* * *
Kant fəlsəfəsinin etik hissəsinin tənqidindən mən özümü azad saya bilərdim, çünki bu
“Dünya iradə və təsəvvür kimi”nin birinci nəşrindən 22 il sonra “Etikanın hər iki problemi”ndə
mənim tərəfimdən daha narınca və müfəssəl edilmişdir. Amma burada birinci nəşrdən götürüb
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Artur Şopenhauer "Dünya: iradə və təsəvvür kimi"
616
verdiyim və tamlıq xatirinə saxlanmalı olanlar adı çəkilən ən sonrakı və daha müfəssəl tənqidə
məqsədəuyğun proloq ola bilər ki, oxucuya da əsas və mühüm şeylərlə bağlı ona yön verirəm.
Arxitektonik simmetriya xatirinə nəzəri zəka müəyyən bir simmetrik pendant-a
(“onda”ya) malik olmalıdır. Axtarılan şeyi, sxolastiklərin öz növbəsində, Aristotelin νουσ
πρακτικοσ-undan (“De anima”, III, 10 və “Polit”, VII, 14: ο μεν γαρ πρακτικοσ εςτι λογοσ, ο δε
τεωρητικοσ) mənşə götürən intellectus prakticus-u (praktiki zəkası, lat. tərc.) verir. Ancaq
Kantda “praktiki zəka” heç də Aristoteldəki mənanı, yəni “praktikaya yönəlmiş zəka” mənasını
vermir: praktiki zəka onda insan əməllərinin, eləcə də hər cür ərdəmin (fəzilətin), nəcibliyin və
ərilə, yetilə bilən müqəddəsliyin şəksiz mənəvi önəmliliyinin mənbəyi kimi çıxış edir. Bütün
bunlar, sən demə, zəkadan irəli gəlir və ondan savayı heç nəyi tələb etmir. Belə çıxır ki, ağıllı
hərəkət etmək –fəzilətli, nəcib, görklü hərəkət etməklə eyni şeydir; məncil, kinli və qəbih
hərəkət etməksə, sadəcə ağılsız hərəkət etmək deməkdir! Halbuki bütün dövrlərdə və bütün
xalqlarda və dillərdə, indiyədək ən yeni məktəbin dili ilə tanış olmayanlar, yəni alman alimlərinin
kiçik bir dəstəsini çıxmaqla, bütün dünya bunu fərqləndirdikləri kimi, hər ikisi həmişə
fərqləndirilmiş və tamamilə müxtəlif şeylər sayılmışdır. Həyatını hər cür ərdəmin, fəzilətin
örnəyi təsəvvür etdiyimiz xristianlığın ulu banisinin “ən zəkalı adam” olmasını demək –nəinki ali
dərəcədə nalayiq, hətta küfrlü bir ifadə olardı, – onun əhdlərinin ağıllı, zəkavi həyat üçün ən
yaxşı rəhbərlik olmasını demək də elə az qala bu dərəcədə nalayiq olardı. Və əgər kimsə özü və
gələcək tələbatları barədə vaxtında düşünmək əvəzinə əsl və ən güclü möhtaclıqları zamanı
başqalarına kömək edir, bütün varidatını yoxsullara verir və sonra hər cür vəsaitdən məhrum
olaraq, özünün əməldə gerçəkləşdirdiyi fəziləti başqalarına təbliğ etməyə gedirsə, –onda hər
kəs bu cür əməllərə haqlı olaraq ehtiramla yanaşar: amma kim onları ağıllılığın zirvəsi kimi mədh
edər? Və kim Arnold Vinkelridin öz soydaşlarına qələbə və nicat vermək üçün misilsiz şücaətlə
düşmən nizələrini öz sinəsinə yeritməsini qeyri-adi dərəcədə ağıllı bir əməl kimi vəsf edər? –
Əksinə, gənc çağlarından öz qüvvələrini nadir bir fərasətlə təmin edilmiş mövcudluğu və arvad-
uşağının dolanışığı üçün vəsait əldə etməyə və yaxşı bir ad-san, zahiri hörmət və məqam
qazanmağa yönəldən və bu zaman nə qarşıdakı həzzlərin şirnikdirməsinə, nə lovğa məqam
sahiblərini yerində oturtmaq həvəsinə, nə təhqirlərə və haqsız alçaldılmalara görə öc almaq
istəyinə, nə faydasız fəlsəfi və ya estetik məşğələlərin cəlbedici qüvvəsinə, nə maraqlı ölkələrə
səyahətlərin cazibəsinə uymayan, –deyirəm, özünü buna bənzər heç nə ilə yoldan çıxarmağa
imkan verməyən və öz məqsədini bir anlığa belə izləməkdən qalmayan, ən böyük ardıcıllıqla
yalnızca onunçün çalışan bir insanı gördükdə, belə bir meşşanın hətta tərifəlayiq olmayan,
amma təhlükəsiz vasitələrə əl atdığı halda belə olduqca ağıllı olduğunu inkar etməyə kim cürət
edər, yaxud da əgər bədəməl, bədzat tam düşünülmüş bir hiyləgərliklə və mükəmməl tərtib
olunmuş plan üzrə özünə var-dövlət, şan-şövkət, taxt-taclar əldə edir, incə bir məkrlə qonşu
dövlətləri kəməndə salır, onları öz hakimiyyətinə tabe etdirir və heç bir haqq-ədalət və insanlıq
mülahizəsilə özünü yolundan sapdırmağa imkan verməyərək, dünya fatehi olursa və azacıq da
olsa rəhm etmədən milyonlarla insanı hər cür fəlakətlərə məruz qoyaraq, milyonların üzərinə
qan və ölüm göndərərək, planlarına qarşı çıxan hər şeyi amansız bir ardıcıllıqla tapdayır və məhv
edir, amma əvəzində onları hər cür ənam və lütflərə qərq edərək, öz tərəfdar və əlaltılarını
şahanə bir tərzdə mükafatlandırır və beləliklə öz məqsədinə çatırsa, –belə bir adamın fövqəladə
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Artur Şopenhauer "Dünya: iradə və təsəvvür kimi"
617
bir zəkiliklə, düşüncəliliklə hərəkət etmiş olmalı olduğunu və həm onun planlarının cızılması
üçün qüdrətli bir ağıl tələb olunduğunu, həm də onların həyata keçirilməsi üçün zəkanın, yəni
məhz praktiki zəkanın tam ağalıq etməsinin lazım olduğunu kim inkar edər? Və ya, bəlkə, ağıllı,
ardıcıl və uzaqgörən Makiavellinin hökmdarlara verdiyi məsləhətlər də ağıllı məsləhətlər deyil
?
Kinin, pisliyin ağılla dil tapdığı –və məhz onunla birləşmədə qorxunc olduğu kimi, eynilə
bu cür nəciblik də bəzən ağılsızlıqla bağlı ola bilər. Buraya məsələn, romalılardan qisas almağa
nail olmaq üçün illər boyu bütün gücünü səfərbər etmiş Koriolanın hərəkəti aiddir; onunçün
qisas anı gəlib çatdıqda, o, özünü Senatın yalvarışları və ana və bacısının göz yaşları ilə
yumşaltmağa imkan verdi, bu qədər uzun sürə və böyük zəhmətlə hazırlanmış qisasdan əl çəkdi
və bununla volskların haqlı qəzəbinə tuş gələrək, elə nanəcibliklərini anlamış olduğu və şiddətlə
cəzalandırmaq istədiyi romalılar uğrundaca öldü. –Nəhayət, tamlıq üçün qeyd edim ki, ağıl hətta
cəfəngiyatla da bir yerdə ola bilər. səfeh bir maksimadan çıxış edilib, onun ardıcıl surətdə axıra
çatdırıldığı hallar belələrindəndir. Bu qəbildən olan bir misalı II Filippin qızı, Ostende fəth
olunanacan təmiz köynək geyməyəcəyini əhd edən və bu əhdə üç il ərzində əməl edən kral qızı
İzabella təqdim edir. Ümumiyyətlə hər cür əhd belə bir xarakterə malikdir, çünki onların
mənbəyi şeylərin əsas qanunu üzrə əlaqələrinin görülüb dərk edilməsinin yetməzliyində, yəni
səfehlikdədir; bununla belə, bir halda ki, dərrakə haçansa onlara rəvac vermək axmaqlığını
etmişsə, onlara əməl edilməsi ağlauyğundur.
Deyilənlərə uyğun olaraq görürük ki, Kantaqədərki dövrün yazıçıları əxlaqi sövqetmələrin
məskəni kimi vicdanı ağla qarşı qoyurlar: beləki, Emilin dördüncü kitabında Russo deyir: “Zəka
bizi aldadır, vicdansa –heç vaxt” və bir qədər sonra: “Vicdanın zəkadan asılı olmayan bilavasitə
başlanğıcını təbiətimizin nəticələrilə izah etmək olmaz”. Daha sonra: “Təbii hisslərim ümumi
mənafenin xeyrinə danışır, ağlımsa hər şeyi özümə aid edirdi... Fəzilətin əsaslandırılmasını təkcə
zəka ilə təbliğ etmək yaxşıdır, amma buna biz necə möhkəm bir bazis verə bilərik?” –“Rêveries
du promeneur” (Gəzişənin xəyalları, fr. tərc.), prom. 4-də o deyir: “Əxlaqın bütün çətin sualları
ilə bağlı həlləri mən zəkanın işığı ilə yox, daha çox vicdanın köməyilə tapa bilirdim”. –Eynilə bu
cür artıq Aristotel qətiyyətlə bəyan edir ki (“Eth. magna”, I, 5), fəzilətlərin məskəni αλογω μοριω
τησ ψυχησ (qəlbin qeyri-əqli hissəsidir), λογον εχοντι (əqli, zəkavi hissəsi) deyil. Buna uyğun
olaraq, Stobey peripatetiklər barədə deyir ki (“Ecl.”, II, 7), “mənəvi hünəri, şücaəti onlar, qəlbin
(ruhun) iki hissədən – ağıllı və ağıldan məhrum hissədən ibarət olduğunu fərz edərək, qəlbin
qeyri-zəki, ağıl olmayan hissəsinə aid edirlər. Zəkalı hissədə onlar nəcibliyi, düşüncəliliyi, fəhmi
(zehnliliyi), müdrikliyi, tezanlayanlığı, yaddaşı və s.; zəkadan məhrum hissədəsə –mötədilliyi
(ölçübilənliyi), ədalətliliyi, mərdliyi və digər mənəvi adlandırılan hünərləri, ərdəmləri
yerləşdirirlər. Siseronsa (“De nat. deor.”, III, 26–31) uzun-uzadı izah edir ki, ağıl hər cür
cinayətkarlığın labüd vasitəsi və yarağıdır.
Mən zəkanı anlayışlar qabiliyyəti kimi qəbul edirəm. Ümumi, qeyri-intuitiv və yalnız
sözlərin köməyilə simvollaşmış və fiksə edilmiş təsəvvürlərin bu tam məxsusi bir sinfi elə insanı
heyvandan fərqləndirən və ona yer üzərində hökmranlıq verən şeydir. Heyvan –bir anın quludur:
o yalnız bilavasitə hissi motivləri bilir və buna görə onlar tərəfindən maqnit dəmiri cəzb etdiyi
kimi bir zərurətlə cəzb və ya dəf edilir; əksinə, insanda ağıl sayəsində hesab-plan və fəhm
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Artur Şopenhauer "Dünya: iradə və təsəvvür kimi"
618
fəaliyyət göstərir. Ağıl sayəsində, keçmişi yada salaraq və gələcəyə baxaraq, o bütün ömrünü və
dünyadakı hadisələrin gedişini nəzərdən keçirə, o hazırki andan asılı olmur və düşünərək və plan
üzrə pis, ya yaxşı məqsədə doğru gedə bilər. Etdiyi hər şeyi o tam özünüdərklə edir: hər dəfə o
bilir ki, iradəsi hara meyl edir, nəyi seçir və başqa hansı seçim mümkün idi; və bu şüurlu istək
sayəsində o özünü dərk etməyi öyrənir və özünü əməllərində ifadə edir. İnsan əməllərinə bütün
bu münasibətlərdə insan ağlı praktiki adlandırıla bilər: o, yalnız məşğul olduğu predmetlərin
fərdin əməllərinə heç bir münasibətdə olmadığı, adətən yalnız az adam üçün yetilən, girimli
olan sırf nəzəri maraq kəsb etdiyi dərəcədə nəzəridir. Praktiki zəka adlandırdığım şey Siseronun
sözünə görə qısaldılmış providentia sözündən əmələ gəlmiş latın sözü prudentia-dır (“De nat.
deor.”, II, 22), əksinə, ratio sözü ilə (ruhi qabiliyyət mənasında), bu fərqi qədimlər çox da ciddi
gözləməsələr də, əksər hallarda məhz elə nəzəri zəka işarə olunur. – Əksər insanlarda zəka az
qala müstəsna olaraq, praktiki xarakterə malikdir; o yox olduğu təqdirdəsə təfəkkür əməllər
üzərindəki ağalığını itirir və necə deyərlər: “scio meliora proboque, deteriora sequor” və ya “le
matin je fais des projets, et le soir je fais des sottises” (səhər planlar qurur, axşam axmaqlıqlar
edirəm, fr. tərc.); o halda insan əməllərində təfəkkürü deyil, heyvanlar sayaq bir anın
təəssüratlarını rəhbər tutur və onda zəkanın deyil, zəkanın əməllərə tətbiqi yoxluğu olsa da, onu
ağılsız adlandırırlar (özü də bununla hansısa əxlaqi qüsur işarələnir): müəyyən dərəcədə demək
olar ki, ondakı ağıl praktiki deyil, nəzəridir. Bu zaman o çox xeyirxah bir insan ola, hətta öz
maraqlarını qurban verməklə hər bir zavallıya kömək edə, –və eyni zamanda öz borclarını
ödəməyə də bilər. Bu cür xarakteri olan insan böyük bir cinayətə qabil deyil – onda belə bir
halda zəruri olan planauyğunluq, cildə girmə və özünəyiyəlik (təmkin) çatışmır. Amma yüksək
fəzilətə də o çətin ki, çata bilsin, çünki təbiətən nə qədər yeyliyə, xeyirə meylli olsa da, əgər ağıl,
praktiki çıxış edərək, onlara qarşı dəyişməz qaydaları və möhkəm əqidəni qoymazsa, hər bir
başqası kimi, onun da məruz qalmamış ola bilmədiyi qəbih və bəd təhriklər onda hökmən işə
keçəcəklər.
Öz praktiki sifətində, keyfiyyətində zəka xüsusən sahibləri adətən praktiki filosof
adlandırılan və həm xoşagəlməz, həm də fərəhli hallarda qeyri-adi sakitlikləri, dəngəli,
müvazinətli əhval-ruhiyyələri və bir dəfə qəbul etdikləri qərarları hökmən yerinə yetirmələri ilə
seçilən fövqəladə ağıl-kamallı xarakterlərdə çıxış edir. Əslində, onlarda zəkanın, yəni yayınmış,
mücərrəd idrakın intuitiv üzərində üstünlük təşkil etməsi və bununla bağlı həyata anlayışların
köməyilə baxmaq, onu ümumidə, bütövdə və böyükdə nəzərdən keçirmək vərdişi – onları bir
anlıq izbasmanın (təəssüratın) aldadıcı cazibəsi, şeylərin faniliyi, həyatın qısasürəliliyi, həzzlərin
puçluğu, səadətin xəyanəti və taleyin böyük və kiçik zərbələrilə bir dəfə və həmişəlik tanış edən
budur. Ona görə onlar üçün heç nə gözlənilməz olaraq gəlmir; in abstracto bildikləri onları
heyrətləndirmir və onlara gerçəkliyin ayrı-ayrı hallarında rast gəldikləri zaman o qədər də zəki
olmayan xarakterlərlə olduğu kimi, onların təmkinini, ruhi ovqatını pozmur; bu az zəki
xarakterlərə münasibətdəsə bir an, gözönü və konkret olan elə bir güc, təsir göstərir ki, soyuq,
rəngsiz anlayışlar onlarda tamamilə şüurun ikinci planına keçir və onlar hər cür qayda və
önyazıları, təlimatları unudaraq, özlərini büsbütün affektlərin və cürbəcür ehtirasların ixtiyarına
verirlər. Mən birinci kitabın sonunda artıq demişdim ki, məncə, stoik etika ilk başlanğıcda bu
mənada sağuslu, ağıllı həyatın təbliğindən başqa bir şey deyildi. Çox-çox yerlərdə Horasi də
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Artur Şopenhauer "Dünya: iradə və təsəvvür kimi"
619
məhz onu dəfələrlə şanlandırır, mədh edir. Onun “Nil admirari” sözü və Delfa tapınağındakı
Mηδεν αγαν –sözləri də bura aiddir. “Nil admirari”ni “heç nəyə təccüblənmə” kimi tərcümə
etmək tamamilə yanlışdır. Horasinin bu kəlamı nəzəriyyədən çox praktikanı nəzərdə tutur və
əslində bu deməkdir: “Heç nəyi şərtsiz olaraq qiymətləndirmə, heç nəyə valeh olma, inanma ki,
nəyəsə sahib olma səadət gətirə bilər: diləgəlməz hər cür şövq, meyl yalnız tamahsılandıran bir
ximeradır ki, ondan aydınlaşmış idrak əldə olunmuş sahiblik qədər, hətta ondan da yaxşı
qurtulda bilər”. “Admirari” sözünü Siseron elə bu mənada işlədir, “De divinatione”, II, 2.
Beləliklə, Horasinin nəzərdə tutduğu αθαμβια və ακαταπληξισ, habelə artıq Demokritin ali bir
nemət kimi şanlandırdığı αθαυμαςια-dır (bax, “Clem. Alex., Strom.” II, 21, Strabonda isə, I, 98
və 105). Əslində bu cür sağuslu, ağıllı davranış zamanı fəzilət və qəbahətdən söhbət getmir,
amma praktiki zəkanın bu tətbiqi insanın heyvan üzərindəki həqiqi üstünlüyünə reallıq verir və
yalnız bu mənada burada insan ləyaqətindən danışmaq olar.
Göstərilən bütün hallarda və ümumiyyətlə ağla gələ bilən hallarda hərəkətin sağuslu,
zəkalı və sağussuz, ağılsız üsulları arasındakı fərq əməllərin motivlərinin yayınmış anlayışlar,
yoxsa gözönü təsəvvürlər olmasından ibarət olur. Ona görə zəkaya verdiyim izah öz növbəsində,
bütün zamanlar və xalqların nəsə təsadüfi və ixtiyari bir şey olmayan, hər bir insan tərəfindən
dərk edilən müxtəlif ruhi qabiliyyətlər arasındakı fərqdən qaynaqlanan sözcülüyünə tam cavab
verir, – elə bu dərketmə də, yayınmış tərif, bəlliləmə aydınlığına çatdırılmasa da, nitqdə ifadə
olunur. Axı əcdadlarımız yüz illər sonra gələcək filosofların onların altında nəyin başa düşülməli
olduğunu təyin edəcəklər deyə, sözləri heç bir bəlli məna olmadan boş formalar kimi
yaratmamışlar: yox, onlar bu sözlərlə tam bəlli anlayışları işarə etmişlər. Deməli, sözlər
hakimiyət və qanun dışında deyillər və onlara əvvəlki mənalarından fərqli bir məna vermək –
onlardan sui-istifadə etmək, elə bir özbaşınalıq, pozuculuq yaratmaq deməkdir ki, bu zaman hər
kəs hər bir sözü istənilən mənada işlədə və bununla dillərin hədsiz qarışmasını törədə bilər.
Artıq Lokk müfəssəl göstərmişdir ki, fəlsəfədəki ixtilafların çoxu sözlərdən yanlış istifadədən
doğur. Aydın görmək üçün fikirdən kasad fəlsəfi işlər ustalarının günümüzdə substansiya, şüur,
həqiqət və s. kimi sözlər üzərindəki rüsvayçı sui-istifadə hallarına nəzər salmaq yetər. Eynilə bu
cür, yenilərini çıxmaqla, bütün zamanların bütün filosoflarının ağıl, us barədə təsəvvürləri,
insanın bu imtiyazı barədə bütün xalqlarda hakim olan anlayışlardan heç də az olmayaraq
mənim zəkaya dair izahımla uzlaşır. Məsələn, baxın, Platon Respublikası-nın 4-cü kitabında və
saysız başqa yerlərdə nəyi passim – λογιςμον və ya λογιςτικον τησ ψυχησ adlandırır; Siseron “De
nat. deor.”, III, 26–31-də nə deyir, artıq birinci kitabda gətirilmiş yerlərdə Leybnits, Lokk nə
deyirlər. Əgər Kantaqədərki bütün filosofların onun özlüyünün izahını tam bir bəllilik və səlisliklə
verə və onu bir məxrəcə gətirə bilməsələr də, us, zəka barədə mənim mənamda bəhs etdiklərini
göstərmək istəsəydim, heç vaxt sitatların sonu olmazdı. Kantın çıxışından bir az əvvəl zəka
deyildikdə nə başa düşüldüyünü – fəlsəfi əsərləri toplusunun birinci dilində Zultserin “Zəka
anlayışının analizi” və “Zəka və dilin özarası təsiri barədə” iki monoqrafiyası göstərir. Zəka
barədə Kantın uçqun kimi get-gedə böyüməkdə olan səhvini təkrarlayan ən yeni əsərlərdə
deyilənləri oxuduqdasa, belə bir gümana gəlirsən ki, qədimin bütün müdriklərinin, eləcə də
Kantaqədərki bütün filosofların heç bir usu, zəkası olmayıb: zira ağlın indi kəşf edilmiş
“bilavasitə qavrayışları”, “seyrləri”, “fəhmləri”, “önduymaları” onlara, bizə yarasaların altıncı
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Artur Şopenhauer "Dünya: iradə və təsəvvür kimi"
620
hissi yad olduğu qədər yad idi. Birdəki mənə qalsa, etiraf etməliyəm ki, fövqəlhissi, mütləq olanı
və özü ilə bağlı vaqe olan uzun əhvalatları “bilavasitə qavrayan” və ya “məğzinə varan” və ya
“intellektual seyr edən” bu zəka elə mənə də, düşüncəmin dar olması üzündən, bir növ
yarasaların altıncı hissinə oxşar bir şey kimi görünür. Ancaq nəyi olursa-olsun, dərhal və
bilavasitə qavrayan belə bir zəkanın icad və kəşf edilməsi ona görə təriflənməlidir ki, o, zəkanı
bütün tənqidlərilə hər cür Kantlara rəğmən, öz sevimli ideyaları ilə sudan quru çıxmağın ən asan
üsulu olmaq üçün misilsiz expédient-dir (istinad nöqtəsidir, lat. tərc.). İxtira və onun qarşılaşdığı
qəbul zamanın şəninə layiqdir.
Beləliklə, zəkanın (το λογιμον, η φρονηςισ, ratio, raison, reason, Vernunft) mahiyyəti
yetərli bir ciddiliklə müəyyən edilərək, bir məxrəcə gətirilməsə də, ümumiyyətlə bütün filosoflar
tərəfindən bütün dövrlərdə düzgün başa düşülürdü; əksinə, dərrakənin (νουσ, ςιανοια,
intellectus, esprit, intellect, understanding, Verstand) onlar bu qədər dəqiq, səlis təsəvvür
etmirdilər: onlar çox vaxt onu zəka ilə qarışıq salırdılar və bunun ardımında da onun məğzinin
tam, doğru və sadə izahına nail olmamışlar. Üstəlik, xristian filosoflarında zəka anlayışı, onu
vəhyə qarşı qoymaq yolu ilə özünə daha da yad bir məna kəsb etmişdir: bu əkslikdən çıxış
edərək, bir çoxları haqlı iddia edirdilər ki, fəzilətin vacibliyi vəhy olmadan da təkcə zəka ilə dərk
oluna bilər. Bu baxış hətta Kantın şərh və terminologiyasına da təsir etmişdir. Amma zəka və
vəhyin qarşı-qarşıya qoyulması müsbət tarixi önəmə malikdir və fəlsəfə üçün ondan azad olmalı
olduğu yad bir elementdir.
Gözləmək olardı ki, özünün praktiki və nəzəri zəkanı tənqidlərində Kant ümumiyyətlə
zəkanın özlüyünün təsirindən başlayacaqdır və beləliklə genus-u (cinsi, türü, lat. tərc.) təyin edib
hər iki species-in (xüsusi olanın, lat.) izahına keçəcək və göstərəcəkdir ki, eyni bir zəka necə iki
bu qədər fərqli üsulla üzə çıxır və buna baxmayaraq, öz eyniyyətini aşkar edir və hər iki halda
əsas xarakterini qoruyub saxlayır. Amma biz buna bənzər heç nə tapmırıq. “Xalis zəkanın
tənqidi”nin müxtəlif yerlərində onda tədqiq olunan qabiliyyətə verilən izahların nə qədər
yetərsiz, dayanıqsız və ziddiyyətli olduğunu artıq göstərmişəm. Adı çəkilməsə də, praktiki zəka
artıq “Xalis zəkanın tənqidi”ndə iştirak edir və sonra hər cür sonrakı sübutlar olmadan və bütün
zamanlar və xalqların sözçülüyünə və əvvəlki ən böyük filosoflarda anlayışların təyininə tam bir
saymazlıqla, artıq həll olunmuş məsələ kimi, məxsusi olaraq, ona həsr olunmuş tənqiddə çıxış
edir. Ümumiyyətlə, ayrı-ayrı yerlərdən gəlinə bilən ussonucuna görə, Kantın fikri belə təsəvvür
olunur: a priori prinsiplərin dərki zəkanın mühüm bir xassəsidir; əməllərin etik önəminin dərki
empirik mənşəli olmadığından, deməli, o principium a priori-dir və buna görə də bu mənada
praktiki olan zəkadan irəli gəlir. –Zəkanın bu cür izahının yanlışlığı barədə mən artıq yetərincə
danışmışam. Amma elə bunsuz da, yeganə bir ümumi xassələrindən – təcrübədən asılı
olmamaqdan yararlanaraq və bu zaman onların qalan şeylərdə köklü və ölçüyəgəlməz fərqini
görməyərək, ən müxtəlif cinsli, türlü şeyləri bir şeyə müncər etmək nə qədər səthi və cəfəngdir!
Zira əgər hətta per impossibile (mümkünsüz də olsa, lat.) əməllərin etik önəminin idrakı bizdəki
imperativdən, şərtlənmiş olmalılıqdan (labüd vaciblikdən) irəli gəldiyini qəbul etsək belə, onda
sonuncu aprior dərkedilənliyini Kant “Xalis zəkanın tənqidi”ndə sübut etdiyi tamümumi idrak
formalarından gör nə qədər fərqli olardı! Axı bu cür dərketmə sayəsində biz öncədən
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Dostları ilə paylaş: |