Dünya: iradə və təsəvvür kimi


Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi"



Yüklə 6,14 Mb.
Pdf görüntüsü
səhifə31/57
tarix01.01.2017
ölçüsü6,14 Mb.
#4243
1   ...   27   28   29   30   31   32   33   34   ...   57

                 Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

471 


 

fərdləri olan  və  sonsuz doğuluş  və  ölüm  arasında  sonu  olmayan    əzabları  olan  dünya  yüksəlir. 

Amma heç bir cəhətdən bundan şikayətlənmək, gileylənmək olmaz, zira iradə böyük faciəni və 

ya  komediyanı  öz  hesabına  qoyur  və  özü  də  özünün  tamaşaçısı  olur.  Dünya  ona  görə  məhz 

belədir  ki,  iradə  məhz  belədir,  iradə  belə  istəyir,  dünya  məhz  onun  təzahürü  kimi  çıxış  edir. 

Əzablara o bəraət qazandırır ki, iradə bu təzahürdə öz-özünü təsdiq edir və bu təsdiq  onunla 

özünə bəraət alır və tarazlaşır ki, əzaba dözən elə onun özüdür. Artıq burada əbədi ədalət obrazı 

bizim üzümüzə açılır – bütövlükdə; sonradan biz onunla həm müfəssəl təfsilatlarında, həm daha 

aydın  bir  şəkildə  tanış  olacağıq.  Amma  əvvəlcə  müvəqqəti  və  ya  insani  ədalət  barədə  də 

danışmaq lazımdır

*

.  


 

§ 61 


 Biz  ikinci  kitabdan  xatırlayırıq  ki,  bütün  təbiətdə  iradənin  obyektivasiyasının  bütün 

pillələrində zəruri olaraq bütün cinslərdən olan fərdlər arasında daimi mübarizə hökm sürür  və 

həyata  iradəsinin  öz-özü  ilə  daxili  ixtilafı  məhz  bunda  aşkar  olur.  Obyektivasiyanın  ən  yüksək 

pilləsində bu fenomen bütün digərləri kimi daha çox aydınlıqla qarşıda duracaqdır və buna görə 

də, sonrakı şifrə açımı üçün mümkün olacaqdır. Bu məqsəd üçün hər şeydən öncə hər hansı bir 

mübarizənin başlanğıc nöqtəsi kimi eqoizmin mənbəyini tədqiq edək.  

Biz  zamanı  və  məkanı  principium  individuationis  adlandırmışıq,  ona  görə  ki,  bircinslinin 

çoxluğu  yalnız  onlarda  və  onların  vasitəsilə  mümkündür.  Onlar  təbii  idrakın,  yəni  iradədən 

meydana çıxan idrakın mühüm formalarıdır. Elə buna görə də, iradə hər yerdə özünə fərdlərin 

çoxluğu kimi təzahür olunacaqdır. Amma bu çoxluq bir  özündə şey olaraq iradəyə deyil, yalnız 

onun təzahürlərinə aiddir: iradə onların hər birində büsbütün ən ayrılmaz şəkildə mövcuddur və 

öz ətrafında öz məxsusi varlığının sonsuz olaraq təkrarlanmış obrazını  görür. Amma bu varlığın 

özünü, yəni əsl reallığı, o, bilavasitə olaraq yalnız öz daxilində tapır. Elə buna görə də, hər bir kəs 

bütün hər bir şeyi özü üçün istəyir, hər bir şeyə malik olmaq və ya, ən azı, hər bir şey üzərində 

hökmranlıq  etmək  istəyir,  müqavimət  göstərəni  isə  o,  məhv  etmək  istəyərdi.  Dərk  edən 

varlıqlarda  buna  o  da  qoşulur  ki,  fərd  dərk  edən  subyektin  daşıyıcısıdır,  busubyekt  isə  – 

dünyanın  daşıyıcısıdır,  belə  ki,  onun  xaricində  olan  bütün  təbiət,  o  cümlədən  də,  bütün  digər 

fərdlər yalnız onun təsəvvüründə mövcuddur: o, onları həmişə yalnız öz təsəvvürü olaraq, yəni 

vasitəli, dolayı olaraq və onun öz məxsusi varlığından və mövcudluğundan asılı olan bir şey  kimi 

dərk edir, zira onun şüuru ilə birgə dünya da onun üçün zəruri olaraq yox olur və, başqa sözlə, 

dünyanın varlığı və yoxluğu onun üçün eyni mənalı və fərqləndirilməsi mümkün olmayan olur. 

Beləliklə, dərk edən hər bir fərd əslində bütöv,tam həyat  iradəsi kimi, yəni, bilavasitə özündə 

dünya  kimi,  həmçinin  təsəvvür  olaran  dünyanı  dolduran,  tamamlayan  şərt  kimi,  yəni 

makrokosma  tən,bərabər  hesab  edilməli  olan  mikrokosmdır  və  özünü  də  bu  cür  dərk  edir. 

Həmişə və hər yerdə doğrucul olan təbiətin özü artıq əzəldən və hər hansı bir refleksiyadan asılı 

olmayaraq,  bu  idrakı  ona  bilavasitə,  dürüstlük  və  sadəliklə  verir.  İnsan    bu    iki    zəruri  özünü 

təyini izah edir ki, son dərəcə kiçik  və sonsuz dünyada tamamilə yox olan hər bir fərd hər halda 

                                                           

*

 II cildin 45-cü fəsli buraya aiddir. 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                 Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

472 


 

niyə,  nədən  özünü  dünyanın  əsas  mərkəzi  edir,  öz  məxsusi  mövcudluğuna  və  rifah  halının 

yüksəlməsinə  başqa  bütün  hər  bir  şeyə  nisbətən  daha  çox  ciddi-cəhdlə  yanaşır  və  hətta,  təbii 

şövqə həvəsə uyaraq, yalnız öz məxsusi mənini, dənizdəki bu damlanı saxlamaq xatirinə dünyanı 

belə  məhv  etməyə  hazırdır.  Belə  bir  niyyət  təbiətdə  hər  hansı  bir  şeyə  xas  olan  eqoizmdir. 

Amma  iradənin  özü  ilə daxili  ixtilafı  məhz bunda  dəhşətli bir qüvvə  ilə açılır.  Zira  bu  eqoizmin 

məzmunu  və  mahiyyəti  mikrokosmun  və  makrokosmun  göstərilən  əksliyindən  və  ya  ondan 

ibarətdir  ki,  iradənin  təcəssüm  forması  kimi  principium  individuationis  çıxış  edir  və  buna  görə 

də, iradə saysız-hesabsız fərdlərdə özünə eyni dərəcədə  və özü də onlardan hər birində hər iki 

tərəfdən (iradə və təsəvvür) tamamilə və bütövlükdə təzahür olunur. Və bir halda ki, hər bir kəs 

özünə bilavasitə olaraq həm bütöv iradə, həm də bütöv təsəvvür edən kimi, digərləri isə ona hər 

şeydən  öncə  yalnız  onun  təsəvvürü  kimi  verilmişdir,  elə  buna  görə  də,  öz  məxsusi  varlığı  və 

onun  saxlanılması  ona  bütün  qalan  hər  bir  şeydən  daha  mühümdür.  Əgər  öz  ölümü  şəxsi 

maraqlarına  toxunmursa,  ölümü  hər  kəsə  dünyanın  sonu  kimi  görünür,  halbuki,  tanışlarının 

ölümü  barədə  xəbəri  o,  kifayət  qədər  laqeyd  bir  tərzdə  qarşılayır.  Ən  yüksək  pilləyə  çatmış 

şüurda,  –  insan  şüurunda  eqoizm,  həmçinin  elə  idrak  kimi,  ağrı  və  sevinc  kimi  yüksək  pilləyə 

çatmalı və fərdlərin bununla şərtlənmiş rəqabəti ən dəhşətli bir tərzdə təzahür olunur. Biz onu 

hər yerdə görürük, həm xırdalıqlarda, həm də böyük şeylərdə, həm dünya tarixində, həm də öz 

şəxsi həyatımızda; onu biz gah dəhşətli hadisələrdə – böyük tiranların və zülmkarların həyatında 

və  hər  yeri  viran  qoyan  müharibələrdə,  gah  da  gülməli  formada  görürük,  bu  zaman  o, 

komediyanın  süjeti  kimi çıxış  edir  və  özünəməxsus  bir  tərzdə  xudbinliklə  və boş  çabalarda  əks 

olunur,  Laroşfuko

clviii

 bütün  bunları  in  absiracto  olaraq  müqayisəolunmaz  dərəcədə  daha  yaxşı 



dərk  və  daha  yaxşı  təsvir  etmişdir.  Amma  bu  rəqabət  bütün  hər  bir  şeydən  daha  aşkar  bir 

şəkildə o zaman olur ki, bu zaman insan topası hər hansı bir qanun və qaydadan azad olunur: 

Hobbsun "Vətəndaş haqqında" adlı əsərinin birinci fəslində gözəl bir tərzdə təsvir olunan bellum 

omnium  contra  omnes  *hamının  hamıya  qarşı müharibəsi] dərhal  əyani olaraq özünü  göstərir. 

Bu zaman aşkara çıxan yalnız o olmur ki, hər bir kəs özünün malik olmaq istədiyini digərindən 

qoparıb  almağa  scan  atır,  həmçinin  o  da  aşkara  çıxır  ki,  bəziləri,  öz  rifah  halının  cüzi    artımı 

xatirinə  bir  çox  hallarda  başqasının  bütün  xoşbəxtliyini  və  ya  həyatını  məhv  edirlər.  Bu,  – 

eqoizmin  ən  yüksək  ifadəsidir;  onun  təzahürləri  bu  cəhətdən  yalnız  əsl  bədliyin,  yamanlığın 

təzahürlərindən  geri  qalır,  əsl  bədlık  isə  tamamilə  qərəzsiz,  hər  hansı  bir  fayda  güdmədən 

başqalarına  ziyan  və  əzab  verməyə    baisçilik  fürsəti  arayır,  –    tezliklə  bu  barədə  söhbətimiz 

olacaqdır.  Eqoizmin  mənbəyinin  bu  açıqlanması  ilə  mənim  onun  «Əxlaqın  əsası  barədə» 

əsərimdəki o təsvirini (§ 14) müqayisə etmək lazımdır. 

Bizim  yuxarıda  hər  hansı  bir  həyat  üçün  səciyyəvi  və  qaçılmaz  hesab  etdiyimiz  əzabın 

əsas  mənbəyi,  –  (o,  gerçəklikdə  və  müəyyən  bir  formada  təzahür  olunan  kimi)  göstərilən 

Eridadır


clix

,  bütün  fərdlərin  mübarizəsi,  o  ixtilafın  ifadəsidir  ki,  o,  öz  daxilində  həyat  iradəsinin 

başının  üstünü  almışdır  və  o,  principium  individuationis  sayəsində  kənarda  üzə  çıxır:onun 

bilavasitə  və  parlaq  təsviri  üçün  vəhşi  kef,  onların  döyüşü  qəddar  bir  vasitədir.  Bu,  ona  qarşı 

əzəli  ixtilafda  əzabın  tükənməz  mənbəyi  gizlənir,    götürülən  ölçülərə  baxmayaraq.  İndi  isə  biz 

həmin ölçüləri tədbirləri təfsilatı ilə nəzərdən keçirək.  

 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                 Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

473 


 

§ 62 


Biz  göstərdik  ki,  həyat  iradəsinin  ilk  və  sadə  təsdiqi  –  öz  bədəninin  təsdiqidir,  yəni 

iradənin  zaman  aktlarında  həyata  keçirilməsidir,  çünki  bədən  artıq  öz  formasında  və 

məqsədəuyğunluğunda  bu  iradəni  məkan  baxımından  təmsil  edir,  –  və  bundan  savayı  heç  nə. 

Bu  təsdiq  bədənin  öz  məxsusi  qüvvələrinin  köməyi  ilə  saxlanılmasında  ifadə  olunur.  Ona 

bilavasitə  olaraq  cinsi  instinktin  ödənilməsi  də  qoşulur  və  hətta  üst-üstə  düşür,  çünki  cinsi 

orqanlar  bədənə  aiddir.  Elə  buna  görə  də,  bu  instinktin  ödənilməsindən  könüllü  və  hansısa 

motivə əsaslanmadan imtina etmə artıq həyat  iradəsinin inkarı, bu iradənin könüllü olaraq öz-

özünü  məhv  etməsidir  ki,  həmin  özünü  məhv  də  kviyetiv  olaraq  fəaliyyət  göstərən  idrakın 

nəticəsində meydana çıxır; buna uyğun olaraq, öz şəxsi bədəninin bu cür inkarı- artıq iradənin 

öz  məxsusi  təzahürü    ilə  ziddiyyətidir.  Zira  baxmayaraq  ki,  bədən  burada  da  cinsi  orqanlarda 

çoxalma  iradəsini  obyektivləşdirir,  sonuncu  hər  halda  rədd  edilir.  Elə  buna  görə  də,  belə  bir 

imtina, həyat iradəsinin inkarı və ya məhvi olmaqla, özü üzərində ağır və əzablı qələbədir, amma 

bu barədə aşağıda bəhs edəcəyik.  

Amma,  eyni  zamanda,  iradə  saysız-hesabsız  fərdlər  sırasında  öz  məxsusi  bədəninin  elə 

bir özünütəsdiqidir ki, o, hamıya xas olan eqoizmin təsiri ucbatından hansısa fərddə asanlıqla bu 

təsdiqin  sərhədləri  xaricinə  çıxır,  –  başqa,  digər  bir  fərddə  təzahür  olunan  elə  həmin  iradənin 

inkarına  kimi.  Birincinin iradəsi   iradənin özgəsindəki təsdiqi  sahəsinə  o halda  soxulur  ki,  fərd 

başqasının bədənini məhv edir və ya şikəst edir, və ya bu özgə bədənin qüvvələrini məcbur edir 

ki, bu özgə bədəndə təzahür olunan iradəyə deyil, onun iradəsinə xidmət etsin, – başqa sözlə, 

əgər o, özgə bədəni şəklində təzahür olunan iradədən bu bədənin qüvvələrini alır,zəbt edir və 

beləliklə onun iradəsinə xidmət edən qüvvəni  öz məxsusi bədəninin qüvvəsinin verdiyi hüquqa 

nisbətən daha çox artırır, – deməli özgə bədəndə təzahür edən iradəni inkar edərək, öz məxsusi 

iradəsini  öz  məxsusi  bədəninin  sərhədləri  xaricində  də  təsdiq  edir.  Özgə  iradəsinin  təsdiqi 

sferasına bu  soxulma  əsrlər  boyu  aşkar  bir  tərzdə  dərk  edilmişdir  və  onun  anlayışı  ədalətsizlik 

sözü  ilə  adlandırılmışdır.  Zira  zəbtin,  ələ  keçirmənin  hər  iki  tərəfi  ani  olaraq  məsələnin  nədən 

ibarət  olduğunu  anlayırlar,  doğrudur,    onlar  bunu  bizim  burada  etdiyimiz  kimi  aydın 

abstraksiyada  deyil,  öz  hisslərində  dərk  edirlər.  haqsızlığa  düçar  olan  öz  məxsusi  bədəninin 

təsdiq, bərqərar olma sferasına təcavüz hiss edir, özgə fərd tərəfindən onun inkarı vasitəsilə; o, 

bunu bilavasitə və mənəvi əzab kimi hiss edir, elə bir əzab kimi hiss edir ki, onu müşayiət edən, 

əməlin özünün  səbəb  olduğu  fiziki  ağrıdan,  və  ya  itki  ilə bağlı  kədərdən tamamilə fərqlənir  və 

ayrılır. Digər tərəfdən, ədalətsizliyi törədən kəsdə belə bir şüur meydana çıxır ki, o, özlüyündə 

həmin  iradənin  özüdür  ki,  özgə  bədəndə  də  təzahür  olunur  və  bir  təzahürdə  özünü  elə 

zorakılıqla təsdiq edir ki, öz  bədəninin və onun qüvvələrinin sərhədlərini aşaraq, həmin iradənin 

başqa bir  təzahüründə onun inkaredicisinə çevrilir və deməli, özündə iradə olaraq öz zorakılığı 

ilə özünə qarşı çıxır, öz özünə əzab verir; mən deyirəm ki, həmçinin onun daxilində də ani olaraq 

bu  şüur    in  abstracto  deyil,  dumanlı  hiss  şəklində  meydana  çıxır  və  bunu  vicdan  əzabı  və  ya 

verilmiş hala yaxın olaraq isə törədilmiş haqsızlıq hissi adlandırırlar. 

Anlayışını    elə  indicə  ən  ümumi  abstraksiyada  nəzərdən  keçirdiyimiz  ədalətsizlik  in 



concrete  olaraq  özünün  ən  tam,  birbaşa  və  əyani  ifadəsini  hannibalizmdə  tapır:  bu  onun  ən 

aydın və aşkar formasıdır, iradənin öz obyektivasiyasının ən ali, ən yüksək pilləsində, insanda öz 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                 Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

474 


 

özü ilə ixtilafının ən böyük dəhşətli obrazıdır. İradənin ən ali, ən yüksək pillədə obyektivasiyası 

isə  insandır.  Bunun  ardınca  bilavasitə  olaraq  adamöldürmə  gəlir  və  buna  görə  də,  o,  baş 

verəndə  mənasını biz yalnız təzəcə, mücərrəd və quru bir şəkildə cöstərdiyimiz   vicdan əzabı 

həmin  andaca  öz  dəhşətli  aşkarlığı  ilə  gəlir  və    bütün  qalan  ömür  boyu  mənəvi  rahatlığa 

sağalmaz bir yara vurur; zira baş vermiş adamöldürmə qarşısında bizim hiss etdiyimiz dəhşət və 

onu törədincəyə  qədər qəlbimizi  titrədən  lərzə həyata  o  sonsuz bağlılığa  uyğun  gəlir  ki, bütün 

canlılılar  həyat  iradəsinin  təzahürü  olaraq  onunla  aşıb  daşırlar.  (sonrakı  şərhdə  ədalətsiz  və 

amansız  əməli  müşayiət  edən bu hissi  biz  daha təfsilatı  ilə qruplaşdıracaq  və  aydın bir  anlayış 

dərəcəsinə yüksəldəcəyik). Özgə bədəninin qəsdən eybəcər hala salınması və ya sadəcə olaraq 

şikəst etmə, hətta hər hansı bir zərbə mahiyyəti etibarı ilə adamöldürmə ilə eyni qəbildəndir və 

ondan  yalnız  dərəcəsinə  görə  fərqlənirlər.  Bunun  ardınca  qeyd  etmək  lazımdır  ki,  ədalətsizlik 

başqa  bir  fərdin  kölələşdirilməsində,  onu  qul  olmağa  məcbur  etmədə,  nəhayət  –  özgə 

mülkiyyətinə  qəsd  etmədə  də  təzahür  olunur,  çünki  sonuncu  özgə  əməyinin  məhsulu  olduğu 

üçün  mahiyyəti  etibarı  ilə  əvvəlki  ədalətsizliklə  eyni  qəbildəndir  və  onun  ona  olan  münasibəti 

şikəst etmənin adamöldürməyə münasibəti kimidir.  

Zira  ədalətsizlik,  haqsızlıq  etmədən  insanın  əlindən  alınması  mümkün  olan  belə  bir 

mülkiyyət,  bizim  ədalətsizlik  anlamımıza  uyğun  olaraq,  yalnız  o  mülkiyyət  ola  bilər  ki,  o,  bu 

insanın  öz  şəxssi  qüvvələri  sayəsində  hazırlanmış,emal  edilmişdir  odur  ki,  bu  halda  mülkiyyəti 

ələ keçirmə - onun bədənində obyektivləşdirilmiş iradənin qüvvələrini onun əlindən alma, onları 

başqa bir bədəndə obyektivləşdirilmiş iradəyə xidmət etməyə məcbur etməkdir. Yalnız bu halda 

ədalətsizliyi  törədən  kəs  özgə  iradəsinin  təsdiqi  sferasına  təcavüz  edir,  baxmayaraq  ki,  qəsdi 

özgə bədənə etmir, cansız, ondan tamamilə fərqlənən əşyaya edir: axı özgə bədəninin əməyi və 

qüvvəsi sanki bu əşya ilə birləşmiş və eyniləşmişdir. Buradan belə bir nəticə çıxır ki, hər hansı bir 

həqiqi,  yəni  əxlaqi  mülkiyyət  hüququ  ilkin  olaraq  müstəsna  dərəcədə  emala  əsaslanır,  bunu 

Kanta kimi demək olar ki, hər bir yerdə etiraf etmişlər və bunu bütün qanunvericiliyin ən qədimi 

olan aşkar və gözəl bir tərzdə ifadə edir: "Qədim zamanlar yaxşı bilən müdriklər izah edirlər ki, 

emal olunmuş, becərilmiş tarla o kəsin mülkiyyətini təşkil edir ki, o, meşəni kökündən qoparmış, 

onu  təmizləmiş  və  şumlamışdır,  –  necə  ki,  antilop  onu  ölümcül  yaralayan  birinci  ovçuya 

məxsusdur"  (Manu  qanunları,  IX,  44)

clx

.  Kantın  hüquq  barədə  təlimini  onun  yalnız  qocalıq 



zəifliyi,  xərifləşməsi  ilə  izah  edirəm,  bu  bir-birinin  ardınca  gələn  səhvlərin  qəribə  bir  tərzdə 

birləşdirilməsidir;  mən  özlüyümdə  onu  da  belə  izah  edirəm  ki,  o,  mülkiyyət  hüququnu  ilk 

  

 

sahiblik  zəminində  əsaslandırmaq  istəyir.  Əslində  mənim  iradəmin  sadə  bir    izharetdirilməsi  – 



bu  əşyanın  istifadəsindən başqalarının  kənarlaşdırılması  – bu  əşyaya  olan hüququ  dərhal  necə 

yarada bilər? Aşkardır ki, bu idrakın özünün qabaqcadan uyğun əsaslandırılmaya ehtiyacı vardır, 

onun özü əsla, Kantın düşündüyü kimi belə bir əsas olaraq çıxış edə bilməz. Əşyaya malik olma 

barədə müstəsna hüquqa malik olduğunu iddia edən və özünün bu izharından savayı heç nəyə 

əsaslanmayan kəsə qarşı bu iddiaları tanımayan, qəbul etməyən kəs mahiyyəti etibarı ilə, yəni 

əxlaqi mənada  ədalətsizmi  hərəkət  edir?  Məgər   buna  görə  onun  vicdanı  narahat ola  bilərmi? 

Axı  tamamilə  aydındır  ki,  hüquqa  uyğun  yiyələnmə,  ələ  keçirmə  qətiyyən  ola  bilməz,ən  ilkin 

olaraq ona öz qüvvələrini tətbiq etmək yolu ilə yalnız hüquqa uyğun mənimsəmə, əldə etmə – 

mövcuddur. O yerdə ki, əşya hansısa özgə bir əməyin vasitəsilə, onun nə qədər az əhəmiyyətli 

olmasından asılı olmayaraq, emal olunur, yaxşılaşdırılır, dəyə biləcək zədələrdən mühafizə edilir, 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                 Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

475 


 

bu əmək yalnız torpağın qazılmasından və ya alaqdan təmizlənməsindən ibarət olmuş olsa belə, 

–  orada  bu  şeyə  qəsd  edən  kəs  aşkardır  ki  başqasını  onun  bu  işə  sərf  olunmuş  qüvvəsinin 

nəticələrindən  məhrum  edir,  yəni  bu  insanın  bədənini  öz  iradəsinə  deyil,  onun  öz  məxsusi 

iradəsinə  xidmət  etməyə  məcbur  edir,  öz  məxsusi  iradəsini  onun  təzahürünün  sərhədləri 

xaricində,  özgə  iradəsini  inkar  edincəyə  qədər    təsdiq,  bərqərar  edir,  –  yəni  ədalətsizlik 

törədir

*

.Əksinə, şeydən hər hansı bir emal olmadan və ya zədədən qorumadan yalnız istifadə - 



ona malik olmaq üçün az hüquq verir, eləcə də ona müstəsna olaraq sahib olmaq  barədə iradə 

izharı  da.  Buna  görə  də,  əgər  hansısa  qəbilə  özü  bütöv  bir  yüzillik  ərzində  müəyyən  bir  yerdə 

təkbaşına  ov  etmişsə,  amma  onun  yaxşılaşdırılması  üçün  heç  bir  iş  görməmişsə,  o,  əxlaqi 

ədalətsizlik olmadan həmin yerdə yadelliyə ov etməyi qadağan edə bilməz, əgər həmin yadelli 

burada  ov  etməyi  arzu  etmiş  olsa.  Bunun  da  nəticəsində  preokkupasiya  adlandırılan  hüquq 

əxlaqi  cəhətdən  tamamilə  əsassızdır.  Belə  ki,  preokkupasiya  hüququna  uyğun  olaraq,  şeydən 

uzun müddət sadəcə olaraq istifadə olunursa, bundan daha artıq, əvəz mükafatlandırma tələb 

edirlər, yəni ondan sonrakı istifadəyə, müstəsna hüquq  yiyələnirlər.  Yalnız bu hüquqa istinad 

edən şəxsə  təzə gəlmiş şəxs bundan da xeyli böyük hüquqla etiraz edə bilər: “Məhz ona görə ki, 

sən artıq bu şeydən bu qədər uzun müddət istifadə etmisən  indi ondan başqalarının da istifadə 

etməsi  daha  ədalətli  olardı”.  Yaxşılaşdırma  və  ya  bədbəxt  hadisələrdən  qoruma  vasitəsilə  heç 

bir emala gəlməyəm hər hansı bir şeyə əxlaqi olaraq əsaslandırılmış  müstəsna sahiblik hüququ 

mövcud deyildir, yalnız, ola bilsin ki bütün digərləri tərəfindən könüllü olaraq güzəştə getmədən 

savayı,  məsələn,  başqa  xidmətlərinə  görə  mükafat  şəklində;  amma,  artıq  bu  müqaviləyə 

əsaslanan ümumyaşayışı, dövləti nəzərdə tutur. Əxlaqi olaraq əsaslandırılmış mülkiyyət hüququ, 

yuxarıda  göstərildiyi  kimi,  öz  təbiətinə  görə  sahibinə  şey  üzərində  elə  həmin  qeyri-məhdud 

hakimiyyəti verir ki, öz məxsusi bədəni üzərində o, belə bir hakimiyyətə malikdir; buradan belə 

nəticə çıxır ki, o, dəyişdirmə və ya hədiyyə yolu ilə öz mülkiyyətini başqalarına verə bilər, onlar 

isə sonradan verilmiş şeyə elə həmin əxlaqi hüquqla sahib olurlar.  

O ki, qaldı,  ümumiyyətlə, haqsızlıq törədilməsinə, onda o, ya zorakılıqla, ya da hiylə ilə 

həyata keçirilir: öz əxlaqi əhəmiyyətinə görə isə, bu, eyni şeydir. Xüsusən adamöldürmə zamanı 

fərqi yoxdur ki, mən xəncərdənmi istifadə edirəm, yoxsa zəhərdənmi; hər hansı bir fiziki təhqir 

zamanı da məsələnin qoyuluşu belədir. Ədalətsizliyin bütün müxtəlif səpkili halları ona gətirilib 

çıxarıla  bilər  ki,  mən  haqsızlıq    edərək,  başqa  bir  fərdi  məcbur  edirəm  ki,  öz  iradəsinə  deyil, 

mənim  iradəmə  xidmət  etsin,  öz  iradəsi  ilə  deyil,  mənim  iradəmlə  hərəkət  etsin.  Zorakılıq 

yolunda  mən  buna  fiziki  səbəbiyyətin  köməyi  ilə  nail  oluram;  hiylə  yolu  ilə  isə  –  motivasiya 

vasitəsilə,  yəni  idrakdan  keçən  səbəbiyyət  vasitəsilə;  başqa  cür  deyilsə,  mən  buna  onunla  nail 

oluram  ki,  başqa  insanın  iradəsinin  altına  aldadıcı  motivləri  qoyuram,  onların  təsiri  ilə  o,  öz 

iradəsinə  əməl  etdiyini  düşünərək,  mənim  iradəmə  əməl  edir.  Motivlərin  olduğu  mühit  idrak 

olduğu üçün, mən bunu yalnız onun idrakında saxtakarlıq edərək yerinə yetirə bilərəm, – bu isə 

aldatmadır.  Aldatmanın  məqsədi  həmişə  başqasının  iradəsinə  təsir  göstərməkdir,  onun 

özlüyündə və özündə idrakına təsir göstərmək deyildir, o, idraka yalnız vasitə kimi təsir göstərir, 

                                                           

*

Beləliklə, təbii mülkiyyət hüququnun əsaslandırılması üçün hüququn iki əsasını – detentio [malik olma] 



və formatio [əldə etmə] yanaşı qəbul etməyə ehtiyac yoxdur: sonuncu tamamilə kifayətdir. Amma yalnız 

formasiyanın adı bir o qədər də uyğun deyildir, ona görə ki, şeyə hansısa bir əməyin tətbiq olunması heç 

də həmişə hökmən onun formalaşması demək deyil.  


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 

                 Artur Şopenhauer                 "Dünya: iradə və təsəvvür kimi" 

476 


 

çünki  idrak  iradəni  müəyyənləşdirir.  Zira  mənim  yalanımın  özünün  mənim  iradəmdən  çıxış 

edərək motivə ehtiyacı vardır, belə bir motiv olaraq isə özlüyündə götürülmüş yad idrak deyil, 

yalnız özgə iradə ola bilər, ona görə ki, o, özlüyündə heç bir vaxt mənim iradəmə təsir edə, onu 

həyacanlandıra və onun məqsədlərinin motivi ola bilməz: yalnız özgənin istəyi və əməli belə bir 

motiv  ola  bilər,  özgəsinin  idrakı  isə  yalnız  onların  vasitəsilə,  deməli  ki,  vasitəli,  dolayı  olaraq 

motiv ola bilər. Bu yalnız hər hansı aşkar çıxış edən aldatmaya aid deyildir, həm də o qəbildən 

olan  aldatmaya  aiddir  ki,  onun  mənbəyi  özünün  bais  olduğu    özgə  səhvlərinin  əzablı 

nəticələrindən həzz almağa təşnə olan xalis pislik, yamanlıqdır. Hətta adi lovğa da ona can atır 

ki, bu lovğalıq vasitəsilə özünə qarşı hörməti gücləndirsin və ya başqa insanların fikrini yaxşıya 

doğru dəyişdirərək, onların istək və əməllərinə daha çox təsir göstərsin və ya bu təsiri özü üçün 

asanlaşdırsın.    Sadəcə  olaraq  həqiqətdən  yəni,  ümumiyyətlə,  niyyətini  bildirməkdən  intina 

haqsızlıq  deyildir,yalanın  beyinə  yeridilməsi,  sırınması  isə  haqsızlıqdır.  Azan  yolçuya  düz  yolu 

göstərmək  istəməyən  kəs  ona  münasibətdə  heç  bir  hüquq  pozuntusuna  yol  vermir,  hüquq 

pozuntusuna o kəs yol verir ki, yanlış yolu göstərir. 

Deyilənlərdən belə bir nəticə çıxır ki, hər hansı bir yalan, eləcə də hər hansı bir zorakılıq 

özlüyündə  ədalətsizlikdir,  zira  o,  artıq    mənim  iradəmin  hakimiyyətini  başqa  fərdlərə  də  aid 

etməyə, yəni mənim iradəmi onların iradəsinin inkarı yolu ilə təsdiq etməyə can atır, zorakılıq 

da belədir. Amma ən həqiqi, əsl aldatma – müqavilənin pozulmasıdır, ona görə ki, burada bütün 

sadalanan təriflər, təyinlər aşkar bir tərzdə və tam tərkibdə özünə yer alır. Zira mən müqavilə 

bağladığım  zaman,  özgəsi  tərəfindən  vəd  olunan  əməl  mənim  əməlimin  bilavasitə  və  etiraf 

olunan motividir, bu əməldə ki, öz növbəsində baş verməlidir. Öhdəliklərin mübadiləsi tədbirli 

bir  şəkildə  və  formal  olaraq  baş  verir.  Tərəflərdən  hər  biri  tərəfindən  edilən  bildirişin 

düzgünlüyünün  iştirakçının  iradəsindən  asılı  olması  güman  olunur.  Əgər  digəri  müqaviləni 

pozmuşsa,  onda  o,  məni  aldatmışdır  və  mənim  idrakıma  saxtakarlıqla  yanlış  motivləri 

göstərmişdir, mənim iradəmi öz niyyəti tərəfə döndərmişdir, öz iradəsinin hökmranlığını başqa 

fərdə  şamil  etmişdir,  yəni  ədalətsizliyə  yol  vermişdir.  Əxlaqi  qanunilik  və  müqavilələrin 

məcburiliyi, bax, buna əsaslanır.  

Zorakılıq  yolu  ilə  törədilən  ədalətsizlik  onun  baiskarı  üçün  hiyləgərlik  yolu  ilə  törədilən 

ədalətsizlik  qədər biabırçı deyildir, ona görə ki, birinci fiziki qüvvədən xəbər verir, bu isə, bütün 

hallarda  bəşəriyyətə  xoş  gəlir;  halbuki,  hiyləgərlik  hər  cür  bicliklərə,fəndlərə  əl  ataraq,  öz 

zəifliyini ifşa edir və baiskarı,faili eyni zamanda həm fiziki və həm də əxlaqi varlıq kimi alçaldır; 

bundan savayı, yalan və aldatma yalnız ona görə qazana bilir ki, onlardan istifadə edən şəxsin 

özü etibar qazanmaqdan ötrü eyni zamanda onlara qarşı ikrah və nifrət ifadə etməlidir, və bu 

şəxsin  qələbəsi  onunla  şərtlənmişdir  ki,  onda,  bu  şəxsdə  namusluluq,  dürüstlülük  olduğunu 

güman edirlər; bu isə onda yoxdur. Məkrin,dönüklüyün və xəyanətin hər yerdə doğurduğu dərin 

ikrah  ona  əsaslanır  ki,  sədaqət  və  düzgünlük  fərdlər  çoxluğuna  parçalanmış  iradənin  xarici 

vəhdətini bərpa edən bağlardır və elə bununla da, bu parçalanmadan irəli gələn eqoizmə sərhəd 

qoyurlar.  Dönüklük  və  xəyanət  bu  sonuncu  xarici  bağları  qırır  və  bununla  da  eqoizmin 

nəticələrinə hədsiz ənginlik verir, üfüqlər açır.  

     Şərhimizin ümumi əlaqəsində, biz etiraf etmişdik ki, ədalətsizlik anlayışının məzmunu 

olaraq  fərdin  əməlinin  o  xüsusiyyəti  çıxış  edir  ki,  onun  təsiri  ilə  fərd  öz  bədənində  təzahür 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana

 


Yüklə 6,14 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin