCİ  KİTAB.  Dünya  haqqında  iradə  kimi.  Birinci  düşüncə:  iradənin  obyektivasiyası 

....................................... 

 

ÜÇÜNCÜ  KİTAB.  Dünya  haqqında  təsəvvür  kimi.  İkinci  düşüncə:  əsas  qanunundan  asılı 



olmayan təsəvvür: Platon ideyası: incəsənətin obyekti ....................................... 

 

DÖRDÜNCÜ  KİTAB.  Dünya  haqqında  iradə  kimi.  İkinci  düşüncə:  əldə  edilmiş  özünüidrak 



halında həyata yönümlü iradənin təsdiqi və inkarı      ................................. 

 

Qeydlər (A.A.Çanışev tərəfindən hazırlanmış mətn əsas götürülmüşdür).................... 



 

Əlavə: Kant fəlsəfəsinin tənqidi.............    Rus dilindən çevirəni:             

 

.......................                                     Yusif OBAÇI (Rəhimoğlu) 

 

 

 

 

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                 Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

631 


 

                                                                                                                                                                                           



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Fяlsяfяsevяr  fиkиr adamlarыnыn nяzяrиnя 

 

‖Zяkиoьlu‖ nяшrиyyatы юz fяalиyyяtиnя dцnya fяlsяfяsиnиn яn gюrkяmlи nцmayяndяlяrиnиn 

яsяrlяrиnиn nяшrи иlя baшlamышdыr. 100 cиldlиk ―Fиkиr‖ antologиyasы  serиyasыndan nяшr 

edиlяcяk bюyцk fиlosoflarыn aшaьыdakи   яsяrlяrиnиn  чapы planlaшdыrыlыr. 

 

 

 



      

       O. Haksli,             ―Yeni cяsur dцnya‖; 

              Heydяr Camal,    ―Иslamыn  xиlasы‖;

 

       O. Шpenqler, 



    ―Qяrbиn qцrubu‖ 

         

                                        v

ə   baшqalarы 

 

 

 

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                 Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

632 


 

                                                                                                                                                                                           



 

 

 

 

 

 

 

 

 

 

 

 

 



 

Şopenhauer,”Dünya- iradə və təsəvvür kimi”, «Zəкиоğlu»  

nəşriyyatı, Bakı,  705   səh. 

  

        

 

Təsisçi: Səxavət Zəkioğlu 

 

        Nəşriyyat redaktoru:     Nurlan Umud

 

 

 

 



 

 

 



 

 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                 Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

633 


 

                                                                                                                                                                                           



 

 

 



Yüklə 6,14 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin