Dünya: iradə və təsəvvür kimi


Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi"



Yüklə 6,14 Mb.
Pdf görüntüsü
səhifə46/57
tarix01.01.2017
ölçüsü6,14 Mb.
#4243
1   ...   42   43   44   45   46   47   48   49   ...   57

                 Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

564 


 

                                                                                                                                                                                           

istəyi çatmamışdır. Nə qədər qəribə olsa da, onun qarşısında daim nəsə bu ikisinin arasında olan 

bir  şey  hərlənir  və  buradan  da  indi  işığa  çıxaracağım  mənhus  dolaşıqlıq  yaranır;  bu  məqsəd 

xatirinə mən onun əsas təlimini əvvəldən sonacan izləyəcəyəm. 

 

*   *   * 

Transsendental  estetika  –  elə  qeyri-adi  məziyyətlərlə  dolu  bir  əsərdir  ki,  tək  bircə  o 

Kantın adının əbədiləşdirilməsi üçün yetərdi. Onun sübutları elə bir inandırıcı qüvvəyə malikdir 

ki,  mən  onun  müddəalarını  ən  yalanlanmaz  həqiqətlərə  aid  edirəm,  onlar  həm  də,  şəksiz,  ən 

məhsuldar həqiqətlərə aiddirlər və onlarda dünyada olduqca nadir olan bir şeyi – metafizikadakı 

həqiqi  və  böyük  kəşfi  görmək  olar.  Biliklərimizin  məlum  hissəsinin  a  priori  dərk  etməyimiz 

barədə Kant tərəfindən ciddi surətdə isbatlanmış fakt yalnız o izaha yol verir ki, bu biliklər bizim 

intellektimizin  formalarıdır;  və  bu  hətta  izah  da  deyil,  yalnız  həmin  faktın  səlis  ifadəsidir.  Zira, 

“apriorluq” –“təcrübə yolu ilə alınmamış, bizə kənardan daxil olmamış” deməkdir. İntellektdəki 

ona  kənardan  daxil  olmamış  olansa,  –  nəsə  əzəli  ona  xas  olandır,  onun  həqiqi  özlüyüdür.  Və 

əgər intellektə bu əzəli xas olan şey onun bütün predmetlərinin ümumiyyətlə ona necə təqdim 

(təsəvvür)  olunmalı  olduğu  üsula  müncər  edilirsə,  deməli,  bu  onun  dərketmə  formaları,  yəni 

onun  bu  funksiyanı  ona  uyğun  yerinə  yetirdiyi  bir  kərə  və  həmişəlik  müəyyən  olunmuş  bir 

üsuldur. Ona görə “a priori biliklər” və “intellektin özünə mənsub formalar” əslində eyni şeyin 

iki ifadəsidir, yəni bəlli dəcərədə sinonimdirlər. 

Beləliklə,  transsendental  estetika  təlimini  mən  büsbütün  qəbul  edirəm  və  ona  yalnız 

xırda-para  əlavələr  etmək  istəyirəm.  Xüsusən  də  Kant  bütün  evklid  metodunun  təkzibində  öz 

fikirlərini sona çatdırmır; halbuki o, 87; V, 120-ci səh. deyir ki, bütün həndəsi idrak intuisiyadan 

bilavasitə aşkarlığa malikdir.  Çox maraqlıdır ki, Kantın əleyhdarlarından biri, özü də ən itiağıllısı 

olan H.E. Şultse (“Nəzəri fəlsəfənin tənqidi”, II, 241) sonuc edir ki, Kantın təlimindən həndəsənin 

adətən  işlədildiyindən  tam  başqa  bir  işlənmə  üsulu  irəli  gəlməli  idi  və  bunda  Kanta  qarşı 

apaqogik  (dolayı  sonuclu)  arqument  görür,  –əslindəsə,  özü  də  unamadan,  bilmədən  evklid 

metoduna qarşı savaşa başlayır. Bununla bağlı bu əsərin birinci kitabının 15–ci paraqrafına yön 

verirəm. 

İntuisiyanın  ümumi  formalarının  transsendental  estetikada  verilmiş  narınca  (müfəssəl) 

təsvirindən sonra biz onun məzmunu barədə  də bəzi izahları gözləməyə haqlı idik, –o barədə ki, 

şüurumuzda  empirik  intuisiya  necəliklə  meydana  ğəlir  və bizdə  buzimçün  bu  qədər real  və bu 

qədər  önəmli  olan  dünyanın  dərki    necəliklə    baş  verir.  Halbuki  bu  barədə  Kant  təlimində 

dəfələrlə  təkrarlanan  və  heç  bir    şey  deməyən–“baxışın  empirik  elementi  kənardan  verilir” 

ifadəsindən  savayı  heç  bir  kəlmə deyilmir.  –  Beləliklə,  baxışın  xalis formalarından  Kant  burada  

dərhal təfəkkürə, transsendental məntiqə keçir. Onun lap başlanğıcında (Xal.zək. tən; səh 50: V, 

74),  harada  ki,  o  artıq  empirik  intuisiyanın  maddi  içəriliyi(məzmunu)  məsələsindən  yan  keçə 

bilməzdi,  o  ilk  yanlış  addımı  atır, 



 





  edir.  “İdrakımız,  –deyir  o,  iki  mənbəyə 

malikdir:  təəssüratlara  qavramcıllıq  və  anlayışların  özfəaliyyəti;  birincisi  təsəvvürləri  qavramaq 

qabiliyyətindən,  ikincisi-bu    təsəvvürlər  vasitəsilə  predmeti  dərk  etmək  qabiliyyətindən 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                 Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

565 


 

                                                                                                                                                                                           

ibarətdir:  birinci  bacarığın  etkisilə  predmet  bizə  verilir,  ikincisinin  etkisilə–  o  düşünülür”.  Bu 

doğru deyil:  çünki belə olan halda  bizim sırf qavrayıcı bacarığımızın tək bircə obyekti olan və 

deməli,  kənardan  gələn  və  yeganə  “verilmiş”  olan  izbasma  (təəssürat)  artıq  təsəvvür,  hətta 

predmet olardı. Əslindəsə, izbasma (təəssürat) hiss orqanındakı duyğudan başqa bir şey deyil və 

yalnız  dərrakənin  (yəni  nədənlik,  səbəbiyyət  qanununun)  və  intuisiya  formlarının  (zaman  və 

məkanın) tətbiqi araçılığı ilə (vasitəsilə) intellektimizin bu duyğunun sonradan elə məkanda və 

zamanda predmet kimi var olan və ondan (predmetdən) heç nə ilə fərqlənməyən, onunla eyni 

olan    təsəvvürə  çevirir,  –əgərçi  söhbət  özündə  şeydən  gedirsə.  Bu  prosesi  mən  Yetərli  əsas 

haqqında traktatda, §21-də narınca təsvir etmişəm. Dərrakənin və intuitiv idrakın  işi bunda bitir 

və  bununçün  heç  bir  anlayış  və  heç  bir  düşünmə  tələb  olunmur:  bu  təsəvvürlərə  məhz  buna 

görə heyvanlar da malikdirlər. Madam ki, səhnəyə anlayışlar, əlbəttə ki, ona özfəaliyyət aid edilə 

bilən təfəkkür çıxır, –biz artıq əyani idrak zəminini tərk edirik və şüura təsəvvürlərin tam yeni bir 

sinfi, yəni məhz –qeyri-intuitiv, yayınmış (abstrakt) təsəvvürlər sinfi daxil olur: burada artıq buna 

baxmayaraq, bütün düşüncəsinin içəriliyini (məzmununu) öncəki baxışdan və onu digər baxış və 

anlayışlarla  tutuşdurmadan  götürən  zəka  iş  görür.  Kantsa  təfəkkürü  artıq  baxışa  daxil  edir  və 

bununla əyani idrakın yayınmış idrakla dolaşıq salınmasının himini qoyur ki, burada da mən elə 

buna  qarşı  çıxıram.  Kanta  görə,  özlüyündə  götürülmüş  baxış  heç  bir  dərrakə  elementini 

içəriləmir (ehtiva etmir), başdan-başa hissidir və deməli, tam passivdir, odur ki, predmet yalnız 

təfəkkür  sayəsində dərk edilir  (dərrakə  kateqoriyası):  bununla  o düşünməni baxışa qatır.  Özgə 

yandan,    düşünmə  predmeti  onda  ayrıca,  real  obyektdir,  bunun  da  nəticəsində  düşünmə, 

təfəkkür  ondavar  (ona  xas)  tamümumiliyi  və  yayınmışlığı  (abstraktlığı)  itirir  və  yayınmış 

anlayışlar  yerinə  özünə  bir  obyekt  olaraq  ayrıca  şeyləri  kəsb  edir:  bununla  o,  baxışı  təfəkkürə 

qatır.  Buradan  da  adı  çəkilən  o  bəduğur  dolaşıqlıq  meydana  gəlir  və  bu  ilk  yanlış  addımın 

sonucları  Kantın  bütün  idrak  nəzəriyyəsinə  şümul  edir.  Ondan  başdan  sonadək  gözönü,  əyani 

təsəvvürlə yayınmış önəgəlmənin (təsəvvürün) qarışıq salınması, hansısa “nə o, nə bu” keçir və 

bu “nə o, nə bu”–nu Kant dərrakə və onun kateqoriyaları sayəsində yaranan idrakın predmeti 

məqamına  qaldırır  və  bu  idrakı  təcrübə  adlandırır.  İnanmaq  çətindir  ki,  bu  “dərrakə 

predmeti”ndən danışarkən Kantın özü nəsə tam aydın və bəlli bir şeyi təssəvür etmiş olsun,–və 

mən  bütün  transsendental  məntiqdən  keçən  və  dolaşıqlığının  mənbəyi  məhz  onda  olan  o 

müdhiş ziddiyyəti açaraq, bunu sübut edəcəyəm. 

Yəni məhz: “Xalis zəkanın tənqidi”ndə, 67–69; V, 92–94; 89, 90; V, 122, 123 və V, 135, 

139, 153-cü səh. Kant dəfələrlə və müəyyənliklə bildirir ki, dərrakə baxış qabiliyyəti deyil, onun 

dərki  gözönü,  əyani  deyil,  diskursivdir;  o,  mühakimə,  ayırdetmə  qabiliyyətidir  (69;  V,  94), 

ayırdetmə  isə  dolayı  idrak,  önəgəlmənin  (təsəvvürün)  təsəvvürüdür  (68;  V,  93);  dərrakənin 

kateqoriyaları heç bir vəchlə o şərtlər deyil ki, onlar olduqda predmetlər baxışda verilir (89; V; 

122)  və  baxış  üçün  heç  də  düşünmə  funksiyaları  tələb  olunmur  (91;  V,  123);  dərrakə  yalnız 

düşünə bilər, seyr edə bilməz (V; 135, 139). Daha sonra, “Proleqomenlər” də o § 20-də deyir: 

baxış, qavrayış, perceptio yalnız hisslərə aiddir,mühakiməsə yalnız dərrakəyə xasdır; və § 22-də: 

hisslərin  işi–seyr  etmək,  dərrakəninki–düşünmək,  yəni  ayırd  etməkdir.  Nəhayət,  “Praktiki 

zəkanın  tənqidin”  də,  4-cü  nəşr,  səh.  247  (Rozenkransın  nəşri,  səh.  281),  deyilir:  dərrakə 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                 Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

566 


 

                                                                                                                                                                                           

diskursivdir,  onun  təsəvvürləri,  önəgəlmələri  baxışlar  yox,  fikirlərdir.  Bütün  bunlar  həqiqətən 

Kantın sözləridir.  

Buradan  o  ardımlar,  nəticələr  çıxır  ki,  gözönü  dünya  biz  hər  cür  dərrakədən  məhrum 

olmuş  olsaydıq  da,  mövcud  olardı  və  o  bizim  başımızda  hansısa  bir  tam  anlaşılmaz  bir  şəkildə 

meydana çıxır və ya Kantın qəribə ifadə etdiyi kimi, “empirik baxış bizə sadəcə verilmişdir”, –bu 

qeyri-müəyyən və obrazlı ifadəyə heç bir sonrakı izah-filan vermədən. 

Halbuki  bütün  bu  yuxarıda  gətirilənlərlə  Kantın,  o  transsendental  məntiqdə  şərh 

olunduğu kimi, dərrakə, kateqoriyalar və təcrübənin mümkünlüyü haqqında bütün qalan təlimi 

daban-dabana  ziddir.  Yəni  məhz:  “Xal.  zək.  tənq.”  105-ci  səh.  dərrakə  öz  kateqoriyalarının 

araçılığı  ilə  baxışın  çoxcürəliyini,  çoxsurətliliyini  vəhdətə  gətirir  və  dərrakənin  xalis  anlaışları  



priori olaraq baxış(əsərin bu və bir çox başqa yerlərində söhbət əqli, fəhmi baxışdan gedir,tərc.,)  

predmetlərinə  tətbiq  olunur;  94;V,  126-cı  səh.  “kateqoriyalar  –əslində  təcrübənin  şərtləridir, 

fərqi  yoxdur  –baxışın  və  ya  ona  daxil  olan  düşüncənin”;  V,127-ci  səh.  dərrakə  təcrübənin 

səbəbkarı, himqoyanıdır; səh. V, 128-də –kateqoriyalar predmetlərin baxışını təyin edir; səh. V, 

130–a  görə,  obyektdə  bir–birinə  bağlı  təsəvvür  etdiyimiz  hər  şey  (bu  obyekt,  əlbəttə,  nəsə 

abstrakt, yayınmış olan yox, gözönüdür), bu əlaqəni yalnız dərrakə sayəsində əldə edir; səh. V, 

135–də  dərrakə  yeni  tərzdə  a  priori  əlaqələndirmək  və  verilmiş  təsəvvürlərin,  önəgəlmələrin 

cürbəcürlüyünün apersepsiya vəhdəti altına gətirilməsi bacarığı kimi izah olunur: amma ümumi 

sözçülüyə  əsasən  apersepsiya  bəlli  bir  anlayışın  düşünülməsi  yox,  baxışdır;  səh.  V,  136–da  biz 

“hər cür baxış imkanının dərrakəyə münasibətdə ali əsaslandırılması” nı tapırıq; səh. V, 143–də 

hətta  başlıq  şəklində  işarə  edilir  ki,  hər  cür  hissi  intuisiya  kateqoriyalarla  şərtlənmişdir;  elə 

oradaca  mühakimələrin  məntiqi  funksiyası  verilmiş  baxışların  müxtəlifliyini  ümumiyyətlə 

apersepsiya altına gətirir, verilmiş baxışın çoxsurətliliyisə zəruri olaraq kateqoriyalara tabe olur; 

səh.  V,  144–də  vəhdət  baxışa  kateqoriyaların  köməyilə,  dərrakədən  keçərək  daxil  olur;  səh. 

145–də  dərrakənin  düşünməsi  qəribə  şəkildə  ondan  izah  olunur  ki,  o,  baxışın  müxtəlifliyini 

sintez edir, əlaqələndirir və nizama salır; səh. V, 161–də təcrübə yalnız kateqoriyalar sayəsində 

mümkündür və qavrayışların birləşməsindən ibarətdir, onlarsa, əlbəttə ki, elə həmin baxışlardır; 

səh. V, 159–da kateqoriyalar–ümumiyyətlə baxışın predmetləri barədə aprior biliklərdir; və səh. 

V,  163,  165–də  Kantın  əsas  təlimi  şərh  olunur:  yəni  məhz:  yalnız  dərrakə,  ona  a  priori  olaraq, 

öncədən  qanunlar  verərək,  təyin  edərək,  onu  öz  qanunauyğunluğuna  görə  sistemləşdirərək, 

təbiəti mümkün edir və s. və il. Halbuki təbiət nəsə mücərrəd yox, intuitiv bir şeydir və deməli, 

dərrakə intuisiya qabiliyyəti olmalıdır; səh. V, 168-də deyilir ki, dərrakə anlayışları –təcrübənin 

mümkünlük  prinsipləridir,  sonuncusa  təzahürlərin,  hadisələriun  ümumiyyətlə  məkan  və 

zamanda  təyin  edilməsidir,  təcrübənin  təzahürlərisə,  deməli,  baxışda  mövcuddurlar;  nəhayət, 

səh. 189-211, V, 232-245-də o şeyin uzun-uzadı sübutu verilir ki (onun da əsassızlığını mən əsas 

qanunu  haqqında  traktatımda,  §23-də    müfəssəl  göstərmişəm),  təcrübə  predmetlərinin 

obyektiv ardıcıllığı, habelə birgə mövcudluğu hissi olaraq qavranılmır, yalnız dərrakə tərəfindən 

özü  yalnız  bunun  sayəsində  mümkün  olan  təbiətə  daxil  edilir.  Amma  təbiət,  yəni  faktların 

ardıcıllığı və halların birgə mövcudluğu, aşkardır ki, əsla mücərrəd düşünülən yox, nəsə intuitiv 

olandır. 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                 Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

567 


 

                                                                                                                                                                                           

İndi  mən  Kant  qarşısında  dərin  ehtiramı  mənimlə  bölüşən  hər  kəsdən  bu  ziddiyyətləri 

yan-yana  qoymağı  və  təcrübənin  obyekti  və  obyektin  öz  on  iki  funksiyası  ilə  dərrakənin 

fəaliyyətilə  təyin  olunduğu  üsul  barədə  öz  təlimində  Kantın  nəsə  aydın  və  müəyyən  bir  şeyi 

təsəvvür etdiyini sübut etməyə cəhd etməyini xahiş edirəm. Əminəm ki, bütün transsendental 

məntiqdən keçən məhz elə bu ziddiyyət onun olduqca dolaşıq olmasının  əsl səbəbidir. Məsələ 

ondadır  ki,  Kant  bu  ziddiyyəti  hiss  edir,  qəlbində  onunla  çarpışır,  amma  onu  aydın  dərkədək 

gətirib  çıxarmaq  istəmir və  ya bunu  edə bilmirdi  və buna  görə  onu özündən  və başqalarından 

gizlətmiş  və  hər  cür  dolayı  yollarla  onun  yanından  keçmişdir.  Elə  bununla  da,  ola  bilsin,  o  da 

bağlıdır  ki,  idrak  qabiliyyətindən  o,  bütün  bu  on  iki  kateqoriya,  xalis  dərrakə  anlayışlarının 

sxematizmi,  təxəyyülün,  daxili  hissin  transsendental  sintezləri,  apersepsiyanın  transsendental 

vəhdəti kimi və s. bir yığın təkəri olan belə qorxunc, mürəkkəb bir maşın düzəltmişdir. Və bütün 

bu  yekəpər  aparata  baxmayaraq,  sözsüz  ki,  idrakımızda  əsas  şeyi  təşkil  edən  xarici  dünya 

intuisiyasının izahı üçün heç bir cəhd edilmir və bunu təkidlə ortaya çıxan tələbetmə elə həmin 

zəif, obrazlı və özlüyündə heç nə deməyən “empirik baxış bizə verilir” ifadəsilə rədd edilir. Səh. 

145-dəsə üstəlik öyrənirik ki, empirik baxış obyekt vasitəsilə verilir, –yəni obeykt baxışdan nəsə 

fərqli bir şey olur. 

Əgər  biz  özümüzə  Kantın  özünün  səlis  şəkildə  demədiyi  məhrəm  fikrinə  gedib  çatmaq 

zəhməti versək, onda görərik ki, onunçün “dərrakənin əsl predmeti” elə baxışdan belə fərqli və 

eyni  zamanda  anlayış  olmayan  obyektdir  və  hətta  bu  əcaib  təsəvvürolunmaz  predmet  elə 

şərtdir ki, məhz onun sayəsində baxış təcrübəyə çevrilir. Düşünürəm ki, bu cür mütləq obyektin, 

özündə, subyektdən asılı olmayan obyektin fərz edilməsi Kantda əski, kök salmış və xoşagəlməz 

xürafatın təsirilə izah olunur. Bu obyekt qayət intuitiv deyil, ancaq intuisiyaya, ona (intuisiyaya)  

uyğun olan bir şey olaraq anlayış vasitəsilə qondarılır və o zaman intuisiya gücü və həqiqəti olan 

təcrübəyə  çevrilir,  bunlarısa  o,  intuisiya,  deməli,  yalnız  anlayışa  olan  münasibətdən  qazanır 

(mənim  təlimimə  diametral  zidd  olaraq:  ona  görə  anlayış  bütün  önəmi  və  həqiqətini  yalnız 

intuisiyadan  əldə  edir).  Kateqoriyaların  elə  əsl  funksiyası  da  bu  bilavasitə  təsəvvür  olunmaz 

obyektin  uydurularaq  intuisiyaya  (baxışa)  qatılmasıdır:  “sonradan  kateqoriyaya  uyğun 

düşünülən predmet baxış vasitəsilə verilir” (“Xal. zək. tənq”, bir. nəşr, səh–399). Buna isə 125, V 

səh–ki bir yer xüsusilə aydın göstərgə edir: “soruşulur ki,  a priori anlayışlar, sayəsində nəyinsə 

seyr  olunmasa  da,  heç  olmasa,  predmet  kimi  düşünüldüyü  şərtlər  olaraq  daha  əvvəl 

olmalıdırlarmı”,  bunasa  doğrulayıcı  cavab  verilir.  Burada  aydın  şəkildə  yanılmanın  mənbəyi  və 

onun saran dolaşıqlıq üzə çıxır. Çünki özlüyündə predmet həmişə yalnız baxış üçün və baxışda 

mövcud  olur:  sonuncusa  yalnız  hisslər,  onlar  olmadıqdasa,  təxəyyül  yarada  bilər.  Əksinə, 

düşünülən  şey  həmişə  ümumi,  gözönülükdən  məhrum  anlayışdır  ki,  o  da,  şübhəsiz, 

ümumiyyətlə predmet barədə anlayış ola bilər: amma düşüncə həmişə və əzəldən gözönü olan 

predmetlərə  yalnız  dolayı,  anlayışların  vasitəçiliyi,  araçılığı  ilə  münasibətdə  ola  bilər.  Çünki 

təfəkkürümüz baxışlara reallıq vermək üçün deyil: ona qabil olduqlarından, onlar reallığa artıq 

öz-özlüyündə  malikdirlər  (“empirik  reallıq”),  –təfəkkür,  düşünmə  ümumini  və  gözönü 

təsəvvürlərin, önəgəlmələrinin nəticələrini tutmaq, onları saxlamaq və lazım gəldikdə asanlıqla 

onlar üzərində sərəncam vermək üçündür. Kantsa sonuncunu baxış qabiliyyəti etmədən bu yolla 

obyektiv  dünyanı  da  dərrakədən  asılılığa  gətirmək  üçün  predmetlərin  özlərini  düşüncəyə  aid 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                 Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

568 


 

                                                                                                                                                                                           

edir. Düzdür,  o,  baxış  və  düşüncə  arasında fərq qoyur,  amma ayrı–ayrı  şeyləri  qismən  baxışın, 

qismənsə  düşünmənin  predmeti  edir.  Əslindəsə  onlar–yalnız  birincidirlər:  empirik  baxışımız 

meydana  gəldiyi  andan  obyektivdir,  çünki  o  səbəbiyyət,  nədənlik  əlaqəsindən  doğur.  Onun 

predmeti onlardan fərqli olmayan önəgəlmələr yox, birbaşa şeylərdir. Təkcəli şeylər bu qismdə, 

necəlikdə  dərrakədə  və  hisslərin  köməyilə  seyr  edilir:  sonunculara  aid  biryanlı  izbasma 

(təəssürat)  elə  o  andaca  təxəyyülün  (obrazlanmanın)  gücü  ilə  tamamlanır.  Əksinə,  əgər  biz 

düşünməyə,  təfəkkürə  keçiriksə,  təkcəli  şeylər  sahəsini  tərk  edirik  və  sonradan  düşüncəmizin 

nəticələrini  ayrı–ayrı  şeylərə  tətbiq  etmiş  olsaq  da,    gözönülük  elementi  olmayan  ümumi 

anlayışlarla üz–üzə qalırıq. İşdir, əgər bunu gözdən qaçırmasaq, guya şeylərin baxışının yalnız bu 

şeylərin on iki kateqoriyanı tətbiq edən düşünülməsi sayəsində reallıq əldə etməsi və təcrübəyə 

çevrilməsi  barədə  fərziyyənin  əsassızlığı  bizimçün  aydın  olar.  Daha  düzü,  artıq  baxışın  özündə 

empirik  reallıq  və  təcrübə  verilmişdir:  amma  baxışın  özü  də  yalnız  səbəb  əlaqəsinin  hissi 

isbasmaya, dərrakənin bu yeganə funksiyasına tətbiqi vasitəsilə gerçəkləşə bilər. Ona görə baxış 

əslində intellektualdır, məhz elə bunu Kant inkar edir. 

Gətirilmiş  yerlərdən  savayı,  Kantın  burada  araşdırılmış  baxışı  xüsusi  aydınlıqla 

“Mühakimə  qabiliyyətinin  tənqidi”ndə:  səh.  36-da,  lap  əvvəldə,  habelə  “Təbiətşünaslığın  əsas 

başlanğıcları”  nda,  “fenomenologiyanın”  ilk  izahına  qeyddə  ifadə  olunmuşdur.  Bu  şübhəli 

məqamla bağlı Kantın ən az cürət etdiyi bir açıqlıqla bu təlim bir kantçının kitabında–yəni məhz 

Kizevetterin “Ümumi məntiq oçerki” ndə (3–cü nəşr, I h; səh. 434 izahlar və II h. səh–52 və 53 

izahlar),  eləcə  də  Tiftrunkun  “Sırf  almansayağı  məntiq”  ində  (in  rein  deutschem  Gewande

(1825)–şərh  edilmişdir.  Burada  başqa  şeylərlə  yanaşı  düşünərlərin  orijinallıqdan  məhrum 

şagirdlərinin  onların  səhvlərinin  böyüdücü  şüşəsi  olmasının  çox  gözəl  nümunəsini  görürük: 

kateqoriyalar  barədə  təlimini  şərh  edərək,  Kant  ifrat  ehtiyatlılıqla,  sanki  hər  bir  addımını 

yoxlayaraq  çıxış  edir,  halbuki  şagirdləri  cürətlə  və  taran  edərək  irəli  gedirlər  ki,  bununla  da 

nəzəriyyənin bütün yanlışlığını üzə çıxarırlar. 

Deyilənlərdən  nəticə  çıxır  ki,  Kantda  kateqoriyaların  predmeti  özündə  şey  olmasa  da, 

onun ən yaxın qohumu, yəni özündə obyekt, heç bir subyekt tələb etməyən obyektdir,– təkcəli 

şeydir  və  eyni  zamanda  zaman  və  məkandan  dışda,  kənarda  olandır,  çünki  o  gözönü  deyil,  –

düşüncə predmeti və eyni zamanda qeyri-mücərrəd, yayınmamış anlayışdır. Buna uyğun olaraq 

Kant özlüyündə  üç şeylə üz-üzədir: 1) önəgəlmə(təsəvvür), 2) önəgəlmə predmeti və 3) özündə 



şeylə. Birincisi hissiyyatın işidir, o Kantda duyğu ilə yanaşı özündə baxışın xalis formalarını, yəni 

məkan  və  zamanı  da  içəriləyir  (ehtiva  edir).  İkincisi  onu  öz  on  iki  kateqoriyasının  vasitəsilə 

qondarmış  dərrakənin  işidir.  Üçüncüsü  hər  cür  dərkolunanlığın  ötəsində,  o  tayındadır 

(İllüstrasiya  kimi  “Xal.  zək.  tənq.”  I  nəşr.  108  və  109-cu  səh.  bax).  Halbuki  önəgəlmənin 

önəgəlmə predmetindən fərqləndirilməsi, bunu Berklinin sübut etdiyi və baş izliyimin (əsərimin) 

bütün  birinci  ktabından,  xüsusən  də  əlavələrin  I  fəslindən,  eləcə  də  Kantın  özünün  “Tənqidin” 

birinci  nəşrindəki  tam  idealist  baxış  nöqtəsindən  aşkar  olduğu  kimi,  heç  nəyə  əsaslanmır.  

Önəgəlmə  predmetini  önəgəlməyə  aid  etmək  və  onunla  eyniləşdirmək  münasib  deyilsə,  onda 

onu özündə şeyə aid etmək gərəkdir: bu son nəticədə “predmet” sözünün mənasından asılıdır. 

Amma hər bir halda o doğrudur ki, aydın anlama zamanı biz önəgəlmə və özündə şeydən başqa 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                 Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

569 


 

                                                                                                                                                                                           

heç nə tapmayacayıq. Elə bu qızoğlanın – önəgəlmə predmetinin – əsassız daxil edilməsi Kantın 

yanılmasının  mənbəyidir;  onun  dışarılanması  (kənarlaşdırılması)  ilə  aprior  anlayışlar  kimi 

kateqoriyalar  barədə  təlim  alt-üst  olur,  çünki  gözönü  təsəvvürə  onlar  heç  nə  əkləmir  (əlavə 

etmir),  özündə  şeyəsə  tətbiq  olunmazdırlar  və  deməli,  onların  bütün  yolu  bu  “önəgəlmə 

predmetlərinin düşünülməsindən və bu yolla təsəvvürlərin təcrübəyə çevrilməsindən ibarət olur. 

Əslində hər cür empirik önəgəlmə artıq təcrübədir; hissi duyğudan doğan hər cür önəgəlməsə 

empirikdir:  bu  duyğunu  dərrakə  öz  yeganə    funksiyası  (nədənlik  qanununun  aprior  dərki) 

vasitəsilə onun səbəbinə aid edir, bu səbəbsə elə bu sayaq təcrübə predmeti, hər bir zamanda 

və  məkanda  yer  tutan  obyekt  kimi  məkan  və  zamanda  (xalis  intuisiya  formalarında)  təsəvvür 

olunur,  önə  gəlir,  –amma  bu  necəlikdə  bu  səbəb  məkan  və  zamanın  özü  kimi  hər  halda 

önəgəlmə  olaraq  qalır.  Əgər  biz  bu  önəgəlmənin  dışına  çıxmaq  istəyiriksə,  qarşımızda  özündə 

şey  barədə  məsələ  ortaya  çıxır,  bütün  izliyimin  (əsərimin),  eləcə  də  ümumiyyətlə,  bütün 

metafizikanın məzmunu da elə bu sualın cavabıdır. Kantın burada göstərilən yanılması ilə onun 

başqa  bir  –  artıq  qınağa  məruz  qoyduğum  səhvi  də  bağlıdır:  o  empirik  önəgəlmənin 

yaranmasının heç bir nəzəriyyəsini vermir, amma onu yalnız zaman və məkan formaları əklədiyi 

hissi duyğu ilə eyniləşdirərək və hər ikisini hissiyyat adı altında birləşdirərək, onu sadəcə verilmiş 

sayır.  Amma  bu  materialdan  hələ  heç  bir  obyektiv  önəgəlmə  çıxmayacaq:  sonuncu,  şübhəsiz, 

duyğunun  onun  səbəbinə  aid  edilməsini,  yəni  nədənlik  qanununun,  yəni  dərrakənin  tətbiqini 

tələb  edir:  çünki  bunsuz  duyğu  hələ  də  subyektiv  olaraq  qalır  və  obyekti  məkana  aparmır, 

sonuncusu ona – duyğuya verilmiş olsa da. Kantdasa dərrakə gözönü təsəvvürə tətbiq olunmağa 

cürət  etmir:  transsendental  məntiq  hədlərində  qalmaq  üçün  o  yalnız  düşünməlidir.  Kantın 

üçüncü  səhvi  də  elə  bununla  bağlıdır,–  o  səhvi  ki,  o  nədənlik  qanununun  onunca  (tərəfindən) 

düzgün  dərk  edilən  aprior  xarakterinin  yeganə  mümkün  sübutunu,  yəni  empirik  intuisiyanın 

mümkünlüyünün özündən doğan sübutu verməyi o mənim ixtiyarıma buraxmış, özü isə Yetərli 

əsas qanunu barədə traktatda, §23. göstərdiyim kimi, aşkar qeyri-düzgün arqumentlər gətirir. 

Bütün  yuxarıda  deyilənlərdən  aydındır  ki,  Kantın  “önəgəlmə  predmeti”  (2)  qismən 

önəgəlmədən(1),  qismənsə  –özündə  şeydən(3)  oğurlanmış  olandan  ibarətdir.  Əgər təcrübəmiz 

həqiqətən  yalnız  elə  bu  qədər  də  aprior  anlayışların  köməyilə  bundan  öncə  yalnız  baxışda 

verilmiş  şeyləri  düşünmək  üçün  dərrakənin  on  iki  müxtəlif  funksiyanı  tətbiq  etməsi  sayəsində 

gerçəkləşdirilsəydi,  onda  bu  halda  hər  bir  real  şey  a  priori  verilmiş  olaraq  (zaman  və  məkan 

kimi) heç bir vəchlə bu şeyin təsəvvür edilməsindən dışarılana bilməyən, eyni zamanda məkan 

və zaman xassələrindən çıxarıla bilən olmayaraq, onun varlığının özünə məxsus olmalı olan bir 

yığın təyinə, tərifə malik olmalı idi.  Əslindəsə biz yalnız bir təyinə –yəni məhz səbəbiyyətə rast 

gəlirik. Maddilik ona əsaslanır, çünki materiyanın özlüyü hərəkətdən ibarətdir, osa başdan–başa 

nədənlikdir  (bax,  II  c.  ,  fəs  4).  Maddiliksə–şeyi  fantaziyanın  yalnız  önəgəlmə  olan  obrazından 

fərqləndirən yeganə nəsnədir. Zira qaları olan kimi materiya şeyə öz materiyasına münasibətdə 

zamanda  olma,  qalma  verir,  halbuki  formalar  nədənliyə  uyğun  əvəzlənirlər.Şeydə  başqa  nə 

varsa, hamısı, o–bu ya zaman və ya məkan təyinləri, yaxud da onun təsirliliyindən,aktivliyindən 

ibarət, deməli, nədənliyin ən yaxın təyinləri olan xassələridir. Amma nədənlik artıq bir şərt kimi 

empirik  baxışa  daxil  olur,  sonuncusa  bu  yolla  dərrakənin  baxışın  özünü  mümkün  edən,  amma 

nədənlik  qanunundan  savayı  təcrübəyə  və  onun  mümkünlüyünə  heç  nə  əlavə  etməyən 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 


Yüklə 6,14 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin